Məhkəmə qərarları › İş №2(103)-3773/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3773/2024

05.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3773/2024 05.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(006)-1076/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən MA №0331379 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsi, ev 59-da yerləşən, ümumi sahəsi 397,8 kv.m olan fərdi yaşayış evi X4 xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyətindədir. xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, X4 tam mülkiyyətində olan xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsi, ev 59-da yerləşən fərdi yaşayış evi üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. xx.xx.2015-ci il tarixli ərizəyə əsasən, satıcı X10 (nümayəndəsi Cavabdeh1) ilə alıcı X13 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsi, ev 59-da yerləşən fərdi yaşayış evinin 75000 (yetmiş beş min) manat qiymətə satılması barədə razılığa gəlmişlər. xx.xx.2015-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X10 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 397,8 kv.m, yaşayış sahəsi 194,4 kv.m, yardımçı sahəsi 203,4 kv.m olan 6 otaqlı fərdi yaşayış evini X2. Bu müqaviləni X4 əvəzinə xx.xx.2015-ci il tarixli 16944 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 imzalamışdır. xx.xx.2017-ci il tarixli, 538104 saylı etibarnamənin surətindən görünür ki, X13 DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, reyestr nömrəsi **********81-10301, qeydiyyat nömrəsi 111506403-olan hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsi, ev 59da yerləşən ümumi sahəsi 397,8 kv.m fərdi yaşayış evinin Texniki pasportunda istifadədə olan faktiki 0.10950 ha torpaq sahəsini özəlləşdirməyi, yeni çıxarış almağı, özəlləşdirildikdən sonra yalnız 0.035 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi və digər bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Bu etibarnaməni X13 adından onun nümayəndəsi Cavabdeh1 imzalamışdır. Etibarnamə 2 il 14 gün müddətinə verilib və xx.xx.2019-cu il tarixədək qüvvədədir. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan görünür ki, mülkiyyətçi X5 adından çıxış edən Cavabdeh1 tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdə verilmiş etibarnaməyə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı 2017-ci ildə Cavabdeh1 4900 manata aldığı torpaq sahəsi ilə bağlı aldansa da, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 Cavabdeh1 (X13 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Hazırda iddiaçı torpağa görə ödədiyi pulu cavabdehlərdən tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4900 manat pulun alınaraq, İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 33 sot torpaq sahəsi və üzərində tikilmiş 397,8 kv.m olan ev X7 məxsus olmuşdur. Yəni ev mülkiyətində olsa da, 33 sot torpaq sahəsi dövlətə məxsus olsa da, hasarın içində istifadəsində olmuşdur. X1 Cavabdeh1 etibarnamə vermiş, sonuncu həmin etibarnamədən sui istifadə edərək həm evi, həm də 33 sot dövlət torpağını ayrı-ayrı şəxslərə müxtəlif qiymətlərə satır. İddiaçı torpaq sahəsi almaq istəyəndə digər Cavabdeh2 ona bildirmişdir ki, yuxarıd qeyd olunan ünvanda Cavabdeh1 3,5 sot torpaq sahəsini 4900 manata satır. İddiaçı razılaşandan sonra 16 iyun 2017-ci il tarixdə cavabdehlərlə Binə qəsəbəsində yerləşən 31 sayı notariat ofisində görüşüblər. Cavabdeh1 sözü gedən torpaq sahəsinə dair iddiaçıya 2 ilə etibarnamə verib. Bildirdi ki, həmin etibarnamə ilə torpağı özəlləşdirə bilər. İddiaçı da inanaraq, onun müqabilində 4900 manat pulu Mizəhəsənə, o isə həmin pulu Alimə verib. İddiaçı təxminən 2020-ci ildə atası xəstə olduğu üçün həmin torpağı satmaq istəyib. Sonra məlum oldu ki, Cavabdeh1 həmin torpağı yenidən onun xəbəri olmadan başqa şəxsə satıb. İddiaçı bunu 2020-ci ildə bilmiş, bu barədə dövlət orqanlarına, polis və prokurorluğa dəfələrlə ərizə ilə müraciət etsə də, bildiriblər ki, məhkəməyə müraciət etməlidir. Sonradan məlum oldu ki, Alim dələduzluq edərək, həmin torpaqları etibarnamə ilə bir neçə şəxsə satıb. İddiaçı pulunu hər iki cavabdehdən dəfələrlə istəsə də, onlar həmişə boyun qaçırıblar. Hətta Alim alqı-satqı müqaviləsində ərizə yazıb bildirib ki, yaranmış problemi özü həll edəcəkdir. Məhkəmə iclasına şahid qismində çağırılmış X3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Alimə onun yanında pul verilməyib, Azadı tanımır, Alimdən eşidib ki, Mirzəhəsən Alimə pul verməyib. Məhkəmə iclasına şahid qismində çağırılmış X9 məhkəmə iclasında ifadə verərək eyni qaydada bildirmişdir ki, Azadı tanımır,pul ilə bağlı məlumatı yoxdur, Mirzəhəsən onun nənəsini aldadaraq ondan 530 manat məbləğində pul almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(006)- 1076/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh2 100 (yüz) manat və Cavabdeh1n 4800 (dörd min səkkiz yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ona İsa Süleymanov tərəfindən verilmiş etibaramə əsasında İddiaçı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, reyestr nömrəsi **********81-10301, qeydiyyat nömrəsi 111506403- olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən İsa Süleymanova məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsi, ev 59-da yerləşən ümumi sahəsi 397,8 kv.m fərdi yaşayış evinin Texniki pasportunda istifadədə olan faktiki 0.10950 ha torpaq sahəsini özəlləşdirməyi, yeni çıxarış almağı, özəlləşdirildikdən sonra yalnız 0.035 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi və digər bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər xx.xx.2017-ci il tarixdən etibarən 2 il 14 gün, yəni xx.xx.2019-cu il tarixədək verilmişdir. Lakin məlum olduğu kimi etibarnamə xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Hər bir halda məhkəmə hesab etmişdir ki, Cavabdeh1 tərəfindən mübahisəli torpaq sahəsinin satılması, satışda Cavabdeh2 vasitəçilik etməsi və həmçinin də həmin torpaq sahəsinin İddiaçı etibarnamə əsasında satılması işin faktiki və mübahisəsiz hallarıdır. İşin mübahisəli halı İddiaçı həmin torpağa görə Cavabdeh2 vasitəsilə Cavabdeh1 pul verməsidir ki, bununla bağlı məhkəmə biri digəri ilə əlaqəli olan 3 məqamı qeyd etməyi zəruri hesab etmişdir. Birinci halı elə yuxarıda qeyd edilən işin mübahisəsiz halı təşkil edir ki, Cavabdeh1 torpaq sahəsini İsa Süleymanova təcili pul lazım olduğu üçün satmasını, bunun üçün Cavabdeh2 müraciət etməsini və Cavabdeh2 müştəri tapmasını bildirir. İkinci məqam ondan ibarətdir ki, Cavabdeh1 həmin torpaq sahəsinə dair İddiaçı adına etibarnamə vermişdir. Həmçinin həmin etibarnamədə müddət olaraq 2 il 14 gün müəyyən edilmişdir. Bundan başqa isə tərəflər arasında bu münasibətlərin yaranması həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsində müəyyən edilmiş hallarla da təsdiq olunur. Məhkəmə vurğulamışdır ki, Cavabdeh1 tərəfindən İddiaçı adına verilmiş etibarnamə birtərəfli əqd olsa da, həmin əqdlə ötürülən səlahiyyətlər həmçinin təmsil edənin özünə də münasibətdə torpağın 0,035ha sahəsinə hüquq yaratmasını nəzərdə tutan əqd olmuşdur. Buna görə də tərəflər arasında münasibətlərə sırf İddiaçı təmsilçilik üçün etibarnamə verilməsi çərçivəsində deyil, onun özünə münasibətdə də hüquqların yaranması kontekstində qiymət verilməlidir. Bu isə bir şəxs tərəfindən digər şəxsə münasibətdə hüquqların yaranmasına əsas verən etibarnamənin verilməsini tərəflər arasında təmsilçilik münasibətləri deyil, həmçinin qarşılıqlı hüquq və vəzifələri əmələ gətirən müqavilə münasibətləri hesab etməyə əsas verir. Məhkəmə Cavabdeh1 sanki Cavabdeh2 onu aldadaraq etibarnamə verməsi, torpağın satılması müqabilində ona pul verilmədiyinə dair dəlilləri ilə bağlı bildirmişdir ki, pulun verilməsinin ilkin sübutu elə həmin etibarnamənin və dəqiqliklə göstərilmiş səlahiyyətlərin ötürülməsidir. Əgər cavabdehin iddia etdiyi ona həmin məbləğdə pul verilməmişdirsə, Cavabdeh1, üstəlik də mülkiyyətçi İsa Süleymanova təcili olaraq pul lazım olduğu bir məqamda belə bir etibarnamə verməsinə başqa əsas ola bilməzdi. Sonradan, yəni təxminən etibarnamə xx.xx.2017-ci il tarixdə verildikdən 1 il 4 ay keçdikdən sonra etibarnaməyə xx.xx.2018-ci il tarixdə xitam verilməsi məhkəmə tərəfindən heç də Cavabdeh1 pul verilməməsi kimi qiymətləndirilmir. Məhkəmə tərəflər arasında həmin etibarnamənin verilməsinə qədər yaranmış münasibətləri, aparılmış danışıqları, bu kimi münasibətlərdə təşəkkül tapan işgüzar adətləri, onların mahiyyətini və nəticələrini nəzərə almışdır. Məhkəmə hesab etmişdir ki, ididaçının istinad etdiyi hallar aparılmış məhkəmə araşdırması zamanı tərəflərin izahatları, təqdim edilmiş mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə Cavabdeh1 sanki onun Cavabdeh2 tərəfindən aldadılaraq İddiaçı adına etibarnamə verməsinə dair gətirdiyi dəlilləri qəbul etmir və bildirmişdir ki, mövcud işgüzar adətlərə əsasən şəxslər arasında daşınmaz əmlakla bağlı səlahiyyətlərin ötürülməsi üçün etibarnamələrin verilməsi əksər hallarda məhz razılaşdırılmış pul məbləğinin verilməsi fonunda baş verir.Əks halda nə belə bir səlahiyyət, habelə təmsil edənin özünə münasibətdə hüquqlar yaradan səlahiyyətlər ötürülmür, nə də ki,verilmiş etibarnamə 1 il 4 ay müddətində qüvvədə saxlanılmır. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ona aid təmin edilmiş hissədə ləğv edilməsi və iddianın ona qarşı olan hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 əvvəllər bankda filial müdiri işləmişdir və Cavabdeh2 çoxdan tanıyır. Mübahisəli torpaq sahəsi ilə bağlı Cavabdeh1 etibarnamə mülkiyyətçi tərəfindən verilmişdir və etibarnamənin verilməsinə səbəb mülkiyyətçinin 15 gün dənizdə iş növbəsində olduğundan irəli gəlmişdir. Mirzəhəsən ev alqı-satqısı ilə məşğul olduğundan torpaq sahəsinə müştəri tapdığını və Azad adlı şəxsin torpağı almaq istədiyini bildirmişdir. Alim məhz mülkiyyətçinin tapşırığı əsasında Mirzəhəsənin vasitəsi ilə iddiaçının adına etibarnamə vermişdir. Danışığa görə də torpağın razılaşdırılmış məbləği Mirzəhəsən alıb verməli idi. Lakin Mirzəhəsənə pulu vermədiyindən etibarnamə mülkiyyətçinin özü tərəfindən ləğv edilmişdir. Məhkəmə isə qətnamədə gəldiyi nəticənin əsası kimi etibarnamənin Cavabdeh1 tərəfindən ləğv edildiyinə istinad etmişdir. Göründüyü kimi, mülkiyyətçi tərəfindən etibarnamə Cavabdeh1 verilsə də o, həmin etibarnamədən qanunda müəyyən edilmiş qaydada, mülkiyyətçinin tapşırığı əsasdan istifadə etmişdir. İddiaçının adına etibarnaməni də Mirzəhəsən ona pul verəcəyinə inandırdığına görə vermişdir. Lakin etibarnamənin verəndən sonra buna qarşılıq vəd edilmiş pul ona verilmədiyindən, mülkiyyətçi haqlı olaraq etibarnaməni ləğv etmişdir. Lakin bu ləğv etmənin Cavabdeh1 aidiyyəti olmamışdır. Diqqət edilməlidir ki, iddiaçı Cavabdeh1 görməmiş, onunla razılığı olmamış, ona pul verməmişdir. Lakin iddiasında israrla qeyd edir ki, Cavabdeh2 pulu ondan alıb, aparıb Cavabdeh1 vermişdir. Bu iddiaçının cavabdeh qismində Mirzəhəsəni qeyd etmiş olsa da belə, onunla razılaşmış və Cavabdeh1 qarşı birgə hərəkət etməyə iddiasına bənzəyir. Bununla da etibardan istifadə edən və iddiaçının pulunu alan Cavabdeh1 deyil, məhz Cavabdeh2 olmuşdur. Bu baxımdan iddia tələbi Cavabdeh1 nisbətdə təmin edilə bilməzdi. Lakin məhkəmə iş üzrə mövcud və mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyəti olan bu halları tam aydınlaşdırmamış, Cavabdeh2 vasitəçi qismində qəbul etmiş və bu vasitəçilikdə cəmi 100 manata sahib olduğu qənaəti ilə çıxış etmiş və maddi hüquq normaları da bu istiqamətdə tətbiq etmişdir. Halbuki, pulun Mirzəhəsən tərəfindən Cavabdeh1 verildiyinə dair iş üzrə hər hansı hal məhkəmədə müəyyən edilməmişdir. Adı çəkilən cinayət işinin başlanmasının rədd edilməsi barədə polisin qərarında isə Cavabdeh1 ümumiyyətlə məlumatı olmamış və araşdırmaya cəlb edilməmişdir. Polisin qərarda da pulun Alimə verilməsini Mirzəhəsən deyir. Qətnamədə də pulun Alimə verilməsini məhkəmə fərziyyə ilə qəbul etmişdir. Nəticədə tələbi ona cavab verən olmayan şəxsə qarşı təmin etməklə, üzərinə əlavə öhdəlik qoyulmasına səbəb olan qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsivəkili Vəkil2 ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh1 aid hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də daxildir. 326-cı maddəsinə əsasə birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsin əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı mübahisəli torpaq sahəsi müqabilində cavabdehlərə vermiş olduğu 4900 manat məbləğində pulun ona qaytarılmasını tələb edir, Cavabdeh2 həmin məbləğdə pulu İddiaçı almasını və Cavabdeh1 verməsini bildirsə də, Cavabdeh1 isə ona heç bir məbləğdə pul verilmədiyini bildirərək, qəti şəkildə bu tələbi qəbul etməmişdir. Cavabdeh1 apellyasiya şikayətində danışığa görə torpağın razılaşdırılmış məbləğin Mirzəhəsən alıb verməli olduğu halda ona pul verilmədiyindən etibarnamə mülkiyyətçinin özü tərəfindən ləğv edilmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini işin faktiki halları ilə araşdırıraraq qeyd edir ki, cavabdehin də bildirdiyi kimi Cavabdeh2 hazırki münasibətlədə vasitəçi kimi çıxış etmişdir və iddiaçıya da etibarnamə məhz Cavabdeh1 tərəfindən verilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan qeyd edilən məbləği almamasını bildirsə də, Cavabdeh1 tərəfindən iddiaçıya etibarnamə verilməsi əldə edilən vəsaitin məhz cavabdehə verilməsini təsdiq edir. Belə ki, cavabadeh Cavabdeh1 mülkiyyətçinin adından çıxış edərək torpaq sahəsininin iddiaçıya satılmasına razılıq əldə etmişdir ki, bu zaman digər cavabdeh vasitəçilik etmişdir. Bununla da iddiaçı tərəfindən ödənilmiş vəsaitin məhz Cavabdeh1 verilməsi təsdiq edilir. Digər tərəfdən Cavabdeh1 danışığa görə də torpağın razılaşdırılmış məbləği Mirzəhəsəndən alıb verdiyini bildirsə də bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Əskinə, Cavabdeh2 həmin məbləğdə pulu İddiaçı almasını və Cavabdeh1 verməsini bildirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin iddia etdiyi kimi ona həmin məbləğdə pul verilməmişdirsə, Cavabdeh1, üstəlik də mülkiyyətçi İsa Süleymanova təcili olaraq pul lazım olduğu bir məqamda belə bir etibarnamə verməsinə başqa əsas ola bilməzdi. Sonradan, yəni təxminən etibarnamə xx.xx.2017-ci il tarixdə verildikdən 1 il 4 ay keçdikdən sonra etibarnaməyə xx.xx.2018-ci il tarixdə xitam verilməsi məhkəmə tərəfindən heç də Cavabdeh1 pul verilməməsi kimi qiymətləndirilmir. Məhkəmə tərəflər arasında həmin etibarnamənin verilməsinə qədər yaranmış münasibətləri, aparılmış danışıqları, bu kimi münasibətlərdə təşəkkül tapan işgüzar adətləri, onların mahiyyətini və nəticələrini nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri və bununla bağlı izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh iddianın ona münasibətdə əsassız olmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(006)- 1076/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar