Məhkəmə qərarları › İş №2(103)-3777/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3777/2020

03.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3777/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5441/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına onun xüsusi mülkiyyət hüququnu təsdiq edərək onun üzərinə qoyulmuş həbsdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Nəsimi rayon Məhkəməsinin 5(006)- 1131/2015 saylı xx xxxxxx 2015-ci il tarixli istintaq hərəkətinin məcburi aparılmasına dairqərarı ilə onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə həbsqoyulmuşdur. Həmin qərardan onun xəbəri olmamışdır. Bakı Hərbi Məhkəməsinin 23 aprel2018-ci il tarixli hökmü ilə X9 Azərbaycan Respublikasının CMnin145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.4,313, 320.1, 320.2, 341.2.1, 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinitörətməkdə təqsirli bilinmişdir. Həmin hökmlə ona məxsus olan əmlaka, o cümlədən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayışbinasının xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsizolaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmün ona məxsus əmlakın xüsusimüsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinəalınması hissəsindən o, apelyasiya şikayəti vermişdir. Lakin Bakı ApelyasiyaMəhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixində ilkin baxışı zamanıhökmdən maraqlı şəxs qismində ərizəçilər tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməmiş və ondan kassasiya şikayəti və ya protesti verilə bilməz bildirilmişdir. Ona məlum olmuşdur ki, xx xxxxxx 2019-cu il tarixinə onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının açıq hərraca çıxarılması təyin edilmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5441/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı “əmlakı həbsdən azad etmək haqqında ”tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəfələr məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5441/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X6 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 0,04572 ha torpaq sahəsində yerləşən 94A saylı qeyriyaşayış binası üzrə xx xxxxx 2013-cü il tarixdə hərracın təşkilatının hərracın nəticələri haqqında 27/07 saylı protokol tərtib edilmiş və əmlakın dəyəri 305000 manatdır. İş materiallarında olan Bakı şəhəri 29 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş xx xxxxx 2013-cü il tarixli borc müqaviləsinə əsasən X1 Erkin Sübahir oğluna 350000 manat məbləğində borc pul vermiş, İddiaçı 350000 manat pulu xx xxxxx 2016-cı ildən gec olmayaraq qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 saylı qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 4536 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 5(006)-1131/2015 saylı qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaq edilən ********* nömrəli cinayət ünvan 6 ünvanda yerləşən 03 mərtəbəli üzərinə cinayət təqibi müddəti ərzində həbs qoyulmuşdur. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(093)- 7/2018 saylı hökmünün surətindən görünür ki, X9 AR CM-nin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.4, 313, 320.1, 320.2, 341.2.1, 341.2.3, 66.3 və 66.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhkum edilməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirləndirilən şəxs X4 və yaxın qohumlarının adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası və s. əmlakı xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbsdən azad edilməsini mülki qaydada tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə kollegiya hesab edir ki, həmin dəlillər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, artıq qanuni qüvvəyə minmiş Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(093)-7/2018 saylı hökmü ilə təqsirləndirilən şəxs X4 və yaxın qohumlarının adına olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası və s. əmlakı xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5441/2019 saylı iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5441/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Rəşad Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar