Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3781/2025 08.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə mülki iş (Açar sözlər: «evdən çıxarılma, əldən çıxmış fayda, əsassız varlanma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh(qarşılıqlı iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-682/2025 saylı, 14 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 720 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişdir.
2. İddiaçı Cavabdeh Mirfazil qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdə göstərib ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 720 nömrəli bağ evinin qısa müddətdə boşaldılaraq ona təhvil verilməsini, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq evin boşaldılması və dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalacaq.
3. Cavabdeh Mirfazil qızı övladı ilə birlikdə 2013-cü ilin iyul ayından Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 720 ünvanında yaşayır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu Rayonu, Nardaran qəsəbəsi, 720 nömrəli bağ evindən çıxarılması, əldən çıxmış fayda şəkilində zərərə görə 36000 manat kompensasiya və 198 manat dövlət rüsumuna görə xərcin əvəzinin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
5. İlk iddiada göstərilir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 720 nömrəli bağ evi İddiaçı mülkiyyətindədir. Cavabdeh övladı ilə birlikdə 2013- cü ildə müvəqqəti məskunlaşmışdır, lakin sonradan evi tərk etməkdən boyun qaçırır və qanunsuz olaraq iddiaçının mülkiyyətində olan bağ evində yaşayır, həmin evə qanunsuz sahiblik edir, iddiaçını öz daşınmaz əmlakından istifadə etməsinə, ona sahiblik etməsinə maneə yaradır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehə evinin boşaldılıb təhvil verilməsi barədə rəsmi bildiriş göndərilmişdir. Lakin Cavabdeh həmin rəsmi bildirişə heç bir cavab verməmişdir və hazırki vaxtadək həmin evdə yaşayır. Cavabdehin iddiaçının daşınmaz əmlakına qanunsuz sahiblik etməsi iddiaçıya həmin əmlakı kirayə verərək ayda 1000 manat pul qazanmaq imkanından da məhrum etmişdir. Beləliklə, əldən çıxmış fayda şəkilində son üç il ərzində cavabdeh iddiaçıya ayda 1000 manat olmaqla 36 ay=36 000 manat ziyan vurmuşdur.
6. Cavabdeh da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 150 000 ABŞ dollarının, Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq illik 5 faiz məbləğində 86.250 ABŞ dolları, cəmi 236.250 ABŞ dollarının (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla), dövlət rüsumuna görə 692 manat, hüquqi xidmətə görə 500 manat xərcin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edib.
7. Qarşılıqlı iddiada göstərilir ki, 2013-cü ilin iyul ayında hazırki iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Bağ evi 720 ünvanında yerləşən faktiki olaraq 0.45 hektar torpaq sahəsində 150 000 ABŞ dollarını X8 və X3 yanında tanışı cavabdeh İddiaçı özünə nağd formada təqdim edərək sözügedən torpaq sahəsini almışdır. Həmin şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsini xahiş edir. Həmin bağ sahəsinin 0.25 hektarına çıxarış olmasına baxmayaraq, İddiaçı ona əlavə 0.20 hektar bağ sahəsinin ona məxsus olduğunu bildirib cəmi 0.45 hektar torpaq sahəsini satmışdır. Bunun qarşılığında İddiaçıya söz vermişdir ki, qalan 0.20 hektar torpaq sahəsinin də çıxarışını alacaqdır. Bu səbəbdən 0.25 hektar torpaq sahəsinin çıxarışının əslini Cavabdeh təqdim etməmişdir. İddiaçı özü rəsmiləşmə prosedurunu bilərəkdən uzatmışdır. Hətta hazırda cavabdeh sözgedən bağ sahəsini başqa şəxslərə satmaq niyyətindədir. Cavabdeh sözügedən torpaq sahəsini etibarnamə ilə öz adına keçirə bilmədiyi üçün cavabdeh İddiaçı xx.xx.2013-cü il tarixində X3 adına Bakı şəhəri, Nardaran qəsəbəsi bağ evi 720 ünvanında yerləşən və mülkiyyətində olan 0.25 hektar torpaq sahəsinin forma 1 arayışını və s. almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, ipotekaya (girov) qoymağı, pulunu almağı buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri yerinə yetirməyə dair 3 illik müddətinə etibarnamə vermişdir. 2013-cü ildən hazırki vaxtadək cavabdeh İddiaçıya müxtəlif vədlər verərək onu aldadır. 2024-cü ilin may ayından etibarən cavabdeh İddiaçı sözügedən bağ sahəsinin üzərində yerləşən evdən iddiaçının çıxarılmasını tələb etməyə başlamış, hətta məsələ ilə bağlı dəfələrlə ona hədə-qorxu gəlmiş, iddiaçının evdən çıxmayacağı təqdirdə evi yandıracağını bildirmişdir. Həmçinin cavabdeh bağ evindəki bağbanın üzərinə hücum edərək ondan evin açarlarını tələb etmiş, özbaşına evin qaz, su və elektrik xətlərini də kəsmişdir. Hazırda da cavabdehin iddiaçıya olan qanunsuz hərəkətləri davam etməkdədir (məsələ ilə bağlı iddiaçı tərəfindən aidiyyəti orqanlara məktub ünvanlanmışdır). Göründüyü kimi cavabdeh borcunu ödəyəcəyinə dair iddiaçıya müxtəlif vədlər verərək onu aldadır, öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Hazırki iddia ərizəsində qeyd olunduğu kimi iddiaçı tərəfindən 150 000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehə 2013-cü ilin iyul ayında nağd formada verilmişdir. Həmin məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərə alınmaqla hesablanmış faiz məbləği illik 7500 ABŞ dolları təşkil edir. Sözügedən vəsaitin verilməsindən 11 il 5 aydan artıq vaxt keçmişdir. Həmin dövrlər ərzində ödənilməli olan faiz məbləği 86.250 ABŞ dolları təşkil edir ( 7500 x 11 il 6 ay = 86.250).
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-682/2025 saylı, 14 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) ilk iddianın qismən təmin olunaraq Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 720 nömrəli bağ evindən çıxarılması; Cavabdeh 9000 (doqquz min) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi; ilk iddianın qalan hissədə təmin olunmaması; qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mübahisəli bağ evin mülkiyyətçisi İddiaçıdur, Cavabdeh Mirfazil qızı 2013-cü ildən həmin bağ sahəsində yaşamış, lakin onun həmin evə istifadə hüququ olmamışdır. İlk iddia üzrə cavabdeh ona əsaslanır ki, bağ artıq onundur, çünki o, şifahi olaraq Şirinbəyovla 13 il əvvəl razılaşıb, ona 150000 ABŞ dolları pul verib bağ üçün, arada vasitəçi Cavabdeh yaxın dostu olan Hacı adlı şəxs olub. Cavabdeh Mirfazil qızının mübahisəli mənzilə hər hansı bir hüququ yoxdur və həmin mənzilin mülkiyyətçisi olan ilk iddia üzrə iddiaçının xüsusi mülkiyyət hüququnun yaranmasına kobud şəkildə maneçilik yaratdığından ilk iddia üzrə iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də, İddiaçı mənzil üzərində mövcud olan və yaranacaq hüquqlarının həyata keçirilməsi üçün ünvan 5 bağ evi Cavabdeh Mirfazil qızının qanunsuz sahibliyindən geri alınmalı və Cavabdeh Mirfazil qızı həmin həmin mənzildən çıxarılmalıdır. Məhkəmə ilk iddia tələbinin əldən çıxmış fayda şəkilində vurulmuş maddi zərərə görə 36000 (otuz altı min) manat kompensasiya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edib ki, Cavabdeh Mirfazil qızından kirayə haqqı 3 il müddətinə deyil, İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 720 nömrəli bağ evinin boşaldılmasını tələb etdiyi xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 9000 manat məbləğində tutulmalıdır. Məhkəməyə təqdim olunmuş elanlardan da görünür ki, həmin ərazidə yerləşən oxşar evlərin aylıq kirayə haqqı təxminən aylıq 1000 manat civarındadır. Buna görə də ilk iddiaçı öz mülkiyyətində olan evi 9 ay kirayə versəydi 9000 manat əldə etmək imkanına malik idi ki, həmin hüquqlarını cavabdehə görə həyata keçirə bilməmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh iddiasına münasibət bildirərək onu qeyd edə bilər ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Yəni, hər kəsə məlumdur ki, daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanarkən tərəflər bununla bağlı notarial qaydada alqı-satqı müqaviləsi bağlamalıdırlar. Cavabdeh 150000 ABŞ dolları məbləğində pulu sadəcə etibar etdiyinə görə İddiaçı verməsini məhkəmə inandırıcı hesab etmir. Çünki o, özü də etiraf edir ki, Şirinbəyovu yalnız Hacı adlı şəxsə görə tanıyıb. Adı çəkilən həmin Hacı adlı şəxs isə iş üzrə cavabdeh qismində qoyulmayıb və məhkəməyə tərəflərlə həmin şəxs arasında hansı razılaşmaların olduğu məlum deyil. Üstəlik, qarşlıqlı iddia üzrə iddiaçı 13 il ərzində verdiyi 150000 ABŞ dolları pulu heç vaxt Şirinbəyovdan tələb etməyib, məhz Şirinbəyovun iddiasından sonra, sankı bunu ümumiyyətlə unutmuş kimi birdən belə bir iddia qaldırması çox qəribə görünür. Çünki kifayət qədər böyük bir məbləğdə pulu kiməsə verib, alqı-satqı müqaviləsinin bağlandığını düşünmək və arxayın oturub başqa heç bir addım atmamaq bir qədər inandırıcı deyil.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh (nümayəndəsi Vəkil4) apellyasiya şikayəti verərək qətnamənin ləğv, ilk iddia tələbinin tam rədd, qarşılıqlı iddia tələbinin isə tam təmin olunmasını xahiş edib göstərir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 2013-cü ildə cavabdehə iki nəfər şəxsin (X8 və X3) yanında 0.45 hektar bağ sahəsini almaq üçün 150.000 ABŞ dolları pul vermişdir. Rəsmiləşdirmələrin baş tutmamasının səbəbi cavabdehin 0.25 hektar bağ sahəsinə çıxarışının olmasına baxmayaraq, qalan 0.20 hektara da çıxarış aldıqdan sonra rəsmiləşdirmə edəcəyi ilə bağlı vədləri olmuşdur. Cavabdeh sakitləşdirmək üçün xx.xx.2013-cü il tarixdə X3 adına ünvan 4 ünvanında yerləşən 0.25 hektar torpaq sahəsinə dair 3 illik müddətə, bağ sahəsinə dair sərəncam verməyi, bağışlamağı, satmağı və.s səlahiyyətləri ehtiva edən etibarnamə vermişdir. Cavabdeh də kommunal xidmətlərdən istifadə etmiş, onların xərclərini ödəmiş, hətta bələdiyyəyə torpaq və əmlak vergisi də ödəmişdir. Lakin 2024-cü ilin may ayından İddiaçı Cavabdeh bağ evində yaşamağa mane olmağa, kommunal xidmətlərdən istifadə dayandırmaqla, hədə-qorxu gəlməklə onu evdən çıxarmağa çalışmış və xx.xx.2024-cü il tarixdə bildiriş göndərərək mülkiyyətində olan bağ evindən çıxarılmasını tələb etmiş, sonradan eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə Cavabdeh Sabunçu rayon prokurorluğuna müraciət edərək, İddiaçı 150.000 ABŞ dolları pul ödəməsi və qarşılığında bağ sahəsinin 25 sotuna çıxarışı olmasına baxmayraq 45 sotu satması və çıxarış alaraq ona satacağına dair vədlərini yerinə yetirməməsi, həmçinin hədə-qorxu gəldiyi üçün onun barəsində tədbirlər görülməsini xahiş etmişdir. İlkin iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, Cavabdeh qızı ilə birlikdə bağ evində 2013-cü ildən müvəqqəti məskunlaşmışdır. Həmin müvəqqəti müddətin 10 ildən artıq davam etməsi artıq həmin müddətin heç də müvəqqəti olmadığını, hətta həmin iddia ərizəsində qeyd olunanların reallığı əks elətdirmədiyi qənaətinə gəlmək üçün əsas verməkdədir. Qardaşın-qardaşına 5 manat pul vermədiyi dövrdə heç bir səbəb olmadan guya dostunun xahişi ilə kiminsə 10 ildən artıq müddətə bağ evində yaşamasına “icazə” vermək üçün yəqin ki, çox xüsusi səxavət sahibi olunmalıdır. Lakin həmin səxavət davranışı işin digər halları ilə qarşılaşdırıldıqda burada heç də səxavətdən söhbət getmədiyi aşkar olunmaqdadır. Digər hallardan biri odur ki, İddiaçı 3 il müddətinə X3 adına etibarnamə ilə bütün səlahiyyətləri vermişdir. X2 adına verilməsinə səbəb də etibar edilən şəxsin özü-özü ilə əqd bağlaya bilməməsi dolayısı ilə sonradan aparılacaq rəsmiləşdirmə işi nəticəsində birbaşa Cavabdeh adına rəsmiləşdirilmənin yolunu açmaq olmuşdur. Cavabdehin vəkilinin qeyd etdiyi 3 illik müddətdə hansı səbəbdən Cavabdeh adına rəmiləşdirmədiyi arqumentinə əsas olaraq isə birinci instansiya məhkəməsində də qeyd edildiyi kimi satılmış torpaq sahəsinin digər hissəsinə çıxarış alınmamış və həmin çıxarışın yubadılması səbəbindən məhz rəsmiləşdirmə işləri aparıla bilməmişdir. Son baş verən hadisələrdən sonra isə artıq həmin yubadılmaların əsil səbəbləri bəlli olmuşdur. İddiaçı pulu almasına baxmayaraq bağ sahəsini Cavabdeh adına rəsmiləşdirməməklə və hazırki iddianı qaldırmaqla hüquqdan sui-istifadə etmişdir. Sabunçu Rayon Məhkəməsi çıxarmış olduğu qətnamə ilə Cavabdeh həm pulundan olmuş, həm evdən çıxarılmış və üstəlik zərər ödəməyə məhkum olunmuşdur ki, bu mübahisənin qanunsuz həllidir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim olunmuşdur. Həmin ərizənin təqdim edilməsi ilə də, cavabdeh iddiaçının hüquqlarının pozmasını etiraf etmiş hesab olunmalı idi. Nəzərə alınmalıdır ki, mülki mübahisəyə baxan hakim cavabdeh tərəfindən “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verilmədən iddia müddətini tətbiq edə bilməz, çünki qanun belə tələb edir. Ərizə cavabdehin yazı qabiliyyətinin yoxlanılması üçün verilmir. Ərizə verən şəxs bu hərəkəti ilə hüquqi əhəmiyyət kəsb edən iradə ifadə edir, hakim isə həmin iradəni qiymətləndirir. Bundan sonra növbəti sual yaranır: “Ərizə ilə hansı məzmunda iradə ifadə edilir?” Cavab belədir ki, ərizə “iddia muddətinin tətbiq edilməsi barədə ərizə” adlandığına görə cavabdeh göstərilən məzmunda iradə ifadə etmiş olur: 1) iddiaçının müvafiq (iddia ərizəsi ilə müdafiəsi tələb olunan) subyektiv hüququ mövcuddur; 2) həmin subyektiv hüquq pozulub; 3) həmin hüququ mən (cavabdeh) pozmuşam; 4) lakin pozuntuya gorə məsuliyyətimin müddəti keçib. Nəyə gorə cavabdeh belə məzmunda iradə ifadə etmiş olur? Ona görə ki, iddia muddəti ilə bağlı iradə ifadə edən hər bir kəs, o cümlədən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: Bu müddət pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Əgər dərk etmirsə, bu anlayışı ona ərizəni ondan qəbul edən hakim izah etməlidir (MPM, maddə 14). Pozulmuş subyektiv hüququn müdafiəsi müddətinin tətbiq edilməsini istəyən şəxs avtomatik olaraq hüququn mövcudluğunu və onun tərəfindən pozulduğunu etiraf etmiş olur. Çünki o, məhz buna görə pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər bu belə deyildirsə, cavabdehə sual ünvanlana bilər: “Subyektiv hüquq yoxdursa və ya varsa, lakin sənin tərəfindən pozulmayıbsa, nəyə gorə iddia müddətinin tətbiqini istəyirsən, çünki belə halda onsuz da (sən ərizə vermədən də) iddia rədd olunacaq?” Düzgün məntiqə gorə, hüquq yoxdursa və ya varsa, lakin cavabdeh tərəfindən pozulmayıbsa cavabdeh ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da, həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Cavabdehin yuxarıda göstərilən 2 iradə ifadəsi bir-birini təkzib etdiyinə görə birlikdə mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, hakim isə bunu həqiqi iradə ifadəsi kimi qəbul edirsə, 1-ci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu, həmin hüququ pozduğunu, lakin bu pozuntuya görə məsuliyyət müddətinin keçdiyini etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı, pozulub-pozulmadığı və kim tərəfindən pozulduğu barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Nəzərə alınmalıdır ki, araşdırma tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələ həll ediləcək. Ona görə də, tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. İddia müddətinin tətbiq edilməsi barədə ərizəyə belə münasibətin hüquqi əsası nədən ibarətdir? MPM-in 106.3-cü maddəsində: “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.” Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olması faktını və həmin hüququ pozması faktını etiraf edir. Qarşı tərəfin vəkilinin MM 354 və 375-ci maddələrində tənzimlənən müddətləri bir-birinə qarışdırması bəlkə də bu mübahisənin ədalətli həlli üçün verilmiş ilahi şans kimi qəbul edir. Hazırki mülki iş üzrə iddiaçı 150.000 ABŞ dolları vəsaiti cavabdehə ödəyir və cavabdeh də tam olaraq torpaq sahəsinə çıxarış aldıqdan sonra rəsmiləşdirmə işlərini aparacağını bildirir. Qeyd edilən proseslər iki nəfər şəxsin yanında baş tutur ki, həmin şəxslərin çağırılıb dindirilməsi barədə birinci instansiya məhkəməsində vəsatət verilmiş və təəssüf ki, həmin şəxslərin dindirilməsinə şərait yaradılmamışdır. Həmin iki şəxs- X8 və X3 adları iş üzrə hər iki tərəfdən səsləndirilmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı bildirir ki, bağ evini Cavabdeh dostu Hacı Salayevin xahişi ilə müvəqqəti yaşamaq üçün vermiş, Cavabdeh isə 150.000 ABŞ dolları vəsaitinin verilməsi zamanı Hacı Salayevin də orada olması və alqı-satqı olmasını təsdiq edə biləcəyini bildirir. Həmçinin torpaq sahəsinə dair 3 illik müddətə bütün səlahiyyətləri ehtiva edən etibarnamə verilmiş X6 da dindirilmədən iş üzrə ədalətli nəticəyə gəlinə bilinməzdi. İlkin iddia üzrə iddiaçı etibarnamənin verilməsinə səbəb kimi guya həmin bağ sahəsinin kənar şəxslərə satılmalı olmasını, lakin alıcı olmadığı üçün satılmadığını bildirmişdir. İddiaçı bu dedikləri işin halları ilə uyğunsuzluq təşkil edir. Əgər doğrudan da bu cür olmuşdursa, niyə həmin iki şəxsin dindirilməsi barədə vəsatət onlar tərəfindən deyil, Cavabdeh tərəfindən verilmiş, hətta qarşılıqlı iddia ərizəsində belə həmin şəxslərin çağırılıb dindirilməsi xahiş olunmuşdur. İşin hallarını bütövlükdə qiymətləndirdikdə ortaya çıxan mənzərə bundan ibarət olur ki, İddiaçı 2013-cü ildə 150.000 ABŞ dolları məbləğini Cavabdeh almış, lakin sənədləşdirmə işlərini aparmayaraq əsassız varlanmışdır. Təssüflər olsun ki, məhkəmə tərəfindən işin hallarına obyektiv hüquqi qiymət verilməmişdir. Qətnamənin 4-cü səhifəsində yer alan iddiaçının vəkili Vəkil1 ilk iddianın təmin olunmasını məhkəmədən xahiş edərək, “bildirmişdir ki, Şirinbəyov bağın mülkiyyətçisidir, dostu Hacının xahişi ilə müvəqqəti olaraq Cavabdeh bağda yaşamağa icazə vermişdir. Lakin sonradan onu oradan çıxara bilməmişdir” cümləsinə diqqət yetirilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı da iddia ərizəsində pul vəsaitinin X8 və X3 yanında tanışı cavabdeh İddiaçı verdiyni qeyd edir. Gördüyünüz kimi, hər iki tərəf Hacı Salayevin iş üzrə mühüm xüsusatlar barəsində məlumatlı olmasını və proseslərin onun yanında baş tutduğunu bildirir. Bu səbəbdən, Hacı Salayevin şahid kimi ifadəsi alınmadan çıxarılmış qətnamə qanuni və ədalətli sayıla bilməz. Nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçı elə həmin qarşılıqlı iddia ərizəsində X5 şahid kimi dindirilməli olmasını qeyd etmişdir. xx.xx.2013-cü il tarixdə X3 adına 3 illik müddətə, bağ sahəsinə dair sərəncam verməyi, bağışlamağı, satmağı və s. səlahiyyətləri ehtiva edən etibarnamə vermişdir. Həmin etibarnamənin hansı məqsədlə verilməsini aydınlaşdırmaq üçün Çingiz Məhərrəmovun məhkəmə iclasında dindirilməsi zəruri idi. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı izahatda qeyd edir ki, cavabdeh tələbinin sübutu kimi kommunal xərcləri ödəməsinə istinad edir, lakin kommunal xərclərin ödənməsi cavabdehin vəzifəsi idi, çünki həmin xidmətlərdən o, özü istifadə edirdi. Lakin burada yanlış qeyd olunmuş cümləyə düzəliş edərək qeyd edir ki, cavabdeh kommunal xərcləri ödəməsinə yox, həm də həmin kommunal xidmətlərə dair müqavilələrin də öz adına olmasına istinad edir və həmin sübutların tələb edilməsinə dair məhkəməyə vəsatət ünvanlamışdır. Lakin nədənsə, məhkəmə həmin vəsatəti təmin etməmişdir. İddiaçının vəkili və nümayəndəsinin izahatlarına nəzər yetirdikdə, kommunal xidmətlərin Cavabdeh ödəməsinin onu vəzifəsi olmasına istinad etsə də, əmlak və torpaq vergilərinin hansı səbəbdən Cavabdeh tərəfindən ödənildiyinə aydınlıq gətirə bilməmişdir. Vergilərin ödənməsi ilə bağlı məhkəməyə qəbzləri təqdim etsə də, məhkəmə tərəfindən onlara da hüquqi qiymət verilməmişdir. Tərəf olaraq iş üzrə hər iki tərəfin də tanıdığı ərizələrində adları keçidiyi iki nəfər şəxsin şahid olaraq məhkəmə iclasında dindirilməsini xahiş etsə də, buna süni maneələr yaradılmışdır. Məhkəməyə ünvanladığı vəsatətdə Hacı Salayevin ölkə xaricində olması səbəbindən videokonfrans yolu ilə dindirilməsi, qarşılıqlı iddia ərizəsində hər iki şəxsin dindirilməsinin vacib olmasını qeyd etməyinə baxmayaraq nəticədə süni maneələr yaradılmışdır. Hər nə qədər iş üzrə vəkil və nümayəndələrin ölkə xaricində olması səbəbindən işin uzanması halını nəzərə alaraq hakimin mövqeyini anlayışla qarşılmağa çalışsa da, yekunda şahidlərin dindirilməməsi səbəbindən ədalətli nəticəyə gəlinməmişdir. Vəsatətin hazırlıq və baxış iclasında verilməsi, şəxsiyyət vəsiqəsinin elektron məhkəmə sisteminə əlavə edilib-edilməməsi kimi formal tələblər iş üzrə həqiqətin ortaya çıxmasında və ədalətli nəticəyə gəlinməsinə mane olmamalıdır. Nəticədə hüququn ali məqsədi ədalətin ortaya çıxmasıdır. Nəzərə alınmalıdır ki, qarşılıqlı iddia ərizəsində də, vəsatətdə də həmin şəxslərin dindirilməli olması dəfələrlə vurğulanmışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəməyə əlavə edilmiş kommunal xərclərlə bağlı sənədlərdən də göründüyü kimi “Azəriqaz”la müqavilə 2024-cü il tarixdə İddiaçı adına bağlanmış və o, xəttin dayandırılmasına dair müraciət etdikdən sonra qaz təchizatı dayandırılmışdır. Həmin müqavilənin tarixi də onu təsdiq edir ki, kommunal xidmətlərə dair müqavilələr İddiaçıla bağlanmamışdır. O, yalnız, 2024-cü il tarixdə çıxarış ilə müraciət edərək onları öz adına keçirmiş və xidmətləri dayandırmışdır. Sözsüz ki, məhkəmə tərəfindən kommunal xidmətlərə dair ilkin müqavilələrin kimlərin adına bağlanması barədə sübutların təmini ilə bağlı verilmiş vəsatət təmin olunsa idi, dediklərinin doğru olduğunu öz təsdiqini tapacaqdı. Hərçənd yuxarıda qeyd etdiyi Azəirqazla İddiaçı arasında olan qaz təchizatına dair müqavilənin tarixi də dediklərini təsdiqləyir və məhkəmə tərəfindən əlavə sübuta ehtiyac olmadan belə bu hala əsaslanaraq obyektiv nəticəyə gəlinməsi mümkün idi. Həmin obyektiv nəticə ondan ibarətdir ki, əgər bağ sahəsi satılmamışdırsa, hansı səbəbdən həmin kommunal xidmətlərə dair müqavilələr İddiaçı adına bağlanmamışdır. Kommunal xidmətlərin orada yaşayan şəxsin adına olması barədə də qanunvericilikdə heç bir məcburiyyət yoxdur.
a) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz.
11. İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə təqdim etdiyi və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə dair yazılı etirazında cavabdehin şikayətinin təmin olunmamasını xahiş edib etirazında qeyd edib ki, şikayətdə qeyd olunur ki, “İddiaçı 3 il müddətinə X3 adına etibarnamə ilə bütün səlahiyyətləri vermişdir. X2 adına verilməsinə səbəb də etibar edilən şəxsin özü-özü ilə əqd bağlaya bilməməsi, dolayısı ilə sonradan aparılacaq rəsmiləşdirmə işi nəticəsində birbaşa Cavabdeh adına rəsmiləşdirilmənin yolunu açmaq olmuşdur. Cavabdehin vəkilinin qeyd etdiyi 3 illik müddətdə hansı səbəbdən Cavabdeh adına rəmiləşdirmədiyi arqumentinə əsas olaraq isə Birinci İnstansiya Məhkəməsində də qeyd edildiyi kimi satılmış torpaq sahəsinin digər hissəsinə çıxarış alınmamış və həmin çıxarışın yubadılması səbəbindən məhz rəsmiləşdirmə işləri aparıla bilməmişdir. Son baş verən hadisələrdən sonra isə artıq həmin yubadılmaların əsil səbəbləri bəlli olmuşdur. İddiaçı pulu almasına baxmayaraq bağ sahəsini Cavabdeh adına rəsmiləşdirməməklə və hazırki iddianı qaldırmaqla hüquqdan sui-istifadə etmişdir.” Cavabdehin iddiaçının bağ evində məskunlaşmasını iddiaçıdan onun keçmiş dostu X9 xahiş etmişdir. Bu hadisə 2013-cü ildə baş vermişdir. Lakin dəqiq tarixi iddiaçı xatırlamır. İddiaçının cavabdeh ilə heç bir ünsiyyəti olmayıb. X9 bildirib ki, həmin qadın onun yaxın adamıdır və onun qızı ilə birlikdə iddiaçının bağ evində müvəqqəti yaşamasını xahiş etmişdir. İddiaçı və X9 arasında dostluq münasibətləri olduğundan müddət konkretləşdirilməyib. Bundan əlavə, əgər 2013-cü ilin iyul ayında daşınmaz əmlakı almaq üçün cavabdeh 150 000 ABŞ dolları ödəyibsə hansı məntiqlə ödədiyi pulun müqabilində əmlakın ona verilməsini və yaxud pulunun qaytarılmasını 11 il ərzində tələb etməyib, iddiaçının iddia verməsini gözləyib və yalnız ilkin iddia veriləndən sonra belə tələbi irəli sürmək qərarına gəlmişdir.Cavabdehin irəli sürdüyü dəlillər heç bir məntiqlə izah oluna bilməz və açıq-aşkar yalandır. Şikayətdə qeyd olunur ki, “Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim olunmuşdur. Həmin ərizənin təqdim edilməsi ilə də, cavabdeh iddiaçının hüquqlarının pozmasını etiraf etmiş hesab olunmalı idi.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci (İddia müddəti anlayışı) maddəsinə əsasən, “Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.” Həmin Məcəllənin 375.2-ci (İddia müddətinin tətbiqi) maddəsinə əsasən, “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddiasının əsası kimi guya 2013-cü ildə iddiaçıdan daşınmaz əmlakı 150.000 ABŞ dolları müqabilində alması faktına istinad edir və həmin əqdin mövcudluğunun sübutu kimi şahid ifadələrinə istinad edir. Halbu ki, qanunvericiliyin tələbinə əsasən, daşınmaz əmlakı özgəninkiləşdirmək haqqında müqavilə notarial qaydada təsdiqlənməli idi. Cavabdeh isə nəinki notarial qaydada təsdiqlənmiş müqaviləni, heç sadə yazılı müqaviləni belə məhkəməyə təqdim etməmişdir. Bu hallar qeyd edilən iddianın məhkəmədə qaldırılması üçün cavabdehin subyektiv hüququnun olmadığını, subyektiv hüququnu təsdiq edən qanunvericiliklə tələb olunan sübutu iddia ərizəsinə əlavə etmədiyini, belə bir sübuta istinad etmədiyini təsdiq edir. İddia müddətinin tətbiq edilməsi barədə ərizənin təqdim edilməsi ilkin iddia üzrə iddiaçı tərəfindən iddianın etirafı kimi qiymətləndirilə bilməz. Həmin ərizənin verilməsi prosessual qənaət prinsipinə riayət edilməsi məqsədi daşıyır. Qarşılıqlı iddiada istinad edilən əqdin tərəflər arasında bağlanması faktı tamamilə yalan olması ilə yanaşı prosessual qənaət prinsipinə riayət etmək məqsədilə məhkəmə ümumiyyətlə belə bir tələbin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin ötürüldüyünü nəzərə almalıdır və buna hüquqi qiymət verməlidir. Şikayətdə göstərilmişdir ki, “İlkin iddia üzrə iddiaçı etibarnamənin verilməsinə səbəb kimi guya həmin bağ sahəsinin kənar şəxslərə satılmalı olmasını, lakin alıcı olmadığı üçün satılmadığını bildirmişdir. İddiaçı bu dedikləri işin halları ilə uyğunsuzluq təşkil edir. Əgər doğrudan da bu cür olmuşdursa, niyə həmin iki şəxsin dindirilməsi barədə vəsatət onlar tərəfindən deyil, Cavabdeh tərəfindən verilmiş, hətta qarşılıqlı iddia ərizəsində belə həmin şəxslərin çağırılıb dindirilməsi xahiş olunmuşdur. İşin hallarını bütövlükdə qiymətləndirdikdə ortaya çıxan mənzərə bundan ibarət olur ki, İddiaçı 2013- cü ildə 150.000 ABŞ dolları məbləğini Cavabdeh almış, lakin sənədləşdirmə işlərini aparmayaraq əsassız varlanmışdır.” Cavabdeh biri digərini inkar edən iki dəlil gətirir. Bir tərəfdən cavabdeh bildirir ki, iddiaçı bağın onun adına keçirmək vədinə əməl etməyib, digər tərəfdən isə bildirir ki, xx.xx.2013-cü il tarixdə iddiaçı X4 3 il müddətinə həmin bağa sərəncam vermək hüququ ilə etibarnamə vermişdir və həmin etibarnamənin verilməsində məqsəd bağın cavabdehin adına rəsmiləşdirməkdən ibarət idi. Belə olan halda, niyə cavabdeh və X6 həmin etibarnamədən istifadə edərək, bağı cavabdehin adına keçirməyib? Cavabdeh bu zidiyyətə heç bir izah verməmişdir. Əslində, X6 iddiaçının dostu olub və iddiaçı bağını satmaq üçün ona etibar verib, lakin X6 bağa müştəri tapa bilməyib və bu səbəbdən də etibarnamədən istifadə etməyib. Normal məntiqlə Cavabdeh həmin etibarnaməni guya ödədiyi pulun müqabilində əldə etdiyi sənəd hesab edirdisə, o zaman ən azından etibarnamə qüvvədən düşəndə, 2016-cı ildə pozulmuş hüququnun müdafiəsi üçün iddia qaldırmalı idi. Cavabdeh bu hərəkətləri etməməsi onun gətirdiyi dəlilin uydurma, yalan olduğunu sübut edir. Şikayətdə qeyd olunur ki, “Məhkəməyə əlavə edilmiş kommunal xərclərlə bağlı sənədlərdən də göründüyü kimi Azəriqazla müqavilə 2024-cü il tarixdə İddiaçı adına bağlanmış və o xəttin dayandırılmasına dair müraciət etdikdən sonra qaz təchizatı dayandırılmışdır. Həmin müqavilənin tarixi də onu təsdiq edir ki, kommunal xidmətlərə dair müqavilələr İddiaçıla bağlanmamışdır. O yalnız, 2024-cü il tarixdə çıxarış ilə müraciət edərək onları öz adına keçirmiş və xidmətləri dayandırmışdır. Sözsüz ki, məhkəmə tərəfindən kommunal xidmətlərə dair ilkin müqavilələrin kimlərin adına bağlanması barədə sübutların təmini ilə bağlı verilmiş vəsatət təmin olunsa idi, dediklərinin doğru olduğu öz təsdiqini tapacaqdı. Hərçənd yuxarıda qeyd etdiyi “Azəriqaz”la İddiaçı arasında olan qaz təchiatına dair müqavilənin tarixi də bizim dediklərimizi təsdiqləyir və məhkəmə tərəfindən əlavə sübuta ehtiyac olmadan belə bu hala əsaslanaraq obyektiv nəticəyə gəlinməsi mümkün idi.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci (Daşınmaz əmlaka hüququn əmələ gəlməsi) maddəsinə əsasən, “Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).” Bildirir ki, mübahisəli Bakı şəhəri, Nardaran qəsəbəsi, 720 nömrəli bağ evinin kommunal xidmətlərinin cavabdeh tərəfindən ödənilməsi cavabdehin həmin əmlak üzərində mülkiyyət, istifadə hüquqlarının yaranmasını və yaxud qüvvədə olmasını sübut etmir. İddiaçı Azəriqaz İB ilə müqavilə bağlamamışdan əvvəl qaz sayğacı və müqavilə iddiaçının mərhum atasının adına qeydiyyatda olub. Mübahisəli bağ evi iddiaçının vərəsəlik üzrə əldə etdiyi əmlakdır. İddiaçının qaz sayğacını öz adına 2024cü ildə keçirməsi heç bir halda Cavabdeh həmin evə hansısa hüququnu təsdiq etmir. Bundan başqa, bağ evində kommunal ödənişlərin ödənilməsi əmlaka sahiblik və istifadə hüquqlarının yaranması, ötürülməsi üçün əsas deyildir. Cavabdeh uzun müddət mübahisəli bağ evində yaşadığına görə təbii ki, istifadə etdiyi kommunal xidmətlərin dəyərini özü ödəməli idi.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.
13. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
14. İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə bildirmişdir ki, hal-hazırda ölkə xaricində olduğundan qeyd edilən məhkəmə iclasında şəxsən iştirak edə bilmir. Lakin məhkəmə iclasına videokonfrans vasitəsilə qoşula bilər. Buna görə iclasa “WhatsApp videocall” və ya “ZOOM” tədbiqləri vasitəsilə qoşula bilər. Odur ki, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsinin təmin edilməsini və onun həmin iclasa qoşulmasını, videokonfrans əlaqə sistemi vasitəsi ilə onu iclasa qoşmaq mümkün olmadıqda növbəti məhkəmə iclasını xx.xx.2026-cı il tarixdən sonrakı tarixə təyin edilməsini xahiş edir.
15. İlk iddia üzrə İddiaçı digər nümayəndəsi və vəkili Vəkil3 da elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə bildirmişdir ki, xx.xx.2025 tarixində İddiaçı ilə hazırki mülki işdə hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlayıb. Birinci instansiya məhkəməsində məhkəmə baxışında iştirak etsə də, Bakı Apellyasiya Məhkəməsindəki məhkəmə iclaslarında indiyə kimi iştirak etməmişdir. İşə uzun müddətdir baxıldığını, çoxsaylı məhkəmə iclaslarının keçirildiyini, yeni sübutların, şahid ifadələrinin tədqiq edildiyini nəzərə alaraq, keyfiyyətli hüquqi yardımın göstərilməsi üçün iş materialları ilə, məhkəmə iclaslarının protokolları ilə, iclasların video audio çəkilişləri ilə tanış olmalıdır. Yalnız bundan sonra, o, peşəkar hüquqi yardımı göstərmək iqtidarında olar. Həmin günü qeyd edilən saatda başqa toplantı və iclaslarda olacaq. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2025 tarixinə təyin edilən məhkəmə iclasını bir həftə sonrakı tarixə təxirə salınmasını, iş materialları, məhkəmə iclas protokolları, iclasların video audio çəkilişlərilə tanış olması üçün ona şərait yaradılmasını, həmçinin məhkəmə iclası təxirə salarkən xx.xx.2025-ci il tarixdə saat 10:45-də və saat 15:20-də, xx.xx.2025-ci il tarixdə saat 11:35də və saat 14:30-da, xx.xx.2025-ci il tarixdə saat 12:00-da və saat 16:00-da, xx.xx.2025-ci il tarixdə saat 09:50-də, xx.xx.2025-ci il tarixdə 11:40-da, xx.xx.2025-ci il tarixdə saat 14:15-də, xx.xx.2025-ci il tarixdə saat 15:40 və 16:40-da, xx.xx.2025-ci il tarixdə saat 10:00 və saat 11:40-da məhkəmə iclaslarının olduğunun nəzərə alınmasını xahiş etmişdir.
16. Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 isə qeyd edilən vəsatətlərə dair elektron kabinet vasitəsilə təqdim etdiyi etirazda bildirib ki, artıq 6 aydan da çoxdur ki, şikayətə baxılması davam edir və araşdırma aparılır. İşin son mərhələsində İddiaçı yenə vəkillə müqavilə bağlayaraq işi əsassızca uzatmağa çalışmaqdadır. Belə ki, xx.xx.2025-ci il tarixdə “Kermur İxtasaslaşdırılmış Vəkil Bürosu”nun vəkili X11 vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə yenə müqavalə bağladığını, iş materialları ilə tanış olmağa imkan yaradılması və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Büroda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilməsi ilə bağlı müqavilədə və ya elektron müqavilədə büronun müdirinin iradə ifadəsini sübut edən imzası olmadıqda və ya müvafaq olaraq elektron müqavilə büro müdiri tərəfindən təsdiq edilmədikdə həmin müqavilə etibarsız olur. Həmin vəkil bürosunun müdiri isə İddiaçı hazırki iş üzrə vəkili Vəkil1dur. Fuad müəllim isə ölkə xaricində olması səbəbindən bugünki tarixə təyin edilmiş iclasa videokonfrans yolu ilə qoşulmasını xahiş etmişdir. Gördüyünüz kimi, İddiaçı hazırki mərhələyədək vəkili olmuş Vəkil1 vasitəsi ilə yenə də vəkillə təmsil olunmaq hüququndan yararlanmaqdadır və bu günki iclasda da videokonfrans yolu ilə iclasa qoşularaq bunu davam etdirə bilər. Müdiri olduğu büronun vəkili ilə müqavilə bağlayaraq iş materailları ilə tanışlıq üçün vaxt istəmək və.s formada işi uzatmağa çalışmaq əsassızdır və buna yol verilməməlidir. Çünki belə olduğu təqdirdə Cavabdeh ədalətli məhkəmə araşdırması hüququ, ağlabatan müddətə işə baxılması və.s hüquqları pozulmuş olacaqdır.
17. Məhkəmə tərkibi Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki iş üzrə sonuncu məhkəmə iclasını İddiaçı iştirakı olmadan keçirilməsini mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
18. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni ilk iddianın Cavabdeh 9000 (doqquz min) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın həmin hissədə rədd edilməsi, qarşılıqlı iddianın isə qismən təmin edilməsi üçün əsasdır.
22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
24. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, İddiaçı iddiası qismən təmin, Cavabdehn iddiası isə rədd edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni ilk iddianın təmin edilən, qarşılıqlı iddianın isə təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
25. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
26. Mübahisələndirilən ilk iddianın Cavabdeh 9000 (doqquz min) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, eləcə də qarşılıqlı iddianın rədd edilməsi hissəsində isə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin qeyd edilən hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmayıb.
27. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə qarşılıqlı iddianın faktiki halları yuxarıda qeyd olunan hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, eləcə də cavabdehin(ilk iddiaçının) etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından məhkəmə ilk iddianın əldən çıxmış fayda hissəsini qismən təmin, qarşılıqlı iddianı isə tam rədd etməkdə haqlı olmamışdır.
28. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
29. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
30. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin ilk iddianın əldən çıxmış fayda hissəsini qismən təmin, qarşılıqlı iddianı isə tam rədd etməkdə düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməyib, həmçinin apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edildiyindən, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış, eləcə də, qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, hər iki iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
31. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin və ya rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir.
32. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, ilk iddiada əldən çıxmış faydanın, qarşılıqlı iddiada isə pul tələbinin irəli sürülməsi, bu hissələr üzrə tam, hərtərəfli və obyektiv araşdırmaya şərait yaratmadan ilk iddianı həmin hissədə qismən, qarşılıqlı iddianı isə tam rədd etmək üçün əsas ola bilməzdi. Çünki məhkəmə özü də qeyd olunan hissələrdə iddia tələbinin faktiki və hüquqi əsasını, əslində tərəflərin həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1 və 167.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Ancaq birinci instansiya məhkəməsi tam, hərtərəfli və obyektiv araşdırmaya şərait yaratmadığını hansısa formada əsaslandırmayıb. Belə ki, İddiaçı mübahisəli bağ evini dostu Hacı Salayevin xahişinə əsasən əvəzsiz olaraq Cavabdeh müvəqqəti yaşamaq üçün verdiyini, Cavabdeh isə qeyd olan bağ torpaq sahəsinə dair pulu X8 və X3 yanında nağd formada təqdim etdiyini və bununla əlaqədar onları şahid qismində dindirilməsini hələ qarşılıqlı iddia ərizəsində(bax:cild 1; i.v.23 )xahiş etməsinə, ilk iddiaçı isə şahidlərin dindirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməsinə((bax:cild 1; i.v.47 ) baxmayaraq məhkəmə hər iki tərəfin dindirilməsini xahiş etdiyi şahidlərin dindirilməsinə şərait yaratmamış və mövqeyini hər hansı bir ciddi arqumentlərlə əsaslandırmayıb. Məhz buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən hər iki tərəfin dindirilməsini xahiş etdiyi şahidlərin ifadələrinin alınması təmin edilmişdir.
33. Əvvəla, öhdəlik yalnız hansısa razılaşma yaxud əqd bağlanması nəticəsində yaranmır. Başqa sözlə, öhdəlik əsassız varlanmadan da yarana bilir. Bu mənada qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh qarşısında öhdəliyi əsassız varlanmadan yaranmışdır. Başqa sözlə, İddiaçı Cavabdeh hesabına varlanması həyata keçirilməmiş əsasa söykənir. Buna görə də, Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub. Çünki İddiaçı əməli həm də Cavabdehnn gözlədiyi məqsədə uyğun olmamışdır.
34. Belə ki, Cavabdeh 2013-cü ilin iyul ayının əvvəllərində X8 və X3 yanında bağ evini və 0.45 hektar bağ torpaq sahəsini almaq üçün 150.000 ABŞ dollarını İddiaçı verdiyini, alqı-satqı müqaviləsinin rəsmiləşdirməməsinin səbəbi kimi bağ torpaq sahəsinin 0.25 hektarının dövlət qeydiyyatına alınsa da, qalan 0.20 hektarının qeydə alınmasını təmin edəcəyindən sonra alqı-satqının bağlanacağı ilə bağlı sonuncunun vədinin olduğunu, məhz buna görə xx.xx.2013-cü il tarixdə X3 adına 3 illik müddətə, bağ torpaq sahəsinə dair sərəncam verməyi, bağışlamağı, satmağı və.s səlahiyyətləri ehtiva edən etibarnamə verildiyini göstərib. İddiaçı isə mülkiyyətində olan bağ evini Cavabdeh satmadığını, yalnız dostu Hacı Salayevin xahişinə əsasən müvəqqəti yaşamaq üçün verdiyini bəyan edib qarşılıqlı iddiaya etiraz edir. Tərəflər təqdim edilməsi mümkün olan sübutlarını təqdim ediblər, apellyasiya baxışı zamanı da birinci instansiya məhkəməsi tərəfindən MPM-in 372.2-ci maddəsinin tələbləri pozulduğundan hər iki tərəfin təqdim etdiyi şahidlərin ifadələri alınmışdır.
35. Apellyasiya baxışı zamanı, İddiaçı dostu olduğunu bildirdiyi, şahid qismində dindirilmiş, X8 və X6 ifadələrində Cavabdeh iddiasında haqlı olduğunu, yəni mübahisəli bağ-torpaq sahəsini onların iştirakı ilə əvəzi ödənilməklə aldığını, lakin qarşılıqlı iddiada göstərilən səbəbdən rəsmiləşdirilmədiyini təsdiq etdilər. Bu şahidlərin ifadələri həm məhkəmə iclasının audio-video yazısında, həm də iclas protokolunda öz əksini tapıb. Ağlabatan mühakimə də tələb edir ki, bu şahidlər İddiaçıla sinif yoldaşı və dost olublarsa, ifadəsinin həqiqi olduğunu qəbul etməlidir. Əksinə şahid ifadələrini mötəbər sübut hesab etmirsə, bunun səbəblərini inandırıcı, ağlabatan və ciddi arqumentlərlə göstərməlidir, ancaq göstərmir yaxud olmadığı üçün göstərə bilmir. Apellyasiya baxışı zamanı ilk iddiaçı tərəfdən onların mövqeyi baxımından şahidlərin bu cür ifadə verməsinin səbəbi öyrənilməyə çalışılsa da, bunun ağlabatan cavabı olmadı. Yalnız Cavabdeh ilə Hacı Salayevin qeyri-rəsmi nikah münasibətlərinin və bu münasibətlərdən onların bir qız övladının olduğu, buna görə də İddiaçı dostu Hacı Salayevə görə qarşılıqlı iddiaçıya və qızına bağ evində “müvəqqəti yaşamağa” icazə verdiyi bildirildi. Ancaq Cavabdeh ilə Hacı Salayevin qeyri-rəsmi nikah münasibətlərinin olmasının və bu münasibətlərdən onların qız övladının həqiqi olması belə qarşılıqlı iddianın əsassız olduğuna dəlalət etmir. Əksinə bu cür münasibətlərin və qız övladının olması Cavabdeh sözügedən bağ evini almaq üçün vəsait ödəməsini daha inandırıcı edir. Əvvəla ona görə ki, “müvəqqətiliyin” də bəlli bir müddəti və ağalabatan izahatı olmalıdır ki, ilk iddiaçı tərəf bu barədə heç nə söyləmir. İkincisi, müvəqqəti yaşayanın istifadə etdiyi kommunal xidmətlərin əvəzini ödəməsi anlaşılan olsa da, əmlak və bələdiyyə vergisini ödəməsi inandırıcı deyil. Demək ki, bu hallar da Cavabdeh mübahisəli bağ evində 10 ildən artıq müddətdə əvəzi ödənilmədən müvəqqəti yaşadığını istisna edir.
36. Bundan əlavə, Cavabdeh 2013-cü ilin iyul ayının əvvəlində İddiaçı vəsait ödəyərək mübahisəli bağ torpaq sahəsini alması, sonuncunun məhz həmin tarixdə X3 adına 3 illik müddətə, bağ torpaq sahəsinə dair sərəncam verməyi, bağışlamağı, satmağı və.s səlahiyyətləri ehtiva edən etibarnamə verməsi də təsdiq edir. X14 da İddiaçı bağ sahəsini Cavabdeh satdığı üçün ona bu cür etibarnamə verməsini təsdiqlədi. Əks halda bu cür etibarnamə verməsinin başqa bir ağlabatan səbəbi olmuşdursa, İddiaçı bununla əlaqədar ciddi arqumentlərini göstərə bilərdi, ancaq göstərə bilmir, üstəlik həmin vaxt bağ sahəsini hər bir halda satmaq istədiyini açıq-aşkar bəyan edir. Deməli İddiaçı satmaq istədiyini bəyan etməsi ilə, Cavabdeh almaq istəməsi və aldığı dövr də üst-üstə düşür. Bu faktın özü də qarşılıqlı iddianı əsaslı edən faktorlar sayılır.
37. Bundan başqa, İddiaçı xx.xx.2024-cü ildə Cavabdeh bildiriş göndərməsi, bundan xeyli müddət sonra, yəni xx.xx.2024-cü ildə məhkəməyə müraciət etməsi də qeyd olunan dövrdə onun qarşı tərəfdən bağ sahəsinə görə əlavə pul tələb etməsini daha da inandırıcı edir. Əks halda bildiriş verdiyi vaxtdan iddia irəli sürülənədək 6 aya yaxın müddətdə də gözləməyə ciddi zərurət olmalı idi. İddiaçı Cavabdeh aldığı vəsaitin əvəzində 11 ildən artıq müddətdə bağ evini sonuncuya təhvil verib, 11 il sonra torpağın bahalaşmasından və alqısatqı müqaviləsinin vaxtında rəsmiləşməməsindən istifadə edərək əlavə 120000 ABŞ dolları tələb etməsi iş materiallarında olan sənədlər, o cümlədən ilk iddiaçı tərəfin mövqeyi ilə də təsdiq olunur. Belə ki, işdə olan yazışmada(bax: cild 2; i.v.76-80;) ilk iddiaçının vəkili və nümayəndəsi qarşı tərəfə mesaj yazaraq mübahisənin sülh yolu ilə həll etmək istəyi varsa onunla WatsApp üzərindən əlaqə saxlamağı təklif etmiş, qarşı tərəfdən isə xx.xx.2024-cü ildə “Hörmətli Fuad müəllim, dünənki müzakirənizə uyğun olaraq müqavilənin layihəsi müzakirənizə təqdim olunur” cavabı göndərilib. Müqavilənin layihəsində(bax: cild 2; i.v.96-102) isə həqiqətən İddiaçı əlavə 120000 ABŞ dollarını 6 ay ərzində, yəni 2024-cü ilin oktyabr ayından 2025-ci ilin may ayına kimi, hər ay hissə-hissə 20000 ABŞ dolları ödənilmək şərti ilə satmaq istədiyi barədə şərtlər razılaşdırılıb. Ancaq ödəniş müddətləri barədə razılığa gəlinmədiyi üçün ilk iddiaçı tərəfindən xx.xx.2024-cü ildə məhkəməyə müraciət olunub. Bundan sonra isə, Cavabdeh tərəfindən əvvəlcə Sabunçu rayon prokurorluğuna İddiaçı barədə şikayət, 2024-cü ilin noyabr ayının əvvəlində isə hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət olunub. 07 iyul 2025-ci il tarixli məhkəmə iclasında da ilk iddiaçının nümayəndəsi və vəkili də sədrlik edənin sualına cavab olaraq göstərdi ki,.. mən Balağa ilə danışıqlar aparırdım,onlar Elşaddan bağı almaq istəyirdi.Təklif etdikləri məbləğ 120000 ABŞ dolları idi. Biz razılaşmadıq. Onlar müqavilədə bildirirdi ki, 20000-ni indi verirlər, qalanını 6 ay ərzində verirlər. Elşadı bu qane etmədi. Normal təklif olsa idi Elşad razı olacaqdı.Elşad məbləği artıq istəyirdi. Onların pul təklifindən sonra danışıq etmədik, məlum oldu ki, əllərindəki pul 20000-dir. Göründüyü kimi, bütün bu hallar ona dəlalət edir ki, İddiaçı 2013-cü ilin iyul ayında real bazar dəyərini aldığı bağ sahəsinin, alqı-satqı müqaviləsinin rəsmiləşməməsindən və 11 il sonra daşınmaz əmlakın bahalaşmasından sui-istifadə edərək qarşı tərəfdən əlavə vəsait tələb etmək qərarına gəlib, buna nail olmadıqda isə bu cür iddia ilə məhkəməyə müraciət edib. Yəni, İddiaçı 2013-ci ilin iyul ayında mübahisəli bağ evini Cavabdeh faktiki olaraq satmamışdırsa, 2024cü ilin oktyabr ayında və hazırda da satmaq niyyəti yoxdursa, onda nə üçün bağ sahəsini əlavə 120000 ABŞ dolları ödənilməklə satılmasına dair danışıqlar aparırdı. Bir halda ki, özünün bəyan və təqdim etdiyi rəydə göstərildiyi kimi bağ sahəsinin qiyməti 120000 ABŞ dollarından iki dəfə baha idisə, onda hansı məntiqlə qeyd olunan məbləğin(120000 ABŞ dolların) ödənilməsi ilə bağ sahəsini satılmasına razılaşırdı. Göründüyü kimi, bu hallar ritorik sual kimi səslənsə də İddiaçı buna mümkün cavabını da hazırlamalı idi, ancaq heç bir cavabı olmadı, olması da mümkün olmayıb. Çünki 2013-cü ilin iyul ayında tərəflər arasında bağın faktiki alqı-satqısına dair hansısa məbləğdə vəsait ödənilməsə idi, 2024-cü ildə əlavə vəsait istənilməzdi yaxud tamamilə kənar şəxslərə daha baha satmaq imkanından istifadə edərdi. Göründüyü kimi, İddiaçı bu cür davranışı həyatda həmişə baş verən hallara uyğun gəlmir, yəni vicdanlılığın tələb etdiyi tərz sayılmır. 38.Göstərilənlərlə yanaşı, iddia müddətinin tətbiqi ilə bağlı qarşılıqlı iddiaçının hüquqi dəyərləndirməsi də işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Belə ki, iddia müddətinin tətbiqi institutu bir hüquqi müdafiə vasitəsidir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim olunması onun hüququndan istifadə kimi qiymətləndirilə bilər. Ancaq İddiaçı həm qarşılıqlı iddianın əsassız olduğunu bəyan etməsi, həm də iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini istəməsi bir-biri ilə uzlaşmır, yəni biri digərini tamamlamır. Belə çıxır ki, bu cür ərizə ilə Cavabdeh hüquqlarını pozmasını etiraf edir. Başqa sözlə, bu cür ərizə verməklə hüquqi əhəmiyyət kəsb edən iradə ifadə edir, məhkəmə isə ərizə üzrə qərar qəbul etməlidir. Yəni, iddia müddətinin keçmədiyini nəzərə alıb mahiyyəti üzrə yaxud da iddia müddətinin keçdiyini nəzərə alıb iddiadan imtina barədə qərar qəbul edə bilər. Bu müddət pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Demək ki, pozulmuş subyektiv hüququn müdafiəsi müddətinin tətbiq edilməsini istəyən şəxs avtomatik olaraq hüququn mövcudluğunu və onun tərəfindən pozulduğunu etiraf edir. Çünki o, məhz buna görə pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əks halda belə yanaşma ortayı çıxır ki, qarşılıqlı iddiaçının subyektiv hüququ yoxdursa yaxud cavabdeh onu pozmayıbsa, iddia müddətinin tətbiqinin istənilməsinə lüzum yoxdur, çünki bu cür vəziyyətdə onsuz da iddia əsassızlığına görə rədd olunacaq. Ona görə də İddiaçı bir-birini təkzib edən iki iradəsi eyni anda mövcud ola bilməz. Göründüyü kimi, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və pozulduğunu iddia edir, İddiaçı isə isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə Cavabdehnn hüququnun mövcud olduğunu, həmin hüququ pozduğunu, lakin bu pozuntuya görə məsuliyyət müddətinin keçdiyini etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı, pozulub-pozulmadığı və kim tərəfindən pozulduğu barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olur. Nəzərə alınmalıdır ki, araşdırma tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələ həll ediləcək. Ona görə də, tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir(MM.m.1095).Cavabdeh 2024-cü ilin may ayına kimi İddiaçı onun hüququnu pozduğunu yaxud pozacağını bilə bilməzdi. Çünki o, tələb etdiyi vəsaiti hansısa digər məsələ ilə bağlı deyil, bağ evini almaq məqsədilə vermişdi. Ona görə də hüququnun pozulduğunun ona məlum olduğu vaxtdan 6 ay ərzində məhkəməyə müraciət edib və iddia müddətini də ötürməmişdir.
39. Hazırkı mübahisənin xarakteri ilə eyni olan mübahisə üzrə M.Xocalıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 4 iyun 2013-cü il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə...İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia (qarşılıqlı iddia) hüququndan istifadə edirlər. İddiaçının cavabdeh tərəfindən müddətin ötürülməsinə dair ərizəsinin məhkəmə tərəfindən qəbul olunması və qarşılıqlı iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsinə dair vəsatətin təmin edilməsi halında mülki məhkəmə icraatının prinsipləri pozulmuş olur, cavabdehin müdafiə üsulu isə qeyri-bərabər qaydada məhdudlaşdırılır (prosessual hüquqlar məhdudlaşdırılır). Cavabdeh yalnız passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Belə passiv müdafiə isə cavabdehin pozulmuş hüquqlarını müdafiə edə bilməməsinə, bununla da mülki mühakimə icraatının prinsiplərinin pozulmasına gətirib çıxarır. İddia müddətinin keçməsinə dair ərizə vermək hüququnu həyata keçirərkən iddiaçı, məhkəmə tərəfindən yalnız ilkin iddianın baxılmasının mümkünlüyünə çalışır. Yalnız ilkin iddiaya baxılması isə bərabərlik və tərəflərin hüquq bərabərliyi prinsiplərinin pozulmasına səbəb olur. Bundan əlavə, iddiaçının bu cür vəsatətinin təmin olunması onun cavabdehlə müqayisədə daha üstün mövqeyə malik olmasına gətirib çıxarır. X15 Məhkəməsi cavabdeh M.X1 8 may 2008-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə, iddiaçı tərəfindən bu məhkəmə instansiyasına təqdim edilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəni əsas götürərək iddia müddətini tətbiq etmişdir. Bu isə Konstitusiyada və Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyində təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir.
40. Göstərilənlərdən əlavə, apellyasiya baxışı zamanı iddiaçı və cavabdeh mübahisə predmeti olan bağ evi və torpaq sahəsinin dəyərinin müəyyən edilməsi barədə məhkəməyə qiymətləndirmə (mütəxəssis) rəyi təqdim etdilər. İddiaçı təqdim etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 720 ünvanında yerləşən bağ evinin (0.25 ha xüsusi mülkiyyətdə, faktiki isə 0,45 ha olan torpaq sahəsi ilə birlikdə) "xxxx" MMC tərəfindən verilmiş 18/0823 saylı, 09 iyul 2025-ci il tarixli qiymətləndirmə (mütəxəssis) rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 720 nömrəli bağ evinin (faktiki 0,45 ha ölçüdə torpaq sahəsi nəzərə alınmaqla): 09 iyul 2025-ci il tarixinə hesablanmış bazar dəyəri 450.000 (dörd yüz əlli min) manat, 2013-cü ilin iyul ayı tarixinə hesablanmış bazar dəyəri 250.000 (iki yüz əlli min) manat, 2024-cü ilin oktyabr ayı tarixinə hesablanmış bazar dəyəri 400.000 (dörd yüz min) manat təşkil edir. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş 007 saylı, 14 iyul 2025-ci il tarixli qiymətləndirmə (mütəxəssis) rəyində isə qeyd edilib ki, qiymətləndirici tərəfindən aparılmış keçmiş dövrlərə dair bazar araşdırmasının nəticələrinə əsasən müəyyən edilmişdir ki, 2013-cü ilin iyun ayı üçün sözügedən ərazidə torpaq sahəsinin bir sotunun orta bazar dəyəri təxminən 4.000 (dörd min) manat, tikinti obyektinin isə bir kvadrat metrinin orta bazar dəyəri 500 (beş yüz) manat təşkil etmişdir. 2024-cü ilin ikinci yarısına dair aparılmış bazar araşdırması nəticəsində isə müəyyən olunmuşdur ki, həmin ərazidə torpaq sahəsinin bir sotunun orta bazar dəyəri 8.000 (səkkiz min) manat, tikinti obyektinin bir kvadrat metrinin orta bazar dəyəri isə təxminən 700 (yeddi yüz) manat səviyyəsində olmuşdur. Apardığı araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, ünvan 5 ünvanda yerləşən bağ evinin 2013-cü il üzrə tikilinin bazar dəyəri 40000 (qırx min) manat, torpaq sahəsinin bazar dəyəri 100000 (yüz min) manat, ümumilikdə 140000 (yüz qırx min) manat müəyyən edilmişdir. Apardığı araşdırmalar, təhlillər və hesablamalar nəticəsində, ünvan 5 ünvanda yerləşən bağ evinin 2024-cü il üzrə tikilinin bazar dəyəri 55000 (əlli beş min) manat , torpaq sahəsinin bazar dəyəri 200000 (iki yüz min) manat, ümumilikdə 255000 (iki yüz əlli beş min) manat müəyyən edilmişdir. Qeyd: Bağ evinin hasarının hüdudları daxilində olan əlavə 0,20 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən həmin əlavə torpaq sahəsi üzrə qiymətləndirmə aparılmamışdır. Təqdim edilən rəylərin məzmunundan görünürdü ki, həm bağ evi və ona aid torpaq sahəsinin dəyərini müəyyən edən qiymət baxımından, həm də bağ evinin hasarının hüdudları daxilindəki əlavə olaraq mövcud olan 0,20 ha torpaq sahəsinin nəzərə alınıbalınmaması baxımından hər iki rəy arasında ciddi fərqlər var. Odur ki, qeyd olunan rəylər arasında fərq olduğundan, eləcə də iş üzrə həqiqətin müəyyən edilməsi baxımından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3781/2025 saylı, 16 iyul 2025-ci il tarixli qərardadı ilə, qiymətləndirmə ekspertizası təyin edilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 720 ünvanında yerləşən bağ evinin (0.25 ha xüsusi mülkiyyətdə, faktiki isə 0,45 ha olan torpaq sahəsi ilə birlikdə) 2013-cü ilin iyul ayındakı, 2024-cü ilin oktyabr ayındakı və hal-hazırdakı dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmənin keçirilməsi Azərbaycan Qiymətləndiricilər Palatasına həvalə edilmişdir. "xxxx" Qiymətləndirmə Şirkəti tərəfindən təqdim edilmiş 385№-li, 06 oktyabr 2025-ci il tarixli qiymətləndirmə rəyində qeyd edilmişdir ki, ünvan 5 ünvanda yerləşən bağ evinin: 2013-cü il üzrə tikilinin ümumilikdə bazar dəyəri 432 500 (dördyüz otuz iki min beş yüz) manat; 2024-cü il üzrə tikilinin ümumi bazar dəyəri 520 200 (beş yüz iyirmi min iki yüz) manat müəyyən edilmişdir. Bütün göstərilənlər nəzərə alınaraq, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu,Naradaran qəsəbəsi, bağ evi 720 ünvanında yerləşən bağ evinin xx.xx.2025-ci il tarixinə hesablanmış bazar dəyəri 677 652 (altı yüz yetmiş yeddi min altı yüz əlli iki ) manat: tikilinin dəyəri 55 230 (əlli beş min iki yüz otuz) manat; torpağın dəyəri 632 295 (altı yüz otuz iki min iki yüz doxsan beş) manat təşkil edir. Göründüyü kimi, eyni bağ evinə və torpaq sahəsinə dair 3 qiymətləndirici tərəfindən birbirindən kəskin fərqlənən rəy mövcuddur. Rəylərdən ikisini tərəflər təqdim edib, üçüncüsünü isə məhkəmə əldə edib. Nə qədər qəribə olsa da tərəflərin təqdim etdiyi rəydə 2013-cü ilin iyul ayına olan bazar dəyəri bir-birinə daha yaxındır(250000=140000), nəinki məhkəmənin əldə etdiyi (432 500 (dörd yüz otuz iki min beş yüz) qiymət. Əlbətdə ki, bu cür vəziyyət qiymətləndiricinin bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşımaq barədə xəbərdar olunsa da bu cür məsuliyyət daşımaq hissinin olmaması ilə bağlı ola bilər. Əks halda xüsusi biliyə malik qiymətləndirici ekspert digər rəylərin həqiqi olmadığına dair mövqeyini rəyində göstərməli idi, ancaq göstərməyib. Bu cür vəziyyətdə bu rəyin mötəbərliliyi də aradan qalxmış olur. Buna baxmayaraq, məhkəmə tərkibi yenidən qiymətləndirmə keçirilməsinə zərurət və əsas görmədi. Çünki bunun həqiqətin müəyyən edilməsinə əhəmiyyətli təsiri yoxdur. Üstəlik İddiaçı şahid qismində dindirilmiş oğlu Cəmil Şirinbəyov xx.xx.2025-ci il tarixli məhkəmə iclasında(cild 2; i.v.110-112)göstərdi ki,...atam Çingiz Məhərrəmova ona görə etibarnamə vermişdi ki, atam bağı satmaq istəyirdi, özü isə burada olmurdu, tez-tez Türkiyəyə, Avropaya gedirdi. Çingiz də atamın dostu idi. Sırf əgər müştəri çıxsa bağı satmaq üçün atam Çingizə etibarnamə vermişdi ki, atamın iştirakı olmadan bağı sata bilsin. Atam 110000, 120000 ABŞ dollarına bağı satmaq fikri var idi. Ancaq 90000 pul verən də olmurdu.Hal-hazırda həmin yerdə torpağın sotu 5000-dən çox deyil. Göründüyü kimi, ilk iddiaçı tərəfin təqdim etdiyi, həm də doğma övladı olan şahid də 2013-cü ilin iyul ayında bağ evinin və torpaq sahəsinin həqiqi bazar dəyərinin elə Cavabdeh İddiaçı ödədiyi məbləğdə olmasını təsdiq etdi. Bu cür vəziyyətdə 2013-cü ilin iyul ayında bağ evinin və torpaq sahəsinin həqiqi bazar dəyərinin fərqli olmasına dair ilk iddiaçı tərəfin gətirdiyi dəlillər əhəmiyyətsiz hesab edilir.
41. Göstərilənlərə baxmayaraq, Cavabdeh İddiaçı 2013-cü ilin iyul ayında mübahisəli bağ evinə və torpaq sahəsinə görə ödədiyi vəsaitin 150000 ABŞ dolları deyil, 120000 manat olduğu təsdiq olunur. Düzdü qeyd olunan dövrdə 150000 ABŞ dollarının manata məzənnəsi demək olar ki, 120000 manat təşkil edirdi. Ancaq hazırkı vəziyyətdə 150000 ABŞ dollarının manata məzənnəsi yüksək olduğundan Cavabdeh İddiaçı 150000 ABŞ dolları və ona illik 5 % lə hesablanan məbləği tələb etməsi anlaşılan olsa da iddia tələbi bu qaydada təmin edilə bilməz. Üstəlik iş materialına əlavə edilmiş (cild 2; i.v.251-255) Cavabdeh özünün WhatsApp nömrəsi ilə İddiaçı göndərdiyi səsli mesajların mətnində də 120000 manat ödədiyini təsdiq etmişdir. Buna görə də cavabdeh İddiaçı 120000(yüz iyirmi min manat) manat alınaraq Cavabdeh ödənilməsi təmin edilməlidir.
42. Göstərilənlərdən əlavə, qarşılıqlı iddia tələbinin əsas məbləğə illik 5 % lə hesablanan məbləği tələb etməsi də əsassız olmayıb. Cavabdeh tələbinin həmin hissəsinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əsaslandırıb. Ona görə qarşılıqlı iddia tələbinin həmin hissəsinin əsasını İddiaçı pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, öhdəliyini yerinə yetirmədiyi üçün aldığı pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsi təşkil edir. Demək iddia tələbinin qanuni əsasını da Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil etməlidir. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edib. Öhdəliyin icra olunmamasında borclunun təqsirinin olub-olmaması Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün əhəmiyyət kəsb etmir. Həmin maddəyə görə azı illik 5 faizin tutulması üçün əsas pul məbləğinin ödənilməsinin gecikdirilməsi, yəni pul öhdəliyinin icra edilməməsi təşkil edir. Ona görə də cavabdeh İddiaçı 120.000 (yüz iyirmi min) manat və 2013-cü ilin iyul ayından qarşılıqlı iddia ərizəsinin məhkəməyə daxil olduğu 2024-cü ilin noyabr ayınadək, yəni 11 il, 4 ay müddət üçün əsas məbləğə illik 5 faizlə hesablanan 68.000 (altmış səkkiz min) manat olmaqla, cəmi 188.000 (yüz səksən səkkiz min) manat alınaraq iddiaçı Cavabdeh ödənilməlidir.
43. Göründüyü kimi, qarşılıqlı iddianın qismən təmin edilməsi avtomatik olaraq ilk iddianın əldən çıxmış fayda şəkilində zərərə görə kompensasiya tələb edilməsini istisna edir. Çünki ilk iddia bu hissədə o zaman əsaslı sayıla bilərdi ki, qarşılıqlı iddia tam əsassız olsun və təmin edilməmiş olsun. Ancaq apellyasiya baxışı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olundu ki, Cavabdeh İddiaçı məxsus mübahisəli bağ evində 12 ilə yaxın müddətdə hüquqa zidd şəkildə yaşamamışdır. Əksinə İddiaçı Cavabdeh hesabına həyata keçirilməmiş əsasa söykənən şəkildə əsassız varlanmışdır. Bu cür vəziyyətdə, İddiaçı Cavabdeh bağ evindən çıxarılmasını tələb etməklə yanaşı, həm də hüquqdan başqalarına zərər vurmaq məqsədi ilə sui-istifadə edərək əldən çıxmış fayda şəklində zərər tələb etməsi isə açıq-aşkar əsassız olmuşdur. Ona görə ilk iddianın əldən çıxmış fayda şəklində zərərin təmin edilən edilən hissəsində qətnamə ləğv edilməli və iddia təmin edilən hisssədə də rədd edilməlidir.
44. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, İddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür qarşılıqlı iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
45. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-682/2025 saylı, 14 mart 2025-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddianın Cavabdeh 9000 (doqquz min) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli; ilk iddia Cavabdeh 9000 (doqquz min) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində rədd edilməli; iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası isə qismən təmin edilməli; cavabdeh İddiaçı 120.000 (yüz iyirmi min) manat və 2013-cü ilin iyul ayından qarşılıqlı iddia ərizəsinin məhkəməyə daxil olduğu 2024-cü ilin noyabr ayınadək, yəni 11 il, 4 ay müddət üçün əsas məbləğə illik 5 faizlə hesablanan 68.000 (altmış səkkiz min) manat olmaqla, cəmi 188.000 (yüz səksən səkkiz min) manat alınaraq iddiaçı Cavabdeh ödənilməli; Cavabdeh iddiası qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün (692 manat +346 manat) ümumilikdə ödədiyi 1038 manat dövlət rüsumunun 485.89 (dörd yüz səksən beş manat səksən doqquz qəpik) manat hissəsi İddiaçı tutulub Cavabdeh ödənilməli, 552,11 (beş yüz əlli iki manat on bir qəpik) manat hissəsi isə Cavabdeh özünə aid edilməli; qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393, və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-682/2025 saylı, 14 mart 2025-ci il tarixli qətnaməsi qismən, yəni ilk iddianın Cavabdeh 9000 (doqquz min) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin. İlk iddia Cavabdeh 9000 (doqquz min) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası isə qismən təmin edilsin. Cavabdeh İddiaçı 120.000 (yüz iyirmi min) manat və 2013-cü ilin iyul ayından qarşılıqlı iddia ərizəsinin məhkəməyə daxil olduğu 2024-cü ilin noyabr ayınadək, yəni 11 il, 4 ay müddət üçün əsas məbləğə illik 5 faizlə hesablanan 68.000 (altmış səkkiz min) manat olmaqla, cəmi 188.000 (yüz səksən səkkiz min) manat alınaraq iddiaçı Cavabdeh ödənilsin. Cavabdeh iddiası qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün (692 manat +346 manat) ümumilikdə ödədiyi 1038 manat dövlət rüsumunun 485.89 (dörd yüz səksən beş manat səksən doqquz qəpik) manat hissəsi İddiaçı tutulub Cavabdeh ödənilsin, 552,11 (beş yüz əlli iki manat on bir qəpik) manat hissəsi isə Cavabdeh özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.