Məhkəmə qərarları › İş №2(103)-3785/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3785/2021

16.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3785/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, İkram Sabir oğlu Şirinov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-658/2020 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh 5500 manat, hüquqi xidmətə görə 300 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5830 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cаvаbdеh Cavabdeh оğlu həmin qətnаmədən аpеllyаsiyа şikаyəti, eyni zamanda vəsatət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)- 658/2020 saylı qətnaməsinin surətini xx.xx.2020-ci il tarixdə almasını bildirib, şikayətin müddət ötürülmədən verilmiş hesab edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(001)- 658/2020 saylı qərardadına əsasən vəsatət təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-658/2020 qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, vəsatətinin təmin edilərək, qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadında qətnamənin ona hansı tarixdə rəsmi qaydada verildiyi qeyd edilməmişdir. Hesab edir ki, qətnamənin ona vaxtında təqdim edilməsini sübut etmək onun yox, məhkəmənin üzərinə düşür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Kollegiya qeyd edir ki, Cavabdeh vəsatətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-658/2020 saylı qətnaməsini xx.xx.2020-ci il tarixdə almasını bildirsə də, mülki işin sənədlərindən müəyyən olunur ki, o, mülki iş üzrə təyin olunmuş məhkəmə iclaslarında iştirak etmiş, məhkəmə aktı cavabdehin məhkəməyə bildirdiyi və apellyasiya şikayətində də qeyd etdiyi ünvana göndərilmiş, Cavabdeh xx.xx.2020-ci il tarixdə Binəqədi rayon İcra və probasiya şöbəsində izahat verərək məhkəmə aktından məlumatının olmasını bildirmiş, xx.xx.2020-ci il tarixdə isə məhkəməyə müraciət edərək məhkəmə aktını təkrar qəbul etmişdir. Göründüyü kimi məhkəmə iclaslarında iştirak etməklə məhkəmə aktından məlumatı olan, həmin məhkəmə aktının icrası ilə bağlı sənədləri xx.xx.2020-ci il tarixdə qəbul edən cavabdeh bir aydan sonra məhkəməyə gələrək təkrar aldığı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-658/2020 saylı qətnaməsindən, yalnız xx.xx.2020-ci il tarixdə apellyasiya şikayətini müvafiq poçt şöbəsinə təqdim etməklə qanunla müəyyən olunan müddəti ötürmüş, müddətin bərpa edilməsinə dair vəsatətini, müddətin üzürlü səbəblərdən buraxılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(001)-658/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(001)-658/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər İkram Şirinov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar