Məhkəmə qərarları › İş №2(103)-3798/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3798/2024

07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3798/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh QSC-nə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)- 1087/2024 nömrəli qərardadından Cavabdeh QSC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, xx.xx.2022-ci il tarixdə “Kamaz” marklı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi ilə bağlı cinayət təqibi qaydasında icraat üzrə yekun qərar qəbul edilənədək hazırkı iş üzrə icraat dayandırılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, iş üzrə icraat dayandırılmalıdır. Bu maddədə qeyd olunan başqa iş məhkəmənin icraatında olduqda iş üzrə icraat dayandırıla bilər. Maddənin mətnindəki “məhkəmə icraatı qaydasında baxılan başqa iş” ifadəsi də bunu təsdiq edir. İstinad olunan yol-nəqliyyat hadisəsi ilə bağlı məhkəmənin icraatında cinayət işi yoxdur. Ona görə də qərardad ləğv edilməli və iş həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1087/2024 nömrəli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar