Məhkəmə qərarları › İş №2(103)-3803/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3803/2025

27.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-3803/2025 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla) cavabdeh Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (açar sözlər: məlumatların silinməsi tələbinə dair) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb olunmaqla) cavabdeh Cavabdeh ASC-yə qarşı “məlumatların silinməsi tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Borcverən Cavabdeh ASC-nin * saylı Sabunçu filialının müdiri şahid1 ilə borcalan İddiaçı arasında bağlanmış ## ######## 2008-ci il tarixli ** saylı kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 36 ay müddətinə, ## ### 2014-cü il tarixədək illik 7% ödənilməsi şərti ilə 22.000 manat kredit veməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən, borcalanın bu müqavilədən irəli gələn öhdəliklərinin icrası bank ilə girovqoyan və ya ipotekaqoyan arasında bağlanmış ## ### 2011ci il tarixli ** saylı ipoteka müqaviləsinə əsasən daşınmaz (daşınar) əmlakın ipotekası (girovu) ilə təmin olunmuşdur. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən, ipoteka və ya girov müqaviləsinə əsasən, Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən fərdi yaşayış evi girov qoyulmuşdur. İpotekasaxlayan Cavabdeh ASC, ipotekaqoyan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və borcalan İddiaçı arasında bağlanmaqla Tovuz rayon DNKda təsdiq olunmuş ## ### 2011-ci il tarixli ** saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ## ######## 2008-ci il tarixli ** saylı kredit müqaviləsi üzrə borcalan İddiaçı öhdəliklərinin icrasının təminatı olaraq ipotekaqoyan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2011-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən fərdi yaşayış evi (1 mərtəbəli, üç otaqlı, ümumi sahəsi 126,3 m2 , yaşayış sahəsi 50,8 m2) ipotekasaxlayan Cavabdeh ASC-in qarşısında ipoteka ilə yüklü edilmişdir. «xxxx» MMC-nin ##.##.2024-cü il tarixli çıxarışından görünür ki, İddiaçı aktiv öhdəlikləri kimi Cavabdeh ASC ilə bağladığı ##.##.2008-ci tarixli kredit müqaviləsi üzrə 21.490 manat borcunun mövcud olduğu qeyd edilmişdir. Sonuncu ödəniş tarixi ##.##.2018, kreditin statusu balansdan silinmiş olaraq göstərilmişdir. Həmçinin şəxsin eyni bankda ##.##.2009-cu il tarixli aktiv kredit (ipoteka) müqaviləsi üzrə öhdəliyinə və digər banklarda bağlanmış öhdəliklərinə dair məlumatlar öz əksini tapmışdır. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış ## ##### 2024-cü il tarixli müraciətdən görünür ki, o, 2023-cü il iyun ayında istifadəsində olan «Birbank Cashback» kartının bloklandığını, bununla bağlı bankın qaynar xəttinə zəng vurduğunu və adına kredit borcu olduğunu öyrənmişdir. Daha sonra bu barədə ətraflı məlumat almaq üçün xxxxndan çıxarış əldə etmişdir. Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasında ***QDIX********* saylı hesab nömrəsi üzrə adına açılmış 60.000 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə 21.490 ABŞ dolları məbləğində əsas, 46.044,02 ABŞ dolları faiz məbləğində borc öhdəliyi əks olunmuşdur. Halbuki, onun tərəfindən bankla kredit müqaviləsi bağlanılmamış, hər hansı pul vəsaitini təhvil alınmamış və heç bir ödəniş edilməmişdir. Bundan başqa müqavilənin bağlanma tarixi ##.##.2008-ci ildən bu günədək bank ondan hər hansı borc tələb etməmiş və öhdəliyin yerinə yetirilməməsi əsası ilə məhkəmədə iddia qaldırmamışdır. Belə olan halda hesab edir ki, kredit tarixçəsində əks olunan borc öhdəliyi texniki səhv nəticəsində ötürülmüş məlumatdır. «Mərkəzləşdirilmiş kredit reyestri haqqında» Qaydaların 1.2-ci bəndinə və 5.1-ci bəndinə istinad edən iddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasında adına səhvən yerləşdirilən ## ######## 2008-ci il tarixli kredit müqaviləsi üzrə mövcud borcun bankın daxili kredit sistemindən silinməsi və borcunun olmaması barədə «xxxx» MMC-yə məlumat verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ## ###### 2024-cü il tarixli *-**-*/*-**-****/** saylı məktubundan görünür ki, məhkəmənin Tovuz rayon notariat ofisində ##.##.2008-ci il tarixdə təsdiq edilmiş ** saylı kredit və **-**** nömrəli ##.##.2011-ci il tarixli ipoteka müqavilələrinin əsillərinin istənilməsi barədə dövlət notariat arxivinə daxil olmuş müraciətinə baxılmış, 2007-2024-cü illərə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsindən başqa digər müqavilələr və onların qeydə alındığı 3M indeksli notariat reyestrləri arxivə təhvil verilmədiyi, qeyd olunanlarla bağlı Tovuz regional «ASAN xidmət» mərkəzində notariat ofisinə müraciət edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Tovuz regional «ASAN xidmət» mərkəzində notariat ofisinin ##.##.2024-cü il tarixli **** saylı məktubundan görünür ki, ümumilikdə nə 2008-ci il ərzində, nə də, 2011-ci il ərzində İddiaçı iştirakı ilə Tovuz rayon notariat ofisində heç bir ipoteka müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli *-**-**/*-*/****/**** saylı məktubundan görünür ki, e-*(***)-****/**** saylı mülki iş üzrə məhkəmə tərəfindən ## ####### 2024-cü il tarixdə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi - ##.##.2008-ci il tarixli ** saylı kredit müqaviləsinin və ##.##.2011-ci il tarixli ** saylı ipoteka müqaviləsinin əsillərinin və İddiaçı 03-05 sənəddə 2011ci illərə qədər olan sərbəst imza nümunələrinin (nümunə qismində təqdim ediləcək sənədlərin əsilləri) təqdim edilməsi barədə ##.##.2024-cü il tarixli vəsatətin təmin edilməməsi səbəbindən mümkün olmamışdır. Cavabdeh ASC tərəfindən təqdim edilmiş, bankın kompüter proqram təminatında təsbit olunmuş ##.##.2008-ci il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışlardan görünür ki, müqavilə üzrə 50.000 ABŞ dollarının ##.##.2008-ci il tarixdə İddiaçı tərəfindən məxaric edilməsinə və həmçinin ##.##.2009-cu il tarixdə “balakan kredit ödənişi üçün köçürür məmmədov elshan kamil”, ##.##.2011-ci il və ##.##.2011-ci il tarixdə olan qeydiyyat istisna olmaqla, ##.##.2010-cu il tarixdən etibarən kredit ödənişinin X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödəməsinə dair qeydiyyat aparılmışdır. ##.##.2024-cü il tarixli ************ saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X5 tərcümeyi-hal məlumatlarından görünür ki, onun Məmmədov Kamil Hüseyn oğlu adlı qardaşı vardır. Cavabdeh tərəfindən elektron daşıyıcıda təqdim edilmiş kreditin təqib edilməsinə dair məlumatların qeydiyyatı barədə cədvəldən görünür ki, həmin kredit üzrə bank əməkdaşı tərəfindən borcalanla 2014, 2017, 2019, 2023-cü illərdə danışıqlara dair qeydlər aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*- **/*-****/**** saylı məktubundan müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayonu, Əyyublu kəndində 0.12 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 126.30 kv.m olan fərdi yaşayış evinə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına ##.##.2011-ci il tarixdə 2611001964 qeydiyyat nömrəsi ilə reyestrdən çıxarış verilmişdir. Qeyd edilən fərdi yaşayış evi ##.##.2008-ci il tarixli, * saylı kredit və ##.##.2011-ci il tarixli ** saylı ipoteka müqaviləsi əsasında Cavabdeh ASC-nin “* saylı Sabunçu rayon” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və ##.##.2011-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış və Tovuz rayon notariat kontorunda ##.##.2011-ci il tarixdə 3M-118 reyestr nömrəsi ilə təsdiq olunan ipoteka müqaviləsinin və ##.##.2008-ci il tarixli ** nömrəli kredit müqaviləsinin əsilləri 15 sayı Tovuz Ərazi İdarəsinə təqdim edilmiş və hazırda arxiv qovluğunda saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin ##.##.2025-ci il tarixli **** saylı məktubundan müəyyən olunur ki, sözügedən ##.##.2008-ci il tarixli ** nömrəli kredit müqaviləsi və ##.##.2011-ci il tarixli 3M-*** reyest nömrəli ipoteka müqaviləsi müvafiq olaraq notariat işlərində Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisində saxlanılır. Bundan əlavə, həmin müqavilələrin surətləri 24 və ## ##### 2017-ci il tarixlərdə digər notarius (təqaüddə olan) tərəfindən təsdiq edildiyindən, notariat hərəkəti aparılarkən onların əsillərindən istifadə edilib-edilməməsi barədə məlumatı yoxdur. Belə ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata görə notariuslar idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətləri təsdiq edilərkən onların əsilləri notariat ofisində saxlanılması nəzərdə tutulmamışdır. Eyni zamanda nəzərə çatdırır ki, sənədlərin surətlərinin təsdiq edilməsi notariat hərəkəti aparılarkən sənədin əsli onu təqdim etmiş şəxsə qaytarılır və notariat ofisində həmin sənədlərin surəti saxlanılmır. Cavabdeh ASC-in ##.##.2025-ci il tarixli ***/*** saylı arayışdan görünür ki, ## ######## 2008-ci il tarixli 104İPQK16079001* saylı kredit müqaviləsinə əsasən əldə edilmiş ipoteka krediti üzrə İddiaçı 29.305.94 (iyirmi doqquz min üç yüz beş manat doxsan dörd qəpik) AZN borcu mövcuddur. Cavabdeh ASC-nin ##.##.2012-ci il tarixli, ** nömrəli protokoluna dair “Çıxarış”dan görünür ki, filialın fəaliyyətində daxili nəzarəti düzgün təşkil etmədiyinə, eyni zamanda kreditlərin verilməsi və idarə edilməsində ciddi nöqsanlara yol verdiyini və nəticədə banka külli miqdarda ziyan dəydiyini nəzərə alaraq Cavabdehın * saylı Sabunçu rayon filialının müdiri X12 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət”, filialın fəliyyətində daxili nəzarəti düzgün təşkil etmədiyini, xüsusən də kassa əməliyyatlarının aparılmasında ciddi nöqsanlara yol verdiyini nəzərə alaraq Cavabdehın * saylı Sabunçu rayon filialının baş mühasibi X9 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət”, verilməsi, filialın rəhbərliyindən tələb olunaraq kreditlərin verilməsi və idarə edilməsində, eyni zamanda kassa əməliyyatların aparılmasında yol verilmiş nöqsanların ciddiliyini nəzərə alaraq digər aidiyyatı işçilər barəsində qanunvericiliyə uyğun ciddi müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, filialda aşkar olunmuş çatışmazlıqlar barədə yoxlama materiallarının hüquq mühafizə orqanlarına göndərilməsi, qərarın icrasına nəzarətin Bankın Daxili audit departamentinin direktoru Mübariz Əliyevə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsinin ** saylı Tovuz Ərazi İdarəsinin *-**-*-**/*-****/**** saylı, ## ###### 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı ilə cavabdeh Cavabdeh ASC arasında bağlanmış və Tovuz rayon notariat kontorunda ##.##.2011-ci il tarixdə 3M-118 reyestr nömrəsi ilə təsdiq olunan ipoteka müqaviləsinin və ##.##.2008-ci il tarixli ** nömrəli kredit müqaviləsinin əsillərinin 15 sayı Tovuz Ərazi İdarəsinə təqdim edilib-edilməməsi barədə məlumatın, həmin müqavilələrin surətlərinin, ipoteka predmetinin yüklülüyünün qeydə alınıbalınmaması, bu barədə ipoteka saxlayana nə vaxt, hansı sənədin verilməsi barədə məlumatın, həmin sənədin surətinin, Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olan fərdi yaşayış evinin üzərindən yüklülüyün götürülüb-götürülməməsi barədə məlumatın təqdim edilməsi ilə bağlı ünvanlanan sorğuya “xxxx” publik hüquqi şəxsinin ** saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayonu, Əyyublu kəndində 0.12 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 126.30 kv.m olan fərdi yaşayış evinə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına ##.##.2011-ci il tarixdə 2611001964 qeydiyyat nömrəsi ilə reyestrdən çıxarış verilmişdir. Qeyd edilən fərdi yaşayış evi ##.##.2008-ci il tarixli, * saylı kredit və ##.##.2011-ci il tarixli, ** saylı İpoteka müqaviləsi əsasında Cavabdeh ASC-nin “* saylı Sabunçu rayon” filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və ##.##.2011-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış və Tovuz rayon notariat kontorunda ##.##.2011-ci il tarixdə 3M-118 reyestr nömrəsi ilə təsdiq olunan ipoteka müqaviləsinin və ##.##.2008-ci il tarixli ** nömrəli kredit müqaviləsinin əsillərinin 15 sayı Tovuz Ərazi İdarəsinə təqdim edilmişdir və hazırda arxiv qovluğunda saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tovuz Resgional “Asan Xidmət” Mərkəzində notariat ofisinin ##.##.2025-ci il tarixli, **** saylı məktubundan görünür ki, ##.##.2008-ci il tarixli, 03 nörməli kredit müqaviləsi və ##.##.2011-ci il tarixli, 3M-*** reyestr nömrəli ipoteka müqaviləsi müvafiq olaraq notariat işlərində Tovuz Regional “Asan Xidmət” mərkəzində notariat ofisində saxlanılır. Bundan əlavə, həmin müqavilələrin surətləri 24 aprel və ## ##### 2017-ci il tarixlərində digər notaris (təqaüddə olan) tərəfindən təsdiq edildiyindən, notarial hərəkəti aparılarkən onların əsillərindən istifadə edilib-edilməməsi barədə məlumat yoxdur. Belə ki “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata görə notariuslar idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətləri tədqiq edilərkən onların əsilləri notariat ofisində saxlanılması nəzərdə tutulmamışdır. Eyni zamanda bildirilir ki, sənədlərin surətinin təsdiq edilməsi notariat hərəkəti aparılarkən sənədin əsli onu təqdim etmiş şəxsə qaytarılır və notariat ofisində həmin sənədlərin surəti saxlanılmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, *-**-**-*/*-**/**** nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 2-ci cildinin 167-169-cu və 199-201-ci vərəqlərində Cavabdeh ASC ilə İddiaçı adlarından olan ## ######## 2008-ci il tarixli ** saylı Kredit müqaviləsinin 1-2-ci vərəqlərində “Borcalan”, 3-cü vərəqində “8.2 borcalan İddiaçı” qrafalarındakı imzalar; mülki işin 2-ci cildinin 170-176-cı və 192-198-ci vərəqələrində Cavabdeh ASC ilə İddiaçı Kami oğlunun adlarından olan ## ### 2011-ci il tarixli, ** saylı İpoteka müqaviləsinin 2-6-cı vərəqlərində “Borcalan”, 7-ci vərəqində “17.3 Borcalan İddiaçı” qrafalarındakı imzalar- İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı «məlumatların silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-yə ## ######## 2008-ci il tarixli kredit müqaviləsi üzrə göstərilən borcunun bankın daxili kredit sistemindən silinməsi, borcunun olmaması barədə məlumatın «xxxx» MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsinin cavabdeh Cavabdeh ASC-yə həvalə edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh ASC-dən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü il iyun ayında istifadəsində olan «Birbank Cashback» kartının bloklandığını görmüşdür. Bununla bağlı bankın qaynar xəttinə zəng vurmuş və adına kredit borcu olduğunu öyrənmişdir. Bankın problemli kreditlərlə bağlı şöbəsinin əməkdaşlarından borcla bağlı sənədləri, həmçinin mövcud olduğu təqdirdə məhkəmə qərarını tələb etmişdir. Ona hər hansı müqavilə və borcun tutulması ilə bağlı aparılmış tədbirlər barədə məlumat təqdim edə bilməmişlər. Daha sonra bu barədə ətraflı məlumat almaq üçün xxxxndan çıxarış əldə etmiş və bu zaman təəccüb içində görmüşdür ki, adına 60.000 ABŞ dolları məbləğində kredit müqaviləsi barədə məlumat daxil olmuşdur. İlkin olaraq qeyd etmək istəyir ki, göstərilən tarixdə tərəfindən kredit müqaviləsi bağlanılmamış, hər hansı pul vəsaitini təhvil almamış və heç bir ödəniş etməmişdir. Lakin, Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasında ***QDIX********* saylı hesab nömrəsi üzrə açılmış kredit üzrə 21.490 ABŞ dolları əsas, 46.044,02 ABŞ dolları faiz borc öhdəliyi əks olunmuşdur. Kredit tarixçəsində müqavilənin bağlandığı tarix olaraq ##.##.2008-ci il göstərilmiş və əsas borcun gecikdirilmiş günlərinin sayı isə 2894 gündür. Qeyd edilən tarixdən bu günədək bank ondan borcu tələb etməmiş və öhdəliyin yerinə yetirilməməsi əsası ilə məhkəmədə iddia qaldırmamışdır. Bankdan ona şifahi olaraq məlumat vermişlər ki, kredit tarixçəsində borc öhdəliyinin əks olunmaması ilə bağlı hər hansı düzəlişin edilməsi yalnız məkhəmənin yekun qərarı əsasında mümkün olacaqdır. Bundan başqa qeyd etmək istəyir ki, təqdim etdiyi MKR çıxarışında kreditin statusu kimi borcun artıq balansdan silinməsi də görünür. Bu hal sübut edir ki, kredit tarixçəsində əks olunan borc öhdəliyi texniki səhv nəticəsində ötürülmüş məlumatdır. Qeyd etdiklərindən də göründüyü kimi, tərəfindən göstərilən müqavilələrlə bağlı hər hansı iradə ifadəsi göstərilməmiş, ümumilikdə müqavilələrin mövcudluğundan xəbəri olmamışdır. Bu səbəbdən, mövcud olmayan müqavilə (əqd) üzrə hər hansı öhdəlik yarana bilməz. İddiaçı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, cari iş üzrə iddiaçı ##.##.2008-ci il tarixli kredit müqaviləsi üzrə məlumatların AKB və MKR-dən silinməsi barədə iddia tələbi irəli sürmüşdür. Qeyd etmək istəyir ki, MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Müştərinin qeyd etdiyi əhəmiyyətsiz əqd müştərinin təqdim etdiyi AKB-dən çıxarışa əsasən ##.##.2009-cu ildə bağlanılmışdır. Bank tərəfindən təqdim edilən çıxarışdan göründüyü kimi, cari kredit üzrə 2008-ci il tarixdə ödənişlər olub. İddiaçının məhkəməyə təqdim etdiyi AKB-dən çıxarışdan aydın olur ki, iddiaçı 2012-ci il, 2014-cü il, 2015-ci illərdə dəfələrlə kredit götürmüşdür. Bu o deməkdir ki, iddiaçı həmin zamanlar da MKR-dən çıxarışla tanış olmuş və ##.##.2008-ci il tarixli kredit barədə qeydi görmüşdür. Bundan başqa, bank tərəfindən təqdim edilən «kredtitin təqib qeydlərindən» də göründüyü kimi ##.##.2017-ci il tarixdə bank əməkdaşı tərəfindən iddiaçıya zəng edilib və «Müştəri bildirdi ki, neçə il keçib, indi zəng etmisiz» qeydi aparılmışdır (istinad edilən faylın 64-cü bəndi). Göründüyü kimi, iddiaçı cari kredit barədə uzun müddətdir ki, məlumatlıdır. Daha əvvəl dəfələrlə bildirdiyikləri kimi, kredit müqaviləsi bankın məsul şəxsi kimi iddiaçının əmisi tərəfindən imzalanmışdır. Bu səbəbdən də, iddiaçının əmisinin və özünün imzaladığı müqavilədən məlumatsız olması inandırıcı deyil. Göründüyü kimi iddiaçı əhəmiyyətsiz əqdin nəticəsi olaraq AKB və MKR-dən məlumatların silinməsinə dair iddia 2009-cu ilə qədər müraciət edə bilərdi. Qeyd edilənləri nəzərə alaraq, iddia müddətinin tədbiq edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavadehin vəsatətinə əsasən şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərdi ki, iddiaçının müqaviləsi üzrə öhdəliklərin izlənilməsi işi onda olub və o bu öhdəliyin təqibini aparmışdır. Borcla bağlı dəfələrlə özü və atası ilə əlaqə saxlamışdır. Atası mübahisəni həll etməyə görə vaxt istəyib. Daha sonra isə Elşən bəy telefon zənglərini açmamışdır. Sonda məcbur qalıb onlara bildirmişdir ki, işi artıq Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə verməyə hazırlanır. Bu məsələni ciddiləşdirmək fikrində idilər. Həmin vaxt adam göndərdilər ki, bəzi danışıqlar aparsınlar. Gəncədə görüş oldu və girov məsələsi də həm vaxtdan müzakirə edib qərara gəlmişlər. Məhkəmə iclasına şahid qismində şahid1 dəvət edilmiş, lakin məhkəmə iclasında onun nümayəndəsi (vəkili) vəkil2 iştirak edərək məhkəməyə bildirdi ki, məhkəməyə təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2015-ci il tarixli *(***)-***/**** nömrəli qərarı iddiaçının mübahisələndirdiyi həmin kredit verilən dövrdə kredit şöbəsinin müdiri barəsində qəbul edilmiş qərardır. Qərardan məlum olur ki, həmin dövrdə başqa şəxslər kredit şöbəsinin müdiri Rəmiyəddin bəyin imzasını və möhürünü saxtalaşdıraraq ayrı-ayrı şəxslərin adına kredit rəsmiləşdirmiş və pulları mənimsəmişlər. Bu faktı açan şəxsin özü də Rəmiyəddin bəy olmuşdur. 700.000 manata yaxın pul bu şəxslər tərəfindən dələduzluq yolu ilə mənimsənilmişdir. Hazırda 500.000 manat geri qaytarılmış və qalan 200.000 manatın təminatı əldə olunmuşdur. Həmin şəxslərin işdən çıxandan sonrakı aqibəti barədə məlumatı yoxdur. Görünür ki, iddiaçı da bu hadisənin qurbanıdır. Lap bu müqavilə düzgün olsa idi və pul iddiaçıya verilsə idi, bank nəyi gözləyirdi ki? Niyə bu vaxta qədər pulu tələb etməyib? İddiaçının xəbəri olmasa idi, bu məsələ işıqlandırılmazdı. Bu borc real deyil. İddiaçı bu borcu almamışdır. Ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək iddiaçı İddiaçı ilə Cavabdeh ASC arasında bağlanması göstərilən ## ######## 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun bankın daxili kredit sistemindən silinməsi, iddiaçı İddiaçı ilə Cavabdeh ASC arasında bağlanması göstərilən ## ######## 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın «xxxx» MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi vəzifəsinin cavabdeh Cavabdeh ASCyə həvalə edilməsi, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh Cavabdeh ASCdən iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh ASC arasında bağlanması ehtimal edilən ## ######## 2008-ci il tarixli kredit müqaviləsi orjinal variantda mövcud deyildir. Müqavilə tərəfi olan bank tərəfindən həmin kredit müqaviləsinin əsli məhkəməyə təqdim edilməmişdir. Eləcə də, istinad edilən müqavilədə 20.000 manat məbləğində kreditin verilməsi göstərilsə də, Mərkəzləşdirilmiş Kredit Reyestrində həmin tarixli kredit müqaviləsi üzrə 60.000 ABŞ dolları kreditin rəsmiləşdirilməsi qeyd edilmişdir. İddiaçının dəlili onun belə bir müqavilə bağlamayaraq borc almamasından ibarət olmuş, cavabdeh isə iddiaçının əmisinin bankın həmin filialının müdiri olması və müqavilənin rəsmiləşdirilməsində filial müdirinin iştirakından ibarət olmuşdur. Lakin, hazırki iş üzrə tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün müqavilənin mövcudluğu və həmin müqavilənin məhz İddiaçı tərəfindən bağlanmasına (imzalanmasına) dair sübutlar bank tərəfindən məhkəməyə təqdim edilmədiyindən və bu fakt sübuta yetirilmədiyindən iddiaçının adına mövcud olmayan kredit müqaviləsi üzrə aktiv borc Mərkəzləşdirilmiş Kredit Reyestrində göstərilə bilməz. Belə ki, hətta cavabdeh tərəfindən təqdim edilmiş müqavilənin təsdiq edilmiş surəti üzrə borcalan qismində İddiaçı imzasının yoxlanılmasına dair xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət üzrə müvafiq ekspertiza təyin edilsə də, göründüyü kimi bu halın müəyyən edilməsi müqavilənin əslinin mövcud olmaması səbəbindən mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2- 2(102)-***/**** №-li iş üzrə ##.##.2023-cü il tarixli qərarı ilə formaşlaşdırılmış hüquqi mövqeyə görə də Ali Məhkəmədə oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit verən təşkilat tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin borcalana verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bu baxımdan, tərəflər arasında MM-in 739.1 və 739.2-ci maddələrinin tələblərinə uyğun kredit müqaviləsinin bağlanılması və iddiaçıya həmin kredit müqaviləsi üzrə borcun verilməsi sübut olunmadığına görə tərəflər arasında MM-in 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Odur ki, iddiaçının haqlı tələbi təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməklə rədd edilməsinə dair ərizə təqdim edilmişdir. Belə ki, cavabdeh hesab edir ki, iddiaçının tələbinin əsası kimi əhəmiyyətsiz əqdin nəticəsi olaraq AKB və MKRdən məlumatların silinməsinə dair 2009-cu ilə qədər müraciət edə bilərdi. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinə münasibətdə iddia müddətinin tətbiq edilməsinə əsas yoxdur, o baxımdan ki, iddiaçının tələbi onun barəsində həqiqiliyi sübuta yetməyən məlumatların müvafiq reyestrdən silinməsi barədədir. Həmin məlumatların mötəbərliyini sübut etmə vəzifəsi bankın üzərində olduğundan və bank tərəfindən sübuta yetirilmədiyindən həmin məlumatların saxlanması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdeh tərəfindən kredit üzrə öhdəliyin təqib edilməsi ilə bağlı elektron daşıyıcıda təqdim edilmiş qeydlərdən də aydın olur ki, bank iddiaçı ilə bağlanması ehtimal edilən müqaviləyə malik olmadığından qanunla müəyyən edilmiş qaydada ona qarşı iddia tələbi ilə də müraciət etməmişdir. Belə olan təqdirdə iddiaçının iddia tələbinin əhəmiyyətsiz əqdin nəticələrinin mübahisələndirilməsi kimi qiymətləndirilməklə ona münasibətdə iddia müddətinin tətbiqinə əsas yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hisəssinə, 125-ci maddəsinin VII hissəsinə, 127-ci maddəsinin IV hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 739.1, 739.2, 743.1, 743.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3-cü maddələrinə, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### tarixli Qərarına, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2021-ci il tarixli № **/* qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 2.1.1, 2.1.2, 3.5, 3.6, 3.10-cu bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ASC-yə ## ######## 2008-ci il tarixli kredit müqaviləsi üzrə göstərilən borcunun bankın daxili kredit sistemindən silinməsi və borcunun olmaması barədə məlumatın “xxxx” MMC-yə və Mərkəzləşdirilmiş Kredit Reyestrinəverilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “2023-cü il iyun ayında iddiaçı öz istifadəsində olan “Birbank Cashback” kartının bloklandığını görmüş bununla bağlı bankın qaynar xəttinə zəng vurmuş və adına kredit borcu olduğunu öyrənmişdir. Bankın problemli kreditlərlə bağlı şöbəsinin əməkdaşlarından borcla bağlı sənədləri, həmçinin mövcud olduğu təqdirdə məhkəmə qərarını tələb etdi. Bankın əməkdaşları hər hansı müqavilə və borcun tutulması ilə bağlı aparılmış tədbirlər barədə məlumat təqdim edə bilmədilər.” Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə qəbul edilərkən işin faktiki halları araşdırılmamış, həqiqətə uyğun olmayan sübutlar, şahidin nümayəndəsinin həqiqətə uyğun olmayan ifadəsi nəzərə alınmışdır, iş üzrə icraat zamanı digər şəxslərin əməllərində cinayət tərkibinin olmasına dair əsaslı şübhələr olsa da, xüsusi qərar qəbul edilməmiş, nəticədə həqiqətə və qanunvericiliyə zidd sübutlar əsasında barəsində şikayət verilən qətnamə qəbul edilmişdir. Barəsində şikayət verilən qətnamədə olan zidd məqamlar üzrə aşağıdakıları qeyd edilir: 1) İddiaçı İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mübahisələndirilən müqavilələr barədə 2023-cü ilin iyun ayında bank əməkdaşı tərəfindən onun istifadəsində olan kart bloklandıqda xəbər tutmuşdur. Lakin bank tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən sənədlərdən görünür ki, İddiaçı ilə bank arasında ##.##.2009-cu il tarixdə daha bir 50000 manat dəyərində kredit və ipoteka müqavilələri imzalamışdır. Qeyd edilən 2008-ci i il tarixli kredit müqaviləsində və 2009-cu il kredit və ipoteka müqavillərində borcalan İddiaçı şəxsiyyət vəsiqəsi məlumatları eynidir (AZE 00825519, borcalan 2010-cu ildə şəxsiyyət vəsiqəsini dəyişdirdiyindən, 2011-ci il tarixli ipoteka müqaviləsində fərqli seriya və kod qeyd edilmişdir). Bundan başqa borcalanın yaşayış yeri eynidir. Qeyd edilən məlumatlar yalnız borclunun özü tərəfindən banka təqdim edilə bilinərdi və həmin məlumatların digər üsulla alınması qeyri-mümkün idi. Bundan başqa ipoteka müqavilələri notariat qaydasında bağlanılıb ki, həmin zaman da müqavilənin imzalanması faktı da notariat qaydada yoxlanılıb və qeydə alınıb. Bu hal özü də bankla iddiaçı İddiaçı arasında ##.##.2008-ci il tarixli müqavilə üzrə münasibətlərin olmasını təkzibedilməz edir. Bundan başqa iddiaçının təqdim etdiyi AKB çıxarışından da görünür ki, iddiaçının daha bir neçə kredit öhdəlikləri olmuşdur. Hər dəfə banka kredit üzrə müraciət edilərkən, müştərinin AKB və MKR məlumatları da yoxlanılır ki, bu da yalnız müştərinin öz razılığı əsasında baş verir və müştəri həmin vaxt özünün digər kredit öhdəlikləri barədə də məlumatlanmış olur. Bu o deməkdir ki, iddiaçı uzun müddətdir ki, mübahisələndirilən kredit və ipoteka müqavilələri barədə məlumatlı idi. Əgər həqiqətən iddiaçı özü deyildisə həmin müqavilələrdə iştirak edən, o, hüquq mühafizə orqanlarna bu barədə bildirməli idi, çünki iddiaçının qeyd etdiyi hal, əgər doğrudursa, özündə cinayət əlamətlərini əks etdirir. Lakin iddiaçı belə bir müraciət etməmişdir ki, bu da iddiaçının özünün qeyd etdiyi halı, yəni müqavilələrdən xəbərsiz olması halını ciddi şübhə altına alır. 2) İddiaçı İddiaçı iddia ərizəsində mübahisələndirdiyi kredit və ipoteka müqaivləsinin rəsmiləşdirilməsində iştirak edən bankın sabiq məsul əməkdaşı Rəmyəddin Məmmədovun qardaşı oğludur. İddia ərizəsində də qeyd edildiyi kimi, mübahisələndirilən kredit və ipoteka müqavilələrinin sənədləri bankda aşkar edilməyib. Bundan başqa həmin kredit müqaviləsi üzrə hesabdan çıxarışda görünür ki, həmin müqavilə üzrə İddiaçı 60.000 USD kredit ayrılmış və həmin vəsait kassadan məxaric edilmişdir. Lakin kredit müqaviləsində kredit məbləği 22.000 manat kimi qeyd edilmişdir. Qeyd edilən müqavilənin rəsmiləşdirilməsi, məlumatların düzgünlüyünün qorunması, müqaviləyə aid bütün sənədlərinin tam saxlanılması üzrə məsul şəxs iddiaçının əmisi idi. Bu fakt özlüyündə burada qanunazidd hərəkətlərin olmasında əsaslı şübhə yaradır və iş üzrə xüsusi qərardad qəbul edilməsinə zərurət yaransa da, birinci instansiya məhkəməsi tərəfindən bu edilməmişdir. Xüsusi qeyd edilir ki, iş üzrə iddiaçının istinad etdiyi yeganə hal müqavilə üzrə sənədlərin olmaması idi ki, bunun üçün də yeganə məsul şəxs elə öz əmisi idi. 3) Mübahisələndirilən müqavilələrin iddiaçı tərəfindən imzalanıb imzalanmamasını müəyyən etmək üçün ##.##.2008-ci il tarixdəki kredit müqaviləsi və ##.##.2011-ci il tarixli ipoteka müqaviləsinin iddiaçı İddiaçı tərəfindən imzalanmasının aydınlaşdırılması üçün xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət veriblər. Daha öncə də qeyd edildiyi kimi həmin müqavilələr üzrə sənədlər bankda olmasa da, bank tərəfindən Tovuz rayon notariat ofisinə müraciət edilərək, müqavilələrin xüsusi notarius Pənah Rzayev tərəfindən təsdiqlənmiş surəti əldə edilmişdir. Tərəflərindən verilmiş vəsatət təmin edildiyi və ekspertizanın keçirilməsi üçün sənədlərin əsillərinin lazım olduğu üçün, məhkəmə tərəfindən müvafiq sorğular verilmiş və Tovuz regional Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu Seymur Quliyev məhkəməyə məktub ünvanlayaraq, qeyd edilən müqavilələrə dair Tovuz notariat ofisində heç bir notariat hərəkətinin rəsmiləşdirilmədiyini bildirmişdir. Göründüyü kimi eyni fakt üzrə eyni orqan tərəfindən 2 fərqli mövqe sərgilənmişdir. Burada 2 hal mümkündür: a) Xüsusi notarius Seymur Quliyev Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 78.4-cü maddəsinə zidd olaraq sübutların məhkəməyə təqdim edilməsindən yayınır; b) Xüsusi notarius Pənah Rzayev mövcud olmayan sənədin surətini təsdiqləyərək, sənəd saxtalaşdırılmasında iştirak etmişdir. Göründüyü kimi istənilən halda bu ziddiyyət məhkəmə tərəfindən araşdırılmalı idi. Lakin birinci instansiya məhkəməsi zəruri addımları atmamış və nəticədə işin faktiki hallarına uyğun olmayan barəsində şikayət verilən qətnamə qəbul edilmişdir. Xüsusilə qeyd edilir ki, tərəflərindən əlavə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx publik hüquqi şəxsinin ** saylı Tovuz Ərazi İdarəsinə müvafiq müqavilələr barədə sorğu verilmiş və həmin qurum tərəfindən verilən cavabda müqavilələrin bağlanma faktı təsdiq edilir və müqavilələrin əldə edilməsi üçün notariusa müraciət edilməsi tövsiyə edilir. 4) İş üzrə tərəflərindən iş üçün şahidliyi mühim əhəmiyyət kəsb edən bankın sabiq əməkdaşı X5 və mübahisələndirillən müqavilələr üzrə ipoteka qoyan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şahid qismində cəlb edilməsiniə dair vəsatət verilsə də, birinci instansiya tərəfindən yalnız Rəmyəddin Məmmədov şahid qismində cəlb edilmişdir ki, o da Rəmyəddin Məmmədovun özü yox, vəkili məhkəmə iclasında iştirak edərək, tamamilə həqiqətə uyğun olmayan ifadə vermişdir. Bundan əlavə Rəmyəddin Məmmədovun vəkili baş vermiş hadisədə digər sabiq bank əməkdaşı X2 ittiham edərək, onun barəsində təqsirsizlik prezumpsiyanı pozmuş və ona törətmədiyi cinayətə münasibətdə böhtan atmışdır. Elə vəkilin təqdim etdiyi məhkəmə hökmündən də X2 tamamilə başqa hadisələr üzrə təqsirli bilindiyi qeyd edilir. Bu halda da birinci instansiya məhkəməsi şahidin vəkili tərəfindən təqdim edilən hökm və şahidin vəkilinin verdiyi ifadələri müqayisə etməyərək, onlara sübut kimi istinad etmiş, şahidin vəkilinin həqiqətə uyğun olmayan ifadə ilə digər şəxsə cinayət hadisəsinə dair böhtan atması və tamamilə həqiqətə uyğun olmayan ifadə verməsi faktına da qiymət verməmişdir. Bundan başqa qanunvericiliyin birbaşa tələbi şahidin məhkəmədə şəxsən iştirak etməsidir. Belə ki, tərəflərin şahidə sual vermək hüququ və şahidin yalan ifadə verməyə görə məsuliyyət daşıması və s., məqamlar barədə qanunvericilikdə birbaşa göstərişlər var (MPM maddə 47.2; 62 və s.,). Bu halda da birinci instansiya məhkəməsi tərəflərin hüquqarının pozulması və şahidin məsuliyyətdən yayınmaması üçün zəruri addımları atmamışdır. Bank tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş müqavilələrin təsdiq edilmiş sürətlərindən və müqavilə üzrə hesabdan çıxarışdan da görünür ki, İddiaçı 60.000 USD məbləğindən kredit vəsaiti ayrılmış və həmin vəsait məxaric edilmişdir. Müqavilə tərtib edilərkən, iddiaçı İddiaçı şəxsiyyət vəsiqəsi məlumatlarından istifadə edilmişdir. Bu o deməkdir ki, ##.##.2008-ci il tarixədək banka İddiaçı şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. İddiaçı həmin ərəfə şəxsiyyət vəsiqəsinin itməsinə və ya qanunsuz istifadəsinə dair müvafiq orqanlara heç bir müraciəti olmadığından (həmin müraciətlərə dair hər hansı sübut təqdim edilməyib), aydın olur ki, iddiaçı birbaşa özü həmin sənədi banka təqdim etmişdir. İddiaçının ##.##.2025-ci il tarixli məhkəmə iclasında şəxsiyyət vəsiqəsinin bank tərəfindən digər kredit dosyesindən götürülməsi həqiqətə uyğun deyil. Belə ki, digər kredit müqaviləsi ##.##.2009-cu il tarixdə bağlanmışdır ki, bu müddətə qədər artıq mübahisələndirilən müqavilə üzrə rəsmiləşmə işləri çoxdan yekunlaşmışdır. Bankın özündə həmin müqavilələrin və digər sənədlərin olmamasına görə isə məsuliyyəti iddiaçının əmisi Rəmyəddin Məmmədov daşıyır ki, daha öncə də qeyd edildiyi kimi bu hissədə birinci instansiya məhkəməsi tərəfindən xüsusi qərardad qəbul edilməli idi. Göründüyü kimi iddiaçı özünə aid fərdi məlumatların saxlanıldığı və özündə olmalı sənədlər (şəxsiyyət vəsiqəsi və s.) əsasında rəsmiləşən müqavilə barəsində məlumatsız olması inandırıcı deyil. Birinci instansiya məhkəməsi barəsində şikayət verilən qətnamədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2-2(102)-575/2023 qərarına istinad edərək, bank tərəfindən kassa məxaric orderinin və digər sənədlərin təqdim edilməməsi əsas gətirilərək, müqavilənin bağlanmasının sübut edilməməsi qənaətinə gəlmişdir. Lakin bank tərəfindən birinci instansiya məhkəməsinə təqdim edlən müqavilələr sadəcə sənəd surəti deyil, müqavilələrin notariat qaydasında təsdiqlənmiş surətləri idi. Bundan başqa, cari Reyestr Xidmətinin ** saylı Ərazi idarəsinin də məktubunda daşınmaz əmlakın məhz mübahisələndirilən müqavilələrə görə yüklü edilməsi qeyd edilmişdir. MM-nin 140-cı maddəsinə əsasən isə reyesrt məzmunun qeyri-dəqiqliyi sübut edilmədiyindən, həmin qeyd həqiqi hesab edilir. İş üzrə ilk məhkəmə iclaslarında tərələrindən X5 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şahid qismində cəlb edilməsi barədə vəsatət verilsə də, birinci instansiya məhkəməsi həmin vəsatətlərə zəruri qiymət verməmişdir. Yalnız sonuncu məhkəmə iclaslarında Rəmyəddin Məmmədovun məhkəməyə şahid kimi çağrılması təmin edilmişdir. İpoteka qoyan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə heç zaman icraata cəlb edilməmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, qeyd edilən şəxslər ifadə verdikdən sonra, onların əməllərində cinayət tərkibinin olub-olmaması müəyyənləşə bilərdi deyə, onlar indiki halda “cavabdeh tərəfin şahidi” sayılmır və onların məhkəməyə cəlb edilməsi MPM-nin 78.2-ci maddəsinin təsiri altına düşür. Bundan başqa MPMnin 184.4-cü maddəsində qeyd edilir ki, tərəflərin vəsatətləri məhkəmə qərardadı ilə həll edilir. Tərəflərindən ##.##.2024-cü il tarixli qeyd edilən vəsatətə isə məhkəmə tərəfindən uzun müddət sonra qismən qiymət verilmişdir. Bir daha xüsusilə vurğulanır ki, həmin şahidlərin dindirilməsi iş üçün olduqca mühim əhəmiyyət kəsb edirdi. Barəsində şikayət verilən qətnamədə, demək olar ki, iş üzrə heç bir faktiki hal müəyyən edilməmişdir, nəyə görə iddiaçının əmisinin məsul olduğu müqavilələrdə iddiaçıya məxsus imzalar fərqlənir? Nəyə görə həmin müqavilələrdəki göstəricilərlə AKB-dəki göstəricilər fərqlənir? Həmin müqavilələr üzrə dosyelər nəyə görə bankda saxlanılmamışdır? Əgər həqiqətən də müqavilələr iddiaçı tərəfindən imzalanmayıbsa, nəyə görə 2014-cü il tarixli istintaq zamanı yalnız Rəmyəddin Məmmədovun qardaşı oğlu olan iddiaçı İddiaçı kredit dosyeləri tədqiq edilməmişdir? Nəyə görə bir notarius müqavilələrin təsdiqlənmiş sürətlərini təqdim etdiyi anda, digər notarius ümumiyyətlə belə faktın olmasını inkar edir? Hansı qiymətləndirməyə (BGN və s.) əsasən iddiaçı İddiaçı 2 il ərzində 60.000 USD və 50.000 AZN kredit verilmişdir? Birinci instansiya məhkəməsi barəsində şikayət verilən qətnamədə bank tərəfindən mübahisələndirilən müqavilələrə dair sübutların təqdim edilmədiyi qeyd edilsə də, bank tərəfindən müqavilələrin notarial təsdiq edilmiş sürətlərinin təqdim edilməsi, iş üzrə hesabdan çıxarışın təqdim edilməsini nəzərə almamışdır. Birinci instansiyada icraat zamanı xüsusi notarius Seymur Quliyevin məktubunda işin faktiki halları inkar edildiyi üçün, tərəflərindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx publik hüquqi şəxsinin ** saylı Tovuz Ərazi İdarəsinə sorğu verilmişdir. Həmin sorğunun cavabı (müqavilələrin bağlanılması faktının təsdiqi edilməsi) bu apellyasiya şikayətinə əlavə edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının nümayəndəsi (vəkili) vəkil2 ##.##.2025-ci il tarixdə elektron məhkəmə informsiya sistemində yaradılmış e-kabineti vasitəsi ilə məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq ərizəsində qeyd etmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şahid1 həmyerlisi olmuşdur, Rəmiyəddin müəllim onu rayondan tanımışdır. Onların yaxın dost münasibətləri olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə ünvanladığı şikayət ərizəsində şahid1 haqqında yazılanlar həqiqətə uyğun deyildir. şahid1 həmişə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs köməklik göstərmiş, yardım etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şahid1 haqqında əsassız yazılarına təəcüblənmək lazım deyil, çunki bu adamdan bu gözlənilən addımdır. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs öz dostunu içki məclisində güllə ilə vurub öldürdüyü üçün ona 9 il cəza verilmişdir. Cəzaçəkmə müəssisəsində olanda o, məktub yazaraq şahid1 pul istəmişdir. şahid1 ona maddi yardım göstərmişdir (məktubun surəti əlavə olunur). Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəzaçəkmə müəssisəsindən çıxandan sonra Tovuz rayonunun Əyyublu kəndinə köçmüş, orada yaşamışdlr. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rəmiyyəddin Məmmədovun yanına gələrək çətinlik çəkdiyini, oğlunun işsiz olduğunu bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs oğluna VAZ-07 avtomobili almaq istədiyini, dolanışığının yaxşılaşması üçün bir az pula ehtiyacı olduğunu bildirmişdir. şahid1 onun oğlu Emin Nağıyevi işə götürmüşdür. Əlavə olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kredit alması müqabilində evini ipoteka ilə yüklü etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs razılığı ilə evi ipoteka ilə yüklənmişdir. Kredit götürdükdən sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs oğlu Eminə VAZ-07 aldı və sonradan oğlu qəza törətdi. Avtomobil yararsız vəziyyətə düşdüyü üçün xərcləri artdı. Bir müddət ödənişləri apardı sonra maddi durumunu bəhanə gətirərək (işdən çıxdığını bildirmiş) ödənişləri dayandırdı. şahid1 dəfələrlə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borcunu ödəməli olmasını bildirmiş və həmişə o boş vədlər verərək ödəmədən yayınırdı. şahid1 bankdan uzaqlaşdıqdan sonra kreditin aqibəti haqqında heç bir məlumatı olmamışdır. İddiaçı adının kredit reyestrindən silinməsi ilə bağlı iddia qaldırmasından sonra şahid1 bilmişdir ki, bu kredit bu günə kimi ödənilməmiş qalmışdır. İddiaçı adının kredit müqaviləsində qeyd olması F.Məmmədovun etdiyi saxtakarlıq əməllərindən biridir. şahid1 F.Məmmədovun cinayət əməllərini ifşa edib, aşkar edib, onun banka vurduğu 700,0 min manat ziyanın ödənilməsi üçün F.Məmmədovun ailəsinin təklif etdiyi 4 ədəd evi girov götürərək ziyanın 500,0 min manatının bağlanması təmin edilmişdir. Bunu o vaxt Bankın Rəhbərliyi bilirdi. Bununla yanaşı bankın problemli kreditlər departamentinin rəhbər işçiləri şahid1 tərəfindən 200,0 min manat borcun bağlanması üçün F.Məmmədovun yaşadığı 300,0 min manatlıq (Sabunçu qəsəbəsinin mərkəzində 5 sot yerdə yerləşən 2 mərtəbəli ev) qiyməti olan evə yaxın vaxtlara kimi tutma yönəltməmiş, 10 ildən sonra özlərinə (qaynı Ruslana) 60.000 min manata satmışlar. Hazırda mübahisələndirilən kredit üzrə 2013-cü ildən bəri heç bir tədbir görülməməsini başa düşmək çətindir. Bütün bu məsələlər bir yerdən qaynaqlanır, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qəsdən şahid1 qarşı öyrədilmişdir. Şikayət ərizəsində yazılanlar şər böhtandan başqa bir şey deyildir. Problemli kreditlər departamentinin rəhbərləri bankın mənafeyini gözləmək əvəzinə, bankın kreditlərini ödəməyən şəxslərin mənafeyin gözləməkdədirlər, məqsəd şahid1 əsassız günahlandırmaqdır. Lakin şahid1 gördüyü işlər göz qabağındadır və onun fəaliyyəti bankın rəhbərliyi tərəfindən qiymətləndirilərək vəzifədə irəli çəkilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Azərbaycan Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı cavabdeh “xxxx” ASC məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dəvət edilsə də, lakin birbaşa iştirak etməyən Rəmyəddin Məmmədovun vəkili birinci instansiya məhkəməsində həqiqətə qətiyyən uyğun olmayan ifadə verərək, guya Rəmyəddin Məmmədovun əslində kreditlərin aşkarlanmasında böyük müsbət rolu olmuş və buna görə onun vəzifəsini artırıldığını bildirmişdir. Eyni mövqeni vəkil ##.##.2025-ci il tarixli məhkəmə iclasından sonra da səsləndirərək, hakimlərin daxili inamına təsir göstərməyə cəhd etmişdir. Bir daha bildirilir ki, həmin məlumatlar qətiyyən həqiqətə uyğun deyil. Belə ki, Rəmyəddin Məmmədov vəkilin istinad etdiyi cinayət işində qeyd edilən müqavilələrə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət almışdır. Faktın qeyd edildiyi protokoldan çıxarış elektron kabinetə əlavə edilir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, ekspert rəyi ilə iddiaçının iddia tələbində istinad etdikləri öz təsdiqini tapmışdır. Ekspert rəyindən sonra bank tərəfindən iddiaçının hesabından bloklar da götürülmüşdür. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Apellyasiya icraatı zamanı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə təqdim etdiyi müraciətində göstərmişdir ki, o, 2009-cu ilin sentyabr ayında telefon vasitəsilə xxxx ASC-nin * saylı Sabunçu rayon filialının müdiri X5 zəng edərək, gənc ailə kimi oğlu X1 ipoteka kreditinin alınması üçün köməklik eləməsini xahiş etmiş, Rəmyəddin Məmmədov cavabında ev tapılsın həll edərik demişdir. Onlar Bakı şəhərində ev axtarşında olmuş, nəhayət belə qərara gəlmişlər ki, təxmini olacaq kreditlə onları təmin edəcək mənzili ala bilməyəcəklər. O, Rəmyəddin Məmmədova zəng edərək fikrindən daşındığını bildirmişdir. Bir gün sonra ona tanımadığı nömrədən zəngi gəlmiş, həmin şəxs özünü bankın əməkdaşı İlham kimi təqdim edərək, “Fikrət müəllim, Rəmyəddin müəllim deyir ki, bir ev var, razıdırsa, gəlsin söhbət edək, sənədləşdirək və ona da pul verək” demişdir. Ehtiyacı olduğundan o, həmin şəxsə gələcəyini bildirmiş, Bakı şəhərinə gedib bankda Rəmyəddin Məmmədovla görüşmüş, razılaşmış, birilikdə kredit şöbəsinə gələrək həmin İlham adlı şəxsə, nə sənədlər lazımdır ona izah eləməsini tapşırmışdır. Həmin şəxs ona izah edərək ipoteka kreditinin alınması üçün təqdim olunmalı əsas sənədlər cədvəlini vermişdir. O, az vaxtda cədvəldə göstərilən sənədləri hazırlayıb banka göndərmiş, bir neçə gün keçəndən sonra həmin İlham adlı şəxs ona zəng edərək oğlunu da götürüb gəlməsini bildirmişdir. O, oğlu ilə birlikdə Bakı şəhərinə gələrək banka Məmmədov Rəmyəddinin yanına getmiş, oğluna sənədlərə qol çəkdirilmişdir. Həmin vaxt həmyerlisi və yaxın dostu öz kabinetində ona 18.000 USD pul vermiş, o, müqavilə və ödəniş qrafikini tələb edəndə “o, neynəyirsən onları deyərək İddiaçı adına olan bir parça kağızı verərək buraya ödəyəcəksən, 500-300 nə gücün çatsa ödə” demişdir. İşdə saxtakarlıq olduğunu gördükdə onlar ödənişi dayandırmışlar. Bir neçə müddət Məmmədov Rəmyəddinlə aralarında mübahisələr, narazılıqlar getmiş, o, ödəniş etməyəcəyini bildirmidir. Bir neçə vaxt keçəndən sonra ona zəng edərək guya bu kredit üçün onu çox incitdiklərini deyib özünə məxsus olan evi girov qoyaq qalan borcu ödəməsini təklif etmişdir. Əfsuslar olsun ki, onu bu dəfə də dırnaq arası dostu məharətlə aldatmış, o, evlə bağlı istənilən sənədləri hazırlayıb poçt vasitəsilə ona göndərmişdir. Bir az vaxt keçəndən sonra ona zəng edərək sənədlər hazırdır demiş, danışığa əsasən, bankın əməkdaşları sənədləri sabah üçün Tovuza gətirmiş, o, da tezdən Tovuza gedərək onları qatardan düşdükləri anda qarşılamış, gələnlər 2 nəfər olmuş, biri bankın kredit şöbəsinin müdiri X2, digəri isə əslən Tovuzlu olan, adını unutduğu bankın əməkdaşı olmuşdur. Onlar birbaşa notariusa gəlmiş, o, çöldə gözləyəsi olmuş, onlar növbəsiz içəri daxil olmuş, 10-15 dəqiqə keçəndən sonra o da içəri keçəndə onların çox yaxın münasibətdə olduqlarının şahidi olmuşdur. Bundan sonra Faiq Məmmədov müqavilə sənədini onun qarşısına qoyaraq Fikrət qol çək demiş, o, yenə də dostluğa inanaraq tanış olmadan sənədlərə imza atmışdır. Notariusla sağollaşıb çıxdıqdan sonra o, “Faiq müəllim nə qədər summadır, heç olmasa bilim” demiş, o, 22.000 (iyirmi iki min) AZN olduğunu demişdir. Bu günə qədər həmin sənədin nüsxəsi və ya ödəniş qrafiki ona verilməmiş, o, dəqiq bilmir ki, həmin sənəddə nə qədər summa var. Ona verilən 18.000 USD, 0,80 manat AZN kurs olaraq 14.400 AZN təşkil edir. Ödənilən məbləğlər isə 7.050 USD-5.640 AZN. (5.640 AZN + 22.000 AZN=27.640 AZN) Rəmyəddin Məmmədovun ona verdiyi 14.400 AZN. Ondan aldığı 27.640 AZN-dir. Ondan aldığı – 27.640 AZN-dən ona verdiyi 14.400 AZN çıxılsa 13.240 AZN-nin ona qaytarılmasını və ona məxsus olan evin girovdan azad olunmasını iddia edir. Yataq xəstəsi olduğu üçün onun səlahiyətlərini etibarnamə vasitəsilə rəsmi olaraq oğlu X1 həyata keçirəcəkdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh ASCyə və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlmat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarı .... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan, cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il ## ##### tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən, cavabdeh iddiaçı ilə kredit və ipoteka müqavilələri bağlamasını, iddiaçının bank qarşısında icra edilməyən öhdəliyinin olmasını bildirsə də, apellyasiya şikayətinin dəlillərinin yoxlanması məqsədi təyin edilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, *-**-**-*/*-**/**** nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, mülki işin 2-ci cildinin 167-169-cu və 199- 201-ci vərəqlərində Cavabdeh ASC ilə İddiaçı adlarından olan ## ######## 2008-ci il tarixli ** saylı Kredit müqaviləsinin 1-2-ci vərəqlərində “Borcalan”, 3-cü vərəqində “8.2 borcalan İddiaçı” qrafalarındakı imzalar; mülki işin 2-ci cildinin 170-176-cı və 192-198-ci vərəqələrində Cavabdeh ASC ilə İddiaçı Kami oğlunun adlarından olan ## ### 2011-ci il tarixli, ** saylı İpoteka müqaviləsinin 2-6-cı vərəqlərində “Borcalan”, 7-ci vərəqində “17.3 Borcalan İddiaçı” qrafalarındakı imzalar - İddiaçı tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Demək ki, iddiaçı ilə kredit və ipoteka müqaviləsi bağlamasını, bağladığı əqdlərin etibarlı olmasını, iddiaçının onun qarşısında icra edilməyən öhdəliyinin olmasını cavabdeh sübut etməlidir. Sübutların anlayışı MPM-in 76-cı maddəsində verilmişdir. Qanunda təsbit olunmuşdur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3.). İş üzrə keçirilən ekspertiza tədqiqatı ilə cavabdehin qeyd etdiyi müqavilələrin iddiaçı tərəfindən imzalanması öz təsdiqini tapmadığından, cavabdeh ekspert rəyinin mötəbər sübut növü olaraq qəbul edilməsini təkzib edəcək hər hansı bir sübutunu məhkəməyə təqdim etmədiyindən kollegiya belə nəticəyə gəlir ki, MPM-in 80-ci maddəsinin tələbləri baxımından cavabdehin məhkəməyə təqdim etdiyi müqavilələr onun iddiaya etirazında istinad etdiyi halı təsdiq edən sübut kimi qəbul oluna bilməz. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı tələb üzrə məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etmək olduğundan, cavabdeh təqdim etdiyi əqdlərin bağlanmasında iddiaçının iradə ifadəsinin mövcud olmasını sübuta yetirə bilmədiyindən, araşdırma zamanı isə həmin əqdlərin həqiqi və etibarlı əqd olması öz təsdiqini tapmadığından Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Cavabdeh ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 126 manat Məhkəmə Ekspetizası Mərkəzinin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar