Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3804/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Ərşad Sərdarovun iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “yeni mənzil verilməklə köhnə yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1385/2025 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanında yerləşən faktiki sahəsi 23 kv.m olan ev boşaldılaraq sökülməsi üçün cavabdeh tərəfindən iddiaçıya təhvil verilsin, həmin evin əvəzinə yeni tikiləcək binanın “G” blokunun 3-cü mərtəbəsində yerləşən, təsdiq edilmiş layihə üzrə ümumi sahəsi 44,2 kv.m olan 1 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətində iddiaçı tərəfindən cavabdehə təhvil verilsin, habelə sökülməsi nəzərdə tutulan ev təhvil verildiyi tarixdən başlayaraq yeni mənzillə təmin olunma tarixinədək kirayə xərcinə görə iddiaçı tərəfindən cavabdehə hər ay 400 manat ödənilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin olunub. Bundan başqa, həmin qətnamədə qət olunub ki, ekspertiza tədqiqatının dəyəri olan 400 manat Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdeh apellyasiya şikatətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya icraatı zamanı – xx.xx.2025-ci ildə İddiaçı MTK ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirib. İddiadan imtina onunla əsaslandırılıb ki, tərəflərin arasında razılıq əldə olunub, notariat qaydasında müqavilə imzalanıb, köhnə mənzil sökülərək yerində yeni binanın inşasına başlanıb. İddiadan imtina qanuna zidd olmadığından, başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52 və 191-ci maddələrinin göstərişlərinə uyğun olaraq, iddiadan imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçı iddiadan imtina etdiyinə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 122-ci maddəsinin göstərişinə uyğun olaraq, qiymətləndirmə xərci olan 400 manat iddiaçıdan qiymətləndiricinin ("xxxx" MMC-nin) xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəllənin 384.0.5-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiadan imtina qəbul olunsun. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1385/2025 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı MTK-nın Cavabdeh qarşı “yeni mənzil verilməklə köhnə yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qiymətləndirmə xərci olan 400 (dörd yüz) manat İddiaçı MTK-dan tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat İddiaçı MTK-dan Cavabdeh xeyrinə tutulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3804/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3804/2025
25.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver