Məhkəmə qərarları › İş №2(103)-3806/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3806/2025

18.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3806/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X3 914 saylı bağ sahəsinin qarşısından keçən 6 kV gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 3467/2025 saylı qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) rəsmi qeydə alındığı ünvan ünvan 1yon Məhkəməsinin 16 may 2025-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı özünün daşınmaz əmlaka mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Bu məzmunlu iddia ərizəsi mülki prosessual qanunveriliyin normalarının tələbləri baxımından müstəsna aidiyyət qaydasında baxılmalı olan daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, hazırkı mülki iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ərizəsi bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan əlavə mülki prosessual qanunvericilikdə müstəsna aidiyyət qaydaları da nəzərdə tutulmuşdur. MPM-in 39.1-ci maddəsinin məzmununa görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi Bakı şəhəri, Binəqədi rayonu, X3 914 saylı bağ sahəsinə münasibətdə həmin bağ sahəsindən maneəsiz istifadə etmək hüququnun cavabdeh tərəfindən pozulması ilə bağlıdır. İddiaçı mülkiyyət hüququnun pozulmasını aradan qaldırmaq haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən tələbə cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsində deyil, müstəsna aidiyyət qaydaları tətbiq edilməklə daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılmalıdır. Ona görə də mülki iş baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Mülki iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar