Məhkəmə qərarları › İş №2(103)-3809/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3809/2020

01.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3809/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X1, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı “xxxx” MMC-nə qarşı “mülkiyyətindən məhrum edilmə nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nə (MMC) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi qismində torpağın dəyəri olaraq 490 000 manatın, evin dəyəri qismində 336 000 manatın, evində məhv edilmiş əşyaların dəyəri qismində 86 090 manatın, ümumilikdə 912 090 manat maddi zərərin əvzinin, mənəvi zərərin əvəzi qismində 50 000 manatın, hüquqi xidmət üçün ödənilməli olan 2500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun MMC-dən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, vurulmuş maddi ziyana görə 288 000 (iki yüz səksən səkkiz min) manatın “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının ona aid edilməsi, 15 manatının isə “xxxx” MMCdən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv olunması və iddianın tam təmin edilməsi; “xxxx” MMC-nin nümayəndəsi şikayət verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, MA seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi 2009-cu ildən xüsusi mülkiyyətində, 0,1844 ha həyətyanı torpaq sahəsi isə istifadəsində olmuş, 2017-ci ilin may ayında özünü “xxxx” MMC-nin işçisi kimi təqdim edən Pərviz adlı şəxs evinə gələrək Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarına istinadən ona məxsus mülkiyyət də daxil olmaqla həmin ərazidə yerləşən binaların sökülərək yerində müasir tələblərə cavab verən binanın tikintisinin MMC-yə həvalə edildiyini, bu məqsədlə mülkiyyətinin onlar tərəfindən alınmalı olduğunu və evinin hər kv.m üçün şirkət tərəfindən ona 1500 manat ödəniləcəyini, istifadəsində olan torpaq sahəsi üçün isə heç bir ödəniş edilməyəcəyini bildirmişdir. Bundan sonra 2017-ci ilin may-iyun aylarında MMC ilə evinin və istifadəsində olan torpaq sahəsinin alınması müqabilində ona ödəniləcək kompensasiyanın məbləği ilə bağlı danışıqlar olmuş, MMC, evinin alınması müqabilində həmin sahədə 5 il müddətinə tikiləcək binada ona ümumi sahəsi 150 kv.m mənzil, torpaq sahəsinin isə heç bir əvəz ödənilmədən ondan almağı təklif etmiş, şirkətin təklifi onu qane etmədiyi və istifadəsində olan torpağa görə şirkət hər hansı ödəniş etməkdən imtina etdiyi üçün razılaşmamışdır. Təkliflə razı olmadığından öz təkliflərinə razı salmaq üçün MMC ona təzyiqlər göstərmiş, ailəsini zorla evdən çıxaracağı, əşyalarını bayıra atacağı, evini söküb məhv edəcəyi ilə bağlı hədələmişdir. Bütün bu təzyiqlərə baxmayaraq, mülkiyyətçi olaraq tələblərinin təmin edilməsində israrlı olmuş, MMC-nin təklifinə razı olmadığından, MMC onu evindən çıxmağa məcbur etmək üçün ilk öncə evinin kommunal təchizat xətlərini kəsərək evinə su, qaz və elektrik enerjisinin verilməsinə imkan verməmiş, ətrafda yerləşən evləri sökərək qazıntı işləri aparmış, evinə gediş-gəliş yolunu bağlamışdır. Evində yaşamaq artıq mümkünsüz olduğuna, yəni qaz, işıq, su xətləri kəsilməsinə baxmayaraq, ailəsi ilə birlikdə evdə yaşamağa davam etmişlər. Mülkiyyətdən istifadəsinə yaradılmış maneənin aradan qaldırılması üçün 2017-ci ilin iyun ayında “xxxx” MMC-yə qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iddianın təmini tədbiri qismində fərdi yaşayış evindən istifadə hüquqlarına qəsdən yaradılan maneələrin dərhal aradan qaldırılması, evin ətrafındakı xarabazarlığın dərhal təmizlənməsinin cavabdehin üzərinə vəzifə qoyulması, habelə cavabdehə, eləcə də digər şəxslərə onların əmlakı barədə hər hansı hərəkətlərin edilməsinə qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx xxxx 2017-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizəsini təmin etməmiş, bu qərardaddan verdiyi şikayətə isə baxılmamışdır. xx xxxx 2017-ci il tarixdə ailəsinin qohumlarının evində olmasından istifadə edən MMC-nin işçiləri gecə evinin bir hissəni uçurmuş, bundan sonra o, MMC-yə qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edərək, evinin bir hissəsinin məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi, habelə cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş 50 000 manat dəyərində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu iddia ərizəsi ilə yanaşı iddianın təmini tədbiri qismində mülkiyyətində olan fərdi yaşayış evinin ətrafında aparılan və sakinlərin həyat və sağlamlığını təhlükə altında qoyan hər hansı qazıntı-tikinti və sair işlərin aparılmasının cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını istəmiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə ərizəsini rədd etmişdir. Bu qərardaddan şikayət vermiş, məhkəmədə hər iki iddia ərizəsi üzrə məhkəmə prosesi davam etdiyi müddətdə və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadından şikayət verdiyi halda ev MMC tərəfindən tamamilə uçurularaq yerlə yeksan edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx xxxxxxxx 2017-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərardadını ləğv etmiş və iddianın təmini barədə ərizəni qismən təmin edərək, evdən istifadə hüquqlarına cavabdeh tərəfindən qəsdən yaradılan maneələrin aradan qaldırılmasına qərar vermişdir. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadı qüvvəyə minsə də, ev artıq mövcud olmadığından, yəni qanunsuz olaraq şirkət tərəfindən məhv edildiyindən qərardadı icra etmək mümkün olmamışdır. Buna görə də, yəni ikinci məhkəmə işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadından verdiyi şikayətin heç bir mənası qalmadığı üçün bu şikayətinin geri qaytarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsi xx xxxxxxx 2017-ci il tarixli qərardadı ilə şikayətinin geri qaytarılmasına qərar vermişdir. Mülkiyyətinin qanunsuz və əvəzi ödənilmədən ondan alınması ilə bağlı məhkəməyə iddia ərizəsi verməklə yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Nəsimi Rayon İcra Hakimiyyəti də daxil olmaqla bir sıra dövlət orqanlarına yazılı müraciətlər etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarının 1.2-ci hissəsinə əsasən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasının həyata keçirilməsi müvafiq icra hakimiyyətlərinə, o cümlədən Nəsimi Rayon İcra Hakimiyyətinə tapşırılmış, bu qərarın 1.2-ci hissəsinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının tikinti və kommunal təsərrüfatı şöbəsinə və regionların inkişafı şöbəsinə tapşırılmışdır. Mülkiyyətinin ondan qanunsuz olaraq alınması ilə bağlı Nazirlər Kabineti və Nəsimi Rayon İcra Hakimiyyətinə etdiyi müraciətlərinə cavab olaraq, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli X10 Dairəsi üzrə nümayəndəsi tərəfindən xx xxxxxx 2017-ci il tarixli R-70, R-70/2, və R-70/3 saylı məktublarla cavab verilmişdir ki, onun mülkiyyətinin yerləşdiyi ərazi Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 208 nömrəli xx xxxxxx 2016-cı il qeydiyyat tarixli sərəncamı ilə Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarı rəhbər tutularaq icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Daha sonra məktubda göstərilmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və sair ilə bağlı sakinlərin kirayə edilmiş mənzillərdə yerləşdirilməsi və onlara tikiləcək binada ev verilməsi “xxxx” MMC-yə tapşırılmışdır. Qeyd edilənlərdən göründüyü kimi nə “xxxx” MMC, nə Nazirlər Kabineti, nə də Nəsimi Rayon İcra Hakimiyyəti ondan mülkiyyətinin alınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət etməmişdir. Onun mülkiyyət hüququna müdaxilə baş vermiş və bu müdaxilə mülkiyyətdən məhrum edilmə formasında olmuşdur. Belə ki, mülkiyyəti razılığı olmadan və heç bir qanunvericilik aktının tələbinə uyğun olmadan uçurulmuş və yerində “xxxx” MMC tərəfindən bina tikilir. Mülkiyyətdən məhrum edilməyinin qanuni əsası olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qərarı olmadan heç kim mülkiyyətindən məhrum edilə bilməz, lakin o, məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilmişdir. Mülkiyyətdən məhrum edilməsi məhkəmə qərarı olmamaqla yanaşı dövlət ehtiyacı üçün də olmamışdır. Belə ki, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunun 3-cü maddəsində torpaqların dövlət ehtiyacları üçün yalnız bu qanunda nəzərdə tutulmuş hallarda alına bilməsi göstərilmişdir. Həm Nəsimi Rayon İcra Hakimiyyəti, həm də “xxxx” MMC tərəfindən mülkiyyətindən məhrum edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarı əsasında həyata keçirildiyi bildirilmişdir. Həmin qərarda isə mülkiyyətin alınmasının əsasları kimi abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması göstərilmişdir. Göründüyü kimi bu əsaslar da torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunun 3-cü maddəsində göstərilən dövlət ehtiyaclarına daxil deyildir. Mülkiyyətindən məhrum edildiyi üçün ona hər hansı kompensasiya ödənilməmişdir. Halbuki, ali qanun olan Konstitusiya tələb edir ki, hətta mülkiyyət dövlət ehtiyacları üçün alınarsa belə onun əvəzi əvvəlcədən ödənilməlidir. Onun isə qeyd etdiyi kimi, mülkiyyətdən məhrum edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarı əsasında olmuşdur. Mülkiyyətdən məhrum edilməsinin əsası kimi həm Nəsimi Rayon İcra Hakimiyyəti, həm də həmin sahədə tikinti işlərini aparan şirkət qeyd edilən qərara istinad etsələr də, həmin qərarın tələblərinə riayət etməmişlər və bu qərarın tələblərinə riayət edilməsinə nəzarət etməli olan Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün qərarının tələblərinə və digər qanunların tələblərinə zidd mülkiyyətindən məhrum edilməsinə göz yummuşdur. Ali hüquqi qüvvəyə malik olan Konstitusiya əmlakın tam müsadirəsini qadağan edir və dövlət ehtiyacları üçün alındıqda mülkiyyətin dəyərinin əvvəlcədən ədalətli ödənilməsini tələb edir. Lakin mülkiyyətindən məhrum edilməsi ilə bağlı ona kompensasiya verilmədən əmlakı məhv edilmişdir ki, bunun da nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. Faktiki hallardan göründüyü kimi, o, mülkiyyətini “xxxx” MMC-yə təhvil vermədiyi halda, onun və ailə üzvlərinin evdə olmadığından istifadə edərək evini uçurtmuşlar və həmin vaxt evində olan ona məxsus əmlak məhv edilmişdir. Evini özü satmış olsaydı, evinin və istifadəsində olan torpaq sahəsinin hər kvadrat metrini ən azı 3500 manata sata bilərdi. Çünki evi yüksək səviyyədə təmirli olmuş, şəhərin mərkəzində və əlverişli yerdə yerləşmiş və həmin ünvanda yaşayış və ya qeyri-yaşayış sahəsinin kvadrat metri 3500 manatdan aşağı olmamışdır. Mülkiyyətində 96 kv.m yaşayış sahəsi olmuşdur. Beləliklə, əlindən uçurularaq alınmış evinin dəyəri 336 000 manat, istifadəsində olmuş 140 kv.m torpaq sahəsinin isə əvəzi ödənilmədən alınması nəticəsində ona vurulmuş maddi zərər 490 000 manat olmuşdur. Həmçinin, evinin uçurulması zamanı onun və ailəsinin istifadəsində olan aşağıdakı əşyalar məhv edilmişdir - “Bosch” markalı soyuducu - 1.200 manat, mətbəx mebeli – 2300 manat, paltaryuyan maşın - 540 manat, qaz plitəsi - 470 manat, mikrodalğalı soba - 350 manat, aspirator - 280 manat, qabyuyan maşın - 120 manat, ariston - 140 manat, qaz kolonkası - 70 manat rakovina - 200 manat, unitaz - 150 manat, duş-kabina - 400 manat, paltar dolabı - 290 manat, masa+6 stul - 1300 manat, 2 ədəd “Samsung” markalı televizor - 1300 manat, DVD+ev kinoteatr - 1400 manat, “Toshiba” markalı audiomagnitofon, “Panasonic” markal videomagnitofon, 2 ədəd kondisioner - 1000 manat, divan- 500 manat, 2 ədəd kreslo - 700 manat, qoz ağacından kitab şkafı - 800 manat, 2 nəfərlik çarpayı - 1.400 manat, paltar dolabı - 460 manat, podservantnik - 350 manat, kamin - 4000 manat, masa+6 stul (qonaq otağı) - 1900 manat, servant - 700 manat, qorka - 1000 manat, divan+kreslo - 800 manat, 4 otaq üçün pərdə - 1000 manat, karniz (5*250) - 1250 manat, seyf qapı - 1800 manat, 3 ədəd plastmas masa - 600 manat, 20 ədəd plastmas kreslo - 1000 manat, 20 ədəd plastmas taburetka - 600 manat, manqal+şiş - 550 manat, 1913-cü ilin samovarı - 2000 manat, medallar, 9 ədəd kişi kostyumu - 4500 manat, 3 ədəd palto - 1200 manat, 4 ədəd gödəkçə - 780 manat, 10 ədəd kişi köynəyi - 700 manat, 7 ədəd sviter - 630 manat, 4 ədəd şalvar - 480 manat, 3 ədəd cins - 420 manat, 6 cüt ayaqqabı - 1200 manat, dublyonka - 1700 manat, 8 ədəd köynək - 560 manat, parfum (Creed Aventus) - 400 manat, parfum (Shaikh) - 650 manat, parfum (Tom Ford) - 300 manat, 6 ədəd xalça - 4200 manat, Kobalt serviz çay+obed 24 - 8000 manat, gümüş qaşıq+çəngəl+bıçaq - 4000 manat, gümüş qaşıq və lopatka - 1000 manat, Çexiya istehsalı serviz 12 - 350 manat, Polşa istehsalı serviz 12 - 700 manat, xrustal qablar - 1000 manat, Çexiya istehsalı çılçıraq - 500 manat, Şuba (Karakul) - 500 manat, Şuba (Norka) - 2000 manat, qadın geyimləri - 2400 manat, brilliant kulon – 10 000 manat, brilliant və sapfir kulon - 5000 manat, cəmi isə 86090 manat dəyərində əşyalar. Beləliklə, evinin və torpağının əvəzi ödənilmədən alınması nəticəsində ona 912 090 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabdehin qanunvericiliyin tələblərini pozması səbəbindən o, vurulmuş maddi və mənəvi zərərin tələb edilməsi üçün hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsi məqsədilə “xxxx” MMC şirkətilə hüquqi xidmət göstərilməsi üçün müqavilə bağlamalı olmuşdur. Hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin tələblərinə əsasən o, “xxxx” MMC şirkətinə 2500 manat ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, hüquqi xidmət üçün ödəməli olduğu 2500 manat da cavabdeh tərəfindən dəymiş zərərin əvəzi kimi ona ödənilməlidir. Eyni zamanda, ev 1890-cı ildə atababaları tərəfindən tikilmiş və sonrakı illərdə müəyyən təmir işləri görülmüşdür. Yəni evin onun üçün tarixi və mənəvi dəyəri olmuşdur, evdə çox xatirələri mövcuddur. Evinin və həmin xatirələri yaşadan əşyaların fiziki cəhətdən mövcudluğu həmin xatirələrini daim hazırda mövcudmuş kimi canlanmasına səbəb olmuşdur. Evin uçurdulması və bu zaman evinin içərisində olan əşyaların məhv olması ilə onun o xatirələrini də əlindən almışlar. Bütün bunlar ona və ailəsinə ciddi sarsıntı yaşatmışdır. Bu sarsıntı o qədər böyük olmuşdur ki, yaşlı atası xəstələnmiş və xəstəxanaya düşmüşdür. Evlə yanaşı ailəsi, qohumları və dostları ilə birlikdə istirahət etmək üçün daima həyətindən istifadə etmişdir. Həmin həyətyanı sahənin də heç bir əvəz ödənilmədən ondan alınması onu daimi olaraq bu şəkildə istirahət etmək imkanından da məhrum etmişdir ki, bu da onun ciddi sarsıntı keçirməsi ilə nəticələnmişdir. Baş verənlər nəticəsində ona vurulmuş mənəvi zərəri 50 000 manat məbləğində dəyərləndirir. “xxxx” MMC-nin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qeyd edilən ünvanın ½ hissəsi paylı mülkiyyət hüququ ilə iddiaçının, digər ½ hissəsi isə X3 mülkiyyətində olmuş, Nazirlər Kabinetinin 86 saylı xx xxxxxx 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı xx xxxxxx 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MMCnin istifadəsinə verilmiş, eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi MMC-yə həvalə edilmişdir. “xxxx” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları, eləcə də əşyaların daşınması xərcləri ödənilmək şərtilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələri sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, iddiaçı və onun əmisi oğlu olan X5 (fərdi yaşayış evinin digər ½ hissəsinin mülkiyyətçisi) ilə qarşılıqlı razılıq əldə edilmiş, onlara kirayə haqları ödənilməsi və tikiləcək yeni hündürmərtəbəli binada mənzillərin verilməsi şərtilə evlərindən köçmələri qərara alınmışdır. Ondan sonra, mübahisəli fərdi evin mülkiyyətçiləri bütün əşyalarını daşımışlar və aylıq kirayə haqlarını qabaqcadan almaqla kirayə evlərə köçmüşlər, o cümlədən fərdi evlərini sökmüşlər. Mübahisəli evin ½ hissəsinin mülkiyyətçisi olan X5 “xxxx” MMC ilə yeni mənzil üçün müqavilə imzalamış, lakin İddiaçı aylıq kirayə haqqını almasına baxmayaraq, şifahi razılaşmanın şərtlərini qismən pozaraq, heç bir məntiqə sığmayan tələblər irəli sürərək, yeni mənzil üçün “xxxx” MMC ilə müqavilə bağlamaqdan faktiki imtina etmişdir. İddiaçı “xxxx” MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evin bir hissəsini məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi, habelə cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş 50 000 manat dəyərində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı xx.xx.2017-ci il tarixdə başqa cavabdehin cəlb edilməsi və iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək, Nəsimi Rayon İcra Hakimiyyətinin cavabdeh olaraq işə cəlb edilməsi və iddia ərizəsi üzrə tələblərin “xxxx” MMC ilə yanaşı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı xx.xx.2018-ci il tarixdə başqa cavabdehlərin işə cəlb edilməsi və iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nəsimi Rayon İcra Hakimiyyətinin cavabdeh qismində işə cəlb edilməsini və hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* saylı Çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməyinin nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq, torpağın dəyəri olaraq 490 000 manatın, evin dəyəri olaraq 336 000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 80 090 manatın, yəni ümumilikdə 912 090 manatın və mənəvi zərərin əvəzi olaraq 100 000 manatın cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı xx xxxxx 2018-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət etmiş, hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* saylı Çıxarışa əsasən mülkiyyətimdə olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməyinin nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 490 000 manatın, evin dəyəri olaraq 336 000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86 090 manatın, yəni ümumilikdə 912 090 manatın, mənəvi zərərin əvəzi olaraq 50 000 manatın, hüquqi xidmət üçün ödənilməli olan 2500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı ilk öncə ünvan 3 ünvanında yerləşən evin bir hissəsini məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi və cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş 50 000 manat dəyərində mənəvi ziyanın tələb etmişdir. Yəni, iddiaçı iddia etmişdir ki, onun mülkiyyətində olan evinin bir hissəsi uçurulub yerlə-yeksan edilmişdir, evin içində olan mebel və digər əmlakı zədələnmişdir. İddiaçının iddia etdiklərinin dogru olduğu fərz olunsa əgər, onda bir hissəsi məhv edilmiş evin və zədələnmiş əmlakın məntiqlə foto və video görüntüləri mütləq çəkməli idi. Lakin bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı, əmlakın (mebelin və digər əşyaların) qismən zədələndiyini gördüyü halda, niyə həmin əmlakının mühafizəsini təşkil etməmiş, daşımamışdır?. İkincisi, iddia tələblərinin tez-tez dəyişdirilməsi barədə ərizələr verməklə və hər dəfə müxtəlif rəqəmlər qeyd etməklə, əslində iddiaçı sadəcə fürsətdən istifadə etməklə asan yolla qazanc, mənfəət əldə etməyə çalışdığını biruzə vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixli iddia tələbinin dəyişdirilməsinə dair ərizədə, evində məhv edilmiş əşyaların dəyəri olaraq 80 090 manat və mənəvi zərərin əvəzi olaraq 100 000 manat (ilk iddia ərizəsində mənəvi zərər 50 000 manat) tələb etdiyi halda, xx xxxxx 2018-ci il tarixli iddia tələbinin dəyişdirilməsinə dair ərizədə evində məhv edilmiş əşyaların dəyəri olaraq 86 090 manat, mənəvi zərərin əvəzi olaraq 50 000 manat tələb etmişdir. Eləcə də, məhkəmə kobud prosessual pozuntulara yol vermişdir. Belə ki, xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli ərizələrdə, iddiaçı Nəsimi Rayon İcra Hakimiyyətini və Azərbaycan Respublikası Nazirlər Kabineti iş üzrə cavabdehlər qismində cəlb edilməsini məhkəmədən xahiş etmiş, sonradan həmin təşkilatların cavabdehlər siyahısından çıxarılması barədə heç bir ərizə və yaxud məhkəmə qərardadı olmamasına baxmayaraq, qətnamədə məhkəmə işin bu hallarına heç bir hüquqi qiymət verməmiş, yalnız “xxxx” MMC-ni cavabdeh qismində göstərmiş və ona nisbətdə iddia tələbini qismən təmin etmişdir. O cümlədən, iddiaçı xx xxxxx 2018-ci il tarixli iddia tələbinin dəyişdirilməsinə dair ərizədə “hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* saylı çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməyinin nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 490 000 manatın, evin dəyəri olaraq 336 000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86 090 manatın, yəni ümumilikdə 912 090 manatın, mənəvi zərərin əvəzi olaraq 50 000 manatın, hüquqi xidmət üçün ödənilməli olan 2500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin cavabdehin adını konkret göstərməmiş, yəni iş üzrə cavabdeh olan 3 hüquqi şəxsin hansından tutulmasını dəqiqləşdirməmiş, məhkəmə də bu qeyrimüəyyənliyə aydınlıq gətirmədən, qətnamədə “xxxx” MMC-dən iddiaçının xeyrinə maddi ziyanın tutulmasını qət etmişdir. Məhkəmə qətnaməsində ümumiyyətlə digər cavabdehlərlə bağlı heç bir məlumat göstərilməmişdir. Məhkəmə qətnaməsinin 7-ci səhifəsinin 9-cu abzasında göstərilir ki, “məhkəmə iddia tələbinin evin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, dalan 5, 7 saylı ünvanında yerləşən 192 kv.m tikintialtı torpaq sahəsi ilə birlikdə evin bazar dəyəri 576 000 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, ünvan 3 ünvanının ½ hissəsi İddiaçı mülkiyyətində olduğundan vurulmuş maddi ziyana görə həmin məbləğin yarısı-288.000 manat cavabdeh “xxxx” MMC-dan alınaraq iddiaçıya ödənilməlidir”. Birincisi, məhkəmənin özəl bir təşkilatı “xxxx” elan etməyi, həmin MMC-nin işçilərini də (təhsilləri, iş stajları bəlli olmayan şəxsləri) ekspert qismində tanınması absurddur. Halbuki mövcüd təcrübədə müstəqil, özəl şirkətlər mütəxəssis qismində cəlb edilməklə aidiyyəti dövlət təşkilatına ekspertizanın həvalə edilməsi praktikası vardır. İkincisi, məhkəmə öz qərardadında ekspertlərə Cinayət Məcəlləsinin 297 və 298-ci maddələri ilə xəbərdarlıq edilməsini tapşırsada, “xxxx” MMC verdiyi rəyində kiməsə (daha doğrusu ekspert olmadığı üçün) belə bir xəbərdarlıq edildiyini qeyd etməmişdir. Üçüncüsü, məhkəmə ekspertiza təyin etsə də, “xxxx” MMC ekspertiza rəyi yox, qiymətləndirmə rəyi vermişdir. Həmin MMC-nin direktoru Orxan Əsədli adlı şəxs ümumi sözlərdən ibarət bir qiymətləndirmə rəyi vermiş, tərəf olaraq onların iştirakını təmin etməmiş, hətta mübahisəli evə yerində belə baxış keçirməmişdir. Dördüncüsü, məhkəmə ekspertiza ilə bağlı xx xxxxxx 2018-ci il tarixdə qərardad qəbul edildikdən sonra və mülki iş “xxxx” olan-“xxxx” MMC-yə göndərəndən sonra İddiaçı xx xxxx 2018-ci il tarixdə “İNVEST-EM” qiymətləndirmə şirkətinə müraciət edir və ekspert rəyi alır. Bundan sonra “xxxx” MMC xx.xx.2018-ci il tarixdə qiymətləndirmə rəyi verir və həmin rəydə “İNVEST-EM” qiymətləndirmə şirkətinin ekspert rəyinə istinad edir. Ən maraqlısı “xxxx” MMC-nin rəyinin 4-cü maddəsində qeyd edilənlərdir. Orada göstərilir ki, qiymətləndirmə tarixində ev mövcüd olmadığına görə, evin bazar dəyəri təqdim edilmiş sənədlər və mülkiyyətçinin məlumatları əsasında, həmin sənədlərlə yanaşı “Avand xxxx” MMC tərəfindən verilmiş rəydir. Açıq-aşkar görünür ki, “xxxx” MMC tam qeyri-qanuni bir rəy vermişdir. Bundan əlavə, ekspertiza rəyində qiymətləndirmə obyektinə aid təqdim edilmiş sənəd yalnız ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququna dair iddiaçıya verilmiş MA ******* saylı, xx.xx.2018-ci il tarixli Çıxarış (baxmayaraq rəy xx.xx.2018-ci il tarixdə verilmişdir), əslində iddiaçının adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evə görə verilmiş, DƏDRX tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən evin ümumi sahəsi 126.6 kv.m, həyətyanı tikili və qurgular isə 6.4 kv. m olmaqla, cəmi 133 kv.m-dən ibarətdir (bu rəqəmləri iddiaçınınm məhkəməyə təqdim etdiyi 11/955 saylı, xx.xx.2017-ci il tarixli arayış, forma-1-də təsdiq edir). Nəzərə alınsa ki, iddiaçının həmin evə yalnız ½ hissə payı vardır, onda 66,5 kv.m tikili sahəninin, əmlakın qiymətləndirilməsi aparılmalı idi. Lakin rəydə 192 kv.m sahənin qiymətləndirildiyi göstərilir. Həmin həcmdə sahəni (192 kv.m rəqəmi haradan götürüldüyü) hansı əsasla qiymətləndirildiyi anlaşılmaz olaraq qalmışdır. Məhkəmə pilot layihələrinin mahiyyətinə varmadan, məqsədin vətəndaşların mənzil-məişət şəraitin yaxşılışdırılması olduğunu nəzərə almadan, işin hallarını araşdırmadan, mübahisəli evin hissəvi payla iddiaçıya məxsus olduğunu, digər hissəsinin sahibi ilə müqavilə bağlandığı, iddiaçının özünün hər ay kirayə pulu aldığını və digər önəmli hallara diqqət etmədən mübahisənin mahiyyətinə zidd qətnamə çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-cı il tarixli qətnaməsi dəyişdirilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmalı olan maddi ziyanın məbləğinin 229 000 (iki yüz iyirmi doqquz min) manat müəyyən edilməsi, qətnamənin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 150 manat qiymətləndirmə xərcinin alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edənİddiaçı və onun vəkili, habelə “xxxx” MMC-nin nümayəndəsi X4 hər biri öz şikayətlərinin dəlillərinə uyğun izahatlar verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Həmçinin qeyd olunmalıdır ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi onun “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490 000 manatın, mənəvi zərərin əvəzi qismində 50 000 manatın ödənilməsi” tələblərinin təmin olunmaması hissəsində ləğv edilməklə həmin iddia tələbləri qismən təmin olunmalı, “xxxx” MMC-nin şikayəti qismən təmin olunaraq qətnamə “vurulmuş maddi ziyana görə 288 000 (iki yüz səksən səkkiz min) manatın “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunan hallarına görə, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15 ünvanında yerləşən 7 saylı fərdi yaşayış evinin ½ hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış, həmin əmlakın yerləşdiyi ərazi Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 208 nömrəli xx xxxxxx 2016-cı il tarixli sərəncamı ilə Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarı rəhbər tutularaq icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmiş, bundan sonra MMC, iddiaçının razılığı olmadan evi sökmüş və onun yerləşdiyi ərazidə çoxmənzilli yaşayış binası inşa etmişdir. İddiaçının iddiasına görə, mülkiyyətində 96 kv.m yaşayış sahəsi, istifadəsində 140 kv.m torpaq sahəsi olmuş, evin dəyəri 336 000 manat, torpağın dəyəri 490 000 manat təşkil etmiş, evinin uçurulması nəticəsində evdə olan 86 090 manat dəyərində əşyaları məhv edilmiş, bu hadisələrlə əlaqədar mənəvi ziyan da çəkmişdir. MTK-nın arqumentinə görə isə, söküntü ilə bağlı icra hakimiyyətinin sərəncamı var və həmin sərəncam qüvvədə olmaqla tikinti işləri qanunvericiliyin tələbinə əməl edilməklə həyata keçirilmiş, mülkiyyətində yalnız 66,5 kv.m. yaşayış sahəsi olan iddiaçı isə, 192 kv.m. sahənin və dövlətə məxsus torpaq sahəsinin dəyərini tələb etməklə hüquqlarından sui-istifadə etmiş, mənzil sahəsinə 20% əlavə edilməklə yeni mənzil təklif olunmasına baxmayaraq əsassız iddia irəli sürmüşdür. Kollegiya hesab edir ki, iddia tələbləri iddiaçının mülkiyyət hüququna müdaxilə ilə bağlı olduğundan və mülkiyyət hüququnun pozulması onun iddiasının əsas dəlilini təşkil etdiyindən, iddiaya mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəf olduğu X6 Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş). Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Kollegiya hesab edir ki, iddiaçının əmlakının sökülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmiş, əmlakın sökülməsi qanunsuz olmuşdur. Çünkü Mülki Məcəllənin 203.3-cü maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;rekvizisiya;müsadirə. Məcəllənin 203.5-ci maddəsinə görə isə, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıya məxsus əmlak artıq sökülmüş, iddiaçı isə əmlakının bərpasını deyil, bunun müqabilində kompensasiya istəmişdir - buna görə də kollegiyanın qənaətinə görə, iddiaçının məruz qaldığı ziyanın kompensasiya olunması onun pozulmuş hüququnun bərpasına xidmət edəcək vasitə kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddia tələbləri üzrə iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır və mülkiyyətində olmuş yaşayış sahəsinin əvəzində ona kompensasiya ödənilməli olması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi əmlaka dəymiş ziyanın məbləğini müəyyənləşdirərkən səhvə yol vermişdir. Belə ki, məhkəmə müvafiq nəticəyə gələrkən “xxxx” MMC-nin xx xxxx 2018-ci il tarixli rəyinə istinad etmiş, həmin rəylə Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, 7 saylı ünvanda yerləşən 192 kv.m tikintialtı torpaq sahəsi ilə birlikdə evin bazar dəyərinin 576 000 manat müəyyən edildiyini əsas götürmüşdür – halbuki əvvəlki apellyasiya baxışı zamanı məlum olmuşdur ki, sözügedən rəy 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. İşə birinci dəfə apellyasiya qaydasında baxılarkən həmin hal nəzərə alınaraq sökülmüş fərdi yaşayış evinin, yerləşdiyi və həyətyanı torpaq sahəsi ilə birlikdə real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə yenidən qiymətləndirmə təyin olunmuş, “xxxx” MMC-nin rəyində Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, ev 7 nömrəli (hazırda sökülmüş) həyətyanı tikili və qurğular nəzərə alınmaqla fərdi yaşayış evinin (Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarış), yerləşdiyi (istifadəsində olduğu 0,01844ha) torpaq sahəsi ilə birlikdə yenidən aparılmış hesablama nəticəsində orta bazar dəyərinin 458 000 (dörd yüz əlli səkkiz min) manat təşkil etdiyi göstərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...“xxxx” MMC-nin xx xxxx 2018-ci il tarixli, QXM/120M nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, 7 saylı ünvanda yerləşən 192 kv.m tikintialtı torpaq sahəsi ilə birlikdə evin bazar dəyəri 576.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, 7 saylı ünvanda yerləşən 140,7 kv.m açıq torpaq sahəsinin bazar dəyəri 351.750 manat müəyyən edilmişdir. ...“xxxx” MMC-nin 15 may MB12/545 saylı rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15 ünvanında yerləşən 96.0 kv.m. ümumi sahədən ibarət olan 7 saylı fərdi yaşayış evinin 166.35 kv.m. torpaq sahəsinə tam mülkiyyət hüququ olduğu halda xx xxx 2019-cu il tarixinə hesablanmış bazar dəyəri 483 000 (dörd yüz səksən üç min) manat təşkil edir.“xxxx” MMC-nin 18 iyul MB12/675 saylı 15 may MB12/545 saylı ekspert rəyinə əlavədə qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu. Şamil Əzizbəyov küçəsi, dalan 15, ev 7 nömrəli (hazırda sökülmüş) fərdi yaşayış evin, yerləşdiyi və həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla birlikdə olan orta bazar dəyəri 458 000 (dörd yüz əlli səkkiz min) manat təşkil edir. Yuxarıda göstərilən qiymət “xxxx” MMC qiymətləndirmə şirkətinin mənzil bazarında aylıq topladığı məlumat bazasına əsaslanıb.“xxxx” MMC-nin 31 iyul MB12/709 saylı xx xxx 2019-cu il tarixli, MB 12/529 saylıEkspert Rəyi, MB 12/675 saylı, 18 iyul tarixli Arayışa əlavədə qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, 7 nömrəli (hazırda sökülmüş) fərdi yaşayış evin, yerləşdiyi və həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla birlikdə mövcud olan real bazar dəyəri 916 000 (doqquz yüz on altı min) manat təşkil edir;“xxxx” MMC 01 avqust MB12/711 saylı məktubunda göstərmişdir ki, xx xxx 2019-cu il tarixli, MB 12/529 saylı Ekspert Rəyi, MB 12/675 saylı, 18 iyul və MB 12/709 saylı, xx.xx.2019cu tarixli Arayışlara əlavə olaraq bildirir: 1) xx xxx 2019cu il tarixli, MB 12/529 saylı Ekspert Rəyi, MB 12/675 saylı, 18 iyul və MB 12/709 saylı, xx.xx.2019 tarixli Arayışlarda aşkar edilmiş texniki səhvlər nəzərə alınmaqla etibarsız hesab edilsin. 2) Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, ev 7 nömrəli (hazırda sökülmüş) həyətyanı tikili və qurğular nəzərə alınmaqla fərdi yaşayış evin (Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınma/ Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarış), yerləşdiyi (istifadəsində olduğu 0,01844ha) torpaq sahəsi ilə birlikdə yenidən aparılmış hesablama nəticəsində orta bazar dəyəri 458 000 (dörd yüz əlli səkkiz min) manat təşkil edir. 3) Yuxarıda göstərilən qiymət Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarışa əsaslanıb.Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin işin materialları üzrə gəldiyi nəticələrə əsasən mübahisə predmeti olan və hazırda sökülmüş fərdi yaşayış evi ilə bağlı “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli yekun rəyi(məlumatı) mötəbər hesab edilir. Çünki, bu rəy mübahisə predmeti olan (hazırda sökülmüş) evin həyətyanı tikili və qurğuları, həmçinin evə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda olan bütün məlumatlar, göstəricilər, eləcə də evin yerləşdiyi, dövlət mülkiyyətində olan, iddiaçıya istifadə hüququ ilə məxsus olan 0,01844 ha torpaq sahəsi ilə birlikdə nəzərə alınmaqla qiymətləndirilmişdir. Əks halda, yəni həyətyanı tikili və qurğuları da nəzərə alınmaqla cəmi 133 kv.metr olan fərdi yaşayış evinin 458 000 (dörd yüz əlli səkkiz min) manat dəyərində olması inandırıcı və ağlabatan deyildir. Ona görə də, iddiaçı mübahisəli, hazırda sökülmüş fərdi yaşayış evinin ikidə bir hissəsinin mülkiyyətçisi olduğundan, həmin məbləğin yarısı, yəni 229 000 (iki yüz iyirmi doqquz min) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticəyə əsasən isə iddiaçı həyətyanı torpaq sahəsindən məhrum edilməsinə görə 490 000 (dörd yüz doxsan min) manat maddi ziyan tələb etsə də, bu tələb əsaslı hesab edilə bilməz. Çünki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarışda göstəriləndən əlavə ona hansısa ölçüdə həyətyanı torpaq sahəsinin məxsus olması mötəbər sübutlarla təsdiq olunmur. Yəni, iddiaçının adına istifadə hüququ ilə məxsus olan 0,01844 ha. torpaq sahəsindən əlavə, hansısa ölçüdə həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir hüquqla onun adına qeydiyyatdan keçməmişdir. Belə vəziyyətdə, yəni həyətyanı torpaq sahəsi hesab edib iddia etdiyi, lakin hansısa hüquqla ona məxsus olmayan torpaq sahəsinə görə tələb edilən maddi zərər təmin oluna bilməz.Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin əsası kimi hər hansı maddi hüquq normalarına istinad etməmişdir.Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsinin maddi ziyanın məbləği hissəsində dəyişdirilməsi və İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi nəticələrinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli yekun rəyini (məlumatını) mötəbər rəy hesab edərkən mübahisə predmeti olan (hazırda sökülmüş) evin həyətyanı tikili və qurğuları, həmçinin evə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda olan bütün məlumatlar, göstəricilər, eləcə də evin yerləşdiyi, dövlət mülkiyyətində olan, iddiaçıya istifadə hüququ ilə məxsus olan 0,01844 ha torpaq sahəsi ilə birlikdə nəzərə alınmaqla qiymətləndirilməli olmasına istinad edərkən iş üzrə sonuncu ekspert rəyinə 3 dəfə dəqiqləşmə verilməsi və hər dəfə də yol verilmiş müəyyən səhvlərin nəzərə alınmalı olması baxımından bu rəyin mötəbər və tutarlı sübut növü kimi qiymətləndirilməsinə kifayət qədər əsas olmamasına düzgün hüquqi qiymət verməmişdir.Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olmaqla həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın.Həmçinin də, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. ...Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 çıxarışda göstəriləndən əlavə ona hansısa ölçüdə həyətyanı torpaq sahəsinin məxsus olması mötəbər sübutlarla təsdiq olunmamasına istinad edərək iddiaçının həyətyanı torpaq sahəsindən məhrum edilməsinə görə 490 000 (dörd yüz doxsan min) manat maddi ziyan tələbini əsaslı saymamışdır. Buna səbəb kimi, apellyasiya məhkəməsi iddiaçının adına istifadə hüququ ilə məxsus olan 0,01844 ha. torpaq sahəsindən əlavə, hansısa ölçüdə həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir hüquqla onun adına qeydiyyatdan keçməməsini göstərmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli evin texniki pasportunun göstəricilərini nəzərə almamışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1996-cı ilin iyun ayında tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportundan görünür ki, iddiaçının mülkiyyətinin yerləşdiyi ünvanda cəmi tikintinin sahəsi 192,0 kv.m., cəmi meydançanın (tikilinin altında olan və həyətyanı sahə bilikdə) 332,7 kv.m torpaq sahəsi istifadəsində olmuşdur”. Hazırkı apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarında şərh olunanlar əsas götürülməklə əlavə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspert qarşısındaünvan 6 15 ünvanında yerləşmiş və hazırda sökülmüş 7 saylı fərdi yaşayış evinin, yerləşdiyi və həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla 2017-ci ilə və hazırkı dövrə olan real bazar qiymətinin müəyyən edilməsi” məzmununda məsələ qoyulmuşdur. Bu təyinat əsasında “X8” MMC tərəfindən verilmiş rəydə, ünvan 6 15 ünvanında yerləşmiş və hazırda sökülmüş 7 saylı fərdi yaşayış evinin (tikintialtı torpaq sahəsi ilə birlikdə 192 m2) 2017-ci il tarixinə olan bazar dəyərinin 566 400 manat (192 x 2950 manat), 140,7 m2 açıq torpaq sahəsinin bazar dəyərinin 330 645 manat (140,7 x 2350 manat) təşkil etdiyi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmlakının məhz “xxxx” MMC-nin təqsirli hərəkətləri nəticəsində söküldüyü sübuta yetirildiyindən, “X8” MMC-nin sökülmüş evin dəyəri olaraq müəyyənləşdirdiyi məbləğ əsas götürülməli və evə görə dəymiş maddi ziyanın əvəzi qismində 283 200 (iki yüz səksən üç min iki yüz) manat (566 400/2=283 200) MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının mülkiyyətində yalnız 66,5 kv.m. yaşayış sahəsinin olmasına baxmayaraq, onun 192 m2 yaşayış sahəsinə görə pul tələb etməsi barədə cavabdehin arqumentinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, evin 1996-cı ilin iyun ayında tərtib olunmuş texniki pasportunda sözügedən ünvandakı cəmi tikinti sahəsinin 192,0 kv.m. təşkil etdiyinin göstərildyi aydın olur; ikincisi isə, iş materiallarından görünür ki, cavabdeh MMC evin digər ½ hissəsinin mülkiyyətçisi ilə bağladığı xx xxxx 2017-ci il tarixli müqavilədə məhz 96 m2 sahə üçün (192 m2/2) kompensasiya hesablamışdır. Yuxarıda şərh etdiyi qənaətinin məntiqi davamı olaraq kollegiya, iddiaçının “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490 000 manatın ödənilməsi” tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, kassasiya instansiyasının qərarında da vurğulandığı kimi, iddiaçının mülkiyyətinin yerləşdiyi ünvanda cəmi meydançanın (tikilinin altında olan və həyətyanı sahə bilikdə) sahəsi texniki pasportun göstəricilərinə əsasən 332,7 m2, açıq torpaq sahəsinin ölçüsü isə 140,7 m2 təşkil etmiş, hazırkı apellyasiya baxışı zamanı əldə olunmuş ekspert (qiymətləndirici) rəyində sözügedən açıq sahə 330 645 manat məbləğində qiymətləndirilmişdir. Kollegiyanın qənaətinə görə, hər nə qədər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarında, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsi, yaxud həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması nəzərdə tutulmuşdur, belə olan halda, iddiaçının mülkiyyətinin yerləşdiyi ünvanda onunla digər mülkiyyətçinin qanuni istifadəsində olmuş torpaq sahəsinin qiymətləndirici rəyi əsasında müəyyənləşdirilmiş dəyərinin ½ hissəsi, yəni 165 322,5 manat cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab edir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Şərh olunanların məcmusunu, xüsusilə, cavabdeh MMC-nin təqsirli hərəkətləri nəticəsində iddiaçının uzun illərdir məhkəmə çəkişmələrinə məruz qaldığını nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 500 (beş yüz) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. İddiaçı, əmlakın dəyərinin daha yüksək olduğunu və ona daha çox məbləğdə mənəvi ziyan dəydiyini, eləcə də evində əşyaların məhv edildiyini irəli sürsə də, bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verərkən iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi cavabdeh MMC-dən onun xeyrinə tutulmalı, apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri isə MMC-dən alınıb müvafiq hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi İddiaçı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490 000 manatın, mənəvi zərərin əvəzi qismində 50 000 manatın ödənilməsi” tələblərinin təmin olunmaması hissəsində ləğv olunsun. Həmin iddia tələbləri qismən təmin edilsin. İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165 322,5 (yüz altmış beş min üç yüz iyirmi iki manat 50 qəpik) manat, mənəvi zərərin əvəzi qismində 500 (beş yüz) manat “xxxx” MMC-dən alınaraq İddiaçı ödənilsin. Qeyd olunan iddia tələbi qalan hissədə təmin olunmasın. “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamə “vurulmuş maddi ziyana görə 288 000 (iki yüz səksən səkkiz min) manatın “xxxx” MMC-dən alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilsin. “xxxx” MMC-dən 283 200 (iki yüz səksən üç min iki yüz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin təqdim edilməsi ilə bağlı dövlət rüsumu qismində ödədiyi 15,40 (on beş manat 40 qəpik) manat “xxxx” MMC-dən alınaraq İddiaçı, təkrar apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmənin xərci olan 150 (yüz əlli) manat isə alınaraq “X8” MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ38ATAZ********************, “xxxx” ASCnin Nəsimi filialı) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar