Məhkəmə qərarları › İş №2(103)-3813/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3813/2020

20.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3813/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X10 və X2 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-270/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət X1 ayrıayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət X7, Cavabdeh2 və Cavabdeh3 qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus **-NK-*** dövlət nömrə nişanlı, “BMW 318” minik markalı avtomobilin tam yararsız vəziyyətə düşməsinə görə ona dəyən zərər üçün 7.500 manatın, fərdi əmək fəaliyyəti ilə məşğul olan bir şəxsin çağırılan sifarişlərə getmək üçün 10 ay müddətində 5.000 manat pul vəsaitinin və keçirilən mənəvi sarsıntıya və stressə görə 30.000 manat mənəvi ziyana görə məbləğin, ümumilikdə 42.500 (qırx iki min beş yüz) manat məbləğin, o cümlədən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Azərbaycan Respublikası Dövlət X3, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-270/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 4280 (dörd min iki yüz səksən) manat məbləğində maddi ziyanın, 500 (beş yüz) manat mənəvi ziyanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4810 (dörd min səkkiz yüz on) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qərara alınmış. İddia tələbi qalan hissədə və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməmişdir. Apelyasiya şikayətləri və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində əsassızdır, bu səbəbdən şikayətin təmin edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəmə ekspert rəyinə əsaslanaraq dəymiş zərəri 4280 manat müəyyən etmişdir. Halbuki, həmin avtomobilin dəyəri 4500-5200 manat təşkil edir. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Bakı şəhər DYPİ Yol patrul xidməti tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə “HYUNDAİ SANTA FE” minik markalı, 90- XB-707 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkət edərkənyol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Dövlət X8 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı idarə etdiyi «BMW 318” markalı, ** NK *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi tam yararsız hala düşmüşdür. Avtomobilin tam məhv olduğunu və 1992-ci il buraxılış ili olan «BMW 318” markalı nəqliyyat vasitəsinin bazar qiymətinin 3.300 (üç min üç yüz) manat olmasını, avtomobilin üzərində olan bəzi hissələrinin (mühərrik, surətlər qutusu və ümumilikdə qabaq hissə) yararlı olmasını və qalıq dəyərinin 1.500 (bir min beş yüz) manat olmasını nəzərə alaraq həmin avtomobilə 1.800 (bir min səkkiz yüz) manat sığorta ödənişi hesablanmışdır. Azərbaycan Respublikası Dövlət X8 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki,«BMW 318” markalı, ** NK *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin miqdarının qiymətləndirilməsi üçün müstəqil ekspert X4 iştirakı ilə nəqliyyat vasitəsinə yenidən baxış keçirilmiş və xx xxxxxxx 2018ci il tarixli, 073 saylı qiymətləndirmə aktına əsasən 2.130 (iki min yüz otuz) manat sığorta ödənişi hesablanmışdır. “Omeqa” servis tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, «BMW 318” markalı, ** NK *** dövlət nömrə nişanlı avtomobilə 4580 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 26923 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan müstəqil ekspert X4 xx.xx.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1992-ci il buraxılışlı, “BMW 318” markalı, ** NK *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1980 manat müəyyən edilir, iş materiallarında olan“Omeqa” Servisin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1992-ci il buraxılışlı, “BMW 318” markalı, ** NK *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4280 manat müəyyən edilir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının və cavabdehinapellyasiya şikayətlərinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli,iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kollegiya qeyd edir ki, İddiaçı “BMW 318” minik markalı, **-NK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Füzuli küçəsində yerləşən restoranın qabağındayol-hərəkəti qaydalarının tələblərinə uyğun qaydada park edərək saxlamış, bu zamanCavabdeh3 mülkiyyət hüququ ilə məxsus olan və etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə edilən “HYUNDAİ SANTA FE” minik markalı, **-XB-*** dövlət nömrə nişanlı avtomobil iddiaçının dayanacaqda saxladığı avtomobil ilə toqquşmuş, hadisənin törədilməsində həmin avtomobilin sürücüsü Cavabdeh2 təqsirli hesab olunmuş, həmin avtomobil Azərbaycan Respublikası Dövlət X5 sığortalanmışdır. İddiaçının avtomobilinə zərər dəymiş və o, dəymiş zərərin əvəzinin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, 1992-ci il buraxılışlı, “BMW 318” markalı, ** NK *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən müstəqil ekspert X4 xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən 1980 manat, “Omeqa” servisin xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən 4280 manat müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, rayon məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və ona müvafiq maddi zərər cavabdeh sığorta şirkətindən iddiaçının xeyrinə tutulmuşdur. İddiaçı həmin ekspert rəyini şübhə altına sala biləcək əsaslı dəlilləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı öz apellyasiya şikayətində delikti törətmiş şəxs Cavabdeh2 məsuliyyətdən kənarda qaldığını qeyd etmişdir. Halbuki, qəzaya səbəb olan avtomobil “HYUNDAİ SANTA FE” minik markalı, **- XB-*** dövlət nömrə nişanlı avtomobil sahibinin mülki məsuliyyəti sığorta şirkətində 5000 (beş min) manatadək məbləğə sığortalanmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Belə olan halda, rayon məhkəməsi haqlı olaraq iddiaçının avtomobilinə dəymiş zərərin məbləğinin 4280 manat müəyyən edilməsi, qəzaya səbəb olan avtomobilin sözügedən sığorta şirkətində 5000 (beş min) manatadək məbləğə sığortalanmasını nəzərə almaqla, Azərbaycan Respublikası Dövlət X3 4280 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində iddia tələbinin mənəvi zərərə aid hissədə tam təmin olumasını da xahiş etmişdir. Kollegiya bununla bağlı aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır). Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) . İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər. Hazırkı halda isə rayon məhkəməsi mənəvi zərər kimi 500 manat müəyən etmişdir ki, Kollegiya həmin məbləğin ağlabatan olduğunu hesab edir. Məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi taksi xidmətindən istifadə etməklə fərdi əmək fəaliyyəti ilə məşğul olması barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı bununla bağlı əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Dövlət X6 apelyasiya şikayətinin dəlili ilə bağlı isə qeyd edir ki, cavabdeh ekspert rəyini şübhə altına ala biləcək kifayət qədər güclü, biri-digərini tamamlayan, yəni, təkzibolunmazlıqla bağlı və əsaslı şübhədən kənar sübutları məhkəməyə təqdim etmədiyindən onun apelyasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan və hazırkı işin hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə tam haqlı olmuş, apelyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-270/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsionların apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar