Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3814/2022 06.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Ailə Park” MMC-yə qarşı “mülkiyyətdən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması və qadağan edilməsi" tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, zirzəminin boşaldılması və boşaldılaraq onun hesabına sökülməsi" qarşılıqlı tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2021 saylı işi üzrə 02.08.2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh "Ailə Park” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 53,2 kv.m qeyri-yaşayış sahəsinə və həmin ünvanda ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri- yaşayış sahələrindən istifadəyə dair maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə ididaçı (ilkin iddia üzrə cavabdeh) "Ailə Park” MMC qarşılıqlı iddia ərizəsi (iddia ərizəsinin həcminin artırılması barədə ərizə) təqdim edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını, ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 53,2 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın birinci mərtəbəsindən təmirli 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi 2 il müddətinə "Alə Park” MTK tərəfindən İddiaçı təhvil verilməsi, ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsinin əvəzinə yeni tikiləcək binanın parklanma ərazisindən 56,7 kv.m-dən ibarət olan parklama sahəsi 2 il müddətinə "Alə Park” MTK tərəfindən İddiaçı təhvil verilməsi, sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi "Ailə Park” MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyriyaşayış sahəsi ilə təmin olunan günədək "Ailə Park” MTK tərəfindən İddiaçı hər ay 1100 manat məbləğində kirayə haqqı ödənilməsi, ünvan 2 ünvanında yerləşən ******* nömrəli çıxarış əsasında 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi və həmin ünvanda ******* nömrəli çıxarış əsasında 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsi əşyaları boşaldılmaqla cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2021 saylı işi üzrə 02.08.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Ailə Park” MMC-yə qarşı “mülkiyyətdən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması və qadağan edilməsi“ tələbinə dair ilk iddia tələbinin rədd edilməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, zirzəminin boşaldılması və boşaldılaraq onun hesabına sökülməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunması, ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 53,2 kv.m qeyriyaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın birinci mərtəbəsindən təmirli 53,2 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsinin 2 il müddətinə "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilməsi, ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsinin əvəzinə yeni tikiləcək binanın parklanma ərazisindən 56,7 kv.m-dən ibarət olan parklama sahəsinin 2 il müddətinə "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilməsi, qeyri-yaşayış sahəsi Cavabdeh MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri- yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 1100 manat məbləğində kirayə haqqı ödənilməsi, ünvan 2 ünvanında yerləşən ******* nömrəli çıxarış əsasında 53,2 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsi və həmin ünvanda ******* nömrəli çıxarış əsasında 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsi əşyaları boşaldılmaqla cavabdeh İddiaçı hesabına sökülməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13,29, 60, 71; Mənzil Məcəlləsinin 1.1, 3.1, 10.0.10, 10.0.11, 10.0.12, 28.6; Mülki Məcəllənin 560.1, 560.2, Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 217.4-ci maddələrinə; Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına; Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə; Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarına; Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında 03.03.2020-ci il tarixli rəyin uyğun sözügedən ərazidə istismar müddətini başa vurmuş istismara yararsız və qəzalı vəziyyətdə olması işin mübahisəsiz hallarıdır; əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır; Yeni tikiləcək yaşayış binasında "müvafiq” qeyri-yaşayış sahəsi və parklanma sahəsinin ilk iddiaçıya verilməsi hüquqmüəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur; Əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş);mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyriyaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. İş üzrə müəyyən olunmuşdur ki, MMC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız hazırki cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır; Hazırki mübahisə baxımından qarşılıqlı iddiaçının hazırkı tələblərlə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. İlkin idda üzrə iddiaçı (qarşılılıqlı iddia üzrə cavabdeh)İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2021 saylı 02 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10238/2021 saylı işi üzrə 15.12.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı(qarşılılıqlı iddia üzrə cavabdeh)İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhər Nərimanov rayon məhkəməsinin 2(005)-2086/2021 saylı 02 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (qarşılılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.03.2022-ci il tarixli, 2(102)-1841/2022 saylı Qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10238/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Qərarda Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71; Mülki Məcəllənin 21.2, 152.1, 152.5, 157.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 416.1ci maddələrinə; “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa istinadən qeyd edilmişdir ki, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr isə qarşılıqlı iddianı təmin, ilkin iddianı rədd edərkən ilkin iddiaçıya dəyən zərərin tam olaraq kompensasiya edildiyini əsaslandıra bilməmişlər; Baxılan işdə ilkin iddiaçıya binanın birinci mərtəbəsində yerləşən 53.2 kv.m. qeyri-yaşayış sahəsinin əvəzində eyni mərtəbədə və ölçüdə sahə verilməsi qət olunsa da, zirzəmidə yerləşən 56.7 kv.m. qeyri-yaşayış sahəsinin əvəzində binanın parklanma ərazisindən verilən sahənin ədalətli əvəzləmə olub-olmaması qiymətləndirilməmişdir; zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi qarşılığında yeni tikilən binanın yaşayış olmayan mərtəbəsindən verilən sahə mütənasib olmaqla aradan qaldırılan mülkiyyəti ədalətli şəkildə kompensasiya etməlidir. Bu zaman məhkəmə məsələyə formal yanaşmamalı, əvəzləşdirilən sahələri təyinatı, istifadə imkanları, mülkiyyətçinin iqtisadi (əmlak) mənafelərini hansı həcmdə qarşılaması və digər vacib meyarlar baxımından müqayisə etməklə kompensasiyanın ədalətli olmasını əsaslandırmalıdır. Hazırkı işdə 56.7 kv.m. qeyri-yaşayış sahəsi ilə bağlı belə bir dəyərləndirmə aparılmamışdır; Kompensasiyanın həcmi müəyyənləşdirilərkən şəxsin mülkiyyət hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda), çəkdiyi və çəkməli olduğu xərclər obyektiv şəkildə qiymətləndirilməklə qərar verilməlidir; Məhkəmə, İddiaçı qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək "Ailə Park” MTK tərəfindən ona hər ay 1100 manat məbləğində kirayə haqqının ödənilməsini qət etmişdir. Əgər həmin pul vəsaiti (qətnamənin mətnindən çıxan mənaya görə) yalnız bir - 53.2 kv.m. sahə üçün nəzərdə tutulmuşdursa, ayrı və müstəqil daşınmaz əşya kimi dövlət reyestrində qeydə alınmış 56.7 kv.m. qeyri-yaşayış sahəsinə görə hansı səbəbdən kirayə pulunun tutulmaması əsaslandırılmamışdır; Bundan əlavə, müvafiq razılaşma əldə edilmədən binanın söküntüsü ilə bağlı görülən işlər nəticəsində mülkiyyətçi və kənar şəxslərin sahəyə girişi-çıxışı, ümumilikdə əmlakın təyinatı üzrə istifadəsi mümkünsüz olduğu təqdirdə bu növ zərərin mülkiyyətçiyə ödənilməli olan pul vəsaitinin həcmində və ya müddətində niyə nəzərə alınmadığı da məhkəmələr tərəfindən izah olunmamışdır; Apellyasiya instansiyası ilkin iddiaçıya ödənilən kompensasiyanın ədalətliliyi ilə bağlı tam və hərtərəfli təhlil aparmamış, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və aidiyyəti hüquq normalarına uyğun əsaslandırmamışdır. Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Qeyd:kassasiya instansiyasından qayıdan iş üzrə müvafiq göstərişlərin məhkəmədən kənar müzakirəsi və mübahisənin həlli baxımından tərəflərə vaxt verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 görüşün baş tutduğunu, bu görüşün məhkəmə prosesləri zamanı birinci dəfə baş tutduğunu, iddiaçıya 2-ci blokdan mənzil təklif olunub, görüşdüyü şəxsin işlə əlaqədar geniş məlumatının olmadığını və iddaçının başqa bir şəxslə 2-ci dəfə görüşməli olduğunu və ona həmin şəxsin xaricdə olduğunun deyildiyini, iddaçının qarşı tərəfdən zəng gözlədiyini qeyd etmiş, iddia tələbini müdafiə etdiklərini, bir ildən çoxdur mülkiyyət hüquqlarının pozulduğunu, mülkiyyətlərindən istifadə edə bilmədiklərini, tikinti işlərinin buna maneə olduğunu, yalnız məhkəmə vasitəsilə içəri girə bildiklərini, maneələr aradan qaldırılarsa istifadə edə biləcəklərini, həmin yerə baxış keçirtmək istəyəndə ona icazə verilmədiyini, qarşılıqlı iddia tələbi ilə razılaşmadıqlarını və kompensasiyanın ədalətli olmadığını, təklif olunan şərtlərin onları qane etmədiyini kompensasiya ilə bağlı ekspertiza keçirilməsinin zəruri olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə layihə və təkliflərini iddiaçı tərəfə bildirdiklərini və 10 gün əvvəl görüşün baş tutduğunu, lakin qarşı tərəfdən bir xəbər çıxmadığını, telefonlara cavab vermədiyini, iddiaçının ilk sökülən binanın sakini olduğunu, həmin binada 60 sakin olduğunu və 59-u ilə razılığa gəldiklərini, köçürülmələrin müqavilə əsasında olduğunu, ümümi layihə üzrə 300 sakin, 4 bina köçürdüklərini, 50-yə yaxın qeyri-yaşayış sahəsi ilə razılığa gəldiklərini, birinci binanın altında iddiaçıya təklifin il yarım əvvəl edildiyini, satışların getdiyini, layihənin dayanmadığını, artıq birinci binada yer qalmadığını, satıldığını, ən optimal varianti qarşı tərəfə təklif etdiklərini, tikintinin binanın arxasında getdiyini, istifadə etmək üçün heç bir maneə olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun yenidən yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 6, 16, 139-166, 324, 385-390, 560; Azərbaycan Respublikasında mülkiyyət haqqında Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Qanununa, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Protokolun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385-390, 420-ci maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan və qətnamədə göstərilmiş nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən qətnamə qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli, müəyyən edilmiş hallar əsasında həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Diqqətə çatdırılmalıdır ki, ilk iddia üzrə iddiaçının istinad etdiyi hallar qismən sübuta yetirilsə də, kassasiya instansiya məhkəməsinin bu hissədə göstərişlərinin olmaması, habelə binanın (qeyri-yaşayış sahələrin) istismar mümkünlüyü və digər vətəndaşların yeni mənzil (əmlak) gözləntiləri bu hüquqların ictimai mənafelər naminə aradan qaldırmaq mümkünsüzlüyünü müəyyən edir və onun təmin edilməsinə əsaslar yaratmır. Qarşılıqlı iddiaya dair hissədə isə kassasiya instansiya məhkəməsinin göstərişlərində qeyd edilmişdir ki: - zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi qarşılığında yeni tikilən binanın yaşayış olmayan mərtəbəsindən verilən sahə mütənasib olmaqla aradan qaldırılan mülkiyyəti ədalətli şəkildə kompensasiya etməli: -kompensasiyanın həcmi müəyyənləşdirilərkən şəxsin mülkiyyət hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda), çəkdiyi və çəkməli olduğu xərclər obyektiv şəkildə qiymətləndirilməli, əgər həmin pul vəsaiti (qətnamənin mətnindən çıxan mənaya görə) yalnız bir - 53.2 kv.m. sahə üçün nəzərdə tutulmuşdursa, ayrı və müstəqil daşınmaz əşya kimi dövlət reyestrində qeydə alınmış 56.7 kv.m. qeyri-yaşayış sahəsinə görə hansı səbəbdən kirayə pulunun tutulmaması əsaslandırılmalı; - müvafiq razılaşma əldə edilmədən binanın söküntüsü ilə bağlı görülən işlər nəticəsində mülkiyyətçi və kənar şəxslərin sahəyə girişi-çıxışı, ümumilikdə əmlakın təyinatı üzrə istifadəsi mümkünsüz olduğu təqdirdə bu növ zərərin mülkiyyətçiyə ödənilməli olan pul vəsaitinin həcmində və ya müddətində niyə nəzərə alınmadığı da məhkəmələr tərəfindən izah olunmalı və ədalətli kompesasiya hüququ təmin olunmalıdır. Belə nəticəyə gəlmək olar ki, şəxsin mülkiyyət hüquqlarının kompensasiya edilməsi, iddia hədlərinin müəyyən etdiyi çərçivələrdə mümkünlüyü baxımından, qeyd edilən dəyərlər müstəvisində qiymətləndirilməlidir. Bu halların müzakirəsi ayrı və müstəqil daşınmaz əşya kimi dövlət reyestrində qeydə alınmış 56.7 kv.m. qeyri-yaşayış sahəsinə aidiyyəti müəyyən edir ki, kassasiya instansiya məhkəməsi artıq zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi qarşılığında yeni tikilən binanın yaşayış olmayan mərtəbəsindən verilən sahənin mütənasib olmaqla aradan qaldırılan mülkiyyəti ədalətli şəkildə kompensasiya etməsi barədə mütləq mövqeyini izhar etmişdir. Ona görə, iddia tələbinin hədləri və qarşılıqlı iddianın tam təmin edilməsi apellyasiya baxışı üzrə səlahiyyətlər həddində tələbdən artıq ola bilən təqdimatların prosessual cəhətdən yalnız barışıq yolu ilə həll edilməsi imkanlarının müzakirəsini mümkün edir ki, tərəflər bu növ iradə ifadəsin nümayiş etdirməmişlər. Qeyd edilənlərdən əlavə müvafiq razılaşma əldə edilmədən binanın söküntüsü ilə bağlı görülən işlər nəticəsində mülkiyyətçi və kənar şəxslərin sahəyə girişi-çıxışı, ümumilikdə əmlakın təyinatı üzrə istifadəsinin mümkün olmasının sübuta yetirməsinə gərək yoxdur. Belə ki, hamıya bəlli olan haldır ki, sökülən binada yerləşən əmlakdan mülkiyyət hüquqlarının təyinatı üzrə həyata keçirilməsi mümkün və sübut edilməsinə zərurət olmayan haldır. Kollegiya hesab edir ki, kompensasiya tələbin irəli sürülməsindən öncə onun ədalətliliyi barədə tərəflər arasında mövcud ola bilən münasibətlər, bütün mülki hüquqi ləvazimatlar barədə əhatəli təsəvvürlərin yarandığı tərzdə, müqavilə münasibətlərinə daxil olmaq imkanlarını istisna edən mötəbər və təkzibedilməz sübutlar əsasında mümkün ola bilər.Hazırki mübahisəli münasibətlərin razılaşması üzrə ümumiyyətlə tələb-təklif təfərrüatların rəsmi ifadəsi mülkiyyətçiyə təqdim edilməmişdir. Kollegiya hesab edir ki, mülki hüquq münasibətlər zamanı: - qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; -müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; -digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; -alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; - qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi hüquqdan sui-istifadədir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyd edilənlərə əsasən iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2086/2021 saylı işi üzrə 02.08.2021-ci il tarixli qətnaməsi qismən – iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, zirzəminin boşaldılması və boşaldılaraq onun hesabına sökülməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mülki hüquqi pozuntuların aradan qaldırılması yönəmində tərəflər birgə hərəkət etməli, dövlətin, cəmiyyətin (digər şəxslərin) və tərəflərin özlərinin mülki hüquqlarının cəmində danışıqlar apararaq, mülki dövriyyənin və subyektiv hüquqların mütənasibliyi baxımından onların tarazlığı - ədalətli kompesasiya müzakirə edilməlidir. Müzakirələrin rəsmi təkliflər səviyyəsində baş tutmadığı və ya müsbət nəticə vermədiyi təqdirdə (razılığa gələrək müqavilə bağlamaq mümkün olmadıqda) tərəflər mübahisələrin məhkəmə müstəvisində müzakirə etmək hüquqlarına malikdirlər. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı iş üzrə məhkəmələrə müraciətlə əlaqədar ödənilmiş dövlət rüsumları üzrə xərclər tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı -cı maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2086/2021 saylı işi üzrə 02.08.2021-ci il tarixli qətnaməsi qismən – iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, zirzəminin boşaldılması və boşaldılaraq onun hesabına sökülməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3814/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3814/2022
06.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver