Məhkəmə qərarları › İş №2(103)-3818/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3818/2023

18.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3818/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-299/2023 saylı iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı mülkiyyətdə olan evin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu 1-ci Kərpic döngəsi 5 ünvanda yerləşən mülkiyyətin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-299/2023 saylı iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayonu 1-ci Kərpic döngəsi 5 saylı evin İddiaçı məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) 1/3 hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 90 manatın 50 manatının və mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi olan 40 manatın İddiaçı aid edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi qismində Tağıyeva Hicranə Hümbət qızı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Apellyasiya şikayəti elektron imza ilə Cavabdeh1 adından etibarnamə əsasında nümayəndəsi kimi göstərilmiş Tağıyeva Hicranə Hümbət qızı tərəfindən imzalanmışdır. Lakin apellyasiya şikayətinə əlavə olunmuş 09 oktyabr 2021-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, etibarnamədə cavabdeh tərəfindən vəkilə MPM-in 74.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərin, o cümlədən birinci instansiya məhkəməsinin qərarlarından apellyasiya şikayətinin verilməsi səlahiyyətinin etibar edilməsi qeyd olunmamışdır. Beləliklə, müəyyən olunmuşdur ki, apellyasiya şikayətini Cavabdeh1 nümayəndəsi qismində Tağıyeva Hicranə Hümbət qızı imzalasa da, sonuncuya belə səlahiyyət MPM-in 74.2- ci maddəsinə uyğun olaraq verilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayəti aldıqdan sonra onun prosessual qanunvericiliyə uyğunluğunu yoxlamalı, şikayətin qanunvericiliyin tələblərinə uyğun olduğunu müəyyən etdikdən sonra şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərməlidir. Lakin hazırki halda birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğunlunu yoxlamadan, yuxarıda göstərilən hala diqqət yetirmədən şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 299/2023 saylı iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-299/2023 saylı iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar