Məhkəmə qərarları › İş №2(103)-3821/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3821/2022

03.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3821/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, ərizəçi İddiaçı “itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2021-ci il tarixli qətnamədən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə əsasən işə, ərizəçinin və maraqlı şəxsin iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları ilə bağlı məlumat İddiaçı ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş, iddiaçı (ərizəçinin atası) X1 cavabdeh (ərizəçinin qardaşı) Maraqlı şəxs qarşı “cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilərək qeydiyyatdan çıxarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə icraatın bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən mülki işə baxmış Suraxanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etsə də, qətnamənin nəticə hissəsində yanlışlığa yol verilmişdir. Belə ki, qətnamənin özündən də görünür ki, mülki iş üzrə iddiaçı X4, cavabdeh Maraqlı şəxs, mübahisəli yaşayış sahəsinin ünvanı ünvan 1ticə hissəsində qeyd edilmişdir ki, cavabdeh X2 Bakı şəhəri, Hövsan qəsəbəsi, 15 “V” saylı evin 94 saylı mənzildə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilsin və qeydiyyatdan çıxarılsın. Qətnamənin nəticə hissəsi qüsurlu olsa da, qətnamə əsasında verilmiş “İcra vərəqəsində” düzgün olaraq qeyd edilmişdir ki, cavabdeh Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilsin. “İcra vərəqəsi” ilə qətnamə arasında fərq olduğundan qətnamə icra olunmur. Ərizəçi bildirir ki, həmin mülki iş üzrə iddiaçı olmuş (ərizəçinin atası) X4 xx.xx.2008ci il tarixdə ölmüşdür. Atasının ölümündən sonra ev onun (ərizəçinin) istifadəsinə keçmiş, o, həmin evdə yaşayır, evin qaz, işıq, telefon sənədləri də onun adınadır, bələdiyyə vergilərini o, ödəyir. Evin abadlaşdırılması, təmir işləri də onun tərəfindən aparılmışdır. O, “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etsə də, Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Onun həmin qərardaddan verdiyi şikayətə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadla (İş № 8(103)-433/2021) şikayəti qismən təmin edərək, Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadını ləğv edərək, onun ərizəsinə yenidən baxılması üçün işin həmin məhkəməyə göndərilməsini qərara almışdır. Həmin qərardadında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası göstərmişdir ki, Rayon Məhkəməsi “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” ərizəni onun iş üzrə tərəf olmaması əsası ilə təmin etməməkdə səhvə yol vermişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, onun istər “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” ərizəni, istər “itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə” ərizəni verməyə subyektiv hüququ var. Belə ki, qətnamə icra edilmədiyindən Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə qeydiyyatda istifadə hüququ olan şəxs kimi qalmışdır. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə “itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə” ərizənin təmin edilməsini, itirilmiş icraatın bərpa edilməsini qət etmişdir. Apellyasiya şikayəti ilə bağlı məlumat Hazırki iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və “itirilmiş məhkəmə icraatının bərpa edilməsi tələbi barədə” ərizənin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi onun babasına məxsus olmuşdur və onu həmin evdə yaşadığına görə xx.xx.2001-ci il tarixdə daimi qeydiyyata düşməsi üçün razılıq vermiş və həmin razılıq əsasında göstərilən ünvana qeydiyyata düşmüşdür. Sözü gedən fərdi yaşayış evinin ev kitabçasından başqa heç bir hüquqmüəyənedici sənədləri yoxdur. Ərizəçi həmin ünvanda qeydiyyatda olmayıb və halhazırda da qeydiyyata düşməyib. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən xəbəri olmayıb və həmin məhkəmə prosesi barədə ona məlumat verilməmişdir. Ərizəçinin adına mübahisəli fərdi yaşayış evinə dair heç bir hüquqmüəyyənedici sənəd olmadığına, sözügedən mülki iş üzrə tərəf olmadığına və onun itirilmiş məhkəmə icraatının bərpa edilməsinə dair məhkəməyə müraciət etməyə subyektiv hüququ olmadığına görə ərizə təmin edilməməli idi. İtirilmiş məhkəmə icraatının bərpa edilməsi onun hüquqlarına ziddir. Apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi Apellyasiya baxışı iclasında iştirak edən iş üzrə Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Ərizəçi İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “itirilmiş məhkəmə icraatının bərpa edilməsi tələbi barədə” ərizədə göstərilən mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli qətnamədən görünür ki, həmin mülki işin icraatının başlanmasına əsas iddiaçı (ərizəçinin atası) X1 cavabdeh (ərizəçinin qardaşı) Maraqlı şəxs qarşı “cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilərək qeydiyyatdan çıxarılması tələbi barədə” iddiası olmuşdur. Həmin iddia ərizəsi ilə iddiaçı Balababa Söhbətov cavabdeh Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsini və cavabdehin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Buna baxmayaraq qətnamə ilə qət edilmişdir ki, cavabdeh X2 Bakı şəhəri, Hövsan qəsəbəsi, 15 “V” saylı evin 94 saylı mənzildə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilsin və qeydiyyatdan çıxarılsın. Həmin qətnamə əsasında Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş “İcra vərəqəsindən” görünür ki, icra edilməli hərəkət cavabdeh Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evdə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsindən ibarətdir. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən müəyyən edilir ki, “İcra vərəqəsi” ilə qətnamə arasında fərq olduğundan qətnamə icra olunmur. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 306625 saylı “Ölüm haqqında şəhadətnamədən” görünür ki, (icraatı bərpa edilməsi mülki iş üzrə iddiaçı olmuş) Balababa Söhbətov xx.xx.2008-ci il tarixdə ölmüşdür. Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 3337 saylı arayışından görünür ki, hazırki iş üzrə ərizəçi olan İddiaçı Hövsan qəsəbəsi, Gəray Əsədov küçəsi, ev № 20-də qeydiyyatsız yaşayır. Ev hal-hazırda onun istifadəsindədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadından (İş № 8(103)-433/2021) görünür ki, hazırki iş üzrə ərizəçi İddiaçı “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardad ilə ərizəni təmin edilməmişdir. Rayon Məhkəməsi hesab etmişdir ki, İddiaçı Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə ərizə vermək üçün subyektiv hüquqa malik deyil, çünki o, həmin iş üzrə tərəf olmamışdır. Həmin qərardaddan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hesab etmişdir ki, Rayon Məhkəməsi “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” ərizəni İddiaçı iş üzrə tərəf olmaması əsası ilə təmin etməməkdə səhvə yol vermişdir. Belə ki, iş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ərizəçinin mərhum atası Balababa Söhbətovun cavabdeh Maraqlı şəxs qarşı iddiasının təmin olunması, Maraqlı şəxs Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evə istifadə hüququnun itirilmiş hesab olunmaqla onun qeydiyyatdan çıxarılması nəticəsinə gəlinmiş, lakin qətnamənin nəticə hissəsində işə aidiyyəti olmayan şəxsləri adı və işə aidiyyəti olmayan ünvan göstərilmişdir. İşin hallarında həmçinin aydın olur ki, qeyd olunan mülki iş məhv edilmişdir və ərizəçinin ərizəsinə qiymət verilməsi üçün müvafiq icraatın bərpa olunmasına zərurət var. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2701/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə apellyator olan) Maraqlı şəxs cavabdehlər X3, X6, X8 və (hazırki iş üzrə ərizəçi olan) İddiaçı qarşı “iddiaçının mənzilə köçürülməsi, cavabdehlərin isə mənzildən çıxarılması tələbi barədə” iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi (İş № 2(103)-2645/2021) ilə, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı (İş № 2(102)-4479/2021) dəyişdirilmədən saxlanılmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (MPM) “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə” Əlavədən görünür ki, itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır (maddə 2.). Ərizəyə müəyyən edilmiş qaydada təsdiq edilməmiş olsa da, saxlanılmış və işlə əlaqədar olan sənədlər və ya onların surətləri əlavə edilir (maddə 4.). İşə baxılarkən məhkəmə icraatın saxlanan hissəsindən, icraat itənə qədər işdən vətəndaşlara və təşkilatlara verilmiş sənədlərdən, həmin sənədlərin surətlərindən, işə aidiyyəti olan arayış və kağızlardan istifadə edir (maddə 8.). İtirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə icraata xitam verilməsinə dair qərardadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir (maddə 10.). İtirilmiş icraat üzrə məhkəmə aktının bərpası haqqında ərizəyə baxılması onun saxlanılması müddəti ilə məhdudlaşmır (maddə 12.). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. MPM-nin 15.2-ci maddəsinə görə isə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd olunan hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi yuxarıda qeyd edilən xx.xx.2007-ci il tarixli qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş mülki iş üzrə icraatının bərpa edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Eyni zamanda müəyyən edilir ki, ərizəçi, mübahisəli ünvanda yaşadığı üçün və (icraatı bərpa edilməsi mülki iş üzrə iddiaçı olmuş) mərhum Balababa Söhbətovun övladı olduğu üçün o, “itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə” ərizəni verməyə subyektiv hüquqa malikdir. Apellyasiya instansiyası məhkəməsinin nəticəsi Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 dekabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar