Məhkəmə qərarları › İş №2(103)-3823/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3823/2023

06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3823/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X7 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “məlumatın və əməliyyat çəkilişini təqdim etmək öhdəliyinin cavabdehin üzərində qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3177/2023 nömrəli 01 may 2023-cü il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin üzərinə X1 müraciət edib-etməməsi, klinikada əməliyyat olunub-olunmaması barədə məlumatın verilməsi və əməliyyatın video diskinin təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X5 arasında məhkəmə çəkişməsi olmuşdur. Guya onun X3 vurması nəticəsində o, yıxılaraq xəsarət almış və nəticədə cavabdeh olan klinikada müalicə olunmuşdur. O, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ondan sağlamlığının pozulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 10000 manat pul vəsaitinin alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmiş, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-151/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ondan 6851 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2174/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. O, əslində X3 vurmamış, o, həmin xəsarəti iş yerində işlədiyi zaman iş qəzası keçirərək almış, əməliyyata çəkdiyi xərci isə onun üstünə yıxmışdır. Adı çəkilən X6 xəsarəti ilə bağlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət edərkən bildirmişdir ki, nəvəsinin ölüm xəbəri ilə əlaqədar halı pisləşmiş və xəstəxanada yıxılmışdır və bu məlumat Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 10 may 2022-ci il tarixli vəkil sorğusuna cavabda öz təsdiqini tapmışdır (məktubun surəti qoşmaya əlavə olunur). Məhkəmə instansiyaları isə X2 həqiqətən əməliyyat olunub-olunmaması və əgər əməliyyat olunubsa əməliyyat çəkilişinin mövcud olub-olmamasını, həmçinin X2 aldığı xəsarətin hansı dövrdə aldığını araşdırmamış, yalnız cavabdehin məhkəməyə təqdim etdiyi əməliyyat xərcini əks etdirən hansısa saxta sənəd, əsaslanaraq qərar çıxartmışdır. O, cavabdeh HB Güvən Klinik MMC-yə X2 həqiqətən əməliyyat olunub-olunmaması (əməliyyatın tarixi) barədə ətraflı məlumatın və əgər əməliyyat olunubsa əməliyyat çəkilişinin təqdim edilməsi barədə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3177/2023 nömrəli 01 may 2023cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırda cavabdeh "xxxx" MMC-nin üzərinə X1 müraciət edib-etməməsi, klinikada əməliyyat olunubolunmaması barədə məlumatın verilməsi və əməliyyatın video diskinin təqdim edilməsi öhdəliyinin qoyulması tələbi onun X4 ziyan vurması ilə əlaqədar mübahisənin həlli məqsədi ilə verilmiş, lakin həmin mübahisə Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 151/2022 saylı 19 aprel 2022-ci il tarixli qətnaməsində həll edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı hazırki iddia ərizəsində irəli sürdüyü tələbləri Biləsuvar Rayon Məhkəməsinin sözügedən qətnaməsindən verdiyi apellyasiya şikayətində şikayətinin dəlilləri kimi irəli sürmüş, Şirvan Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında kollegiya həmin dəlillərlə razılaşmış, X2 “HB Güvən” Klinikasına müraciət etməsini, şəxsin klinikada müayinə və əməliyyat olunduğunu və buna görə klinikaya ödənişlər edildiyini müəyyən etmiş, nəticə də həmin dəlillərə hüquqi qiymət verərək apellyasiya şikayətini təmin etməmişdir. Belə olan halda da iddiaçının həmin halları yenidən ayrıca iddia icraatı qaydasında mübahisələndirməsi yolverilməzdir. Çünki MPMnin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Müəyyən edilmişdir ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı sağlamlığın pozulması nəticəsində vurulmuş zərərin əvəzi qismində 6851 manat məbləğində pul vəsaitinin iddiaçı X2 xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2174/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia tələbində İddiaçı "xxxx" MMC-ni cavabdeh qismində cəlb etməklə onun üzərinə X1 müraciət edib-etməməsi, klinikada əməliyyat olunub-olunmaması barədə məlumatın verilməsi və əməliyyatın video diskinin təqdim edilməsi öhdəliyinin qoyulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi isə əsassız olaraq Mülki Prosessual Məcəllənin 82.3, 153.2.2-cü maddələrinə istinad edərək, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Göründüyü kimi hazırki mübahisə ilə məhkəmənin istinad etdiyi əvvəlki mülki iş üzrə tərəflər və iddia tələbi eyni olmamışdır. Ona görə də məhkəmənin gəldiyi nəticə düzgün deyil. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuşdur, ona görə də məhkəmənin mübahisələndirilən qərardadı ləğv edilməli və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3177/2023 nömrəli 01 may 2023-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar