Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3841/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil3 iştirakı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı “pul” tələbinədair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 67.557 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi, 57 ünavanında iddiaçıya məxsus istehsalat sahəsi (sexi) mövcuddur. İddiaçı həmin istahsalat sahəsini 2014-cü il tarixdən xx.xx.2021-il tarixədək qüvvədə olan icarə müqaviləsi əsasında Cavabdeh1 istifadəsinə vermişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə görə Cavabdeh1 müqavilənin müvafiq bəndlərinə əsasən hər ay icarə haqqı verməli və kommunal xidmətlərdən (elektirik, qaz, su, istilik, kanalizasiya və abunə telefon) istifadə edilməsinə görə haqqları ödəməli idi. Lakin Cavabdeh1 iddiaçıya məxsus istehsalat sahəsində quraşdırılmış su sayğacını zədələdiyi üçün "xxxxxx” ASC-nin əməkdşaşları tərəfindən iddiaçıya məxsus istehsalat sahəsinə akt tərtib edilərək 3.900 manat məbləğində cərimə hesablanmışdır. Bundan başqa cavabdehin təbii qazdan istifadə etməsi nəticəsində iddiaçıya məxsus istehsalat sahəsinə 17.157 manat məbləğində borc hesablanmış və bunu təsdiq edən məhkəmə qətnaməsi var. Eyni zamanda cavabdehin təqsiri ucbatından iddiaçıya məxsus istehsalat sahəsinə işıqdan istifadə etdiyi üçün 1.500 manat məbləğində borc hesablanmışdır. Bundan əlavə cavabdeh iddiaçıya məxsus istehsalat sahəsindən 2.200 metr 76-lıq ölçüdə olan qaz turbasını kəsərək aparmış, bununla da cavabdeh bu hərəkətinə görə iddiaçıya 13.000 manat məbləğində zərər vurmuşdur. Bundan başqa cavabdeh iddiaçı ilə arasında bağlanmış icarə müqaviləsinin şərtlərini pozaraq iddiaçıya məxsus istehsalat sahəsində qanunsuz tikililər tikərək istehsalat sahəsinin beton örtüklərinə zərər vurmuş, iddiaçıya məxsus istehsalat sahəsinin dam örtüyü, mətbəxi divarlarını və sair yararsız hala salmışdır. İddiaçının təkidi ilə cavabdeh həmin yerə özünün tanıdığı ustaları dəvət etmiş və həmin ustalar iddiaçıya məxsus istehsalat sahəsinin təmir xərclərinə 20.000 manat məbləğində vəsait lazım olduğunu bildirilmişlər. Bundan əlavə tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən cavabdeh iddiaçıya hər ay icarə haqqı olaraq 500 manat ödəməli olduğu halda 10 aylıq icarə haqqını ödəməmiş, bu isə 5.000 manat təşkil etmişdir. Cavabdehin iddiaçıya vurduğu maddi ziyan ümumilikdə 67.557 manat təşkil edir. Dəfələrlə cavabdehə bu qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyanı ödəməsi barədə müraciət etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)-7169/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 45.344,49 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2(105)-1302/2019 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(060)- 7169/2018 saylı qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə bu gunə kimi ona borclu qaldığı 10.000 manat məbləğində icarə haqqının, istehsalat sahəsinə vurduğu 20.000 manat məbləğində ziyanın, istifadə etdiyi qaza görə yığılmış 17.157 manat məbləğində borcun, istifadə etdiyi işığa görə yığılmış 1253 manat məbləğində borcun, su sayğacını zədələdiyinə görə “xxxxxx” ASCnin nümayəndələri tərəfindən akt tərtib edilərək iddiaçıya məxsus istehsalat sahəsinə yazılmış 3900-manat cərimənin, vurduğu 10.000 manat məbləğində zərərin, cəmi 62.300 manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini yenidən dəyişdirmiş, məhkəmədən işə cavabdeh qismində Cavabdeh2 MMC-nin də cəlb edilməsini və cavabdehlərdən cəmi 62310 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada ödənilməmiş icarə haqqlarına görə 10.000 manat, istehsalat sahəsinə vurulmuş ziyana görə 16.905 manat, istifadə edilmiş qaza görə 17.157 manat, istifadə edilmiş işığa görə 1.253,49 manat, cəmi 45315 (qırx beş min üç yüz on beş) manat 49 (qırx doqquz) qəpik məbləğində pul İddiaçı xeyrinə tutulması,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada dövlət rüsumuna görə 21 (iyirmi bir) manat 82 (səksən iki) qəpik məbləğində pul dövlət nəfinə tutulması,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməssini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamənin 3-cü səhifəsinin 4-cü abzasından da göründüyü kimi İddiaçı ilə Cavabdeh2 MMC arasında imzalanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinə görə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan daşınmaz əmlak 5 illik müddətinə icarəyə verilmişdir. Göründüyü kimi icarə müqaviləsi fiziki şəxs ilə hüquqi şəxs arasında imzalanmışdır. Cavabdeh1 icarə müqaviləsini özü tərəf olaraq deyil, Cavabdeh2 MMC-nin təsisçisi olaraq hüquqi şəxsin adından imzalamışdır. Qətnamə ilə təmin edilmiş iddia tələbindən biri də istifadə edilmiş məişlətqazına görə 17.157 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dairdir. Əsas olaraq da Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(013)-45/2018 saylı qətnaməsi göstərilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Ağdam Rayon Məhkəməsinin qeyd edilən qətnaməsində pul məbləğinin o iş üzrə cavabdeh olan İddiaçı tutularaq o iş üzrə iddiaçı “Azəriqaz” İB-nə ödənilməsi qeyd edilmişdir. İndiki halda hətta həmin borc məbləği həqiqətən Cavabdeh2 MMC-yə aid olmuş olsaydı belə İddiaçı həmin pul məbləğini “Azəriqaz” İB-yə ödəyib, ödədiyini sübut edən sənədi iş materiallarına əlavə edərək həmin pul məbləğini reqres qaydasında Cavabdeh2 MMC-dən tələb edə bilərdi. Mövcud vəziyyətdə isə İddiaçı Ağdam Rayon Məhkəməsində o iş üzrə cavabdeh qismində Cavabdeh2 MMC-nin tanınmasına dair vəsatət verməmiş, qətnamədən apelyasiya şikayəti belə verməyərək borc məbləğini qəbul etmişdir. Beləliklə də məişət qazına görə hesablanmış borc məbləğini ödəməli olan şəxs İddiaçıdir, cavabdeh deyil. Bununla yanaşı bildirilir ki, həmin borc məbləğinin hansı dövrləri əhatə etməsi qətnamədə qeyd edilmədiyi kimi borcun Cavabdeh2 MMC-yə aid olmasına dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir və bunu sübut etməli olan da İddiaçıdir. Məhkəmə iş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli, ƏEM/S 32- 836/19 saylı “ekspert rəyi”nə istinad edərək daşınmaz əmlaka 16.905 manat məbləğində ziyan dəydiyini qeyd etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, tədqiqat bu iş üzrə bitərəf olan bir dövlət qurumu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetiza Mərkəzi tərəfindən deyil, özəl bir hüquqi şəxs tərəfindən aparılmışdır ki, bu da təbii ki tədqiqatın həqiqiliyini kifayət qədər şübhə altına salmışdır. Buna görə də iş materialları tədqiqat aparılması üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməlidir. Həmçinin həmin rəydə zərərin hansı dövrdə vurulduğu, zərər vurulmamışdan əvvəl həmin daşınmaz əşyanın vəziyyətinə dair yetərli qədər təsvir və tədqiqat aparılmamışdır ki, bu da onsuz da şübhəli olan rəyin natamam olduğuna dəlalət etmiş olur. Eyni zamanda qeyd edilməlidir ki, daşınmaz əşyaya zərər vurulmuş olsa belə həmin zərərin məhz cavabdeh şirkət tərəfindən yetirildiyini sübut etmək vəzifəsi yenə də iddiaçıya aiddir. İndiki halda isə həmin zərərin məhz cavabdehin təqsirli əməli nəticəsində yetirildiyinə dair heç bir sübut təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmənin 16.905 manat məbləğində qiymətləndirilmiş zərər məbləğini sübutsuz bir şəkildə cavabdehə aid etməsi olduqca kobud prosessual pozuntudur. Məhkəmənin yol verdiyi növbəti pozuntu ödənilməmiş icarə haqqına görə 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dairdir. Əvvəla qeyd edilməlidir ki, məhkəmə tərəfindən konkret olaraq hansı dövlərə aid icarə haqqının ödənilməsi qətnamədə qeyd edilməmişdir. İddiaçı Sumqayıt şəhər Məhkəməsində qaldırdığı iddia zamanı ödənilməyən icarə haqqının 5.000 manat olduğunu bildirmiş, daha sonra Binəqədi Rayon Məhkəməsində iddia tələbini 10.000 manaat qaldırmışdır. Bununla bağlı iddia tələbinin həcmini nəyə görə artırdığını qeyd etməmiş, bu halı əsaslandırmamış, məhkəmə tərəfindən isə hüquqazidd olaraq əsaslandırılmamış iddia tələbi təmin edilmişdir. Həmçinin bununla bağlı bildirilir ki, daşınmaz əşyanın yerləşdiyi ərazidəki vətəndaşların şikayətinə əsasən cavabdeh tərəfindən istifadə edilən həmin ərazidəki istehsalat sexi xx.xx.2017-ci il tarixində yerli icra hakimiyyəti orqanı tərəfindən bağlanmışdır. Qeyd edilən bu hal qətnamənin 4-cü səhifəsinin 5-ci abzasında qeyd edilməsinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmənin gəldiyi növbəti səhv qənaət elektrik enerjisinin istehlakma görə cavabdehdən 1.253,49 manat borcun tələb edilməsi ilə bağlıdır. Belə ki, məhkəmə təmin etdiyi bu iddia tələbinin əsası kimi “xxxxxxxx” ASC tərəfindən verilən arayış göstərilmişdir. Həmin arayışda İddiaçı xx.xx.2017-ci il tarixə 1.253,49 manat borcunun olduğu qeyd edilmişdir. Bu borcun hansı dövrdən hesablandığı, borcun hansı hissəsinin debitor borc, hansının cari istehlak borcu olması araşdırılmamışdır. Həmçinin “xxxxxxxx” ASC tərəfindən təqdim edilmiş arayışın da səhv hesablanması ehtimalı vardır ki, bu halların heç biri məhkəmə tərəfindən araşdırılmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının vəkilinümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 MMC məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının cavabdehlərə münasibətdə yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdehlərdən icarə haqqlarına görə 10.000 manat, istehsalat sahəsinə vurulmuş ziyana görə 16.905 manat, istifadə edilmiş qaza görə 17.157 manat və istifadə edilmiş işığa görə 1.253,49 manat, cəmi 45.315,49 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən əmlak kompeksi kimi müəssisə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə 1 nömrəli reyestr kitabının 155 nömrəli vərəqində qeydiyyata alınmışdır.xx.xx.2016-cı il tarixli İcarə müqaviləsinə əsasən, həmin müqavilə icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh2 MMC adından təsisçisi Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan daşınmaz əmlakı icarəçi Cavabdeh2 MMC-yə icarəyə vermiş, icarə müddəti xx.xx.2021-ci ilədək müəyyən edilmiş, icarəyə götürən Cavabdeh2 MMC icarəyə verən İddiaçı aylıq 500 manat icarə haqqını, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqları, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqını, o cümlədən əlavə vergi haqqlarını ödəmək öhdəliyini üzərinə götürmüşdür.Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(013)-45/2018 saylı qətnaməsi ilə İddiaçı 17157,40 manat, ödənilmiş dövlət rüsumu əvəzində 30 manat, xidmət haqqı əvəzində 1 manat - cəmi 17188,40 qəpik məbləğində pulun tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına köçürülməsi qət edilmişdir.“xxxxxx” ASC Sumqayıt Sukanal idarəsi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı müqavilə üzrə cəmi borcu xx.xx.2018- ci ilə 3.877 manat təşkil edir. Dəymiş ziyan aktına əsasən hesablanmış borc 3.927 manat, ödəniş 50 manat təşkil edir. Yuxarıda göstərilən debitor borcun illər üzrə açıqlaması aşağıdakı şəkildədir: xx.xx.2013-cü il tarixli 002750 №-li akta əsasən 571 manat hesablanmış, 50 manat ödəniş aparılmış; xx.xx.2014-cü il tarixli 004244 №-li akta əsasən 1.427,4 manat hesablanmış, 0 manat ödəniş aparılmış; xx.xx.2015-ci il tarixli 006214 №-li akta əsasən 1.333,8 manat hesablanmış, 0 manat ödəniş aparılmış; xx.xx.2015-ci il tarixli 006842 nömrəli akta əsasən 594,8 manat hesablanmış, 0 manat ödəniş aparılmışdır.“xxxxxxxx” ASC tərəfindən verilmiş hesab ödəniş vərəqindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixə borcu 1.253,49 manat təşkil etmişdir. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi barədə toplanmış NK- 1/654 saylı materialda mövcud olan Cavabdeh1 xx.xx.2018-ci il tarixdə verdiyi izahatda göstərmişdir ki:" ... Mən İddiaçı barəmdə yazmış olduğu ərizə ilə tanış oldum. Mən bununla bağlı bildirmək istəyirəm ki, onun dedikləri şər-böhtandır. Belə ki, mən onunla 2014-cü il tarixdə müqavilə bağlamışam və ona məxsus, Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi, 57 ünvanında yerləşən istehsalat sahəsini (sexi) icarəyə götürüb işlətmişəm. Həmin sexdə əlvan metalların əritməsi ilə məşğul olurdum. Mən işlədiyim müddət ərzində həmin sexi ideal vəziyyətə gətirdim. Belə ki, həmin sexə öz şəxsi hesabıma qaz, işıq və su çəkdirmişəm, hasar çəkdirmişəm, darvaza qoydurmuşam. Həmin sexin boş sahəsində tikinti işləri aparmışam. İddiaçı sonradan həmin tikintini sənədləşdirib öz adına keçirtmişdir. Həmin sex xx.xx.2017-ci il tarixdə müəyyən səbəblərə görə müvafiq orqan tərəfindən yararsız hala gətirilmiş və sexin fəaliyyəti dayandırılmışdır. ... Mən aparmış olduğum 2200 metr diametrli 76-lıq ölçüdə olan qaz trubası mənə məxsusdur, həmin qaz trubası öz şəxsi hesabıma çəkilmişdir. Mən bu barədə sənəd də təqdim edə bilərəm. Mən bir daha bildirmək istəyirəm ki, ona məxsus obyekti qəsdən yararsız hala salmamışam. Mən həmin obyektdə əlvan metalların əritməsi ilə məşğul olan zaman ətrafda yaşayan sakinlərə ziyan olduğu üçün müvafiq orqan tərəfindən obyektin fəaliyyəti qanuni yolla dayandırıldı və müəyyən hissəsi yararsız hala salındı. Mən yəni həmin obyekti qəsdən yararsız hala salmamışam. Bunu hətta bir neçə nəfərdə təsdiq edə bilər. Əksinə həmin obyektdə olan mənə məxsus əmlaklar yararsız hala salınmışdır. Mən həmin obyektdə onun icazəsi ilə tikinti aparmışam və sonradan İddiaçı həmin tikintini sənədləşdirib öz adına keçirtmişdir. Mən həmin obyekti işlətdiyim müddətdə qaza 17.157 manat, işığa 1500 manat borcum yaransa da, mən həmin pulu ödəməyəcəm. Belə ki, mən obyektə gələn zaman biz razılığa gəldik ki, İddiaçı həmin obyektin 20 ayının pulunu məndən almayacaq. Lakin o, cəmi 4 ayının pulunu məndən almadı, sonradan obyektin fəaliyyəti dayandırıldı və mənə olan borcunu ödəmədi. Yəni mənim qaza və işığa borcum yoxdur. İddiaçı mənə olan borcu ilə həmin pulu ödəməlidir. Suya gəldikdə isə mənim 3.900 manat borcum yoxdur. Mənim ona 10 aylıq icarə haqqımın qalmasına gəldikdə isə bu həqiqətə uyğun deyildir. Mən obyektin fəaliyyəti dayandırıldıqdan sonra oradan çıxdım və obyekti işlətmədim. İddiaçı isə işlətmədiyim müddətin pulunu məndən tələb edir. ... Mənim ilə onun arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin qüvvədə olubolmadığını dəqiq bilmirəm. Mən həmin obyektə o zaman cavabdehlik daşıyıram ki, həminobyekt mənim tərəfimdən qəsdən yararsız hala salınmış olsaydı. Mən yuxarıda qeyd etdiyim kimi həmin obyekt müvafiq icra hakimiyyəti orqanı tərəfindən yararsız hala salınmışdır”. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair “X1” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, ƏEM/S 32- 836/19 saylı ekspert rəyinə əsasən, göstərilmişdir ki, əmlakın mövcud vəziyyəti, yerləşdiyi ərazi, konstruksiyası, aşınması və digər xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, ünvan 3 ünvanında yerləşən istehsalat sahəsinin (əmlak kompleksinin) ərazisində tikilmiş qanunsuz (daşınmaz əmlakın texniki pasportunda qeyd edilməyən) tikililərin, qurğuların sökülməsi, istehsalat sexinin zədələnmiş beton örtüyünün, dam örtüyünün, divarların bərpa edilməsi üçün tələb olunan vəsait xx xxxxxxxx 2019-cü il tarixinə 16905 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1.-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2.-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşmar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3.-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materiallarından göründüyü kimi, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi əsasənda iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 kv.m. olan daşınmaz əmlakı Cavabdeh2 MMC-yə icarəyə versə də, cavabdeh icarə məbləğini tam olaraq iddiaçıya ödəməmiş və beləliklə tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. Bunun nəticəsində iddiaçının Cavabdeh2 MMC-dən müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, sonuncu isə öhdəlikləri yerinə yetirməmişdir. Müqavilə Cavabdeh2 MMC ilə bağlandığından iddiaçı qarşısında öhdəliyi Cavabdeh1 deyil, məhz Cavabdeh2 MMC daşıyır. Belə olan halda iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməlidir. Kollegiya qeyd edir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə icarə müqaviləsinin bağlanması və həmin müqaviləyə görə Cavabdeh2 MMC üzərinə hər ay 500 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehin mövqeyinə əsasən, tərəflər razılığa gəlmişlər ki, İddiaçı ondan 20 ayın icarə haqqını almayacaq, lakin, o, icarə haqqının cəmi 4 ayının pulunu ondan almadı, sonra isə obyektin fəaliyyəti dayandırıldı. Buna baxmayaraq, iş materialları araşdırılarkən tərəflər arasında icarə haqqının 20 ay ərzində ödənilməməsinə dair hər hansı razılaşma müəyyən edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən icarə haqqı ödənilmədiyindən, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi üzrə Cavabdeh2 MMC tərəfindən İddiaçı ödənilməmiş icarə haqqı 10.000 manat (500×20 ay=10.000 manat) təşkil edir. Bundan başqa kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış xx xxxxx 2016-cı il tarixli İcarə müqaviləsinin 11ci bəndinə əsasən “kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir”. Kollegiya qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(013)-45/2018 saylı qətnaməsi ilə İddiaçı 17157,40 manat məbləğində pul vəsaitit iddiaçıdan tutulması qənaətinə gəlinsə də, hesabllanmış borc icarə obyekti Cavabdeh2 MMC-nin istifadəsində olan zaman yaranmışdır. Belə olan halda 17.157 manat məbləğində pul vəsaiti Cavabdeh2” MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Həmçinin “xxxxxxxx” ASC-yə işığa görə hesablanmış 1253,49 manat məbləğində borcun Cavabdeh2 MMC-dən tutulmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxx” ASC tərəfindən verilmiş abunə saldosundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixə borcu 1.253,49 manat təşkil edir və həmin borc xx.xx.2016-cı il tarixdən başlayaraq yaranmışdır. Bundan başqa kollegiya qeyd edir ki, “X1” MMC-nin xx xxxxxxxx 2019-cu il tarixli, ƏEM/S 32-836/19 saylı ekspert rəyinə əsasən, icarə obyektinin ərazisində tikilmiş qanunsuz tikililərin, qurğuların sökülməsi, istehsalat sexinin zədələnmiş beton örtüyünün, dam örtüyünün, divarların bərpa edilməsi üçün tələb olunan vəsait xx xxxxxxxx 2019-cü il tarixinə 16905 manat təşkil edir. Kollegiya hesab edir ki, Cavabdeh2 MMC icarə müqaviləsinin şərtlərindən kənara çıxaraq, iddiaçının mülkiyyətində olan icarə obyektində qanunsuz tikinti işləri aparmış və icarə obyektinin texniki vəziyyətinə ziyan vurmuşdur. Belə olan halda vurulmuş ziyanın aradan qaldırılması üçün tələb olunan 16.905 manat məbləğində pul vəsaiti Cavabdeh2 MMC-dən tutularaq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4734/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3841/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3841/2020
26.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver