Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3862/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X23 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh2, Tərcüməçi Bağırova (Yəhyayeva) Günay Akif qızının iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-3241/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qəsdən hərəkətsizliyi, varislərin axtarışına görə tədbirlərin görülməməsi, ünvan 1 ünvanında yerləşən mənzil üzrə X4 əmlakı üzrə X19 və Cavabdeh3 ilə əlbirliyə görə 41-ci notarial ofisin xüsusi notariusu Cavabdeh7 mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin tutulması; ünvan 2 ünvanında yerləşən mənzil üzrə ASAN-xidmət 4 mərkəzinin xüsusi notariusu Cavabdeh4 Cavabdeh1 ilə əlbirliklə dəfələrlə kobud pozuntuların hüquqi nəticələrə səbəb olunması üzrə mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pul tutulması; AR MM 1246-cı maddəsinin kobud pozulması ilə hüquqi nəticələrə səbəb olmasına görə ASAN-xidmət 4 Mərkəzinin xüsusi notariusu Cavabdeh5 mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pulun tutulması; Cavabdeh3 ilə əlbir olmaqla mirasqoyan T.A.Dadaşovun İsrail dövlətində ölümü ilə əlaqədar V-20 vərəsəlik işinin açılması zamanı beynəlxalq müqavilələrə müvafiq olmayan qəsdən kobud pozuntulara, bunun hüquqi nəticələrə səbəb olmasına görə 38-ci notarial kontorun xüsusi notariusu Cavabdeh6 mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pulun tutulması; Bakı şəhəri, Şaumyan rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1980-ci il tarixində verilmiş atalığın müəyyən edilməsi haqqında 300537 nömrəli şəhadətnaməni və xx.xx.2002-ci il tarixində vəfat etmiş xx.xx.1950-ci il təvəllüdlü X6 adına Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018ci il tarixində verilmiş arayışın ASAN Xidmət 4 Mərkəzinin xüsusi notariusu Cavabdeh4 tərəfindən V-551/2015 nömrəli xx.xx.2015-ci il tarixli, V-560/2015 nömrəli, xx.xx.2015-ci il tarixli vərəsəlik işlərinə daxil edilməsi funksiyasını Xətai rayon Məhkəməsinin öz üzərinə götürməsi; ünvan 1 ünvanında yerləşən mənzil üzrə X4 mirasına münasibətdə varis İddiaçı gizlədilməsi, 2(005)- 1880/2014 №-li, 2(009)-1083/2015 №-li mülki işlərdə saxtalaşdırmaya görə X20 vurulan mənəvi zərərə görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pulun tutulması; Bütün əmlak mübahisələri üzrə mülki işlərdə hüquqi nəticələrə səbəb olan saxtalaşdırmaya, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən külli miqdarda əmlak zərərinin vurulmasına, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən İddiaçı sağlamlığına ağır zərərin vurulmasına görə X9 mənəvi zərərin vurulmasına görə 20.000 (iyirmi min) manat, maddi zərərin vurulmasına görə ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə görə hər 1 kv.m. 2000 (iki min) manat olmaqla 16 kv.m. x 2000 bərabər olan 1/2 payın hesablanması ilə 32.000 (otuz iki min) manat, ünvan 2 ünvanında yerləşən mənzil üzrə 1/2 hissəsinə görə hər 1 kv.m. 1700 (min yeddi yüz) manat olmaqla 30.72 kv.m. x 1700 bərabər olan 1/2 payın hesablanması ilə 52.000 (əlli iki min) manat tutulması və ya AR MM 1159.2-ci maddəsini rəhbər tutaraq ünvan 2 ünvanında yerləşən mənzil üzrə İddiaçı xx xxxxxx 2002-ci il tarixində vəfat etmiş doğma bacısı X6 vərəsəsi hesab edilməsi, ünvan 3 ünvanında yerləşən texniki sahə üzrə 1/4 paya görə X9 10.000 (on min manat) məbləğində pulun tutulması; ünvan 4 ünvanında yerləşən mənzilin 1/2 payı üzrə mülkiyyət hüququ barədə Bakı şəhəri Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən X13 adına verilən sənədin ləğv edilməsi; ünvan 6 ünvanında yerləşən qeyrı-yaşayış sahəsinin 1/2 payı üzrə mülkiyyət hüququ barədə Bakı şəhəri Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən X13 adına verilən sənədin ləğv edilməsi, AR MM 1137, 1139, 1143-cü maddələrini rəhbər tutaraq, X13 ləyaqətsiz vərəsə elan edilməsi; Bütün əmlak mübahisələri üzrə hüquqi nəticələrə səbəb olan dəfələrlə etibardan sui-istifadəyə, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən külli miqdarda zərərin vurulmasına, İddiaçı sağlamlığına ağır zərərin vurulmasına görə görə Cavabdeh1 vurulan mənəvi zərərə görə 20.000 (iyirmi min) manat, ünvan 1 ünvanında yerləşən mənzil üzrə 1/2 paya görə vurulan maddi zərər üzrə 32.000 (otuz iki min) manat tutulması; AR MM 1118-ci, 1118.3-cü maddələrini rəhbər tutaraq, İddiaçı sağlamlığına X22 və Cavabdeh1 tərəfindən qəsdən zərərin vurulmasına görə daşınan xərclər, o cümlədən müalicə və tibbi preparatlara görə 8.800 (səkkiz min səkkiz yüz) manat həcmində xərclər cavabdehlər arasında bölünməsi və hər birindən 4.400 (dörd min dörd yüz) manat tutulmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı tərəf iddia ərizəsinə əlavə təqdim edərək, Xətai rayon Məhkəməsinin vasitəsilə bu sənədlərin olmasını təsdiq edən aşağıdakı sənədləri İddiaçı təqdim etmək öhdəliyinin Dadaşova Mayanın və Dadaşova Dinarənin üzərinə qoyulmasını xahiş etmişdir: T.A.Dadaşovun ********* nömrəli İsrail dövlətinin şəxsiyyət vəsiqəsinin surəti, M.Cavabdeh2 ********* nömrəli İsrail dövlətinin şəxsiyyət vəsiqəsinin surəti, İsrail vətəndaşı T.A.Dadaşovanın ölümü haqqında tibbi rəy, Vərəsəlik orderi (Tsav Yeruşa) və ya vəsiyyətnamənin icrası üzrə order (X33). T.A.Dadaşov və M.Cavabdeh2 tərəfindən xx.xx.2017-ci il tarixində hansı əsasla və harada İsrail Dövlətinin vətəndaşlığını qəbul etmələrinin aydınlaşdırılması. Məhkəmədə iddiaçı tərəf iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı tərəfindən Cavabdeh1 verilən bütün etibarnamələrin ləğv edilməsinə əsasən Cavabdeh1 İddiaçı üzərinə ona təqdim edilmiş sənədlərin və mülki məhkəmələrin qərarlarının qaytarılması öhdəliyi qoyulmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı tərəf iddia ərizəsinə əlavə təqdim edərək, Dadaşova Dinarəyə bağışlanmış mənzilin 1/2 payının 35-ci DNK-nun xx.xx.2007-ci il tarixli 4-Ə-1-24 bağışlama müqaviləsinə əsasən T.A.Dadaşovun adından Dadaşova Dinarəyə mənzilin 1/2 payının bağışlanmasının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-3241/2020 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)- 3241/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, notariuslar Dadaşova Maya və Dadaşova Dinarənin xeyrinə saxtalaşdırmaya yol vermişlər. V.Qolubevin qəsdən öldürülməsinin sifarişçisi olan Dadaşova Maya və Dadaşova Dinarə ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən törədilən cinayətin təşkilatçısı olan İddiaçı keçmiş nümayəndəsi satqın Cavabdeh1 arasında qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən üç daşınmaz əmlak obyektinə münasibətdə cinayət əməlləri faktları vardır. Məhz onlar 2006-cı ildən V.Qolubevin mirası ilə məşğul olurdular. Hakim cinayət tərkibini görmür, görmək istəmir. Sənədlərdə saxtalaşdırma halları olmuşdur. 2013-cü ildən 2015-ci ilə qədər Xətai rayonunda yerləşən mənzildə İddiaçı bahalı təmir edib. İşığı bərpa edib, telefon çəkib, istilik sistemləri və qaz bərpa edib. Təmir zamanı köhnə pəncərələr plastik pəncərələrlə əvəzləşdirilib. Elektrik sistemi yenidən çəkilib. Təmirə 15000 manat pul xərclənib. Yasamalda yerləşən texniki sahədə təmir aparılıb. Su və kanalizasiya çəkilib, vitrinlər dəyişdirilib, girişdə dəmir jalüz quraşdırılıb, 5200 manat xərc çəkilib. Xətaidə yerləşən mənzilin kommunal xidməti İddiaçı tərəfindən 2009-cu ildən 2020-ci ilə kimi ödənilmişdir. İddiaçı “Mediland” hospitalında müalicə olunmuş, indiyə qədər 1500 manat pul xərclənmişdir. Əməliyyat haqqının ödənilməsi haqqında qəbzlə 5200 manat xərc tələb olunduğu görünür. Müalicə, əməliyyat və tibbi parametrlərə görə xərc 8800 manat təşkil edir. Vəkil Səlimov Elvinə 6200 manat pul ödəyib. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçı qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edilmiş halları yenidən araşdırmaq istəyir. Hansı ki, həmin məsələlər artıq həll olunub. Hətta iddiaçı qüvvədə olan məhkəmə qərarlarının ləğvini xahiş edir. İddiaçı və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Kollegiya qətnamənin ləğv edilməsi ilə bağlı nəticəyə gələrək, qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etsə də, yekun məhkəmə aktı ilə qiymət verilməli olan iddia ərizəsinə əlavədə İddiaçı tərəfindən Cavabdeh1 verilən bütün etibarnamələrin ləğv edilməsinə əsasən Cavabdeh1 İddiaçı üzərinə ona təqdim edilmiş sənədlərin və mülki məhkəmələrin qərarlarının qaytarılması öhdəliyi qoyulması, Dadaşova Dinarəyə bağışlanmış mənzilin 1/2 payının 35-ci DNK-nun xx.xx.2007-ci il tarixli 4-Ə-1-24 bağışlama müqaviləsinə əsasən T.A.Dadaşovun adından Dadaşova Dinarəyə mənzilin 1/2 payının bağışlanması, üç obyekt üzrə mülkiyyət hüququ üçün alınan bütün qanunsuz sədənlərin ləğv edilməsi tələblərinə qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarar. Lakin hakim qanunda göstərilən hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu kontekstdə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin bir hissəsinə qiymət verilməməsi, Prosessual pozuntu ilə nəticələndiyindən, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında işə baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2021-ci il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 34/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixində qəbul edilmiş qərarı ilə qüvvədə saxlanılmış Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3158/2017 saylı mülki iş üzrə xx xxxx 2017-ci il tarixli qanunsuz qərarının ləğv edilməsi, mülki məhkəmə icraatı çərçivəsində iddia tələblərinə əlavə olaraq mülki vəziyyət aktlarına cavab verməyən üç daşınmaz əmlak üzrə bütün qanunsuz qərarlar, 2-1260/06 saylı mülki iş üzrə Sabunçu rayon Məhkəməsi hakimi X11 ləğv edilməsi hissəsində işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Belə olan halda, kollegiya qeyd edir ki, apellyasiya baxışının predmetində qalan hissəqəsdən hərəkətsizliyi, varislərin axtarışına görə tədbirlərin görülməməsi, ünvan 1 ünvanında yerləşən mənzil üzrə X4 əmlakı üzrə X19 və Cavabdeh3 ilə əlbirliyə görə 41-ci notarial ofisin xüsusi notariusu Cavabdeh7 mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin tutulması; ünvan 2 ünvanında yerləşən mənzil üzrə ASAN-xidmət 4 mərkəzinin xüsusi notariusu Cavabdeh4 Cavabdeh1 ilə əlbirliklə dəfələrlə kobud pozuntuların hüquqi nəticələrə səbəb olunması üzrə mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pul tutulması; AR MM 1246-cı maddəsinin kobud pozulması ilə hüquqi nəticələrə səbəb olmasına görə ASAN-xidmət 4 Mərkəzinin xüsusi notariusu Cavabdeh5 mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pulun tutulması; Cavabdeh3 ilə əlbir olmaqla mirasqoyan T.A.Dadaşovun İsrail dövlətində ölümü ilə əlaqədar V-20 vərəsəlik işinin açılması zamanı beynəlxalq müqavilələrə müvafiq olmayan qəsdən kobud pozuntulara, bunun hüquqi nəticələrə səbəb olmasına görə 38-ci notarial kontorun xüsusi notariusu Cavabdeh6 mənəvi zərərin vurulmasına görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pulun tutulması; Bakı şəhəri, Şaumyan rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1980-ci il tarixində verilmiş atalığın müəyyən edilməsi haqqında 300537 nömrəli şəhadətnaməni və xx.xx.2002-ci il tarixində vəfat etmiş xx.xx.1950-ci il təvəllüdlü X6 adına Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş arayışın ASAN Xidmət 4 Mərkəzinin xüsusi notariusu Cavabdeh4 tərəfindən V-551/2015 nömrəli xx.xx.2015ci il tarixli, V-560/2015 nömrəli, xx.xx.2015-ci il tarixli vərəsəlik işlərinə daxil edilməsi funksiyasını Xətai rayon Məhkəməsinin öz üzərinə götürməsi; ünvan 1 ünvanında yerləşən mənzil üzrə X4 mirasına münasibətdə varis İddiaçı gizlədilməsi, 2(005)-1880/2014 №-li, 2(009)-1083/2015 №-li mülki işlərdə saxtalaşdırmaya görə X20 vurulan mənəvi zərərə görə 10.000 (on min) manat və maddi zərərin vurulmasına görə 10.000 (on min) manat məbləğində pulun tutulması; Bütün əmlak mübahisələri üzrə mülki işlərdə hüquqi nəticələrə səbəb olan saxtalaşdırmaya, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən külli miqdarda əmlak zərərinin vurulmasına, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən İddiaçınm sağlamlığına ağır zərərin vurulmasına görə X9 mənəvi zərərin vurulmasına görə 20.000 (iyirmi min) manat, maddi zərərin vurulmasına görə ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə görə hər 1 kv.m. 2000 (iki min) manat olmaqla 16 kv.m. x 2000 bərabər olan 1/2 payın hesablanması ilə 32.000 (otuz iki min) manat, ünvan 7 ünvanında yerləşən mənzil üzrə 1/2 hissəsinə görə hər 1 kv.m. 1700 (min yeddi yüz) manat olmaqla 30.72 kv.m. x 1700 bərabər olan 1/2 payın hesablanması ilə 52.000 (əlli iki min) manat tutulması və ya AR MM 1159.2-ci maddəsini rəhbər tutaraq ünvan 2 ünvanında yerləşən mənzil üzrə İddiaçı xx xxxxxx 2002-ci il tarixində vəfat etmiş doğma bacısı X6 vərəsəsi hesab edilməsi, ünvan 3 ünvanında yerləşən texniki sahə üzrə 1/4 paya görə X9 10.000 (on min manat) məbləğində pulun tutulması; ünvan 4 ünvanında yerləşən mənzilin 1/2 payı üzrə mülkiyyət hüququ barədə Bakı şəhəri Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən X13 adına verilən sənədin ləğv edilməsi; ünvan 6 ünvanında yerləşən qeyrı-yaşayış sahəsinin 1/2 payı üzrə mülkiyyət hüququ barədə Bakı şəhəri Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən X13 adına verilən sənədin ləğv edilməsi, AR MM 1137, 1139, 1143-cü maddələrini rəhbər tutaraq, X13 ləyaqətsiz vərəsə elan edilməsi; bütün əmlak mübahisələri üzrə hüquqi nəticələrə səbəb olan dəfələrlə etibardan sui-istifadəyə, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən külli miqdarda zərərin vurulmasına, İddiaçı sağlamlığına ağır zərərin vurulmasına görə görə Cavabdeh1 vurulan mənəvi zərərə görə 20.000 (iyirmi min) manat, ünvan 1 ünvanında yerləşən mənzil üzrə 1/2 paya görə vurulan maddi zərər üzrə 32.000 (otuz iki min) manat tutulması; AR MM 1118-ci, 1118.3-cü maddələrini rəhbər tutaraq, İddiaçı sağlamlığına X22 və Cavabdeh1 tərəfindən qəsdən zərərin vurulmasına görə daşınan xərclər, o cümlədən müalicə və tibbi preparatlara görə 8.800 (səkkiz min səkkiz yüz) manat həcmində xərclər cavabdehlər arasında bölünməsi və hər birindən 4.400 (dörd min dörd yüz) manat tutulması; Xətai rayon Məhkəməsinin vasitəsilə bu sənədlərin olmasını təsdiq edən aşağıdakı sənədləri İddiaçı təqdim etmək öhdəliyinin Dadaşova Mayanın və Dadaşova Dinarənin üzərinə qoyulmasını xahiş etmişdir: T.A.Dadaşovun ********* nömrəli İsrail dövlətinin şəxsiyyət vəsiqəsinin surəti, M.Cavabdeh2 ********* nömrəli İsrail dövlətinin şəxsiyyət vəsiqəsinin surəti, İsrail vətəndaşı T.A.Dadaşovanın ölümü haqqında tibbi rəy, Vərəsəlik orderi (Tsav Yeruşa) və ya vəsiyyətnamənin icrası üzrə order (X33), T.A.Dadaşov və M.Cavabdeh2 tərəfindən xx.xx.2017-ci il tarixində hansı əsasla və harada İsrail Dövlətinin vətəndaşlığını qəbul etmələri aydınlaşdırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir; İddiaçı tərəfindən Cavabdeh1 verilən bütün etibarnamələrin ləğv edilməsinə əsasən Cavabdeh1 İddiaçı üzərinə ona təqdim edilmiş sənədlərin və mülki məhkəmələrin qərarlarının qaytarılması öhdəliyi qoyulması; Dadaşova Dinarəyə bağışlanmış mənzilin 1/2 payının 35-ci DNKnun xx.xx.2007-ci il tarixli 4-Ə-1-24 bağışlama müqaviləsinə əsasən T.A.Dadaşovun adından Dadaşova Dinarəyə mənzilin 1/2 payının bağışlanması, üç obyekt üzrə mülkiyyət hüququ üçün alınan bütün qanunsuz sədənlərin ləğv edilməsi təşkil edir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(005)-6877/2017 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi apellyasiya baxışının predmetində qalan hissədə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2- 1260/06 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən X10 miras qoyan- anası X7 birinci növbəli vərəsəsi kimi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət uzadılmış, Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 32 saylı evin 4 saylı mənzilinə X4 adına verilmiş xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və MN Seriyalı ******* saylı, xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, Birinci növbəli vərəsə kimi X14 miras qoyan- anası X5 30/12493 nömrəli, xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Nizami küçəsi 32 saylı evin, 4 saylı mənzilinin 1/2 hissədə payı müəyyən edilmiş, X15 Bakı şəhəri Nizami küçəsi 32 saylı evin, 4 saylı mənzilinin 1/2 hissəsinə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3108/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1880/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən X10 qardaşı X1 xx xxx 1979-cu il təvəllüdlü X12 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1083/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən X10 anası – X2 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzilin 1/2 hissəsinə vərəsəlik hüquqları tanınmış, qətnamə X10 adına miras əmlak üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün əsas hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6452/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən maraqlı şəxs İddiaçı apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1083/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1492/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına əsasən maraqlı şəxs İddiaçı kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016- cı il tarixli, 2(103)- 6452/2016 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7135/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1083/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, X10 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzilin anası- X5 adında açıq saxlanılmış 1/2 hissəsinə vərəsəlik hüququ tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-980 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4785/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən xx xxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri. Xətai rayonu, Cavanşir küçəsində yerləşən 7 saylı evin, 99 saylı mənzilində yaşamış X12 xx.xx.2010-cu il tarixdə ölmüş elan edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-6072/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən 4 saylı Bakı ASAN xidmət mərkəzində Notariat Kontorunun xüsusi notariusu Cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 7 ünvanında yerləşən və ümumi sahəsi 61,45 kv.metr olan 99 saylı mənzilinə dair İddiaçı adına xx.xx.2016-cı il tarixdə verdiyi qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında sözügedən mənzilə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” etibarsız hesab edilmiş, X10 vərəsəlik hüquqları təmin edilərək ünvan 8 ünvanında yerləşən və ümumi sahəsi 61,45 kv.metr olan 99 saylı mənzilin 1/2 hissəsinə onun vərəsəlik payı müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-5848/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən X10 İddiaçı və 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə qarşı (3-cü şəxs AR ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsi cəlb edilməklə) qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınmasının və adına xüsusi mülkiyyətə dair çıxarışın verilməsinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3158/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(007)-6072/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(007)-5848/2016 saylı qətnaməsi ləğv edilmiş, həmin iş üzrə iddia təmin edilmiş, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunda ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 7 kv.metr olan 73 nömrəli təmir emalatxanasına dair İddiaçı adına xx.xx.2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında qeyriyaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış” etibarsız hesab edilmiş, X10 hüquqi varisi Cavabdeh2 vərəsəlik hüquqları təmin edilərək, ünvan 10 ünvanda yerləşən ümumi sahəsi 7 kv.metr olan 73 nömrəli təmir emalatxanasının 1/2 hissəsinə onun vərəsəlik payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-34/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3158/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1476/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 “İddiaçı atasına vurduğu maddi ziyana görə 10.000 manat, mənəvi ziyana görə 30.000 manat pul və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10786/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1476/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi iddiaçı X16 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-832/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən icarəyə verilmiş icarəçilər ünvan 11 ünvanında yerləşən 73 saylı Təmir Emalatxanasından çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9988/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-832/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1910/19 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi “İddiaçı tərəfindən icarəyə verilmiş icarəçilər ünvan 11 ünvanında yerləşən 73 saylı Təmir Emalatxanasından çıxarılsın” hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7182/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-832/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi “İddiaçı tərəfindən icarəyə verilmiş icarəçilər ünvan 11 ünvanında yerləşən 73 saylı Təmir Emalatxanasından çıxarılsın” hissəsində ləğv edilmiş, iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1475/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi iddiaçı X13 cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8687/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1475/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6107/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 2000 (iki min) manat məbləğində pul vəsaiti və 170 (yüz yetmiş) manat məbləğində faiz borcu tutularaq, X21 xeyrinə ödənilməsi, Cavabdeh1 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq, X21 və İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh1 üzərinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin, 99 saylı mənzilindən 2 (iki) ədəd qəhvəyi rəngli kreslo, 1 (bir) ədəd rəngli divan, 1 (bir) ədəd qəhvəyi rəngli güllü çarpayı, 1 (ədəd) boz rəngli “Supermax” markalı televizor, 1 (bir) ədəd boz rəngli “LG” markalı videomaqnitofon və kitabların götürülməsi vəzifəsi qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13846/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən qət edilmişdir ki: iddiaçı X21 apellyasiya şikayəti qismən təmin edilsin, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6107/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz pulun tutulması hissəsində dəyişdirilsin, Cavabdeh1 251 (iki yüz əlli bir manat) manat, 01 (bir) qəpik məbləğində faiz borcu tutularaq X21 xeyrinə ödənilsin, Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin, Qətnamə X21 apellyasiya şikayəti üzrə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5247/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, bina 9 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1/2 hissəsi və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsindən imtinaları (xx xxxx 2019-cu il tarixli, 1258 nömrəli məktubu (qərarı) və xx xxxx 2019-cu il tarixli, 1259 nömrəli məktubu (qərarı) əsas hesab edilsin, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu Cavabdeh4 İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, bina 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi həvalə edilmişdir. Kollegiya iddiaçının Cavabdeh7 qarşı qəsdən hərəkətsizliyi, varislərin axtarışına görə tədbirlərin görülməməsi, ünvan 12 ünvanında yerləşən mənzil üzrə X4 əmlakı üzrə X19 və X25 ilə əlbirliyi nəticəsində maddi ziyana görə 10000 manat və maddi ziyana görə 10000 manat, cavabdeh Hicran Haciyevaya qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 maddəsinin kobud pozulması ilə hüququ nəticələrə səbəb olduğundan maddi ziyana görə 10000 manat, mənəvi zərərə görə 10000 manat məbləğində, Cavabdeh4 ünvan 2 ünvanında yerləşən mənzil ilə bağlı Cavabdeh1 ilə əlbirlikdə dəfələrlə kobud pozuntuların hüquqi nəticələrə səbəb olduğundan maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 10000 manat, cavabdeh Xəlilov X3 və X17 qarşı əlbir olmaqla mirasqoyan T.A.Dadaşovun İsrail dövlətində ölümü ilə əlaqədar V-20 vərəsəlik işinin açılması zamanı beynəlxalq müqavilələrə müvafiq olmayan qəsdən kobud pozuntulara, bunun hüquqi nəticələrə səbəb olduğundan maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 10000 manat məbləğində, cavabdeh X24 qarşı ünvan 1 ünvanında yerləşən mənzil üzrə X4 mirasına münasibətdə varis İddiaçı gizlədilməsi, 2(005)-1880/2014, 2(009)-1083/2015 nömrəli mülki işlərdə saxtalaşdırması nəticəsində vurulan mənəvi ziyana görə 10000 manat, maddi ziyana görə 10000 manat məbləğində, Cavabdeh1 qarşı İddiaçı sağlamlığına ağır zərərin vurulmasına görə vurulan mənəvi zərərə görə 20000 manat, maddi zərərə görə 32000 manat məbləğində, X17 qarşı əmlak mübahisələri üzrə mülki işlərdə hüquqi nəticələrə səbəb olan saxtalaşdırmaya, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən külli miqdarda əmlak zərərinin vurulmasına, qabaqcadan əlbir olmaqla bir qrup şəxs tərəfindən İddiaçı sağlamlığına ağır zərərin vurulmasına görə mənəvi zərərin vurulmasına görə 20000 manat, maddi zərərin vurulmasına görə ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə görə hər 1 kv.m. 2000 manat olmaqla, ümumilikdə 32000 manat, ünvan 13 ünvanında yerləşən mənzil üzrə 1/2 hissəsinə görə 1 kv.m. 1700 manat hesablanmaqla, ümumilikdə 52000 manat məbləğində, ünvan 14 ünvanında yerləşən texniki sahə üzrə 1/2 paya görə 10000 manat məbləğində, X22 və Cavabdeh1 tərəfindən qəsdən zərərin vurulmasına görə daşınan xərclər, o cümlədən müalicə və tibbi preparatlara görə 8000 manat həcmində xərclərə görə cavabdehlər arasında bölünsün və hər birindən 4400 manat məbləğində pul vəsaitinin tutulması tələbləri bağlı kollegiya hesab edir ki, iddia tələbləri həmin hissələrdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Məcəlləsinin Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyükimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkətvə yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi halları müəyyən olunmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində yaranmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehlərin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulduğu öz təsdiqini tapmamışdır. Kollegiya iddiaçının X13 ləyaqətsiz vərəsə hesab edilməsi ilə bağlı iddia tələbinə qiymət verərək, hesab edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Göründüyü kimi, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsini tələb etmək hüququ bundan əmlak nəticələri əldə edən şəxsə məxsusdur. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 vərəsəlik hüququndan məhrum edilməsi nəticəsində faydalanan şəxs olmadığından, iddiaçının qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin mənmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Kollegiya İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin vasitəsilə bu sənədlərin olmasını təsdiq edən T.A.Dadaşovun ********* nömrəli İsrail dövlətinin şəxsiyyət vəsiqəsinin surəti, M.Cavabdeh2 ********* nömrəli İsrail dövlətinin şəxsiyyət vəsiqəsinin surəti, İsrail vətəndaşı T.A.Dadaşovanın ölümü haqqında tibbi rəy, Vərəsəlik orderi (Tsav Yeruşa) və ya vəsiyyətnamənin icrası üzrə orderin (X33) İddiaçı təqdim etmək öhdəliyinin Dadaşova Mayanın və Dadaşova Dinarənin üzərinə qoyulması, T.A.Dadaşov və M.Cavabdeh2 tərəfindən xx.xx.2017-ci il tarixində hansı əsasla və harada İsrail Dövlətinin vətəndaşlığını qəbul etmələri aydınlaşdırılması barədə tələbini araşdıraraq hesab edir ki, yuxarıda istinad edilən qanunvericiliyin müddəalarına əsasən iddiaçının belə bir tələblə müraciət etmək üçün subyektiv hüququ olmadığından, iddia tələbi təmin hissədə təmin edilməməlidir. Kollegiya iddiaçının ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 payı üzrə mülkiyyət hüququ barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən X13 adına verilən sənədin ləğv edilməsi, ünvan 15 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 payı üzrə mülkiyyət hüququ barədə Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən X13 adına verilən sənədin ləğv edilməsi ilə bağlı iddia tələbləri ilə bağlı qeyd edir ki, iddia tələbləri həmin hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələblərinin əsasını təşkil edən hallarla bağlı hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bitməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq kollegiya hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Kollegiya iddia tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsini rəhbər tutaraq ünvan 13 ünvanında yerləşən mənzil üzrə İddiaçı xx.xx.2002-ci il tarixində vəfat etmiş doğma bacısı X6 vərəsəi hesab edilməsi hissəsində iddianı əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Belə ki, mülki işin faktiki hallarında görünür ki, mərhum İddiaçı vərəsələrinin dairəsi və miras qalmış əmlak olan ünvan 13 ünvanında yerləşən mənzilə dair vərəsələrin payları səlahiyyətli məhkəmələr tərəfindən müəyyən edilmiş və müvafiq qətnamə və qərarlar qəbul edilmişdir. Bu qətnamələr hazırda qanuni qüvvəyə minmişdir və həmin qətnamələrlə müəyyən edilmiş halların mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisiyal əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun). Kollegiya iddiaçının Bakı şəhəri, Şaumyan rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1980-ci il tarixində verilmiş atalığın müəyyən edilməsi haqqında 300537 nömrəli şəhadətnaməni və xx.xx.2002-ci il tarixində vəfat etmiş xx.xx.1950-ci il təvəllüdlü X6 adına Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş arayışın ASAN Xidmət 4 Mərkəzinin xüsusi notariusu Cavabdeh4 tərəfindən V-551/2015 nömrəli xx.xx.2015-ci il tarixli, V-560/2015 nömrəli, xx.xx.2015-ci il tarixli vərəsəlik işlərinə daxil edilməsi funksiyasını Xətai rayon Məhkəməsinin öz üzərinə götürməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Kollegiya iddiaçının İddiaçı tərəfindən Cavabdeh1 verilən bütün etibarnamələrin ləğv edilməsinə əsasən Cavabdeh1 İddiaçı üzərinə ona təqdim edilmiş sənədlərin və mülki məhkəmələrin qərarlarının qaytarılması öhdəliyi qoyulması hissəsində iddianı əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iddiaçı Cavabdeh1 üzərinə ona təqdim edilmiş sənədlərin və mülki məhkəmələrin qərarlarının qaytarılması öhdəliyinin qoyulmasını xahiş etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. X18 bağışlanmış mənzilin 1/2 payının 35-ci DNK-nun xx.xx.2007-ci il tarixli 4-Ə-1-24 bağışlama müqaviləsinə əsasən T.A.Dadaşovun adından Dadaşova Dinarəyə mənzilin 1/2 payının bağışlanması, üç obyekt üzrə mülkiyyət hüququ üçün alınan bütün qanunsuz sədənlərin ləğv edilməsi hissəsində iddianı əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iddiaçı bağışlama müqaviləsinin ləğvini xahiş etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Digər tərəfdər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qanunverici müqaviləni ləğv etmək hüququnu tərəflərə vermişdir. İddiaçı, ləğvini xahiş etdiyi müqavilənin tərəfi deyildir. Kollegiya üç obyekt üzrə mülkiyyət hüququ üçün alınan bütün qanunsuz sədənlərin ləğv edilməsi hissəsində iddianı əsassız hesab edərək, qeyd edir ki, həmin əmlaklar (1.Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evin, 4 saylı mənzili; 2. ünvan 2; 3. ünvan 16 ünvanda yerləşən 73 saylı təmir emalatxanası) üzrə mülkiyyət hüquqları qüvvədə olan, mübahisələndirilməsinə yol verilməyən məhkəmə qətnamələrinə əsasən yaranmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-3241/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi apellyasiya baxışının predmetində qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3862/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3862/2021
07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver