Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3866/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçının vəkili X3, Maraqlarına toxunulan şəxs Maraqlı şəxs, vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 46 saylı Xüsusi Notariusuna qarşı “mirasın qəbulu müddətinin uzadılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mirasın qəbul edilməsi üçün müddət gecikdirilməsi üzrlü hesab edərək uzadılması və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək, miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmsının səbəbinin üzürlü hesab edilməsi və qəbul edilməsi üçün nüddətinin qətnamənin qüvvəyə mindiyi tarixdən başlayaraq 2 ay uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Maraqlarına toxunulan şəxs apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, maraqlı şəxs Elşən Ağatalıbov atasının vəfatından sonra anası xəstə olduğundan həmin bağ evini özü idarə etməyə başlamışdır. O, anasının vəfatından sonra da sözü gedən bağın idarə edilməsi ilə məşğul olmuş, faktiki olaraq anasından qalan mirası qəbul etmişdir. Orada təssərüfatla məşğul olmuş, ağaç və digər bitkilərə qulluq etmiş, orada təmir işləri aparmışdır. Bu kimi məqsədlərlə bağlı bağa qoruqçu və bağban da gətirmişdir. İddiaçının həmin bağ evini miras kimi faktiki qəbul edilməsi və bağ evinin idarə edilməsi ilə bağlı hər hansı bir hərəkəti olmamışdır. İddiaçı özünü savadsız kimi qələmə versə də, o təhsilini qırmızı diplom ilə başa vurmuşdur. Anası vəfat etdikdən sonra iddiaçının hamiləlik müddəti təxminən 2 ay olub ki, bu müddət onun mirasın faktiki və hüquqi qəbuluna maneçilik yaratmır. Əlil qardaşı üzərində nə qəyyumluğu, nə də patronajı müəyyən edilməmişdir, onun öz ailəsi vardır. İddiaçının anası yaşadığı dövrdə öz mülkiyyətinin bir hissəsini qızına bağışlasada, iddiaçı həmin əmlakı nə faktiki, nə də hüquqi olaraq qəbul etməmişdir. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunulan şəxs və vəkili qətnamənin ləğv edilməsini, şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili isə şikayətə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 76.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, maraqlarına toxunulan şəxsi dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, 236 nömrəli xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 vəfat etmişdir. xx.xx.2018ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən, Möhtərəm Ağatalıbova tam mülkiyyət üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin və ümumi sahəsi 73.3 kv/metr olan baş evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən, 0.12 ha torpaq sahəsindən ½ hissəsini, 73.3 kv/metr olan bağ evindən ½ hissəsini İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, yuxarda qeyd olunan ünvan İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İddiaçı qeyd olunan ünvanı idarə etmişdir. xx.xx.2014-cü il tarixli, DSMF-nin Səbail şöbəsi tərəfindən verilmiş 081209 nömrəli vəsiqədən görünür ki, 971-ci il təvəllüdlü X5 ümumi xəstə olmaqla 1-ci qrup əlildir. Vərəsə olaraq İddiaçı ərazi üzrə Bakı şəhəri 46 saylı Notariat ofisinin Dövlət Notariusuna müraciət etsədə, imtina cavabı almışdır. 46 saylı Notariat ofisinin Dövlət Notariusunun xx.xx.2019-cu il tarixli, X/1038 nömrəli məktubunda mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi məhkəmə tərəfindən üzürlü sayılarsa, uzadıla biləcəyi qeyd olunmuşdur. İddiaçı miras əmlaka faktiki sahibliyi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixli, 1641/19 saylı Sabunçu rayon Nardaran Bələdiyyəsinin arayışına əsasən İddiaçı mülkiyyətində olan Nardaran qəsəbəsi, 579A saylı bağ evinin ½ hissəsi üzrə anası Möhtərəm Ağatalıbova xx.xx.2018-ci ildə vəfat etdikdən sonra torpaq və əmlak vergilərini bütünlüklə İddiaçı Nardaran Bələdiyyəsinə ödəyir. Qeyd edilənlər, iddia ərizəsi, şahid ifadəsi, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi, ölüm haqqında şəhadətnamə, RX seriyalı ******* saylı Çıxarışın surəti, xx.xx.2014-cü il tarixli əllilik vəsiqəsi, Bakı şəhəri 46 saylı Notariat Kontorunun xx.xx.2019cu il tarixli məktubu, xx.xx.2019-cu il tarixli 1641/19 saylı arayış və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırkı iş üzrə isə İddiaçı miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmsının səbəbinin üzürlü hesab edilməsi məsələsinə baxıldığından Maraqlı şəxsnın bu icraat çərçivəsində onun tərəfindən miras əmlakın faktiki qəbulunu mübahisələndirmək və bu hala istinad etmək hüququ yoxdur. Həmçinin qarşılıqlı iddia da apelyasiya icraatında verilməmişdir. Ona görə də, Kollegiya, apelyasiya şikayətinin həmin dəlilləri üzrə hər hansı araşdırma aparmağa zərurət gürmür. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini bəyan etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Belə ki, Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul edir. Belə ki, işin mubahisəsiz hallarına əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin və ümumi sahəsi 73.3 kv/metr olan baş evinin, 0.12 ha torpaq sahəsindən ½ hissəsini, 73.3 kv/metr olan bağ evindən ½ hissəsini xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata almışdır. İddiaçı qeyd olunan ünvanı idarə etmiş, torpaq və əmlak vergilərini bütünlüklə Nardaran Bələdiyyəsinə ödəmişdir. Kollegiya bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı). İddiaçı tərəfindən müddətin üzürlü səbəbdən ötürülməsi iş materiallarından təsdiq olunur, belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında iştiak etmiş şahid X4 izahatında bildirmişdir ki, İddiaçı anasının vəfat edən zaman hamilə olmuş, hamiləlik müddətində səhhətində problemlər olduğundan dəfələrlə xəstəxanlara getmək məcburiyyətində qalmışdır. Onun qulluq etdiyi İ qrup əlil olan qardaşı insult keçirdikdən sonra ona daha çox qayğı və diqqət göstərmişdir. Bu səbəblərə görə miras əmlakın qəbul edilməsi üçün notariat kontoruna müaricət edə bilməmişdir. Həmçinin, qardaşının İ qrup əlil olması və xüsusi qayğıya ehtiyacı olması Maraqlı şəxs tərəfindən də təsdiq olunmuşdur. Bu işin mübahisəsiz halıdır. İddiaçı miras açıldığı gündən mirasla qalmış əmlakı idarə edərək faktiki qəbul etsədə, hamilə olduğundan, anasının yas mərasimini verdiyinə görə, İ qrup əlil olan qardaşına qulluq etdiyinə görə notariat kontoruna miras açıldığı gün müraciət etməmişdir. Qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və miras əmlakın qəbul edilməsi müddətinin həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 2 ay uzadılmasını məhəkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəyə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Kollegiya, miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmsının səbəbinin üzürlü hesab edilməməsi ilə bağlı cavabdehin apelyasiya şikayətinin dəlillərini əsassız sayır, ona görə ki, cavabdeh məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, Kollegiya yuxarıda göstərilənləri birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-482/2020 saylı iş üzrə xx xxxxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3866/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3866/2021
14.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver