Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3867/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-3318/2024 nömrəli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1.Hazırkı iş üzrə Nəsimi RM xx.xx.2024-cü il tarixli qətnamə qəbul edib. 2.Cavabdeh qətnamədən apellyasiya şikayəti verib (iş v. 57). Nəsimi RM-nin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, apellyasiya şikayəti geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, apellyasiya şikayəti verilməsi müddəti ötürülüb. 3.Bundan sonra, cavabdeh xx.xx.2024-cü il tarixli qərardaddan şikayət verib (iş v. 75). Eyni zamanda cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib (iş v. 72). Nəsimi RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, xx.xx.2024-cü il tarixli qərardaddan verilmiş şikayət geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, şikayət qanunla müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməyib, habelə əl imzası ilə imzalanıb. Qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəyə Nəsimi RM münasibət bildirməyib. 4.Bundan sonra, cavabdeh xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verib (iş v. 86). Eyni zamanda cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə yenidən ərizə verib (iş v. 85). Bununla yanaşı, cavabdeh həm də qətnamədən apellyasiya şikayəti verib (iş v. 98). Nəsimi RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin brpası barədə ərizə təmin edilməsin və qətnamədən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Cavabdehin xx.xx.2025-ci il tarixli qərardaddan verdiyi şikayətə Nəsimi RM münasibət bildirməyib. 5.Bundan sonra, cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə eyni məzmunlu ərizəni elektron sənəd dövriyyəsi (“EDMS” prorqam təminatı) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə göndərib (iş v. 116). Eyni zamanda, cavabdeh xx.xx.2024-cü il tarixli qərardaddan verdiyi şikayəti elektron sənəd dövriyyəsi (“EDMS” prorqam təminatı) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə göndərib (iş v. 119). Lakin həmin şikayətin məzmunu natamamdır. Bu sənədlər prosessual qanunvericiliyə əsasən, Bakı Apellyasiya Məhkəməsi Ümumi şöbəsinin məktubu ilə Nəsimi RM-nə göndərilib (iş v. 115). Birinci instansiya məhkəməsində icraat 6.Nəsimi RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, cavabdehin Nəsimi RM-nin xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi, “EDMS” proqram təminatı üzərindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş şikayət və prosessual müddətin bərpasına dair ərizə geri qaytarılsın. 7.Cavabdeh bu qərardaddan şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin. 8.Nəsimi RM şikayətə baxaraq onu təmin etməyib və şikayəti işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Şikayət təmin edilə bilməz, Nəsimi RM-nin xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 10.Belə ki, müddətin bərpası barədə ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə verilməli olduğu halda, bu qaydaya əməl edilməyib. Bundan başqa, Nəsimi Rayon Məhkəməsinin daha əvvəl qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla qərara alınıb ki, eyni məzmunlu prosessual müddətin bərpası barədə ərizə üzrə müddətin bərpasından imtina edilsin və apellyasiya şikayəti geri qaytarılsın. 11.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinin göstərişinə əsalanaraq hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəyə münasibətdə Nəsimi RM-nin gəldiyi nəticə düzgündür. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-3318/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3867/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3867/2025
20.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver