Məhkəmə qərarları › İş №2(103)-3869/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3869/2024

21.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3869/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(004)-103/2024 saylı qətnaməsindən cavabdeh Janashia Leila və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Rüstəmov Əliabbas Fəxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Janashia Leilaya qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 77 min ABŞ dolları məbləğində pulun, ödəniş gününə manata olan məzənnəsi ilə əsas borcun və 70 min manat dəyərində dəymiş maddi ( əldən çıxmış fayda və borcun əldə edilməsi ilə bağlı çəkilən xərclər nəzərə alınmaqla) və mənəvi zərərin, həmçinin 540 manat məbləğində ödənilmiş dövlət rüsumunun Gürcüstan vətəndaşı olan Janashia Leiladan alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, eyni zamanda Leila Janashianın əməlində cinayət faktları tam sübuta yetirildiyini nəzərə alarq xüsusi qərardad çıxarılmaslq prokurora xəbər verilməsi məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(004)-103/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən cavabdeh Janashia Leila və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apellyasiya şikayəti vermişlər. Mülki iş apellyasiya instansiyası məhkəməsində olarkən İddiaçı elektron kabinet vasiəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuş apellyasiya şikayətinin olduğu müəyyən olundu. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 31 may 2024-cü il tarixli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(004)-103/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verildiyindən, mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndəriməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Janashia Leilaya qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(004)-103/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verildiyi üçün, mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 31 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar