Məhkəmə qərarları › İş №2(103)-3874/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3874/2021

19.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3874/2021 19.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili Vəkil2, cavabdeh-iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “öhdəliyin lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına və iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş “qətnaməyə izah verilməsi barədə” icra məmurunun ərizəsinin rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2014-cü il tarixli qətnamə ilə qət olunub ki, Cavabdeh İddiaçı xeyrinə 66.140 manat pul tutulsun, İddiaçı tərəfindən mebel dəstləri Cavabdeh qaytarılsın, pulun tutulması və mebel dəstlərinin qaytarılması eyni zamanda icra olunsun. İcra məmuru xx.xx.2020-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, mebel dəstinin qaytarılması hissəsində qətnaməyə izah verilsin. İcra məmuru ərizəni belə əsaslandırıb ki, qaytarılmalı olan mebelə baxış zamanı Cavabdeh bildirib ki, mebeldən istifadə olunub və bəzi yerlərində bərpa işləri aparılıb, mebel əvvəlki halda qaytarıldığı təqdirdə pulu tam şəkildə ödəyəcək. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınıb ki, icra məmurunun ərizəsi rədd olunsun. Cavabdeh bu qərardaddan şikayət verərək xahiş etdib ki, qərardad ləğv edilsin və icra məmurunun ərizəsi təmin olunsun. Şikayət əsassızdır. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmə Plenumunun qərarının 14-cü bəndindən və “İcra haqqında” Qanunun 14.1-ci maddəsindən görünür ki, qətnaməyə izah verilməsinə əsas olan hallar bunlardır: 1) qətnamənin aydın olmaması; 2) qətnamənin dəqiq olmaması; 3) qətnamənin ziddiyyətli olması. Qaytarılmalı olan mebelin vəziyyətinə aid hissədə qətnamə aydın, dəqiq və ziddiyyətsizdir. Belə ki, qətnamədə mebelin hansı vəziyyətdə qaytarılmalı olması qət olunmayıb, bu isə o deməkdir ki, icra zamanı mebel faktiki olaraq hansı vəziyyətdədirsə həmin vəziyyətdə qaytarılmalıdır. Əgər mebel zədələnibsə, aşınıbsa və ya digər bu kimi hallar baş veribsə, Cavabdeh zərərin əvəzinin ödənilməsi üçün iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət edə və müvafiq subutları həmin iddiaya baxacaq məhkəməyə təqdim edə bilər. Beləliklə, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar