Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3880/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-128/2022 saylı işi üzrə 28.02.2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-128/2022 saylı işi üzrə 28.02.2022-ci il tarixli qətnaməsi ilə iddia cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə münasibətdə qismən təmin edilmiş, Sığorta ödənişi kimi 3167 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 11 manatı, cəmi 3178 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməsi, iddia Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə digər hissədə və digər cavabdehlərə münasibətdə tam şəkildə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 manatın 65 manatı İddiaçı, 35 manatı isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qətnamədən şikayət vermiş, 15 manat məbləğdə dövlət rüsumu ödənilməsinə dair qəbz iş materialına əlavə edilmişdir (iş səh.163, 175, 184). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunsa da, qanunla müəyyən edilmiş məbləğdə olmamışdır.Belə ki, apellyasiya şikayəti verilərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2.-ci maddəsinə uyğun olaraq iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti, birinci instansiya məhkəməsi tərəfindən, qaytarılır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.7, 361-366, 397.2, 402-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-128/2022 saylı işi üzrə 28.02.2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3880/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3880/2022
26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver