Məhkəmə qərarları › İş №2(103)-3887/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3887/2025

01.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3887/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Məmməd oğlunun sədrliyi və məruzəsilə, X4 və X3 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mülkiyyətə qanunsuz müdaxilənin aradan qaldırılması, dəymiş ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evinə getməsi, daxil olması və istifadəsi üçün yaradılmış maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması və iddiaçı tərəfindən bu zamana kimi maneələrin aradan qaldırılması üçün çəkdiyi xərcin, yəni cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin - 4400 (dörd min dörd yüz) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddiaçı X11 və Tarixi X1i təmsilçisi Cavabdeh İddiaçı Oktay oğluna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı ərazi İdarəsi olmaqla qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı Oktay oğlunun adına verilmiş 4455H nömrəli bağ evinin alqı-satqı müqaviləsinin və ona aid çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2369/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə X11 və Tarixi X1i təmsilçisi Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılması qərara alınmışdır. Bundan sonra Cavabdeh xx.xx.2025-ci il tarixində şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2369/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ləğv edib, qarşıqlıqlı iddia tələbinin icraata götürülməsini xahiş etmişdir Həmin şikayət və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2369/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bu qərardad qəbul edilərkən həm maddi, həm də prosessual hüquq normaları pozulmuşdur. Ona görə də hesab edir ki, işin halları yenidən araşdırılmalı və bu şikayətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Belə ki, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi 12 mart 2025-ci il tarixli, 2(008)-2369/2025 saylı qərardadı ilə geri qaytarılmışdır. 12 mart 2025-ci il tarixli, 2(008)-2369/2025 saylı qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsnə şikayət verilməsi nəzərdə tutulub. Qeyd olunan qərardaddan elektron kabinet vasitəsilə şikayət vermək (fors-major halda) qeyri mümkün olduğu üçün, yəni elektron kabinetin xx.xx.2025-ci il tarixə qədər ona məlum olmayan səbəblərdən bloklandığı üçün, o, ancaq şəxsi elektron kabineti xx.xx.2025-ci il tarixdə Asan xidmət vasitəsilə bərpa edə bilmişdir. Müddətin ötürülməməsi üçün Sabunçu Rayon Məhkəməsinə Azər poçt vasitəsi ilə şikayəti göndərmiş və bununla da şikayətinin xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sisteminə yüklənilməsi Sabunçu Rayon Məhkəməsi tərəfindən təmin olunmuşdur. Amma nədənsə bu hal nəzərə alınmamışdır. Elektron məhkəmə sistemində apellyasiya şikayətinin yüklənməsi açıq-aydın görünür. Şikayət vermək müddəti də ötürülməyib. Məhkəmə aktından şikayət vermək hər kəsin hüququdur. Sabunçu Rayon Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh apellyasiya şikayətini elektron formada sistemə yükləməyib. Məhkəmələr iddiaçıya və cavabdehə hüquqi yardım göstərməlidir. Ona hüquqi yardım görmək əvəzinə, verdiyi şikayət qərardadla geri qaytarılmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 07 may 2025-ci il tarixli 2(008)-432/2025 saylı qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklik edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. MPM-ə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2). Apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.5). Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. İşdən göründüyü kimi, iş materiallarına cavabdeh tərəfindən verilmiş şikayət (şikayət ərizəsi) əlavə olunmuşdur. Həmin şikayət elektron qaydada verilməmiş və müəyyən olunan tələblərə əməl edilməmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillər qərardadın ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, şikayət bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada verilmədiyindən birinci istansiya məhkəməsi tərəfindən şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması düzgün olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar