Məhkəmə qərarları › İş №2(103)-3891/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3891/2024

27.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3891/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Axundova Günay Təyar qızından ibarət tərkibdə, ərizəçi İddiaçı, Maraqlı şəxs və onun vəkili və nümayəndəsi Vəkil Salman qızının iştirakı ilə, ərizəçi İddiaçı Sabunçu Rayon Polis İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “vəzifəli şəxsin hərəkətlərindən şikayətə” dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2004-cü il tarixli, 2-929/2004 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Səfərov X1 Rayon Polis İdarəsini maraqlı şəxs qismində cəlb etməklə “vəzifəli şəxsin hərəkətlərindən şikayət”ə dair ərizə ilə məhkəməyə müaciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2004-cü il tarixli, 2-929/2004 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli, 2-929/2004 saylı qərardadı ərizə təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2004-cü il tarixli, 2-929/2004 saylı qətnaməsindən Maraqlı şəxs apellyasiya şikayəti vermə müddətinin buraxılması səbəbləri üzrlü hesab edilərək bərpa edilməsi, xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 5 iyun 2024-cü il tarixli 2(103)-3891/2024 saylı qərardadı ilə işə apellyasiya qaydasında baxılması mümkün hesab olunmuşdur. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, həmin evin tikildiyi torpaq sahəsi 1960-cı ildə alınmışdır. Həmin torpaq sahəsinin üzərində ev tikmişlər. 2016-cı il tarixində seçki zamanı seçki məntəqəsinə getdilər. Seçki məntəqəsində evdə 9 nəfərin qeydiyyatda olduğunu gördülər. Bununla bağlı müvafiq qurumlara müraciət etdilər. Daha sonra şəxslərin qeydiyyatdan çıxarılması üçün inzibati məhkəməyə müraciət etdilər. İnzibati məhkəmə həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul etdi. Qarşı tərəfin evi ilə onun evinin arasında ən az 1 km-ə qədər məsafə var. Hazırda ünvanı İsrayıl Cəfərzadə 17 kimi qeyd edilib. Evlər arasında məsafə var. Daşınmaz Əmlakın reyestri və Kadastrı Publik hüquqi şəxsinə ünvanın dəqiqləşdirilməsi ilə əlaqədar müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən mraqlı şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, qarşı tərəfin evi özbaşına tikilidir. Evin çıxarışı yoxdur. Qəsəbə sovetinin verdiyi arayış vasitəsilə ünvan verilmişdir. Qarşı tərəfə səhv ünvan verilmişdir. Həmin ünvanı da ünvan vermək səlahiyyətinə malik olmayan orqan tərəfindən verilib. Hazırki ünvana bu səbəblə məcbur olduğu üçün qeydiyyata düşüb. Hal-hazırda Anaşkin küçəsinin adı dəyişmişdir. Qarşı tərəf qeydiyyatdan çıxarıldığı dövrdə xaricdə olmuşdur. Qayıtdıqdan sonra qeydiyyatdan çıxarıldığını öyrənib. İnzibati məhkəmənin qərarından apellyasiya şikayəti verib. Həmin vaxt Sabunçu Rayon Məhkəməsinin qətnaməsi olduğu məlum olub. Bu əsas götülərək inzibati məhkəmənin qərarı ləğv edilib. Bunun bağlı kassasiya şikayəti də vermişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş edərək qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ona ünvan verilmiş və o da həmin ünvana qeydiyyata düşmüşdür. O, həmin ünvan üzrə 2004-cü il tarixində qeydiyyata alınmışdır. Evlər biri-birindən uzaqdır, ayrı-ayrı evlərdir, ayrı-ayrı küçələrdir. Hazırda Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində qeydiyyatdadır, həmin ev anasıgilə məxsusdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs Sabunçu Rayon Polis İdarəsi məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə həmin tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi Maraqlı şəxs hazırki iş üzrə tərəf olmamasına baxmayaraq, mübahisələndirilən qətnamənin onun maraqlarına toxunub-toxunmaması məsələsini araşdırmadan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2004-cü il tarixli, 2-929/2004 nömrəli qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayətini mümkün saymaqla apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraatı üzrə prosessual qayda, MPM-nin 357.1-ci maddəsində göstərilən şəxslərin şikayətlərindən fərqli formada müəyyən edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə, məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi işdə iştirak etməyən şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti daxil olduqda, ilk addım qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını müəyyən etməkdən ibarətdir. Birinci instansiya məhkəməsi bu məsələni araşdırmalı, həmçinin apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalıdır. Qəbul edilən qətnamənin şikayət verənin hüquq və vəzifələrinə toxunması müəyyən edilərsə və apellyasiya şikayəti MPM-in tələblərinə uyğundursa, bu barədə qərardad qəbul edilməli və apellyasiya şikayəti işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Lakin iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən bu qaydaya riayət olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə apellyasiya şikayətinin mümkün sayılması barədə qərardad qəbul edilsə də, işə baxılan zaman Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2004-cü il tarixli, 2-929/2004 nömrəli qətnaməsi ilə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması halının mövcudluğu aşkar edilmədiyindən işə apellyasiya qaydasında baxılmasının mümkün sayılması barədə 5 iyun 2024-cü il tarixli qərardadın ləğv edilməsi qərara alınmışdır. Belə ki, işə baxılan zaman müəyyən edilmişdir ki, Maraqlı şəxs evi ilə ərizəçi İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2004-cü il tarixli, 2-929/2004 nömrəli qətnaməsi ilə qeydiyyata alındığı və yaşadığı ev başqa-başqa tikililərdir, həmin evlərin arasında 440-450 metr məsafə vardır. Bu hal Maraqlı şəxs ilə ərizəçi İddiaçı tərəfindən təsdiq edilmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi MK-nın 5 iyun 2024-cü il tarixli qərardadı ləğv edilməklə verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2024-cü il tarixli, 2-929/2004 nömrəli qətnaməsinin Maraqlı şəxs maraqlarına toxunub-toxunmaması məsələsinin yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla həlli məqsədilə müvafiq prosessual hərəkətlərin edilməsi üçün tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 364.2, 366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi MK-nın 5 iyun 2024-cü il tarixli qərardadı ləğv edilməklə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2024-cü il tarixli, 2-929/2004 nömrəli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 5 may 2024-cü il tarixli, 2-929/2004 nömrəli qətnaməsinin Maraqlı şəxs maraqlarına toxunub-toxunmaması məsələsinin yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla həlli məqsədilə müvafiq prosessual hərəkətlərin edilməsi üçün işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar