Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3893/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri 9 saylı notariat kontoru, Şahid1, Şahid2, Şahid3 və Şahid4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri 9 saylı notariat kontoru, Şahid1, Şahid2, Şahid3 və Şahid4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “ərizənin və müqavilələrin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında qeydin ləğv edilməsi” tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-370/2025 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında yеrləşən 0,83507 ha ölçüdə tоrpaq sahəsinin və üzərində olan 1.440,8 kv.m ölçüdə qeyri-yaşayış binasının 51/100 hissəsi üzərində Hüsеynоv Tоfiq Əli оğlunun, 19/100 hissəsi üzərində Hüsеynоv Aydın Əli оğlunun, 10/100 hissəsi üzərində Hüsеynli Məharət Ədalət оğlunun, 10/100 hissəsi üzərində Salah-zadə Aslan Zahir оğlunun, 10/100 hissəsi üzərində Həmidоv Ömərəddin Cəlaləddin оğlunun mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qеydiyyata alınmışdır. xx.xx.2015-ci il tariхdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Hüsеynli Maharət Ədalət оğlu, Salah-zadə Aslan Zahir оğlu və Həmidоv Ömərəddin Cəlaləddin оğlu ayrı-ayrılıqda həmin torpaq sahəsindəki 10/100 hissədən ibarət paylarını Hüsеynоv Aydın Əli оğluna bağışlamışlar. xx.xx.2015-ci il tariхli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Hüsеynоv Tоfiq Əli оğlu həmin torpaq sahəsinin mülkiyyətində olan 51/100 hissədən ibarət payının 1/100 hissəni Hüsеynоv Aydın Əli оğluna bağışlamışdır. Nəticədə, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor kücəsi, 11 ünvanında yerləşən 0,83507 ha torpaq sahəsi və onun üzərində olan 1.440,8 kv.m qeyri-yaşayış binasının ½ hissəsi üzərində İddiaçı1 və ½ hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçı1 xx.xx.2012-ci il tariхli еtibarnamə ilə harada yеrləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, almağı, satmağı, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müdəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlanmağı, bağlanan əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, pul əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmə qərarından şikayət verilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Şahid1 etibar etmişdir. 10 il müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olan bu etibarnamə üzrə səlahiyyətlərin başqa şəхsə vеrilməsinin mümkün olduğu göstərilmişdir. Еtibarnaməni İddiaçı1 şəхsən imzalamışdır
3. İddiaçı1 adından səlahiyyətləri ötürülmüş Şahid1 xx.xx.2018-ci il tarixdə İddiaçı1 adından оnu bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası sənədləri almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, həmçinin, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmə qərarından, inzibati qərardan şikayət verməyi, həmçinin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Şahid2 etibar etmişdir. 3 il müddətinə verilmiş və xx.xx.2021-ci il tarixədək qüvvədə olan bu etibarnamə üzrə səlahiyyətlərin başqa şəхsə vеrilməsinin mümkün olduğu göstərilmişdir. Еtibarnaməni İddiaçı1 adından оnun vеrdiyi еtibarnamə əsasında Şahid1 imzalamışdır.
4. İddiaçı1 adından səlahiyyətləri ötürülmüş Şahid2 xx.xx.2018-ci il tarixdə İddiaçı1 adından оnu bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası sənədləri almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, həmçinin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri Şahid3 etibar etmişdir. Еtibarnamədə səlahiyyətlərin başqa şəхsə vеrilməsinin mümkün olduğu göstərilmişdir. Еtibarnamə 2 il 11 ay 29 gün müddətinə vеrilmiş və onu İddiaçı1 adından оnun vеrdiyi еtibarnamə əsasında hərəkət еdən nümayəndəsi Şahid2 imzalamışdır.
5. İddiaçı1 adından səlahiyyətləri ötürülmüş Şahid3 xx.xx.2018-ci il tarixdə yuxarıda göstərilən eyni səlahiyyətləri 2 il 11 ay 19 gün müddətinə Hüsеynоv Hafiz İslam оğluna etibar etmişdir. Еtibarnamədə səlahiyyətlərin başqa şəхsə vеrilməsinin mümkün olduğu göstərilmişdir.
6. Həmin etibarnamə əsasında Hüsеynоv Hafiz İslam оğlu xx.xx.2018-ci il tarixdə İddiaçı1 adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 11 ünvanında yerləşən qeyri-yaşayış binasının bölünməsinə, mülkiyyətində olan 3651 kv.m torpaq sahəsinin tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına, yerdə qalan 4699,6 kv.m torpaq sahəsinin və 1440,8 kv.m qeyri-yaşayış binasının ½ paylı mülkiyyət hüququ ilə Cavabdeh1 və İddiaçı1 adına rəsmiləşdirilməsinə etiraz etməmiş, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını, bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir.
7. Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 11 ünvanında yerləşən ümumi sahəsi - 1440.8 kv.m. olan yerləşən qeyri-yaşayış binası və ümumi sahəsi 0.46996 ha olan torpaq sahəsi üzərində Cavabdeh1 (1/2 hissə) və İddiaçı1 (1/2 hissə) mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Yerdə qalan 0,3651 ha torpaq sahəsi üzərində bölgü eskizinə əsasən Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, bundan sonra xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 xeyrinə özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir (1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubu).
8. Aralarında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən Cavabdeh1 ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 1440,8 kv.m olan qeyri-yaşayış binasının və ümumi sahəsi 0,46996 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini (720,4 və 0,23498 ha) Cavabdeh3 mülkiyyətinə vermişdir.
9. Aralarında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən Cavabdeh3 ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 1440,8 kv.m olan qeyri-yaşayış binasının və ümumi sahəsi 0,46996 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini Cavabdeh4 mülkiyyətinə vermişdir. Birinci instansiya məhkəməsindəki birinci icraat
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri 9 saylı notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia, sonradan Cavabdeh3 və Cavabdeh4 da cavabdeh qismində müəyyən etməklə iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 1) Şahid4 ünvan 3 ünvanda yerləşən mülkiyyətində olan 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına rəsmləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda adından vermiş olduğu xx.xx.2018-ci il tarixli ərizənin, həmin ərizə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXdə 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və bu qeydiyyat əsasında Cavabdeh1 adına 0,3651 kv.m torpaq sahəsinin qeydiyyatına dair verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə qızı X12 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh3 ilə həyat yoldaşı Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh4 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçılar tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına uyğun əsaslandırmış, o cümlədən qeyd edilmişdir ki, paylı mülkiyyətdə olan torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi barədə hər hansı fikir və niyyət olmamış, vəkil Şahid2 etibarnamə məhkəmədə təmsil olunmaq və çıxış etmək məqsədi ilə verilmişdir. Paylı mülkiyyətdə olan torpaq sahəsi hər hansı müqavilə bağlanmadan və birgə nikah dövründə əldə edilmiş əmlak olmasına baxmayaraq, razılıq alınmadan mülki qanunvericiliyin tələblərinə zidd olaraq Cavabdeh1 mülkiyyətinə keçmişdir.
12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ayrı-ayrılıqda məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq ərizəni işin faktiki hallarına uyğun əsaslandırmış və iddia əsassız olduğundan, habelə iddia müddəti ötürüldüyündən iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər.
13. Bundan sonra Şahid1, Şahid2, Şahid3 və Şahid4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdirlər.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 370/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şahid4 ünvan 2 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan 0.3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda İddiaçı1 adından verilmiş xx.xx.2018ci il tarixli ərizənin və həmin ərizə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 0.3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, bu qeydiyyat əsasında Cavabdeh1 adına 0.3651 kv.m torpaq sahəsinin qeydiyyatına dair verilmiş ƏMDX DƏDKR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 verilmiş ƏMDX DƏDKR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh4 verilmiş ƏMDX DƏDKR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddianın İddiaçı2 münasibətdə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət olunmuşdur. (hakim X7).
15. Məhkəmə ilk növbədə iddiaçı Hüsеynоv Tоfiq Əli оğlunun adından Şahid1 оğlu tərəfindən xx.xx.2018-ci il tarixdə vəkil Şahid2 etibarnamə verilməsinin оnun iradə ifadəsi оlub-оlmamasına qiymət vеrərək hеsab еtmişdir ki, sоnuncuya səlahiyyətlər ötürülməsinin həmçinin də məhz mülkiyyətdə оlan əmlakın üzərində sərəncam vеrilməsi ilə bağlı оlması kimi hallar araşdırma zamanı müəyyən еdilməmiş, öz təsdiqini tapmamışdır. Bеlə ki, işin matеriallarından görünür ki, İddiaçı1 adından səlahiyyətləri ötürülmüş Şahid1 Şahid2 xx.xx.2018-ci il tarixdə еtibarnamə vеrdikdən 1 gün sоnra sоnuncu da bu səlahiyyətləri Şahid3 ötürmüş, sоnuncu da 10 gün sоnra xx.xx.2018-ci il tarixdə bu səlahiyyətləri Hüsеynоv Hafiz İslam оğluna ötürmüşdür. Məhkəmə İddiaçı1 adından səlahiyyətli оlmuş bacısı оğlu Şahid1 vəkil хidmətlərinə görə Şahid2 xx.xx.2018-ci il tarixdə еtibarnamə vеrdikdən sоnra həyata kеçirilmiş digər səlahiyyət ötürmələrindən məlumatlı və хəbərdar оlmamasına dair dəlillərini inandırıcı saymış və hеsab еtmişdir ki, mülkiyyəti ilə bağlı digər paylı mülkiyyətçi оlan qardaşı ilə hər hansı razılaşma оlduğu təqdirdə razılaşdırılmış sənədin yazılmasını, imzalanmasını özü, özünün imkanı оlmadığı halda isə nümayəndəsi, tərəflərin hər ikisinin bacısı оğlu Şahid1 vasitəsilə həyata kеçirilməsinə hеç bir manеə оlmamışdır. Məhkəmə bu qənaətə gələrkən cavabdеh tərəfin iddiaçı Hüsеynоv Tоfiq Əli оğlunun tоrpaq sahəsinin оnun adına rəsmiləşdirilməsi ilə bağlı razılşmalarının оlmasına və ən əsası iddiaçı tərəfin dəlillərini təkzib еdə biləcək mötəbər sübutların təqdim еdilməməsinə əsaslanmışdır.
16. Məhkəmə, hеsab еtmişdir ki, cavabdеh tərəfin istinad еtdikləri bütövlükdə mübahisəli daşınmaz əmlakın vaхtilə Hüsеynоv Aydın Əli оğlu tərəfindən, lakin qaynı Əliyеv Еlman Məzahim оğlunun adına özgəninkiləşdirilməsi və sоnradan da məhz Hüsеynоv Aydın Əli оğlunun göstərişi üzrə Əliyеv Еlman Məzahim оğlu tərəfindən оnun kürəkənlərinin adlarına müvafiq hissələrdə bağışlanması hallarının mövcudluğu bеlə mübahisəli 0,3651 ha tоrpaq sahəsinin isə Aydın və Tоfiq Hüsеynоv qardaşlarının qarşılıqlı razılığı əsasında Aydın Hüsеynоvun adına kеçirilməsinin təsdiqinin sübutu kimi qiymələndirilməsi üçün əsas yaratmır. Bеlə ki, Tоfiq Hüsеynоvun əvvəl və hazırda cavabdеh оlan qardaşı ilə aralarında оlan münasibətlərin hansı fоrmada asılı оlubоlmamasından asılı оlmayaraq оnun nümayəndəsi vasitəsilə öz mülkiyyəti ilə bağlı sərəncam vеrmək niyyətinin оlması işin araşdırılmış halları ilə təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hеsab еtmişdir ki, cavabdеh tərəf Şahid4 ünvan 2 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda İddiaçı1 adından verilmiş xx.xx.2018ci il tarixli ərizənin sоnuncu ilə razılaşdırılmasını və bunun оnun iradə ifadəsi оlmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bu faktın təsdiqi ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.
17. Məhkəmə, həmçinin, qеyd еtmişdir ki, Nərimanоv rayоn Pоlis İdarəsində aparılan araşdırma üzrə qəbul еdilmiş qərarın məzmununda göstərilənlər də hazırki iş üzrə sübut əhəmiyyəti daşımır. Bеlə ki, araşdırma Hüsеynоv Aydın Əli оğlunun və digərlərinin əməllərində Azərbaycan Rеspublikasının CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərin оlub-оlmaması istiqamətində aparılmış, sоnda Hüsеynоv Tоfiq Əli оğluna qardaşı ilə aralarında yaranmış mübahisənin həll еdilməsi üçün mülki qaydada məhkəməyə müraciət еtmək hüququ izah еdilmişdir. Əksinə, iddiaçı tərəfin Şahid4 ünvan 2 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda İddiaçı1 adından verilmiş xx.xx.2018ci il tarixli ərizə vеrməsinin оnun iradə ifadəsi оlmamasına dair dəlilləri daha inandırıcı və mötəbər оlmuşdur.
18. Məhkəmə qeyd etmişdir ki, ərizə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 0.3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyatı da özlüyündə qanunsuz оlmuşdur. Bеlə ki, qеyd еdilən məzmunlu ərizə daşınmaz əmlak üzərində hüquqların dövlət qеydiyyatı üçün əsas kimi Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində (Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar) nəzərdə tutulmamışdır. Bеləliklə də, məhkəmə hеsab еtmişdir ki, cavabdеh tərəf hüquqdan suiistifadə yоlu iddiaçının mülkiyyəti оlan 0,417535 ha torpaq sahəsi üzərində iradə ifadəsi, razılığı və хəbəri оlmadan rəsmiləşdirmə işləri apaqmaqla оnun mülkiyyət hüquqlarını kоbudcasına pоzmuşlar. Məhkəmə həmçinin Cavabdeh1 ilə qızı Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il və bu əqddən 17 gün sоnra sоnuncu ilə kürəkəni Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin də öz-özlüyündə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına və həmin hüquqların bərpa olunmasına maneələr yaratmağa cəhd kimi qiymətləndirilməli оlmasına dair iddiaçı tərəfin dəlilləri ilə razılaşmış və hеsab еtmişdir ki, bu əqdlər ilk baхışdan mülki qanunvеriciliyin tələbləri baхımından düzgün rəsmiləşdirilməsi müşahidə оlunsa da, mahiyyətində əsil niyyətin nədən ibarət оlması aşkar görünür.
19. Məhkəmə cavabdеh tərəfin iddia müddəti ilə bağlı dəlillərinə qiymət vеrərək hеsab еtmişdir ki, iddia tələbləri üzrə hallar, yəni, ünvan 3 ünvanda yerləşən mülkiyyətində olan 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına rəsmləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda adından vermiş olduğu xx.xx.2018-ci il tarixli ərizənin, həmin ərizə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-da 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyatla bağlı məlumatları оlan andan iddia qaldırılmış və məhkəmə prosesslərinin gedişatı zamanı ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən verilmiş sorğuya cavab əsasında Cavabdeh1 torpaq sahəsini xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nə əsasən qızı Cavabdeh3, sоnuncunun isə atası tərəfindən ona hədiyyə edilən torpaq sahəsini xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nə əsasən həyat yoldaşı Cavabdeh4 əvəzsiz olaraq hədiyyə etməsi barədə məlumatlı оlmuşlar. Digər tərəfdən, qanunvericiliklə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsi müəyyən edilmişdir və hazırki tələb iddia müddəti ilə məhdudlaşdırılmamışdır.
20. Məhkəmə iddia tələbini İddiaçı2 münasibətdə əsaslı hesab etməyərək bildirmişdir ki, mübahisəli tоrpaq sahəsi Hüsеynоv Tоfiq Əli оğlunun mülkiyyətində əvəzsiz əqd (bağışlama) üzrə kеçmiş və Azərbaycan Rеspublikasının Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baхımından iddiaçıların birgə nikah dövrundə əldə еtdikləri əmlak dеyil, Tоfiq Hüsеynоvun şəхsi əmlakı kimi qiymətləndirildiyindən həmin əmlakla bağlı rəsmiləşdirmələr zamanı İddiaçı2 razılığının оlması mütləq dеyildir. Məhkəmə İddiaçı2 hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığından ona münasibətdə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Rеspublikasının Kоnstitusiyasının 13-cü, 29-cu, Mülki Məcəllənin 5.3-cü, 6.2-ci, 16.1-ci, 324.1-ci, 324.5-ci, 337.1-ci, 337.2-ci, 339.1ci, 359.1-ci, 359.3-cü, 362.1-ci, 425.1-ci, 560.1-ci, 560.2-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 107-ci, 119.1-ci, 124.1-ci, 217-218-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ayrı-ayrılıqda bu qətnamədən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdilər.
23. Cavabdehlər apellyasiya şikayətlərini eyni məzmunda əsaslandırmış və qeyd etmişdirlər ki, əvvəla, vəkil xidmətlərinə görə vəkilə etibarnamə verilərkən, əlavə olaraq mülkiyyətdə olan əmlakın üzərində sərəncam verilməsi ilə bağlı səlahiyyətlər, yalnız vəkil xidmətləri (məsələn məhkəmədə hüquqların müdafiəsi, yaxud şahidin məhkəmədə dindirilməsi zamanı onun müşayiət edilməsi) göstərəcək vəkilə verilmir. Bu faktı həm də o hal təsdiq edir ki, vəkillərə nümayəndə olaraq verilən etibarnamələr bütün notariat kontorlarında standart məzmunda, nümunəvi formada olur və belə etibarnamələr də məhz həmin məzmunda, nümunəvi formada verilir və təsdiq olunur. Əgər nümayəndə kimi çıxış edəcək vəkilə, əlavə olaraq başqa səlahiyyətlər də verilmirsə, qeyd edilən bütün notariat kontorlarında standart məzmunda, nümunəvi formada olan etibarnaməyə hər hansı əlavə söz və ya cümlə, yaxud səlahiyyət əlavə olunmur. İkincisi, mülki işdə olan İddiaçı1 tərəf olduğu müxtəlif tarixlərdə və müxtəlif məzmunlarda bağlanmış bütün əqdlərdən görünür ki, həmin əqdlər bağlanarkən İddiaçı1 məhz bacısı oğlu Şahid1 təmsil etmişdir. Mülki işdə olan xx.xx.2012-ci il tarixli, 7-E-51/37006 reyestr nömrəli etibarnamədən görünür ki, Şahid1 İddiaçı1 2012-ci ildən etibarnamə üzrə nümayəndəsi olmuşdur. Həmçinin həmin etibarnamədən görünür ki, həmin etibarnamə ilə təkcə mülkiyyətdə olan əmlakla bağlı deyil, həm də məhkəmədə hüquqların müdafiəsi ilə bağlı səlahiyyətlər verilmişdir. Məhkəmə Şahid1 həmin etibarnəmə əsasında vəkil Şahid2 təkcə vəkil xidmətlərinin göstərilməsi ilə bağlı deyil, həm də əlavə olaraq mülkiyyətdə olan əmlakın üzərində sərəncam verilməsi ilə bağlı səlahiyyətlər ötürməsi halına düzgün hüquqi qiymət verməmişdir. Digər tərəfdən İddiaçı1, bacısı oğlu Şahid1 onun adından vəkil Şahid2, sonuncunun İddiaçı1 məhkəmədə şahid qismində dindirilərkən vəkili (nümayəndəsi) olaraq müşayiət etməsi üçün etibarnamə verdiyini bildiyi işin mübahisəsiz halıdır. İş materiallarında olan cinayət işinin rədd materiallarından məlum olur ki, nə İddiaçı1, nə də bacı oğlu Şahid1 Cavabdeh1 etibar etməmişlər. Digər tərəfdən Şahid1 uzun illər etibarnamə üzrə İddiaçı1 bir çox dövlət təşkilatlarında təmsil etdiyindən, bir çox əqdləri onun adından bağladığından, o cümlədən vəkil Şahid2 verilən etibarnaməni də şəxsən özü imzaladığından çox gözəl bilməli idi ki, İddiaçı1 adından verilmiş etibarnaməni Cavabdeh1 ləğv edə bilməzdi. Şahid1 izahatından görünür ki, vəkil Şahid2 etibarnamə verilərkən İddiaçı1 razılığı alınmışdır. Cavabdeh1, Cavabdeh4 izahatlarından görünür ki, Aydın İddiaçı1 Hüseynovla görüşlərindən birində razılaşmışlar ki, mübahisəli toraq sahəsinin İddiaçı1 adına səhvən rəsmiləşdirilmiş artıq hissəsi Cavabdeh1 adına geri rəsmiləşdirilsin (qaytarılsın). Vəkil Şahid2 verilmiş etibarnamədə təkcə vəkil xidmətlərinin göstərilməsi üzrə deyil, həm də mülkiyyətdə olan əmlaka dair əqdlər bağlamaq səlahiyyətinin verilməsi və etibarnamədə, həmin etibarnamədə nəzərdə tutulmuş səlahiyyətlərin başqa şəxsə etibar edilə bilməsinin də nəzərdə tutulması, Şahid1 və İddiaçı1 izahatlarının deyil, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 izahatlarının daha səmimi olduğunu təsdiq edir. Həmçinin vəkil Şahid2 həm istinatq orqanına, həm də məhkəməyə verdiyi izahatlarından görünür ki, o, etibarnamə üzrə səlahiyyətləri Şahid3 ötürməmişdən əvvəl İddiaçı1 bu barədə xəbərdar etmiş və yalnız sonuncunun razılığını aldıqdan sonra Şahid3 verilən etibarnaməni imzalamışdır. Digər tərəfdən mülki işdə olan sözügedən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərdə Cavabdeh1 və digər şəxslərin əməllərində cinayət tərkibi olmamışdır. Bu isə o deməkdir ki, verilmiş etibarnamələr və həmin etibarnamələr əsasında edilmiş hərəkətlər qanunauyğun olmuşdur. İddiaçı1 mülkiyyətində təkcə mübahisəli torpaq sahəsi deyil, onlarla başqa və daha qiymətli əmlaklar olmuşdur və hazırda da vardır. Burdan isə o nəticə çıxır ki, əgər Cavabdeh1 niyyəti İddiaçı1 məxsus hansısa əmlakı qanunsuz olaraq öz mülkiyyətinə keçirmək olmuşdursa, onda o, başqa əmlakları da həmin etibarnamə əsasında asanlıqla öz mülkiyyətinə keçirə bilərdi, keçirməli idİ. Digər tərəfdən mülki işdən görünür ki, bağışlanmalı olan hissə də mübahisəli əmlakın yarısı deyil, 30-35 %-i olmuş, lakin yanlış olaraq yarısı bağışlanılmışdır. Belə ki, mülki işdə olan Cavabdeh1la İddiaçı1 arasında digər şəxslərin iştirakı ilə də imzalanmış saxta yazılı formada tərtib olunmuş sənəddən görünür ki, mübahisəli əmlakın yalnız 35 %hissəsi İddiaçı1 adına keçirilməli imiş. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 bildirdiklərinə görə İddiaçı1 ilə Cavabdeh1 arasında mübahisəli torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsi (geri qaytarılması) ilə bağlı razılaşmaları olmuşdur. Əks təqdirdə İddiaçı1 bacısı oğlu Rövşən Vəliev vasitəsilə Cavabdeh1 təqdim etdiyi vəkilə, həm də əmlakı ilə bağlı əqdlər bağlamaq səlahiyyətini verməzdi. Çünki Şahid1 İddiaçı1 ən etibar etdiyi nümayəndəsidir və etibarnamə də məhz, İddiaçı1 razılığını aldıqdan sonra Şahid1 etibarnamə də məhz, İddiaçı1 razılığını aldıqdan sonra Şahid1 tərəfindən imzalanmışdır. Cavabdeh1 həm Nərimanov RPİ-nin İŞ-də verdiyi izahatından, həm də məhkəməyə verdiyi izahatından görünür ki, İddiaçı1la görüşlərindən birində onlar razılaşmışlar ki, İddiaçı1 Dərnəgül şossesində yerləşən Avtoservisin torpaq sahəsinin Tofiqin adında olan hissəsinin bir hissəsini, yəni üzərində əmlak olmayan boş hissədən təxminən 35-40 sotunu Cavabdeh1 adına qaytarsın. Cavabdeh1la İddiaçı1 arasında belə bir razılaşmanın olduğunu, həmin razılaşmanın əldə edildiyi görüşdə iştirak etmiş digər Cavabdeh4 də məhkəməyə verdiyi izahatında təsdiq etmişdir. Digər tərəfdən mülki işdə olan sübutlardan görünür ki, qeyd edilən razılaşmanın və həmin razılaşma əsasında da etibarnamələrin verildiyi, torpaq sahəsinin mübahisəli hissəsinin Cavabdeh1 adına keçirildiyi dövrdə İddiaçı1la Cavabdeh1 münasibətləri olduqca yaxşı olmuş, belə ki, onların rəhbərlik etdikləri şirkətlər arasında sıx əməkdaşlıq olmuşdur. Eyni zamanda mülki işdə olan digər sübutlardan da görünür ki, İddiaçı1la Cavabdeh1 münasibətləri 2022-2023-cü illərdə, Cavabdeh1 İddiaçı1 qarşı "xxxx" MTK-nın ünvan 4 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binaları kompleksinin tikintisində əldə edilmiş vəsaitdən ona verilməli olan miloynlarla manat payın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmasından sonra pisləşmişdir. Digər tərəfdən Cavabdeh1 izahatında göstərir ki, vəkil Şahid2 etibarnamə verilərkən etibarnamənin məzmunu “WhatsApp”la İddiaçı1 Şahid1 tərəfindən göndərilmiş, etibarnamənin məzmunu ilə həmin vaxt xarici ölkədə olan İddiaçı1 bu vasitə ilə tanış olduqdan sonra etibarnamənin verilməsinə razılıq vermişdir. Həmçinin vəkil Şahid2 etibarnamənin İddiaçı1 razılığı ilə verildiyini İddiaçı1 və Şahid1 təkzib etmirlər. Eyni zamanda Şahid1 iddia edir ki, guya İddiaçı1 ona etibarnaməni ləğv etdirməsini demişdir. Onda necə ola bilər ki, İddiaçı1 vəkilə verilməli olan etibarnamənin, yalnız onun məzmunu ilə tanış olduqdan sonra imzalanmasına razılıq verir, lakin həmin etibarnamənin ləğv edilməsini təsdiq edən sənədi Şahid1 tələb edib onunla tanış olmur. Hətta xarici ölkədən qayıtdıqdan sonra, həm də bir neçə ilə etibarnəminin ləğv edildiyini təsdiq edən sənədi ona göstərməsini Şahid1 tələb etmir? Belə çıxır ki, etibarnamənin ləğv edilməsi ilə bağlı İddiaçı1 hər hansı göstərişi olmamışdır və etibarnamə üzrə edilmiş hərəkətlərdən də məlumatlı olmuşdur ki, 7 ilə yaxın bir müddət ərzində heç bir mübahisə açmamışdır. Digər tərəfdən İddiaçı1 cinayət işi üzrə şahid qismində dindirilməli olduğu cinayət işi üzrə zərərçəkmiş şəxs X10 cavabdeh İddiaçı1 qarşı “əsas və faiz borcunun, vurulumş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddianın təmin etmə tədbirinə dair qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(05)-4890/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, həmin iş üzrə iddianın təmin etmə tədbiri qismində İddiaçı1 digər əmlakları ilə yanaşı mülkiyyətində olan ünvan 5 ünvanında verləşən qeyri-yaşayış binasının, habelə iddiaçı X2 və qeyrilərinin cavabdeh İddiaçı1 və qeyrilərinə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi tələbi” nə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iddianın təmin etmə tədbirinin görülməsi barədə 2(005)-908/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh İddiaçı1 adında olan digər əmlakları ilə yanaşı ünvan 5 ünvanında verləşən qeyri-yaşayış binasının (½ hissə) özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bu qərardadlarla hər iki iş üzrə də cavabdeh olan İddiaçı1, müvafiq olaraq 2019 və 2020-ci illərdə tanış olmuşdur. İddiaçı1 mübahisəli torpaq sahəsinin Cavabdeh1 adına keçirilməsi (qaytarılması) ilə bağlı razılığı və ya məlumatı olmamışdırsa, onda ən azından qeyd edilən qərardadlarla mübahisəli ünvanda adında yalnız qeyri-yaşayış binasının ½ hissədə mövcud olduğunu görmüşdür və buna da hər hansı reaksiya verməmiş, bununla bağlı hər hansı hərəkət etməmiş, etibarnamə üzrə nümayəndəsi Şahid1, qardaşı Cavabdeh1 bununla bağlı izahat tələb etməmiş, yaxud gedib mülkiyyətində olan əmlakı yerində yoxlamamış, yaxud da həmin mülkiyətində nəyin olduğunu dəqiqləşdirmək üçün daşınmaz əmlakın dövlət reyestri xidmətindən hər hansı arayış, məlumat almaq istəyində, cəhdində olmamışdır. Torpaq sahəsinin mübahisələndirilən hissəsi üçüncü şəxsə satıldıqdan sonra həmin hissədə yalnız üçüncü şəxs fəaliyyət göstərir və İddiaçı1 həmin hissəyə girişi yalnız yeni mülkiyyətçi olan üçüncü şəxsin razılığı ilə ola bilərdi. 2018-ci ildən keçən illər ərzində isə İddiaçı1, yaxud onun nümayəndəsi və ya nümayəndələri ünvan 5 ünvanında əlbəttəki, dəfələrlə olmuşlar. Qeyd edilənlər əsasında mübahisəsiz olaraq o nəticə hasil olur ki, İddiaçı1 vəkil Şahid2 hansı məzmunda etibarnamə verdiyini və nəyə görə verdiyini etibarnaməni etibarlı nümayəndəsi-bacısı oğlu Şahid1 vasitəsilə verərkən bilmişdir. İddiaçı1, onun etibarnamə üzrə nümayəndəsi Şahid4 tərəfindən xx.xx.2018-ci il tarixdə 9 saylı notariat kontorunda imzaladığı İddiaçı1 adından verilmiş ərizəni mübahisələndirmək üçün qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş bir illik müddət ötürülmüşdür. Digər tərəfdən ünvan 7 ünvanında Cavabdeh1 (½ hissə) və İddiaçı1 (½ hissə), ümumi sahəsi 1440.8 vm olan qeyri-yaşayış binası və ümumi sahəsi 0.83507 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixlə ərizə və bölgü eskizinə əsasən həmin qeyri-yaşayış binası (ümumi sahəsi 1440.8 kvm və torpaq sahəsi 0.46996 ha) üzərində Cavabdeh1 (½ hissə) və İddiaçı1 (½ hissə) mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, yerdə qalan 0.3651 ha torpaq sahəsi üzərində bölgü eskizinə əsasən Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X11 özkəninləşdirilmiş, həmin torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Qeyd edilənlərdən aydın olur ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 özgəninləşdirilmiş 0.3651 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli ərizə və bölgü eskizinə əsasən həmin tarixdə Cavabdeh1 mülkiyyətinə keçmiş torpaq sahəsidir. Birinci instansiya məhkəməsi mülkiyyətçi Cavabdeh1 mülkiyyətində olmuş və iddiaçılar tərəfindən mübahisələndirilən 0.3651 kvm torpaq sahəsinə hər hansı aidiyyəti olmayan 0.23498 ha torpaq sahəsi və onun üzərində yerləşən 720,4 kvm qeyri-yaşayış sahəsi üzərində sərəncam vermək hüququnu, bununla da mülkiyyət hüququnu pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
25. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərini müdafiə edərək, onların məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
26. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsi və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı notariat kontoru məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbacan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsüinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 359.3-ci maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər; 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, bu qəbildən olan mübahisələr üzrə ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın tam rədd edilməsi xahiş edilsə də, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə əlaqəli şəkildə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətləri əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsinə və həmin hissədə iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, mübahisə predmetini təşkil edən ünvan 8 ünvanında yеrləşən ümumi sahəsi 0,83507 ha оlan tоrpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1440,8 kv.m оlan qeyri-yaşayış binası müxtəlif şəxslərin, o cümlədən Cavabdeh4 (bundan sonra 3-cü cavabdeh) ümumi paylı mülkiyyətində olmuş və bağışlama müqavilələri də nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdə həmin əmlak üzərində İddiaçı1 (bundan sonra iddiaçı) və Cavabdeh1 (bundan sonra cavabdeh) hər birinin 1/2 hissədə mülkiyyət hüququ tanınmışdır. İddiaçı (onun adından etibarnamə əsasında Hüsеynоv Hafiz İslam оğlu) xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 11 ünvanında yerləşən qeyriyaşayış binasının bölünməsinə, mülkiyyətində olan 3651 kv.m torpaq sahəsinin tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına, yerdə qalan 4699,6 kv.m torpaq sahəsinin və 1440,8 kv.m qeyri-yaşayış binasının ½ paylı mülkiyyət hüququ ilə Cavabdeh1 və onun adına rəsmiləşdirilməsinə etiraz etməmiş, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını, bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 11 ünvanında yerləşən ümumi sahəsi - 1440.8 kv.m. olan yerləşən qeyri-yaşayış binası və ümumi sahəsi 0.46996 ha olan torpaq sahəsinin ½ hissəsi üzərində Cavabdeh1 və ½ hissəsi üzərində İddiaçı1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və hazırda da onların mülkiyyətindədir. Torpaq sahəsinin qalan 0,3651 ha hissəsi üzərində isə bölgü eskizinə əsasən Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən bu sahə X8 xeyrinə özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.
36. Cavabdeh aralarında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən həmin əmlakın paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini (720,4 və 0,23498 ha) Cavabdeh3 (bundan sonra 2-ci cavabdeh) mülkiyyətinə, sonuncu da xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən 3-cü cavabdehin mülkiyyətinə vermişdir.
37. Hazırda iddiaçı qardaşı olan cavabdehin təklifi əsasında şahid olduğu cinayət iş üzrə məhkəmədə təmsil olunması üçün Şahid2 (iddiaçı tərəfindən 2012-ci il tarixdə verilmiş etibarnaməyə əsasən bacısı oğlu Şahid1 tərəfindən verilmişdir) etibarnamə verdiyini, həmin etibarnamə əsasında mülkiyyətində olan torpaq sahəsinin hər hansı şəxsin mülkiyyətinə vermək niyyətində olmadığını, etibarnamənin konkret məhkəmədə təmsil olunması üçün verildiyini, sonradan həmin etibarnamə ilə verilmiş səlahiyyətlərin onun məlumatı olmadan digər şəxslərə ötürüldüyünü və nəticədə bu şəxslərdən olan Hüsеynоv Hafiz İslam оğlunun belə bir etibarnamə əsasında onun adından xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edərək, paylı mülkiyyətində olan əmlakın bir hissəsinin cavabdehin mülkiyyətinə verdiyini, bu hərəkətlərin onun iradəsi olmadan edildiyini və qanunsuz olduğunu bildirir və xx.xx.2018-ci il tarixli ərizənin, həmin ərizə əsasında aparılmış qeydiyyatın etibarsız hesab edilməsini, bunun nəticəsi olaraq verilmiş çıxarışın isə ləğv edilməsini xahiş edir. Eyni zamanda, bu hərəkətlər nəticəsində payının qanunsuz olaraq azaldığını, lakin sonradan cavabdehin paylı mülkiyyətində olan əmlakı 2-ci, sonuncunun isə 3-cü cavabdehə bağışlaması nəticəsində onun bərpasının mümkün olmadığını, bu əqdlərin əmlakı aradan çıxartmaq məqsədi ilə bağlandığını bildirir və onların da etibarsız hesab edilməsini, habelə çıxarışların ləğv edilməsini tələb edir.
38. Cavabdehlər iddianı qəbul etmir, iddiaçının verdiyi etibarnamənin məzmunu barədə tam məlumatlı olduğunu, həmin etibarnamədə əks olunmuş səlahiyyətlərə uyğun hərəkət edildiyini və xx.xx.2018-ci il tarixli ərizənin verildiyini, torpaq sahəsinin 0,3651 kv.m hissəsinin cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X8 xeyrinə özgəninkiləşdirildiyini və hazırda onun mülkiyyətində olduğunu, lakin iddiaçı tərəfindən bu barədə hüquq müəyyənedici sənədlərin mübahisələndirilmədiyini, mübahisələndirilən bağışlama müqavilələrinin predmetini təşkil edən əmlakın isə cavabdeh X13 paylı mülkiyyətində olduğunu və həmin əmlakın iddiaçıya hər hansı aidiyyətinin olmadığını bildirir, eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edir və iddianın həm əsassız olması səbəbindən, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməsini tələb edirlər.
39. Məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2018-ci il tarixli ərizə ilə bağlı tərəflərin mövqeyini və apellyasiya şikayətlərinin dəlillərini də nəzərə alıb qeyd edir ki, iddiaçı xx.xx.2012-ci il tarixdə verilmiş etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, satmağı və digər hərəkətləri etməyi 10 il müddətinə bacısı oğlu Şahid1 etibar etmişdir. İddiaçının razılığı ilə bu şəxs xx.xx.2018-ci il tarixdə yuxarıda göstərilən məzmunda, habelə bir sıra digər, o cümlədən məhkəmə icraatında maraqlarının təmsil olunması səlahiyyətlərini etibarnamə ilə Şahid2, bu şəxs növbəti gün, yəni xx.xx.2018-ci il tarixdə məhkəmə icraatında maraqlarının təmsil olunması səlahiyyətləri istisna olmaqla, digər səlahiyyətləri Şahid3, sonuncu isə 10 gündən sonra, yəni xx.xx.2018-ci il tarixdə eyni məzmunda səlahiyyətləri Şahid4 ötürmüşdür. Məhz Şahid4 ona verilmiş səlahiyyətə uyğun olaraq iddiaçının adından onun mülkiyyətində olan 3.651 kv.m torpaq sahəsinin tam mülkiyyət hüququ ilə cavabdehin adına, qalan torpaq sahəsinin və üzərində olan qeyriyaşayış binasının isə ½ paylı mülkiyyət hüququ ilə onun və cavabdehin adına rəsmiləşdirilməsi barədə ərizə (razılıq) vermişdir.
40. Qeyd olunmalıdır ki, məzmununda digər, o cümlədən bütün əmlakın idarə olunması və onun üzərində sərancam verilməsi səlahiyyətlərin də göstərilməsinə baxmayaraq Şahid2 xx.xx.2018-ci il tarixli etibarnamə məhz iddiaçının məhkəmə icraatında maraqlarının təmsil olunması məqsədi ilə verilməsi həm iş materialları, həm də bu şəxsin özünün izahatı ilə təsdiq edilir. Belə ki, iddiaçının müraciəti əsasında Bakı şəhəri Nərimanov RPİ-nin İŞ tərəfindən aparılmış araşdırma zamanı Şahid2 tərəfindən verilmiş izahatdan müəyyən edilir ki, bu şəxs bəzi məhkəmə işlərində vəkil olaraq "xxxx" MMC-nin təsisçisi olan cavabdehə xidmət göstərir, cavabdeh 2018-ci ilin sentyabr ayında qardaşının (iddiaçı) Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilməsi ilə bağlı prosesdə onun nümayəndəsi qismində iştirak etməsini xahiş etmişdir. Onun razılığından sonra onlar (o, iddiaçı və cavabdeh) bir neçə dəfə görüşərək, məhkəmə işi ilə bağlı müzakirələr aparmış və bu işin görülməsi üçün xx.xx.2018-ci il tarixdə iddiaçının bacısı oğlu tərəfindən ona qeyd edilən səlahiyyətlərlə yanaşı bir çox başqa səlahiyyətləri də özündə ehtiva edən etibarnamə verilmişdir. Sonradan cavabdeh digər səlahiyyətlərə istinadən ona başqa işlərin də görülməsinin zəruriliyini bildirdikdə, o, məhkəmə işlərinin olması ilə bağlı bunu edə bilməyəcəyini qeyd etmiş və başqa işlərinin digər şəxsə həvalə edilmədiyini xahiş etmişdir. Bundan sonra cavabdehin tapşırığı ilə iddiaçının məhkəmə icraatında maraqlarının təmsil olunması istisna olmaqla, digər səlahiyyətlərlə bağlı şirkətin hüquqşünası Şahid3 etibarnamə vermiş və bundan əvvəl cavabdehin razılığı ilə iddiaçı ilə əlaqə saxlamış və etibarnamənin verilməsinə sonuncu razılıq vermişdir. Həmin vaxt iddiaçı ilə cavabdehin münasibəti yaxşı olmuşdur.
41. Bununla belə, iddiaçı ilə Şahid2 arasında hüquqi nəticə etibarı ilə şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən bu şəxsə şahid qismində cəlb olunduğu məhkəmə icraatında onun maraqlarının təmsil olunması tapşırılmış, lakin onun əmlakın idarə oluması və onun üzərində sərəncam verilməsi tapşırılmamış, bu məsələ həmin müqavilənin predmetini təşkil etməmişdir.
42. Bu hal birmənalı şəkildə Şahid2 etibarnamənin verilməsinə səbəb olan iddiaçının deyil, məhz cavabdehin ona müraciətinin məqsədi və məzmunu (məhkəmədə təmsilçilik), etibarnamənin verilməsindən əvvəl onların arasında baş tutmuş görüşlərin və danışıqların məqsədi və mahiyyəti (məhkəmədə təmsilçilik), etibarnamə verilərkən iddiaçının ifadə etdiyi iradə və niyyət (əmlakın idarə oluması və onun üzərində sərəncam verilməsindən ümumiyyətlə söhbət getməmişdir), etibarnamə verildikdən sonra iddiaçının və Şahid2 həmin etibarnamədən irəli gələn hərəkətləri (iddiaçı ilə birlikdə məhkəməyə gedib və onu məhkəmədə təmsil edib), onların sonrakı davranışı ilə təsdiq edilir. Belə ki, sonrakı davranış olaraq Şahid2 iddiaçı deyil, məhz cavabdeh tərəfindən etibarnamədən irəli gələn başqa hərəkətlərin də edilməli olduğunu ona bildirdikdən sonra, o, bundan imtina etmiş və məhkəmədə təmsilçilik səlahiyyətləri istisna olmaqla, digər səlahiyyətləri etibarnamə ilə yenə də iddiaçının deyil, məhz cavabdehin tapşırığı ilə cavabdehin göstərdiyi şəxsə ötürmüşdür. Bu hal onun belə bir tapşırıq almadığını bir daha təsdiq edir. Hər bir halda, belə bir tapşırıq (tərəflər arasında belə bir məzmunda tapşırıq müqaviləsi bağlansa idi) alsa idi və onu da icra etməli olduğunu bilsə idi Şahid2 etibarnamə aldıqdan (xx.xx.2018-ci il, saat 17:59) sonra bir gün belə keçməmiş, təxminən 20 saatdan sonra (xx.xx.2018-ci il, 13:39) məhkəmədə təmsilçilik səlahiyyətləri istisna olmaqla, bütün digər, o cümlədən sərəncam vermə səlahiyyətlərini Şahid3 etibar etməzdi.
43. Məhkəmə kollegiyası bu mövqeyinə uyğun olaraq onu da vurğulayır ki, Şahid2 iddiaçı ilə nəinki etibarlı və ya yaxın, ümumiyyətlə hər hansı münasibətdə olmayan, bəzi işlərdə cavabdehin hüquq şirkətinə xidmət göstərən, xidmətləri cavabdeh tərəfindən iddiaçıya təklif edilən və faktiki olaraq iddiaçı ilə etibarnamədən bir müddət əvvəl münasibəti yaranan bir şəxsdir. Belə olan halda, xüsusilə də özündə bütün səlahiyyətləri ehtiva edən etibarnamənin hələ 2012-ci ildə bacısı oğlu Şahid1 verən və bu şəxslə etibarlı münasibətləri davam edən iddiaçının harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq bütün əmlakının idarə olunması və onun üzərində sərəncam verilməsi səlahiyyətini bu şəxsə verməsinin bir səbəbi və ya məntiqli izahı olmalıdır. Lakin göründüyü kimi, yoxdur. Hər bir halda, əmlaka sərəncam verilməsinə zərurət yarandığı halda, iddiaçı bunu Şahid2 deyil, etibar etdiyi, buna uyğun olaraq etibarnamə verdiyi və etibarnamənin verildiyi 2012-ci ildən iddiaçının iradəsinə zidd olan hər hansı hərəkətin edilməsində nəinki təqsiri, elementar nöqsanı belə müəyyən edilməyən və bu baxımdan sınanmış bir şəxs olan bacısı oğlu Şahid1 tapşırardı.
44. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı ilə Şahid2 arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaransa da, bu münasibətlər çərçivəsində onların arasında əmlakın idarə oluması və onun üzərində sərəncam verilməsi ilə bağlı hər hansı razılıq və iddiaçının iradə ifadəsi olmamış, Mülki Məcəllənin 405.1-ci maddəsinin tələbləri baxımından belə bir tapşırığı özündə ehtiva edən hər hansı müqavilə bağlanmamışdır. Bu baxımdan iddiaçı tərəfindən Şahid2, onun tərəfindən Şahid3 və sonuncu tərəfindən Şahid4 verilmiş etibarnamədə bu səlahiyyətlərin də göstərilməsi, onlara, xüsusilə də Şahid4 həmin etibarnamə əsasında xx.xx.2018-ci il tarixdə iddiaçının adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edərək, onun mülkiyyətində olan əmlakın tam mülkiyyət hüququ ilə cavabdehin adına rəsmiləşdirilməsinə sərəncam vermək hüququnu vermiş olmur. Belə ki, etibarnamədə göstərilməsinə baxmayaraq, hüquqi nəticə etibarı ilə iddiaçı Şahid2 belə bir tapşırıq verilmədiyindən, onun tərəfindən nə Şahid3, nə də ki, Şahid4 belə bir səlahiyyət ötürülə bilməzdi. Bu da öz növbəsində onun qeyd edilən etibarnaməyə əsaslanaraq, iddiaçının adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizənin etibarsız olduğunu təsdiq edir.
45. Nəzərə alınmalıdır ki, Şahid2 bu halı sübut edə bilməsə də (iddiaçı da bunu etiraf etmir) Şahid3 etibarnamə verməmişdən əvvəl bununla bağlı iddiaçı ilə əlaqə saxladığını, ona bu barədə məlumat verdiyini və nəticədə razlığını aldığını bildirir. Lakin Şahid3 və Şahid4 iddiaçının müraciəti əsasında Bakı şəhəri Nərimanov RPİ-nin İŞ tərəfindən aparılmış araşdırma zamanı verdikləri izahatlarında öz hərəkətləri, yəni müvafiq olaraq xx.xx.2018-ci il tarixdə etibarnamənin verilməsi və xx.xx.2018-ci il tarixdə İddiaçı1 adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edilməsi barədə iddiaçıya hər hansı məlumat vermədiklərini və cavabdehin tapşırığı əsasında hərəkət etdiklərini, bu tapşırıqların iddiaçı tərəfindən verildiyini düşündüklərini bildirmişdilər.
46. Məhkəmə kollegiyası bu şəxslərlə bağlı o halı da qeyd edir ki, Şahid2 cavabdehin təsisçisi olduğu "xxxx" MMC-yə bəzi məhkəmə işlərində vəkil olaraq xidmət göstərir. Şahid3 2018-ci ilin avqust ayından 2022-ci ilədək bu cəmiyyətin hüquqşünası olmuş, Şahid4 isə cavabdehə məxsus olan "xxxx" MMC-də sürücü işləmişdir. Başqa sözlə, bu şəxslər bilavasitə cavabdehə işgüzar və əmək münasibətləri baxımından bağlı olan (sonuncu ikisi bilavasitə işçisi olan) şəxslərdir və hər biri etibarnamələrin verilməsində cavabdehin tapşırığı əsasında hərəkət etdiklərini bildirir. Şahid2 məhz cavabdehin müraciəti ilə iddiaçını məhkəmədə təmsil etmiş, məhkəmədə təmsilçilik səlahiyyətləri istisna olmaqla digər səlahiyyətləri məhz cavabdehin tapşırığı əsasında Şahid3 ötürmüşdür. Qeyd edilən ərizə də Şahid4 tərəfindən cavabdehin tapşırığı əsasında yazılmış və nəticə etibarı ilə bu ərizə əsasında cavabdeh iddiaçının mülkiyyətində olan əmlakı öz mülkiyyətinə əldə etmişdir. Göstərilənlər, o cümlədən bu münasibətlərdə cavabdehin həyata keçirdiyi təşkilatçılıq və nümayiş etdirdiyi davranış belə qənaətə gəlməyə əsas verir ki, bu münasibətlərdə cavabdeh bilavasitə iddiaçının təmsilçisi olmasa da ona bağlı olan şəxsləri iddiaçının təmsilçisi etməklə hüquqi nəticə etibarı ilə iddiaçının adından şəxsən özü barəsində hərəkət etmiş və nəticədə iddiaçının əmlakını mülkiyyətində əldə etmişdir. Ümumiyyətlə bu proseslərdə hüquqdan sui istifadə edildiyi özünü birmənalı şəkildə biruzə verir.
47. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, xx.xx.2018-ci il tarixə olan vəziyyətə əsasən iddiaçı ilə cavabdehin ümumi paylı mülkiyyətində olan torpaq sahəsi 0,83507 ha (hər birinin 0,417535 ha) ölçüdə olmuş, xx.xx.2018-ci il tarixdə həmin torpaq sahəsinin 0,3651 ha hissəsinə cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, bundan sonra iddiaçının adından Şahid4 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 8İ-4658 reyestr nömrəli ərizəyə və bölgü eskizinə əsasən həmin torpaq sahəsinin 0,46996 ha hissəsi (0,3651 ha ayrıldıqdan sonra) üzərində iddiaçının (1/2 hissə) və cavabdehin (1/2 hissə) mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Başqa sözlə cavabdeh hüquqi nəticə etibarı ilə iddiaçının mülkiyyətində olan 0,3651 ha ölçüdə torpaq sahəsini notarial qaydada təsdiq edilmiş ərizə əsasında mülkiyyətinə əldə etmişdir. Halbuki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə təsbit edilmiş və mülkiyyətin bu qaydada, yəni notarial qaydada təsdiq edilmiş ərizə əsasında əldə edilməsi əsası müəyyən edilməmişdir. Qeyd edilənlər öz növbəsində bu qaydada aparılmış rəsmiləşdirmənin etibarsız olduğunu təsdiq edir və apellyasiya şikayətinin dəlillərinin bu hissədə əsassız olduğunu şərtləndirir.
48. Məhkəmə kollegiyası torpaq sahəsinin 0,3651 kv.m hissəsinin cavabdeh tərəfindən X8 xeyrinə özgəninkiləşdirilməsinə əsas olmuş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin iddiaçı tərəfindən mübahisələndirilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, bu halın mövcudluğu xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin və onun əsasında cavabdehin xeyrinə dövlət reyestrində aparılmış mülkiyyət hüququ haqqında qeydin etibarsızlığını istisna etmir. Belə ki, artıq qeyd edildiyi kimi, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsində iddiaçı ilə cavabdehin hər birinin payı 0,417535 ha təşkil etmişdir. Bu baxımdan cavabdeh tərəfindən X3 0,3651 kv.m torpaq sahəsi ölçü və nəticə etibarı ilə onun payına düşən hissənin bir hissəsidir. Hazırda isə bu tərəflərin ümumi paylı mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0,46996 ha, buna uyğun olaraq hər birinin payı 0,23498 ha təşkil edir. Halbuki, alqı-satqıdan sonra cavabdehin paylı mülkiyyətində ölçü etibarı ilə daha az sahə qalmalı idi. Qeyd edilənlər iddiaçının pozulmuş payının cavabdehin mövcud payı hesabına bərpa edilməsini mümkün edir. Bu səbəbdən məhkəmə kollegiyası bu dəlili də əsaslı hesab etmir və aparılmış araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, xx.xx.2018-ci il tarixli ərizə və həmin ərizə əsasında cavabehin adına aparılmış qeydiyyat etibarsızdır, bu qeydiyyat əsasında verilmiş çıxarış ləğv edilməlidir.
49. Məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bağışlama müqavilələrinin əsassız və qanunsuz olaraq etibarsız hesab edilməsi barədə dəlillərlə bağlı qeyd edir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli müqavilə əsasında paylı mülkiyyət üzrə ona məxsus ½ hissəni (720,4 və 0,23498 ha) 2-ci cavabdehin mülkiyyətinə, sonuncu da xx.xx.2024-cü il tarixli müqavilə əsasında 3-cü cavabdehin mülkiyyətinə vermişdir. Cavabdeh1 2-ci cavabdehin atası, 3-cü cavabdehin isə qaynatasıdır. Başqa sözlə, 2-ci və 3-cü cavabdeh ər-arvaddır.
50. Cavabdeh əmlakını məhz övladları arasında bölüşdürərkən, paylı mülkiyyətində olan torpaq sahəsinin və üzərində olan qeyri-yaşayış binasını qızına bağışladığını bildirir. Lakin belə bir halın mövcudluğunu, o cümlədən bölüşdürmənin nəticəsi olaraq başqa övladlara da hər hansı əmlakın bağışlandığını təsdiq edən sübut təqdim edilmir. Bu zərurətin məhz 2024-cü ilin fevral ayında yaranmasının da bir əsaslı səbəbi müəyyən edilmir.
51. Digər tərəfdən qeyd edilən torpaq sahəsinin 10/100 hissəsi 2014-cü ildə məhz 3cü cavabdehin mülkiyyətində olmuş və aralarında bağlanmış xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən sonuncu tərəfindən cavabdehə bağışlanmışdır. Bundan sonra əmlakın cavabdehin mülkiyyətində qaldığı bir halda, 9 ildən sonra daha artıq ölçüdə payın nəticə etibarı ilə 3-cü cavabdehin mülkiyyətinə verilməsinin də bir zəruriliyi müəyyən edilmir.
52. Məhkəmə kollegiyası xüsusilə o halı da qeyd edir ki, bu müqavilələrin bağlanmasından qabaq gələn hadisə iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehin və iş üzrə üçüncü şəxslərin qanunsuz hərəkətləri nəticəsində paylı mülkiyyətində olan torpaq sahəsindən məhrum olunması ilə bağlı Bakı şəhəri Nərimanov rayon Polis idarəsinə müraciət etməsidir. Başqa sözlə, görünən odur ki, iddiaçı mülkiyyətindən qanunsuz məhrum etmə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra 26 gün ərzində (9 gün və bundan 17 gün sonra) iki bağışlama müqaviləsi bağlanmışdır.
53. Beləliklə, məhkəmə kollegiyası 49-52-ci bəndlərdə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, həmin bağışlama müqaviləsi heç bir hüquqi nəticə yaratmadan bağlanılan uydurma əqddir. Əsas məqsəd iddiaçının pozulmuş payının bərpasının qarşısını almaq olmuşdur. Bu səbəbdən hər iki müqavilə bağlandığı andan etibarsızdır. Bu da öz növbəsində həmin müqavilələr əsasında müvafiq olaraq 2-ci və 3-cü cavabdehlərə verilmiş çıxarşların (hüquqi nəticə etibarı ilə bu çıxarışların verilməsinə əsas olmuş mülkiyyət hüququ haqqında qeydin) ləğv edilməsini şərtləndirir. Cavabdehin torpaq sahəsi üzərində olan qeyri-yaşayış binasının öz payına düşən hissəsini bağışlaması bu hissədə də müqavilələrin etibarsızlığını aradan qaldırmır.
54. Məhkəmə kollegiyası iddia müddətinin tətbiq edilməsi barədə dəlilləri də əsassız hesab edir və belə qənaətə gəlir ki, hazırki münasibətlərə iddia müddəti tətbiq edilə bilməz.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilməlidir.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-370/2025 saylı qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.