Məhkəmə qərarları › İş №2(103)-3896/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3896/2024

26.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3896/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 Amil oğlunun, Cavabdeh1, onun nümayəndəsi-vəkili Yolçiyev Mübariz Xalid oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girova qoyulmuş qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq yenidən girov müqaviləsi üzrə girovluğuna qaytarılması, girov qoyulmuş qızıl-zinət əşyalarına iddiaçının mülkiyyət hüquqlarının bərpa olunması və həmin əşyalara dair cavabdehlər və digər üçünçü şəxslər tərəfindən mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrinə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2023cü il tarixli, e-2(004)-3711/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-ci il tarixli 08522 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC borcalan İddiaçı illik 29 faizlə, 30 ay müddətinə 20.277 ABŞ dolları kredit vermişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-ci il tarixli 08522-G saylı girov müqaviləsinə əsasən xx.xx.2016-ci il tarixli 08522 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı məxsus 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyaları "xxxx" MMC-yə girov qoyulmuşdur. Girov müqaviləsi bağlanan zaman girov predmetləri qiymətləndirici tərəfindən 16.671 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı xx.xx.2016-ci il tarixli 08522-G saylı kredit müqaviləsi üzrə 17.823,79 ABŞ dolları əsas borc, 5.832,72 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 23.706,51 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə pul tutulması, tələbin girov qoyulmuş İddiaçı məxsus 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldilməsi, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, İddiaçı ekspertiza xərci olan 170 manat pulun dövlət nəfinə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsində - çəkisi 190,3 qram olan 585 əyarlı qızıl-zinət əşyalarının, çəkisi 284,9 qram olan 583 əyarlı qızıl-zinət əşyalarının və çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarının qiymətləndirilərək hərracda satılmasına dair, satılmış əşyalardan əldə olunan həmin vəsaitin borc əvəzi ödənilməsinə, həmçinin girov əmlakı borcun ödənilməsi üçün kifayət etmədikdə borcun cavabdehin digər əmlakları hesabına iddiaçı "xxxx" MMC-yə ödənilməsi hissəsində iddia ərizəsi rədd edilmişdir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 153-19 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”dan görünür ki, İddiaçı məxsus olan girov qoyulmuş 585 əyarlı, 190,3 qram çəkisində olan, 583 əyarlı, 284,9 qram çəkidə və 750 əyarlı 417,8 qram çəkisində olan qızıl-zinət əşyalarının satış qiyməti 38.112,0 manat təşkil edir. Həmin hesabatdan görünür ki, qızıl-zinət əşyalarına baxış keçirilməsi üçün şərait yaradılmadığından məmulatların dəyəri, saxlanc girovun qiymətləndirilməsi, paketləşdirilməsi və təhvil-təslim aktının təqdim edilmiş surəti əsasında müəyyən edilmişdir. Qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-95/2018 nömrəli qətnaməsinə əsasən borclu İddiaçı cəmi 23.706,51 ABŞ dolları pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq “Viza Kredit BOKT“ MMC-yə ödənilməsi qət edilmişdir. Tələb girov qoyulmuş İddiaçı məxsus çəkisi 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı və çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən xx.xx.2019-cu il tarixdə daxil olmuş 2033/10-2 nömrəli məktubla “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə uyğun olaraq girov predmeti olan qızıl-zinət əşyaları tələbkar "xxxx" MMC-yə təklif edilmişdir. "xxxx" MMCnin xx.xx.2019-cu il tarixli 123 nömrəli məktubu ilə təklif qəbul edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixdə girov əmlakı olan qızıl-zinət əşyalarının qiymətləndirilməsi həyata keçirilmişdir. Təqdim edilmiş hesabatda əmlakın qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: çəkisi 190,3 qram 585 əyarlı müxtəlif növdə qızılzinət əşyaları - 7.231,4 manat, çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növdə qızıl-zinət əşyaları - 10.826,20 manat, çəkisi 417,8 qram 750 əyarlı müxtəlif növdə qızıl-zinət əşyaları - 20.054,4 manat, əmlakın ümumi dəyəri 38.112 manat təşkil edir. Qeyd olunan qızıl-zinət əşyaları xx.xx.2019-cu il tarixdə saat 10:00-da ünvan 1 ünvanda borc məbləğinin ödənilməsi üçün satışa çıxarılmışdır. Alqı-satqıda alıcı qismində Bakı şəhər sakinləri Cavabdeh1 (AZE № ********) və Cavabdeh2 (AZE № ********) iştirak etmişlər. Çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyaları alıcı Cavabdeh1 18.057,6 manata satılmışdır. Çəkisi 417,8 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyaları alıcı Cavabdeh2 20.054,4 manata satılmışdır. Satışdan əldə edilən 38.112 manat pul vəsaiti İddiaçı qətnamə üzrə müəyyən edilmiş borcunun ödənilməsinə yönləndirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə İdarəsinin rəisi N.Hüseynova ünvanlanmış Şirvan şəhəri İcra və Probasiya şöbəsinin rəisi Yasin Ədilov və böyük icra məmuru Dəyanət Lətifov tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına yol verilməsi barəsində 2(106)- 3076/2019 saylı xx.xx.2019-cu il tarixli təqdimatından müəyyən edilir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi icra edilməsi üçün Şirvan şəhəri İcra və Probasiya şöbəsinə göndərilmiş və böyük icra məmuru Dəyanət Lətifovun icraatına verilmişdir. xx.xx.2019-cu il tarixdə böyük icra məmuru Dəyanət Lətifov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə borclu İddiaçı adına ünvanlanmış tələbin könüllü icrası barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında həmin bildirişin borcluya rəsmi qaydada göndərilməsini təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. xx.xx.2019-cu il tarixdə məhkəmə qətnaməsi əsasında tələbin yönəldiyi girov predmeti olan qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilmiş və qiymətləndirməyə verilməsi üçün tələbkarın nümayəndəsinə təqdim edilmişdir. İş materiallarında həmin qərarın işdə iştirak edən digər tərəfə, yəni borcluya rəsmi qaydada verilməsini təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. xx.xx.2019-cu il tarixdə girov əmlakın qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC-nin Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli hesabatı Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinə daxil olmuş, həmin tarixdə də 38112 manat məbləğində qiymətləndirilmiş girov predmeti olan qızıl-zinət əşyaları onun mülkiyyətçisinə, yəni borcluya bu barədə məlumat verilmədən və ona həmin qiymətləndirmə hesabatına münasibətini bildirmək üçün hüquqi imkan yaratmadan Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin rəisi Yasin Ədilov tərəfindən tələbkar təşkilata cəmi 23.706,51 ABŞ dolları, yəni hazırki məzənnə ilə (23706,51 ABŞ dolları x 1,70 manat) 40.301,067 manat borc əvəzinə təklif olunmuş, həmin təşkilat tərəfindən sözügedən qızıl-zinət əşyaları borc əvəzinə qəbul olunmuş və sözügedən icra işi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. xx.xx.2019cu il tarixdə tələbkar "xxxx" MMC-nin xahişi nəzərə alınaraq 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, borclu İddiaçı sözügedən icra sənədi üzrə həyata keçirilən icra tədbirləri barədə, o cümlədən onun mülkiyyətində olan girov əmlakın qiymətləndirilməsi barədə qəbul olunmuş xx.xx.2019-cu il tarixli qərar və qiymətləndirmənin nəticələri barədə xx.xx.2019-cu il tarixli hesabat haqqında rəsmi qaydada məlumat verilməməklə borclunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində təsbit olunmuş hüquqları pozulmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-95/2018 saylı qərardadından müəyyən edilir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı kreditin, kredit faizlərin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi tələbinə dair Şirvan şəhər Məhkəməsinin 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarın ləğv edilməsi haqqında cavabdeh İddiaçı şikayəti təmin edilmiş, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi barədə» qərarı ləğv edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)- 95/2018 saylı qətnaməsinə əsasən verilmiş icra sənədinin icra edilməsi üçün yenidən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(106)- 442/2020 saylı qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Cavid Abbasov icra sənədi üzrə icraata xitam verilməsi barəsində xx.xx.2021-ci il il tarixli qərarından müəyyən edilir ki, Şirvan şəhər məhkəməsinin 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-560/2022 nömrəli qətnaməsi ilə İddiaçı (3-cü şəxs qismində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi və Azərbaycan Respublikası Mərkəzi Bankı işə cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və qızıl-zinət əşyalarının satılması barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 153-19 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatı etibarsız hesab edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019cu il tarixli protokol etibarsız hesab edilmişdir. Cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-dən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-560/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra vərəqəsi verilməklə icraya yönəldilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-95/2018 saylı qərardadı ilə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi barədə» qərarı ləğv edilmiş, Şirvan şəhər Məhkəməsinin 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin icra edilməsi üçün yenidən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2026/2022 saylı qərardadı ilə, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-95/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(032)-95/2018 saylı qərardadı ilə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “icra edilmədən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarı ləğv edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 saylı qətnaməsi verilmiş icra sənədinin icra edilməsi üçün yenidən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 26 may 2023-cü il tarixli 1167/10-11 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)-560/2022 nömrəli qətnaməsi ilə «Əmlakın qiymətləndirilməsinin nəticələri» haqqında hesabat və qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokol etibarsız hesab edilmiş, lakin qızıl-zinət əşyalarının geri qaytarılmasını özündə ehtiva etməmişdir. Hazırkı vaxtadək qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair hər hansı icra sənədi şöbənin icraatına daxil olmamışdır. Qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə iddiasını məhkəmə qaydasına mübahisələndirməsi ona tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 və Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə, sonradan isə iddianın dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08522 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış edən və xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsinə əsasən "xxxx" MMC qarşısında girova qoyulmuş qızıl-zinət əşyaları, yəni "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh1 cəmi 18.057,60 manata satılmış - çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulması; "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019- cu il tarixli protokola əsasən alıcı Cavabdeh2 cəmi 20.054,40 manata satılmış - çəkisi 417,80 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyi Cavabdeh2 üzərinə qoyulması; xx.xx.2016-cı il tarixli girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girov qoyulmuş qızıl-zinət əşyalarına İddiaçı mülkiyyət hüquqlarının bərpa olunması və həmin əşyalara dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələr edilməsinə son qoyulması; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumu cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin tarixli qəradadı qəbul edildikdən sonra, iş yenidən icra və probasiya Şöbəsinə xx.xx.2023-cü il qaytarılmışdır. Bununla da məhkəmənin mövqeyi belə olmuşdur ki, Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası tam yerinə yetirilməmiş və bunun üçün də icra hərəkətləri davam etdirilməlidir. İş yenidən İcra və Probasiya Şöbəsində olarkən, bir daha təsdiq edilmişdir ki, girov predmetləri olan qızıl-zinət əşyaları naturada mövcud deyildir. Eyni zamanda, həmin əşyaların satılmasını özündə təsdiq edən protokol da Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə etibarsız hesab olunmuşdur. Nəticədə, qızıl-zinət əşyalarının qiymətləndirməyə təqdim olunması mümkün olmamışdır. Bütün bu xüsusatlar onu bildirir ki, qızıl-zinət əşyalarının yerində olmaması, icra işi üzrə tələbkarın da həmin əşyaları təqdim edə bilməməsi artıq icra işi üzrə borclunun məhkəmə qərarı üzrə olan borcunun ödənilməsini də mümkünsüz edir. Həmçinin, qeyd edilən əşyaların alqı-satqısını özündə əks etdirən protokol da etibarsız sayılmışdır. Bu səbəblər Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 1167/10-11 nömrəli məktubu ilə rəsmi qaydada ətraflı bildirilmişdir. Beləliklə, vaxtı ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 nömrəli qətnaməsinin icra olunması üçün nəzərdə tutulmuş icra icraatı təzələnmiş və yenidən icra hərəkətləri davam etidirlməsi məcburi hala çevrilmişdir. Buna baxmayaraq, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi tam icra olunmamış, protokol etibarsız hesab edildikdən sonra, həmin protokol üzrə olan və cavabdeh "xxxx" MMC-də girov saxlanılmalı olan qızıl-zinət əşyaları geri qaytarılmamışdır. Nə qədər ki, həmin əşyalar geri qaytarılmayıb, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə hal-hazırda Şirvan İcra və Probasiya Şöbəsində icra icraatında olan icra işinin həll olunması qeyri-mümkündür. Odur ki, haqqında danışılan əşyalar "xxxx" MMC-nin girovluğuna geriyə qaytarılmalı və icra işi üzrə icra hərəkətləri davam etdirilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2(004)- 3711/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 08522 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış edən və xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsinə əsasən "xxxx" MMC qarşısında girova qoyulmuş qızıl-zinyət əşyaları, yəni "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh1 cəmi 18.057,60 manata satılmış - çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması, həmin qızıl-zinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 18.057,60 manat pulun Cavabdeh1 qaytarılmasının "xxxx" MMC-nin öhdəsinə qoyulması, "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh2 cəmi 20.054,40 manata satılmış - çəkisi 417,80 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyalarının xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin girovluğuna qaytarılması öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması, həmin qızıl-zinət əşyalarını girovluğa qəbul edilməsi və ödənilmiş 20.054,40 manat pulun Cavabdeh2 qaytarılmasının "xxxx" MMC-nin öhdəsinə qoyulması, xx.xx.2016-cı il tarixli girov müqaviləsi üzrə "xxxx" MMC qarşısında girov qoyulmuş qızıl-zinət əşyalarına İddiaçı mülkiyyət hüquqlarının bərpa olunması və həmin əşyalara dair cavabdehlər və digər üçüncü şəxslər tərəfindən İddiaçı mülkiyyət hüququna hər hansı bir özbaşına və qanunsuz müdaxilələrin edilməsinə son qoyulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)- 560/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 153-19 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatı və cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokol etibarsız hesab edilsə də, tərəflər əvvəlki vəziyyətə qaytarılmamış, yəni xx.xx.2019-cu il tarixli protokol üzrə satılmış qızıl-zinət əşyaları girovluğa qaytarılmamış və həmin əşyaların alınması üçün alıcılar tərəfindən ödənilmiş vəsait onlara geri qaytarılmamışdır. Bu səbəbdən Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasını təmin etmək, yəni girov predmetinə tutmanın yönəldilməsi üçün əşyaların qiymətləndirilməsini həyata keçirilməsi mümkün deyildir, həmçinin borclunun icra sənədi üzrə borcu könüllü ödəməklə, girov predmetlərini geri almasını qeyrimümkün edir. Odur ki, məhkəmənin qətnaməsi ilə etibarsız hesab edilmiş xx.xx.2019-cu il tarixli protokol üzrə tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 269.1, 269.3, 296.1, 337.5; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, bir zərgər olaraq məlumat almışdır ki, "xxxx" MMC qızıl əşyaları satışa çıxarıb. Tərəfindən müəyyən edilmişdir ki, həmin qızıllar barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bundan sonra həmin qızılların bir hissəsini almağa qərar vermiş və qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən 18057 manat dəyərinə olan qızıl əşyalarını almışdır. Hal-hazırda həmin əşyalar istifadəsində deyil və həmin əşyaları lom olaraq başqa şəxslərə satmışdır. Hesab edir ki, onun əməli hərhansı bir məsuliyyət yaratmır və bir alıcı olaraq məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə güvənərək həmin əşyaları almışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin hazırki qətnaməsi ilə mülki dövriyyə iştirakçısının mülki hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsini heçə endirmiş və zərərli adətlərin bərqarər olmasına yol açmışdir. İş materialları ilə həmçinin müəyyən edilir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 nömrəli qətnaməsi hal-hazırda qüvvədədir. Qətnamə icra olunmuşdur və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Cavid Abbasov icra sənədi üzrə icraata xitam verilməsi barəsində xx.xx.2021-ci il il tarixli qərarından müəyyən edilir ki, Şirvan şəhər məhkəməsinin 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsivəkili Vəkil3 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə Cavabdeh1 aid hissədə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı xx.xx.2016-ci il tarixli 08522-G saylı kredit müqaviləsi üzrə 17.823,79 ABŞ dolları əsas borc, 5.832,72 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, cəmi 23.706,51 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə pul tutulması, tələbin girov qoyulmuş İddiaçı məxsus 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldilməsi, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, İddiaçı ekspertiza xərci olan 170 manat pulun dövlət nəfinə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsində - çəkisi 190,3 qram olan 585 əyarlı qızıl-zinət əşyalarının, çəkisi 284,9 qram olan 583 əyarlı qızıl-zinət əşyalarının və çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarının qiymətləndirilərək hərracda satılmasına dair, satılmış əşyalardan əldə olunan həmin vəsaitin borc əvəzi ödənilməsinə, həmçinin girov əmlakı borcun ödənilməsi üçün kifayət etmədikdə borcun cavabdehin digər əmlakları hesabına iddiaçı "xxxx" MMC-yə ödənilməsi hissəsində iddia ərizəsi rədd edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmçinin qətnamənin icrası qaydasında qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokol tərtib edilmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş qızılzinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh1 çəkisi 190,3 qram 585 əyarlı və çəkisi 284,9 qram 583 əyarlı cəmi 18.057,60 manata müxtəlif növ qızıl-zinət əşyaları satılmışdır. Həmçinin iş materiallarından görünür ki, Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC tərəfindən xx.xx.2016-cı il tarixli 08522-G nömrəli girov müqaviləsi üzrə tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokola əsasən alıcı Cavabdeh2 cəmi 20.054,40 manata - çəkisi 417,80 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyaları satılmışdır. Lakin Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)- 560/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 153-19 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatı və cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokol etibarsız hesab edilmişdir. Göründüyü kimi Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)- 95/2018 nömrəli qətnaməsi ilə qızıl-zinət əşyalarının hərraca çıxarılaraq satılması müəyyən edilsə də eyni zamanda qətnamənin icrası qaydasında həmin qızıl-zinət əşyalarının satılması barədə protokol tərtib edilsə də, qanuni qüvvəsini almış Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)- 560/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 153-19 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatı və cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019cu il tarixli protokol etibarsız hesab edilmişdir. Cavabdeh1 apellyasiya şikayətinin onun əməlinin hər-hansı bir məsuliyyət yaratmaqla bir alıcı olaraq məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə güvənərək həmin əşyaları almasını, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-95/2018 nömrəli qətnaməsi hal-hazırda qüvvədə olmaqla icra olunması və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Cavid Abbasov icra sənədi üzrə icraata xitam verilməsi barəsində xx.xx.2021-ci il il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilməsinə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Çünki hazırki vəziyyətdə “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabat və qızılzinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokol etibarsız hesab edildiyindən qızıl-zinət əşyaları girovluğa qaytarılmalı və həmin əşyaların alınması üçün alıcılar tərəfindən ödənilmiş vəsait onlar geri qaytarılmaldır. Həmçinin məhkəmə kollegiyası qeyd olunan dəlillərinə münasibətdə bildirir ki, Şirvan şəhər məhkəməsinin 2(032)-95/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi hazırki iddianın əsassızlığına dəlalət etmir. Belə ki, işin qeyd olunan halları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, göstərilən qətnamənin icrası qaydasında həyata keçirilmiş hərəkətlər etibarsız hesab edilmişdir və bununla da tərəflər əvvəlki vəziyyətlərinə qaytarılmalıdır. Bundan da əlavə iş materiallarından görünür ki, icra icraatına xitam verilməmiş, əksinə icra sənədinin icra edilməsi üçün yenidən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə kollegiyası göstərilən nəticəyə gələrkən Mülki Məcəllənin 337.5-ci maddəsinə istinadən qeyd etməyi zəruri hesab edir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(009)- 560/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 153-19 saylı “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatı və cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə xx.xx.2019-cu il tarixli protokol etibarsız hesab edilsə də, tərəflər əvvəlki vəziyyətə qaytarılmamış, yəni xx.xx.2019-cu il tarixli protokol üzrə satılmış qızıl-zinət əşyaları girovluğa qaytarılmamış və həmin əşyaların alınması üçün alıcılar tərəfindən ödənilmiş vəsait onlara geri qaytarılmamışdır. Bu səbəbdən Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasını təmin etmək, yəni girov predmetinə tutmanın yönəldilməsi üçün əşyaların qiymətləndirilməsini həyata keçirilməsi mümkün deyildir, həmçinin borclunun icra sənədi üzrə borcu könüllü ödəməklə, girov predmetlərini geri almasını qeyrimümkün edir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi məhkəmənin qətnaməsi ilə etibarsız hesab edilmiş xx.xx.2019-cu il tarixli protokol üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmalı olması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2(004)- 3711/2023 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar