Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3898/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh "Cavabdeh" X3 nümayəndəsi və vəkili X6 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2826/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "Cavabdeh" X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "Cavabdeh" X1rşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X11 02 aprel 2010- cu ildə Bakı şəhərində anadan olmuşdur. 18 oktyabr 2016-cı il tarixdən oğlu «SOS Uşaq Kəndləri - Azərbaycan» X5 Xətai rayon filialında yaşayıb, tərbiyə alır. 18 aprel 2019-cu il tarixdə «SOS Uşaq Kəndləri - Azərbaycan)) X5 Xətai rayon filialında yaşayan iddiaçının oğlu Cavid Babayevə baxımsızlıq və səhlənkarlıq nəticəsində yaşca özündən böyük uşağın oğluna daşı var gücü ilə qəflətən vurması nəticəsində gözünü çıxarmış və iddiaçının oğlu bu hadisədən sonra əlil olmuşdur. Hadisənin baş verməsi barədə isə iddiaçıya dərhal deyil, övladı əməliyyatdan çıxarıldıqdan sonra məlumat verilmişdir. Bu hərəkətlər iddiaçının övladına qarşı laqeyd münasibətin göstəricisidir. «SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası” X14 rayon filialı iddiaçının övladını bu cür əlil etmələri səbəbindən ona həm maddi, həm də mənəvi zərər vurmuşlar.02 aprel 2010-cu il təvəllüdlü X11 yaşadığı «SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası” X14 rayon filialından 18.04.2019-cu il tarixində Ak.Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində stasionara qəbul edilərək “OD-korneo skleral dəlib-keçən genişməsa-fəli yaralanması BCİ+ intairtual Vanlo+ Ceyta iynələrin vurulması” cərrahi əməliyyatı aparılmış və stasionardan 25 aprel 2019-cu il tarixdə buraxılmışdır.02 aprel 2010-cu il təvəllüdlü X11 yaşadığı “SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası” X14 rayon filialında digər uşaqlar ilə birlikdə nəzarətsiz saxlanıldığından belə bir bədbəxt hadisə baş vermişdir. Göstərilənlərə əsasən «SOS Uşaq Kəndləri - Azərbaycan» X5 Xətai rayon filialında yaşayan və tərbiyə alan 02 aprel 2010-cu il təvəllüdlü X7 baxımsızlıq və təşkilatın işçilərinin səhlənkarlıqları nəticəsində gözünü itirməsi nəticəsində əlil olduğuna görə həmin təşkilatdan 100000 manat maddi zərər və bundan sonra həmyaşıdlarından geri düşməsi, baş nahiyyəsində və əməliyyat nəticəsində digər gözündə yaranmış ağrılar və digər gözünə gücün düşməsi kimi hallar ikinci gözünün də zəifləməsinə səbəb olduğundan 50000 (əlli min) manat mənəvi zərər olaraq cavabdeh «SOS Uşaq Kəndləri - Azərbaycan» X2 alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2826/2020 saylı, 28 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "Cavabdeh" X2 mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin qismən dəyişdirilərək, iddia tələbində tələb edilən maddi və mənəvi zərəri tam olaraq təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə qismən razı deyil. Belə ki, 18 oktyabr 2016-cı il tarixindən oğlu «SOS Uşaq Kəndləri- Azərbaycan» X5 Xətai rayon filialında yaşayıb, tərbiyə alıbdır. 18 aprel 2019-cu il tarixdə «SOS Uşaq Kəndləri- Azərbaycan» X5 Xətai rayon filialında yaşayan oğlu Cavid Babayevə baxımsızlıq və səhlənkarlıq nəticəsində yaşca özündən böyük uşağın oğluna daşı var gücü ilə qəflətən vurması nəticəsində gözünü çıxarmış və oğlu bu hadisədən sonra əlil olmuşdur. Hadisənin baş verməsi barədə isə ona dərhal deyil, övladı əməliyyatdan çıxarıldıqdan sonra məlumat verilmişdir. Hesab edir ki, bu hərəkətlər onun övladına qarşı laqeyd münasibətin göstəricisidir. «SOS Uşaq Kəndləri - Azərbaycan» X5 Xətai rayon filialı onun övladını bu cür əlil etmələri səbəbindən ona həm maddi, həm də mənəvi zərər vurmuşlar. Ona görə də mən məhkəməyə müraciət edərək 100000 (bir yüz min) manat maddi zərər dəymiş və bundan sonra 02 aprel 2010-cu il təvəllüdlü oğlum X7 həmyaşıdlarından geri düşməsi və baş nahiyyəsində və əməliyyat nəticəsində digər gözündə yaranmış ağrılar və digər gözünə gücün düşməsi kimi hallar ikinci gözünün də zəifləməsinə səbəb olduğundan 50000 (əlli min) manat mənəvi zərər olaraq cavabdeh təşkilatdan tutulub ona ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin cavabdehdən tutduğu məbləğ həddindən artıq azdır. Cavabdeh «SOS Uşaq Kəndləri-Azərbaycan» X3 nümayəndəsi və vəkili Emin Rzayev məhkəmə iclaslarında cavabdehi təmsil edərək məsuliyyətdən yayınmaqdan ötrü bildirmişdir ki, «İddiaçı uşaq ilə maraqlanmayan anadır. Uşağa baxmalı və nəzarət etməli olan müəlliməni və yaxud tərbiyəçini isə cavabdeh təşkilat artıq işdən kənarlaşdırmışdır. Cavabdeh təşkilatın burada heç bir məsuliyyəti yoxdur. Ona görə də iddia tələbi təmin edilməməlidir». Lakin cavabdeh təşkilatın nümayəndəsinin fikirlərinin əksinə olaraq İddiaçı uşağı evdə tək və nəzarətsiz saxlamaması üçün oğlunu cavabdehin təmsil etdiyi təşkilata yaşayıb, tərbiyə olunması üçün qoymuşdur. Əgər iddiaçı uşağına qarşı laqeyd və səhlənkar davransa idi, uşağını ac-susuz, nəzarətsiz və təhsildən kənar evində saxlamış olardı. Bu kimi fikirlər məhkəmə iclası zamanı cavabdeh təşkilatın nümayəndəsi tərəfindən cavablandırıla bilməmişdir. 02 aprel 2010-cu il təvəllüdlü oğlum X7 gələcək həyatı cavabdeh təşkilatın nəzarətsizliyindən və uşağıma laqeyd yanaşmasından məhv edilmiş, onun Azərbaycan Respublikasına layiqli vətəndaş, sağlam əsgər kimi yetişməsinin qarşısı alınmışdır. Bu səbəbdən cavabdeh təşkilat ona vurulmuş maddi və mənəvi zərəri tam olaraq ödəməlidir. Həmin qətnamədən həmçinin cavabdeh "Cavabdeh" X5 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, sübutlar təqdim edilməmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu səbəbdən qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə çıxardığı qətnamədə maddi ziyanın məbləği ilə bağlı iddiaçı tərəfindən sübutlar təqdim olunmadığma görə iddia tələbinin bu hissədə təmin oluna bilmədiyini, habelə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğunu vurğulasa da, heç bir əsas və ya sübut təqdim olunmadan mənəvi ziyanla bağlı tələbin qismən təmin edilməsini qət etmişdir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarında zərərin məbləğinin ağlabatan və ədalətli olması, məhkəmə qətnaməsində iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları mövcud olmayan kimi rədd edə bilinməsi vurğulanıb. Lakin yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə cavabdehin təqsirinin nədən ibarət olması, hansı hərəkət və ya hərəkətsizliyin zərərvurmaya səbəb olduğunu, uşağın təhlükəsizliyinin cavabdehin təmin etmə öhdəliyirin hansı qanuni və hüquqi əsaslara söykəndiyini göstərməmiş, mənəvi zərərlə bağlı niyə məhz 10.000 manat məbləğində təzminat ödənilməsini müəyyən etdiyini əsaslandırmamışdır. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin vermiş olduğu apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" X3 nümayəndəsi və vəkili X12 apelyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin vermiş olduğu apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2826/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27.04.2010-cu il tarixli, AZ-İİ № 437531 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 12 aprel 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X13, anası İddiaçıdır. İş materiallarında olan X10 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş 05.08.2019-cu il tarixli, 988 saylı tibbi rəydə qeyd edilmişdir ki, X11 18.04.2019-cu il tarixdə “OD-Korneoskleral dəlib-keçən geniş məsafəli yaralanma, daxili qişaların yara ağzında boğulması” diaqnozu ilə cərrahi əməliyyat olunmuşdur. İş materiallarında olan TQS № 027 saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X8 “OD-Korneoskleral dəlib-keçən yara” xəstəliyi vardır. İş materiallarında olan "Cavabdeh" Assosiasiyası Xətai rayon filialı tərəfindən verilmiş 24.12.2019-cu il tarixli arayışdan görünür ki, 12.04.2010-cu il təvəllüdlü X11 həqiqətən 18.10.2016-cı il tarixdən etibarən “Cavabdeh" X5 Xətai rayon filialında yaşayır və tərbiyə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1120.1-ci maddəsinə əsasən on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 02 aprel 2010-cu il təvəllüdlü X11 18.10.2016-cı il tarixdən etibarən “Cavabdeh" X5 Xətai rayon filialında yaşayır və tərbiyə alır. 18.04.2019-cu il tarixdə İctimai Birliyin işçilərinin diqqətsizliyi ucbatından bir gözündən xəsarət almış, bununla əlaqədar həmin tarixdə “OD-Korneoskleral dəlib-keçən geniş məsafəli yaralanma, daxili qişaların yara ağzında boğulması” diaqnozu ilə cərrahi əməliyyat olunmuşdur. Hazırda iddiaçı övladının səhhəti ilə əlaqədar maddi və mənəvi zərərin əvəzinin tutulmasını tələb edir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh təşkilat iddiaçının uşağına baxmaq, onun tərbiyəsi və təhsili ilə məşğul olmaqla bağlı öhdəlikləri öz üzərinə götürdüyünə görə, uşağın təhlükəsizliyinə görə də məsuliyyət daşımalıdır. Məhkəmə iddia tələbinin “100.000 manat maddi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən həmin tələbin əsaslı olmasını təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyasl hesab etdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, maddi ziyanın məbləği ilə bağlı iddiaçı tərəfindən sübutlar təqdim olunmadığına görə iddia tələbi bu hissədə təmin oluna bilməz. Mənəvi zərərlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdır-ılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə, hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 10.000 (on min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. İddiaçının apelyasiya şikayətinin dəlilərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, iddiaçı ona dəymiş maddi ziyanı sübut edəcək hər hansı sübut nə birinci instansiya məhkəməsində, nə də apelyasiya icraatı zamanı təqdim edə bilməmişdir. Mənəvi ziyanla bağlı iddiçının apelyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Hazırki halda cavabdehin İctimai Birlik olmaqla maddi təminatının ianələrə əsasında formalaşmasını, cavabdeh təşkilatın ümdə vəzifələr həyata keçirməsini, baş vermiş hadisədə təqsiri, əmlak vəziyyəti, hadisədən sonra zərəçəkən tərəfə qayğı ilə yanaşması və s. vacib hallar nəzərə alınmaqla 10.000 (on min) manat məbləğində mənəvi zərərin tutulması ədalətlidir. Cavabdeh tərəfin apelyasiya şikayətinin dəlilərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh təşkilat iddiaçının uşağına baxmaq, onun tərbiyəsi və təhsili ilə məşğul olmaqla bağlı öhdəlikləri öz üzərinə götürdüyünə görə, uşağın təhlükəsizliyinə görə də məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2826/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı və cavabdeh "Cavabdeh" X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2826/2020 saylı, 28 oktyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3898/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3898/2021
19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver