Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3901/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Aftandil qızının Cavabdeh qarşı iş üzrə (Açar sözlər: avtomobilin qanunsuz sahiblikdən alınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X17 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Aftandil qızının Cavabdeh qarşı “avtomobilin qanunsuz sahiblikdən alınması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2(007)-458/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Hyundai Sonata minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində X2 adına qeydiyyata alınmışdır.
2. 17.08.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 həmin nəqliyyat vasitəsini X1.
3. 28.02.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 həmin nəqliyyat vasitəsini 20.500 manata İddiaçı Aftandil qızına satmışdır.
4. İddiaçı X3 cavabdehlər İddiaçı Aftandil qızına və X7 qarşı iddia ərizəsi ilə müraciət edərək “avtomobilə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-340/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “avtomobilin qanunsuz sahiblikdən alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında **-CG-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobili əldə etmişdir. Həmin avotomobilin mülkiyyət hüququ ilə bağlı iddiaçının adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Əldə edildikdən sonra həmin avtomobil Cavabdeh icarəyə verilmişdir. Lakin cavabdeh sonradan həmin avtomobili yoxa çıxarmış, özü zəngləri açmamış və icarə haqqını ödəməkdən yayınmışdır. Avtomobili tələb etdikdə isə geri qaytarmaqdan boyun qaçırmışdır. Göstərilənlərə əsasən, İddiaçı Aftandil qızının mülkiyyətində olan avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınıb iddiaçıya təhvil verilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)- 458/2025 nömrəli qətnaməsi ilə (hakim R.T.Əhmədov) iddia tələbi təmin edilmiş, “Hyundai Sonata minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir. Həmin avtomobil Cavabdeh idarə edilməsi üçün verilmiş, sonuncu da bunun üçün aylıq ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin ödənişləri vaxtında etmədiyi üçün onların arasında olan razılaşma pozulmuş, avtomobil isə cavabdehdə qalmış, avtomobilin mülkiyyətçisi olan iddiaçıya qaytarılmamışdır.
9. İddia tələbinə aid hissədə qeyd edilməlidir ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi hal-hazırda iddiaçının mülkiyyətindədir və həmin nəqliyyat vasitəsinin cavabdeh tərəfindən qaytarılmaması mülkiyyətçinin qanunla müəyyən olunmuş qaydada əmlakına, öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına səbəb olur. Buna görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, mübahisə predmeti olan “Hyundai Sonata minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçisi olan iddiaçıya qaytarılmalıdır.
10. Məhkəmə Cavabdeh məhkəmə iclasında verdiyi ifadəsinə, habelə məhkəməyə təqdim etdiyi audio yazılarına münasibətdə qeyd etmişdir ki, iddiaçının anası olduğu qeyd edilən “Vəfa” adlı şəxs ilə aralarında olan pul mübahisəsi hazırki iddia tələbinin predmeti deyildir. Belə ki, həmin səs yazısında sonuncu ilə cavabdeh arasında olan 9.000 manat məbləğində borcun hansı hissəsinin ödənilməsi ilə bağlı məsələ müzakirə olunmuşdur. Lakin hazırki iddia tələbinin əsası İddiaçı mülkiyyətində olan avtomobilin cavabdehdə olması və mülkiyyətçiyə geri qaytarılmaması ilə bağlıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 165.1, 165.2, 181.4, 364.1, 365.2, 366.3, 366.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, əslində cavabdeh **-CG-*** dövlət qеydiyyаt nişаnlı "Hyundаi" mаrкаlı аvtоmоbili qohumu Kamaldаn аlmış (еtibаrnаmə əsаsındа), dаnışıq əsаsındа аvtоmaşınа görə 21.500 manat vеrməli idi, ilkin olaraq 10.500 manat ödəniş etmiş, yerdə qalan 11.000 manat pulu aybaay 1.000 manat ödəyəcəyinə rаzılаşmışlаr. Bir müddət sonra Каmаl ilə hаqq-hеsаbı qurtаrmаq məqsədilə 11.000 manat pul lazım olmuş, bu məqsədlə X4 yoldaşı Renat аdlı şəхsdən 9.000 manat fаizlə bоrcа pul götürmüşdür (11.000 mаnаt qаytаrmаq şərtilə), Rеnаt pulu о şərtlə vermişdir ki, аvtоmaşın аlqı-sаtqı yоlu ilə onun həyat yoldaşı Lətafətin adına кеçməli idi, maşını Lətafətin adına keçirildikdən sonra ödənişlərdə gecikmə yaranmış, vaxtlı-vaxtında aldığı pulu ödəyə bilmirdi, аvtоmaşın cərimə meydançasına yerləşdirildi, cavabdeh məcbur olub bоrc pul ахtаrmаğа bаşlаmışdır ki, Rеnаtın bоrcunu qаytаrsın, аvtоmaşını cərimə meydançasındаn çıхаrsın, bu məqsədlə maşın alveri ilə məşğul olan Əhməd adlı tanışı vasitəsilə Miriyеvа Vəfa аdlı qаdın ilə tanış olmuş və ondan 9.000 manat pul istəmiş, o da ona fаizlə 9.000 manat verəcəyini bildirmişdir. Vəfa iş üzrə iddiаçının anasıdır, pulu o şərtlə vermişdir ki, аvtоmaşın аlqı-sаtqı yоlu ilə qızı İntizarın adına keçirilsin, cavabdeh də aldığı 9.000 manat müqabilində maşını girov qоymаq niyyəti ilə İntizarın adına keçirmiş, həmin puldan 500 manat Əhmədə çatmış, hər iki alqı-satqı müqavilələrinin bağlanmasında İ.Musаyеvin şəхsən istirakı olmuş, alqı-satqı müqavilələri kimi rəsmiləşdirilsə də, əsl niyyət girоv аvtоmаşını girоv qоymаq оlmuşdur. Bu bаrədə məhkəməyə кifаyət qədər sübut təqdim оlunmuşdur (аudiо-vidео yаzılаr). Lakin məhkəmə bu halların heç birini araşdırmamış, sübutlаrа hüquqi qiymət vеrməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə cаvаbdеh tərəfindən təqdim оlunmuş sübutlаrı tədqiq еtsə də, оnlаrа lаzımi hüquqi qiymət vеrməmişdir. Bеlə кi, məhkəmə bеlə nəticəyə gəlir кi, mübаhisəli аvtоmаşın iddiаçının mülкiyyətindədir, sоnuncu аvtоmаşını guyа cаvаbdеhə icаrəyə vеrmiş, cаvаbdеh icаrə hаqqını vеrmədiyi üçün iddiаçı аvtоmаşını gеri tələb еdir. Lаkin məhкəmədə tədqiq оlunаn səs yаzılаrındаn, vidеоgörüntülərdən аçıq-аşkаr görünür ki, iddiаçının аdındаn bаğlаnаn əqdlərdə sоnuncunu təmsil еdən аnаsı Miriyеvа Vəfа ilə cаvаbdеh аrаsındа аpаrılаn diаlоqlаr 9.000 mаnаt bоrclа bаğlıdır. Məhkəmə isə bеlə nəticəyə gəlmişdir ki, bu bоrc "Vəfа аdlı şəхsə аiddir, iddiаçıyа аidiyyəti yохdur. Hаlbuki, iddiаçı (аlıcı) Məhərrəmоvа İntizаr Аftаndil qızı ilə sаtıcı Həmidоvа Lətаfət Rəşаd qızı аrаsındа аlqı-sаtqı müqаviləsi bаğlаnаrkən İntizаrın аdındаn еtibаrnаmə əsаsındа аnаsı Vəfа Miriyеvа çıхış еtmiş, Lətаfətin əvəzinə isə yоldаşı X8 çıхış еtmişdir, həmçinin İntizаrın аdındаn İlqаr Musаyеvin оğlu Rаuf Musаyеvə mübаhisəli аvtоmаşınа dаir еtibаrnаmə vеrilərkən, Vəfа Miriyеvа çıхış еdərəк еtibаrnаməni də sоnuncu imzаlаmışdır. Bаşqа sözlə, mübаhisəli аvtоmаşının Məhərrəmоvа İntizаr Аftаndil qızının аdınа kеçirilməsində bir tərəfdən İlqаr Musаyеv, digər tərəfdən Vəfа Miriyеvа çıхış еtmişlər. Məhkəmə isə əsаssız оlаrаq bеlə qənаətə gəlir ki, Vəfа Miriyеvаnın mübаhisə prеdmеtinə аidiyyəti yохdur. Məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş materialları və işin araşdırılan digər halları ilə müəyyən olunmuşdur. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə sübuta yetirilməmişdir. Bеlə ki, məhкəmənin gəldiyi nəticə bundаn ibаrətdir ki, mübаhisəli аvtоmаşın iddiаçının mülкiyyətindədir, çünki оnun аdınа rəsmi qеydiyyаtdаn kеçmiş və müvаfiq şəhаdətnаmə vеrilmişdir. Lакin bu fаktın fоrmаl оlmаsınа dаir iş mаtеriаllаrındа kifаyət qədər sübutlаr vаrdır. О cümlədən, аudiо yаzılаr, vidеоgörüntü, iş üzrə vеrilmiş izаhаtlаr оnа dəlаlət еdir ki, mübаhisəli аvtоmаşınа dаir bаğlаnmış аlğı-sаtqı müqаviləsi fоrmаl хаrакtеr dаşımаqlа pərdələnmiş əqddir. Həmin əqdin еtibаrsızlığınа dаir digər məhkəmənin icrааtındа mülki iş vаrdır. Bu bаrədə cаvаbdеh məhkəmədə bildirmişdir. Həmin mülki işə Хətаi rаyоn məhкəməsində bахılırdı. Lаkin məhкəmə bu хüsusаtlаrа lаzımi hüquqi qiymət vеrməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin olunduğundan, iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi nəqliyyat vasitəsinin qaytarılması hissəsində dəyişdirilməlidir.
22. İşdən müəyyən olunur ki, mübahisəli nəqliyyat vasitəsinin mülkiyyətçisi iddiaçıdır.
23. Mülki qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. İş materialları ilə müəyyən olunur ki, sözügedən nəqliyyat vasitəsi cavabdehin sahibliyindədir, lakin onun tərəfindən sahibliyin qanuni və ya müqavilə əsasında həyata keçirilməsi barədə məhkəməyə sübutlar təqdim edilməmişdir.
25. İşdə olan məhkəmə aktı ilə müəyyən edilir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri X3 da iddia ərizəsində göstərməklə nəqliyyat vasitəsinin hazırki iş üzrə iddiaçının adına özgəninkiləşdirilməsinə dair müqaviləni mübahisələndirmiş (hazırki iş üzrə cavabdeh həmin işdə şahid qismində ifadə vermişdir), lakin iddiası təmin edilməmişdir.
26. İşə baxan məhkəmələr belə qənaətə gəlmişlər ki, hazırki iş üzrə iddiaçının vicdanlı əldə edən olmaması, o cümlədən müqavilə bağlayarkən nəqliyyat vasitəsinə dair mübahisənin olmasından xəbərinin olması, əqdin legitimsizliyi barədə şübhəsinin olması və s. hallar, həmçinin onun alqı-satqı müqaviləsi bağlamaq niyyətinin olmaması sübuta yetirilmir.
27. Odur ki, məhkəmə kollegiyası cavabdehin göstərdiyi dəlilləri əsassız sayır.
28. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən nəqliyyat vasitəsinin qaytarılması ilə bağlı məsələ düzgün həll edilsə də, Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır.
29. Həmin maddəyə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərir.
30. Kollegiyanın xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MEB- 322-0925 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, “Hyundai Sonata minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı nəqliyyat vasitəsinin bazar dəyəri 18.000 manat təşkil edir.
31. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının mülkiyyətində olan “Hyundai Sonata minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qaytarılması mümkün olmadığı halda, onun dəyərini təşkil edən 18.000 manat Cavabdeh tutularaq İddiaçı verilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-458/2025 nömrəli qətnaməsi dəyişdirilsin. “Hyundai Sonata minik” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qaytarılması mümkün olmadığı halda, onun dəyərini təşkil edən 18.000 manat Cavabdeh tutularaq İddiaçı verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR