Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3902/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2, Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,İddiaçı nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-71/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 5250 manat pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 6780 manat pulun tutularaq İddiaçı ödənilməsi, hüquqi yardım göstərilməsi məqsədilə vəkilə ödənilmiş 100 manat pulun, vəkilə iddiaçının nümayəndəsi qismində onu məhkəmə prosesində təmsil etməsi üçün etibarnamə verilməsinə çəkilmiş 17,25 manat pulun, dövlət rüsumu üçün ödənilmiş 130 manat olmaqla cəmi 247,17 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir.İddia tələbi onunla əsaslandırlmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2022-ci ilin may ayında İddiaçı ümumilikdə 111 qram 750 əyarlı qızılzinət əşyaları alaraq pulunu ödəyəcəklərini bildirmişlər, lakin bu günə kimi onun pulunu qaytarmamışlar. Qeyd edilən faktla əlaqədar olaraq Sabunçu RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X9 tərəfindən İddiaçı müraciəti əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/2614 nömrəli material əsasında 17 noyabr 2023-cü il tarixli “Cinayət işinin başılanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərarda qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı 1988-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində həyət evində yaşayır. 1992-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra ailəsini dolandırmaq naminə qızıl alveri ilə məşğul olmağa başlamışdır. Onunla birgə qonşuluqda yaşayan Ulduz adlı qadın da bir neçə dəfə ondan qızıl-zinət əşyaları alaraq hissəli şəkildə pulunu ödəyib bitirmişdir. 2022-ci ilin may ayında köhnə qonşusu olan Ulduz və onun qızı Cavabdeh1 onun yaşadığı evə gələrək ev tikmək istədiyini demiş və əllərində pul olmadıqlarını bildirib ondan qızıl alaraq həmin qızıl-zinət əşyalarını lombarda qoyub nağd pul əldə etdikdən sonra tikintiyə davam etmək istədiklərini demişlər. Bu işdə onlara kömək etməyi xahiş etmişlər. Həmin vaxt onlarla razılaşmış və 51 qram 750 əyarlı italyan qızıllarını onlara vermişdir. Bir neçə ay sonra Ulduz və qızı Şəhanə onun yaşadığı evə gəlib yenidən qızıl-zinət əşyaları lazım olduğunu, eləcə də həmin qızıl-zinət əşyalarını sataraq qardaşının problemini həll edəcəklərini demişlər. Yenidən Şəhanə və anası Ulduza 750 əyarlı 31 qram qızıl-zinət əşyaları vermişdir. Sonuncu dəfə isə 2023-cü ilin yanvar ayının əvvəllərində Şəhanə onun yaşadığı evə gəlib qardaşının səhhətində problem olduğunu deyib ona köməklik etməyi xahiş etmişdir. Eyni qayda olaraq yenidən Şəhanəyə 31 qram 750 əyarlı qızıl-zinət əşyaları vermişdir. İlk aldıqları qızıl-zinət əşyalarına görə cəmisi iki dəfə 500 manat, ümumilikdə isə 1000 manat pul ödəmişlər. Onlara qızıl verməkdə ehtiyat etdiyini bildirərkən Gürcüstan Respublikasında evləri olduğunu və həmin evi sataraq ona olan borclarını qısa zaman ərzində qaytaracaqlarını demişlər. Lakin bu günə kimi onun pulunu qaytarmaqdan yayınmışlar. Hal-hazırda Şəhanə və anası Ulduzun ona ümumilikdə 12900 manat pul borcu vardır. 17 noyabr 2023-cü il tarixli “Cinayət işinin başılanmasının rədd edilməsi haqqında” Qərara əsasən Cavabdeh1 Sabunçu Rayon Polis İdarəsində verdiyi izahatdan məlum olur ki, o, 2022-ci ilin dekabr ayının 31-də qonşuluqda yaşayan Dürdanənin evinə getmiş və qızıl alveri etdiyini bildiyi üçün ondan qızıl-zinət əşyaları alaraq satıb özü üçün təqaüd düzəltdirmək istəmişdir. Bu barədə Dürdanə ilə söhbət etdikdən sonra müvafiq razılığa gəlmişlər və ilkin olaraq ondan 12 qram türk qızılı götürmüşdür. Öz şəxsi məsrəflərinə istifadə etdikdən sonra xx.xx.2023-cü il tarixində yenidən Dürdanənin yaşadığı evə gedərək ona qızıl lazım olduğunu demişdir. Eləcə də, Dürdanə ilə razılaşdıqdan sonra yenidən ondan 26 qram türk qızılı, 585 əyarlı qızıl-zinət əşyaları almışdır. Həmin qızıl-zinət əşyalarını Dürdanədən götürdükdən sonra yenidən lombarda qoyub borc olaraq pul götürmüşdür. Onunla da razılaşmışdır ki, aylıq olaraq hissəli şəkildə pulunu ödəyəcək, lakin maddi vəziyyətinin pis olması səbəbindən bir neçə ayı ödəyib qalan ayları ödəyə bilməmişdir. 2023-cü ilin dekabr ayından başlayaraq hissəli şəkildə aylıq 200 manat ödəyib, bir neçə ay ərzində Dürdanəyə olan pul borcunu tam şəkildə qaytaracağına söz vermişdir. Dürdanədən ümumilikdə 38 qram türk qızılı aldığı üçün ona 4180 manat pul borcunun olduğunu qeyd etmişdir. Həmçinin 17 noyabr 2023-cü il tarixli “Cinayət işinin başılanmasının rədd edilməsi haqqında” Qərara əsasən Cavabdeh2 Sabunçu Rayon Polis İdarəsində verdiyi izahatdan məlumdur ki, 2022-ci ildə lotereya oynadığı üçün maddi vəziyyəti aşağı olmuşdur. Belə bir qərara gəlmişdir ki, qonşuluqda yaşayan Dürdanə adlı qadından qızıl-zinət əşyası alaraq həmin qızıl-zinət əşyasını lombarda qoyub müəyyən qədər pul əldə etsin. Eləcə də, 2022- ci ilin iyun ayında Dürdanənin yaşadığı evə gedib borc olaraq ondan qızıl-zinət əşyaları istəmişdir. Həmin qızıl-zinət əşyalarını satıb borclarını verəcəyini və Dürdanəyə olan borcunu isə hissəli şəkildə ödəyəcəyini demişdir. Dürdanə onunla razılaşmış və 51 qram 750 əyarlı qızılı Dürdanədən almışdır. 2022-ci ilin sentyabr ayında isə yenidən Dürdanənin evinə getmiş və oğlu üçün aldıqları maşının kreditini verə bilmədiklərini və bu işdə onlara köməklik edib qızıl-zinət əşyası verməsini xahiş etmişdir. Həmin vaxt Dürdanə yenidən 23 qram 750 əyarlı qızıl-zinət əşyalarını ona vermişdir. Onunla razılaşmışdır ki, həmin qızılzinət əşyalarının pulunu da hissəli şəkildə ödəyəcəkdir. Sonradan maddi vəziyyətləri yaxşı olmadığı üçün Dürdanəyə olan pul borcunu ödəyə bilməmişdir. İddiaçı ümumilikdə 74 qram 750 əyarlı qızılzinət əşyaları almasını, onun 23 qramının 115 manatdan, 51 qramının isə 132 manatdan olmasını, ümumilikdə Dürdanəyə 9377 manat borcunun olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən məlumdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Sabunçu Rayon Polis İdarəsində verilmiş izahatlardan da göründüyü kimi onlar İddiaçı olan borc məbləğini özləri etiraf etmişlər. Hazırda cavabdehlərin etiraf etdikləri ümumilikdə 13557 manat pul məbləğindən az bir vəsait ödənilmiş və 12900 manat vəsaitin ödənilməsinə dair cavabdehlər tərəfindən hərəkətsizlik nümayiş etdirilməkdədir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2( 010) -71/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, Cavabdeh1 5250 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 6780 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 130 manat dövlət rüsumunun, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat və etibarnamənin verilməsi üçün ödənilmiş 17.25 manat olmaqla cəmi 247.25 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 110 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 389,442, 448, 567, 568, 579, 600; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında qızıl alış-verişi ilə bağlı münasibətin olmasını hər iki tərəf qəbul edir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə iddiaçı cavabdehlərə qızıl əşyaları təqdim etmiş, cavabdehlər isə həmin qızılların dəyərini ödəməyi öz öhdələrinə götürmüşdür. Həmçinin, o da müəyyən edilir ki, cavabdehlər tərəfindən iddiaçıya müəyyən ödənişlər də edilmişdir. Tərəflərin arasında olan münasibət alqı-satqı münasibətləri olmuşdur. Belə ki, artıq qeyd edildiyi kimi, cavabdehlər ayrı-ayrı vaxtlarda iddiaçıdan sonradan dəyərini ödəmək şərti ilə nisyə qızıl-zinət əşyaları götürmüşlər. Beləliklə, müəyyən olunur ki, hazırkı işdə tərəflərin münasibətləri mülki qanunvericiliyin alqı-satqı münasibətlərini tənzimləyən hüquq normalarına uyğundur. Həmin münasibətləri tənzimləyən maddi hüquq normalarına nəzər saldıqda müəyyən edilir ki, qanunvericilik bu tip əşyaların alqı-satqısı ilə bağlı imperativ müqavilə forması nəzərdə tutmamışdır. Deməli, hazırkı işdə tərəflər arasında qızılın satışı ilə bağlı şifahi alqı-satqı müqaviləsi mövcud olmuşdur. İddia tələbinin Cavabdeh1 5250 manat pulun tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə bildirilir ki, cavabdeh iddiaçıdan aldığı qızılların dəyərini ödədiyini və xx.xx.2023-cü il tarixli əlyazmada olan yazıların ona aid olmadığını bildirsə də, lakin iş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi xx.xx.2024- cü il tarixli ekspert rəyindən göründüyü kimi həmin əlyazmada əks olunan yazıların Cavabdeh1 tərəfindən icra edildiyi qeyd edilmişdir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Həmin əlyazmadan aydın olur ki, “Cavabdeh1 İddiaçı olan 6850 manat borcunu 10-cu aya qədər ödəyəcəyini qeyd etmişdir. Eyni zamanda, əlyazmada aprel ayında 300 manat, may ayında 300 manat ödənildiyi göstərilmişdir”. Eyni zamanda, həmin qəbzdə dekabr.12. 900 v yazısı ilə bağlı araşdırma aparılarkən bu məbləğin X5 adlı şəxsin verdiyi 900 manat pul olduğu müəyyən edilmişdir, hansı ki, həmin məbləğ iddiaçı tərəfindən Cavabdeh1 borcundan çıxılmışdır. İddiaçı tərəf Cavabdeh1 borcundan ümumilikdə 1600 manat ödənildiyini bildirmiş və xx.xx.2023-cü il tarixli qəbzdə yazılan 6850 manat borcdan 1600 manatı çıxmaqla, yerdə qalan 5250 manat pulu tələb edir. Cavabdeh1 isə bildirir ki, onun iddiaçıya 2980 manat borcu qalmışdır. Cavabdeh1 iddiaçıya həmin qızıllara görə olan borcunu ödədiyini, yalnız 2980 manat borcunun qaldığını bildirsə də, lakin qeyd olunan halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.Cavabdeh1 etdiyi əlavə ödənişlərlə bağlı sübutetmə yükü onun üzərinə düşdüyündən və o bu barədə hər hansı sübut təqdim etmədiyindən, məhkəmə bu xüsusda Cavabdeh1 etirazını əsaslı hesab etmir.İddia tələbinin Cavabdeh2 6780 manat pulun tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə isə bildirilir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli əlyazmada əks olunan yazıların onun tərəfindən icra edildiyini inkar etmir. Deməli, Cavabdeh2 iddiaçıya götürdüyü qızılların müqabilində 6780 manat borclandığı müəyyən olunur. Lakin, bununla belə, Cavabdeh2 bildirir ki, o iddiaçıya müxtəlif vaxtlarda şəxsən verməklə, eyni zamanda X6 vasitəsiylə borcunu qaytarmış, onun təxminən 4000 manat borcu qalmışdır. Habil Məmmədov vasitəsilə 1250 iddiaçıya pul göndərmişdir. Cavabdeh hər nə qədər iddiaçıdan aldığını etiraf etdiyi qızılların yarısının dəyərini ona ödədiyini qeyd etsə də, lakin bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmiş və yalnız formal mülahizələrə əsaslanmışdır. X6 adlı şəxsə verilən pul məbləği ilə bağlı qeyd edilməlidir ki, bu pulun həmin şəxs vasitəsi ilə iddiaçıya borc ödənişi kimi verilməsi halı təsdiq edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, tələb qeyd olunan hissədə də təmin edilməlidir. Beləliklə, Cavabdeh1 iddiaçıya 5250 manat, Cavabdeh2 isə 6780 manat məbləğində borcunun qalması halı işin halları ilə öz təsdiqini tapır. Cavabdehlər borc məbləğləri üzrə müəyyən ödənişlər etdiklərini bildirsələr də, bu ödənişlərlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azər Mustafayev adlı şəxsin məhkəmədə şahid kimi dindirilməsi ilə bağlı isə qeyd edilməlidir ki, həmin şəxs şahid kimi məhkəməyə çağırılsa da, lakin o, məhkəməyə gəlməkdən imtina etmişdir. Digər tərəfdən isə, qeyd edilməlidir ki, həmin şəxs məhkəməyə şahid kimi gəlməkdən imtina etsə də, onun cavabdehlərə məxsus borc məbləğindən ödəniş edib-etməməsi ilə bağlı məsələdə qeyri-müəyyənlik qalmamışdır. Ona görə ki, iddiaçı tərəf həmin şəxsin Cavabdeh1 borcuna görə ümumilikdə 1000 manat ödədiyini etiraf etmişdir. Elə cavabdehlər də, həmin şəxsin qeyd edilən məbləğdə ödəniş etdiyini iddia edirdilər. Məhkəmə hər iki cavabdehin iddiaçıya əslində daha çox borc məbləğinin qaytarıldığı barədə bildirdiklərinə münasibətdə qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə görə bu halları sübut etmək yükü cavabdehlərin üzərinə düşür. İstintaq orqanına verdikləri izahatlarda Cavabdeh1 İddiaçı 2980 manat borcunun olduğunu bildirmiş, Cavabdeh2 isə İddiaçı 5627 manat borcunun oldğunu bildirmişlər. Bununla belə, cavabdehlər iddiaçıya məhz istintaq orqanında qeyd etdikləri məbləğlərdə borclarının qalmasını hər hansı sübutla isbat edə bilməmişlər.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : xx.xx.2023-cü il tarixli əlyazmaya əsasən, Cavabdeh2 İddiaçı olan 6780 manat borcunu oktyabr ayına qədər ödəyəcəyini qeyd etmişdir ; - xx.xx.2023-cü il tarixli əlyazmaya əsasən Cavabdeh1 İddiaçı olan 6850 manat borcunu 10-cu aya qədər ödəyəcəyini qeyd etmişdir. Eyni zamanda əlyazmada aprel ayında 300 manat, may ayında 300 manat ödənildiyi göstərilmiş, dekabr.12.900 v yazısı qeyd edilmişdir ; - 17 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh1 bildirmişdir ki, İddiaçı yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. 2022-ci ilin dekabr ayının 31-də qonşuluqda yaşayan Dürdanənin evinə getmiş və qızıl alveri etdiyini bildiyi üçün ondan qızıl- zinət əşyaları alaraq satıb özü üçün təqaüd düzəltdirmək istəmişdir. Bu barədə Dürdanə ilə söhbət etdikdən sonra müvafiq razılığa gəlmişlər və ilkin olaraq ondan 12 qram türk qızılı götürmüşdür. Həmin qızıl-zinət əşyalarını lombarda qoyaraq borc pul götürmüşdür. Öz şəxsi məsrəflərinə istifadə etdikdən sonra xx.xx.2023- cü il tarixdə yenidən Dürdanənin yaşadığı evə gedərək ona qızıl lazım olduğunu demişdir. Eləcədə, Dürdanə ilə razılaşdıqdan sonra yenidən ondan 26 qram türk qızılı, 585 əyarlı qızıl-zinət əşyaları almışdır. Həmin qızıl-zinət əşyalarını Dürdanədən götürdükdən sonra yenidən lombarda qoyub borc olaraq pul götürmüşdür. Onunla da razılaşmışdır ki, aylıq olaraq hissəli şəkildə pulunu ödəyəcək, lakin maddi vəziyətinin pis olması səbəbindən bir neçə ay ödəyib qalan ayları ödəyə bilməmişdir. 2023-cü ilin dekabr ayından başlayaraq hissəli şəkildə aylıq 200 manat ödəyib bir neçə ay ərzində Dürdanəyə olan pul borcunu tam şəkildə qaytaracağına söz vermişdir. Verdiyi sözü əməl etmədiyi təqdirdə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məsuliyyət daşımağıma hazırdır. Əlavə olaraq Dürdanədən ümumilikdə 38 qram türk qızılı aldığı üçün ona 4180 manat pul borcunun olmasını, həmin məbləğdən 1200 manat ödədiyinə görə faktiki olaraq İddiaçı 2980 (iki min doqquz yüz səksən) manat pul borcunun qalmasını qeyd etmişdir ; - Araşdırma zamanı izahatı alınmış X4 bildirmişdir ki, İddiaçı yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. 2022-ci ildə lotareya oynadığı üçün maddi vəziyyəti aşağı olmuşdur. Belə bir qərara gəlmişdir ki, qonşuluqda yaşayan Dürdanə adlı qadından qızıl-zinət əşyası alaraq həmin qızıl-zinət əşyasını lombarda qoyub müəyyən qədər pul əldə etsin. Eləcə də, 2022-ci ilin iyun ayında Dürdanənin yaşadığı evə gedib borc olaraq ondan qızıl-zinət əşyaları istəmişdir. Həmin qızıl-zinət əşyalarını satıb borclarını verəcəyini və Dürdanəyə olan borcunu isə hissəli şəkildə ödəyəcəyini demişdir. Dürdanə onunla razılaşmış və 51 qram 750 əyarlı qızılı Dürdanədən almışdır. 2022-ci ilin sentyabr ayında isə yenidən Dürdanənin evinə getmiş və oğlu üçün aldıqları maşının kreditini verə bilmədiklərini və bu işdə onlara köməklik edib qızıl-zinət əşyası verməsini xahiş etmişdir. Həmin vaxt Dürdanə yenidən 23 qram 750 əyarlı qızılzinət əşyalarını ona vermişdir. Onunla razılaşmışdır ki, həmin qızıl-zinət əşyalarının pulunu da hissəli şəkildə ödəyəcəkdir. Sonradan maddi vəziyyətləri yaxşı olmadığı üçün Dürdanəyə olan pul borcunu ödəyə bilməmişdir. Əlavə olaraq İddiaçı ümumilikdə 74 qram 750 əyyarlı qızıl-zinət əşyaları almasını, onun 23 qramının 115 manatdan, 51 qramının isə 132 manatdan olmasını, ümumilikdə Dürdanəyə 9377 (doqquz min üç yüz yetmiş yeddi) manat borcunun olmasını, həmin məbləğdən 3750 manatını ödədiyi üçün faktiki olaraq ona olan pul borcunun 5627 (beş min altı yüz iyirmi yeddi) manat olmasını, qalan borcunun isə 2023-cü ilin dekabr ayının 25-dən başlayaraq aylıq 200 manat ödəməklə hissəli şəkildə ödəyəcəyini, verdiyim sözü əməl etmədiyi təqdirdə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən məsuliyyət daşımağıma hazır olmasını qeyd etmişdir ; - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X5 adlı şəxs Cavabdeh2 İddiaçı olan borcdan 900 manat qəbul etmiş və İddiaçı həmin 900 manatı almışdır; - İşə əlavə edilmiş (iş materialları, səh 67) ödəniş qəbzlərinin surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 270 manat, xx.xx.2023-cü il tarixində 50 manat ödənişlər edilmişdir. Eyni zamanda, Məmmədov Habil adlı şəxsin kart hesabının surəti təqdim edilmişdir ; - AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş e- 2(010)-965/2024 saylı mülki işin 48-ci vərəqində Cavabdeh1 adından olan xx.xx.2023-cü il tarixli 6850 manata dair borc qəbzindəki yazılar (aprel -300 v, may -300 v... dekabr-12-900 v. Yazılarından başqa) və həmin qəbzin aşağı hissəsində “xx.xx.2023” rəqəmlərindən yuxarıdakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025–ci il tarixli 2(010)–71/2025 nömrəli qətnamənin ona münasibətdə qismən ləğv edilərək, iddianın ona münasibətdə 2980 manat həcmində təmin edilməsi barədə müvafiq məhkəmə akt çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin halları ondan ibarətdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)– 71/2025saylı xx.xx.2025–ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddianın təmin edilməməsinin yeganə əsasını isə iddiaçının iddia ərizəsində qeyd etmiş olduğu formal mülahizələr olmuşdur. Məhkəmə qətnamədə onun adından yazmış olduğu izahatında belə bir qeyd aparmışdır: “Məhkəmən iclasında Cavabdeh1 bildirdi ki, o, üç dəfə 300 manat pulu X2 və cavabdehlərin vəkili Vəkil2 göndərmişdir. Polisdə iddiaçı gəldi, üzləşmə olanda onun 1200 manat verdiyini bildirdi. O, türk qızılı götürmüşdür, lakin iddiaçı italyan qızılı kimi hesablayıb. 1250 manat bir, 1000 manat da bir ödəniş etmişdir”. Halbuki bu hadisə əslində belə olmuşdur: O iddiaçının göstərişi ilə iddiaçının oğluna üç dəfə 300 manat, iddiaçının tanışı X2 1250 manat və Azər adlı vəkilin vasitəsi ilə 1000 manat iddiaçıya verdiyini məhkəmədə qeyd etmişdir. Vəkil2 onun məhkəmə ərəfəsində vəkili olmuş və onun vasitəsi ilə heç vaxt iddiaçıya hər hansı ödəniş etməmişdir. Bundan başqa o məhkəmə iclasında iddiaçının onun adına təqdim etdiyi borc qəbzinə dair məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini tələb etmişdir. Onun vəsatətinə əsasən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, iki dəfə ekspert rəy verməkdən imtina etmiş, sonradan isə imzanın onun tərəfimdən icra edilməsi barədə rəy verilmişdir. Həmin ərəfədə onun sağ qolu sındığından məhkəmədən komission ekspertiza təyin edilməsini tələb etsə də məhkəmə vəsatətini təmin etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən onun iddiaçıya ödəmiş olduğu məbləğlər tam şəkildə nəzərə alınmamışdır. Əgər iddiaçıya qaytarmış olduğu məbləğlərin hamısı nəzərə alınarsa, onun hazırda iddiaçıya cəmi 2980 manat məbləğində borcu qalır. Ona görə də hesab edir ki, məhkəmənin hazırki qətnaməsi qismən ləğv edilməli və iddia tələbi ona münasibətdə 2980 manat təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
5. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025–ci il tarixli e–2(010)–71/2025 nömrəli qətnamənin ona münasibətdə qismən ləğv edilərək, iddianın ona münasibətdə 4530 manat həcmində təmin edilməsi barədə müvafiq məhkəmə akt çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 78, 218.3, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işin halları ondan ibarətdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e–2(010)–71/2025saylı xx.xx.2025–ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. İddianın təmin edilməsinin yeganə əsasını isə iddiaçının iddia ərizəsində qeyd etmiş olduğu formal mülahizələr olmuşdur. Belə ki, o iddiaçıya olan borcunun xeyli hissəsini ödədikdən sonra ona 4530 manat borcu qalmışdır. Həmin məbləğə dair iddiaçı ondan əlyazma qəbz almışdır. Lakin iddiaçı həmin qəbzi məhkəməyə təqdim etməyərək haqsız qazanc əldə etməyə çalışmışdır. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən onun iddiaçıya ödəmiş olduğu məbləğlər tam şəkildə nəzərə alınmamışdır. Əgər iddiaçıya qaytarmış olduğu məbləğlərin hamısı nəzərə alınarsa, onun hazırda iddiaçıya cəmi 4530 manat məbləğində borcu qalır. Ona görə də hesab edir ki, məhkəmənin hazırki qətnaməsi qismən ləğv edilməli və iddia tələbi ona münasibətdə 4530 manat təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək, iddiaçının cavabdehlərə türk qızılları verməsinə baxmayaraq, hazırkı mərhələdə italyan qızılı kimi onların dəyərini tələb etdiyi, həmçinin cavabdehlər tərəfindən ayrı-ayrı vaxtlarda iddiaçıya müvafiq ödənişlərin edilməsinə baxmayaraq iddiaçı tərəfindən bu ödənişlərin nəzərə alınmadığını qeyd etmiş və nəticədə şişirdilmiş və həqiqəti əks etdirməyən borc məbləğlərinin yarandığını, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərini əsassız hesab etdiyini,cinayət işi üzrə polisə müraciət etdikdən sonra Cavabdeh1 borcundan 1000 manat ödədiyini, bu səbəbdən də məhkəmə prosesinin gedişində iddia tələbinin həcmini azaltdıqlarını, digər cavabdeh Ulduz tərəfindən isə ümumiyyətlə, ödənişlərin edilmədiyini bildirir və dediklərinin nəzərə alınaraq apellyasiya şikayətlərinin əsassız olduğundan rədd edilməsini xahiş edir. Apellyasiya baxışının hədləri: 8.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 606, 1096, 1097; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Cavabdehlərin apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdehlər iddiaçıya borclu olduqlarını etiraf edirlər, lakin hazırkı mərhələdə mübahisə edilən həmin borc məbləğinin düzgün hesablanmamasıdır.Cavabdehlər ayrı-ayrı vaxtlarda iddiaçıya borclarından müvafiq ödənişlər etdiyini, lakin iddiaçı tərəfindən bu ödənişlərin borcdan silinmədiyini, nəticədə şişirdilmiş borc məbləğlərini hesablandığını bildirsələr də bununla bağlı nə birinci instansiya icraatı zamanı, nə də apellyasiya icraatı zamanı hər hansı mötəbər sübut təqdim edə bilməmişdirlər.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.579.2. Əgər alğı-satqı müqaviləsində çeşid və onun müəyyənləşdirilməsi qaydası göstərilməyibsə, lakin öhdəliyin mahiyyətindən alıcıya əşyaların çeşiddə verilməli olduğu irəli gəlirsə, satıcı müqavilənin bağlandığı məqamda alıcının ona məlum olmuş tələbatını əsas götürməklə alıcıya əşyaları çeşiddə verə bilər və ya müqavilənin icrasından imtina edə bilər. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 12.Apellyasiya şikayətləri əsassız olduğundan onların verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 13.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 14.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-71/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.