Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3914/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(001)- 4970/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Zolfi Bakhshaliyə qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı 27 yanvar 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, lakin şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1.4-361.1.6-cı maddələrinin tələblərinə uyğun olmadığından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(001)-4970/2022 saylı qərardadına əsasən geri qaytarılmışdır. Daha sonra, iddiaçı 16 fevral 2023-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş, lakin bu dəfə qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından, şikayət məhkəmənin 17 fevral 2023-cü il tarixli qərardadına əsasən geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət məhkəmənin 07 mart 2023-cü il tarixli qərardadına əsasən təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(103)-2723/2023 saylı qərardadına əsasən, Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi elektron kabinetə yerləşdirildiyi tarixdən şikayət müddəti buraxılmadan apellyasiya şikayəti verilmiş, lakin şikayət Mülki Prosessual Məcəllədə göstərilən forma-məzmuna uyğun olmadığı üçün geri qaytarılmışdır. Bundan sonra həmin tələblərə uyğun apellyasiya şikayəti verilmişdir. Yəni, onlar tərəfindən şikayət müddətinin buraxılması üzrlü səbəblərdən olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət vermiş, Binəqədi Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadı ləğv edilməli, ərizə təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (maddə 129.2). İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (maddə 128.3). İş materiallarından görünür ki, qətnamə iddiaçının nümayəndəsi Vəkil1 elektron kabinetinə xx.xx.2022-ci il tarixində yerləşdirilmiş, İddiaçı isə qətnaməni xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza etməklə qəbul etmişdir. Apellyasiya şikayəti verilməsi üçün müddətin axımı xx.xx.2022-ci il tarixdən başlamış, 1 aylıq müddətin son günündə xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti məhkəməyə təqdim olunmuşdur. Apellyasiya şikayəti qaytarıldıqdan sonra müddətin buraxılması isə yalnız qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən elektron qaydaya əməl olunması və qərardadın məhkəmə qaydadasında mübahisələndirilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı tərəfindən apellyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən buraxılmışdır və ona görə də həmin müddət bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. Buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(001)- 4970/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən buraxılmış apellyasiya şikayəti vermə müddəti bərpa edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3914/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3914/2023
07.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver