Məhkəmə qərarları › İş №2(103)-392/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-392/2025

19.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-392/2025 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, e-2(003)- 1543/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 03/26423 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Bundan başqa təbii X2nın pozulması haqqında tərtib edilmiş aktlarda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi göstərilmişdir. Abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00250 nömrəli abonent koduna (abonent Cavabdeh) 23924,10 manat borc hesablanmışdır. İddiaçı hazırda tələbində cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talamasına istinad etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 23924,22 manatın, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 162,98 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 24487,2 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 03-1687 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00250 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 40020113 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında ümumilikdə 22540,02 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur: 1. 2016-ci il üzrə 2 akt olmaqla cəmi 327,90 manat, 2. 2017-ci il üzrə 6 akt olmaqla cəmi 1500,40 manat, 3. 2018-ci il üzrə 12 akt olmaqla cəmi 2226,80 manat, 4. 2019-ci il üzrə 12 akt olmaqla cəmi 1200,60 manat, 5. 2020-ci il üzrə 7 akt olmaqla cəmi 2253,60 manat, 6. 2021-ci il üzrə 12 akt olmaqla cəmi 4053,60 manat, 7. 2022-ci il üzrə 11 akt olmaqla cəmi 6216,48 manat, 8. 2023-ci il üzrə 8 akt olmaqla cəmi 4760,64 manat. Ümumilikdə 22540,02 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-nə 1384,2 manat məbləğində qaz sərfiyatı borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-nə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 23924,22 manat təşkil etməkdədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, e-2(003)- 1543/2024 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ünvan 2 ünvanında yaşamamışdır. Buna görə də həmin ünvana yazılmış borc məbləğinin cavabdehə aid olması sübuta yetirilməmişdir. Məhkəmə qeyd etmişdir edir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxəsinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin iş materiallarında olan müvafiq akt istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktların bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin dəyişdirilərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Həmçinin aktların əsaslığı həqiqiliyini məhkəmə yerli baxış zamanı müşahidə etsə də, qətnaməsində tam olaraq etinasız yanaşmışdır. Belə ki, hər vaxt olduğu kimi cavabdeh yerli baxış zamanı sayğacsız qeydiyyata alınmayan şəkildə istifadə etmiş və istifadə etməsini imkansızlığı ilə əlaqələndirmişdir. Məhkəmə isə cavabdeh tərəfindən qətnamədə təbii qazın talanmasını dəstəkləmişdir. O cümlədən hazırki icraat zamanı da yerli baxış təyin edilsə yuxarıda qeyd edilən halları açıq aşkar müəyyən edəcəkdir. Məhkəmə, aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır məhkəmə isə bu halları iddia müddətini keçməsini əlaqələndirsə də, hazırki təbii qazın talamasın heç bir hüquqi münasibət bildirməmiş və bu da iddia müddəti keçməmiş akların təmin edilməməsinə əsas vermir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Cavabdeh nəinki istifadə etdiyi təbii qazın həcmini ödəməmiş bundan əlavə sayğacsız təbii qazdan istifadə edərək iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Göründüyü kimi təqdim olunmuş sübutlara– aktlara hərtərəfli və tam baxılmamış və hakim təqdim edilmiş sübutları nəzərə almamış, qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə nədənsə cavadehdən sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə yerli müayinə zamanı qaz xəttinə müdaxiləni görsə də, qətnamə qəbul edərkən talamanın faktını qətnaməsində nəzərə almamışdır. Bundan başqa cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Həmçinin məhkəmə qətnamədə öz mülahizəsi ilə abonent tərəfindən təbii qazın talanmasını hesablamışdır. Halbuki qətnamənin əsaslı olması üçün məhkəmə-mühaasibatlıq ekspertizasını təyin edə bilərdi. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5616/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-trasoloji və məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2025 ci il tarixli və 03 aprel 2025-ci il tarixli məktubları ilə ekspert rəyləri daxil olmuş və iş üzrə icraat təzələnmişdir Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-392/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyinin alınması, rəyin verilməsinin Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin 09 dekabr 2025-ci il tarixli, 3-15-2-1/2-4944/2025 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Qanun: 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan, Paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə 03/26423 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Bundan başqa təbii X2nın pozulması haqqında tərtib edilmiş ünvan 2 ünvanına dair 2017-2019-cu illəri əhatə edən 21 ədəd aktlarda abonent Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi göstərilmişdir. Abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00250 nömrəli abonent koduna (abonent Cavabdeh) borc hesablanmışdır. Hazırda iddiaçı tələbində cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talamasına istinad etmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbi rədd edərkən belə nəticəyə gəlmişdir ki, Cavabdeh ünvan 2 ünvanında yaşamamışdır. Buna görə də həmin ünvana yazılmış borc məbləğinin cavabdehə aid olması sübuta yetirilməmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktların bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə tərəfindən Cavabdeh borc məbləği yazılmış ünvan 2 ünvanına xx.xx.2024-cü il tarixdə yerli müayinə keçirilmiş, mübahisəli ünvanda qeyri-qanuni xəttin aşkar olunmadığı və qaz avadanlıqlarının mövcud olmadığı müəyyənləşdirilmişdir. Bununla belə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri həmçinin ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən təbii qazın talanmasına heç bir hüquqi münasibət bildirməmişdir. İddiaçı cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talamasına istinad etməklə dəymiş zərəri tələb etdiyindən cavabdehə məxsus ünvana aid qaz xəttində qanunsuz qoşulmanın olub-olmamasının müəyyən edilməsi işin obyektiv həlli üçün zəruri olmuşdur. Həmçinin də apellyasiya baxışı zamanı Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı tərəf qazın alqı-satqısı barədə 03/26423 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə istinad etsə də, həmin müqavilədəki imza ona məxsus deyil və o iddiaçı ilə qazın alqısatqısı barədə müqavilə bağlamamışdır. İddiaçı xx.xx.2017-ci il tarixində 03-1687 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən Cavabdeh məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsinə istinad etsə də cavabdeh həmin müqaviədəki imzanın ona aid olmamasını bildirdiyinə görə paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 03/26423 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilədəki imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi zəruri olduğundan iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası, eyni zamanda məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli 3/144 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2025-ci il tarixli, 4/190 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 143-cü vərəqində olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin sonunda istehlakçı qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan başqa abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00250 nömrəli abonent koduna (abonent Cavabdeh) 23924,10 manat borc hesablanmışdır. Aktlara əsasən hesablanmış zərərin miqdarının hesablanması üçün apellyasiya baxışı zamanı iş üzrə mütəxəssis (ekspert) rəyi alınması və rəyin verilməsinin Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunması qərara alınmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin 09 dekabr 2025-ci il tarixli, 3-15-2-1/2-4944/2025 saylı məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki:

1. Cavabdeh tərəf, qazpaylayıcı xəttə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz İstifadə etməsi faktı ilə bağlı barəsində aktların tərtib edildiyi dövrü əhatə edən 2016-cı il üzrə 2 akt, 2017-ci il üzrə 6 akt, 2018-ci il üzrə 12 akt, 2019-cu il üzrə 12 akt, 2020-ci il üzrə 20 akt, 2021-ci il üzrə 12 akt, 2022-ci il üzrə 11 akt, 2023-cü ildə 8 akt üzrə ona məxsus ünvanda təbii qazdan qaz sayğacı vasitəsilə 5109.12 manat məbləğində təbii qazdan istifadə etmiş lakin heç bir ödəniş etməmişdir.

2. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "X2"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan da, analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1.2 m³, 1 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m³, 1 ədəd qeyri standart su qızdırıcısının maksimal qaz sərfi 1.5 m³ işləmə rejimi qış aylarında PQ-4 və dəmir soba 12 saat, qeyri standart su qizdırıcısının 6 saat, yay aylarında isə PQ-4 12 saat, qeyri standart su qızdırıcısının 6 saat nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 2018-ci ilin yay aylan üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ * 12 saat x 168 gün = 2419.2 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ * 6 saat x 168 gün = 1512 m³; Cəmi 3931.20 m³ (2419.2 + 1512 = 3931.2) təşkil edə bilər. 2018-ci ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ * 12 saat x 46 gün = 662.4 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ * 6 saat x 46 gün = 414 m³; 1 ədəd dəmir soba üçün 1.4 m³ * 12 saat x 46 gün = 772.80 m³; Cəmi 1849.20 m³ ( 662.4 + 414 + 772 7xx.xx-1849.20) təşkil edə bilər. Ümumi olaraq 2018-ci il üçün itirilmiş qaz sərfi (3931.20+1849.20 m³ = 5780.4 ) məbləği 986.08 manat təşkil edə bilər. 2019-cu ilin yay aylan üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün 1.2 m³ x 12 saat x 151 gün = 2174.4 m³; 1 ədəd qeyri standart su dizdırıcısı üçün - 1.5 m³ * 6 saat x 151 gün = 1.359 m³. 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ x 6 saat x 151 gün = 1359 m³; Cəmi 3533.40 m³ (2174.40+1359-3533.40) təşkil edə bilər. 2019-cu ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 214 gün = 3081.6 m³ 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ x 6 saat x 214 gün = 1926 m³; 1 ədəd dəmir soba üçün - 1.4 m³ * 121 saat x 214 gün 3595.20 m³; Cəmi 8602.80 m³ (3081.60+1926+35xx.xx-8602.80) təşkil edə bilər. Ümumi olaraq 2019-cu il üçün itirilmiş qaz sərfi (3533.40+8602.80= 12136.2 m³) məbləği 2257.24 manat təşkil edə bilər. 2020-ci ilin yay aylan üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ * 12 saat x 151 gün = 2174.4 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ * 6 saat x 151 günn= 1359 m³: Cəmi 3533.40 m³ (2174.4 + 1359 = 3533.4 ) təşkil edə bilər. 2020-ci ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 214 gün = 3081.6 m³ 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ x 6 saat x 214 gün = 1926 m³; 1 ədəd dəmir soba üçün - 1.4 m³ * 12 saat x 214 gün = 3595.2 m³, Cəmi 8602.80 m³ (3081.60+1926+3595.20=8602.80) təşkil edə bilər. Ümumi olaraq 2020-ci il üçün itirilmiş qaz sərfi (3533.40+8602.80- = 12136.2 m³) məbləği 2257.24 manat təşkil ede biler. 2021-ci ilin yay ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ * 12 saat x 151 gün = 2174.4 m³ 1 ədəd qeyri standart su qızdıncısı üçün - 1.5 m³ x 6 saat x 151 gün = 1359 m³ Cəmi 3533.40 m³ (2174.40+1359-3533.40) təşkil edə bilər. 2021-ci ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün 1.2 m³ * 12 saat x 214 gün = 3081.6 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ * 6 saat x 214 gün = 1926 m³ 1 ədəd dəmir soba üçün - 1.4 m³ * 12 saat x 214 gün = 3595.20 m³ Cəmi 8602.80 m³ (3081.60+1926+35xx.xx-8602.80) təşkil edə bilər. Ümumi olaraq 2021-ci il üçün itirilmiş qaz sərfi (3533.40+8602.80= 12136.20 m³) məbləği 2637.38 manat təşkil edə bilər. 2022-ci ilin yay aylan üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün – 12 m³ * 12 saat x 151 gün = 2174.4 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ x 6 saat x 151 gün = 1359 m³ Cəmi 3533.40 m³ (2174.4 + 1359 = 3533.4) təşkil edə bilər. 2022-ci ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ * 12 saat x 214 gün = 3081.6 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ x 6 saat x 214 gün = 1926 m³; 1 ədəd dəmir soba üçün - 1.4 m³ * 12 saat x 214 gün = 3595.2 m³ 1 ədəd iran sobası üçün 1 - 1.5 m³ * 12 saat x 214 gün = 3852 m³ Cəmi 12454.80 m3 (3081 .60 + 1 926+3595 .20+3852=12454.80) təşkil edə bilər. Ümumi olaraq 2022-ci il üçün itirilmiş qaz sərfi (3533.40+12454.80=15988.20 m³) məbləği 3776.05 manat təşkil edə bilər. 2023-cü ilin yay ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 176 günn = 2534.4 m³ 1 ədəd qeyri standart su qızdırıcısı üçün – 1.5 m³ x 6 saat x 176 gün = 1584 m³; Cəmi 4118.40 m³ (2534.4 + 1584 = 3533.4) təşkil edə bilər. 2023-cü ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 189 gün = 2721.6 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ x 12 saat x 189 gün = 3402 m³ 1 ədəd dəmir soba üçün - 1.4 m³ x 12 saat x 189 gün = 3175.20 m³; 1 ədəd iran sobası üçün - 1.5 m³ x 12 saat x 189 gün = 3402 m³; Cəmi 12454.80 m³ (2721.6+3402+3175.2+3402-12700.80) təşkil edə bilər. Ümumi olaraq 2023-cü il üçün itirilmiş qaz sərfi (4118.40+12700.80 30 = 16819.2 m³ ) məbləği 3983.80 manat təşkil edə bilər. 2024-cü ilin yay aylan üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 15 gün = 216 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün 1.5 m³ x 12 saat x 15 gün = 270 m³; Cəmi 486 m³ (216+270=351) təşkil edə bilər. 2024-cü ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³x 12 saat x 44 gün = 633.6 m³; 1 ədəd qeyri standart su qızdıncısı üçün - 1.5 m³ x 12 saat x 44 gün = 792 m³; 1 ədəd dəmir soba üçün - 1.4 m³ x 12 saat x 44 gün = 739.2 m³ 1 ədəd iran sobası üçün - 1.5 m³ x 12 saat x 44 gun = 792 m³ Cəmi 2956.80 m³ (633.6+792+739.2+792-2560.80) təşkil edə bilər. Ümumi olaraq 2024-cü il üçün itirilmiş qaz sərfi (485 + 2956.8 = 3442.8 m³) məbləği 639.70 manat təşkil edə bilər. Yekun olaraq 2018-ci ildən 2024-cü ilin ilk 4 ayına qədər ümumi itirilmiş qazın məbləği 986.08+2257.24+22xx.xx-2637.38+3776.05+3983.80+639.70=16537.49 manat təşkil edə bilər. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın nəticələrinə əsasən cavabdeh tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Eyni zamanda qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmanın mövcud olması barədə şikayətin dəlilləri öz təsdiqini tapmamasına dair ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı halla bağlı iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki halda iddiaçı tərəfindən tərtib edilmiş aktların qəbul edilməsi üçün əsas olmuş halları, aktların və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktların qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi üzrə sübutetmə yükünün İddiaçı İB-nin üzərində olması nəzərə alınmaqla iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, Cavabdeh qazın alqı-satqısı barədə 03/26423 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilədəki imzanın ona məxsus olmaması və onun iddiaçı ilə qazın alqı-satqısı barədə müqavilə bağlamaması kimi dəlili iş materiallarında olan kollegiya tərəfindən təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də təsdiq edilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi eləcə də apellyasiya baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh ünvan 2 ünvanında 2017-2019-cu illərdə və sonrakı vaxtlarda da yaşamamışdır. Apellyasiya instansiyası məhkəməsinin əvvəlki iclasında cavabdeh verdiyi izahatında göstərmişdir ki, mübahisəli ünvanda 2008-2009-cü illərdə qısa müddət ərzində yaşamışdır. Bundan sonra Binə qəsəbəsi, Qresdə yerləşən evə köçmüş və hazırki vaxtadək həmin ünvanda yaşayır. Cavabdehin bu dəlilinin yoxlanılması məqsədi ilə apellyasiya baxışı zamanı kollegiya tərəfindən "xxxx" ASC-yə müvafiq verilmiş sorğuya təqdim edilmiş 2011-2025ci illləri əhatə edən abonent saldosundan görünür ki, cavabdehin adına quraşdırılmış elektrik sayğacı ünvan 3 ünvanda quraşdırılmışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli ünvana cavabdehin heç bir aidiyyatı olmamış və olmuş olsa idi belə, yazılmış borc məbləğinin ona aid olması sübuta yetirilməmişdir. Bundan başqa iş materiallarından iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamasından əlavə, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilməsi də müəyyən edilmişdir. Həmçinin aktların bir nüsxəsinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Yuxarıda istinad edilən qaydaların tələblərinə əsasən akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməli olsa da, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmişdir. Bununla da işin faktiki halları ilə müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktların bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı aktlara əsasən hesablanmış zərərin miqdarının hesablanması üçün iş üzrə mütəxəssis (ekspert) rəyi ilə 2018-ci ildən 2024-cü ilin ilk 4 ayına qədər ümumi itirilmiş qazın məbləği 986.08+2257.24+22xx.xx-2637.38+3776.05+3983.80+639.70= 16537.49 manat təşkil edə bilməsi müəyyən edilsə də, işin qeyd edilən halları ilə cavabdehin ünvan 2 ünvanında 2017-2019 illərdə və sonrakı vaxtlarda da yaşamaması, həmçinin iddiaçı xx.xx.2017-ci il tarixində 03-1687 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədəki imzanın cavabdehə aid olmaması müəyyən edimiş, eyni zamanda həmin aktların bir nüsxəsinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi işin qeyd edilən halları fonunda mütəxəssis tərəfindən hesablanmış borc Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”na uyğun olsa belə cavabdehdən tələb edilə bilməz. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayətinin məzmunu yol verilmiş nöqsanların göstərilməsindən daha çox iş üzrə formal şikayət verilmişdir. Belə ki, əvvəla apellyatorun nümayəndəsi şikayətlə bağlı apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etməyərək ümumiyyətlə öz mövqelərini bildirməmişlər. Həmçinin də iddia müddətinin tətbiqi ilə bağlı məsələ birinci instansiya məhkəməsinin qətnaməsində göstərilməsə də, apellyator apellyasiya şikayətində qətnaməni iddia müddətinin keçməsi ilə əlaqələndirilmişdir. Bu da apellyasiya şikayətinin şikayət vermək xətrinə şikayət verməsi məqsədi daşımasının aşkar göstəricidir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 185 (65+120) manat məbləğində pul İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, e-2(003)- 1543/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 185 (65+120) manat məbləğində pul İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürüsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar