Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3925/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X8 (sədrliyi və məruzəsilə), X28 və X4 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil3, cavabdeh X13, onun nümayəndəsi və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X15 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, əqdin etibarsızlığı və əmlak bölgüsü tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İbrahımxəlıl qızı cavabdehlər X5, X15 və X16 qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, əqdin etibarsızlığı və əmlak bölgüsü tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh1 və valideynlərinə məxsus olub istifadələrində olan 3 otaqlı mənzilin hal-hazırda azyaşlı övladları ilə birlikdə yaşadığı 2 otağına və ümumi istifadə yerlərinə istifadə və yaşayaış hüququnun tanınması, "Hyundai Sonata” markalı 90-BJ- 046 dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdehlər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, həmin avtomobil üzərində paylı mülkiyyət hüququnun tanınması, nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən geri alınması, hərrac vasitəsi ilə satılaraq əldə edilmiş pul vəsaitinin payına uyğun hissəsinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı İbrahımxəlıl qızı cavabdehin cəlb edilməsi və iddia tələbinin həcminin artırılmasına dair ərizələr verərək göstərmişdir ki, hazırki iddia ərizəsi üzrə mülki işə baxılan zaman ona məhkəmə bildirişi gəlmiş və məlum olmuşdur ki, hazırki ərizədə cavabdeh kimi qeyd edilmiş X13 ona qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi vermişdir. Mənzildən çıxarılma tələbinə dair iddia ərizəsində cavabdeh qeyd etmişdir ki, yaşadığı ünvan 1 X13 mülkiyyətindədir. Hazırki, iddia ərizəsində iddia tələblərindən birinin məhz bu ünvana köçürülmə ilə əlaqədar olduğunu nəzərə alaraq hazırkı iddianın həcminin artırılması və dəqiqləşmə ərizəsi ilə həmin şəxsin də cavabdeh kimi prosesə cəlb edilməsi qərarına gəlmişdir. Qeyd olunanlara əsasən X13 cavabdeh qismində cəlb edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, 30 ünvanında Cavabdeh1 və X15 məxsus olub iddiaçının faktiki istifadəsində olan 3 otaqlı mənzilin hal-hazırda azyaşlı övladları ilə birlikdə yaşadığı iki otağına və ümumi istifadə yerlərinə istifadə və yaşayış hüququnun tanınması, “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısı ilə bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab ediməsi, avtomobilin Cavabdeh1 mülkiyyətinə və sahibliyinə qaytarılması, iddiaçının himayəsində iki azyaşlı uşağın olmasına görə 2/3 hissədə iddiaçının, 1/3 hissədə isə Cavabdeh1 paylarını müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (səh.59, 79). Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: X9 ilə X1 arasında nikah xx.xx.2015-ci il tarixdə 3 saylı Bakı "ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 670 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Paşayeva soyadı verilmişdir (səh.9); tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X17, xx.xx.2017-ci il təvəllüdlü X19 yetkinlik yaşına çatmamışlar (səh.11); Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-4018/2019 saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi təmin edilərək tərəflər arasında rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X10 analarının yanında qalmaları Cavabdeh1 uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat, xx.xx.2017-ci il təvəllüdlü X10 3 yaşına çatana kimi iddiaçı hər ay 30 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (səh.92); Milli Qeydiyyat Sistemində olan məlumatlara əsasən ümumi sahəsi 355,2 kv.m, yaşayış sahəsi 144,6 kv.m, köməkçi sahəsi 210,60 kv.m olan, habelə (torpaq sahəsi üzərində hüququn növü-istifadə) torpaq sahəsinin faktiki sahəsi 0,04982 kv.m, tikinti altı sahəsi 0,03276 kv.m təşkil edən ünvan 3 ünvanı hazırda aşağıda sadalanan şəxslərin mülkiyyətlərindədir:1) X29-1/3 hissədən 1 otaq (y/s-29.0 kv.m);2)X20-1/3 hissədən qalan hıssə;3)Şabanbəyova iradə intiqam qızı- 1/3 hissədən 1 otaq ("B" tikilisi y/s-15.2 kv.m, k/s- 16.0 kv.m);4)X34-1/3 hissənin qalan hissəsindən 1/3 hissə;5)X22-1/3 hissənin qalan hissəsindən 1/3 hissə;6)X23-1/3 hissənin qalan hissəsindən 1/3 hissə;7)X24-1/3 hissə (səh.47); X3 adında xx.xx.2018-ci il tarixdə “Hyundai Sonata” markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında həmin avtomobil X14 adına qeydiyyatdan keçirilmişdir (səh.19). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunmuş, “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh X9 ilə cavabdeh X25 arasında bağlanmış l4.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 (ikidə bir) hissədə İddiaçı İbrahımxəlıl qızının və 1/2 (ikidə bir) hissədə cavabdeh X3 paylarının müəyyən edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsinin cavabdehlər X2, X11 və X12 alınıb İddiaçı İbrahımxəlıl qızına verilməsi, iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 33, 36, 37-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119, 217.4, 220-ci maddələrinə; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 222, 337, 340-cı maddələrinə; Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafıəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına; Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8.10.2013-cü il saylı qərarına; "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına; Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı xx.xx.2015-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirilməklə nikaha daxil olmuş və bu nikahdan xx.xx.2016-cı il təvəllüdlü X18 və xx.xx.2017-ci il təvəllüdlü X21 adlı uşaqları vardır. Tərəflər birgə nikah dövründə “Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 adına rəsmiləşdirilməklə əldə etmiş, xx.xx.2019-cu il tarixində həmin avtomobil iddiaçının razılığı olmadan alqı-satqı müqaviləsi əsasında cavabdeh X14 adına rəsmiləşdirilmişdir. Həmçinin,ünvan 3 paylı mülkiyyətdə olmaqla, cavabdeh X13 adına 1/3 hissənin qalan hissəsindən 1/3 hissə qeydiyyatdan keçmiş və bu barədə ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir."Hyundai Sonata” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh X9 ilə cavabdeh X25 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmin avtomobilin tərəflərin birgə nikahı dövründə əldə olunmuş əmlak olması araşdırılmış sübutlarla tam olaraq təsdiq edilmişdir. Bununla yanaşı hazırda qeyd olunan avtomobilin qeyri-bərabər bölünməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, həmin əmlak tərəflər arasında bərabər paylara uyğun olaraq bölünməlidir. Bakı şəhəri, Yasamal ravonu, Sadıx Dadaşov küçəsi, 30 saylı ev İddiaçı İbrahımxəlıl qızının keçmiş əri cavabdeh X3 atası cavabdeh X13 paylı mülkiyyəti olduğundan, İddiaçı İbrahımxəlıl qızı ilə X9 arasında nikah pozulmaqla ailə münasibətlərinə xitam verildiyinə görə, həmçinin, iddiaçı ilə digər cavabdeh X23 arasında mənzildən istifadə hüuqu ilə bağlı razılaşma olmadığına görə iddia ərizəsi qeyd edilən mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmə hissələrində təmin edilməməlidir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)—5518/2019 saylı qətnaməsini qismən ləğv edərək, ünvan 4 ünvanında yaşayan cavabdeh X15 məxsus mənzildə iki azyaşlı uşaqların yetkinlik yaşına çatana qədər istifadə hüququnun tanınmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya məhkəməsi Plenimunun xx xxxxxx 2014-cü il tarixli qəranna; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarına; Azərbaycan Respublikası MPM-nin 372, 385, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə payların nisbətini müəyyən edərkən düzgün nisbətdə bölgü aparmamış birgə nikahdan anadan olan az yaşlı uşaqların iddiaçının himayəsinə verilməsini nəzərə almamışdır. Hazırki, mülki işin hallarından görünür ki, birgə nikahdan anadan olan uşaqlar ananın himayəsindədir, həmin uşaqlardan sonuncusu hazırda 3 yaşına çatmamış körpədir, bu səbəbdəndə iddiaçı heç bir yerdə işləyə bilmir. Bunun özü onu sübut edirki,iddiaçının hazırda bərabaər olmayan nisbətdə pay almağa haqqı çatır, işdə olan diqqətə layiq hallar nəzərə alınmış olsaydı birgə nikahdan əldə olunan əmlak iddiada qeyd olunan nisbətdə bölünməli idi. Təəsüflər olsun ki, məhkəmə bu qeyd olunan hissədə düzgün nəticəyə gəlməmişdir. İddia tələblərindən biri də iddia olmuşdu. Lakin, məhkəmə bu hissədə də düzgün mövqe bildirməmişdir. Belə ki, İddiaçı xx.xx.2015 ci il tarixdə ünvan 1 ünvanına gəlin köçmüş və bu mənzildə X18, X21 dünyaya gəlmişlər, və hal-hazırda həmin mənzildə yaşayırlar. Məhkəmə iddiaçının müvəqqəti olaraq istifadə hüququnun tanıması hissəsində düzgün nəticəyə gəlməmişdir. Ən azından məhkəmə ədalətə nail olmaq naminə cavabdehin (mülkiyyətçinin) oğlu ilə birgə nikahdan anadan olan uşaqlar yetkinlik yaşına çatanadək istifadə hüquqlarını tanımış olsaydı bu həm həmin uşaqların evsiz qalmasının qarşısını alar həmdə ki, ədalətli qətnamə çıxarar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının yaşamağa başqa yeri olmadığını, cavabdehlərin paylarına olan hissədə istifadə hüquququnun tanınmasını istədiyini, lakin cavabdehin payının naturada bölünmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və cavabdeh X23 iddiaçının nədən narazı qaldığını anlamadıqlarını, iddiaçının mənzildən istifadə etmələrinə etiraz etmədiklərini, mübahisəli mənzilə dair paylı mülkiyyətçilərin olduğunu, lakin payların mülkiyyətçilər arasında naturada bölünmədiyini bildirmişlər. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, MM-in 152.1, 225, 228, 337.1, 339, 340; Mənzil Məcəlləsinin 30, AM-in 32, 33.1, 33.3, 36.1, 37; MPM-in 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən və hüquqi istinadları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə xərclərinə dair kollegiya hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan onların verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu xərci özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5518/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3925/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3925/2020
19.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver