Məhkəmə qərarları › İş №2(103)-3930/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3930/2025

15.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3930/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçının nümayəndəsi-vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-525/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 46 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş və reyestrdə 7E-8554 nömrəsi ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli etibarnamə ilə, X1 Füzuli Əliağa oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almağı, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka (girov) qoymağı, haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, ipoteka (girovdan) azad etməyi, özəlləşdirməyi, icarəyə və kirayə verməyi, buna dair müqavilələr bağlamağı və imzalamağı, zəruri sənədləri təhvil verməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ya ondan imtina etməyi, mirasın qəbulu barədə ərizəni imzalamağı, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və s. hərəkətlər etməyi etibar etmişdir. Zenfira Mikayılova ilə razılaşma əsasında Əliyev X12 Mikayılovanın mərhum həyat yoldaşı Rəfayel Rəsulovun qəbirüstü abidəsinin hazırlanması üçün 2.000 AZN pul vəsaitini; Z.Mikayılovanın “Muğanbank" ASC-nin "Dostluq" filialına olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona verilmiş 1.858 ABŞ dolları kredit borcu üzrə ödənilməmiş 820 ABŞ dolları kredit borcunu; Y.Abdulrəhimovaya olan 800 ABŞ dolları borcunu; xx.xx.2018-ci il tarixində X23 İsayeviçin "xxxx" ASC-nin Nəsimi filalına olan 12.290 ABŞ dolları kredit borcunu ödəmişdir. Z.Mikayılova Gürcüstan Respublikasında olarkən ona 26 və 27 sentyabr 2018-ci il tarixlərində dollar şəkildə 2.000 ABŞ dollar, "xxxx" bank ASC-nin ödəniş qəbzlərindən və pul köçürməsi barədə ərizələrinə əsasən, “Zolotaya Korona” vasitəsilə xx.xx.2018-ci il tarixdə 1000 ABŞ Dolları, xx.xx.2018-ci il tarixdə 1000 ABŞ Dolları məbləğində pul vəsaitləri İddiaçı tərəfindən X3 adına köçürülmüşdür. Cavabdeh xx.xx.2020-ci il tarixdə X10 və İddiaçı qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə və Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 may 2022-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, X4 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh İddiaçı və X10 qarşı "alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair X3 adından İddiaçı ilə X13 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Nübar Sadıqovanın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X3 adından İddiaçı ilə X13 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ N ******* saylı alqı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh iddia tələbinin qalan hissədə, həmçinin X4 X10 və X15rşı "müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, İddiaçı 210.000 manat pulun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə, kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdehdən ona olan borcun ödənilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15.910 ABŞ dollarının ödəniş gününə dolların manata olan məzənnəsi nəzərə alınmaqla və 2.000 manat pulun, həmçinin hazırkı iddianın qaldırılması üçün ödənilmiş 177,14 manat dövlət rüsumunun, ümumilikdə 15.910 ABŞ dolları və 2177.14 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli tapşırıq müqaviləsinin 1-ci bəndində cavabdeh mübahsəli mənzillərin satılması üçün bütün zəruri sənədləri almağı, mənzillərin satışını həyata keçirməyi və özünün mülahizəsinə əsasən onların satış qiymətini müəyyən etməyi iddiaçıya tapşırılmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat cavabdeh tərəfindən Notariat Ofisinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizə ilə, X5 məxsus olan mənzilin satılmasına razılıq vermişdir. İddiaçı təkcə bu əmlakların alqı-satqısını deyil, həmin şəxslərin şəxsi məsələlərinin həllində də bilavasitə yaxından iştirak etmişdir. Aralarında olan razılaşmaya əsasən, iddiaçının Z.Mikayılova üçün ödədiyi həmin pullar əmlak satışından sonra ona geri ödənilməli idi. Lakin, onun vəfatından sonra vərəsəsi olan hazırkı cavabdeh razılaşmanın şərtlərini tamamilə pozaraq, iddiaçıya qarşı məhkəmə mübahisəsi başlatmışdır. Məhkəmə müstəvəsində əmlaka dair məsələlər həll edilsə də, Z.Mikayılovanın vərəsəsi hazırkı cavabdeh mərhum anasının iddiaçıya borclu olduğu məbləğləri ödəmək istəmir. Halbuki, Z.Mikayılovanın vərəsəliyini qəbul edən cavabdeh miras qoyanın öhdəlikləri üçün də məsuliyyət daşıyır və bu səbəbdən də həmin borc onun tərəfindən ödənilməlidir. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, qanunverici müqavilə tələbləri üzrə 3 illik iddia müddəti müəyyən etmiş, iddiaçı tərəfindən həmin müddət ötürülmüşdür. Belə ki, iddiaya görə iddianın əsasını tapşırıq müqaviləsi, şıfahi tapşırıq müqaviləsi və şifahi əqdlərdən əmələ gələn öhdəlik təşkil edir. Sözügedən iddiaya görə öhdəliyin icrası daşınmaz əmlakların alqı-satqı müqaviləsi bağlanarkan icra olunmalı idi. İş materiallarından da göründüyü kimi, mənzilə dair alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixində, fərdi yaşayış evinə dair isə xx.xx.2019-cu il tarixində (1-ci dəfə) və 26.09.19cu il tarixində (2-ci dəfə) bağlanmışdır. İddiaçı isə müddətinin ötürülməsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü ildə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(009)- 525/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X9 iddiaçının adına verdiyi 27 noyabr 2018-ci il tarixli etibarnamə ilə üç il müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi və s. hərəkətlər etməyi sonuncuya etibar etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı yalnız müvafiq əmlakların alqı-satqısı ilə məşğul olmamış, eyni zamanda Zemfira Mikayılovna ilə aralarında əldə edilmiş razılığa əsasən, borc qismində Zemfira Mikayılovanın mərhum həyat yoldaşı Rəfayel Rəsulovun qəbirüstü abidəsinin hazırlanması üçün 2.000 AZN pul vəsaitini, xx.xx.2018-ci il tarixində X23 İsayeviçin "xxxx" ASC-nin Nəsimi filalına olan 12.290 ABŞ dolları kredit borcunu, Zemfira Mikayılovanın "xxxx" ASC-nin “Dostluq” filalına olan xx.xx.2015-ci il tarixli N-043365 sayılı kredit müqaviləsinə əsasən ona verilmiş 1.858 ABŞ dolları kredit borcu üzrə ödənilməmiş 820 ABŞ dolları kredit borcunu, həmçinin onun Y.Abdulrəhimovaya olan 800 ABŞ dolları borcunu iddiaçı ödəmiş, həmçinin X7 Respublikasında olarkən 26 və 27 sentyabr 2018-ci il tarixlərində dollar şəkildə 1.000 ABŞ dolları olmaqla, ümumilikdə 2.000 ABŞ dolları pul göndərmişdir. Aralarında olan razılaşmaya əsasən, iddiaçının Zemfira Mikayılovanın əvəzinə borc qismində ödədiyi pulları satılması ona həvalə edilmiş əmlakların satışından əldə edilmiş puldan 2019-cu ildə ona qaytarılmalı idi. Məhkəmə cavabdeh tərəfin hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh anası X3 vərəsəsi olmaqla iddiaçının qarşısında hazırkı tələb üzrə öhdəlik daşısa da, iddiaçının hazırkı iddiası iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Məhkəmə qeyd etmişdir ki, borc 2019-cu ildə qaytarılmalı olduğu halda iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən borcun qaytarılmasını tələb etməmiş, nə Zemfira Mikayılovnanın xx.xx.2020-ci il tarixli ərizəsindən, nə xx.xx.2020-ci il tarixində onun vəfatından sonra, nə də ki, xx.xx.2020-ci ildə Cavabdeh məhkəməyə müraciət etdikdən sonra münasibətlərin pozulmasını iddiaçıya açıq-aydın aşkar olduğu halda, o bu hüququndan istifadə etməmiş və borcu məhkəmə qaydasında tələb etməmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehdən borcun qaytarılması tələbi üzrə istər evlərin 2019-cu ildə satıldığı tarixlərdən, istər etibarnamənin qüvvədən düşməsinə dair xx.xx.2020-ci il tarixli ərizədən, istər Zemfira Mikayılovanın vəfatından xx.xx.2020-ci il tarixindən və istərsə də hətta Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixində məhkəməyə müraciət etdiyi vaxtdan üç illik iddia müddəti hesablandıqda belə məhkəməyə müraciət etmək üçün iddia müddətinin sonunun xx.xx.2023-cü il olmasını, iddiaçının isə hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində, yəni iddia müddətinin bitməsindən bir neçə ay sonra birinci instansiya məhkəməsinə müraciət etməsini (ərizə elektron qaydada imzalanmışdır) nəzərə alaraq hesab etmişdir ki, üç illik iddia müddəti ötürülmüşdür. Məhkəmə hesab etmişdir ki, iddiaçının keçən müddət ərzində (cavabdehin ona qarşı olan məhkəmə mübahisələrinin davam etməsi iddia müddətinin axımını dayandırması üçün hüquqi əsas olmamaqla) mülki qaydada məhkəməyə hazırkı iddia ilə müraciət etmək üçün kifayət qədər imkanı olmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli qətnamədə qeyd etmişdir ki, iddiaçı hazırda ödənişlərin edilməsi ilə bağlı qəbzlərə istinad edərək cavabdehdən vərəsə olduğu üçün borc məbləğinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə cavabdeh tərəfin hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin anası X3 vərəsəsi olmaqla iddiaçının qarşısında hazırkı tələb üzrə öhdəlik daşısa da, iddiaçının hazırkı iddiası iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Belə ki, sonradan qanuni qüvvəyə minmiş qərarları ilə müvafiq alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, 210.000 manatın Cavabdeh qaytarılması barədə qərar qəbul edilsə də, müəyyən edilmişdir ki, əmlaklar 2019-cu ildə satılmışdır. Buna baxmayaraq iddiaçı borcun qaytarılmasını Zemfira Mikayılovadan tələb etməmişdir, halbuki, aralarındaki razılığa əsasən borc evlər satıldığı halda qaytarılmalı idi. İddiaçı bu halı Zemfira Mikayılova ilə yaxşı münasibətinin olması ilə əsaslandırsa da, yuxarıda göstərilən qərardan da göründüyü kimi X9 xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə İddiaçı adına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə "Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixdə isə vəfat etmişdir. Başqa sözlə, Zemfira Mikayılovanın sağ olduğu zaman iddiaçı ilə münasibətinin yaxşı qalması inandırıcı görünmür. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin iş üzrə həqiqi mövqeyinə uyğun olmamışdır. Belə ki, iddiaçı ilə hazırkı cavabdeh və onun mərhum anası arasında münasibətlər alqı-satqı zamanı və ondan bir müddət sonra yaxşı olmuş, lakin, mərhum Zemfira Mikayılovanın səhhətinin pisləşməsi və bu sonradan hazırkı cavabdehin bundan istifadə edərək, hazırkı iddiaçıya qarşı məhkəmə müstəvisində iddiaların qaldırılması iddiaçıya hazırkı iddianı gec qaldırmasına gətirib çıxarmışdır. Belə ki, mərhumla iddiaçı arasında şifahi formada razılaşmalara əsasən, iddiaçının ödədiyi məbləğlər həmin mənzillərin satış dəyərindən qaytarılmalı idi. Lakin mənzillər satılmasına baxmayaraq, həmin borc məbləği nəinki qaytarılmış, əksinə mənzillərə dair bağlanılmış müqavilələrə dair hazırkı cavabdeh tərəfindən məhkəmə mübahisələri açılmışdır. İddiaçı qeyd edilən müqavilələri etibarnamə əsasında bağladığından onun həmin müqavilələr üzrə məsuliyyət daşıması səbəbindən o, hazırkı iddia tələbini qaldırmamış, həmin məhkəmə işlərinin yekunlaşmasını və müqavillərin talehinə məhkəmə müstəvisində aydınlıq gətirilməsini gözləmişdir. Nəticə etibarı ilə iddiaçının etibarnamə əsasında bağladığı həmin müqavilələr etibarsız hesab olunduğundan və qeyd edilən işlər üzrə məhkəmə icraatı bitdiyindən iddiaçı hazırkı iddianı qaldırmışdır. Həmçinin, qeyd edilən borc məbləğləri həmin mənzillərə görə qaytarılmalı olduğundan, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıdığından və qeyd edilən mənzillər cavabdehin mülkiyyətinə bu yaxınlarda daxil olduğundan burada iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmadığı, hazırkı qətnamə iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyini qeyd etmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iddiaçı tərəf iddia müddəti ilə bağlı əlavə olaraq bildirmişdir ki, həmin iş üzrə məhkəmənin yekunlaşmasını gözləmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli sonuncu qərarından sonra məhkəməyə müraciət etmişdir. İddiaçının bu mövqeyi ilə də razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasındakı yaranan münasibətlərdən biri mənzil, digəri borc (əgər belə bir borc mövcud idisə) olaraq bir birindən asılı olmamışdır, borcun qaytarılmasını tələb etmək üçün digər məhkəmə mübahisəsinin nəticəsini gözləməyə heç bir zərurət yox idi. Əlavə olaraq, (iddia ərizəsinin həqiqiliyinə inansaq) borc 2019-cu ildə qaytarılmalı olduğu halda, iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən borcun qaytarılmasını tələb etməmiş, nə Zemfira Mikayılovanın xx.xx.2020-xx.xx.2020-ci il tarixli ərizələrindən, nə xx.xx.2020-ci il tarixində onun vəfatından sonra, nə də ki, xx.xx.2020-ci ildə Cavabdeh məhkəməyə müraciət etdikdən sonra münasibətlərin pozulması İddiaçı açıq-aydın aşkar olduğu halda, o, bu hüququndan istifadə etməmiş və borcu məhkəmə qaydasında tələb etməmişdir. Bundan başqa, iddia ilə bağlı, onun tamamilə əsassız olduğunu qeyd etmək istəyir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-717/2023 saylı qərarında qeyd edilmişdir ki, həmin iş üzrə təqdim edilmiş notariat işləri ilə sübuta yetirilmişdir ki, hər iki mənzilin alqı-satqı müqavilələri zamanı notariusun depozit hesabından pul məbləğlərini məhz hazırkı İddiaçı məxaric etmişdir. Bir tərəfdən iddia ərizəsində göstərilir ki, tərəflər arasında şifahi müqavilə, razılaşma, öhdəlik olub və öhdəlik Zemfira Mikayılova tərəfindən mənzillərin satışı ilə icra olunmalı idi, digər tərəfdən sözügedən mənzillərin satışından əldə olunmuş pul məbləği notariusun depozit hesabından hazırkı iş üzrə İddiaçı tərəfindən məxaric edilir. Yuxarıda adı çəkilən məhkəmə çəkişməsində ilk olaraq verdiyi izahatında İddiaçı notariusun depozit hesabından götürdüyü pulların Z.Mikayılovaya verdiyini göstərmiş, daha sonra (pulların verilməməsi sübut olunduqda) pulları qabaqcadan, müqavilələr bağlanmamışdan əvvəl verdiyini göstərmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qərarı hazırkı iddianın tamamilə əsassız olduğunu bir daha göstərir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. İddiaçı apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4684/2024 nömrəli, 07 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-525/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, iddiaçı hüquqlarının pozulmasının bilməli olduğu zamandan pulun qaytarılmasını vaxtında tələb etməmiş, nə Zemfira Mikayılovnanın xx.xx.2020-ci il tarixli etibarnamənin qüvvədən düşməsinə dair ərizəsindən, nə xx.xx.2020-ci il tarixində onun vəfatından sonra, nə də ki, xx.xx.2020-ci ildə Cavabdeh məhkəməyə müraciət etdikdən sonra o bu hüququndan istifadə etməmiş və borcu məhkəmə qaydasında tələb etməmişdir, iddiaçı hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixində birinci instansiya məhkəməsinə müraciət etməklə üç illik iddia müddəti ötürmüş, müddətin kəsilməsi və dayandırılması ilə bağlı hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan Məhkəmə Kollegiyası hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən sübutedici dəlillər öz təsdiqini tapmır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1330/2025 nömrəli, 06 may 2025-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4684/2024 nömrəli iş üzrə 7 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “baxılan işdə məhkəmələr iddiaçının Zemfira Mikayılova ilə olan tapşırıq münasibətləri çərçivəsində Cavabdeh valideynlərinin borclarını və xərclərini ödəməsi səbəbilə həmin ödənişlər həcmində pul vəsaitinin ona qaytarılmasını Cavabdeh tələb etmək hüququna malik olduğunu təsbit etmişlər. Bununla belə, məhkəmələr hesab etmişlər ki, iddiaçı müqavilədən irəli gələn üç illik iddia müddətini ötürülmüşdür. Cavabdeh də iddia müddətinin tətbiqinə dair ərizə verdiyi üçün iddia bu səbəbdən rədd edilməlidir. Kassasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il ildir. İddia müddəti tətbiq edilərkən bu müddətin axımının hansı tarixdən başlaması və nə vaxt başa çatması mühüm əhəmiyyət kəsb edir. Çünki, iddia müddəti ötürülməmiş tələbin rədd edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Mülki Məcəlləyə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İddiaçının bildirdiklərindən belə aydın olur ki, onun Cavabdeh valideynlərinə qarşı mövcud olan tələb hüququ məbləğində pulu əvəzləşdirmək imkanı olmuşdur. Belə ki, əvəzləşdirmə tapşırıq əsasında daşınmaz əşyalar barəsində apardığı hüquqi əməliyyatlar nəticəsində əldə olunan vəsaitdən aparılmalı idi (mənzillərin satış dəyərindən qaytarılmalı idi). Bu səbəbdən həmin hüquqi əməliyyatlar qüvvəsində olduğu müddətdə öz hüququnu pozulmuş saymamışdır. Cavabdehin qaldırdığı iddia üzrə məhkəmə işlərinin yekunlaşmasını və müqavilələrin hüquqi taleyinə aydınlıq gətirilməsini gözləmişdir. Nəhayət Cavabdeh iddiası əsasında ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair X3 adından İddiaçı ilə X13 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Nübar Sadıqovanın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X3 adından İddiaçı ilə X13 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ N ******* saylı alqı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, ondan 210.000 manat pulun alınaraq Cavabdeh ödənilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, əvəzləşdirmə imkanı verən hüquqi əməliyyatların etibarsız sayılması və qüvvəsini itirməsi 31 yanvar 2023-cü il tarixdə qətiləşmişdir. Məhz bundan sonra iddiaçı alacağını əvəzləşdirmək imkanını itirdiyini bilmiş və hazırkı iddianı xx.xx.2024-cü ildə qaldırmışdır. Kollegiya hesab etmişdir ki, sözügedən əmlakın cavabdehə qaytarılması təmin edilərkən iddiaçı ona qarşı mövcud tələb hüququnu əvəzləşdirmək imkanında olmamışsa, həmin alacağa dair iddia müddətinin əvvəlinin bu imkanın itirildiyi andan hesablanması barədə kassatorun dəlili əsaslı hesab edilməlidir. Belə olan halda, hazırkı iş üzrə üç illik iddia müddətinin ötürülməsi barədə məhkəmələrin gəldiyi qənaət yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun olmamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir”. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsivəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, X9 cavabdeh İddiaçı adına verdiyi 27 noyabr 2018-ci il tarixli etibarnamə ilə üç il müddətinə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar və daşınmaz əmlaklarını idarə etməyi və onların üzərində sərəncam verməyi və s. hərəkətlər etməyi sonuncuya etibar etmişdir. İddiaçılə cavabdehin anası Zemfira Mikayılovna ilə aralarında əldə edilmiş razılığa əsasən, borc qismində Z.Mikayılovanın mərhum həyat yoldaşı Rəfayel Rəsulovun qəbirüstü abidəsinin hazırlanması üçün 2.000 (iki min) AZN pul vəsaitini, xx.xx.2018-ci il tarixində X23 İsayeviçin "xxxx" ASC-nin Nəsimi filalına olan 12.290 (on iki min iki yüz doxsan) ABŞ dolları kredit borcunu, Z.Mikayılovanın "xxxx" ASC-nin “Dostluq” filalına olan xx.xx.2015-ci il tarixli N-043365 sayılı kredit müqaviləsinə əsasən ona verilmiş 1.858 (min səkkiz yüz əlli səkkiz) ABŞ dolları kredit borcu üzrə ödənilməmiş 820 ABŞ dolları kredit borcunu, həmçinin onun Y.Abdulrəhimovaya olan 800 ABŞ dolları borcunu İddiaçı ödəmiş, həmçinin Z.Mikayılova Gürcüstan Respublikasında olarkən 26 və 27 sentyabr 2018-ci il tarixlərində dollar şəkildə 1.000 (bir min) ABŞ dolları olmaqla, ümumilikdə 2.000 (iki min) ABŞ dolları pul göndərmişdir. Aralarında olan razılaşmaya əsasən, İddiaçı Z.Mikayılovanın əvəzinə borc qismində ödədiyi pulları satılması ona həvalə edilmiş əmlakların satışından əldə edilmiş puldan 2019-cu ildə ona qaytarılmalı idi. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-717/2023 saylı qərarından görünür ki, X9 xx.xx.2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri 5 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə İddiaçı adına verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə "Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmiş, xx.xx.2020-ci il tarixdə isə vəfat etmişdir. Bundan sonra Cavabdeh xx.xx.2020-ci il tarixdə X10 və İddiaçı qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə (iddia ərizəsinə əlavə) ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-717/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1179/2020 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və X10 qarşı mübahisə predmeti olan mənzilə və fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında qeyd edilən yaşayış sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi barədə iddiası rədd olunmuş, həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, sonuncu dəfə işə baxan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5387/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, X4 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh İddiaçı və X10 qarşı “alqı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair X3 adından İddiaçı ilə X13 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Nübar Sadıqovanın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X3 adından İddiaçı ilə X13 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh iddia tələbinin qalan hissədə, həmçinin X4 X10 və X15rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, İddiaçı 210.000 (iki yüz on min) manat pulun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Sözügedən qərar ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5387/2021 nömrəli mülki iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərarından həmçinin görünür ki, Əliyev X6 Zemfira Adil qızı tərəfindən onun adına verilmiş 27 noyabr 2018-ci il tarixli etibarnamə əsasında X5 məxsus ünvan 1 ünvanında yerləşən 4 saylı mənzili xx.xx.2019-cu il tarixli ilkin müqavilə və 08 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qızı olan X10 70.000 manata satmış, mənzilin satış dəyərindən 30.000 manatı xx.xx.2019-cu il tarixdə, 20.000 manatın xx.xx.2019-cu il tarixdə notariusun bankda açılmış depozit hesabı vasitəsilə satıcıya ödənilmiş, 20.000 manat 07 yanvar 2020-ci il tarixdə Nübar Sadıqovanın adından etibarnamə əsasında hərəkət edən İddiaçı tərəfindən notariusun "xxxx" ASC-də olan depozit hesabına köçürülmüş, xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən məxaric olunmuşdur. Eyni zamanda, İddiaçı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X3 adından etibarnamə əsasında Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağını 130.000 manata Nübar Sadıqovaya satmış, daha sonra həmin 1 otağı Nübar Sadıqovanın adından 210.000 manata X20 satmışdır. Göründüyü kimi İddiaçı hazırda ödənişlərin edilməsi ilə bağlı qəbzlərə istinad edərək cavabdehdən vərəsə olduğu üçün borc məbləğinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin, birinci instansiya məhkəməsi cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh anası X3 vərəsəsi olmaqla İddiaçı qarşısında hazırkı tələb üzrə öhdəlik daşısa da, iddiaçının hazırkı iddiası iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Məhkəmə Kollegiyası isə birinci instansiya məhkəməsinin iddiaçının hazırkı iddiası iddia müddətinin keçməsinə görə rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iddia tələbinə iddia müddətini tətbiq etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, kassasiya instansiyasının mövqeyindən göründüyü kimi, iddiaçının Cavabdeh valideynlərinə qarşı mövcud olan tələb hüququ məbləğində pulu əvəzləşdirmək imkanı olmuşdur. Belə ki, əvəzləşdirmə tapşırıq əsasında daşınmaz əşyalar barəsində apardığı hüquqi əməliyyatlar nəticəsində əldə olunan vəsaitdən aparılmalı idi (mənzillərin satış dəyərindən qaytarılmalı idi). Bu səbəbdən həmin hüquqi əməliyyatlar qüvvəsində olduğu müddətdə öz hüququnu pozulmuş saymamışdır. İddiaçı, cavabdehin əvvəl qaldırdığı iddia üzrə məhkəmə işlərinin yekunlaşmasını və müqavilələrin hüquqi taleyinə aydınlıq gətirilməsini gözləmişdir. Nəhayət Cavabdeh iddiası əsasında ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair X3 adından İddiaçı ilə X13 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Nübar Sadıqovanın adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X3 adından İddiaçı ilə X13 arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ N ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ondan 210.000 manat pulun alınaraq Cavabdeh ödənilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, əvəzləşdirmə imkanı verən hüquqi əməliyyatların etibarsız sayılması və qüvvəsini itirməsi 31 yanvar 2023-cü il tarixdə qətiləşmişdir. Göründüyü kimi iddiaçı alacağını əvəzləşdirmək imkanını itirdiyini bildikdən sonra hazırkı iddianı xx.xx.2024-cü ildə qaldırmışdır. Mülki Məcəlləyə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin borc 2019-cu ildə qaytarılmalı olduğu halda iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən borcun qaytarılmasını tələb etməmiş, nə Zemfira Mikayılovnanın xx.xx.2020-ci il tarixli ərizəsindən, nə xx.xx.2020-ci il tarixində onun vəfatından sonra, nə də ki, xx.xx.2020-ci ildə Cavabdeh məhkəməyə müraciət etdikdən sonra münasibətlərin pozulmasını İddiaçı açıq-aydın aşkar olduğu halda, o bu hüququndan istifadə etməmiş və borcu məhkəmə qaydasında tələb etməməsi barədə gəldiyi nəticə əsassız olmuşdur və sözügedən əmlakın cavabdehə qaytarılması təmin edilərkən iddiaçı ona qarşı mövcud tələb hüququnu əvəzləşdirmək imkanında olmadığından, həmin alacağa dair iddia müddətinin əvvəlinin bu imkanın itirildiyi andan hesablanmalıdır. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə üç illik iddia müddəti ötürülməmişdir. Həmçinin işin faktiki halları ilə də müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Mikayılova Zemfiraya olan borcuna görə 15.910 (on beş min doqquz yüz on) ABŞ dolları və 2.000 (iki min) manat olmaqla ödənişlər həyata keçirilmişdir və həmin ödənişlər iş materiallarında olan qəbzlərlə öz təsdiqini tapmışdır. Kollegiyanın iclasında cavabdeh tərəf Cavabdeh atasının deyil, anasının vərəsəsi olmasını, bununla da atasının borclarına görə onun məsuliyyət daşımamasını, daha sonra isə anasının sağlığında borclarını qaytarmasını qeyd etmişdir. Lakin kollegiya qeyd edilən izahatla razılaşmır və qeyd edir ki, cavabdeh tərəf Cavabdeh anasının sağlığında borclarını qaytarmasına dair sübutlar təqdim etməmişdir. Bundan əlavə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə alaraq Cavabdeh anası X3 vərəsəsi olmaqla İddiaçı qarşısında hazırkı tələb üzrə öhdəlik daşısa da, iddiaçının hazırkı iddiası iddia müddətinin keçməsinə görə rədd edilməli olmasını göstərsə də, cavabdeh tərəf müəyən edilmiş faktı, yəni İddiaçı qarşısında hazırkı tələb üzrə öhdəlik daşımasına dair əsaslandırmanı mübahisələndirməmişdir. Bu isə onun qeyd edilən faktla razılaşmasını təsdiq edir. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olmuşdur. Beləliklə Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Bundan başqa Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ödənişlərin bir qismi ABŞ dolları ilə 15.910 (on beş min doqquz yüz on ABŞ dolları) aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdehdən tutulmalı olan pul 15.910 (on beş min doqquz yüz on) ABŞ dolları vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiya hesab edir ki, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 177,14 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405 və 420-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-525/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 15.768 ABŞ dollarının ödəniş gününə manat məzənnəsi ilə və 2.000 manat pul vəsaiti tutularaq X11 ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 177,14 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar