Məhkəmə qərarları › İş №2(103)-3938/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3938/2024

30.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3938/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: apellyasiya şikayətindən imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(003)-950/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 7-ci Şağan küçəsi, 1973 saylı bağ sahəsində yerləşən torpaq sahəsindən və evdən Cavabdeh və onun ailə üzvlərinin çıxarılmalarına və həmin evin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(003)- 950/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1973 saylı bağ sahəsi (Yeni qaydalarla: AZ 1151, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən çıxarılması, iddia qalan hissədə təmin olunmaması qət edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Şikayətin dəlillərinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamamış, torpağın ona məxsus olan hissəsi barədə məhkəməyə bildirsə də məhkəmə işin faktiki hallarını nəzərə almamışdır, bu isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Belə ki, iddiaçıya məxsus 0,012 ha hissəsinin boşaldılması yalnız mənə məxsus olan 0.04 ha torpaq sahəsinin naturada ayrılmasından aslıldır, mənə məxsus torpaq da daxil olmaqla eyni hasarın daxilində olduğundan və onun sənədlərinin olmamasından istifadə edərək onu öz vəsaiti hesabına aldığı torpaqdan çıxarmaqla mənim torpağımıda əldə etmək istəyir və mən bu hala etiraz edərək bölünməməsini istəmişdir. Avropa Məhkəməsi “X4rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Bu məhkmə işində bir neçə məsələ qaldırılsa da, bizi maraqlandıran əsas məsələ mülkiyyət hüququ ilə ağlı məsələdir. Məhkəmə öz dəyərləndirməsində qeyd edir ki, “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlarda mülkiyyət hüquqları hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi maraqların “hüquq” kimi tanınması, istərsədə bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır. Beləliklə, göründüyü kimi, tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır.

5. Cavabdeh məhkəməyə apellyasiya şikayətindən imtina barədə ərizə təqdim etmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina barədə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir.

8. Göstərilənlərə əsasən və MPM-in 369 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(003)-950/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar