Məhkəmə qərarları › İş №2(103)-3942/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3942/2022

10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3942/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(001)-1094/2019 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli 2(001)- 1094/2019 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək Cavabdeh maddi ziyana görə 5105 manat, mənəvi ziyana görə 2000 manat olmaqla, cəmi 7105 manatın İddiaçı xeyrinə, dövlət rüsumuna görə 30 manatın dövlət nəfinə tututulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli 2(001)- 1094/2019 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli 2(001)-1094/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli 2(001)- 1094/2019 qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə 05.03.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli qərardadı ilə Cavabdeh Binəqədi Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli 2(001)-1094/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya şikayəti geri qaytarılmasına səbəb, şikayət verilmək üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi, müddətin bərpası ilə bağlı məhkəməyə ərizə verilməməsi olmuşdur. Qətnamədən şikayət vermə müddəti üzürlü səbəbdən buraxılmışdır. Belə ki, cavabdeh 10.01.2019-cu il tarixdən 10.07.2020-ci il tarixə kimi 13 saylı məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkmiş, məhkəmənin qətnaməsindən icraçı vasitəsilə həyat yoldaşı bilmiş və cavabdeh cəza çəkmə müəssisəsindən apellyasiya şikayəti yazmışdır. Ona görə də, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.02.2019cu il tarixli 2(001)-1094/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması Cavabdeh cəza çəkmə müəssisəsində olduğuna görə üzürlü hesab edilərək, bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(001)-1094/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli 2(001)-1094/2019 saylı qətnaməsi tərəflərə göndərilmiş, Cavabdeh 31.05.2019-cu il tarixdə qətnaməni qəbul etmiş, ilk dəfə 15.07.2019-cu il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli 2(001)-1094/2019 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli 2(001)-1094/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti, müddətin ötürülməsi səbəbindən geri qaytarılmış, cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə 05.03.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, Cavabdeh 10.01.2019-cu il tarixdən 10.07.2020-ci il tarixədək 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə apellyasiya şikayəti vermək üçün müddəti ötürməsini bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 31.05.2019-cu il tarixdə qətnaməni qəbul edən cavabdeh ilk dəfə 15.07.2019-cu il tarixdə apellyasiya şikayəti verərkən müddəti ötürmüş, ilk dəfə apellyasiya şikayətini cəza çəkmə müəssisəsində olduğu müddətdə tərtib etmiş, 10.07.2020-ci il tarixdə cəzasını çəkib qurtarsa da, 8 aydan sonra müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh məhkəmə qətnаməsindən аpеllyаsiyа şikаyəti vеrmə müddətini üzrlü səbəblərdən ötürməsini sübut еdən əsаslаndırıcı dəlilləri ərizəsinə, eləcə də şikayətinə əlavə etməmiş və məhkəməyə təqdim еtməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(001)-1094/2019 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(001)-1094/2019 saylı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar