Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3945/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3945/2023 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-677/2023 saylı 17 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 135000 ABŞ dolları pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X8, Şahid1 və Şahid2 vasitələri ilə ona Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 140 və 134 saylı binaların arasında yerləşən 110 kv. metr torpaq sahəsini 250.000 ABŞ dollarına satmaq istəmiş, ondan həmin torpaq sahəsinə görə 130000 ABŞ dolları almaqla, etibarından sui-istifadə edərək, ona xüsusilə külli miqdarda ziyan vurmuşlar. Bununla əlaqədar olaraq, o, 2008-ci ilin avqust ayında Azərbaycan Respublikası DİN BMCMİ-yə şikayət etmişdir. Orada bu üç nəfər ondan həmin məbləği almalarını etiraf etmiş və müstəntiq onları həbsə almaq qərarına gəlmişdir. Yuxanda adları çəkilən bu üç nəfər axşam evinə gəlib, ona yalvarmışlar ki, şikayətini geri götürsün, ondan götürdükləri pullan geri qaytaracaqlar. İddiaçı onlara inanıb, müstəntiqdən xahiş etmişdir ki, onlan həbsə almasın, məsələni öz aralarında həll edəcəklər. Bundan sonra, Şahid1 və Şahid2 onlara çatmış 15.000 ABŞ dollarını geri qaytarmış, X6 çatmış qalan məbləğ isə ona qaytarılmamışdır. İ.Musayev dəfələrlə ona söz vermişdir ki, 135.000 ABŞ dollarını ona qaytaracaq. Lakin, vədinin üstündə durmamış və pulunu qaytarmamışdır. Şikayəti üzrə material Azərbaycan Respublikası DİN BMCMİ-dən Bakı şəhəri Yasamal RPİ-yə göndərilmişdir. Bakı şəhəri Yasamal RPİ İŞ-nin müstəntiqi, polis mayoru Elnur Əsədovun 06 yanvar 2020-ci il tarixli qərarı ilə şikayətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon prokurorunun müavini Rəşadət Orucovun 30 aprel 2020-ci il tarixli qərarı ilə şikayət ərizəsi əsasında müstəntiqin 06 yanvar 2020-ci il tarixli qərarı əsassız olduğuna görə ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Material yenə də həmin müstəntiq Elnur Əsədova verilmiş, sonuncunun 11 may 2020-ci il tarixli qərarı ilə yenə də material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayətlə müraciət etmiş və məhkəmənin 30 noyabr 2020ci il tarixli, 6(004)-99/2020 saylı qərarı ilə müstəntiq E.Əsədovun qəbul etdiyi 11 may 2020ci il tarixli qərarı qanunsuz hesab edilərək, ləğv edilmişdir. Material yenə də müstəntiq Elnur Əsədova verilmişdir. Hüquqlarını müdafiə edən Vəkil müstəntiq E.Əsədovla 055 *** ** ** nömrəli mobil telefonla əlaqə saxladıqda sonuncu bildirmişdir ki, material arxivdədir, lakin, həmin materialı arxivdən götürməyə ehtiyac yoxdur, onsuz yenə də cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edəcək. Vəziyyəti belə gördükdə o, etirazla prokurora müraciət etmiş, materialı E.Əsədovdan alıb, həmin şöbənin baş müstəntiqi Pünhan Əbilova tapşırılmış və sonuncunun 26 fevral 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması yenə də rədd edilmişdir. Bu dəfə də, məhkəməyə şikayət vermişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 6(004)- 70/2021 saylı qərarı ilə müstəntiq P.Əbilovun 26 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, toplanmış materialın Yasamal RPİ-nə göndərilməsi və material üzrə tam, hərtərəfli və obyektiv əlavə araşdırılmanın təmin edilməsi qərara alınmış, toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 207, 209 və 210-cu maddələrinin pozulması halları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətinə çatdırılmışdır. Bütün bunlara baxmayaraq, Bakı şəhəri Yasamal RPİ İŞ-nin müstəntiqi, polis mayoru P.Əbilov yenə də 31 iyul 2021-ci il tarixli qərarı ilə inadkarlıq göstərərək, cinayət işinin başlanmasını rədd etmişdir. Sonuncu dəfə o, vəkili Vəkillə Yasamal rayon prokurorunun qəbulunda olmuş, prokuror bildirmişdir ki, müstəntiqin qərarını ləğv edib, yenə də Yasamal RPİ-nin istintaq Şöbəsinə göndərmişdir. Lakin, bundan sonra nə müstəntiqdən, nə prokurordan cavab almamışdır. Bütün bu müddət ərzində, onun şikayətlərinə əsasən müstəntiqlər cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarında ona, mülki qaydada məhkəməyə müraciət edərək, pulunu bu üç nəfərdən tələb etməsini məsləhət görmüşlər. İki nəfər - Şahid1 və Şahid2 - onlara çatan 15.000 ABŞ dollarını ona ödəmişlər. Buna görə də, onlarla işi yoxdur. Lakin, onun 115.000 ABŞ dolları X3 qalıb. Lakin, cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq müstəntiqlərin bu uzun-uzadı məhkəmə və prokurorun göstərişlərinə əməl etməmələri zamanı X8 vəfat etmişdir. Müstəntiq P.Əbilov 31 iyul 2021-ci il tarixli qərarının sonunda qeyd etmişdir ki, X4 torpaq satmaq adı ilə İddiaçı pul alması xüsusatında dələduzluq cinayətinin tərkib əlamətləri olmadığında aralarında şifahi razılaşma əsasında öhdəliyin yerinə yetirilməməsi barədə mübahisə yarandığından, tərəflərin aralarında olan mübahisə mülki mühakimə icraatı qaydasında baxılması nəzərdə tutulduğundan, qeyd olunan xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməli, tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Daha sonra, İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 113500 ABŞ dolları alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddia ərizəsinin məzmununa dəqiqləşdirmə edərək qeyd etmişdir ki, 2008-ci ildə maklerlər Şahid1 və Şahid2 ona torpaq sahəsi göstərərək, qiymətinin 200.000 ABŞ dolları olduğunu bildirmişlər. Xalası oğlu ilə belə qərara gəlmişlər ki, şərikli bina tiksinlər. Buna görə də, torpağın sahibi X6 1000 manat beh vermişdir. Bundan sonra, o, rayonda olarkən İldırım Musayev ona mobil telefonla zəng edərək bildirmişdir ki, həmin torpaq sahəsinin qiyməti 200000 ABŞ dolları deyil, 250.000 ABŞ dollarıdır. Onun sualına cavab olaraq İ.Musayev demişdir ki, qiymət 250000 ABŞ dollarıdır. O, İldırım Musayevlə razılaşaraq şərt qoymuşdur ki, həmin məbləğin yarısını əvvəldən, ikinci yarısını isə İ.Musayev həmin sahəni hasara alandan sonra verəcəkdir. O, maklerlərə bildirmişdir ki, sənədləşmədən başı çıxmır, özləri sənədləri qaydasına qoysunlar. İ.Musayev ona 10 il müddətinə bütün əmlakına dair etibarnamə vermişdir. O, İldırım Musayevə 128.500 ABŞ dolları vermişdir. Bir müddət sonra arxada olan qonşu həmin sahə tərəfə qapı açmışdır. O, İ.Musayevə belə vəziyyətdə binanın tikilməsinin mümkün olmaması barədə şikayətlənmişdir. Bununla əlaqədar olaraq, İ.Musayev məhkəməyə müraciət etmiş və məhkəmədə məlum olmuşdur ki, İ.Musayevin həmin torpaq sahəsinə dair bələdiyyə sənədinin vaxtı çoxdan keçib, buna görə də İ.Musayevin məhkəmədəki iddiası rədd edilmişdir. Bundan sonra, İ.Musayev ona maklerlər Şahid1 və Şahid2 torpaq sahəsini 200.000 deyil, 250.000 ABŞ dollarına satmağını təklif etdiyini və buna görə ondan 30.000 ABŞ dolları götürdüyünü bildirmişdir. Səhərisi, hər iki maklerlə görüşmüş, məsələni araşdırdıqda, onların hər ikisi də pulunu qaytaracaqlarına dair söz vermişlər. Eyni zamanda, İldırım Musayev söz vermişdir ki, torpaq sahəsinə dair sənədləri qaydasına salacaq. Şahid2 söz verdiyi kimi pulunu ona qaytarmışdır. Şahid1 isə öz payına düşən pulu qaytarmamışdır. 2017-ci ildə Şahid1 pulunu tələb etdikdə Şahid1 onunla dalaşmış və bildirmişdir ki, etibarnamənin müddətinə az qalıb və iddiaçı onlara heç bir şey edə bilməz. O başa düşmüşdür ki, bunlar etibarnamənin müddətinin bitməsini gözləyirlər. Bundan sonra o, AR DİN-ə şikayətlə müraciət etmişdir. Şikayətini AR DİN Baş Mütəşəkkil Cinayətkarləqla Mübarizə İdarəsinə göndərmişlər. Orada onun şikayəti ilə müstəntiq Hacı Əfəndiyev məşğul olmuşdur. İldırım Musayev ora dəvət etmiş, cinayət işi qaldırılmış, həbsə alınması barədə xəbərdarlıq edilmişdir. İldırım Musayev ondan pul almasını etiraf etmiş və ağlayaraq yalvarmağa başlamışdır ki, bir aya pulunu qaytaracaq, evdə ailəsi onu gözləyir. X13 yazığı gəlmiş və müstəntiqdən onu tutmamasını xahiş etmişdir. Bu hadisədən 3 ay keçmiş, lakin, İ.Musayev pulunu qaytarmamışdır. Müstəntiq H.Əfəndiyev şikayəti ilə əlaqədar materialı Yasamal RPİ-nə göndərmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərarı iki dəfə Yasamal Rayon Məhkəməsi, üç dəfə Yasamal rayon prokuroru ləğv etmişdir. Lakin, müstəntiqlər öz inadkarlıqlarından dönməmiş, cinayət işinin başlanmasını təkidlə rədd etmiş və məhkəməyə mülki icraat qaydasında müraciət etməyi məsləhət görmüşlər. Buna görə də, hazırki iddia ərizəsilə məhkəməyə müraciət etmişdir.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişlər ki, iş materiallarında olan Yasamal RPR-nin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlarında adları çəkilən şəxslərin verdikləri izahatlardan müəyyən etmək olur ki, mərhum X2 torpaq almaq istəyən şəxs hazırki halda iddiaçı olan İddiaçı yox, onun Rusiyada yaşayan Ələm adlı xalası oğlu olmuşdur. Belə ki, Yasamal RPR-nin xx.xx.2021ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarında İddiaçı izahatında bildirmişdir ki, “Mehman ona Rusiyadan 50 000 ABŞ dolları pul göndərmişdir. Mehman həmin torpağı almağını bilirmişdir. Bundan sonra, Mehman 30 000 ABŞ dolları pul göndərmişdir və o, 80 000 ABŞ dolları pulu Qabilə vermişdir. Xalası oğlu Mehmanın göndərdiyi 48 500 ABŞ dolları pulu İldırıma vermişdir. Beləliklə, o İldırıma 128 500 dollar pul ödəmişdir. ” Yasamal RPR-nin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarında adı çəkilən “makler” Şahid2 izahatında bildirmişdir ki, “Qabil, Ələm, İldırım və Sübhan Quba şəhərində yerləşən kafelərdən birində görüşən zaman orada İldırım Ələmə torpaq barədə Sübhana verdiyi etibarnamənin vaxtının qurtardığını, lakin 250 000 ABŞ dolları pulu tam ödəmədiklərini bildirmişdir. Ələm də, torpağın pulunu Sübhana ödədiyini, lakin hal-hazırda torpağı almayacağını və özünün Sübhanla söhbət edəcəyini bildirmişdir.” Yasamal RPR-nin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında adı çəkilən mərhum X16 oglu izahatında qeyd edir ki, “Bundan sonra o, Rəşid, Qabil, Ələm və Sübhan ona məxsus torpaq sahəsinə baxmış və onlar həmin torpağı 250 000 ABŞ dolları pula razılaşmışlar. Həmin vaxt Ələm ona özünün burada olmayacağını və bu səbəbdən bütün sənədləşmə işlərini, eləcə də etibarnaməni qohumu Sübhanın adına verməyini xahiş etmişdir” Yasamal RPRnin xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarında adı çəkilən “makler” Şahid2 izahatında bildirmişdir ki, "Qabil ona müştəri onundur, ona görə də 30 000 ABŞ dolları verməlisən demiş, İldırım da çıxarıb 30 000 ABŞ dolları vermiş, həmin pulu Qabil ilə aralarında bölmüş, həmin puldan Sübhana 2500 ABŞ dolları şirinlik kimi verilmişdir.” Qeyd edilən şəxslərin verdiyi izahatlardan müəyyən etmək olar ki, İddiaçı mərhum X6 verdiyi pullar torpağı almaq istəyən xalası oğlu Ələmin pulları olmuş və alıcı Ələm olmuşdur. Əksinə, izahatlardan görünür ki, İddiaçı hətta öz xalası oğlunu ondan aldıqları pulları mərhum X6 verməsi adı ilə aldatmışdır. Eyni zamanda, Şahid2 verdiyi izahatında torpağa verilən puldan onlara çatan puldan İddiaçı 2500 ABŞ dolları şirinlik verdiklərini də qeyd edib. Sual olunur, İddiaçı öz pulundan özünə şirinlik almışdır? Təbii ki, yox. O xalası oğlunun torpaq almaq məqsədilə ona etibar edib verdiyi pulların bir qismini gizli yolla özündə saxlamış, verdiyi pullardan isə “şirinlik” adı ilə geri almaqla, o formada da, əsassız olaraq varlanmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı olaraq İddiaçı hazırki iddia tələbi ilə çıxış etməyə subyektiv hüququ çatmır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mabahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvüfiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Digər tərəfdən, iddiaçının verdiyi izahata əsasən (Yasamal RPR-nin xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarında) “bundan sonra o torpağın qiyməti 250 000 manata qaldırıldığından Qabil və Rəşiddən 2500 ABŞ dolları aldıqları behdən geri almışdır.” Həmçinin, Qərarda adı çəkilən digər şəxslərin də, verdikləri izahatlardan müəyyən etmək olur ki, Ələm torpağı almaq üçün ilk olaraq beh vermiş və qalan məbləği də verəcəyinə söz vermişdir. Lakin, onun Rusiyadakı biznesi iflasa uğradığı üçün qalan pulu verə bilmədiyi üçün torpağı da almaqdan imtina etmişdir. AR Mülki Məcəlləsinin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Ələmin verdiyi pulun İldırım Musayevdə qalmasına verdiyi razılıq İldırım Musayevin izahatında (Yasamal RPR-nin xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə’’ Qərarında) öz əksini tapmışdır. Həmçinin, Yasamal RPR-nin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarında adı çəkilən “makler” Şahid2 izahatında bildirmişdir ki, “Qabil, Ələm, İldırım və Sübhan Quba şəhərində yerləşən kafelərdən birində görüşən zaman orada İldırım Ələmə torpaq barədə Sübhana verdiyi etibarnamənin vaxtının qurtardığını, lakin 250 000 ABŞ dolları pulu tam ödəmədiklərini bildirmişdir. Ələm də, torpağın pulunu Sübhana ödədiyini, lakin hal- hazırda torpağı almayacağını və özünün Sübhanla söhbət edəcəyini bildirmişdir.” Qeyd edilən proseslərin üzərindən 15 il keçməsinə baxmayaraq, X7 pul tələb etməsi ilə bağlı hər hansı iddiasının olmaması da, bunları deməyə əsas verir. İzahatlardan və işin hallarından müəyyən etmək olur ki, X9 razılaşdıqları torpaq sahəsi 110 kv.m olmuş və 2008-ci ildə razılığa uyğun olaraq X11 göstərişi ilə İddiaçı verdiyi etibarnamə ilə 110 kv.m torpaq sahəsini onların istifadəsinə vermişdir. Lakin onlar razılaşdırılmış vəsaitin ödənilməsi ilə bağlı öhdəliklərini icra etməməklə yanaşı, həmçinin həmin torpaq sahəsinin 3-cü şəxslər tərəfindən zəbt edilməsinə də şərait yaratmışlar. Nəticədə 190 kv.m olan həmin torpaq sahəsinin 139 kv.m hissəsi itirilmiş və İldırım Musayevə qaytarıldıqda faktiki olaraq 51 kv.m sahəsi qalmışdır. İddiaçının iddia ərizəsində cavabdeh kimi tələb yönəltdiyi Cavabdeh1 ümumiyyətlə mərhum İldırım Musayevin vərəsəsi olmadığı üçün ona qarşı iddia tələbi tamamilə əsassızdır. Belə ki, Qanun üzrə Vərəsəlik Haqqında xx.xx.2022-ci il tarixli Şəhadətnaməyə əsasən mərhum İldırım Musayevin vərəsəsi Cavabdeh2dır. İddiaçının iddia tələbi heç bir əsaslı sübuta söykənmir. İşə əlavə edilmiş sənədlərdə iddia tələbini sübut edən heç bir mötəbər sübut yoxdur və iddiaçı öz tələbini əsasən əsassız varlanma kimi təqdim etməyə çalışır. Çünki tərəflər arasında heç bir müqavilə (borc, alqısatqı və s..) münasibəti yoxdur. Yuxarıda qeyd edildiyi kimi iddia tələbini sübut edən mötəbər sübutların olmaması ilə yanaşı, eyni zamanda bu əsasla (əsassız varlanma) məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilən müddət də ötürüldüyü üçün iddiaçının əsaslandığı bu huquqları qüvvədən düşüb. Belə olan halda, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən artıq onun istinad etdiyi əsaslarla ona məxsus olan və pozulduğunu iddia etdiyi hüquqları (əsassız varlanmadan irəli gələn) öz hüquqi qüvvəsini itirmişdir. Odur ki, yuxarıda qeyd edilənləri və qanunverciliyinin tələblərini rəhbər tutaraq, iddia tələbini rədd edilməsini xahiş etmişdir.
5. Həmçinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişlər ki, iddiaçı iddia tələbini belə əsaslandırmağa çalışır ki, guya ki, X6 torpaq alınması ilə bağlı 2008-ci ildə 135 000 ABŞ dolları vəsait vermiş, aralarındakı razılaşma baş tutmamış, lakin X8 onun tərəfindən verilən vəsaiti ona geri qaytarmamışdır. Eyni zamanda, iddiaçı iddia ərizəsində qeyd edir ki, “bununla əlaqədar o, 2008-ci ildə AR DİN BMCMİ-nə şikayət etmiş və 3 nəfər də ondan pul aldıqlarını etiraf etmişlər. ”Qeyd ediləndən müəyyən etmək olur ki, iddiaçı hüquqlarının pozulduğunu (baxmayaraq ki, onu iddiaçı kimi qəbul etmirlər) 2008-ci ildən bilmiş və bu barədə polisə şikayət etmişdir. Digər tərəfdən iddiaçı bildirir ki, mərhum İldırım Musayevlə aralarında torpağın satılması ilə bağlı danışıqlar 2008-ci ildə aparılmış və həmin tarixdə də, o İldırım Musayevə iddia etdiyi məbləği vermişdir. Lakin, İldırım Musayev torpağı onun adına keçirməmişdir. Praktikada formalaşan işgüzar adətlərdən məlumdur ki, daşınmaz əmlak alqı-satqısı ilə bağlı münasibətlərdə hər hansı əmlakın alınması ilə bağlı ilkin ödənilmiş vəsaitin tarixi ilə əmlakın tam olaraq alqı-satqısı tarixi arasında 10 illərlə müddət keçmir. Maksimum 2-3 ay bu müddət olur. Yəni, artıq 2008-ci ildə bu proses baş tutmadıqda artıq iddiaçıya məlum idi ki, alqı-satqı alınmır və o verdiyi vəsaiti geri tələb etməlidir. 2008-ci ildə olmasa da, 2009-cu ildə artıq bu prosesin baş tutubtutmaması məlum idi. Yəni, nəzərdə tutulan alqı-satqının baş tutacağını gözləmək üçün 15 il gözləmək məntiqsizdir və bu iddianın məhz mərhum İldırım Musayev rəhmətə getdikdən sonra qaldırılması iddianın arxasında duran gizli və onlara məlum olmayan halların mövcudluğundan xəbər verir. Ehtimal edirlər ki, İldırım Musayev sağ olsaydı elə faktlar ortaya qoyardı ki, bu iddianın əsassız olması çox asanlıqla müəyyən edilərdi. Və bəlkə də, o faktların mövcud olduğunu bildiyi üçün iddiaçı İldırım Musayevin sağlığında belə bir iddia ilə çıxış etməmişdir. Bütün bunları nəzərə alan qanunverici iddiaların qaldırılması üçün iddia müddəti müəyyən edib və əsas məqsəd də, məhz uzun müddət keçdikdən sonra sübutların saxlanılmaması və ya tərəflərin vəfat etməsi ilə bağlı mübahisələrə məhkəmələr tərəfindən obyektiv baxılıb qərar verilməsi imkanlarının məhdudlaşmasının qarşısını almaqdır. Bu halda da, yaranmış münasibətlərin üzərindən 15 il keçməsi, münasibətin tərəfindən birinin vəfat etməsi artıq iş üzrə lazımi halların obyektiv araşdırılmasda məhdudiyyətlər yaradır ki, bu da sonra qeyri-obyektiv qərar qəbul edilməsi ilə nəticələnə bilər. Odur ki, yuxarıda qeyd edilənləri və qanunverciliyinin tələblərini rəhbər tutaraq, iddia tələbini rədd edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-677/2023 saylı, 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 373.2, 375.2 373.4, 373.5, 1091, 1095, 1306.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, o, 2008-ci ilin yay aylarında mərhum İ.Musayevə pulu vermiş və 2017-ci ilin ortalarında Azərbaycan Respublikası DİN-ə şikayətlə müraciət etmişdir. Ona qədər o, inanmışdır ki, İ.Musayev torpaqı ona satacaq, hətta buna dair ona etibarnamə də vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
14. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
15. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
16. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
17. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
18. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
19. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd etməsi barədə gəldiyi nəticəni düzgün hesab edir.
29. Belə ki, iş materiallarında olan və qüvvədə olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 iyul 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ərizə ilə Azərbaycan Respublikası Dİ-in Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinə müraciət edərək X8, Şahid1 və Şahid2 tərəfindən 130.000 manat pulunun ələ keçirilməsi barədə məlumat vermiş, 10 dekabr 2019-cu il tarixdə İddiaçı ərizəsi ərazi aidiyyatı üzrə Yasamal RPİ-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı müraciəti əsasında toplanmış material üzrə Sübhan Əbilov tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasmın rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən ləğv edilərək əlavə araşdırma aparılması üçün Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə həmin material üzrə araşdırmanın davam etdirilməsi Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Fuad Bağırova həvalə edilmişdir. Araşdırma zamanı izahatı alınmış X8 izahatında göstərmişdir ki, o, Şahid2 təxminən 2007-ci ildən makler kimi tanımış, Şahid1 isə Şahid2 vasitəsilə tanımışdır. Təxminən 2008-ci ildə Rəşid ona zəng edərək Hüseyn adlı tanışının ona məxsus Yasamal rayonu, Şərifzadə küçəsi 140 və 134 nömrəli binaların arasındakı 110 kvadrat metr olan torpaq sahəsini almaq istədiklərini bildirmişdir. Bundan sonra, onlar Hüseyn adlı şəxslə görüşmüş və həmin torpaq sahəsinə baxmışlar. Bu zaman onlar həmin torpaq sahəsini 1 dollar 0.77 ekvalentində olmaqla 280.000 ABŞ dollara razılaşmışdır. Daha sonar, onun Rəşidlə arasında olan danışığa əsasən o, torpaq satılacağı təqdirdə sonuncuya 10.000 ABŞ dolları verəcəkmiş. Həmin məsələdən qısa müddət keçdikdən sonra Rəşid və Qabil gəlib ona məxsus torpağı almaq istəyən şəxsin beh verməməsi səbəbindən həmin torpağı Rusiyadan olan başqa sahibkar tanışına satmağı təklif etmişlər. Bundan sonra o, Rəşid, Qabil, Ələm və sonuncunun qohumu Sübhan ona məxsus torpaq sahəsinə baxmış və onlar həmin torpağı 250.000 ABŞ dolları pula razılaşmışlar. Həmin vaxt Ələm ona özünün burada olmayacağını və bu səbəbdən bütün sənədləşmə işlərini eləcə etibarnaməni qohumu Sübhanın adına verməyini xahiş etmişdir. 2008-ci ilin iyul ayının birində o, Qabil, Rəşid və X14 yerləşən kafelərdən birində görüşmüş və orada Sübhan 79.000 ABŞ dolları pulu Qabilə vermişdir. Daha sonra o, Rəşid və Qabil Rəşidin alqı-satqı ofisinə getmiş və Qabil həmin pulu sayaraq ona vermişdir. Bundan sonra Qabil ondan gördüyü işə görə 30.000 ABŞ dolları pul istəmişdir. Daha sonra o narazılığını bildirsə də, sonda Qabilə 30.000 ABŞ dolları pul vermişdir. 02 iyul 2008-ci il tarixdə o, həmin torpaq sahəsi üzrə Sübhana etibarnamə vermiş və bundan sonrakı 02 il müddətində Sübhan ona ayrı-ayrı vaxtlarda 36.000 ABŞ dolları pul verərək ümumilikdə sonuncuya 116.000 ABŞ dolları pul ödəmişdir. Bundan sonar, Sübhan pul verməyi dayandırdığından o, Rəşid və Qabillə əlaqə saxladıqda sonuncular ona Ələmin Rusiyada baş vermiş inflyasiya səbəbindən pulunun olmadığını lakin, torpağın pulunu tam ödəyəcəyini bildirmişdir. Beləcə Rəşid və Qabil onu uzun müddət aldadaraq vaxtı uzatmış və 2017-ci ildə o, məsələni aydınlaşdırmaq üçün Ələmlə əlaqə saxlamışdır. Daha sonra o, Ələm, Sübhan, Rəşid, Qabil və Ələmin bir neçə qohumu Quba şəhərində görüşmüş və həmin görüş zamanı o, Ələmə verdiyi etibarnamənin vaxtının bitdiyini lakin, torpağın pulunu tam ödəmədiklərini bildirmişdir. Bu vaxt Ələm ona torpağın pulunu tam olaraq Sübhana verdiyini, lakin Sübhanın pulu tam ödəmədiyini bildirmişdir. Bundan sonar, Ələm ona torpağı istəmədiyini pulunu isə Sübhandan alacağını bildirmişdir. Bundan sonra o, Sübhanla danışdıqda sonuncu hər şeyi boynundan atmaq üçün Qabil və Rəşidin özünü aldatdığını bildirmişdir. Sübhan ona ümumilikdə 116.000 ABŞ dolları pul ödəmiş lakin sonradan heç bir məbləğdə pul ödəməmişdir. Həmçinin, 2017-ci ildə Qubada o, Ələmlə Sübhan, Rəşid və Qabilin iştirakı ilə danışan zaman Ələm ona torpaq üçün tələb olunan pulu tam olaraq Sübhana göndərdiyini bildirmişdir. O, ümumiyyətlə Mehman adında şəxs tanımamış və bütün söhbətləri Ələm adlı şəxslə aparmışdır. Həmçinin, Ələmin torpağa baxmağa qara rəngli, “Mercedes” markalı, nömrəsinin sonu 777 olan ciplə gəldiyini həmin vaxt Sübhanı tanıdığını bildirmişdir. O, həmin torpaq üzrə Sübhana etibarnamə vermiş, lakin sonralar Sübhanın məsuliyyətsizliyi səbəbindən torpağın müəyyən hissəsi ələ keçirilmişdir. Araşdırma zamanı izahatı alınmış Şahid2 izahatında göstərmişdir ki, …İldırım Musayev 2008-ci ildə ona müraciət edərək Yasamal rayonu, Şərifzadə küçəsi 140 və 134 nömrəli binaların arasında 110 kv-m torpaq sahəsini 250.000 ABŞ dolları qiymətinə satdığını bildirmişdir. Bundan sonra o, hal-hazırda adlarını xatırlamadığı bir neçə müştəri gətirib həmin torpağı göstərmişdir. Daha sonra Sübhan gəlib ondan həmin torpağı almaq istədiyini bildirdikdə o, Sübhana həmin torpağı artıq alacaq müştərisinin olduğunu demişdir. Daha sonralar həmin müştəri ona torpağın behini göndərəcəyini bildirsə də, behi göndərməmiş və o da İldırıma həmin müştərinin torpağın pulunu göndərmədiyini bildirmişdir. Bundan sonra Qabil həmin torpağı İddiaçı 250.000 ABŞ dolları pula almaq istədiyini bildirmişdir. Sübhan onların yanında İldırımla telefonla torpaq barədə danışdıqda Sübhan İldırıma torpaq üçün 200.000 dollar verəcəyini bildirmişdir. Həmin vaxt İldırım telefonu özündən uzaqlaşdırıb onlardan kimin Sübhana torpağı 200000 ABŞ dollarına satdığını dediyini soruşmuşdur. O da İldırıma Sübhana belə bir şey demədiyini demiş və İldırım yenidən Sübhana həmin torpağı 200000 ABŞ dollarına deyil, 250000 ABŞ dollarına satdığını bildirmişdir. Bundan sonra o, Qabil və İldırım torpağın satılması barədə danışdıqda Qabil İldırıma torpağı 250000 ABŞ dollarına satılacağı təqdirdə 30.000 dollar verəcəyini demiş və razılaşmışlar. Bundan sonra onun xəbəri olmadan Qabil, Sübhan, Sübhanın xalası oğlu Ələm və İldırım sonuncuya məxsus torpağa baxmağa getmiş və həmin torpağı 250000 dollara almağa razılaşmışlar. Təxminən 2008-ci ilin iyul ayında o, Qabil, Sübhan və X12 yerləşən kafelərdən birində oturub yeyibiçdikdən sonra Sübhan Qabilə 79.000 ABŞ dolları pul vermişdir. Bundan sonra o, Qabil və İldırım gəlib Yasamal rayonu, Şərifzadə 134 ünvanında yerləşən ona məxsus ofisdə oturmuş və orada Qabil 79.000 ABŞ dolları pulu sayıb İldırıma vermişdir. İldırım da oradan 30.000 ABŞ dollarını sayıb Qabilə qaytarmışdır. Bundan sonra isə Qabildə həmin 30.000 dolların 15.000 dollarını ona vermişdir. Onlar həmçinin 30.000 dollar puldan Sübhana 2500 dollarını da qaytarmışlar. Bundan sonra Sübhan ümumilikdə İldırıma təxminən 120.000 ABŞ dollarına yaxın pul ödəmişdir. Lakin sonralar Sübhanın problemləri çıxdığından, belə ki, xalası oğlu pulun davamını göndərmədiyindən və torpaqla bağlı problemlər yarandığından Sübhan torpağı almaqdan imtina etmiş və pulu geri qaytarmaqlarını istəmişdir. O da üzərinə düşən 13.750 ABŞ dolları pulun 12.000 ABŞ dollarını qaytarmış və hal-hazırda Sübhana 1 dollar 0.77 ekvalentində olmaqla 1750 dollar, indiki dövriyə ilə hesabladıqda təxminən 2000 manat borcu qalmışdır. Onu da qeyd etmişdir ki, 2017-ci il tarixdə o, Qabil, İldırım, Ələm və Sübhan Quba şəhərində yerləşən kafelərdən birində görüşən zaman orada İldırım Ələmə torpaq üzrə Sübhana verdiyi etibarnamənin vaxtının qutardığını, lakin 250.000 ABŞ dolları pulu tam ödəmədiklərini bildirmişdir. Ələmdə torpağın pulunu Sübhana ödədiyini, lakin hal- hazırda torpağı almayacağını və özünün Sübhanla söhbət edəcəyini bildirmişdir. O, Sübhanla torpaqla bağlı heçnə danışmamış, Sübhan bütün söhbətləri Qabillə aparmışdır. Təxminən bundan bir müddət öncə isə Qabilin Sübhana ilk əvvəllər torpağın qiymətinin 200.000 dollar olduğunu dediyi ortaya çıxmışdır. Həmçinin o, Ələm və Mehmanın iki qardaş olduğunu bildirib, həmin vaxtlar Sübhanın həm Ələmlə həm də Mehmanla məsləhətləşərək iş gördüyünü güman etmişdir.
30. Həmçinin qeyd edilən qərardan görünür ki, Yasamal rayonu, Şərifzadə küçəsi 140 və 134 nömrəli binaların arasında olan torpaq sahəsinin sənədlərinə əsasən həmin torpaq sahəsi X6 məxsus olmuşdur.Bakı şəhər 12 saylı dövlət notariat kontorunun 02 iyul 2008- ci il tarixli mülki etibarnaməsindən görünür ki, X8 onun adından çıxış etmək üçün İddiaçı etibarnamə vermişdir. Materiala əlavə edilmiş Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti ilə X8 arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 134 və 140 nömrəli binaların yaxınlığında yerləşən torpaq sahəsinə dair 22 may 2017-ci il tarixli 1325 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə etibarsız hesab edilmişdir. Belə olan halda qeyd edilən torpağa dair məhkəmə mübahisəsi olması faktı aşkar edilmişdir.
31. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2006-cı ildə Sübhanın da tanışı olan Rəşidlə bir işlə əlaqədar tanış olmuş, bundan sonra 2008-ci ilə qədər onunla birlikdə işləmişdir. Sübhan həmişə Rəşidin yanına gəlib gedirdi. Bir gün Sübhan həmin torpaq sahəsinin satılıb-satılmaması barədə maraqlanmışdır. O, bu barədə məlumatı olamdığını, torpaq sahəsini Rəşidin satdığını bildirmişdir. Sonra Sübhan, Rəşid və İldırım görüşmüşlər. Daha sonra o İldırımla tanış olmuşdur. Onlar torpaq sahəsinin 250000 ABŞ dollara satılması ilə bağlı razılığa gəlmişlər. Həmin vaxt Sübhan torpağın ssənədinin bələdiyyə sənədi olduğunu bildirmişdir. Sübhan, Rəşid və İldırım bir neçə dəfə görüşmüş, o da görüşlərdə iştirak etmişdir. Sübhan 1000 ABŞ dolları vermiş və bildirmişdir ki, torpaq sahəsi barədə razılığa gəlmişlər, ona görə həmin pulu aparıb beh kimi versinlər. Bir müddət sonra Sübhan bildirdi ki, İldırıma 80000 ABŞ dolları pul vermək istəyir. Onlar birlikdə yemək yeməyə getmişlər. Qayıdandan sonra Rəşidin ofisində İldırım Sübhana 80000 pul vermişdir. Bir müddət keçmiş, o da artıq ofisdə işləməmiş və ofis də bağlanmışdır. Təxminən 2009-2010-cı ildə təsadüfən görəndə İldırım bildirmişdir ki, pulu gecikdirirlər və hissə hissə verirlər. Daha sonra onlar gürşmüşlər, sənədin uyğun gəlmədiyini bildirmişlər. Onun təcrübəsi azdır, Rəşid bu işləri daha yaxşı bildirdi. Sonra görmüşlər ki, orada Oba market tikilmişdir. İldırım onlara vasitəçi kimi torpaq sahəsi 250000 ABŞ dollarına satsalar 30000 ABŞ dolları verəcəyini bildirmiş və hərəsinə 15000 ABŞ dolları vermişdir. O, pulun hamısını Sübhana qaytarmışdır. Sonuncu dəfə 2019-cu ildə 300 manat Sübhana vermişdir. O, Ələmi tanıyır. Onu Qubada görmüşdür. Belə ki, o, Rəşid, Sübhan və İldırım Sübhanın maşını ilə Qubaya getmiş, orada Ələmlə görüşmüşlər. Lakin, Ələmin torpaq sahəsinə baxması və burada İldırımla görüşməsi barədə məlumatı yoxdur. Qubaya ona görə getmişlər ki, torpağın sahibi bu adamdır və torpağı satır. Ələm Sübhanın qohumu idi və iş adamı idi. Torpaq sahəsini Ələm alırdı, onlar Sübhanla şərik idilər. Torpağın pulunu Sübhan vermişdir
32. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, İldırım torpaq sahəsini satırdı. Sübhanla qiymətini danışmışlar. Sonra birlikdə Yeni Yasamalda yerləşən restoranlardan birində oturub yemək yemişlər. Sübhan onları maşınla Şərifzadə küçəsində yerləşən ofislərinə gətirmiş və maşında Sübhan İldırıma 80000 ABŞ dolları pul vermişdir. Daha sonra ofisə getmişlər və İldırım onlara 30000 ABŞ dolları pul vermişdir. Ələmi tanıyır. Onunla bir dəfə Qubada görüşmüşlər. Onunla Bakıda görüşməmişlər və Ələm torpağa baxmamışdır. Ona verilən pulu Sübhana tamamilə qaytarmışdır. Pulu elə o vaxtdan hissə-hissə verməyə başlamış, az məbləğ qalmışdır ki, onu da 2022-ci ildə qaytarmışdır. Nə qədər qaytarması yadında deyil. İldırım onlara bildirmişdir ki, torpağın alqı-satqısı baş tutmamışdır. Onun verdiyi pulu Sübhana qaytarsınlar. O, Sübhana “şirinlik” kimi 2500 ABŞ dolları pul qaytarması yadında deyil. Torpaqda hasarın tikintisinə başlanda torpaq üstündə mübahisə olmuş, dana sonra bələdiyyə sənədinin qaydasında olamdığı müəyyən edilmişdir. Mehman Ələmin qardaşıdır. Onun haqqında eşitmişdir, lakin tanımır. Ələmlə Sübhan xalaoğu və şərik idilər. Ona görə də məsələni aydınlaşdırmaq üçün Qubaya Ələmin yanına getmişlər. Ələm Qubada bildirmişdir ki, daha torpağın alqı-satqısı alınmır. Torpaq hasarlanıb verilmir. O, İldırımı tanımır. Pulu Sübhana vermişdir və pulu Sübhandan istəyir.
33. xx.xx.2022-ciil tarixli 2”V”-1351 reyesyr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı Cavabdeh2dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak X6 məxsus olmuş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,1 kv.m olan mənzildən ibarətdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbnin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
35. İşdən müəyyən olunur ki, iddiaçının İldırım Musayevə verdiyi pulu sonuncunun qaytarmayacağı iddiaçıya 2009-2010-cu illərdə artıq məlum olmuşdur. Belə ki, iddiaçı məhkəmə iclasında izahatında 2009-2010-cu ildə torpaq sahəsinin hasara alına bilməyəcəyini bildiyini, İldırım Musayevin ona həmin pulu qayatracağına söz verdiyini bildirmişdir. Ümumiyyətlə də keçən müddət ərzində hasarın tikilməməsi, pulun digər hissəsinin verilməməsi və torpağa dair iddiaçının adına sənədləşmə işinin aparılmaması ilə artıq iddiaçıya hüququnun pozulduğu məlum olmuşdur. İldırım Musayev bu müddət ərzində özünə çatan pul vəsaitinin heç bir hissəsini iddiaçıya geri qaytarmamışdır. İddiaçı tərəfindən yalnız xx.xx.2019-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqa Mübarizə İdarəsinə müraciət edilmişdir. Bununla da iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bundan başqa, iddiaçı tərəfindən ümumi iddia müddəti də ötürülmüşdür. Mübahisə tərəfi olan cavabdehlər isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir.
36. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
37. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin Cavabdeh1 münasibətdə ümumiyyətlə təmin edilə bilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, X4 vərəsəsi kimi, yalnız Cavabdeh2 miras əmlakı qəbul etmiş və miras əmlakdan tam hissədə pay almışdır. Cavabdeh1 isə X4 vərəsəsi kimi, miras əmlakdan pay almadığından onun hüquqi varisi hesab edilmir və kreditorları qarşısında öhdəlik daşımır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
39. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
40. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
42. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-677/2023 saylı iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova