Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3947/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və X2 ibarət tərkibdə, Teymur Həsən oğlu Həsənovun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili X5, Cavabdehin nümayəndəsi-vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-669/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 9.400 (doqquz min dörd yüz) manat məbləğində pul, ümumi çəkisi 80 qram əyyarı 750 olan qızıl-zinət əşyaları (çəkisi 22 qram olan 1 ədəd zəncir boyunbağ - 1.320 (bir min üç yüz iyirmi) manat, çəkisi 16 qram olan 1 ədəd tros qolbağ - dəyəri 960 (doqquz yüz altmış) manat, çəkisi 13 qram olan 1 ədəd halqa sırğa – 780 (yeddi yüz səksən) manat, çəkisi 3,5 olan 1 ədəd nazik boyunbağ - 210 (iki yüz on) manat, çəkisi 19 qram olan 1 ədəd kəllə klonlu boyunbağ - 1.140 (bir min bir yüz qırx) manat, çəkisi 7 qram olan 1 ədəd xırda firuzə qaşlı üzüyü - 440 (dörd yüz qırx) manat), bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyərinin və 30 (otuz) manat məbləğində dövlət rüsumun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.600 manat pulun, 3.800 manat pulun və 80 qram qızılın, cəmi 9.400 manat pulun, 80 qram qızılın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavadehi və onun həyat yoldaşı Ədaləti uzun müddətdir ki, tanıdığı üçün 2015-ci ilin noyabr ayında 5.600 manat borc vermişdir. Daha sonra cavabdeh yenidən evə gələrək, qızının cehiz pulu çatmadığından 15 günlük lombarda qoymaq üçün ondan 80 qram qızıl istəmiş, o cavabdehə 80 qram İtaliya istehsalı ola qızıl vermişdir. 15 gün keçdikdən sonra o, qızılı tələb etdikdə, cavabdeh qızılı və borcu qaytarmayaraq, ondan vaxt istəmişdir. xx xxxx 2017-ci il tarixdə cavabdeh onun evinə gələrək, Sevil massivində ev tikdirdiklərini, evi sataraq ona olan borclarını qaytaracağını bildirmişdir. Cavabdehə inanmadığı üçün ondan sadə yazılı qəbz almışdır. Həmin qəbzdə cavabdeh göstərmişdir ki, 3.800 manat dəyərində italyan istehsalı olan 750 əyyarlı boyunbağı ona vermişdir. Lakin onlar yenidən onu aldatmışdılar. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.600 manat pulun, 3.800 manat pulun və 80 qram qızılın, cəmi 9.400 manat pulun və 80 qram qızılın, qızıl olmadığı halda onun dəyəri olan 4.800 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda gösərilən qaydada təmin edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmadan və qanun normalarını düzgün tədbiq etmədən, eləcə də, kobud prosessual pozuntulara yol verməklə baxmışdır, məhkəmə qətnaməsi maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilmədən qəbul olunmuşdur. Qeyd olunanları və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini şikayətlə razılaşmayaraq rədd olunması, iş üzrə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçını və onun nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh əyyarı 750 olan 1 ədəd zəncir boyunbağı və ya 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mübahisənin predmeti bölünməz olduğundan qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2.-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4.-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə tərəflər arasında bağlanmış yazılı razılığa əsasən X1 Solmaz Allahqulu qızından dəyəri 3800 manat əyyarı 750 manat olan boyunbağı almışdır. İşə əlavə edilmiş Bakı şəhəri Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsnini 21-ci polis bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktuba əsasən iddiaçı tərəfindən PB-nə yazılmış ərizənin mülki xarakter daşıması səbəbi ilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan İddiaçı məxsus qızıl-zinət əşyalarını özündə saxlamış və bu səbəbdən bu halı onun tərəfindən hər hansı hüquqi əsas olmadan İddiaçı hesabına əmlak əldə etmə və bununla da onun əsassız varlanması kimi qiymətləndirilmişdir edə bilməməsini əsas gətirmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən qətnamə qanuni sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bu baxımdan iddiaçı iddia üzrə tələb etdiklərini cavabdehə verdiyini və sonradan almadığını subut etməlidir. Lakin iş materiallarında yuxarıda adı çəkilən qəbzdən başqa cavabdehin iddiaçıdan pul məbləğinin və qızıl-zinət əşyalarının alınması barədə heç bir mötəbər sübüt yoxdur. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2017-ci il tarixli qəbz üzrə götürülən qızıl-zinət əşyasının dəyəri borc məbləği kimi qiymətləndirildiyi təqdirdə, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 3.800 manat məbləğində borcunu, yəni iddia tələbin sübut olunan hisəsində iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda Kollegiya hesab edir ki, iddia tələbi cavabdehdən 3800 manat pulun tutulması hissəsində təmin olunmalıdır, qalan hissədə iddia sübut olunmadığından təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-669/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pulun tutulması və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh əyyarı 750 olan 1 ədəd zəncir boyunbağı və ya 3.800 (üç min səkkiz yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3947/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3947/2020
15.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver