Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3948/2023 03.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, qanunsuz quraşdırılmış qapının sökülməsi, divarın bərpa edilməsi, açarın təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), x oğlu və x oğlundan ibarət tərkibdə, x oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddiası üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(009)-5/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 4, mənzil 4 mərhum X1 verdiyi etibarnamə əsasında hərəkət edən Nümayəndə tərəfindən öz qızı İddiaçı xx.xx.2020-ci il tarixdə satılmış, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən həmin mənzil xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5387/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1179/2020 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilmiş, X2 apellyasiya baxışı zamanı icraata qəbul olunmuş müstəqil iddia tələbi də nəzərə alınmaqla iş üzrə yeni qətnamənin çıxarılması, Cavabdeh2 Nümayəndə və İddiaçı qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv olunması” tələblərinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair X1 adından Nümayəndə ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ No ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, Qəsr küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin 1 otağına dair X1 adından Nümayəndə ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış AN-İ No ******* saylı alğı-satqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 iddia tələbinin qalan hissədə, həmçinin X2 İddiaçı və X5rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması, Nümayəndə 210.000 manat pulun alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-717/2022 nömrəli qərarı ilə cavabdehlər İddiaçı, Nümayəndə və üçüncü şəxs X3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5387/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına son qoyulması, onun mənzildən istifadə edilməsinə qəsdən törədilən maneələrin aradan qaldırılması, mənzilə daxil olarkən dəhlizin sol yan divarından, yəni texniki pasport üzrə 1 nömrəli sahəsi 10,3 kv.m. olan otağın divarından cavabdehin açdığı giriş qapısının ləğv edilməsi və divarın bütövlüyünün bərpa edilməsi, ümumi istifadədə olan həyətin giriş qapısının açarının bir nüsxəsinin, habelə iddiaçının mənzilinin giriş qapısının açarının iddiaçıya təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda daşınmaz əmlak mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh1 onun qonşusudur: o, ailəsi ilə ünvan 3 ünvanda yaşayır. Son zamanlar cavabdeh heç bir qanuni əsas olmadan onun mülkiyyət hüquqlarına qəsd etməklə, mülkiyyətində olan mənzildən sərbəst istifadə etməyinə maneələr yaratmaqla məşğuldur. Belə ki, cavabdeh onu sıxışdırıb zorla mənzilindən çıxarmaq niyyətinə düşmüş və bu məqsədlə onun öz mənzilinə şərbət giriş-çıxışına problemlər yaratmışdır. Cavabdeh həyətə daxil olmaq üçün nəzərdə tutulan qapının açarlarını iddiaçıya verməkdən imtina edir və bu səbəbdən iddiaçı öz mənzilinə daxil olub ondan istifadə edə bilmir. Bundan əlavə, cavabdeh binanın alt hissəsində olan yarımzirzəminin bir hissəsini zəbt etmiş və həmin zirzəmiyə hüquqlarını təsdiq edən hər hansı sənədi olmadığı halda, özbaşınalıq edərək iddiaçının mənzilinin texniki pasport üzrə iddiaçıya məxsus 10.3 kv. metr olan 1 saylı otağa qırış hissəsinin yan tərəfindən divarı uçurub ortadan qanunsuz zəbt etdiyi zirzəmiyə ikinçi giriş qapısını açmışdır. Halbuki binanın əsas giriş hissəsində həmin zirzəmiyə daxil olmaq üçün daha əlverişli giriş qapısı vardır. Cavabdehin əsas məqsədi iddiaçıya qəsdən problemlər yaratmaq, onu daim narahat edib stress vəziyyətində saxlamaq və bu təzyiqlər sayəsində iddiaçını sıxışdırıb mənzilini dəyər-dəyməzə ona satmağa vadar etməkdir. Bu niyyətinə nail olduğu halda cavabdeh bütöv binanı bütövlüklə ələ keçirmiş olur. İddiaçı cavadehin qanunsuz əməllərindən dəfələrlə “İçəri şəhər” qoruğ idarəsinə və polisə şikayət etmişdir, lakin heç bir tətbir görülməmişdir. Mübahisənin mülki xarakterli olduğunu bəhanə gətirən bu dövlət orqanları son nəticədə iddiaçıya mülki məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Halbuki, cavabdehin hərəkətlərində ən azından özbaşınalıq cinayət əməlinin əlamətləri mövcuddur, habelə iddiaçıya qarşı özbaşınalıq və saymamazlıq etməklə cavabdeh bilə-bilə qəsdən iddiaçını təxribata sürükləyir. Qeyd etmək istəyir ki, mübahisəli mənizillərin mülkiyyətçiləri arasında məhkəmələrdə dəfələrlə mənzil mübahisələri olmuş, məhkəmə-texniki ekspertizasının rəyləri əsasında mənzillərin sahələri, sərhədləri və giriş-çıxış qapılarının yerləri müəyyən edilmişdir. Yəni bütün mübahisəli məsələlər qanun qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında müəyyən edilmişdir və həmin qətnamələr icra məmurları tərəfindən icra edilmişdir. Lakin cavabdeh məhkəmə qətnamələrinə məhəl qoymadan yenidən özbaşınalıq etməyə başlamış, məhkəmədən kənar yeni qaydalar müəyyən etmək niyyətinə düşmüşdür. Cavabdeh mülki qanunvericiliyin fundamental prinsiplərinə zidd olaraq iddiaçının mülkiyyət hüquqlarına özbaşına müdaxilə edir, ona təzyiqlər edir, onun təklif etdiyi şərtlərlə iddiaçını öz mənzilini satmağa vadar edir, onun mənzilindən sərbəst istifadə etməyinə, yaşamağa mane olur və burada yaşamağına imkan vermir.
6. 20.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəmənin qərardadı ilə Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmuşdur.
7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-218/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1851 saylı məktubuna əsasən mənzilin açarı olmadığından tədqiqat obyektinə baxış keçirilməmiş, ekspertizanın keçirilməsi mümkün olmamışdır.
8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Nümayəndə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə üzrə çıxarılmış qərar qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraat dayandırılmışdır.
9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir.
10. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-5/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia təmin edilməmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, mübahisəli ünvan 2 mərhum X1 verdiyi etibarnamə əsasında hərəkət edən Nümayəndə tərəfindən öz qızı İddiaçı satılmış, alqısatqı zamanı alıcının (İddiaçı) ödəməli olduğu pul vəsaitini bilavasitə Nümayəndə notariusun depozit hesabına mədaxil etmiş və sonradan hesabdan məxaric etmişdir. Başqa sözlə, Zemfira Mikayılova (təmsil olunan), Nümayəndə özünün maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, Nümayəndə isə onun maraqlarından deyil, öz maraqlarından hərəkət edərək mənzili həm də təmsilçisi olduğu qızının adına rəsmiləşdirmiş, mənzilin formal satışından hər hansı pul vəsaiti əldə olunmayaraq Zemfira Mikayılovaya (təmsil olunana) verməmişdir; bu o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuş, Nümayəndə faktiki olaraq öz xeyrinə əqd bağlamışdır. Göstərilən hallar isə ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə dair X1 adından Nümayəndə ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ No ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması nəticəsinə gəlməyə əsas olmuşdur.
12. Həmin məhkəmə aktları ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən məhkəmə hesab edir ki, iddianın “mülkiyyət hüquqlarının pozulmasına son qoyulması, onun mənzildən istifadə edilməsinə qəsdən törədilən maneələrin aradan qaldırılması” hissəsi ilə bağlı irəli sürülən arqumentlər əhəmiyyətli olmamaqla onların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.
13. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz.
14. İddiaçının mübahisəli mənzilə münasibətdə hər hansı hüququnun müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı “mülkiyyət hüquqlarının pozulmasına son qoyulması, onun mənzildən istifadə edilməsinə qəsdən törədilən maneələrin aradan qaldırılması” tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Bu hal isə iddia tələbinin rədd edilməsi üçün şərtsiz əsasdır.
15. İddiaçının “mülkiyyət hüquqlarının pozulmasına son qoyulması, onun mənzildən istifadə edilməsinə qəsdən törədilən maneələrin aradan qaldırılması” tələbinin əsassız olması qənaətinin hüquqi nəticəsi olaraq məhkəmə, “mənzildə cavabdehin açdığı giriş qapısının ləğv edilməsi və divarın bütövlüyünün bərpa edilməsi, ümumi istifadədə olan həyətin giriş qapısının açarının bir nüsxəsinin, habelə iddiaçının mənzilinin giriş qapısının açarının iddiaçıya təhvil verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinin də təmin edilməsini mümkün hesab etməmişdir.
16. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx.xx.2008-ci il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Belə ki, məsələyə xronoji ardıcıllıqla baxıldıqda Z.Mikayılova tərəfindən qızı Cavabdeh2 xx.xx.2018-ci il tarixində etibarnamə verilmiş və həmin etibarnamənin verilməsi məqsədləri xüsusi olaraq göstərilmişdir. Belə ki, həmin etibarnamə üzrə Cavabdeh2 anasını "xxxx" BOKT ASC-də təmsil etmək,eyni zamanda vərəsəlik işi üzrə təmsilçilik səlahiyyətlərini həyata keçirməli idi. Cavabdeh2 iddia ərizəsində göstərmişdir ki, Z.Mikayılova 2018-ci ilin sonlarında mənzili iddiaçıya bağışlamaq məqsədi ilə notariat kontoruna müraciət etmişdir. Həmin kontorda lazım olan sənədlər barədə Z.Mikayılovaya məlumat verildikdə, sonuncu, həm yaşının çox olması, həm də ağır xəstə olması səbəbindən bu işin öhdəsindən gələ bilməyəcəyi üçün, tanışları olan və mənzillərin alğı-satqısı ilə məşğul olan cavabdeh Nümayəndə xahiş etmişdir ki, mənzili iddiaçının adına keçirməkdə onlara yardımçı olsun. Nümayəndə razılıq verdiyi üçün Z.Mikayılova xx.xx.2018-ci ildə 46 saylı Notariat Ofisində Nümayəndə etibarnamə vermişdir. Halbuki, Z.Mikayılovanın qızına verdiyi etibarnamə iddia ərizəsində göstərilənləri birmənalı şəkildə təkzib edir. Belə ki, həmin etibarnamədən göründüyü kimi, Z.Mikayılova etibarnamə verərəkən hansı işlərin görülməsi üçün verdiyini dəqiq bilmiş və bunu verilən səlahiyyətlərdə aydın şəkildə ifadə etmişdir. Yəni, məqsəd qeyd edilən əmlakların qızının adına bağışlanılması olmamışdır. Ümumiyyətlə, Z.Mikayılova Nümayəndə 28.02.208, xx.xx.2018 və xx.xx.2018-ci il tarixində etibarnamələr verilmişdir. Sonuncu iki etibarnamədə Z.Mikayılova öz iradəsini aydın aydın şəkildə ifadə etmiş və ona məxsus qeyd edilən əmlakları satmağı və satışdan əldə olunan pulu almağı etibar etmişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixli etibarnamə üzrə olan halları mübahisələndirsə də, bundan əvvəlki etibarnamələrin hansı məqsədlə verilməsinə dair hər hansı fikir bildirməmiş, işə baxan məhkəmələr isə həmin halları ümumiyyətlə araşdırmamışdır. Eyni zamanda, Cavabdeh2, Z.Mikayılovaya 2018-ci ilin sonlarında mənzili Cavabdeh2 bağışlamaq məqsədi ilə notariat kontoruna müraciət etdiyini göstərsə də, həmin mənzillərin satılması ilə bağlı münasibətlər 2018-ci ilin əvvələrində yaranmışdır. Z.Mikayılovanın həmin mənzillərin satılması barədə iradə ifadəsi, onun tərəfindən verilmiş etibarnamələrdə aydın şəkildə göstərildiyi kimi, eyni zamanda bu iradə ifadəsi Cavabdeh2 "xxxx" MMC-nin direktoru Nümayəndələ bağladığı xx.xx.2018-ci il tarixli Tapşırıq Müqaviləsində də öz əksini tapmışdır. Belə ki, həmin Müqavilənin 1-ci bəndində Cavabdeh2 qeyd edilən mənzillərin satılması üçün bütün zəruri sənədləri almağı, mənzillərin satışını həyata keçirməyi və özünün mülahizəsinə əsasən onların satış qiymətini müəyyən etməyi Nümayəndə tapşırmışdır. Bu fakt, Cavabdeh2 iddia ərizəsində yazdığı guya ki, “Bundan bir müddət sonra, yəni xx.xx.2018-ci il tarixdə Nümayəndə onlara gələrək Z.Mikayılovanın şəxsiyyət vəsiqəsini və mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş çıxarışı Z.Mikayılovadan almış və ona tapşırmışdır ki, növbəti gün 46 saylı Notariat Ofisinə getsin.xx.xx.2018-ci il tarixdə o, həmin Notariat Ofisinə getmiş və orada Nümayəndə ilə görüşmüşdür. Nümayəndə Cavabdeh2 bildirmişdir ki, mənzilin Z.Mikayılovanın adından onun adına keçirilməsi üçün o, razılıq sənədi imzalamalıdır. Cavabdeh2 sonuncunun sözlərinə inandığı üçün ona təqdim olunmuş sənədi oxumadan imzalamışdır” arqumentlərini də təkzib edir. Belə ki, həmin tapşırıq müqaviləsi Cavabdeh2 xx.xx.2018-ci il tarixində yazdığı razılıq ərizəsindən xeyli əvvəl bağlanmış və həmin müqavilədə qeyd edilən əmlakların bağışlanılması barədə hərəkətlərin edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Məhz, həmin müqavilə əmlakların satışının, əmlak bazarında alqı-satqı fəaliyyətini həyata keçirən bir MMC vasitəsilə satılmasını nəzərdə tutmuşdur. X7 mənzilləri Cavabdeh2 bağışlamaq niyyətində idisə, o, mənzilləri birbaşa bağışlaya bilərdi. Qızının iddia etdiyi kimi, “yaşının çox olması, həm də ağır xəstə olması səbəbindən bu işin öhdəsindən gələ bilməyəcəyi üçün, tanışları olan və mənzillərin alğısatqısı ilə məşğul olan Nümayəndə xahiş etmişdir” iddiası tamamilə əsassızdır. Belə ki, Z.Mikayılova mənzilləri bağışlamaq üçün bütün imkanlara malik olmuşdur, hətta mübahisə edilən mənzillərin alqı-satqı müqavilələri bağlandıqdan sonra Zemfira Mikayılova evinə notaruis dəvət etmiş və mülkiyyətində olduğu Qəsr küçəsi 13/80 mənzil 4 ünvanda digər mənzili Cavabdeh1 bağışlamışdır. Bu zaman Cavabdeh2 Bakı şəhəri 6 saylı notariat kontoruna getmiş və mənzilin Cavabdeh1 bağışlanmasına etiraz etməmişdir. Eyni zamanda Z.Mikayılova xx.xx.2020-ci il tarixində Cavabdeh1 Baş etibarnamə vermiş, anasının vəfatından sonra, Cavabdeh2 qeyd edilən etibarnamənin etibarsız hesab olunması üçün Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, daha sonra isə iddia tələbindən imtina etmişdir. Görünən odur ki, bütün bunlar əvvəlcədən planlanmış bir oyunun parçası olmuş, əvvəl anası tərəfindən əmlakların satılması barədə etibarnamələr verilmiş, satış üçün razılıq ərizələri imzalanmış, daha sonra isə aldadıldıqları yalanı ilə etibarnamələri ləğv edərək, qanuni hərəkətləri qanunsuz göstəməyə çalışmışlar. Eyni zamanda məhkəmə bu faktı da nəzərə almamışdır ki, X2 İddiaçı və X5rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbi məhkəmə qərarı ilə təmin edilməmişdir. Bundan başqa, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(102)- 717/2023 saylı qərarında kifayət qədər aydınlaşdırılmalı olan məsələlər qalmışdır. Qanunvericilik bu çatışmamazlıqların aradan qaldırılması üçün Ali Məhkəməyə kifayət qədər səlahiyyət versə də Ali Məhkəmə bu səlahiyyətdən lazımınca istifadə etməmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbuledilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin tələblərinə görə, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər. Həmin qanunun 34.4.1-ci maddəsinə əsasən məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının) qüvvəyə mindiyi andan altı ay müddətində Konstitusiya Məhkəməsinə şikayət verilə bilər. Belə olan təqdirdə hazırki iddiaçının Konstitusion hüquqlarını həyata keçirməsi müddətlərini gözləmədən məhkəmənin Ali Məhkəmənin qərarına istinad etməklə iddianı rədd etməsi qanunsuz və ədalətsiz olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək məhkəmə iclasında səhhətilə əlaqədar üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir, lakin buna dair heç bir sənəd əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5 Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
23. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarı: “Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 419.4. Kassasiya instansiya məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, işdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə dair X1 adından Nümayəndə ilə İddiaçı arasında Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış AN-İ No ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və onun əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv olunmuşdur.
29. Göründüyü kimi, iddiaçının adına həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilmişdir və bu fakt nəzərə alınmaqla iddiaçının həmin mənzil ilə bağlı “mülkiyyət hüquqlarının müdafiəsi” barədə tələb irəli sürməsi üçün hazırda subyektiv hüququ yoxdur.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd olunanlara münasibətdə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5387/2022 nömrəli qətnaməsi qanuni qüvvəyə mindiyindən qətnamə ilə müəyyən edilmiş hallar hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir.
31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
32. Kollegiya onu da qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiya məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə mindiyindən, birinci instansiyası məhkməsi tərəfindən iddiaçının həmin qərardan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddətin gözlənilmədən həmin qərara istinad etməsi barədə dəlilini də əsassız hesab edir.
33. Bundan əlavə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya onu da qeyd edir ki, X2 İddiaçı və X5rşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbi başqa daşınmaz əmlakla – Bakı şəhəri, Qəsr küçəsi, 15 saylı fərdi yaşayış evinin 1 otağı ilə bağlı olmuş, hazırki iş üzrə iddiaçının “mülkiyyət hüquqlarının müdafiəsi” barədə tələb irəli sürdüyü Qəsr küçəsi, ev 13 ünvanında yerləşən 4 saylı mənzil ilə bağlı deyil.
34. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-5/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.