Məhkəmə qərarları › İş №2(103)-3954/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3954/2021

01.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3954/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədova (sədirlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Qurbanova Humay Məhəmməd qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikası FHN X1 Xidmətinə qarşı aparılmış tikinti təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, tikinti və təmir işləri onların nəticələrinin sökülməsi, mənzillərin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1163/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikası FHN X1 Xidmətinə qarşı aparılmış tikinti təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, tikinti və təmir işləri onların nəticələrinin sökülməsi, mənzillərin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil3 məhkəməyə vəsatət təqdim edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1163/2021 nömrəli, xx.xx.2021- ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2Abdurahman qızının Cavabdeh və üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikası FHN X1 Xidmətinə qarşı aparılmış tikinti təmir, yenidənqurma və yenidən planlaşdırma işlərinin qanunsuz hesab edilməsi, tikinti və təmir işləri onların nəticələrinin sökülməsi, mənzillərin bərpa edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil3 işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatəti təmin edilməmişdir. Hazırda iş üzrə Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1163/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsi və mülki işin aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarından aydın olur ki, mübahisə predmeti olan əmlak ünvan 1 ünvanında yerləşir. Məhkəmə Kollegiyasıhesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən iddia ərizəsi ilə mübahisə predmeti olan əmlakın yerləşdiyi yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. MPM-nin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb və şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 31, 35-36, və 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1163/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar