Məhkəmə qərarları › İş №2(103)-3954/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3954/2022

07.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3954/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədova Şərafət Asif qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X1, Cavabdehlər X12 və X2 iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-303/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları Birinci iş üzrə: İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı) “torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsinin Əzizbəyov rayon X6 İcrayyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcraHakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı ilə mərhum X10 Dövlət tərəfindən pulsuz, havayı ayrılmasını nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 7231,9 kv.m torpaq sahəsinin (mirasın) mərhum X7 və onun arvadı Cavabdeh yəni, ər-arvadın ümümi birgə mülkiyyəti olmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək X13 (mərhum) tərəfindən nikah dövründə əvəzsiz əqdlər üzrə (Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı) əldə edilmiş və xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №li çıxarışa əsasən tam mülkiyyət hüququ ilə X7 (mərhum) özünün ayrıca əmlakı olmuş, ünvan 1 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsinin ər-arvadın ümumi birgə əmlakı olmaması faktının, yəni mərhum X7 və onun arvadı Cavabdeh ümumi birgə əmlakı olmaması faktının məhkəmə tərəfindən tanınması və DƏDRX-də qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən İddiaçı vəsatəti əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində işə cəlb olunmuşdur. İkinci iş üzrə: İddiaçı Cavabdehlər X11, İddiaçı, X3, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1335866, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 3, 84,5 kv.m ümumi sahəsi olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin miras şərikləri arasında 5/8 hissədə o, Cavabdeh, 1/8 hissədə X12, 1/8 hissədə İddiaçı, 1/8 hissədə X8 arasında bölüşdürülməsi, Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh, X3, X11, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X13 (mərhum) tərəfindən nikah dövründə əvəzsiz əqdlər üzrə (Əzizbəyov rayon X6 İcrayyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı ilə əldə edilmiş, xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №li çıxarışa əsasən tam mülkiyyət hüququ ilə mərhum atası X7 özünün ayrıca əmlakı olmuş, ünvan 1 ünvanında yerləşən mirasdan, yəni 1231,9 kv.m torpaq sahəsindən onun, birinci növbəli vərəsə İddiaçı payına düşən 474 kv.m torpaq sahəsinə (ailəsi ilə ayrıca yaşadığı 2 mərtəbəli evi yerləşən, faktiki sahibliyində olan hissədə) Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin, DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsi tərəfindən yeni ünvan adı verilməklə, çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X12 cavabdehlər Cavabdeh, X3, İddiaçı, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən miras qoyan X7 xüsusi mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinə X9, 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh və X2 qanun üzrə birinci dərəcəli vərəsə qismində vərəsəlik hüququnun tanınması, həmin miras əmlak üzərində vərəsələrin miras paylarının müəyyən edilməsi, vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 7 Saylı Notariat Ofisinə və yeni ünvanlar müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-303/2022 saylı, 03 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə) qarşı “torpaq sahəsinin ərarvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması və DƏDRX-də qeyd alınması tələbinə dair 2(003)-303/2022 saylı mülki işlə, iddiaçı Cavabdehlər X11, İddiaçı, X3, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi”, İddiaçı cavabdehlər Cavabdeh, X3, X11, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və X12 cavabdehlər Cavabdeh, X3, İddiaçı, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə 2(003)-310/2022 saylı mülki iş birləşdirilmiş, həmin işlərə bir icraatda baxılması və mülki işə 2(003)-303/2022 nömrəsi verilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh və üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması, iddiaçı Cavabdehlər X11, İddiaçı, X3 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair ilk, İddiaçı cavabdehlər Cavabdeh, X3, X11 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair və X9 cavabdehlər Cavabdeh, X3, İddiaçı və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinin “hüquqlarının DƏDRX-də qeydə alınması” hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-303/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisi) qarşı “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10 mülkiyyət hüququ ilə məxsus olan “torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı Cavabdehlər X11, İddiaçı, X3 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair ilkin iddia tələbi təmin, İddiaçı cavabdehlər Cavabdeh, X3, X11 və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair və X9 cavabdehlər Cavabdeh, X3, İddiaçı və Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri isə qismən təmin edilmiş, ünvan 3, ümumi sahəsi 84,5 kv.m olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin 5/8 hissədə Cavabdeh, 1/8 hissədə X9, 1/8 hissədə İddiaçı və 1/8 hissədə X2 miras payları müəyyən edilmiş, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 7 saylı Notariat ofisinə həvalə edilmiş, qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən apellaysiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməsini, onun “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması tələbinə dair iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər C.Babayev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili E.Əliyarov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh M.Məmmədova apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Hüquqi dəyərləndirmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin birgə verdiyi apellyasiya şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması tələbinə dair iddia ərizəsinə aid hissədə ləğv edilməli, həmin tələbə məhkəmədə ayrıca iddia tələbi kimi baxılmalı olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Kollegiya qeyd edir ki, birləşmiş iş üzrə iddiaçı Cavabdehlər X11, İddiaçı, X3, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə, İddiaçı cavabdehlər Cavabdeh, X3, X11, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə, X12 cavabdehlər Cavabdeh, X3, İddiaçı, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-303/2022 saylı, 03 fevral 2022-ci il tarixli qərardadı ilə hər iki mülki işlər bir icraatda birləşdirilərək onlara birlikdə baxılması qərara alınmışdır. Kollegiya hesab edir ki, “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması tələbinə dair hissədə Xəzər Rayon Məhkəməsinin 2(003)-303/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, həmin iddiaya dair hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı Cavabdehlər X11, İddiaçı, X3, Bakı şəhəri 7 saylı Notariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbi Dövlət reyestrindən Seriya RX №1335866, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan ünvan 3, 84,5 kv.m ümumi sahəsi olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin miras şərikləri arasında bölüşüdürülməsi ilə bağlıdır və iddia tələbində Cavabdeh miras kütləsinə daxil olan həmin torpaq sahəsinin birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu və müvafiq olaraq da həmin torpaq sahəsinin yalnız ½ hissəsinin vərəsələr arasında bərabər paylara bölünməli olduğunu bildirmişdir, demək ki, işə baxan məhkəmə həmin tələbə münasibət bildirərkən digər hallarla yanaşı, həm də qeyd edilən əmlakın miras qoyanın vərəsəsi olan arvadı Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş əmlak olunub-olunmaması məsələsinin də mütləq qaydada araşdırmaqla ona müvafiq hüquqi qiymət verməyə borcludur. Çünki MPM-in 77.1-ci maddəsi də tələb edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Başqa sözlə, miras kütləsinə daxil olan həmin torpaq sahəsinin miras qoyan X13 ilə onun birinci növbə üzrə vərəsəsi olan arvadı Cavabdeh birgə nikahı dövründə əldə olunmuş əmlak olub-olması elə Cavabdeh öz iddia tələbinə əsasən müəyyən olunmalıdır. Belə olan halda aydın olur ki, İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı) “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınmasına dair tələbinə ayrıca iddia tələbi kimi iddia icraatı qaydasında baxılması prosessual qanunvericiliyin hamılıqla qəbul olunan ümumi prinsipləri baxımından yolverilməzdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, “İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı) “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınmasına dair iddia tələbi məhkəmədə ayrıca icratda baxılmalı olmadığına görə həmin iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Nəticə Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə İddiaçı Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı) “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınması barədə tələbinə dair hissədə ləğv edilməli və həmin tələbə məhkəmədə baxılmalı olmadığından həmin iddiaya aid hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-303/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X10 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümümi birgə mülkiyyəti olmaması” faktının tanınmasına dair iddia tələbinə aid hissədə ləğv edilsin, həmin tələbə ayrıca icraatda məhkəmədə baxılmalı olmadığından, həmin iddia tələbinə aid hissədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilməmişdirsə, bu müddət keçdikdən sonra qərardad qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Şərafət Məmmədova Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar