Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3959/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədova Şərafət Adif qızı (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3959/2022 saylı iş üzrə 10 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2nə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli, 2(006)-405/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" ASC, Cavabdeh2nə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli, 2(006)- 405/2022 saylı qərardadından şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, mübahisələndirilən qərardad ləğv edilməli və iddia ərizəsinin qəbul edilməsi ilə bağlı məsələyə yenidən baxılması üçün mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ərizəçi X1 ərizəsi üzrə icraata xitam verərkən, Bakı şəhəri Yasmal Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(004)- 242/2021 saylı qətnaməsi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə və "xxxx" ASC-yə qarşı “2-ci dərəcəli əmək əlili kimi cavabdehlər tərəfindən avtomobilə pulsuz təmin edilməsi və yaxud avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi” tələbinə dair iddiası rədd edilməsinə və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2021-ci il tarixli, 2(103)- 4911/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsinə istinad edərək, əvvəllər eyni tərəflər arasında mahiyyət etibarı ilə eyni məzmunlu mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddluğuna əsaslanaraq icraata xitam vermişdir. Lakin birinci instansiya məhkəməsi hər iki iddia tələblərinin fərqli olmasına, yəni yuxarıdakı qanuni qüvvəsini almış Qətnamə ilə qiymət verilmiş ilk iddia ərizəsi üzrə iddiaçının iddia tələbinin 2-ci dərəcəli əmək əlili kimi cavabdehlər tərəfindən avtomobilə pulsuz təmin edilməsi və yaxud avtomobilin dəyəri kimi 30.000 manat pul ödənilməsi” olsa da, hazırkı mülki iş üzrə iddia tələbi isə İddiaçı cavabdehlərdən ona maşın və çəkilmiş xərə görə maddi, mənəvi zərər olaraq 20.000 (iyirmi min) manat kompensasiyanın ödənilməsi tələbinin olmasına diqət yetirməmişdir. Bundan başqa İddiaçı hazırkı tələbinin hansı cavabdehə-"xxxx" ASC-yə və yaxud Cavabdeh2nə qarşı yönəldilməsinə, əgər tələbCavabdeh2nə qarşı yönələrsə iddia tələbinə inzibati icraat qaydasında baxılıb-baxılmaması məsələsinə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hal Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tətbiq edilməsi üçün əsas deyil və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun deyildir. Odur ki, həmin hallar yenidən araşdırılaraq iddia ərizəsinin qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3959/2022 saylı iş üzrə 10 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla iddia ərizəsinin qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad dərhal qüvvəyə minir. Sədrlik edən Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3959/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3959/2022
12.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver