Məhkəmə qərarları › İş №2(103)-396/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-396/2025

08.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-396/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, X291, İddiaçı4, İddiaçı5, X111, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X78, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22 Fayiq oğlu, İddiaçı23 Kiçik oğlan oğlu, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27 İsmayil oğlu, X112, İddiaçı29, İddiaçı30, İddiaçı31, İddiaçı32 Bəyali oğlu, İddiaçı33, İddiaçı34, İddiaçı35, İddiaçı36, İddiaçı37, İddiaçı38, İddiaçı39, İddiaçı40 və Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi, X28, X113, X79, X169, X234 , X170, X80, X235, X348, X349, X15, X81, X171, X114 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərin binadan çıxarılması, həmin binanın idarəetməsindən kənarlaşdırılması və s.” tələbinə, İddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı12 qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə (açar sözlər: çoxmənzilli binanın idarə etməsindən idarəçinin kənarlaşdırılması, sənədlərin, idarəetmə ilə bağlı əmlakın aidiyyəti bələdiyyə təhvil verilməsi, xidmət haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X29 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçılar X51, İddiaçı32, İddiaçı13, İddiaçı12, İddiaçı40, İddiaçı20 və İddiaçı22 nümayəndəsi (vəkili) Nümayəndə1, İddiaçı12 nümayəndəsi (vəkili) Nümayəndə4, İddiaçılar İddiaçı10, İddiaçı7, İddiaçı5, onun nümayəndəsi X52, İddiaçı11, İddiaçı20, İddiaçı21, İddiaçı32, İddiaçı29, İddiaçı36, İddiaçı40, İddiaçı37, İddiaçı22, İddiaçı23, İddiaçı1, Cavabdehlər MKS-3 MMC-nin və MKS-4 MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X115, Cavabdehlər MKS-3 MMC-nin və MKS-4 MMC-nin nümayəndəsi (vəkili) X172, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X30 və X53 iştirakı ilə, İddiaçılar İddiaçı1, X291, İddiaçı4, İddiaçı5, X111, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X78, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22 Fayiq oğlu, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27 İsmayil oğlu, X112, İddiaçı29, İddiaçı30, İddiaçı31, İddiaçı32 Bəyali oğlu, İddiaçı33, İddiaçı34, İddiaçı35, İddiaçı36, İddiaçı37, İddiaçı38, İddiaçı39, İddiaçı40 və Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi, X28, X113, X79, X169, X234, X170, X80, X235, X348, X349, X15, X81, X171, X114 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərin binadan çıxarılması, həmin binanın idarəetməsindən kənarlaşdırılması və s.” tələbinə və iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı12 qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizələri bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-348/2024 nömrəli qətnaməsindən iddiaçılar X51, İddiaçı32, İddiaçı13, İddiaçı12, İddiaçı40, İddiaçı20 və İddiaçı22 nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının qərarından müəyyən olunur ki, istismara qəbul edilmiş ünvan 1 ünvanda 18-19-20 mərtəbəli (plenthaus və texniki otaqlar, 1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi 2 səviyyəli yeraltı qaraj) cəmi 10 girişli (A, B, C, D, E, F, H və G, K və J blokları) yaşayış binası mövcud vəziyyətdə istismara qəbul edilmiş binanın həcmi 350403,6 m3, mənzillərin ümumi sahəsi 78388,83 m2, mənzillərin yaşayış sahəsi 66842,42 m2, mənzillərin sayı 566 ədəddir. MKS-3 MMC-nin nizamnaməsinin 2.2-ci bəndinə əsasən MMC-in yeganə təsisçisi X173r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, MKS-3 MMC-nin yeganə təsisçisi X173r. MKS-4 MMC-nin nizamnaməsinin 2.2-ci bəndinə əsasən MMC-in yeganə təsisçisi X173r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın surətindən müəyyən olunur ki, MKS-4 MMC-nin yeganə təsisçisi X173r. Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən yaşayış kompleksinin sahə mülkiyyətçilərinin qiyabi səsvermə ilə keçirilən ümumi yığıncağın nəticələrinə dair xx.xx.2012-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən yaşayış kompleksinin idarəedici təşkilat tərəfindən idarə olunmasının müəyyən edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən yaşayış kompleksinin idarə olunmasının Cavabdeh1 MMC-yə həvalə edilməsi, yaşayış kompleksinin idarə olunması, mənzil mülkiyyətçilərinin ümumi əmlakının saxlanılması, cari və əsaslı təmiri üzrə xidmətlərə və kommunal xidmətlərə görə aylıq yığılacaq haqqın mənzillərini dövlət hesabına köçürülmə yolu ilə əldə etmiş mülkiyyətçilər üçün hər 1 kv.m mənzil sahəsinə görə 0.15 manat, digər mənzil mülkiyyətçiləri üçün hər 1 kv.m mənzil sahəsinə görə 0.30 manat miqdarında müəyyən edilməsi, Cavabdeh1 MMC ilə mülkiyyətçilər arasında bu qərarda qeyd olunan şərtlərlə kommunal xidmətlərin göstərilməsi müqaviləsinin bağlanmasının təmin edilməsi qərara alınmışdır. xx.xx.2014-cü il tarixli Kommunal xidmətlərin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC ilə Bakı şəhəri, İddiaçı1 küçəsi, 7 ünvanda yerləşən yaşayış binasının 262 nömrəli mənzilin sahibi İddiaçı12 arasında kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MMC mənzil sahibinə kommunal xidmətlər göstərməyi, mənzil sahibi isə bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan xidmətlərə görə hər ay MMC-yə cəmi 53 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən mənzil sahibi bu müqavilənin 3.2-ci bəndinin tələblərini pozduqda, hər gecikdirilən gün üçün xidmət haqqının ümumi məbləğinin 0.2% miqdarında cərimə ödəyəcəkdir. Cərimənin ödənilməsi mənzil sahibini ödənişi gecikdirilən xidmət haqqını ödəməkdən azad etmir. ünvan 3 ünvanda yerləşən yaşayış kompleksinin sahə mülkiyyətçilərinin qiyabi səsvermə formasında keçirilən ümumi yığıncağının nəticələrinə dair 28 fevral 2023-cü il tarixli qərarın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış kompleksinin idarəedici təşkilat tərəfindən idarə edilməsi müəyyən edilməsi, ünvan 3 ünvanda yerləşən yaşayış kompleksinin A, B, C, D, E və F saylı bloklarının idarə edilməsi Cavabdeh1 MMCyə həvalə olunması, ünvan 3 ünvanda yerləşən yaşayış kompleksinin K, J, H və G saylı bloklarının idarə edilməsi "xxxx" MMC-yə həvalə olunması, çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə, eləcə də kommunal xidmətlərə görə aylıq haqqın köçürülmə yolu ilə mənzil almış mülkiyyətçilər üçün hər 1 kv.m mənzil sahəsinə görə 0.25 manat, digər mənzil mülkiyyətçiləri üçün hər bir kv.m mənzil sahəsinə görə 0.40 manat miqdarında müəyyən edilməsi, Cavabdeh1 və Cavabdeh2 MMC arasında göstərilən şərtlərlə kommunal xidmətlərin göstərilməsi müqaviləsinin mülkiyyətçilərlə bağlanmasının təmin edilməsi qərara alınmışdır. Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, İddiaçı1 küçəsi, ev 7 ünvanda 262 saylı mənzildə yaşayan İddiaçı12 ünvanlanan xx.xx.2023-cü il tarixli, 25 nömrəli pretenziya məktubundan görünür ki, xx.xx.2014-cü il tarixində "xxxx" MMC ilə İddiaçı12 arasında müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə müvafiq olaraq, MMC mənzil sahiblərinə kommunal xidmətlərinin göstərilməsi öhdəliyi götürmüş, mənzil sahibləri isə müqavilə üzrə nəzərdə tutulan xidmətlərin müqabilində xidmət haqqının ödənilməsi öhdəliyi öz üzərinə götürmüşdür. Onunla bağlanmış müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq İddiaçı12 tərəfindən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan kommunal xidmətlərə görə hər ay MMC-yə cəmi 53.0 manat ödənilməsi nəzərdə tutulsa da, tərəfindən həmin xidmət haqqlarının ödənilməsi təmin edilməmişdir. Belə ki, bağlanmış müqavilə üzrə İddiaçı12 tərəfindən 2016-ci ilin may ayı üçün xx.xx.2016-ci ildə ödəniş edilmiş və 2016-ci ilin iyun ayından 2023-cü ilin fevral ayları üzrə heç bir ödəniş edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, mənzil sahibi bu müqavilənin 3.2-ci bəndinin tələblərini pozduqda, hər gecikdirilən gün üçün xidmət haqqının ümumi məbləğinin 0.2% miqdarında cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Kommunal xidmətlərinin göstərilməsi üzrə İddiaçı12 2023-cü ilin fevral ayı daxil olmaqla MMC-yə 4293.00 manat ödənilməmiş əsas borcu qalmışdır. Dəfələrlə edilən şifahi müraciətlərə baxmayaraq, borcun ödənilməsi hələ də təmin edilməmişdir. Eyni zamanda, 2013-cü ildən hazırki dövrədək ölkədə baş vermiş qiymət artımı ilə əlaqədar olaraq, sakinlərlə bağlanmış müqavilələr üzrə müəyyən edilmiş xidmət haqları məbləği binanın saxlanılmasına çəkilmiş xərcləri qarşılamadığından çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq xidmət haqqı məbləğinin hər bir kv.m üçün 0.40 manat müəyyən edildiyindən yeni tariflərlə müqavilə bağlanması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq 2016-cı ilin iyun ayından 2023-cü ilin fevral ayı daxil olmaqla MMC-yə 4293.00 manat ödənilməmiş əsas borc məbləğinin 5 gün müddətində ödənilməsini, həmçinin yeni tarif üzrə MMC ilə yeni müqavilənin bağlanmasının təmin edilməsi xahiş edilmişdir. Qeyd olunanlar İddiaçı12 tərəfindən təmin edilmədiyi təqdirdə məcburiyyət qarşısında qalaraq ona qarşı məhkəmədə yaranmış 4293 manat əsas borcun və ona hesablanmış hər gecikdirilən gün üçün xidmət haqqının ümumi məbləğinin 0.2% miqdarında cərimə məbləğlərinin, həmçinin müqavilə bağlamaq öhdəliyinin İddiaçı12 üzərinə qoyulması barədə iddia qaldırmaq məcburiyyətində qalınacağı barədə xəbərdar edilmişdir. Cavabdeh1 MMC-nin direktoru İ.K.Həsənov tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 02 nömrəli binanın saxlanılması üçün yığılan kommunal xərclərinin həcmi haqqında əmrdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 7 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının saxlanılması üçün sakinlər tərəfindən yeni qiymətlərinin müəyyən edilməsi ilə bağlı qəbul edilmiş 01 fevral 2023-cü il tarixli qərar nəzərə alınaraq, Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 7 ünvanında yerləşən çoxmənzilli yaşayış binasını idarə edilməsi, ümumi əmlakının saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə, eləcə də kommunal xidmətlərə görə aylıq haqqın, köçürülmə yolu ilə mənzil əldə etmiş mülkiyyətçilər üçün hər 1 kv.m mənzil sahəsinə görə 0.25 manat, digər mənzil mülkiyyətçilər üçün hər 1 kv.m mənzil sahəsinə görə 0.40 manat miqdarında müəyyən edilməsi və əmrlə MMC-nin əməkdaşlarının tanış edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-7544/2016 saylı qətnaməsinə əsasən İddiaçı12 cavabdeh "xxxx" MMC-yə qarşı tarixi göstərilməyən müqavilənin etibarsız hesab edilməsi, artıq alınmış kommunal haqqı kimi 766 manatın qaytarılması və yazılmış qəbzlərin qanuniliyinə hüquqi qiymət verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 2522/2023 saylı qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, ünvan 6 ünvanında yerləşən 454 saylı mənzilin mülkiyyətçisi olan iş üzrə cavabdeh İddiaçı7 2018ci ilin iyul ayından 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə ödənilməmiş 1.894,28 (min səkkiz yüz doxsan dörd manat, iyirmi səkkiz qəpik) manat əsas borc, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0.2% miqdarında cərimə məbləği üzrə 311 (üç yüz on bir) manat cərimə məbləği, ümumilikdə 2.205,28 (iki min iki yüz beş manat, iyirmi səkkiz qəpik) manat ödənilməmiş borc, həmçinin iş üzrə ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu və 220 (iki yüz iyirmi) manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının əvəzinin tutularaq iddiaçı Cavabdeh2 MMCyə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6392/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 MMC və cavabdeh İddiaçı7 apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2522/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhər 16 saylı Vəkil Bürosu tərəfindən verilən 328 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən və xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh1 MMC-yə hüquqi yardımın göstərilməsi məqsədilə 220 manat məbləğində vəkil xərci ödənilmişdir. Mülki işin materiallarında olan ərizələrdən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlardan və qərarlardan görünür ki, X169, X116, X31, X350, X82, X174, X32, X83, X175, X351, X352, X84, X54, X216, X292, X117, X55, X33, X176, X157, X293, X177, X16, X294, X178, X295, X81, X56, X353, X296, X17, X155 qızı, X118, X297, X18, X85, X354, X119, X120, X235, X179, X236, X180, X181, X25, X86, X355, X80, X467, X3, X182, X298, X237, X415, X356, X357, X81, X238, X121, X87, X358, İddiaçı33, X239, X19, X240, X359, X183, X241, X242, X184, X88, X89, X174, X90, X238, X333, X57, X185, X243, X2, X244, X91, X360, X361, X58, X245, X246, X299, X122, X123, X48, X124, X300, X362, X186, X247, X34, X301, X9, Əkbərova Dəfinə, X125, X35, X187, X6, X36, İddiaçı35 Oqtay oğlu, Ali Şimşek, X126, X302, X92, X363, X127, X128, X248, X129, X364, X249, X20, Musayev Rüfət, X365, X21, X188, X441, X250, X189, X251, X303, X252, X190, İzmayılova Sevinc, X415, X130, X59, X253, X131, X191, X132, X304, X416, X133, X28, X134, X192, X60, X61, X135, X62, X136, X63, X193, X64, X37, X366, Hüseynova Elmira, X82, X243, Əsədova Maral, X124, X254, Məmmədova Tamilla, X255, X93, X65, X357, X467, X301, X305, X250, X137, X194, X417, X138, X10, X306, X94, X256, X164, X27, X38, X49, X223, X22, X307, X39, X66, Əliyev Vahid, Əliyev Zamiq, Axundova (Şirəliyeva) Qəmər Afət qızı, X195, X257, X358, X95, X352, X254, X196, X59, X308, X107, X7, X92, X197, X67, X198, X246, X54, X139, X140, X96, X21, X239, X258, X40, X238, X259, X260, X97, X41, X138, X141, X42, X199, X4, Qaçay-zadə Hafiz Tofiq oğlu, X68, X200, X261, X303, X356, X294, X127, X201, X262, X23, X238, X81, X263, X190, X24, X367, X98, X264, X99, X20, X43, X260, X202, X199, X309, X310, X142, X5, X265, X244, X266, X203, X368, X117, X100, X143, X187, X242, X101, X204, Güzeloğulları Soner, X118, X189, X144, X145, X91, X205, X44, X206, X45, X131, X8, X146, X11, X147, X69, X135, X267, X102, X207, X311, X157, X311, X362, X148, X418, X176, X312, X255, X94, X103, X234, X12, X268, X39, X149, X46, X13, X193, X70, X208, X47, X71, X150, X269, X209, X299, X360, X210, X233, X419, X415, X245, X72, X180, X313, X73, X252, X302, X185, X305, X314, X114, X171, X81, X22, X349, X348, X235, X80, X211, X234, X169, X79, X113, X28, X104, X369, X74, X151, İgor Alaskerov, X152, X315, X316, X85, X370, X359, X317, X304, X153, X168, X182 və X202 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladıqları ərizələrdə hazırda Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən binanın mülkiyyətçiləri olduqlarını, binanın bir hissəsinin idarə olunmasının Cavabdeh1 MMC-yə, bir hissəsinin idarə olunmasının isə Cavabdeh2 MMC-yə həvalə edilməsini, binanın idarəedilməsi üsulunun onlar tərəflərindən seçilməsini, binanın Cavabdeh1 MMC və Cavabdeh2 MMClər tərəfindən idarə edilməsinin yüksək şəkildə həyata keçirilməsini, onların binanın idarəedilməsindən kənarlaşdırılması ilə razı olmadıqlarını, bu barədə iddia tələblərinin rədd edilməsini xahiş etmişlər. İddiaçı3 tərəfindən məhkəməyə ünvanlanan notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən 81 saylı mənzil onun mülkiyyətində olmaqla ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Binanın idarə edilməsinin bir hissəsi Cavabdeh1 MMC, digər hissəsi isə Cavabdeh2 MMC tərəfindən həyata keçirilir. Binanın bir sıra sakinlərinin tələbi ilə o da vəkilə etibarnamə vermişdir ki, məhkəmədə onu təmsil etsin. Sonradan ona məlum oldu ki, binanın 40 nəfər sakininin Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq, bu şirkətlərin Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, Cavabdeh1 MMC və Cavabdeh2 MMC-lər Bələdiyyəsinə təhvil verilməsinə dair tələblərlə məhkəməyə iddia irəli sürülüb və o da iddiaçıların sırasındadır. O, vəkilə verilmiş etibarnaməni ləğv etdirmişdir və ona münasibətdə onun səlahiyyətlərinə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, onun adından Cavabdeh1 MMC və Cavabdeh2 MMC-lərə qarşı Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, Cavabdeh1 MMC və Cavabdeh2 MMC-lər tərəfindən binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Maraqlı şəxsnə təhvil verilməsinə dair qadırılmış iddia tələbindən imtina edir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı3 tərəfindən Nümayəndə1 verilən etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-348/2024 nömrəli qərardadına əsasən, mülki işin icraatına İddiaçı3 dair hissədə xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-348/2024 nömrəli qərardadına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-348/2024 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılaraq qətnamənin əsaslandırıcı və nəticə hissələrində qeyd edilən “İddiaçı3” sözləri çıxarılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, X291, İddiaçı3, İddiaçı4, İddiaçı5, X111, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X78, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18Həsən oğlu, İddiaçı19, QuliyevElşən Mirələm oğlu, İddiaçı21, İddiaçı22 Fayiq oğlu, İddiaçı23 Kiçik oğlan oğlu, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27 İsmayil oğlu, X112, İddiaçı29, İddiaçı30, İddiaçı31, İddiaçı32 Bəyali oğlu, İddiaçı33, İddiaçı34, İddiaçı35, İddiaçı36, İddiaçı37, İddiaçı38, İddiaçı39 Qizi, İddiaçı40 Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi, X28, X113, X79, X169, X234, X170, X80, X235, X318, X349, X15, X81, X171 və X114 və Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi, X28, X113, X79, X169, X234, X170, X80, X235, X318, X349, X15, X81, X171, X114 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərin binadan çıxarılması, həmin binanın idarəetməsindən kənarlaşdırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən binada (“Bina”) mənzil mülkiyyətçiləridir. Bina qanunsuz olaraq Cavabdeh1 MMC və Cavabdeh2 MMC” (“cavabdehlər”) tərəfindən idarə olunur. Binanın bəzi mənzil mülkiyyətçiləri ilə cavabdehlər arasında “Kommunal xidmətlərin göstərilməsi haqqında müqavilə”lələr (“Müqavilələr”) bağlanmışdır. xx.xx.2023cü il tarixdə iddiaçılar cavabdehlərə yazılı müraciət edərək həmin müqavilələrin Azərbaycan Respublikasının qanunvericiliyinə, xüsusilə Mənzil Məcəlləsinin tələblərinə (mənzil mülkiyyətçilərinin ümumi yığıncağının qərarının olmaması və s.) zidd olması səbəbindən etibarsız olduqlarını bildirmiş, hər bir halda həmin müqavilələrə xitam verdiklərini (bu, sırf cavabdehlərə niyyətin bəyanı baxımından bildirilmişdir, çünki Müqavilələr hər bir halda etibarsızdır) bəyan edərək cavabdehlərdən zəbt etdikləri binadan dərhal çıxmaqlarını tələb etmişlər. Lakin cavabdehlər hələ də binadan çıxmamışlar. Cavabdehlər faktiki olaraq bir şəxsdir. Rəhbərləri və ünvanları da eynidir. Yəqin ki, təsisçiləri də eyni şəxslərdir. Ehtimal edilir ki, binanın iki hüquqi şəxs tərəfindən idarə edilməsi mənfəət vergisinin ödənilməsindən yayınmaq və sadələşdirilmiş vergi ödəmək məqsədini güdür. Məhkəmə prosesi əsnasında cavabdehlər bu məsələyə də aydınlıq gətirər yəqin. Hər bir halda Mənzil Məcəlləsinin 141.10-cu maddəsinə əsasən çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Artıq bunun özü cavabdehlərin qanunsuz fəaliyyət göstərdiklərinə dəlalət edir. Mənzil Məcəllənin 35-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və həmin Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 1) çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 2) çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 3) çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 4) çoxmənzilli binanın idarəetmə üsulunu seçmək və s. Həmin Məcəllənin 141-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 1) binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 2) mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 3) idarəedici təşkilat tərəfindən idarə edilmə. Əks halda, bu səlahiyyətlər bələdiyyəyə məxsus olur. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi AR Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 128 saylı Qərarı ilə təsdiq edilmiş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”na uyğun olaraq idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bina üzrə bu üsul indiyədək müəyyən olunmayıb. O cümlədən, Azərbaycan Respublikası Maraqlı şəxs də Mənzil Məcəlləsi ilə üzərində qoyulmuş vəzifələri icra etməmişdir. İstisna deyil ki, sözügedən bələdiyyəyə yanlış məlumat verilmişdir (məsələn, guya cavabdehlər binanı ümumi yığıncağın qərarı əsasında idarə edir). Həmin Məcəllənin 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Həmin Məcəllənin 141-ci maddəsinə görə çoxmənzilli binanın idarəedici təşkilatı ya sahə mülkiyyətçilərinin ümumi yığıncağı, ya da bələdiyyə tərəfindən təyin edilə bilər. Həmin Məcəllənin 142.1-ci maddəsinə uyğun olaraq çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə idarəetmə müqaviləsi bağlanılır. Mənzil mülkiyyətçiləri, o cümlədən iddiaçılar binanın cavabdehlərin (iki idarəçi) idarəçiliyinə verilməsi haqda qərar qəbul etməyiblər. Buna görə də müqavilələr etibarsızdır, cavabdehlərin binadakı fəaliyyəti qanunsuzdur, oradan çıxarılmalı, onun idarəetməsindən kənarlaşdırılmalıdırlar. Belə müqavilənin bağlanması üçün sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı tələb olunur (və həmin müqavilə də kommunal xidmətlərin göstərilməsinə dair olmur). Qanunun fəlsəfəsi elə ondan ibarətdir ki, sahə mülkiyyətçiləri toplaşıb, müzakirə aparıb qərar verməlidir. Çünki binanın yalnız vahid idarəetmə üsulu ola bilər. Hər kəs ayrıca idarəedici təşkilat tapıb onunla müqavilə bağlaya bilməz (Mənzil Məcəlləsinin 141.10-cu maddəsindən irəli gəlir). Mülki Məcəllənin 337.1-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 226- 237-ci maddələrinə görə isə yaşayış binasının idarə edilməsi qaydası kifayət qədər dolğun əksini tapmışdır. Bütün səlahiyyətlər ümumi yığıncağa mənsubdur. Bundan başqa, Mülki Məcəllənin 355.1-ci maddəsinə əsasən belə müqavilə üçüncü şəxsin razılığından asılı olan əqddir. Bu da ümumi yığıncaqdır. Məcəllənin 236.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı öz adından iddia qaldıra və icranı tələb edə bilər, əşyanın olduğu yer üzrə cavabdeh ola bilər. Cavabdehlər iddiaçıları ümumi əmlaka dair mülkiyyət hüququnu pozur. Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində vurğulanır: “Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.” 31-ci maddəsinin İİ hissəsində deyilir: “Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” 33-cü maddəsinin İİ hissəsində isə qeyd olunur: “Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.” Konstitusiyanın sözügedən müddəaları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Qanunla nəzərdə tutulmuş hüquqi əsası olmadan cavabdehlər binanı idarə edərək, faktiki olaraq, onu zəbt edərək iddiaçıların həm təkbaşına mülkiyyətində olan mənzilindən istifadə hüququnu, həm də ümumi mülkiyyətində olan bina sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarını pozur. Mülki Məcəllənin 152.5-ci maddəsində deyilir: “Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın”. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdehlərin hərəkətləri iddiaçıların mülkiyyət hüququna qanunsuz müdaxilədir, mülkiyyətə qəsd və maneələrdir. Analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2(103)-875/2023 saylı qətnaməsini nümunə kimi təqdim edilmişdir. Beləliklə, cavabdehlərin binadakı fəaliyyəti qanunsuzdur. Onlar binadan çıxarılmalı və onun idarə etməsindən kənarlaşdırılmalıdır. Bina üzrə sənədlər, açarlar və s. isə Azərbaycan Respublikası Maraqlı şəxsnə təhvil verilməlidir. Həmçinin, ona görə ki, həmin bələdiyyə Mənzil Məcəlləsi ilə üzərinə qoyulan vəzifələrinin icrasına başlasın, o cümlədən binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağını çağırsın. Ümumi yığıncaq çağırılanadək və binanın idarə edilməsi üsulu seçilənədək binanın sənədlərinin, açarlarının və s. məhz həmin bələdiyyədə saxlanılması yeganə düzgün yoldur. Başqa səlahiyyətli (publik) şəxs sadəcə yoxdur. Həm də ümumi yığıncağın çağırılması və binanın idarə edilməsi üsulunun seçilməsinin təşkili səlahiyyəti hər bir halda həmin bələdiyyəyə məxsusdur. Göstərilənlərə əsasən cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, cavabdehlər tərəfindən binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Maraqlı şəxsnə təhvil verilməsi, cavabdehlərdən tutularaq iddiaçılara aşağıdakı məbləğlərin ödənilməsi: hüquqi xidmətə görə ödənilmiş 4000 manatın əvəzi, 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh1 MMC cavabdeh İddiaçı12 qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 9 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binası inşa edilərək sakinlərin xüsusi mülkiyyətinə və istifadəsinə verilmişdir. Həmin ünvan üzrə kommunal xidmətlərin göstərilməsi sakinlər tərəfindən “MKS-3" MMC-yə həvalə edilmiş və ünvanda fəaliyyət göstərdiyi gündən, sakinlərin çoxu ilə heç bir zaman problem yaşanmamış və daim göstərilən xidmətlərin dəyərləri onlar tərəfindən ödənilmişdir. Qeyd olunmalıdır ki, ünvan 9 ünvanında yerləşən 262 saylı mənzil hazırki iş üzrə cavabdeh İddiaçı12 xüsusi mülkiyyətində olmaqla onun və ailə üzvlərinin istifadəsindədir. xx.xx.2014-cü il tarixində ‘‘Mənzil Kommunal Sahəsi-3” MMC ilə cavabdeh arasında “Kommunal xidmətlərin göstərilməsi haqqında” müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə müvafiq olaraq, MMC mənzil sahiblərinə kommunal xidmətlərinin göstərilməsi öhdəliyi götürmüş mənzil sahibləri isə müqavilə üzrə nəzərdə tutulan xidmətlərin müqabilində xidmət haqqının ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehlə bağlanmış müqavilənin 2.1-ci bəndinə müvafiq olaraq, onun tərəfindən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan kommunal xidmətlərə görə mənzilin hər 1 m2 görə 0,30 (otuz qəpik) manat olmaqla, hər ay MMC-yə cəmi 53 manat ödənilməsi nəzərdə tutulsa da, həmin xidmət haqlarının ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Belə ki, bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən xx.xx.2016-cı ilə qədər olan xidmət haqları üzrə ödəniş xx.xx.2016-cı ildə etmiş, lakin 2016-cı ilin iyun ayından 2023-cü ilin fevral, həmçinin mart və aprel ayları üzrə heç bir ödəniş edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, mənzil sahibi bu müqavilənin 3.2-ci bəndinin tələblərini pozduqda, hər gecikdirilən gün üçün xidmət haqqının ümumi məbləğinin 0,2% miqdarında cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Kommunal xidmətlərinin göstərilməsi üzrə cavabdehin 2023-cü ilin fevral ayı üzrə MMC-yə 4293 manat ödənilməmiş əsas borcu qalmışdır. Tərəflərindən cavabdehə yaranmış borcun ödənilməsi, həmçinin yeni müqavilənin bağlanması üçün dəfələrlə rəsmi qaydada xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilməklə tələb edilsə də, cavabdeh göstərilən tələbləri təmin etməmişdir. Belə ki, cavabdeh göndərilmiş pretenziya məktubunu xx.xx.2023-cü il tarixində qəbul etmiş və göstərilənlərə heç bir reaksiya verməmişdir. Eyni zamanda, son illər ərzində ölkədə baş vermiş qiymət artır sakinlərlə bağlanmış müqavilələr üzrə müəyyən edilmiş xidmət haqları məbləği binanın saxlanılmasına çəkilmiş xərclər çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq xidmət haqqı məbləğinin hər bir kv.m. üçün 0,40 manat müəyyən edildiyindən, yeni tariflərlə müqavilə bağlanması zərurəti yaranmşdır də bağlanması cavabdehə təklif edilsə də, cavabdeh müqavilənin bağlanmasını təmin etməmişdir. Nəticə etibarı ilə, cavabdehin 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə 4.399 manat əsas məbləğə görə hər gün üçün hesablanmış 0,2% cərimə məbləğləri üzrə 9.720 manat cərimə məbləği, ümumilikdə isə 14119 manat ödənilməmiş borcu qalmışdır. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququn şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Göstərilənlərə əsasən ünvan 9 ünvanında yerləşən 262 saylı mənzilin mülkiyyətçisi olan iş üzrə cavabdeh İddiaçı12 2016-cı ilin iyun ayından 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə ödəniməmiş 4.399 manat əsas borcu, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0.2% cərimə məbləğləri üzrə 9.720 manat cərimə məbləği, ümumilikdə isə 14.119 manat ödənilməmiş borcun tutulması, həmçinin çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq xidmət haqqı məbləğinin hər bir kv.m üçün 0.40 manat müəyyən edildiyindən yeni tariflərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçı Cavabdeh1 MMC iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 9 ünvanında yerləşən 262 saylı mənzilin mülkiyyətçisi olan iş üzrə cavabdeh İddiaçı12 2016-cı ilin iyun ayından 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə ödənilmiş 4.399 manat əsas borcu, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0.2% cərimə məbləğləri üzrə 9.720 manat cərimə məbləği, ümumilikdə isə 14.119 manat ödənilməmiş borcun tutulması, həmçinin çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq xidmət haqqı məbləğinin hər bir kv.m üçün 0.40 manat müəyyən edildiyindən, yeni tariflərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqı olaraq ödənilmiş 220 manat məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh İddiaçı12 nümayəndəsi və vəkili Nümayəndə4 iddia tələbinə etiraz təqdim edərək, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində ünvan 9 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında kommunal xidmətlərin göstərilməsinin sakinlər tərəfindən Cavabdeh1 MMC-yə həvalə edildiyi qeyd edilsə də, həm bu faktın doğruluğu, həm də xidmətlərin nədən ibarət olduğu və onların göstərilməsinə görə qiymətlərin necə və nəyə əsasən müəyyən olunduğu heç bir sənəd və ya digər mötəbər mənbə ilə təsdiq edilməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bundan başqa, iddiaçı tərəf müqavilənin 1,1-ci maddəsinə görə öz üzərinə götürdüyü öhdəliklərin, xüsusilə də həyətin, liftlərin və blokların təmizlənməsi, binanın 24 saat ərzində fasiləsiz olaraq mühafizəsi, su anbarının mütəmadi olaraq təmizlənməsi və dizinfeksiya olunması, mənzilədək enerji, kanalizasiya, su, qaz sistemlərinə xidmət göstərilməsi vəzifələrinin yerinə yetirilməsi ilə bağlı hesabatları məhkəməyə təqdim etməmiş, qeyd olunan xidmətlərin həqiqətən yerinə yetirilməsi qeyri-müəyyən olaraq qalmışdır, buna görə də iddiaçının göstərdiyini iddia etdiyi xidmətlərin həqiqətən yerinə yetirilməsi və buna görə yaranan borc və bu xidmətlərin yerinə yetirilməsi səlahiyyəti heç bir sənəd ilə öz təsdiqini tapmadığına görə İddiaçı12 borc və ona görə yaranmış cərimənin ödənilməsi tələbi, eləcə də onun üzərinə yeni tariflərlə müqavilə bağlanması vəzifəsinin qoyulması mümkün deyildir. Sözügedən ünvanda iddiaçının həyata keçirdiyini iddia etdiyi fəaliyyət ilə tanış olduqda isə bunun mənzil tikinti kooperativləri tərəfindən həyata keçirilən xidmətləri ehtiva etdiyini görmək olar. Ona görə də MMC təşkilati hüquqi formasında olmasına baxmayaraq hazırki mübahisədə ona münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin kooperativlər və Mənzil Məcəlləsinin mənzil tikinti kooperativləri ilə bağlı normaları şamil olunmalıdır. Göründüyü kimi iddiaçı tərəfindən qeyd olunan ünvanda kommunal xidmətlərin göstərilməsi səlahiyyəti, bu xidmətlərə görə ödənişin məbləğinin müəyyən edilməsi forması və qaydası, onun tərəfindən cavabdehə göstərildiyini iddia etdiyi xidmətlər, bu xidmətlərin həqiqətən həyata keçirilməsi faktı, bu xidmətlərə görə yaranan borc məbləği heç bir mötəbər sübut ilə təsdiq olunmamış, bundan əlavə iddiaçı səlahiyyəti olmamasına baxmayaraq cavabdehdən yeni tariflərlə müqavilə bağlanmasını tələb etmişdir. Daha sonra cavabdeh İddiaçı12 nümayəndəsi və vəkili Nümayəndə4 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, iddia tələbi üzrə iddia müddətinin keçməsi ilə əlaqədar müqavilə münasibətləri üzrə son 3 ilə dair mübahisəyə təqdim edilmiş etirazda qeyd olunanlar əsas götürülərək qiymət verilməsi, əvvəlki illər üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-2527/2023 saylı qərardadı ilə icraatda olan iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı12 qarşı “borcun tutulması” tələbinə dair e-2(006)-2527/2023 saylı mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olan iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair e-2(006)-4122/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında birinci iddia üzrə İddiaçı32 və qeyriləri, birinci iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili (ikinci iddia üzrə cavabdehin nümayəndəsi və vəkili) Nümayəndə1 birinci iddia tələbini müdafiə edərək və ikinci iddia tələbinə isə etiraz edərək, izahatında qeyd etmişdir ki, qarşı tərəf indiyənə kimi heç bir mötəbər sübutu məhkəməyə təqdim etməyib. Təqdim etdikləri sadəcə həmin binada yaşayan bir sıra sakinlərin ərizələridir ki, həmin sakinlər guya cavabdehlərin binanın idarəçiliyindən çıxarılmalarına etiraz edirlər. Bilinmir ki, həmin ərizələrin həqiqətən sakinlər tərəfindən verilmişdirmi, oradakı imzalar sakinlərə məxsusdurmu? Həmin sübutların hesab edir ki, hazırki mubahisəyə heç bir aidiyyatı yoxdur və onlarla bağlı fikir də bildirməyəcəklər. Həmçinin qarşı tərəf xx.xx.2023-cü il tarixli qərarı məhkəməyə təqdim etmişdir ki, guya həmin tarixdə binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı keçirilib və müvafiq qərar qəbul olunub. Həmin qərara da 350 mülkiyyətçinin razılığı əlavə olunub. Həmçinin, qarşı tərəf elektron məhkəmə sisteminə bəzi məhkəmə aktları əlavə ediblər ki, həmin aktların da hazırki mülki işə heç bir aidiyyatı yoxdur. İddianın mahiyyətinə gəlincə isə binanı hazırda iki şirkət idarə edir. Cavabdeh1 və”MKS-4” MMC-lər. Onlar öz aralarında bölgü müəyyənləşdiriblər. Həmçinin onlar iddia edirlər ki, bir çox mülkiyyətçilərlə onlar arasında kommunal xidmətlərlə bağlı müqavilələr bağlanmışdır. Lakin həmin müqavilələr məhkəməyə təqdim edilməyib. Ona görə onlara da münasibət bildirmir. Binanı faktiki olaraq bir hüquqi şəxs idarə edir. Belə ki, adıçəkilən hər iki hüquqi şəxsin idarəçiləri, işçiləri, ünvanları və s. eynidir. Ancaq formal olaraq iki hüquqi şəxs olduqları üçün MM-nin 141.10-cu maddəsinə ziddir. Həmin maddənin tələbinə əsasən çoxmənzilli binanın yalnız bir idarəçisi ola bilər. Artıq bunun özü kifayət edir ki, cavabdehlərin fəaliyyəti qanunsuz hesab olunsun. MM-nin 43-cü maddəsinə əsasən çoxmənzilli binanın bir idarəetmə orqanı vardır ki, o da ümumi yığıncaqdır. Bütün salahiyyətlər də onundur. MM 141-ci maddəsinə əsasən binanın sahə mülkiyyətçiləri binanın idarə olunması üçün 3 üsuldan birini seçə bilər. Ya binanı birbaşa özləri idarə edə bilərlər, ya mənzil mülkiyətçilərinin müştərək cəmiyyətini yarada bilərlər, ya da ki, idarəedici təşkilat təyin edə bilərlər. Əks halda onlar binada bütün mülkiyyətçilərin mülkiyyət hüququ yarandığı vaxtdan 6 ay müddətində heç bir seçim etməyiblərsə, bunu yerli bələdiyyə etməlidir. 1 il ərzində yenə bu mümkün olmazsa, bələdiyyə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən müsabiqə yolu ilə binanın idarəedici təşkilatını seçməlidir. Bu binada da indiyənədək binanın idarəetmə üsulu seçilməyib. Binada ümumi yığıncaq keçirilməyib. Buna görə də bunu bələdiyyə etməlidir. O, bu məsələyə təkrarən qayıdacaqdır. Belə ki, həmin yığıncaq keçirilməlidir ki, daha sonra mülkiyyətçilərlə müvafiq müqavilələr bağlansın. Kimsə qanunvericilikdən kənar qaydada binanı idarə edirsə, bu, birbaşa mülkiyyətçilərin konstitusyon hüquqlarının pozulması deməkdir. Digər tərəfdən analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi vardır. Həmin qətnamədən AR Ali Məhkəməsinə müraciət olunub ki, onlar hər iki aktı məhkəməyə təqdim etmişlər. Məhkəmənin yekun aktına əsasən binanı qanunsuz idarə edən MMC binadan çıxarılması, idarəçilikdən uzaqlaşdırılması, MMC-də olan binaya dair bütün sənədlərin və s. Bələdiyyəyə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Onların hazırki iddia tələbləri də tam olaraq bu sadalananları özündə ehtiva edir. Həmçinin, cavabdeh tərəf sakinlər arasında xof yaradıblar ki, guya onlar idarəçiliyin bütünlükdə bələdiyyəyə verilməsini istəyirlər. Lakin bunu istəmirlər. Sadəcə cavabdehlər binadan çıxarılarsa, onlar binaya aid bütün sənədləri açarları bələdiyyəyə təhvil verməlidirlər. Bu qanunvericiliyin tələbidir. Daha sonra sakinlər arasında ümumi yığıncaq keçirilməli və onlar öz idarəçilərini təyin etməlidirlər. Bu mümkün olmazsa, bələdiyyə AR NK-nin müəyyən etdiyi qaydalarla müsabiqə keçirməli və idarəedicini təyin etməlidir. Burada əsas məsələ idarəedicinin kim olması ilə bağlı deyildir. Elə idarəedici seçilməlidir ki, o, tam qanuni olaraq təyin edilsin və ildə azı bir dəfə sakinlərə maliyyə hesabatı versin. Lakin hazırki idarəedicilər bunu etmirlər. Əgər ümumi yığıncaq keçirilərsə və sakinlər yenidən cavabdeh şirkətləri idarəedici kimi seçərlərsə, onlar buna etiraz etmirlər. Qarşı tərəfin məhkəməyə təqdim etdikləri sənədlərə gəlincə isə, yəqin ki, qarşı tərəf öz çıxışlarında istinad edəcəklər ki, guya xx.xx.2023-cü il tarixdə ümumi yığıncaq keçirilib və onlar çoxluqla seçiliblər. Həmin qiyabi səsvermə də təxmini yanvar ayının 25-dən başlayıb və fevralın 28-dək davam edib. Yanvar ayının 25dən başladığını da onunla müəyyən edirlər ki, orada ilk sakinin səsi yanvarın 25-i alınıb. Fevralın 28-də qərar çıxarılıb. Təxmini 350 nəfər onlara səs verib. Həmin tarixdə səsvermənin keçirilməsi də hesab edir ki, təsadüfi deyil. Belə ki, yuxarıda adını çəkdiyi və hazırki mülki işlə birəbir eyniyyət təşkil edən mülki iş üzrə yekun məhkəmə aktı məhz 2023-cü ilin fevral ayında olub və o dərhal həmin nəticəni ictimailəşdirmişdir. Nəticədə, cavabdehlər də daxil, binaları qanunsuz idarə edən idarəçilər əl-ayağa düşərək bu cür qanunsuz ümumi yığıncaqlar təşkil etməyə və saxta sənədlər tərtib etməyə başladılar. Həm də ki həmin tarixlərdə artıq binanın bir çox sakinləri onlara öz etirazlarını bildirməyə başlamışdılar. Lakin cavabdehlər həmin binada artıq 2009-cu ildən fəaliyyət göstərirlər. Yəni onlar özləri öz hərəkətləri ilə göstərirlər ki, xx.xx.2023-cü il tarixli qərarı qanuni olaraq qəbul etsələr belə, 2009-2023-cü illər arasında tam qanunsuz olaraq fəaliyyət göstəriblər. Həmçinin, məsələ bununla da bitmir. Belə ki, onlar iddia edirlər ki, guya qiyabi səsvermə keçirilib. MM-nin 46-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı iclas keçirilmədən qiyabi səsvermə-səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarlarının yazılı formada çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi yolu ilə keçirilə bilər. Qərarları onların təqdim edilməsi tarixinədək təqdim edilmiş çoxmənzilli binanın sahə mülkiyyətçiləri qiyabi səsvermə yolu ilə keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında iştirak etmiş hesab edilirlər. MM səsvermənin keçirilməsi üçün belə bir qayda müəyyənləşdirsə də, cavabdehlər bu qaydalara riayət etməyiblər. Belə ki, sakinlərə səsvermə ilə bağlı heç bir məlumat verilməyib. Qarşı tərəf bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməyib. Eyni zamanda səsvermənin tarixləri də məlum deyildir. Onlar sadəcə bildirirlər ki, yanvarın 25-də səsvermə başlayıb və 1 aydan çox səsvermə davam edib. Daha sonra xx.xx.2023-cü il tarixdə yekun qərar qəbul olunub. Lakin elə onların özləri tərəfindən təqdim olunan bəzi səslər vardır ki, onların verilmə tarixi fevralın 28-dən sonraya təsadüf edir. Belə ki, 180-cı mənzil üzrə Hüseynova Nigar 11 mart, 246-cı mənzil üzrə Orucov Nicat ümumiyyətlə tarix yoxdur, 112-ci mənzil üzrə Cəfərova Aytən 4 mart, 7-ci mənzil üzrə Şahbazov Telman 4 mart və s. Bundan başqa adıçəkilən qərarda ümumiyyətlə neçə nəfərin səs verməsi ilə bağlı sayda göstərilməyib. Onu da, nəzərinizə çatdırım ki, binada cəmi 564 sahə mülkiyyətçisi vardır. Ona görə qarşı tərəf elə göstərməyə çalışıblar ki, guya onlarda səs çoxluğu vardır. Bundan başqa cavabdehlərə səs verməsi iddia edilən bir çox mülkiyyətçilər vardır ki, onlar aldadılıblar. Onlara həmin sənədlərin mahiyyəti barədə məlumat verilməyib. Bəzi imzalar saxtadır. Hətta dövlət məmurlarının imzaları saxtalaşdırılıb. Həmçinin, binada cavabdehlərə ödəniş edən sahə mülkiyyətçilərinin sayı az deyil. Onlar bunu inkar etmirlər. Bunu da təzyiq, qorxu, təhdid və s. altında edirlər və çoxluq deyildirlər. Onlar ötən məhkəmə iclasında vəsatət verdilər ki, onlar öz vergi hesabatlarını təqdim etsinlər. Bilsinlər ki, nə qədər sakin onlara ödəniş edir. Səsvermənin 1 aydan çox çəkməsinə səbəb də məhz bu olub. Belə ki, vətəndaş kommunal ödənişləri etməyə gələrkən sənədlərin arasına səsvermə ilə bağlı sənədi qoyub sakinlərə imzaladıblar. Qərarın ən təəccüblü hissəsi də odur ki, həmin qərarın sonunda üzvlər qeyd olunub. Həmin üzvlərin ümumiyyətlə nəyin üzvü olması bəlli deyildir. İclasın sədri və katibi qeyd edilib ki, onların kim tərəfindən seçilməsi də məlum deyildir. Həmçinin, həmin qərar 5 bənddən ibarətdir ki, həmin bəndlərin yalnız birincisi qanuni ola bilər. Yerdə qalan bəndlər qanunsuzdur. Birinci bənddə binanın idarəedici təşkilat tərəfindən idarə olunması qeyd olunub ki, bu qanunidir. 2 və 3-cü bəndlərdə Cavabdeh1 və”MKS-4” MMC-lərin binanı idarə etməsi müəyyən olunub ki, həmin bəndlərin nə üçün qanunsuz olmasını o çıxışında qeyd etmişdir. 4-cü bənddə deyilir ki, binanın idarə edilməsi, ümumi əmlakın saxlanması, cari və əsaslı təmir üzrə xidmət və s. üçün köçürülmə yolu ilə gələnlər 1 kv.m. üçün 25 qəpik, qalanları isə 40 qəpikdən ödəniş etməlidirlər. Yəni mənzil mülkiyyətçilərinin ödənişlərinə belə fərq qoyulub ki, bu da AR MM-nin bir çox maddələrinin tələblərinin pozulması deməkdir. 5-ci bənddə isə kommunal xidmətlərin göstərilməsi ilə bağlı cavabdehlərlə müqavilə bağlanmasının təmin olunmasını ehtiva edir ki, bu bənd də, MMnin bir çox maddələrinə ziddir. Belə ki, kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanması qeyd edilməyib. Məcəllədə binanın idarəedilməsi ilə bağlı müqavilə vardır ki, onun da mahiyyəti çoxmənzilli binanın saxlanması, idarə olunması, habelə göstərilən kommunal xidmətləri ehtiva edir. Yəni kommunal xidmət sadəcə onun bir hissəsidir. Vətəndaşlar tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrə gəlincə isə bildirir ki, qeyd etdiyi xüsusatlar həmin ərizələrdə də, qeyd olunduğundan həmin ərizələr də etibarsızdır. Eyni zamanda həmin ərizələrdə sakinlər yalnız ya Cavabdeh1 ya da Cavabdeh2 MMC-ni qeyd ediblər. Yəni bütün binanın idarəetməsinə fikir bildirməyiblər. Bu da qanunsuzdur, çünki MM-nə görə mülkiyyətçilər bütün binanın idarə olunmasına münasibət bildirməlidirlər. Bundan başqa MM-nin 46.3-cü maddəsində mülkiyyətçilərin imzaladıqları qərarlarda nələrin qeyd olunması sadalanır. Belə ki, həmin qərarda səsvermədə iştirak edən şəxs haqqında məlumat, müvafiq çoxmənzilli binada sahəyə səsvermədə iştirak edən şəxsin mülkiyyət hüquqlarını təsdiq edən sənəd haqqında məlumat və gündəlikdə olan hər bir məsələ üzrə “lehinə”, “əleyhinə” və “bitərəf” sözləri ilə ifadə edilən qərarı əks olunmalıdır ki, bu tələblər də pozulub. Belə ki, həmin qərarların heç birində mülkiyyətçinin mülkiyyət hüquqlarını təsdiq edən heç bir məlumat qeyd edilməyib. Yekun olaraq, artıq məhkəmə prosesi 3 aydan çox bir müddətdir ki, davam etməkdədir. Əgər həqiqətən sakinlərin çoxlu cavabdehlərin qalmasını və idarəetməni həyata keçirməsini istəyirdisə, bu müddət ərzində nə mane oldu ki, onlar ümumi yığıncağı keçirtsin?! Və ya məhkəmə iddianı təmin edəcəyi təqdirdə onlara nə mane olacaq ki, qanuni olaraq ümumi yığıncağı keçirsinlər. Buna səbəb odur ki, onlar bilirlər ki, sakinlər onları seçməyəcəklər. Bundan başqa, əgər onlar onlara qarşı qarışılıqlı iddia irəli sürərək kommunal xidmətlərlə bağlı ödənişləri tələb edilməsini irəli sürmədilər. Buna səbəb isə odur ki, onlar qorxdular ki, maliyyə problemləri ortaya çıxacaqdır. Çünki onlar iddia ərizəsində də qeyd etmişdilər ki, onlar sırf vergidən yayınmaq üçün idarəetməni iki şirkət arasında bölüblər. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alaraq birinci iddia tələbinin tam təmin eidlməsi barədə qətnamə qəbul olunmasını xahiş edirlər. İkinci iddia tələbini isə qəbul etmir, onlar artıq birinci iddia tələbində kifayət qədər qarşı tərəfin fəaliyyətinin qanunsuz olmasını təsdiq edən hallara istinad etdilər. Belə ki, xx.xx.2023-cü il tarixli qərar qanuni olsaydı da, belə ondan öncəki fəaliyyət qanunsuzdur. Sakinlərə illik maliyyə hesabatları təqdim olunmayıb. Qarşı tərəf öz izahatında başqa bir məhkəmə işinə istinad edərək, kommunal ödənişlərlə bağlı iddialarının təmin olunmasını bildirsə də, həmin mülki işdə cavabdeh iddiaçının fəaliyyətinin qanuni və ya qanunsuz olmasını müahisələndirməyib. Ona görə də məhkəmə bu hala hüquqi qiymət verməyib. Odur ki, göstərilənlərə əsasən birinci iddianın tam təmin edilməsini, ikinci iddia tələbinin isə rədd edilməsinin məhkəmədən xahiş edir. Məhkəmə iclasında birinci iddia üzrə İddiaçı32 ikinci iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, cavabdeh tərəfin keçirildiyini iddia etdiyi səsvermədən onların ümumiyyətlə məlumatı olmayıb. Aralarında yüksək rütbəli zabitlər vardır ki, onların imzaları saxtalaşdırılıb. Hesab edirlər ki, bu, cinayət faktıdır. Bundan başqa, o, keçən ilin ortalarında cavabdehlərin qanuni təmsilçisi İsa Həsənova qiymətlərin fərqli olması ilə bağlı müraciət etdi və nə üçün 3 növ, hətta artıq 4 növ ödəmənin mövcud olduğunu soruşdu. Ona bildirdi ki, “mən rəhbərəm, özüm bilərəm. Qiymətləri də öz əmrimlə müəyyən etmişəm”. O, bununla bağlı hətta rəsmi məktub yazdı, bugünə kimi həmin məktuba cavab verilməyib. Hesab edir ki, cavabdehlərin binadan çıxarılması üçün yetəri qədər əsaslar var. Həmin əsasların biri bəs edir ki, iddia təmin olunsun. Həmçinin, qarşı tərəf iddia edir ki, səsvermə ilə bağlı binalara bildirişlər asılıb. Lakin, bu, tam yalandır. Həmçinin MM-də qeyd edilir ki, bununla bağlı bildiriş sakinlərə təqdim olunmalıdır. Odur ki, bütün bu qeyd edilən xüsusatları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini, ikinci iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh1 MMC və birinci iddia üzrə Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 birinci iddia tələbinə etiraz edərək və ikinci iddia tələbini isə müdafiə edərək, izahatında qeyd etmişdir ki, qarşı tərəf öz çıxışında bildirmişdir ki, guya onun oxşar məsələ ilə bağlı vəkil kimi iştirak etdiyi mülki iş üzrə yekun məhkəmə aktından sonra, sanki onlar onu daimi izləmədə olan şəxslər olaraq qorxuya düşərək ümumi yığıncaq keçirmişlər. Hansı ki, bu, tam absurddur. Onların fəaliyyətində hər hansı qanunsuzluq, saxtakarlıq mövcud deyildir. Həmçinin, mübahisəli binada tərəflərindən idarəçilik artıq uzun müddətdir ki, aparılır. Qarşı tərəf bildirsə də ki, onların keçirdikləri səsvermədən sakinlərin ümumiyyətlə xəbəri olmayıb, lakin onların özlərinin məhkəməyə təqdim etdikləri iddia ərizəsində, iddiaçılardan biri olan şəxsin iddiadan imtina etməsi barədə ərizəsindən də məlum olur ki, iddiaçı tərəf məhz özü qaldırdıqları iddia ilə bağlı iddiaçılara məlumat verməmişlər. Bundan başqa, iddiaçıların hamısına diqqət yetirilsə görünər ki, onların hamısı köhnə hərbiçilərdir. Bu da sadəcə binada yaranmış qruplaşmadan irəli gəlir. Onlar onları binadan uzaqlaşdıraraq idarəetməni öz əllərinə almaq istəyirlər. Bundan başqa, qarşı tərəf bildirdi ki, guya onlar sakinlər arasında qorxu salaraq iddiaçıların idarəçiliyi bələdiyyəyə verilməsini tələb etdiklərini irəli sürürlər, əslində isə bu belə deyildir. Lakin, iddiaçılar özləri öz ərizələrində bunu birbaşa qeyd edirlər. Həmçinin, iddiaçı tərəf qeyd edir ki, heç bir idarə üsulu seçilməyib, səsvermə keçirilməyib. Halbuki, bunu iddia edən iddiaçıların bir çoxunun bununla bağlı imzaları mövcuddur. Səsvermənin keçirilməsi ilə bağlı da onu qeyd edir ki, şifahi formada daha öncədən sakinlərin onları seçməsinə baxmayaraq, ötən il bir neçə sakin, hansı ki, hazırda iddiaçılar kimi çıxış edirlər, müraciət edərək idarəetmənin onlara keçirilməsini tələb etmişlər. İ.Hüseynov da həmin narazılığın aradan qaldırılması ilə bağlı ümumi yığıncaq keçirilməsi tövsiyyə etmişdir. Bunun üçün binanın giriş-çıxışlarında, liftlərin qarışısında elanlar yerləşdirilmişdir. Qiymət fərqliliyi ilə bağlı isə bildirir ki, pilot layihələr çərçivəsində köhnə binaların sökülməsi və yerində yeni binaların tikilməsi ilə əlaqədar yeni binaya köçən köhnə sakinlər kommunal haqları ödəməkdə çətinlik çəkmişlər. Bu halları nəzərə alaraq, həmçinin digər binalardan köçürülmüş sakinlərin yerləşdirilməsi ilə əlaqədar onların da binanın saxlanmasında iştirakını təmin etmək üçün sakinlər qərara gəlmişlər ki, onlar üçün fərqli qiymətlər müəyyən olunsun. Bu barədə də, elanlarda məlumat qeyd edilmişdir. Həmin elan da onlar tərəfindən yox, mülkiyyətçilər tərəfindən yerləşdirilmişdir. Həmin elanda həmçinin yığıncağın hansı tarixdə keçirilməsi, katib və sədrlik edənin kimlər olması və s. öz əksini tapmışdır. MM-də də qeyd olunur ki, bildiriş göndərilməsi mümkün olmazsa, elan da yerləşdirilə bilər. Buna da tam riayət olunub. Nəticədə, xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur. Yekun qərar da bütün mülkiyyətçilərə təqdim olunmuşdur. Bir binanın iki idarəçisinin olması məsələsinə gəlincə isə bildirir ki, Cavabdeh1 və Cavabdeh2 MMC-nin təsisçiləri, rəhbərləri, işçiləri eyni şəxslərdir. Bu belə olmasaydı, onlar qarşı tərəflə razılaşardılar. Digər tərəfdən, qarşı tərəf bildirdi ki, guya onlar tərəfindən bu işlə əlaqədar olmayan məhkəmə aktları təqdim edilmişdir. Bununla bağlı qeyd edir ki, onlar tərəfindən yalnız bir məhkəmə aktı təqdim edilmişdir ki, o da hazırki iddiaçılardan biri olan şəxsə qarşı kommunal haqların ödənilməsi ilə bağlı olmuşdur. Həmin məhkəmə işi üzrə də iddia təmin olunmuşdur. Həmçinin, qarşı tərəf bildirir ki, onlar sakinləri aldadaraq onların imzalarını almışlar. Bu, tam absurd və əsası olmayan iddiadır. Həmçinin, iddia edirlər ki, sakinlər qərarlara imza çəksələr də, həmin qərarlarda nələrin qeyd edilməsi onlara məlum olmamışdır. Halbuki qərarlara diqqət yetirilsə görünər ki, onlar 1 səhifədən ibarətdir. Yəni, sakinlərə hər hansı boş səhifəyə imza çəkdirilməsi və ya səhifənin arxa üzünə imza etdirilməsi halı da mövcud deyildir. Odur ki, iddia tələbi tam əsassız olunduğundan təmin olunmamalıdır. İkinci iddia tələbi ilə bağlı isə bildirir ki, iddia ərizəsində bütün təfərrüatlar qeyd edilmişdir. Cavabdeh tərəfindən 2016-cı ilədək xidmət haqları ödənilib. Lakin bu müddətdən sonra onun tərəfindən ödənişlər dayandırılmışdır. Baxmayaraq ki, onlar tərəfindən bütün xidmətlər göstərilir. Hesab edir ki, cavabdeh öz üzərinə düşən öhdəlikləri icra etməyə borcludur. Ona görə də birinci iddia tələbinin tam rədd edilməsini və ikinci iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında birinci iddia üzrə cavabdeh (ikinci iddia üzrə iddiaçı) Cavabdeh1 MMC və birinci iddia üzrə Cavabdeh2 MMC-nin qanuni təmsilçisi X319 birinci iddia tələbinə etiraz edərək onun rədd edilməsini, ikinci iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında birinci iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X169 birinci iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, o, mübahisəli binanın E blokunda 10 ildir ki, yaşayır. İndiyənədək heç bir problem görməmişdir. Qarşı tərəf saxtakarlığa yol verildiyini iddia etsə də, onun 4 qonşusu imza atıblar öz xoşları ilə ki, cavabdehlər qalsın. Bundan başqa onu da qeyd edir ki, keçən ilin təxminən fevral, mart ayında qapısına bir xanım gəldi. Bildirdi ki, onlar həyəti abadlaşdırmaq istəyirlər. O da dedi ki, imza üçün verdikləri sənəddə yazıldığını oxumaq istəyir. Xanım buna imkan vermədən uzaqlaşdı. Daha sonra ona məlum oldu ki, hazırki mübahisə ilə bağlı iddia qaldırmaq üçün həmin imzalar toplanılırmış. Onlar cavabdehlərin binadan çıxarılmalarını istəmirlər. Onlar çıxarılarsa, idarəçiliyin kimin idarə edəcəyi onlara məlum deyildir. Binada gündəlik problemlər var ki, buna nəzarət olunması mütləqdir. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı12 ikinci iddia üzrə nümayəndəsi və vəkili Nümayəndə4 ikinci iddia tələbinə etiraz edərək izahatında qeyd etmişdir ki, etirazlar təqdim etmiş, vəsatətlər vermişlər və müddətin tətbiqi barədə ərizə də təqdim olunub. Etirazının əsasları birinci iddia tələbinin əsasları ilə demək olar eyniyyət təşkil edir. Burada əsas məsələ xidmətin göstərilməsi ilə bağlı müavilələrlə bağlıdır. Belə ki, xx.xx.2022-ci ildə “dağ-mədən nəzarəti” agentliyi ilə müqavilə bağlanılıb. Ondan əvvəlki müqavilə yoxdur. Bundan başqa, icarə müqaviləsi xx.xx.2023-cü ildə bağlanılıb. Ondan əvvəlki müqavilə mövcud deyil. Bundan başqa, xx.xx.2023-cü il tarixli əmrlə qiyməti 40 qəpiyə qaldırmaq istəyirlər ki, onlar bununla razı deyillər. Həmçinin, o, dünən elektron kabinet vasitəsi ilə məhkəməyə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini təqdim etdi. Həmin qətnamədə AR Konstitusiya Məhkəməsinin qərarına istinad olunub ki, əgər pul tələb olunursa, bununla bağlı sənədlər təqdim olunmalıdır. Ancaq bu işlə bağlı iddiaçı tərəf heç bir sənədi təqdim etməyib. Həmçinin, müddət də ötürülüb. Əlavə olaraq, cərimə ilə bağlı bildirir ki, xx.xx.2023-cü il tarixdə ilk dəfə pretenziya göndərilib. Həmin pretenziya xx.xx.2023-cü il tarixdə cavabdehə çatdırılıb. Əgər burada cərimə tətbiq olunsa belə, həmin müqavilənin 3.2-ci bəndinə uyğun olaraq cərimə pretenziya verildikdən sonra tətbiq oluna bilər. Odur ki, qeyd edilənlərə əsasən ikinci iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı12 ikinci iddia tələbinə etiraz edərək və birinci iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, 2014-cü ildə mübahisəli binadan Azərbaycan Respublikası Prezidenti tərəfindən ona mənzil verilmişdir. O, 20 ildən çox bir müddət hərbçi kimi xidmət etmişdir. Həmin mənzildə də uzun müddət yaşamamışdır. Lakin bununla belə kommunal haqları vaxtlı-vaxtında ödəmişdir. Daha sonra ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. Bu zaman bəzi mübahisəli hallar yaranmağa başlamışdır. Qarşı tərəf kommunal haqların qiymətin qaldırmışdır. O, bununla bağlı öz narazılığını bildirmiş və hesabat tələb etmişdir. Lakin həmin hesabat ona təqdim edilməmişdir. O da ödənişləri etməmişdir. Bəzi sakinlər binada heç bir problem olmdığını bildirsələr də, bu, belə deyildir. İşdən evə gələrkən binanın həyətində avtomobillərini saxlamaq üçün yer tapmaq olmur, çünki digər bina sakinləri öz avtomobillərini onların binasının həyətində saxlayırlar. Bundan əvvəl də o, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir, lakin iddia tələbi düzgün formada verilmədiyindən iddia rədd edilmişdir. Lakin o, sonradan iddianının arxasına düşməmiş və məsələ bununla bağlandı. Göstərilənlərə əsasən birinci iddia tələbinin təmin edilməsini, ikinci iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında birinci iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsinin nümayəndəsi X371 iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-348/2024 nömrəli qətnaməsinə əsasən, iddiaçılar İddiaçı1, X291, İddiaçı3, İddiaçı4, İddiaçı5, X111, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X78, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22 Fayiq oğlu, İddiaçı23 Kiçik oğlan oğlu, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27 İsmayil oğlu, X112, İddiaçı29, İddiaçı30, İddiaçı31, İddiaçı32 Bəyali oğlu, İddiaçı33, İddiaçı34, İddiaçı35, İddiaçı36, İddiaçı37, İddiaçı38, İddiaçı39 Qizi, İddiaçı40 və Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi, X28, X113, X79, X169, X234, X170, X80, X235, X348, X349, X15, X81, X171, X114 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia tələblərinin rədd edilməsi, iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı12 qarşı “borcun tutulması və s.” tələbinə dair iddianın qismən təmin edilərək ünvan 6 ünvanında yerləşən 262 saylı mənzilin mülkiyyətçisi olan iş üzrə cavabdeh İddiaçı12 xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək göstərilmiş xidmətlərə görə ödənilməmiş 1908 (bir min doqquz yüz səkkiz) manat əsas borc, ödənilməyən məbləğə görə cərimə məbləği üzrə 150 (bir yüz əlli) manat cərimə məbləği, ümumilikdə 2058 (iki min əlli səkkiz) manat ödənilməmiş borc, həmçinin 220 (iki yüz iyirmi) manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının əvəzi və iş üzrə ödənilmiş 81 manat (səksən bir manat) məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh1 MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə Cavabdeh1 MMC-nin özünə aid edilməsi, iddia tələblərinin digər hissələrdə rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən binanın bir hissəsinin Cavabdeh1 MMC, bir hissəsinin isə Cavabdeh2 MMC tərəfindən idarə olunması qanunidir. Belə ki, xx.xx.2023-cü il tarixdə ümumi yığıncaq keçirilmiş və qərar qəbul edilmişdir. Qərarda 294 sakindən 195 nəfəri A,B,C,D,E,F blokundan və 272 sakindən 158 nəfəri isə K,J,H və K blokundan Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin lehinə səs vermişlər. Qeyd edilən yaşayış kompleksində ayrı-ayrı Cavabdeh1 MMC və Cavabdeh2 MMC-lər fəaliyyət göstərmir. Bu sonuncuların idarə etməsi, rəhbərləri, işçiləri eyni şəxslərdir. Yəni, qanunun mənasından çıxış etdikdə ayrı-ayrı idarəçilərin olmasının qadağan edilməsində əsas səbəb bina sakinləri ilə ayrı-ayrı idarəçi olduqca aralarında yarana biləcək ixtilafların qarşısının alınması durur. Bu halda isə "xxxx" MMC və Cavabdeh2 MMC birgə fəaliyyət göstərmiş və özlərinin birgə ümumiyığıncağı ilə də müəyyən etmişlər. Mülki iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçılar həmin yaşayış kompleksində yaşasalar da, bunlar həmin sakinlərin çox az sayda hissəsini təşkil etmişlər. Bunun əksinə olaraq kompleksin 400-ə yaxın sakinləri hazırda onlara Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən xidmətin göstərilməsindən məmnun qaldıqlarını və idarəçiliyin sonuncular tərəfindən davam etdirilməsini təkid etmişlər. Bu isə onu deməyə əsas verir ki, ümumiyığıncağın qərarı ilə müəyyən edilən hallar tam qanuni olmaqla sakinlərin çoxluğunun mənafeyinə uyğun həyata keçirilməkdədir. İş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçılar tələblərini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbləri iddiaçıların formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizələrindən ibarət olduğundan, iddiaçıların iddiaları qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Eyni zamanda məhkəmə iddia tələblərin digər hissələrinə münasibətdə qeyd etmişdir ki, iddia tələblərin digər hissələri birinci hissədən asılı olduğundan və birinci tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, prosessual qənaət prinsipini əsas götürərək iddia tələbləri digər hissələrdə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Məhkəmə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı12 qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar. Hazırki işin hallarından görünür ki, mübahisəli binanın sakinləri tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmamışdır və bina idarəedici təşkilat qismində iddiaçı tərəfindən idarə olunur. İdarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri isə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəməlidirlər. Cavabdeh tərəfindən çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair 01 avqust 2014-cü il tarixdə “Kommunal xidmətlərin göstərilməsi haqqında” müqavilə imzalanmış, lakin sonradan iddiaçı tərəfindən ödənişlər həyata keçirməmişdir. Cavabdeh xx.xx.2016-cı ilə qədər kommunal ödənişləri etmiş, bundan sonra isə ödənişlərin edilməsini dayandırmışdır. Odur ki, bir halda ki, iddiaçı tərəfindən faktiki xidmətlər göstərilmiş və binanın digər sakinləri kimi cavabdeh də həmin xidmətlərdən yararlanmışdır, belə olan halda həmin xidmətlərin haqqını ödəməli, lakin xx.xx.2020-ci ilədək yaranmış borcun tələb etmə müddəti keçdiyindən eləcə də iddia müddəti tətbiq edilməklə yalnız xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək hesablanmış 1908 manat məbləğində borc tutulmalıdır. Cavabdehin etiraz kimi bildirdikləri hallar onun yararlandığı xidmətlərin haqqını ödəməkdən imtinasına əsas verən hal deyildir və haqlı tələbin rədd edilməsinə əsas vermir. Məhkəmə iddiaçı Cavabdeh1 MMC-nin iddia tələbinin cavabdeh İddiaçı12 9720 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, qeyd etmişdir ki, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 150 manat məbləğində müəyyən edir. Məhkəmə iddia tələbinin “çoxmənzilli binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq, xidmət haqqı məbləğinin hər bir kv.m üçün 0.40 manat müəyyən edildiyindən, yeni tariflərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, cavabdehi iradəsinə zidd olaraq onun üzərinə müqavilə bağlanması öhdəliyinin qoyulması mülki qanunvericiliyin müqavilələr azadlığı prinsipinə uyğun deyildir. Məhkəmə iddia tələbinin “220 (iki yüz iyirmi) manat məbləğində vəkilə çəkilən xərcin cavabdehdən tutulması” tələbi ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 220 (iki yüz iyirmi) manat məbləğində vəkil xərci ödənilmişdir. Odur ki, iddiaçının həmin tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə bu iddia tələbi üzrə dövlət rüsumu kimi ödənilmiş 134 manatın 81 manat hissəsinin İddiaçı12 tutularaq iddiaçı Cavabdeh1 MMC-nin xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. (cərimə məbləği 1908 manata münasibətdə 0.2% meyarla hesabablandıqda 4200 manat təşkil etmişdir). Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 324.3, 324.4, 373.2, 373.3, 462.1, 462.3, 467-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1, 120.5, 135.1, 135.2, 136.2, 136.2.1, 137.1, 137.4, 137.6, 137.10, 138.5, 139.1, 141.2, 141.2.1, 142.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 81, 89.3, 119.1, 121.1, 217.3, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına və «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçılar X51, İddiaçı32, İddiaçı13, İddiaçı12, İddiaçı40, İddiaçı20 və İddiaçı22 nümayəndəsi (vəkili) Nümayəndə1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-348/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddiaçıların iddia tələbinin təmin olunması, Cavabdeh1 MMC-nin iddia tələbinin isə rədd olunması, Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilov barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, bu apellyasiya şikayəti 39 iddiaçı tərəfindən dəstəklənir. Bu şikayətin 7 iddiaçının adından verilməsi sırf texniki rahatlıq və lazımsız vəkil xərclərinə yol verməmək üçündür. Eyni zamanda bütün iddiaçılar müharibə veteranlarıdır. İddiaçılar Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən binada mənzil mülkiyyətçiləridir. Bina qanunsuz olaraq Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən idarə olunur. Buna görə də, iddiaçılar Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin binadan çıxarılması və binanın idarə etməsindən kənarlaşdırılması, habelə cavabdehlər tərəfindən binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Maraqlı şəxsnə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Hakim xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianı tamamilə əsassız olaraq geri qaytarmışdır. Yalnız şikayət nəticəsində xx.xx.2023-cü il tarixli qərardadla iddia icraata qəbul olunmuşdur. Bununla da hakim ilk andan qərəzli münasibətini, işi uzatmaq niyyətini ortaya qoymuşdur. Eyni zamanda Cavabdeh1 MMC iddiaçılardan biri İddiaçı12 qarşı iddia irəli sürərək ondan 2016-cı ilin iyun ayından 2023-cü ilin aprel ayı daxil olmaqla göstərilmiş xidmətlərə görə ödəniməmiş 4399 manat əsas borcu, ödənilməyən məbləğə görə hər gün üçün hesablanmış 0.2% cərimə məbləğləri üzrə 9720 manat cərimə məbləği, ümumilikdə isə 14.119 manat ödənilməmiş borcun tutulması, həmçinin çoxmənzili binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq xidmət haqqı məbləğinin hər bir kv.m üçün 0.40 manat müəyyən edildiyindən yeni tariflərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(006)-348/2024 saylı qətnaməsi ilə iddiaçıların iddia tələbi rədd edilmiş, Cavabdeh1 MMC-nin İddiaçı12 qarşı iddia tələbi isə qismən təmin olunmuşdur. Özü də iddiaçıların tələbinə dair qətnamənin nəticə hissəsində belə yazılıb: “cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia tələbləri rədd edilsin”. Halbuki, iddiaçıların iddiasının pul tələbi hissəsi yalnız vəkil xərci və dövlət rüsumunun əvəzinin ödənilməsindən ibarətdir, yəni tələbin əsası deyil. Tələbin əsas hissəsi cavabdehlərin binadan çıxarılması və binanın idarəetməsindən kənarlaşdırılması, habelə cavabdehlər tərəfindən binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Maraqlı şəxsnə təhvil verilməsindən ibarətdir. Lakin hakim tələbin əsas hissəsinə münasibət bildirməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməlidir. Beləliklə, hakim iddia tələbinə etinasız münasibət göstərərək qətnaməni natamam tərtib etmişdir. Bununla da qərəzli olduğunu bir daha göstərmişdir. Qətnamə Elektron Məhkəmə sistemində xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 227-ci maddəsinə görə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalıdır. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Beləliklə, qətnamə ən geci xx.xx.2024cü il tarixdə yerləşdirilməli idi. Hakim 8 gün gecikməyə yol verib. Bununla da bir daha qərəzli olduğunu, işi uzatmaq niyyətini göstərib. Qətnamə aşağıdakı səbəblərdən tamamilə əsassız, qərəzli və qanunsuzdur. Faktiki olaraq məhkəmə analoji iş üzrə qüvvəyə minmiş digər məhkəmə aktlarındakı mövqeyi tətbiq etməmək üçün yolverilməz fəndlərə və arqumentlərə əl atmışdır. Söhbət Bakı Apellyasiya Məhkəməninin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-5310/2023 saylı qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2430/2023 saylı qərarından gedir. Cavabdehlərin binanı guya qanuni idarə etmələrinə dair əsas arqumenti budur: “42. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən binanın bir hissəsinin Cavabdeh1 MMC, bir hissəsinin isə Cavabdeh2 MMC tərəfindən idarə olunması qanunidir. 43. Belə ki, xx.xx.2023-cü il tarixdə ümumi yığıncaq keçirilmiş və qərar qəbul edilmişdir. Qərarda 294 sakindən 195 nəfəri A,B,C,D,E,F blokundan və 272 sakindən 158 nəfəri isə K,J,H və K blokundan Cavabdeh1 MMC və Cavabdeh2MMC-nin lehinə səs vermişlər. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, qeyd edilən yaşayış kompleksində ayrı-ayrı Cavabdeh1 MMC və Cavabdeh2 MMC-lər fəaliyyət göstərmir. Bu sonuncuların idarə etməsi, rəhbərləri, işçiləri eyni şəxslərdir. Yəni, qanunun mənasından çıxış etdikdə ayrıayrı idarəçilərin olmasının qadağan edilməsində əsas səbəb bina sakinləri ilə ayrı-ayrı idarəçi olduqca aralarında yarana biləcək ixtilafların qarşısının alınması durur. Bu halda isə Cavabdeh1 MMC və Cavabdeh2 MMC birgə fəaliyyət göstərmiş və özlərinin birgə ümumi yığıncağı ilə də müəyyən etmişlər.” Deməli, guya xx.xx.2023-cü il tarixdə binada qiyabi səsvermə keçirilmiş və 566 sahə mülkiyyətçisindən 353 nəfəri binanın cavabdehlər tərəfindən idarə olunmasının lehinə səs vermişdir. İmzaların həqiqi, yoxsa saxta olması məhkəmə tərəfindən araşdırılmayıb. Halbuki, buna ciddi şübhələr var və məhkəmənin diqqətinə də bu şübhələr çatırılmışdır. Bəzi imzaların saxta olması da bildirilmişdir. Konkret olaraq X154 və X212 imzaların onlara məxsus olmaması haqda yazılı müraciəti hakimə təqdim olunmuşdur. Eyni zamanda iddiaçılardan biri İddiaçı11 imzası (qərar və ərizəsi təqdim olunur) ona məxsus deyil (həmin iddiaçı sənədi sonradan gördüyü üçün müraciətini indi təqdim edirik). Eyni zamanda X75 da imzasının ona məxsus olmadığı haqda məlumat var. Tam araşdırma aparılsaydı, təbii, başqa hallar da üzə çıxardı. Eyni zamanda hakimin diqqətinə çatdırılmışdır ki, qərarı imza etmiş mənzil mülkiyyətçilərinin xeyli hissəsi sadəcə aldadılmışdır. Onlara imzaladıqları sənədin mahiyyəti belə düzgün izah edilməmiş və yalan vədlər verilmişdir. Lakin imzaların həqiqi və ya saxta olması, yaxud kiminsə aldadılması hər bir halda iddianın təmin olunması kontekstində əhəmiyyət kəsb etmir. Çünki guya keçirilmiş yığıncağın “qərar”ının qanunun tələblərinə zidd olması barədə məhkəməyə kifayət qədər dəlil təqdim etmişlər. Lakin məhkəmə qərəzli mövqe nümayiş etdirərək dəlilərə məhəl qoymamışdır. Dəlilər bunlardır: 2.1. Qiyabi səsverməyə dair Mənzil Məcəlləsinin 46-cı maddəsinin ilk iki bəndində deyilir: “Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün həmin binanın sahə mülkiyyətçilərinin birgə əyani iştirakı) keçirilmədən qiyabi səsvermə - səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarlarının yazılı formada çoxmənzili binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi yolu ilə keçirilə bilər. Qərarları onların təqdim edilməsi tarixinədək təqdim edilmiş çoxmənzili binanın sahə mülkiyyətçiləri qiyabi səsvermə yolu ilə keçirilən çoxmənzili binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında iştirak etmiş hesab edilirlər.” Əvvəla, “qiyabi səsvermə - səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarlarının yazılı formada çoxmənzili binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi yolu ilə keçirilə bilər”. Hanı həmin məlumat? Onu kim gönərmişdi, yəni təşəbbüskar kim idi? Harada yerləşdirilib? Sahə mülkiyyətçilərinə necə çatdırılıb? Qərarlar hara göndərilməli idi? Bu sualların cavabı təqdim edilən sənədlərdə yoxdur. Maddədə həmçinin deyilir ki, “Qərarları onların təqdim edilməsi tarixinədək təqdim edilmiş çoxmənzili binanın sahə mülkiyyətçiləri qiyabi səsvermə yolu ilə keçirilən çoxmənzili binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında iştirak etmiş hesab edilirlər.” Hansı tarixdən söhbət gedir? Harada əksini tapıb? Məlumat yoxdur. Yalnız o məlumdur ki, qiyabi səsvermə formasında keçirilən ümumi yığıncağın nəticələrinə dair Qərar 28 fevral 2023-cü il tarixlidir. Lakin bəzi sahə mülkiyyətçilərinin qərarları həmin tarixdən sonra imzalanıb və ya tarix ümumiyyətlə göstərilməyib. Məsələn: 1) 180-cı mənzil üzrə Hüseynova Nigar – 11 mart; 2) 246-cı mənzil üzrə Orucov Nicat – yoxdur; 3) 112-ci mənzil üzrə Cəfərova Aytən – 4 mart; 4) 7-ci mənzil üzrə Şahbazov Telman – 4 mart; 5) 174-cü mənzil üzrə Bayramova Məhbubə – 1 may; 6) 275-ci mənzil üzrə Vahabzadə Səbinə – 1 aprel; 7) 225-ci mənzil üzrə Hüseynova Sadət – 15 aprel; 8) 148-ci mənzil üzrə Ağasiyev Bəhruz – 22 aprel; 9) 129-cu mənzil üzrə Nəsibov Zahid – 1 aprel; 10) 179-cu mənzil Tərəculayev Cahangir – 1 iyul; 11) 195-ci mənzil üzrə Behbudova Ziba – 1 iyul və s. Başqa sözlə, yekun qərarda saxtakarlıq edilib. Bu şəxslərin səsi orada nəzərə alına bilməzdi. Amma alınıb, məhkəmə də bu səsləri tanıyıb. 2.2. Yekun qərarı iclasın sədri və katibi, habelə hansısa 6 üzv imzalayıb. Əvvəla, hansı iclas? İclas olmayıb axı. Qiyabi ümumi yığıncaq olub guya. Onun sədri və katibi necə müəyyən olunub? Axı mənzil mülkiyyətçilərinin hər birinin guya imzaladığı qərarlarda sədr və katib haqda heç nə deyilmir. Digər 6 üzv kimdir? Nəyin üzvüdürlər? Onlar kim seçdi və təyin etdi? Tam cəfəngiyatdır və sənədin qanunsuz və saxta olduğunu bir daha təsdiqləyir! 2.3. Qərarın məzmunu 5 bənddən ibarətdir. 1) Və yalnız 1-ci bənd normal və qanuna uyğundur. Orada binanın idarəetmə üsulu müəyyən olunur – idarəedici təşkilat tərəfindən. Fikir verin, təşkilat sözü tək halda istifadə olunur. Bu da Mənzil Məcəlləsinin 141.10-cu maddəsinə uyğundur: çoxmənzili bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. 2) Lakin 2-3-cü bəndlər qanunun tələbinə və elə qərarın 1-ci bəndinə ziddir. Orada bir yox, iki idarəedici təşkilatdan, yəni cavabdehlərdən söhbət gedir. Sadəcə blokları bölüblər. Deməli, bu bəndlər etibarsızdır və cavabdehlər hər bir halda idarəedici təşkilat deyilər. Qətnamədə buna belə haqq qazandırılır: “yaşayış kompleksində ayrı-ayrı Cavabdeh1 MMC və Cavabdeh2 MMC-lər fəaliyyət göstərmir. Bu sonuncuların idarəetməsi, rəhbərləri, işçiləri eyni şəxslərdir. Yəni, qanunun mənasından çıxış etdikdə ayrı-ayrı idarəçilərin olmasının qadağan edilməsində əsas səbəb bina sakinləri ilə ayrı-ayrı idarəçi olduqca aralarında yarana biləcək ixtilafların qarşısının alınması durur. Bu halda isə Cavabdeh1 MMC və Cavabdeh2MMC birgə fəaliyyət göstərmiş və özlərinin birgə ümumi yığıncağı ilə də müəyyən etmişlər”. Bu arqumenti nəinki hüquq, qanun, sağlam məntiq və orta məktəb şagirdlərinə tədris olunan riyaziyyat, hətta bağça uşaqlarına bəlli olan sadə arifmetika baxımından da başa düşmək mümkün deyil. Axı iki şəxs necə bir şəxs ola bilər? Hələ onu demirik ki, böyük ehtimalla cavabdehlər bu modeli vergidən yayınmaq (vergi üstünlüyü əldə etmək) üçün tətbiq edib. Məhkəmədə məsələnin mahiyyətinə varmadan, bu şübhəli (Mənzil Məcəlləsi baxımından qanunsuz) modelə haqq qazandırıb. Digər tərəfdən, fikir verin ki, qətnamədə deyilir ki, cavabdehlərin “idarə etməsi, rəhbərləri, işçiləri eyni şəxslərdir”. İdarəetməsi eyni şəxslərdir nə deməkdir axı? Bu nə qəribə ifadədir? Cavabdehlərin işçilərinin də eyni şəxs olduğunu hakim haradan bildi? Hansı sübuta əsasən? Həm də məlum olmadı ki, cavabdehlərin iştirakçıları (təsisçiləri) kimlərdir? Hakim iki hüquqi şəxsi eyni şəxs adlandırır, amma onların sahiblərinin kim olması məsələsini qeyd etmir. Halbuki, iddiaçılar yazılı vəsatət verərək cavabdehlərin nizamnaməsi və kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışlarının təqdim olunmasını xahiş etmişlər. Lakin Hakim vəsatəti təmin etməmiṣ ki, guya iddia tələbinə aidiyyəti yoxdur. Beləliklə də, nə cavabdehlərin iştirakçıları, nə nizamnamələri (hüquq qabiliyyətləri) onlara və hakimə məlum olmamıṣdır. Amma bu, qətnamədə cavabdehlərin eyni şəxs olmasını vurğulamağa mane olmadı. 3) 4-cü bənddə binanın idarə edilməsi, ümumi əmlakın saxlanması, cari və əsaslı təmir üzrə xidmət və işlərə görə, eləcə də kommunal xidmətlərə görə aylıq haqq müəyyən olunur: köçürülmə yolu ilə mənzil almış mülkiyyətçilər üçün hər 1 kv.m. üzrə 25 qəpik, digər mülkiyyətçilər üçün isə 40 qəpik. Burada fərqli məbləğlərin müəyyən edilməsi Mənzil Məcəlləsinin mütənasiblik haqda aşağıdakı maddələrinə ziddir: -36.1. Çoxmənzili binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzili binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. “38.2. Çoxmənzili binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir.” “140.1. Çoxmənzili binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzili binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.”- “142.4. Çoxmənzili binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər.” Beləliklə, 4-cü bənd də etibarsızdır. 4) Nəhayət, qərarın 5-ci bəndində deyilir: Cavabdeh1 və Cavabdeh2 MMC arasında göstərilən şərtlərlə kommunal xidmətlərin göstərilməsi müqaviləsinin mülkiyyətçilərlə bağlanması təmin edilsin”. Göründüyü kimi, burada yalnız kommunal xidmətlərin göstərilməsi müqaviləsinin bağlanmasından söhbət gedir. Halbuki, Mənzil Məcəlləsinin çoxsaylı müddəalarına (məsələn, 142.3.2-ci maddə) əsasən həmin müqavilə “çoxmənzili binanın idarə edilməsi müqaviləsi” adlanır və orada o cümlədən aşağıdakılar göstərilməlidir: çoxmənzili binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmət və işlərin siyahısı, bu siyahıya dəyişiklik edilməsi qaydası, habelə idarəedici təşkilatın göstərdiyi kommunal xidmətlərin siyahısı. Yəni əsas binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmət və işləridir, kommunal xidmətləri isə ikinci dərəcəlidir. Yeri gəlmişkən, bağlanmış müqavilələrdə kommunal xidmətlərin siyahısı yoxdur (ümumiyyətlə, orada pozuntu çoxdur: məsələn, müddətsiz bağlanıb və s.; sadəcə cavabdehlər həmin müqavilələri təqdim etməyib və onlara istinad etmir deyə iddiaçılar da onların üzərində durmağa lüzum görməmiṣlər). Hər bir halda müqavilənin adı natamam (yalnız kommunal xidmətlər) olduğu üçün qərarın 5-ci bəndi də qanuna ziddir və hüquqi qüvvəsi yoxdur. 2.4. Qeyd edildiyi kimi, yekun qərar guya təxmini 353 sahə mülkiyyətçisinin imzaladığı qərarlara əsaslanır. Həmin qərarların da bəndləri ümumi qərarla oxşardır. Deməli, analoji iradlar ora da aiddir. Amma fərqlər də var. Odur ki, həmin vərəqlərdə aṣağıdakılar qeyd olunur. Əvvəla, Mənzil Məcəlləsinin 46.3-cü maddəsinə görə qiyabi səsvermə əsnasında səsə qoyulmuş məsələlər üzrə mülkiyyətçinin qərarında o cümlədən müvafiq çoxmənzili binada sahəyə səsvermədə iştirak edən şəxsin mülkiyyət hüquqlarını təsdiq edən sənəd haqqında məlumat göstərilməlidir. Lakin təqdim edilmiş qərarlarda bu məlumat yoxdur. Deməli, hər bir halda təqdim edilmiş bu vərəqlər etibarsızdır. Boş kağız parçasıdır! Digər tərəfdən, hər sahə mülkiyyətçisi öz qərarında yalnız bir neçə blokun idarə edilməsi üsuluna münasibət bildirərək cavabdehlərdən birini idarəedici təşkilat kimi göstərib. Halbuki, Mənzil Məcəlləsinə (35-ci maddə) görə hər bir sahə mülkiyyətçisinin bütün binanın ümumi mülkiyyətində payçıdır. Bütövlükdə bütün binanın müqəddəratını həll etməlidir. Məcəllədə separatçılığa yol verilmir. Beləliklə, bu qərarlar bu baxımdan da qanunsuz və qüsurludur! 3. Məhkəmənin digər arqumenti ümumiyyətlə hüquqi deyil: “44. Bundan əlavə isə həmçinin məhkəmə qeyd edir ki, mülki iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçılar həmin yaşayış kompleksində yaşasalar da, bunlar həmin sakinlərin çox az sayda hissəsini təşkil etmişlər. Bunun əksinə olaraq kompleksin 400-ə yaxın sakinləri hazırda onlara Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən xidmətin göstərilməsindən məmnun qaldıqlarını və idarəçiliyin sonuncular tərəfindən davam etdirilməsini təkid etmişlər. Bu isə onu deməyə əsas verir ki, ümumi yığıncağın qərarı ilə müəyyən edilən hallar tam qanuni olmaqla sakinlərin çoxluğunun mənafeyinə uyğun həyata keçirilməkdədir.” Əvvəla, kimin azlıqda, kimin isə çoxluqda olduğunu məhkəmə dəqiq bilə bilməz. Hakimin bu yanaşması qərəzli olduğundan xəbər verir. Mənzil Məcəlləsinə görə çoxluğun iradəsi qanuna uyğun şəkildə keçirilmiş və rəsmiləşdirilmiş ümumi yığıncağın qərarında təsbit olunmalıdır. Belə qərar isə yoxdur. İdarəedici təşkilatın məhz ümumi yığıncaqda təyin edilməsi qanunda həmçinin ona görə nəzərdə tutulub ki, onun fəaliyyətinə nəzarət də kollektiv olsun. Əks halda, sahə mülkiyyətçiləri ondan narazı olduqda nə etməlidir? Bir-bir idarəedici təşkilata qarşı məhkəmədə iddia qaldırmalıdırlar? İdarəedici təşkilat da gəlib məhkəmədə deyəcək ki (bizim iş üzrə dediyi kimi), hamı razıdır işimizdən, bircə siz narazısız. Deməli, bu halda narazı olan sahə mülkiyyətçisi onunla fərdi bağlanmış müqaviləyə birtərəfli qaydada xitam da verə bilməz? Digər tərəfdən, elə məhkəmə prosesində cavabdehlərə guya dəstək verən mənzil mülkiyyətçiləri belə məsələnin mahiyyətindən bixəbər olduqlarını nümayiş etdirdilər. Belə ki, məsələn qətnamənin 14-cü bəndində birinci iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X53 iclasda verdiyi ifadə qeyd olunub. Lakin tam şəkildə yox. Belə ki, iddiaçıların vəkili Nümayəndə1 Hüseynovaya iki sual verdi, xanım da onlara cavab verdi. Amma hakim bir daha qərzəliliyini göstərərək qətnamədə bu məqamı əks etdirməyib. Belə ki, birinci sual ondan ibarət idi ki, konkret olaraq Hüseynovanın yaşadığı bloku hansı cavabdeh idarə edir. Hüseynova cavab verdi ki, bilmir. İkinci sual isə ondan ibarət idi ki, cavabdehlər binanın idarə olunması ilə bağlı hesabat verirmi. Hüseynova cavab verdi ki, xeyr, vermir. Bir sözlə, hətta məhkəməyə cavabdehlərə dəstək olmaq üçün gəlmiş mənzil mülkiyyətçisi cavabdehlərin binanı qanunsuz idarə etmələrini faktiki təsdiqlədi. Amma qətnamədə bu məqam öz əksini tapmayıb. 4. Məhkəmənin ən təəccüblü arqumenti isə budur: “45. İş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçılar tələblərini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər.” Əslində, iddiaçıların vəkili Nümayəndə1 təlbələrini əsaslandıran yazılı izahatı təqdim etmişdi. Orada bütün sübutlar var və bu şikayətdə də öz əksini tapıb. Sadəcə hakim həmin sübutları görmək istəmədi. Çünki aşkar qərəzli idi. 5. Cavabdeh1 MMC-nin İddiaçı12 qarşı tələbi ilə bağlı məhkəmənin mövqeyi də qanunsuz və aşkar qərəzlidir: “66. Göründüyü kimi cavabdeh tərəfindən çoxmənzili binaya xidmətlərin göstərilməsinə dair 01 avqust 2014-cü il tarixdə “Kommunal xidmətlərin göstərilməsi haqqında” müqavilə imzalanmış, lakin sonradan iddiaçı tərəfindən ödənişlər həyata keçirməmişdir. 67. Cavabdeh xx.xx.2016-cı ilə qədər kommunal ödənişləri etmiş, bundan sonra isə ödənişlərin edilməsini dayandırmışdır. 68. Odur ki, bir halda ki, iddiaçı tərəfindən faktiki xidmətlər göstərilmiş və binanın digər sakinləri kimi cavabdeh də həmin xidmətlərdən yararlanmışdır, belə olan halda həmin xidmətlərin haqqını ödəməli, lakin xx.xx.2020-ci ilədək yaranmış borcun tələb etmə müddəti keçdiyindən eləcə də iddia müddəti tətbiq edilməklə yalnız xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək hesablanmış 1908 manat məbləğində borc tutulmalıdır. 74. Məhkəmə iddia tələbinin “çoxmənzili binanın sakinləri tərəfindən 2023-cü ilin yanvar və fevral ayları üzrə qəbul edilmiş qərarlara müvafiq olaraq, xidmət haqqı məbləğinin hər bir kv.m üçün 0.40 manat müəyyən edildiyindən, yeni tariflərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır. 75. Belə ki, cavabdehi iradəsinə zidd olaraq onun üzərinə müqavilə bağlanması öhdəliyinin qoyulması mülki qanunvericiliyin müqavilələr azadlığı prinsipinə uyğun deyildir”. Əvvəla, qeyd edildiyi kmi, Cavabdeh1 MMC binanı qanunsuz idarə edir. Buna görə də, heç bir ödəniş tələb edə bilməz. Digər tərəfdən, qətnamədəki “bir halda ki, iddiaçı tərəfindən faktiki xidmətlər göstərilmiş və binanın digər sakinləri kimi cavabdeh də həmin xidmətlərdən yararlanmışdır” ifadəsinin heç bir sübutu yoxdur. Cavabdehlər ümumiyyətlə xidmət göstərmələri və həmin xidmətlərə görə qiymətin hansı əsasla formalaşdığı haqda heç bir sübut təqdim etməyiblər. Vergi hesabatlarını təqdim etməkdən belə yayındılar. Hakim də həmin hesabatların əldə edilməsinə dair sorğunun verilməsi haqda iddiaçıların vəsatətini təmin etməmiṣdir. Cavabdehlər özlərini idarəedici təşkilat hesab etsə də, Mənzil Məcəlləsinin 142.13-cü maddəsinə zidd olaraq sahə mülkiyyətçilərinə heç bir hesabat da təqdim etməyib. Məhkəməyə də həmin hesabatların təqdim etmədi. Qətnamədəki “yalnız xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək hesablanmış 1908 manat məbləğində borc tutulmalıdır” ifadəsi isə hakimin qərəzli olmasını bir daha təsdiq edir. Çünki qətnamənin 42-43-cü bəndlərində məhkəmə cavabdehlərin binanı guya qanuni idarə etmələrini xx.xx.2023-cü il tarixdə guya keçirilmiş ümumi yığıncağın qərarı ilə əsaslandırır. Deməli, ən azı həmin tarixədək cavabdehlər binanı qanunsuz idarə edib və ondan əvvəlki dövr üzrə ödəniş tələb edə bilməzlər. Bu barədə birmənalı mövqe Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2430/2023 saylı Qərarının (analoji iş üzrə) 65- 71-ci bəndlərində təsbit olunmuş, o cümlədən vurğulanmışdır: “iddiaçının yalnız qanuni hüquq və mənafelərinin məhkəmə müdafiəsinə təminat verilir, iddiaçının hüququ olduğunu ehtimal etdiyi və pozulduğuna istinad etdiyi, lakin qanuni əsası olmayan tələblərin məhkəmə tərəfindən təmin edilməsi istisna edilir”. Nəhayət, İddiaçı12 münasibətdə Cavabdeh1 MMC ilə müqavilənin bağlanması tələbinin təmin olunmaması hakimin qanunsuz və qərəzli qətnamə çıxardığını dolayısı ilə təsdiq edir. Çünki cavabdehlər həqiqətən də binanı qanuni idarə edirlərsə, mənzil mülkiyyətçiləri onlarla müqavilə bağlamalıdır. Belə ki, Mənzil Məcəlləsinin 142.1-ci maddəsində deyilir: “Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzili binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır”. 6. Hakimin qərəzli olmasına ən bariz nümunə guya iddia tələbinə aidiyyəti olmadığı üçün vəsatətin təmin olunmamasıdır. Vəsatətdə aşağıdakıların təqdim olunmasını istəmişlər: Cavabdehlərin nizamnaməsi və kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışları təqdim olunmalıdır. Ən azı hüquq subyekti kimi onların hüquq qabiliyyəti və təmsilçilik məsələsini müəyyən etmək üçün; bütün ilər üzrə cavabdehlərin illik və rüblük vergi hesabatları. Belə ki, cavabdehlər iddia edir ki, binanın sahə mülkiyyətçilərinin əksəriyyəti onlara xidmət haqqı ödəyir. Bunun müqabilində də guya binaya xidmət edirlər. Deməli, bütün bu gəlir və xərclər onların vergi orqanına təqdim etdikləri ilik və rüblük hesabatlarda (bəyannamələrdə) əks olunub. Bunların həqiqətə uyğun olmasını müəyyən etmək üçün binaya xidmət etdiyi bütün illər üzrə illik və rüblük hesabatlar təqdim olunmalıdır. Binanın ümumi mülkiyyətdə olan sahələrinin (ümumi əmlakın) siyahısı. Cavabdehlər binanın idarəçi təşkilatı olduqlarını iddia edirlər. Deməli, binanın ümumi mülkiyyətdə olan sahələrini (ümumi əmlakı) idarə edir. Lakin həmin sahələrin nədən ibarət olduğunu cavabdehlər heç yerdə qeyd etmir. Halbuki, idarəçi ilk növbədə səlahiyyəti hüdudlarını vurğulamalıdır. Mənzil Məcəlləsinin 35-ci maddəsində ümumi əmlakın dairəsi təsbit edilib. Məcəllənin 142.3.1-ci maddəsinə əsasən barəsində idarəetmənin həyata keçirildiyi çoxmənzili binanın ümumi əmlakının tərkibi çoxmənzili binanın idarə edilməsi müqaviləsində təsbit olunmalıdır. Konkret olaraq binada bu hansı əmlakdır? Liftlər, çardaq, zirzəmi, torpaq sahəsi (o cümlədən avtodayanacaq üzrə) və s.? Nə? Cavabdeh nəinki onları sadalamalı, həmçinin həmin əmlaka dair təsdiqedici (hüquq müəyyənedici) sənədləri təqdim etməlidir. Məsələn, zirzəmi, çardaq və torpaq sahəsində dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışları və s. Əks halda, sual yaranır ki, nəyi idarə edir, nəyə görə pul yığır və pul tələb edir və s.? Yekunda cavabdehlər qeyd edilən sənədləri təqdim etmədiyi təqdirdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (Dövlət Vergi Xidmətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə) sorğu verilərək cavabdehlərin müvafiq hesabatlarının (bəyannamələrinin) və binanın ümumi əmlakına dair sənədlərin təqdim edilməsini xahiş etmişdik. Lakin hakim vəsatəti təmin etmədi. Bununla iş üçün mühüm olan sübutların toplanılmasına mane oldu. Yəni cavabdehlərin hüquq qabiliyyətinin, binada fəaliyyət predmetinin (hüdudlarının) və real fəaliyyətinin həcminin (yığdığı ödənişlərin) müəyyən olunmasına imkan vermədi. Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində vurğulanır: “Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.” 31-ci maddəsinin İİ hissəsində deyilir: “Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” 33cü maddəsinin İİ hissəsində isə qeyd olunur: “Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.” Konstitusiyanın sözügedən müddəaları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Qanunla nəzərdə tutulmuş hüquqi əsası olmadan cavabdehlər binanı idarə edərək, faktiki olaraq, onu zəbt edərək iddiaçıların həm təkbaşına mülkiyyətində olan mənzilərindən istifadə hüququnu, həm də ümumi mülkiyyətində olan bina sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarını pozmuşdur. Lakin qətnamədə ümumiyyətlə iddiaçıların mülkiyyət hüququnun pozulmasına qiymət verilməmişdir. Mənzil Məcəlləsinin 43-cü maddəsinə görə çoxmənzilibinanın idarəetmə orqanı binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır. Onun səlahiyyətlərinə aşağıdakılar aiddir: çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzili binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; -çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; - çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; - çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; -MM ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı bir dəfə də olsun qanunvericiliyə uyğun çağırılmayıb və keçirilməyib. Mənzil Məcəlləsinin 141-ci maddəsinə əsasən çoxmənzili binanın sahə mülkiyyətçiləri ümumi yığıncağı binanın aşağıdakı idarə edilməsi üsularından birini seçməyə borcludur: -binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; - idarəedici təşkilat tərəfindən idarə edilmə. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzili binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bir il ərzində çoxmənzili binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi AR Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 128 saylı Qərarı ilə təsdiq edilmiş “Çoxmənzili binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”na uyğun olaraq idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bina üzrə bu üsul indiyədək müəyyən olunmayıb. Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə əsasən çoxmənzili binanın idarə edilməsi AR Nazirlər Kabineti müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Çoxmənzili binanın idarə edilməsi müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır. Göstərilən qaydanı pozmaqla çoxmənzili binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. MMnin 142-ci maddəsinə əsasən çoxmənzilibinanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə idarəetmə müqaviləsi bağlanılır. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsində başqa hal müəyyən edilməyibsə, idarəedici təşkilat hər il cari ilin birinci rübü ərzində çoxmənzili binanın sahə mülkiyyətçilərinə ötən il üzrə binanın idarə edilməsi müqaviləsinin yerinə yetirilməsi haqqında hesabat təqdim edir. Bina üzrə nə belə müqavilə bağlanıb, nə idarəedici təşkilat seçilib, nə də kimsə sakinlərə (sahə mülkiyyətçilərinə) hesabat təqdim edir. Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzilərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzilərarası piləkən meydançaları, piləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşılaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və MM və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzili binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. MM-nin 140.3-cü maddəsinə əsasən əgər çoxmənzili binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar AR Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Binanın sahə mülkiyyətçiləri, o cümlədən iddiaçılar faktiki olaraq mülkiyyəti üzrə qanuna uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirə bilmir. Bu hüquqları cavabdehlər mənimsəyib. O cümlədən binanın saxlanması haqqını da özbaşına müəyyən edərək “kommunal haqq” adı ilə sahə mülkiyyətçilərindən tutur. Mülki Məcəllənin 152.5-ci maddəsində deyilir: “Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın”. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdehlərin hərəkətləri iddiaçıların mülkiyyət hüququna qanunsuz müdaxilədir, mülkiyyətə qəsd və maneələrdir. Cavabdehlərin bəzi sahə mülkiyyətçiləri ilə bağladığı müqavilələr etibarsızdır. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 226-237-ci maddələrinə görə isə yaşayış binasının idarə edilməsi qaydası kifayət qədər dolğun əksini tapmışdır. Bütün səlahiyyətlər ümumi yığıncağa mənsubdur. Bundan başqa, Mülki Məcəllənin 355.1ci maddəsinə əsasən belə müqavilə üçüncü şəxsin razılığından asılı olan əqddir. Bu da ümumi yığıncaqdır. Məcəllənin 236.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı öz adından iddia qaldıra və icranı tələb edə bilər, əşyanın olduğu yer üzrə cavabdeh ola bilər. Ona görə də qətnamənin tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddiaçıların iddia tələbinin təmin edilməsi, Cavabdeh1 MMC-nin iddia tələbinin isə rədd olunması, Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilov barədə xüsusi qərardad çıxarılması xahiş edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar X51, İddiaçı32, İddiaçı13, İddiaçı12, İddiaçı40, İddiaçı20 və İddiaçı22 nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçılar nümayəndələri (vəkil) Nümayəndə1 izahatını təsdiq edib iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahatlar vermişlər. İddiaçılar X51, İddiaçı32, İddiaçı13, İddiaçı12, İddiaçı40, İddiaçı20 və İddiaçı22 nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəmə kollegiyasına təqdim etdiyi izahatında göstərmişdir ki, aparılmış araşdırma apellyasiya şikayətinin dəlillərini tam təsdiqlədi. Cavabdehlər binanı qanunsuz olaraq idarə edirlər. Guya keçirilmiş ümumi yığıncaq (əgər keçirilbsə, halbuki, bunun özü və imzaların həqiqiliyi də sual altındadır) tərəfindən qəbul edilmiş qərarlar ən yaxşı halda etibarsız əqd, əslində isə ümumiyyətlə bağlanmamış əqddir. Məhkəmənin sorğuları əsasında əldə edilmiş sənədlər isə cavabdehlərin ən yaxşı halda yalançı, ən pis halda isə vergidən yayınan şəxslər olduğuna dəlalət edir. Belə ki, istismar aktından görünür ki, binanın mənzillərinin ümumi sahəsi 78388,33 kv.m. təşkil edir. Məlum olduğu kimi, cavabdehlər tərəfindən binada mənzil sahəsinə görə 0,25 və ya 0,40 manat (bunun özü də qanunsuzdur və bu barədə mövqeyləri məhkəmənin diqqətinə çatırılıb, amma indi əsas bu məqam deyil). Əksəriyyətdən 0,40 manat tələb olunur, çünki köçürülmə yolu ilə mənzil almışların sayı maksimum 50 nəfərdir, yəni 566 mənzildən yalnız 50 mənzil (heç 10 faiz deyil). Buna görə də lap ortalama 0,35 manatdan hesablansa (əslində, 0,35 yox, daha yuxarı məbləğ olmalıdır, çünki cəmi 10 faizə yaxın mənzildən 0,25 manat yığılır, qalanlarından isə 0,40 manat, amma tutaq ki!). Bu o deməkdir ki, hər ay 27.435,91 manat yığımalıdır. İl ərzində bu, 32.9231 manat etməlidir. İstismar aktından görünür ki, 1-2-ci mərtəbələrdəki qeyri-yaşayış sahələri 8.600 (4300+4300) kv.m., zirzəmidəki 2 səviyyəli qaraj sahəsi isə 22.382 kv.m. təşkil edir. Cəmi 30.982 kv.m. Cavabdehlərin təqdim etdiyi qərarda həmin sahələrdən nə qədər yığıldığı təsbit olunmayıb, halbuki, Mənzil Məcəlləsinə görə yığılmalıdır (cavabdehlər özləri deyir ki, qarajların da mülkiyyətçisi var). Bununla da təqdim etdikləri qərar bu müstəvidə də ən azı natamadır. Tutaq ki, onlardan minimal məbləğ, yəni 0,25 manat yığılmalıdır. Bu da edir ayda 7.745,5 manat, ildə isə 92.946 manat. Beləliklə, cavabdehlər birlikdə ildə ən azı (ən mühafizəkar hesablamaya görə) 42.2177 manat yığmalıdırlar. İndi isə gəlin baxaq görək cavabdehlərin vergi bəyannamələrinə görə onlar ildə nə qədər gəlir əldə edir. Cavabdeh1 MMC 2022-ci il (manatla) İ rüb İİ rüb İİİ rüb İV rüb cəmi 31.165,02 30.607,56 29.892,81 33.216,40 12.4881,79 2023-cü il (manatla) 31.927,26 33.216,72 33.014,79 33.609,09 131.767,86 2024-cü il (manatla) 35.166,12 32.684,12 35.930,53 35.109,97 138.890,74 Cavabdeh2 MMC 2022-ci il (manatla) İ rüb İİ rüb İİİ rüb İV rüb cəmi 27.613,92 25.546,05 27.534,11 28.120,02 10.8814,10 2023-cü il (manatla) 29.343,51 28.832,58 30.333,78 28.897,50 117.407,37 2024-cü il (manatla) 30.560,52 34.162,69 32.580,86 33.743,74 131.047,81. Beləliklə, hər iki cavabdeh birgə sahə mülkiyyətçilərindən aşağıdakı məbləğləri toplamışlar: 2022-ci ildə – 233.695,89 manat; 2023-cü ildə – 249.175,23 manat; 2024-cü ildə – 269.938,55 manat. Bu rəqəmlər, əvvəla, onu göstərir ki, cavabdehlər Mənzil Məcəlləsinin tələbinə zidd olaraq bir binanı birgə idarə edərək (bir biznesi iki yerə bölərək) vergidən yayınmaq niyyətini güdürlər. Çünki Vergi Məcəlləsinin 55.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 13.2.69-cu maddəsinə görə vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə görə isə vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Cavabdehlər də məhz vergi üstünlüyü əldə etmək, yəni ƏDV-dən yayınmaq məqsədini güdür. Buna görə də məhkəmədən xahiş olunur ki, cavabdehlər barədə xüsusi qərardad çıxararaq prokurora xəbər verilsin. Əks halda, məhkəmə bu qanunsuzluğu sanki leqallaşdırmış olacaq və analoji pozuntulara qapı açaraq təhlükəli presedent yaradacaq. Digər tərəfdən isə, yuxarıda qeyd etdikləri kimi, cavabdehlər binada birgə ildə ən azı 422.177 manat toplamalıdırlar. Yəni hətta ayrı-ayrılıqda belə hər birinin illik gəliri 200.000 manatı ötməli və hər biri ƏDV ödəyicisi olmalıdır. Bu isə iki şeydən birindən xəbər verir: 1) ya cavabdehlər gəlirlərini gizlədir və bununla nəinki ƏDV-dən, həmçinin gəlir (mənfəət) vergisindən də yayınırlar; 2) ya da həqiqətən də onların gəliri bəyannamələrdə göstərildiyi kimidir. Bu isə o deməkdir ki, onlar ən yaxşı halda yığılmalı məbləğin 2022-ci ildə cəmi 55%-ni, 2023-cü ildə cəmi 59%-ni, 2024-cü ildə isə cəmi 63%-ni toplayıblar. Bu isə o deməkdir ki, cavabdehlər həmçinin yalançıdırlar. Əvvəla, belə çıxır ki, sahə mülkiyyətçilərinin xeyli hissəsi onlara ödəniş etmir, halbuki, onlar daim deyir ki, guya iddiaçılardan başqa hamı onların fəaliyyətindən razıdır. Digər tərəfdən, özlərini orada qanuni idarəçi hesab edirlərsə, niyə ödəniş etməyənlərə qarşı iddia qaldırmır və bununla da ödəniş edənlərin haqqına girirlər? Digər tərəfdən, rəqəmlər göstərir ki, cavabdehlər məhz onlar iddia verəndən sonra daha çox pul yığmağa başlayıblar, halbuki, deyirdilər ki, guya bunadək hamı ödəyirdi, məhz onların etirazları və iddiaları nəticəsində gəlirləri azalıb? Nəhayət, ortaya başqa vacib sual çıxır: orta hesabla ən azı 40% ödəniş toplaya bilməyərək cavabdehlər iddia edir ki, binanı əla saxlayır və idarə edirlər. Axı necə? Nəyin hesabına? Yığılan vəsait kifayət edirsə, belə çıxır ki, onların tarifləri həddən artıq yüksəkdir (yeri gəlmişkən, bu məhkəmə prosesində cavabdehlər nə xərclərini sübut etdi, nə də tariflərini büdcə/smeta ilə əsaslandırdı, ümumiyyətlə normal hesabat təqdim etmədilər) və faktiki olaraq ödəniş edənlərin hesabına ödəniş etməyənlərə imtiyaz veriblər. Niyə? Əslində isə bu sualların bir cavabı var. Cavabdehlər binanı qanunsuz idarə edirlər və bunu bilirlər. Buna görə də etirazlaradək heç bir sahə mülkiyyətçisinə qarşı indiyədək ödəniş etmədiyinə görə iddia qaldırmayıblar. Kimdən nə ala biliblərsə alıblar, bir hissəsini binaya sərf ediblər, qalanını isə Allah bilir hara, çünki hesabat-filan da verməyiblər. Buna görə də hesab edirik ki, apellyasiya şikayəti təmin olunmalı, cavabdehlər barəsində və birinci instansiya məhkəməsinin hakimi barədə isə həmçinin xüsusi qərardadlar çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı12 nümayəndəsi (vəkili) Nümayəndə4 apellyasiya şikayətini müdafiə edib, izahatında göstərmişdir ki, cavabdehlər müqavilədə yazılan bəzi xidmətləri həyata keçirmirlər. Bununla bağlı sübutlar məhkəməyə təqdim edilmişdir. Həyət və bloklar təmizlənmir, binanın 24 saat fasiləsiz mühafizəsi həyata keçirilmir, istəyən binaya girib-çıxır, istəyən maşınlarını saxlayır, birinci mərtəbənin şüşələri sınıqdır, məişət tullantılarının daşınması normal həyata keçirilmədiyindən şəxs tamamilə narazı olduğundan zibillərini özü atır. Su anbarının dezinfeksiyası ilə bağlı müraciətlərə baxmayaraq təmizlənməmişdir. Sadəcə son ilə dair müqavilə vardır, o da mübahisə məhkəməyə daşındıqdan sonra müqavilə bağlanmışdır. Bundan başqa, biz qarşı tərəfdən iddiaçıdan alınan pulların konkret olaraq hara xərcləndiyini əks etdirən hesabat tələb etdik, bizə isə özlərinin tərtib etdiyi qeyri-müəyyən hesabat təqdim etdilər. Digər tərəfdən, qarşı tərəfin pul tələb etməyə hüququ yoxdur. Bununla bağlı məhkəmə qərarını təqdim etmişdir. Yekun olaraq, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər MKS-3 MMC-nin və MKS-4 MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X319 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, onlar müəssisə olaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirirlər. Birinci instansiya məhkəməsinə təqdim etdikləri diskdə müşahidə kameralarının çəkdiyi təmizliklə bağlı görüntülər vardır. Bundan başqa, keçən məhkəmə iclasında qarşı tərəfin vəkili su çənlərinin təmizlənmədiyini, təmizlənsə belə iddia qaldırıldıqdan sonra təmizləndiyinə dair absurd bir ifadə səsləndirmişdi. İddiaçılarla olan məhkəmə mübahisəsi 2024-cü ilin mart ayından başlayıb, su çənlərinin təmizlənməsi ilə bağlı təqdim etdiyi sənədlər 2023-cü ilin yay aylarına aiddir. Bundan başqa, vəkil İddiaçı12 məişət tullantılarını özünün maşını ilə aparıb atdığını bildirmişdir. Bu da absurddur, çünkü Mübariz bəyin maşını ayda cəmi 2-3 dəfə istifadə olunur. Bununla bağlı məhkəməyə sübutlar da təqdim edə bilər, iddiaçı işə maşınla getmir, maşın həyətdə olur. Əgər maşın 10 gün yerindən tərpənmirsə, məişət tullantısını harda saxlayırlar? Bundan başqa, liftin fasilələri ilə bağlı iddialar oldu. Lift servisi ilə bağlı rəsmi müqavilələri vardır. Liftlə bağlı nasazlıqlar bir neçə saatlıq ola bilər, günlərlə ya da həftələrlə nasazlıq olmur. Nasazlıq olsa belə qapı-qapı düşüb pul yığılmayıb. Aylıq ödənişlər hesabına hər şey təmin edilib. Bundan başqa, təqaüdlə dolanan şəxslərə münasibətdə güzəştlər edilmişdir. Qalan hər kəsə qiymət eynidir, artım yoxdur. Məbləğlərin az olması sakinlərin maddi vəziyyətinə təsir etmir, əksinə onların vəziyyətinə təsir edir. Əgər kiminsə maddi imkanı pis olsaydı, gəlib ona yaxınlaşardılar, araşdırma edib ödənişlərdə güzəşt edə bilərdi. İddiaçılar onun müəssisələrinin binadan çıxarılmasını tələb edirlər. Bunun üçün sakinlər səs vermə təşkil etməli, müştərək cəmiyyət yaratmalıdırlar. Onların lehinə 400-ə yaxın mülkiyyətçi ərizə ilə müraciət etmişdir. Bu da binada yaşayanların onlardan razı olmasına dair ən böyük arqumentdir. Onun aldığı pula görə sakinlərə qəbz təqdim olunub, bu günə qədər o, bütün vergiləri ödəmişdir. Qeyd edilən qeyri-yaşayış sahələrinin sahibini axtarsa da, tapa bilmir. İddiaçılar özləri də deyirlər ki, həmin qeyri-yaşayış sahələri təmirsizdir. Binaya 100 nəfərə qədər köçürmə yolu gələnlər var. Bu da onun rəqəmlərinə böyük təsir edir. 38 nəfər iddiaçıdan səhv etmirsə 2 və ya 3 nəfər ödənişləri edir. Bunu hesablayan yoxdur. Niyə görə qonşu ödəməlidir, iddiaçılar ödəməli deyildir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər MKS-3 MMC-nin və MKS-4 MMC-nin nümayəndəsi (vəkili) X372 izahatında göstərmişdir ki, iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Bina sakinlərindən bir neçəsini çıxmaqla qalan bütün sakinlər keçmiş hərbçilərdir, onlar binanın idarəçiliyi və qiymət fərqlərindən narazıdırlar. İddiaçıların idarəetmə və məişət tullantıları ilə bağlı izahatları absurddur. Baxmayaraq ki, bəziləri ödənişləri etmir, yenə də onların məişət tullantıları da tərəflərindən götürülür və tullanılır. Digər tərəfdən, sakinlərin də bildirdiyi kimi həmin binalarda çoxlu sayda köçürülmüş ailələr yaşayır və həmin ailələrə dövlət tərəfindən aparılmış tədbirlər zamanı sökülən mənzillərlə bağlı onlara bu binalarda mənzillər verilmişdir. Əvvəlki dövrdə dövlət tərəfindən yerləşdirilmiş şəxslər dövlətə məxsus yerlərdə yaşayarkən xidmət haqqları ödəmirdilər. Hazırkı dövrdə görülən xidmətlərin haqqlarının ödənilməsi tələb edilir. Köçürülmüş şəxslər bu haqqlarla razılaşmadığından binanın sakinləri tərəfindən keçirilmiş ümumi yığıncaqda köçürülmüş sakinlərlə mənzillərin şəxsi sahibləri olan sakinlərin xidmət haqqlarında müəyyən fərqlər müəyyənləşdirilmişdir. Hazırda iddiaçılar tərəfindən belə bir iddianın verilməsinin məqsədi fərqlidir. Bundan başqa, həm iddiaçılara həm də digər sakinlərə bütün xidmətlər göstərilir: suyun verilməsi, işığın verilməsi, vətəndaşların ümumi istifadəsində olan yerlərin təmizlənməsi, məişət tullantılarının götürülməsi, hovuzun təmizlənməsi, həyətin və qarajın işıqlandırılması və s. Bəzi sakinlərin cavabdehlərin xidmətlərindən razı olmasına baxmayaraq, iddiaçılar binanın altındakı qarajların onlara verilməsini vəd verərək iddia qaldırmalarını niyyət ediblər. Halbuki, bu qarajların MTK-ya da, cavabdehlərə də aidiyyatı yoxdur. Vaxtı ilə bu qarajlar MTK tərəfindən digər sakinlərə və başqa vətəndaşlara satılmış, onların mülkiyyətindədir. Cavabdeh tərəfindən qarajlar, satılmır, kirayəyə və icarəyə verilmir. Hər il binanın ümumi istifadə yerləri və girişləri boyanır. Əgər sakinlər cavabdehlərin fəaliyyətini bəyənməsəydilər ümumi yığıncaq cavabdehlərin binadan çıxmasına dair qərar qəbul edərdi. Onda cavabdehlər də binanı təhvil verib çıxardılar. Müştərək cəmiyyətin yaradılması ilə bağlı sakinlər bildirişlər paylamış toplantı keçirməyi qərara alsalar da, bildirişlərin tərəflərə çatmasına baxmayaraq, yığışan şəxslərin hamısı hazırkı iddiaçılardan ibarət olmuşdur. Bununla bağlı məhkəməyə fotoşəkilləri təqdim edir. Həmin yığıncaqda sakinlərin 5%-nin iştirakı təmin edilməmişdir. Həmçinin, iddianı 39 nəfər verməsinə baxmayaraq, qətnamədən şikayət verən cəmi 7 nəfər olmuşdur. Görünür ki, əslində digərləri də idarəetmənin cavabdehlərdə olmasından narazı deyildir. İddiaçılar binanın idarəçiliyini əllərinə almaq və bundan öz mənfəətləri naminə istifadə etmək istəyirlər. Binanın digər sakinləri də bununla razılaşmırlar. 2012-ci il, 2016-cı il və 2023-cü ildə keçirilən ümumi yığıncağın qərarları da iş materiallarına əlavə edilmişdir. Binaların bölünməsi, artımlar, tariflərlə bağlı sakinlər öz münasibətlərini məhz bu qərarlarla bildirmişlər. İddiaçılar, həmçinin, həmin qərarlarda sakinlərin şəxsiyyət vəsiqələrinin məlumatları və reyestrdən çıxarışlarının məlumatlarının olmalı olduğunu bildirirdilər. Cavabdeh şirkətlər uzun illərdir ki, həmin binada fəaliyyət göstərir və İsa bəy oradakı bütün sakinləri, evlərin hansı sakinlərə məxsus olduğunu bilir və hər kəsi tanıyır. Buna görə də qərarlarda faktiki olaraq bu məlumatların göstərilməsinin mənası yox idi. Bundan başqa, bu qərarlar sakinlərin özləri tərəfindən qəbul edildiyindən həmin qərarlarda məlumatların göstərilməsini cavabdehlərdən tələb etmək absurddur. Bununla bağlı iradlarını qərarı qəbul edənlərə vermək lazım idi. Həmçinin, həmin qərarlar hazırda da qüvvədədir və nə məhkəmə nə də yığıncaq əsasında o qərarlar ləğv edilməmişdir. Onların iddiaçılardan birinə qarşı qaldırdıqları iddia ilə bağlı da onu qeyd edir ki, iddia təmin edilmişdir. Bundan başqa, kommunal xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında müqavilə vardır və cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirirlər. Əfsuslar olsun ki, sakinlərin bir çoxları iddia qaldırılandan sonra ödənişləri ödəməkdən yayınıblar. Keçən məhkəmə iclasında da sakinlərdən biri ödənişlərin bərabər olmadığını, onlara haqsızlıq edildiyini, digəri isə köçürülmüş sakin olduğu üçün ödənişin az olduğunu və yüksək məbləğ ödəməyə razı olduğunu bildirmişdir. Əgər haqsızlıq var idisə və bunu görürdülərsə az məbləğlə ödəniş etməzdilər. Cavabdehlərin göstərdikləri xidmət üçün aldıqları haqlar şişirdilmiş qiymətlər deyildir. Cavabdehlər yığılan məbləğdən həm vergini, həm işçilərinin əməkhaqqını, sosial hesablamaları və s. ödəyirlər. Müqavilə üzrə 2016-cı ildə və 2023-cü ilin fevral-mart ayları üçün ödənilməmiş məbləğlərlə bağlı tərəflərindən iddia qaldırılmışdır. Daha sonra iddia həcminin məbləği dəqiqləşdirilərək artırılmışdır. Məhkəmə iddianı qismən təmin etsə də, tərəflərindən apellyasiya şikayəti verilməmişdir. Onlar sakinlərlə bağlı mülayim yanaşsalarda, əfsuslar olsun ki, sakinlər onlara qarşı iddia qaldırmışdır. Bundan başqa, binanın xadimələri səhər saat 09:00-dan axşam saat 18:00-a qədər işləyirlər. Axşam 18:00-dan sonrakı tullantıları səhər yenidən işə başlayanda təmizləyirlər. Təqdim edilən fotoşəkillərlə bağlı onu qeyd edir ki, əgər bəhs etdikləri xidmətlər layiqincə yerinə yetirilməsəydi, iddiaçılar həmin fotoşəkilləri iddia ərizəsi ilə məhkəməyə veriləndə təqdim edərdilər. Lakin, fotoşəkillər məhkəmə baxışının gedişində təqdim edilib. Bu da onu göstərir ki, iddiaçıların özləri süni şəkildə tullantılar yaradaraq fotoşəkillər çəkmiş və təqdim etmişlər. Birinci instansiya məhkəməsində onlar yerli baxışın keçirilməsini təklif etmişlər. Hazırda da təklif edir ki, zəruridirsə yerli baxış təyin edilsin. Əgər göstərilən şəkillər doğru olsaydı və tullantılar belə olsaydı, cavabdehlər o binada xidmət göstərə bilməzdilər. İddiaçılar ümumi yığıncağı elə məhz küçədə keçirmişlər, bununla bağlı fotoşəkillər də vardır. 39 nəfər iddiaçı birinci instansiya məhkəməsinə müraciət etsə də, 7 nəfər qətnamədən apellyasiya şikayəti vermişdir. 32 nəfər qətnamə ilə faktiki olaraq razılaşıb və onların iddialarının rədd edilməsini qəbul edib. 7 nəfərin izahatlarına da diqqət yetirilsə vətəndaşların qəbul etdikləri qərarların müzakirəsindən irəli gəlir. Sakinlərin qəbul etdiyi qərarın şirkət olaraq onlara heç bir aidiyyəti yoxdur, ona görə ki, bu qərarı onlar qəbul etməmişlər. Sakinlər ümumi yığıncaq keçirib, bu yığıncağın nəticəsinə görə qəbul etdikləri qərar onlara təqdim edilib. Onlar da bu qərara müvafiq olaraq fəaliyyətlərini davam etdirmişlər. İddiaçıların nümayəndəsi göstərir ki, onlar vergidən yayınmış, binada iki müəssisə yaratmış, bu müəssisələrin yaradılması məqsədi əlavə dəyər vergisindən yayınmaq omuşdur. Müəssisəyə əlavə dəyər vergisinin ödənilməsi ilə bağlı hər hansı bildiriş gödərilsəydi, bununla bağlı vergi orqanı tədbir görüb onları məsuliyyətə cəlb edərdi. Digər tərəfdən çoxsaylı insanların vergi orqanına bununla bağlı müraciətləri də olmuş, yəqin ki, vergi orqanından onlara lazımi cavab da verilmişdir. Onlar yığılan pul hesabına binanın saxlanmasını təmin edir, ildə iki dəfə binanın birinci mərtəbəsindən tutmuş hər mərtəbəsinin divarlarını tam olaraq boyayır, yeniləyirlər. Binanın həyətində eyni zamanda müəyyən işlər aparılır. İddiaçıların nümayəndəsi göstərir ki, onlar məhkəməyə müraciət etdikdən sonra cavabdeh də ödəmələrlə bağlı iddia qaldırıb. Bu da tamamilə absurd iddiadır, əsassızdır. Onlar məhkəmədə iki şəxsə qarşı iddia qaldırdıqdan sonra iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmişlər. Digər şəxslərə qarşı iddia qaldırılmamasının səbəbi isə odur ki, onlar da insandırlar, maddi cəhətdən zəifdirlər, sonradan ödənişləri edirlər. Burda oturan iddiaçılar da ödənişləri etmirlər, etməmələrinin səbəbləri də bugünkü gün də məhkəmədə bu iddianı qaldırmaqdan irəli gəlir. Digər sakinlərin etdikləri ödəniş hesabına cavabdehlər binanın saxlanmasını təmin edir. Bu gün edilməsə belə, hesab edirlər ki, edilməyən ödənişlərlə bağlı tələbləri gələcəkdə irəli sürüləcəkdir. Hesab edirk ki, iddianın və apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Çünki həmin dəlillər sırf sakinlərin qəbul etdiyi qərar üzərində durur. Eyni zamanda həmin qərarın əhəmiyyətsiz əqd hesab edilməsi bağlı fikir irəli sürülsə də, bu tamamilə absurd fikirdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsi və apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılara və digər 3-cü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Maddə 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Maddə 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Maddə 46.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün həmin binanın sahə mülkiyyətçilərinin birgə əyani iştirakı) keçirilmədən qiyabi səsvermə - səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarlarının yazılı formada çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi yolu ilə keçirilə bilər. Maddə 46.2. Qərarları onların təqdim edilməsi tarixinədək təqdim edilmiş çoxmənzilli binanın sahə mülkiyyətçiləri qiyabi səsvermə yolu ilə keçirilən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında iştirak etmiş hesab edilirlər. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Maddə 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Maddə 141-1.1. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Maddə 141-1.2. Bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır. Maddə 141-1.3. Bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Maddə 142.1. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır. Maddə 142.2. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Maddə 142.3. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsində aşağıdakılar göstərilməlidir: 142.3.1. barəsində idarəetmənin həyata keçirildiyi çoxmənzilli binanın ümumi əmlakının tərkibi və həmin binanın ünvanı; 142.3.2. çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmət və işlərin siyahısı, bu siyahıya dəyişiklik edilməsi qaydası, habelə idarəedici təşkilatın göstərdiyi kommunal xidmətlərin siyahısı; 142.3.3. müqavilə qiymətinin, yaşayış sahəsinin saxlanması və təmirinə və idarəedici təşkilatın göstərdiyi kommunal xidmətlərə görə haqqın miqdarının müəyyənləşdirilməsi qaydası, habelə bu haqqın ödənilməsi qaydası; 142.3.4. idarəedici təşkilatın çoxmənzilli binanın idarə edilməsi müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət qaydası; 142.3.5. bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəalar. Maddə 142.4. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Maddə 142.5. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bir ildən az və beş ildən çox olmayan müddətə, bu Məcəllənin 141.6-cı maddəsində göstərilən halda isə bir ildən az və üç ildən çox olmayan müddətə bağlanılır. Maddə 142.6. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsi başa çatdıqda, onun xitamı haqqında tərəflərdən biri ərizə vermədikdə, bu müqavilənin qüvvədə olma müddəti onda nəzərdə tutulmuş müddətə və şərtlərlə uzadılmış hesab edilir. Maddə 142.7. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, idarəedici təşkilat həmin müqavilənin imzalandığı gündən etibarən otuz gündən gec olmayaraq onun icrasına başlamağa borcludur. Maddə 142.8. Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə dəyişiklik edilməsi və ya ona xitam verilməsi mülki qanunvericilikdə və müqavilədə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 142.10. İdarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə birinci iddia təmin edilmədiyindən, ikinci iddia qismən təmin edildiyindən və qətnamədən apellyasiya şikayəti verən birinci iddia üzrə iddiaçılar X51, İddiaçı32, İddiaçı13, İddiaçı12, İddiaçı40, İddiaçı20 və İddiaçı22 nümayəndəsi (vəkili) Nümayəndə1 qətnamənin tamamilə ləğv edilməsini, yeni qətnamə qəbul edilərək birinci iddiaçıların iddia tələbinin təmin olunması, ikinci iddiaçı Cavabdeh1 MMC-nin iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-348/2024 nömrəli qətnaməsi təmin edilməyən birinci iddia hissəsində və ikinci iddianın təmin edilən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kollegiya ilk növbədə qeyd edir ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanı olub, çoxmənzilli binanın idarə edilməsi üsulunu seçmək hüququna malikdir. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən yaşayış kompleksinin sahə mülkiyyətçilərinin qiyabi səsvermə formasında keçirilən ümumi yığıncağının nəticələrinə dair 28 fevral 2023-cü il tarixli qərarına əsasən, ünvan 3 ünvanda yerləşən yaşayış kompleksinin idarəedici təşkilat tərəfindən idarə edilməsinin müəyyən edilməsi, ünvan 3 ünvanda yerləşən yaşayış kompleksinin A, B, C, D, E və F saylı bloklarının idarə edilməsinin Cavabdeh1 MMC-yə, ünvan 3 ünvanda yerləşən yaşayış kompleksinin K, J, H və G saylı bloklarının idarə edilməsinin Cavabdeh2 MMC-yə həvalə olunması, çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə, eləcə də kommunal xidmətlərə görə aylıq haqqın köçürülmə yolu ilə mənzil almış mülkiyyətçilər üçün hər 1 kv.m mənzil sahəsinə görə 0.25 manat, digər mənzil mülkiyyətçiləri üçün hər bir kv.m mənzil sahəsinə görə 0.40 manat miqdarında müəyyən edilməsi, Cavabdeh1 MMC və Cavabdeh2 MMC arasında göstərilən şərtlərlə kommunal xidmətlərin göstərilməsi müqaviləsinin mülkiyyətçilərlə bağlanmasının təmin edilməsi qərara alınmışdır. Qərardan daha sonra müəyyən olunur ki, iclasın katibi X356 məlumat verərək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43, 44, 46-cı maddələrinə müvafiq olaraq, çoxmənzilli binanın sahə mükiyyətçilərinin ümumi yığıncağının keçirilməsinə dair verilmiş, binaların bütün girişlərində yerləşdirilmiş, xx.xx.2023-cü il tarixli elandan mülkiyyətçilərin çoxu ünvan 3 ünvanının B blokunun altında yerləşən idarəetmə həyata keçirilən qeyriyaşayış sahəsində qiyabi səsvermədə iştirak etməklə qəbul etdikləri qərarları imzalayaraq təqdim etdiklərini, mülkiyyətçilərdən A, B, C, D, E və F saylı bloklarda yaşayanlardan 294 mülkiyyətçidən 195 nəfəri, K, J, H və G saylı bloklarda yaşayanlardan 272 mülkiyyətçidən 158 nəfəri ünvan 3 ünvanda yerləşən yaşayış kompleksinin idarəedici təşkilat tərəfindən idarə edilməsinin qaydasının müəyyən edilməsinin; ünvan 3 ünvanda yerləşən yaşayış kompleksinin A, B, C, D, E və F saylı blokların idarə edilməsinin hazırda idarəedici təşkilat kimi fəaliyyət göstərən Cavabdeh1 MMC-yə həvalə olunmasının; ünvan 3 ünvanda yerləşən yaşayış kompleksinin K, J, H və G saylı blokların idarə edilməsinin hazırda idarəedici təşkilat kimi fəaliyyət göstərən Cavabdeh2 MMC-yə həvalə olunmasının; çoxmənzilli binanın idarəedilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə, eləcə də, kommunal xidmətlərə görə aylıq haqqın köçürülmə yolu ilə mənzil almış mülkiyyətçilər üçün hər 1 (bir) kv.m mənzil sahəsinə görə 0.25 manat, digər mənzil mülkiyyətçiləri üçün hər 1 (bir) kv.m sahəsinə görə 0.40 manat miqdarında müəyyən edilməsinin; Cavabdeh1 MMC və Cavabdeh2 MMC arasında göstərilən şərtlərlə kommunal xidmətlərin göstərilməsi müqaviləsinin bağlanması öhdəliyinin götürülməsinin lehinə səs verdiklərini, ümumi yığıncağın sədri Elşad Quliyev isə mülkiyyətçilərin səs vermə sayının 50%-dən yuxarı olduğunu bildirmişdir. Mülki işin materiallarında olan ərizələrdən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlardan və qərarlardan görünür ki, X169, X116, X31, X350, X82, X174, X32, X83, X175, X351, X352, X84, X54, X216, X292, X117, X55, X33, X176, X157, X293, X177, X16, X294, X178, X295, X81, X56, X353, X296, X17, X155 qızı, X118, X297, X18, X85, X354, X119, X120, X235, X179, X236, X180, X181, X25, X86, X355, X80, X467, X3, X182, X298, X237, X415, X356, X357, X81, X238, X121, X87, X358, İddiaçı33, X239, X19, X240, X359, X183, X241, X242, X184, X88, X89, X174, X90, X238, X333, X57, X185, X243, X2, X244, X91, X360, X361, X58, X245, X246, X299, X122, X123, X48, X124, X300, X362, X186, X247, X34, X301, X9, Əkbərova Dəfinə, X125, X35, X187, X6, X36, İddiaçı35 Oqtay oğlu, Ali Şimşek, X126, X302, X92, X363, X127, X128, X248, X129, X364, X249, X20, Musayev Rüfət, X365, X21, X188, X441, X250, X189, X251, X303, X252, X190, İzmayılova Sevinc, X415, X130, X59, X253, X131, X191, X132, X304, X416, X133, X28, X134, X192, X60, X61, X135, X62, X136, X63, X193, X64, X37, X366, Hüseynova Elmira, X82, X243, Əsədova Maral, X124, X254, Məmmədova Tamilla, X255, X93, X65, X357, X467, X301, X305, X250, X137, X194, X417, X138, X10, X306, X94, X256, X164, X27, X38, X49, X223, X22, X307, X39, X66, Əliyev Vahid, Əliyev Zamiq, Axundova (Şirəliyeva) Qəmər Afət qızı, X195, X257, X358, X95, X352, X254, X196, X59, X308, X107, X7, X92, X197, X67, X198, X246, X54, X139, X140, X96, X21, X239, X258, X40, X238, X259, X260, X97, X41, X138, X141, X42, X199, X4, Qaçay-zadə Hafiz Tofiq oğlu, X68, X200, X261, X303, X356, X294, X127, X201, X262, X23, X238, X81, X263, X190, X24, X367, X98, X264, X99, X20, X43, X260, X202, X199, X309, X310, X142, X5, X265, X244, X266, X203, X368, X117, X100, X143, X187, X242, X101, X204, Güzeloğulları Soner, X118, X189, X144, X145, X91, X205, X44, X206, X45, X131, X8, X146, X11, X147, X69, X135, X267, X102, X207, X311, X157, X311, X362, X148, X418, X176, X312, X255, X94, X103, X234, X12, X268, X39, X149, X46, X13, X193, X70, X208, X47, X71, X150, X269, X209, X299, X360, X210, X233, X419, X415, X245, X72, X180, X313, X73, X252, X302, X185, X305, X314, X114, X171, X81, X22, X349, X348, X235, X80, X211, X234, X169, X79, X113, X28, X104, X369, X74, X151, İgor Alaskerov, X152, X315, X316, X85, X370, X359, X317, X304, X153, X168, X182 və X202 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladıqları ərizələrdə hazırda Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən binanın mülkiyyətçiləri olduqlarını, binanın bir hissəsinin idarə olunmasının Cavabdeh1 MMC-yə, bir hissəsinin idarə olunmasının isə Cavabdeh2 MMC-yə həvalə edilməsini, binanın idarəedilməsi üsulunun onlar tərəflərindən seçilməsini bildirmişlər. Göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən yaşayış kompleksi olan binanın bir hissəsinin Cavabdeh1 MMC, bir hissəsinin isə Cavabdeh2 MMC tərəfindən idarə olunması, yaşayış kompleksində kommunal xidmətlərə görə aylıq haqqın köçürülmə yolu ilə mənzil almış mülkiyyətçilər üçün hər 1 (bir) kv.m mənzil sahəsinə görə 0.25 manat, digər mənzil mülkiyyətçiləri üçün hər 1 (bir) kv.m sahəsinə görə 0.40 manat miqdarında müəyyən edilməsi barədə qərarı yaşayış kompleksinin sahə mülkiyyətçilərinin səs çoxluğu ilə qiyabi səsvermə formasında keçirilən ümumi yığıncağında qəbul etmişlər. Bu isə birinci iddia ərizəsi üzrə iddiaçıların qeyd etdikləri kimi yaşayış kompleksinin qanunsuz deyil, çoxmənzilli binanın ümumi yığıncağının xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında qəbul edilmiş qərarı əsasında təsisçisi və qanuni nümayəndəsi eyni şəxs yəni, İ.K.Həsənov olan Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən idarə olunur. Belə ki, istinad olunan qərara əsasən 294 sakindən 195 nəfəri A,B,C,D,E,F blokundan, 272 sakindən 158 nəfəri isə K,J,H və K blokundan Cavabdeh1 MMC və Cavabdeh2 MMC-nin lehinə səs vermişlər. Qətnamədən apellyasiya şikayəti vermiş birinci iddia ərizəsi üzrə iddiaçılar qeyd olunan yaşayış kompleksində yerləşən mənzillərin mülkiyyətçiləri olsalar da bina mülkiyyətçilərinin az sayda hissəsini təşkil edirlər. Yaşayış kompleksinin 566 nəfərdən ibarət mülkiyyətçilərinin böyük əksəriyyəti isə onlara Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən göstərilən xidmətin keyfiyyətindən nəinki razıdırlar, hətta idarəçiliyin sonuncular tərəfindən davam etdirilməsini birinci instansiya məhkəməsinə təqdim etdikləri ərizələrində təkid etdiklərini bildirmişlər. Bu fakt isə ümumi yığıncağın qərarı ilə müəyyən edilən halların tam qanuni olmaqla yaşayış kompleksinin mülkiyyətçilərinin çoxluğunun iradə ifadəsinin nəticəsi olmaqla onların mənafeyinə uyğun həyata keçirilməsini təsdiq edir. Kollegiya qeyd edir ki, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.(MM-in 152.5., 153.4.-cü mad.) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). İddia tələblərində istinad etdikləri halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçılar yaşadıqları binanın Cavabdeh1 MMC və Cavabdeh2 MMC” tərəfindən qanunsuz olaraq idarə olunmasını, faktiki olaraq bir şəxs olan, iki hüquqi şəxs tərəfindən binanın idarə edilməsi mənfəət vergisinin ödənilməsindən yayınmaq və sadələşdirilmiş vergi ödəmək məqsədi güdməsini, bina üzrə idarəetmə üsulunun indiyədək müəyyən olunmadığını, mənzil mülkiyyətçiləri tərəfindən binanın cavabdehlərin idarəçiliyinə verilməsi haqda qərar qəbul edilmədiyini, buna görə də müqavilələrin etibarsız olmasını, cavabdehlərin binadakı fəaliyyətinin qanunsuz olması səbəbindən oradan çıxarılmaqla binanın idarəetməsindən kənarlaşdırılmalarını, cavabdehlərin hərəkətlərinin iddiaçıların mülkiyyət hüququna qanunsuz müdaxilə, mülkiyyətə qəsd və maneə olmasını bildirsələr də bu halları təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmiş, əksinə araşdırma zamanı yaşayış kompleksinin mülkiyyətçilərinin çoxluğunun iradə ifadəsinin nəticəsi olmaqla qəbul edilən qərarlar əsasında idarə olunması faktı öz təsdiqini tapmışdır. Kollegiya imzaların saxta olması, qərarı imza etmiş mənzil mülkiyyətçilərinin xeyli hissəsinin aldadılması, onlara vədlər verilməsi, qiyabi səsverməyə dair mənzil qanunvericiliyinin tələblərinin pozulması, bəzi sahə mülkiyyətçilərinin qərarlarının sonradan imzalanması, yekun qərarda saxtakarlıq edilməsi, ümumi yığıncağın əslində olmaması, çoxmənzili binanın yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilməsi, qərarın 2,3,4,5-ci bəndlərin qanunun tələbinə zidd olduğuna görə etibarsız olması, qərarın 5-ci bəndində Cavabdeh1 və Cavabdeh2 MMC arasında göstərilən şərtlərlə kommunal xidmətlərin göstərilməsi müqaviləsinin mülkiyyətçilərlə bağlanmasının təmin edilməsi qeyd edildiyindən burada yalnız kommunal xidmətlərin göstərilməsi müqaviləsinin bağlanmasından söhbət getməsi, müqavilənin adı natamam (yalnız kommunal xidmətlər) olduğu üçün qərarın 5-ci bəndi də qanuna zidd olmaqla hüquqi qüvvəsinin olmaması, qanunda nəzərdə tutulmuş hüquqi əsası olmadan cavabdehlər binanı idarə edərək, faktiki olaraq, onu zəbt edərək iddiaçıların həm təkbaşına mülkiyyətində olan mənzilərindən istifadə hüququnu, həm də ümumi mülkiyyətində olan bina sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarını pozmaları, binanın saxlanması haqqını da özbaşına müəyyən edərək “kommunal haqq” adı ilə sahə mülkiyyətçilərindən tutulması, cavabdehlərin bəzi sahə mülkiyyətçiləri ilə bağladıqları müqavilələrin etibarsız olması kimi dəlilləri, iddiaçıların nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarında istinad etdikləri eyni dəlillərlə bağlı qeyd edir ki, bu dəlillər mötəbər sübutlara söykənmədiyindən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səs çoxluğu ilə qəbul olunan ümumi yığıncağının qərarının etibarsız olması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Belə ki, mənzil qanunvericiliyinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verirlər. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aidir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə yetərsay yaranır və bu halda ümumi yığıncaq səlahiyyətli olur. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının Mənzil Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün həmin binanın sahə mülkiyyətçilərinin birgə əyani iştirakı) keçirilmədən qiyabi səsvermə - səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarlarının yazılı formada çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi yolu ilə keçirilə bilər. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın Mənzil Məcəlləsi ilə müəyyən edilmiş idarə edilməsi üsullarından birini seçməyə borcludurlar. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində binanın idarə edilmə üsulu seçilmədikdə və ya idarə edilmə üsulunun seçilməsi barədə qərar icra olunmadıqda, binanın yerləşdiyi ərazinin bələdiyyəsi sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, İddiaçı1 küçəsi, ev 7 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi səsvermə formasında keçirdikləri ümumi yığıncağının nəticələrinə dair 28 fevral 2023-cü il tarixli qərarı qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə əməl edilməklə qəbul edildiyindən, bu qərardan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hər hansı biri tərəfindən qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə şikayət verilmədiyindən, bu qərar binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburi qüvvəsini almışdır. Kollegiya apellyasiya şikayətinin “iddiaçıların tələbinə dair qətnamənin nəticə hissəsində “cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia tələbləri rədd edilsin”. yazılması ilə bağlı dəlilinə münasibət bildirib qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa mübahisələndirilən qətnamədən görünür ki, mülki iş üzrə tərəflərin bütün tələbləri ilə bağlı işə baxan birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmaqla hər bir tələbə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı12 qarşı “borcun tutulması və s.” tələbinə dair dəlilləri ilə bağlı qeyd edir ki, mənziltikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvlərinin yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi yaranır. Mülki işin sənədlərindən müəyyən olunur ki, yaşayış kompleksi idarəedici təşkilat qismində Cavabdeh1 tərəfindən idarə olunmaqla həmin binanın 16-cı mərtəbəsində yerləşən mənzilin mülkiyyətçisi olan İddiaçı12 idarəedicinin göstərdiyi xidmətlərdən istifadə etsə də, həmin xidmətlərin haqqını ödəməkdən imtina edir. Belə ki, tərəflər arasında 01 avqust 2014-cü il tarixdə “Kommunal xidmətlərin göstərilməsi haqqında” müqavilə imzalanmış, İddiaçı12 xx.xx.2016-cı ilə qədər kommunal ödənişləri etmiş, bundan sonra isə ödənişlərin edilməsini dayandırmışdır. Bu tələb üzrə iddiaçı tərəfindən faktiki xidmətlər göstərilmiş, binanın digər sakinləri kimi cavabdeh də həmin xidmətlərdən yararlandığından həmin xidmətlərin haqqını da ödəməlidir. İstinad olunanlara əsasən kollegiya hesab edir ki, xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək olan dövr üçün hesablanmış 1908 manat məbləğində borcun, cəriməyə görə 150 manat pul vəsaitinin İddiaçı12 Cavabdeh1 MMC-nin xeyrinə tutulmasına dair birnci instansiya məhkəməsinin gəldiyi nəticə də, qanuni və əsaslıdır, İddiaçı12 etirazının və apellyasiya şikayətinin dəlilləri onun bu ödəliklərinin icrasından azad edilməsi üçün əsas ola bilməz. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq birinci iddia tələblərini tam həcmdə təmin etməyib, ikinci iddia tələbini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də birinci iddia üzrə iddiaçılar tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Kollegiya birinci iddia üzrə iddiaçıların nümayəndəsinin cavabdehlər və birinci instansiya məhkəməsinin hakimi barədə xüsusi qərardad çıxarılmasına dair vəsatətinə münasibət bildirib qeyd edir ki, hazırkı iş üzrə xüsusi qərardadın qəbul edilməsi üçün prosessual əsaslar olmadığından bu barədə vəsatət təmin edilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçılar X51, İddiaçı32, İddiaçı13, İddiaçı12, İddiaçı40, İddiaçı20 və İddiaçı22 nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-348/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar