Məhkəmə qərarları › İş №2(103)-3962/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3962/2023

13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3962/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, e-2(003)- 854/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-3338/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin cavabdeh X4 qarşı “cari və qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış borc tələbi”nə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı 2604,8 manat məbləğində hesablanmış cari borc, 168,0 manat məbləğində itirilmiş qazın bərpası ilə əlaqədar dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 200,0 manat məbləğində xərc və 15,0 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2987,8 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh İB-yə ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, iddiaçıya məxsus **********00000 sayla qeydiyyata alınmış ünvanda abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 11712 kub metr dəymiş ziyan hesablanmışdır. xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, iddiaçıya məxsus **********00000 sayla qeydiyyata alınmış ünvanda sayğacın hesablama mexanizminin işləmədiyi müəyyən edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 6480 kub metr dəymiş ziyan hesablanmışdır. Abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna aktlar üzrə 2019-cu ilin yanvar ayında 2342,40 manat, 2021-ci ilin iyul ayında 1296,0 manat manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli və 30 iyul 2021-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və bu aktlar əsasında hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən həyət evi ona məxsusdur. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ***-**-** saylı “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Qeydiyyatsız evlər Ev 149 ünvanında yerləşən istixana Cavabdeh tərəfindən qazla təchiz olunmağa başlamışdır. Bağlanmış müqaviləyə əsasən abonentə Cavabdeh X1 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və iddiaçıya məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən qaz xəttinin üzərində G-6 markalı, ********* nömrəli qaz sayğacı quraşdırılmışdır. 2019-cu ildə Cavabdeh İddiaçı qarşı “cari və qanunsuz istifadə olunmuş qaz dəyərinin bərpası ilə əlaqədar hesablanmış borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 2605 manat məbləğində hesablanmış cari borcun və qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 2342,40 manat məbləğində borc olmaqla cəmi 4947 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-3338\2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş həmin iş üzrə cavabdeh İddiaçı 2604,8 manat məbləğində hesablanmış cari borc, 168 manat məbləğində itirilmiş qazın bərpası ilə əlaqədar dəymiş ziyan Cavabdeh istehsalar Birliyinə ödənilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə qərarından aydın şəkildə görünür ki, hazırkı iş üzrə Cavabdeh tərəfindən itirilimiş qaza görə tələb olunan 2342.40 manatın 2174.40 manat hissəsi sübuta yetirilməmiş, buna görə də iddia həmin hissədə təmin edilməmişdir. Lakin bu günə qədər həmin məbləğ borc olaraq onun öhdəliyində qalır. Bundan əlavə, 30 iyul 2021-ci il tarixdə cavabdeh orqanın əməkdaşları tərəfindən iddiaçının məlumatı və iştirakı olmadan sayğaca baxış keçirilməsi üçün açılıb aparılmış və bu günə qədər sayğac geri qaytarılmamışdır. İddiaçı buna görə dəfələrlə cavabdeh orqana müraciət etmişdir. Nəhayət 2022-ci ilin oktyabr ayında iddiaçıya 30 iyul 2021-ci il tarixli ******* saylı akt, 10 iyun 2021-ci il tarixli Qeyri əhali qaz sayğacının yoxlanılması haqqında akt və 30 iyul 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti cavabdeh tərəfindən təqdim edilmişdir. Həmin aktın surətinə baxış keçirərkən iddiaçıya bəlli olun ki, güya onun iştirakı ilə sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizmi işləmir və hava keçirir. Sayğac açılarkən iddiaçı iştirak etməməsinə baxmayaraq, aktda onun əvəzinə imza edilmişdir. Bundan əlavə, akt 30 iyul 2021-ci il tarixdə yazılsa da, qaz sayğacının yoxlanılması haqqında akt 10 iyun 2021-ci il tarixdə yəni sayğacı aparmazdan 20 gün öncə tərtib edilib. Bu isə bir daha həmin aktın və akt əsassında hesablanmış borcun qanunsuz və əsassız olmasını sübut edir. Həmçinin, sayğac ona məxsus həyətin çöl hissəsində quraşdırılıb. Həmin sayğacda texniki qüsur olsa belə, bu, onun təqsiri ucbatından ola bilməz. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, e-2(003)-854/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilərək, xx.xx.2019-cu il tarixli,0197539 saylı və xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında İddiaçı (abonent kodu: **********00000 olan sayğaca) hesablanmış 3470,4 manat məbləğində borcun silinməsi və iddianın qalan hissədə təmin edilməməsi, həmçinin 32,96 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3338/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi - hazırkı iş üzrə xx.xx.2019-cu il tarixli akt hissəsində preyudisial əhəmiyyət daşıyır. İşin məhkəmə iclasında araşdırılmış hallarından və iş materiallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında başqa mülki mübahisə olmuş və həmin mübahisə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3338/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi abonent İddiaçı məxsus qaz xətti üzrə tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt mübahisələndirilmiş və bu barədə yekun məhkəmə aktı qəbul edilmişdir. Həmin qətnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə hesablanmış 2342,4 manat borcun 2174,4 manatı silinmiş, 168 manat isə cavabdehdən tutulması qərara alınmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə yol verilməməklə yenidən sübut edilməsinə zərurət olmadığından İddiaçı **********00000 saylı abonent hesabına xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 2174,4 manat məbləğində borc silinməlidir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı həmçinin iddia tələbində xx.xx.2021- ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında ona hesablanmış 1296,0 manat borcun silinməsini xahiş etmişdir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1296,0 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının təqsiri sübut olunmadığından, habelə cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia həmin hissədə təmin edilərək, xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt ləğv edilərək, həmin akt əsasında iddiaçıya hesablanmış iddiaçının tələb etdiyi 1296,0 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə xərclərinə daxil olan ödənilməli olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddia qismən təmin edilməklə iddiaçıya xx.xx.2019-cu il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında hesablanmış borcdan 3470,4 (2342,4+1296,0 -168,0) manat silinməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.2, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnaməninn ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır, bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan başqa aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Həmçinin sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Lakin təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmamış, hakim təqdim edilmiş sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Qeyd edildiyi kimi iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə təmin edilmiş hissədə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu hal sübut etməkdən azad olmaq üçün əsasdır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında başqa mülki mübahisə olmuş və həmin mübahisə əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3338/2019 saylı, xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi qəbul edilmişdir ki, abonent İddiaçı məxsus qaz xətti üzrə tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt mübahisələndirilmiş və bu barədə yekun məhkəmə aktı qəbul edilmişdir. Həmin qətnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə hesablanmış 2342,4 manat borcun 2174,4 manatı silinmiş, 168 manat isə cavabdehdən tutulması qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə yol verilməməklə yenidən sübut edilməsinə zərurət olmadığından İddiaçı **********00000 saylı abonent hesabına xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 2174,4 manat məbləğində borc silinməlidir. Bundan başqa iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında iddiaçıya 1296,0 manat borc hesablanmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyator şikayətində iddiaçının qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma halının mövcud olmasının müəssisənin əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıqaşkar görünməsini qeyd etsə də, əvvəla iş materiallarında heç bir fotoşəkil mövcud deyildir, həmçinin də sözügedən aktla qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma halının mövcudduğu deyil, iddiaçıya məxsus **********00000 sayla qeydiyyata alınmış ünvanda sayğacın hesablama mexanizminin işləmədiyinin müəyyən edilməsi göstərilmişdir. Halbuki, apellyasiya şikayətində apelyator iddiaçının qaz sayğacının tam işlək vəziyyətdə olması və heç bir nasazlıqdan söz açıla bilməməsini göstərmişdir. Məhkəmə kollegiyası işin araşdırılmış halları üzrə sağyacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsirinin müəyyən olunmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1296,0 manat məblərində hesablanmasının ağlabatan mühakimə hesab etməsinə dair birinci instansiya məhkəməsininin qənaətini haqlı sayır və hesab edir ki, qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, onun qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş akt iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Belə ki, həmin aktın tərtib edilməsinə dövlət qurumlarının nümayəndələri cəlb edilməmiş, eləcə də qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktın bir nüsxəsi abonentə təqdim edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizanın keçirilməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, e-2(003)-854/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar