Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3964/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh MMCyə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Nəsimi RPİ 21-ci Polis Bölməsinə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-268/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Nəsimi RPİ 21-ci Polis Bölməsinə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdehndən, Nəsimi rayon İcra Hakimiyyətindən, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən maddi zərər üçün 36.500 manat, mənəvi zərər üçün 50.000 manat kompensasiya, dövlət rüsumu üçün 30 manat olmaqla, cəmi 86.530 manat pul vəsaitinin müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. Nəsimi rayon İcra Hakimiyyəti başçısının 02 fevral 2018-ci il tarixli 37 nömrəli sərəncamına əsasən həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh MMC-nin vəsaiti hesabına dəyəri ödənilərək alınırdı. Müqavilə öhdəliklərinə əsasən Cavabdeh MMC şirkəti mənzilin pulunu tam ödədikdən sonra mənzili MMC-yə təhvil verəcəkdilər. Lakin, 11 iyun 2019-cu il tarixdə MMC-nin, İcra Hakimiyyətinin nümayəndələri və Polis əməkdaşları əlbir olaraq məhkəmə qərarı olmadığı halda, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq mənzilinə daxil olmuşlar. Hadisə belə baş vermişdir ki, MMC-nin nümayəndələri onun evdən çıxmasını gözləyərək, qonşulara göz dağı vermək üçün evlərinə daxil olmuşlar. Onlar bu əməli o, qızı ilə Sədərək Ticarət Mərkəzinə getdiyi gün və həyat yoldaşı İİ qrup əlil olan epilepsiya xəstəlyindən əziyyət çəkən X3 evdə olduğu zaman baş vermişdir. Belə ki, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəyverdi müəllimin başçılığı, Cavabdeh MMC-nin direktoru İlqar Həsənovun və Azər Məmmədovun rəhbərliyi ilə, eyni zamanda Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının müşayiəti ilə qanunsuz olaraq, heç bir məntiqə sığmayan, dövlət məmuruna və Azərbaycan Polisinə yaraşmayan tərzdə evə daxil olmuşlar. Özünü dövlət məmuru adlandıran, Nəsimi rayon İcra Hakimiyyətində işləyən Bəyverdi müəllim kobud şəkildə qapını döyür, mənzilin qapısını həyat yoldaşı Ədalət Məmmədov açır və Bəyverdi müəllim sinəsi ilə həyat yoldaşını içəri itələyir və evə daxil olur. Bəyverdi müəllim və İlqar Həsənovun göstərişi və komandası ilə gətirdiyi 90dan artıq şəxs mənzilə daxil olur. Qeyd etmək lazımdır ki, həmin şəxslər sanki düşmən üzərinə hücüm ediblər. Həmin vəzifəli məmur, heç bir vəzifəsi olmayan, idmançı cüssəli şəxslərdən istifadə edərək, həyat yoldaşına təzyiq və təsir göstərərək mənzilinə qanunsuz yolla daxil olmaqları bir tərəfə, orada etdikləri qanunsuz əməlləri sözlə demək çox çətindir. Onun mənzilinin əşyaları qonşularının gözü qarşısında qapı və pəncərə sındıralaraq, çölə atılmışdır. Əşyalar çölə elə bir vəziyyətdə atılmışdır ki, tamamilə yararsız hala düşmüşdür. Evə qayıdanda qarşılaşdığı mənzərə ona çox pis təsir etmişdir. Yəni qarşılaşdığı səhnəni bu gün də dilə gətirib danışanda mənəvi iztirab keçirir. Hələ də həmin günün şokunu yaşayır. Həmin anın videogörüntüləri və fotolar da məhkəməyə təqdim olunur. Hesab edir ki, insanlara qarşı olunan əməllərin ağırlığı və bunu törətmiş şəxslərin cəzasız qalması gələcəkdə belə halların daha çox yaranmasına gətrib çıxaracaq. Evdən çölə atılmış əmlaklar və dağılmış evi təsəvvür etmək olmur. Çünki evdə əmlakların içərisində olan sənədlər, şəxsi istifadələrində olan əşyalar, mebellər və evdə olan qızıl-zinyət əşyaları yoxa çıxmış, gətirilmiş qoçular tərəfindən oğurlanmışdır. Axı bu vəhşiliyi etməyə onları nə sövq edirdi. Əgər o, həmin mənzildən çıxmırdısa, məhkəmə qərarı olmalı idi. Məhkəmə qərarı əsasında onun yaşadığı mənzil boşaldıla bilərdi. İkincisi, ona olan borc verildikdən sonra onsuz da o və ailəsi mənzili tərk edəcəkdilər. Həmin vaxtı gördüyü mənzərə ona çox pis təsir etdiyindən vəziyyəti ağırlaşmışdır. Təcili yardım çağırılmışdır. Lakin həmin vaxtı İlqar Həsənov elə bir şərait yaratmışdır ki, vətəndaşlara xidmət etməli olan qurumlar vətəndaşlardan kənar qaçırdı. Təcili yardım hadisə yerinə gəlməmişdir. Daxili İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan Polisi vətəndaşına sahib çıxmamışdır. Ona görə ki, törədilən qanunsuz əməllər vaxtı onlara polislər, yəni Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları kömək edirdi. Bəyverdi müəllimin və İlqar Həsənovun göstərişi ilə əmlakları kobud şəkildə pəncərədən atılmışdır. Normal şəkildə həmin əşyalar səliqə ilə həyətə çıxarılaraq yığıla bilərdi. Həyat yoldaşının cinayətkar kimi qolunu buraraq mənzildən çıxarmışlar. Qanunsuz əmələrini davam etdirmişlər. Hadisə vaxtı orda olan kürəkəni Emil Məmədzadəni qanunsuz olaraq bölmənin əməkdaşları saxlayır və onlardan sakit olmalarını, əmlakları yığışdırmalarını tələb edirlər ki, Emili buraxsınlar. Görün nə vəziyyətdir ki, Azərbaycan Polisi əsl qanunsuzluğa göz yumur, öz hüquqlarını müdafiə etmək istəyən günahsız insanı isə həbsə ataraq ailəsini təhdid edirlər. Həmin gün cavabdehlərin qanunsuz hərəkətləri səbəbi ilə o, öz əmlakından məhrum olmuşdur, ona və ailəsinə qarşı ağır cinayət törədilmişdir. Mənzildə yaşayanların, mülkiyyət sahibinin iradəsinə zidd olaraq mənzilə daxil olmuşlar və əmlakını darmadağın edərək yararsız hala gətirmişlər. Cavabdehlərin bu qanunsuz hərəkətləri səbəbi ilə aşağıda adı və qiyməti göstərilən əşyaları yararsız vəziyyətə düşmüş və onlara həmin əşyaların dəyəri qədər maddi zərər dəymişdir: 2 dəst yataq mebeli - 3000 AZN x 2 = 6000 AZN; 1 dəst stolova Rumıniya mebeli - 1000 AZN; divan, kreslo, stol-stul, televizor və televizor altı - 2000 AZN; 2 mərtəbəli uşaq yataq dəsti - 1500 AZN; 1 ədəd şamdanlı çilçıraq, 1 ədəd xurustal çilçıraq, 1 ədəd qədim xurustal çilçıraq - 1000 AZN; 3 dəst tül pərdə və dekoru - 1000 AZN; qızına məxsus 7000 manat dəyərində qızıl əşyaları (sırğa, üzük, boyunbağı və s); qızına məxsus bahalı ətirlər - 1000 AZN; qızına məxsus bahalı eynəklər - 1000 azn; bahalı geyim əşyaları və ayaqqabıları - 1000 AZN; çantalar və bahalı kostyumlar - 1500; uşaqların geyim əşyaları, qızının yoldaşının bahalı kostyumları - 5000 AZN; ona məxsus qutuda servizləri, təzə geyimləri və ayaqqabıları - 2000 AZN; 2 ədəd istifadə olunmamış paslanmaz samovar - 500 AZN; mətbəx mebeli və mətbəx ləvazımatları - 3000 AZN; 1 ədəd qədimi mis sac və qazan - 500 AZN; 3 ədəd bahalı xalçalar - 1500 AZN. Buradan məlum olduğu kimi, cavabdehlərin birgə qanunsuz hərəkəti ilə onlara vurulan maddi zərər yararsız vəziyyətə düşən əşyaların ümumi dəyəri həcmində, 36.500 manat məbləğində olub, həmin maddi zərərin cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edirlər. Bundan başqa, cavabdehlərin birgə qanunsuz hərəkətləri səbəbi ilə onlara mənəvi zərər də dəymişdir və həmin zərərin ödənilməsi üçün cavabdehlərdən müştərək qaydada 50.000 manat pulun tutularaq onlara ödənilməsi haqqında məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edirlər. Cavabdehlərin hərəkətləri nəticəsində onun halı pisləşmiş, eyni zamanda qonşularının gözü qarşısında onun şəxsiyyəti alçaldılmışdır. İddiaçıya mənəvi zərərin vurulması, məhkəməyə təqdim olunan videogörüntülərdə də açıq şəkildə görünür.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-268/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Ceyhun Tağıyev).
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, ünvan 3 ünvanda yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 02 fevral 2018-ci il tarixli 37 nömrəli sərəncamına əsasən həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən Cavabdeh MMC-nin vəsaiti hesabına dəyəri ödənilərək alınırdı. Müqavilə öhdəliklərinə əsasən Cavabdeh MMC şirkəti mənzilin pulunu tam ödədikdən sonra mənzili MMC-yə təhvil iddiaçı mənzili təhvil verəcəkdi. Lakin, 11 iyun 2019-cu il tarixində MMC-nin nümayəndələri, İcra Hakimiyyətinin nümayəndələri və Polis əməkdaşları əlbir olaraq məhkəmə qərarı olmadığı halda, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq mənzilə daxil olmuşlar. Hadisə belə baş vermişdir ki, MMC-nin nümayəndələri iddiaçının evdən çıxmağını gözləyərək, qonşulara göz dağı vermək üçün evə daxil olmuşlar. Onlar bu əməli iddiaçı qızı ilə Sədərək Ticarət Mərkəzinə getdiyi gün və həyat yoldaşı İİ qrup əlil olan eplepsiya xəstəlyindən əziyyət çəkən X3 evdə olduğu zaman baş vermişdir. Belə ki, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəyverdi müəllimin başçılığı, Cavabdeh MMC-nin direktoru İlqar Həsənovun və Azər Məmmədovun rəhbərliyi ilə, eyni zamanda Bakı şəhəri, Nəsimi rayonu, Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının müşayiəti ilə qanunsuz olaraq, heç bir məntiqə sığmayan, dövlət məmuruna və Azərbaycan Polisinə yaraşmayan tərzdə evə daxil olmuşlar. Özünü dövlət məmuru adlandıran, Nəsimi Rayon İcra Hakimiyyətində işləyən Bəyverdi müəllim kobud şəkildə qapını döymüş, mənzilin qapısını həyat yoldaşı Ədalət Məmmədov açmış və Bəyverdi müəllim sinəsi ilə həyat yoldaşını içəri itələmiş və evə daxil olmuşdur. Bəyverdi müəllim və İlqar Həsənovun göstərişi və komandası ilə gətirdiyi 90-dan artıq şəxs mənzilə daxil olmuşdur. Həmin vəzifəli məmur, heç bir vəzifəsi olmayan, idmançı cüssəli şəxslərdən istifadə edərək, həyat yoldaşına təzyiq və təsir göstərərək mənzilə qanunsuz yolla daxil olmaqları bir tərəfə, orada etdikləri qanunsuz əməlləri sözlə demək çox çətindir. Mənzilin əşyaları qonuşların gözü qarşısında qapı və pəncərə sındıralaraq, çölə atılmışdır. Əşyalar çölə elə bir vəziyyətdə atılmışdır ki, tamamilə yararsız hala düşmüşdür. Evdən çölə atılmış əmlaklar və dağılmış evi təsəvvür etmək olmur. Çünki evdə əmlakların içərisində olan sənədləri, şəxsi istifadədə olan əşyalar, mebellər və evdə olan qızıl-zinyət əşyaları yoxa çıxmış, oğurlanmışdır. Məhkəmə qərarı əsasında mənzil boşaldıla bilərdi. Bəyverdi müəllimin və İlqar Həsənovun göstərişi ilə əmlaklarım kobud şəkildə pəncərədən atılmışdır. Normal şəkildə həmin əşyalar səliqə ilə həyətə çıxarılaraq yığıla bilərdi. Həyat yoldaşınını cinayətkar kimi qolunu buraraq mənzildən çıxarmışlar. Qanunsuz əmələrini davam etdirmişlər. Hadisə vaxtı orda olan kürəkəni Emil Məmədzadəni qanunsuz olaraq bölmənin əməkdaşları saxlayır və sakit olmağını, əmlakları yığışdırmağını tələb edirlər ki, Emili buraxsınlar. Cavabdehlərin bu qanunsuz hərəkətləri səbəbi ilə aşağıda adı və qiyməti göstərilən əşyaları yararsız vəziyyətə düşmüş və həmin əşyaların dəyəri qədər maddi zərər dəymişdir: 2 dəst yataq mebeli – 3000 AZN x 2 = 6000 AZN; 1 dəst stolova Ruminya mebeli – 1000 AZN; divan, kreslo, stol-stul, televizor və televizor altı – 2000 AZN; 2 mərtəbəli uşaq yataq dəsti – 1500 AZN; 1 ədəd şamdamlı çılşıraq, 1 ədəd xurustal çılçıraq, 1 ədəd qədimi xurustal çılçıraq – 1000 AZN; 3 dəst tul pərdə və dekoru – 1000 AZN; qızıma məxsus 7000 manat dəyərində qızıl əşyaları (sırğa, üzük, boyunbağı və s); bahalı ətirlər – 1000 AZN; bahalı eynəklər – 1000 azn; bahalı geyim əşyaları və ayaqqabıları - 1000 AZN; çantalar və bahalı kostyumlar – 1500; uşaqların geyim əşyaları, bahalı kosyumlar – 5000 AZN; karopkada servizlərim, təzə geyimlərim və ayaqqabılarım - 2000 AZN; 2 ədəd istifadə olunmamış paslanmaz smovar – 500 AZN; mətbəx mebeli və mətbəx ləvazımatları – 3000 AZN; 1 ədəd qədimi mis sac və qazan – 500 AZN; 3 ədəd bahalı xalçalar – 1500 AZN; Buradan məlum olduğu kimi, Cavabdehlərin birgə qanunsuz hərəkəti ilə bizə vurulan maddi zərər yararsız vəziyyətə düşən əşyaların ümumi dəyəri həcmində, 36.500 (otuz altı min beş yüz) manat məbləğində olub, həmin maddi zərərin Cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. Bundan başqa cavabdehlərin birgə qanunsuz hərəkətləri səbəbi ilə bizə mənəvi zərər də dəymişdir və həmin zərərin ödənilməsi üçün cavabdehlərdən müştərək qaydada 50 000 manat pulun tutularaq ödənilməsi haqqında məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
7. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq o kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçının tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 14 mart 2019-cu il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Sahib Zeynalov küçəsi 19 saylı evin 63 saylı mənzilini 243.000 (iki yüz qırx üç min) manata X1.
11. Alğı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı 19 mart 2019-cu il tarixədək mənzili yardımçı vasitələr ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə alıcının faktiki sahibliyinə verməyi, 12-ci bəndinə əsasən isə həmin tarixədək qeydiyyatdan çıxmağı üzərinə götürmüşdür.
12. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 19 saylı evin 63 saylı mənzili xüsusi mülkiyyət kimi X4 adına qeydiyyata alınmışdır.
13. 26 iyul 2019-cu il tarixdə bağlanmış D2/AS005 saylı müqavilədən görünür ki, X7 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 19 saylı evin 63 saylı mənzilini sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verməyi, tikinti şirkəti isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında nəzərdə tutulmuş mənzili X5 təhvil verməyi öhdəsinə götürmüşdür. Apellyasiya baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:
17. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Hüquqi dəyərləndirmə:
22. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu Sahib Zeynalov küçəsi 19 saylı evin 63 saylı mənzili əvvəl İddiaçı mülkiyyətində olmuş və o, 14 mart 2019-cu il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən mülkiyyətini 243.000 (iki yüz qırx üç min) manata X1. xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən həmin mənzil xüsusi mülkiyyət kimi X4 adına qeydiyyata alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, X7 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Sahib Zeynalov küçəsi 19 saylı evin 63 saylı mənzilini sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verməyi, tikinti şirkəti isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında nəzərdə tutulmuş mənzili X5 təhvil verməyi öhdəsinə götürmələrinə dair 26 iyul 2019-cu il tarixdə D2/AS005 saylı müqavilə bağlanmışdır.
23. İddiaçı iddia tələbində və apellyasiya şikayətində 11 iyun 2019-cu il tarixdə MMC-nin, İcra Hakimiyyətinin nümayəndələri və polis əməkdaşları ilə əlbir olaraq məhkəmə qərarı olmadığı halda, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq mənzilinə daxil olmasını, həmin gün cavabdehlərin qanunsuz hərəkətləri səbəbi ilə onun öz əmlakından məhrum olmasını, ona və ailəsinə qarşı ağır cinayət törədilməsini, mənzildə yaşayanların, mülkiyyət sahibinin iradəsinə zidd olaraq mənzilə daxil olmasını və əmlakını darmadağın edərək yararsız hala gətirmələrini, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciətlər etməsini göstərmişdir.
24. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdikləri ilə eyni məzmunlu ərizə ilə 2019- 2020-ci illərdə hüquq-mühafizə orqanlarına müraciət etmiş, Bakı şəhəri Nəsimi RPİ 21-ci PBnin təhqiqatçısı İlkin Nəbizadənin 24 aprel 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
25. Kollegiya tərəflər arasında müqavilə münasibətləri olmadığından, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından, mübahisənin həllinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096.1, 1097.1, 1099, 1100-ci maddəsinə əsasən həll edilməli olmasına dair iddianın və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Başqa sözlə isə yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Ümumilikdə zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər.
26. Kollegiya vurğulayır ki, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir: - törədilmiş əməlin hüquqa zidd olması. Hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır. - törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması.
27. Belə ki, baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir. - Hüquqpozan şəxsin təqsirinin olması.
28. Beləliklə, Mülki Məcəllənin 21,1096, 1097.1-ci maddələrinin tələblərinə görə yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayılır.
29. Kollegiya məhkəmə araşdırması zamanı isə cavabdehlərin hərəkətləri nəticəsində ididaçıya zərər vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin (və ya şəxslərin) təqsirli olması kimi halların mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 02 fevral 2018-ci il tarixli 37 nömrəli sərəncamına əsasən hazırda həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililəri kimi ünvan 3 ünvanda yerləşən mənzilin də sökülməsi faktı baş vermişdir. İddiaçı söküntü vaxtı sözügedən mənzilin onun mülkiyyətində olmasını göstərsə də, müəyyən edilmişdir ki, mənzil xx.xx.2019-cu il tarixdən onun mülkiyyətindən alqısatqı müqaviləsinə əsasən çıxmış və həmin vaxtdan X4 mülkiyyəti hesab edilirdi (baxmayaraq ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış xx.xx.2019-cu il tarixlidir).
30. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbində və apellyasiya şikayətində göstərdiyini iddia etdiyi tarixdə baş vermiş hadisə vaxtı ünvan 5 ünvanda yerləşən mənzilin onun mülkiyyətində olması halı öz təsdiqini tapmamışdır.
31. Bundan başqa, kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, mənzilin həmin vaxt iddiaçının mülkiyyətində olmaması ilə yanaşı, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi əşyalarının çölə atılması kimi hallar iş materialları ilə sübuta yetirilmir.
32. Qeyd edilən apellyasiya şikayətinin dəlili bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
33. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir.
34. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
35. Kollegiya hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf iddia ərizəsində və apellyasiya şikayətində sadalanan əşyaların cavabdehlər tərəfindən yararsız hala salınması ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.
36. Kollegiya həmçinin hesab edir ki, iş materiallarında olan fotoşəkillər və birinci instansiya məhkəməsində icraat zamanı izahatı alınmış şahid ifadələrinin də iddianın əsaslı olmasını təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarında olan fotoşəkillərdə müəyyən əmlakların yaşayış evinin həyətində mövcudluğu əksini tapsa da, bu əşyaların məhz cavabdehlər tərəfindən ora yığılmasını təsdiq etmir. Həmçinin iddia tələbində adları sadalanmış əmlakların da təqdim edilmiş fotoşəkillərdə əks edilməməsi müşahidə edilir.
37. Birinci instansiya məhkəməsində icraat zamanı izahatları alınmış şahid ifadələrinə kollegiya qiymət verərək hesab edir ki, şahidlər iddiaçının əri və ailənin yaxın dostu olmaqla ifadələrində göstərdikləri işin digər sübutları ilə tamamlanmır. Kollegiya hesab edir ki, həm bu əsasa, həm də şahidlərin iddiaçı ilə yaxın və tanış münasibətlərində olmaqla işin gedişində maraqlı olmaları əsası ilə bu ifadələrin sübut əhəmiyyətləri olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Belə ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Halbuki, şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur (MPM-nin 62-ci və 104.1-ci maddələri).
38. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı mənzilini X2 günədək onun əşyalarına və mənzilinə cavabdeh tərəfindən hər hansı müdaxilə, təsir və s. edilməmişdir. Həmçinin, iddiaçı əşyalarının alğı-satqı müqaviləsi bağlanandan sonra həmin mənzildə qalmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəf mənzili özgəninkiləşdirilməsinə baxmayaraq orada yaşamaqda davam etməsinə və əşyalarının da orada qalmasını yeni mülkiyyətçi ilə razılaşdırdıqlarını göstərsə də, alğı-satqı müqaviləsinin şərtlərinə əsasən satıcı 19 mart 2019-cu il tarixədək mənzili yardımçı vasitələr ilə birlikdə bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin, iddiaçı tərəf alğı-satqı müqaviləsindən sonra yeni mülkiyyətçinin razılığı ilə xeyli müddət orada yaşamağına davam etməsinə dair sübutlar təqdim etməmişdir. İddiaçı tərəf daha sonra iddia tələbində göstərilən halların mövcudluğu olduğu təqdirdə belə dərhal, yəni, 2019-cu ilin iyun ayında məhkəmə müdafiəsi hüququndan istifadə etməməsinin səbəblərini də izah edə bilməmişdir.
39. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin əşyalara dəymiş ziyanın məbləğinin müəyyən edilməsi əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir.
40. İddiaçının tələbinin və apellyasiya şikayətinin məzmununa əsasən onun artıq başqasına məxsus olan mülkiyyətdə yaşamasına baxmayaraq həmin mənzilin özünün evdə olmadığı halda dağıdılması və çölə atılması nəticəsində 50.000 manat məbləğində mənəvi zərər dəyməsini iddia etmişdir.
41. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı isə iddia tələbi maddi zərərin ödənilməsi hissəsində rədd edildiyindən və maddi zərərin ödənilməsi tələbi mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə törəmə tələb olduğundan, əsas tələb rədd edildiyinə görə iddia tələbi digər hissədə də rədd edilməlidir.
42. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələbini rədd etməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
45. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-268/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev