Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3968/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4613/2021 saylı, 31.03.2022-ci il tarixli qərardadından 3-cü şəxs X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh1 ASC-yə qarşı «cavabdehlərin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC ilə X3 arasında bağlanmış 16.12.2014cü il tarixli 1638/14 saylı kredit müqaviləsinin restrukturizasiya olunması və LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 16.12.2014-cü il tarixli ZM-1638/14 saylı zaminlik müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehlər LPO Cavabdeh1 ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, 23 iyul 2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC ilə X3 arasında bağlanmış 16.12.2014-cü il tarixli 1638/14 saylı kredit müqaviləsinin restrukturizasiya olunması; bundan sonra LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 16.12.2014-cü il tarixli ZM1638/14 saylı zaminlik müqaviləsinə xitam verilməsi; bu barədə məlumatların LPO Cavabdeh1 ASC-nin əməliyyat sistemində qeydə alınması və "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdehlər LPO Cavabdeh1 ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, 09 avqust 2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC ilə X3 arasında bağlanmış 16.12.2014-cü il tarixli 1638/14 saylı kredit müqaviləsinin restrukturizasiya olunması; bundan sonra LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 16.12.2014-cü il tarixli ZM-1638/14 saylı zaminlik müqaviləsinə xitam verilməsi; bu barədə məlumatların LPO Cavabdeh1 ASC-nin əməliyyat sistemində qeydə alınması və "xxxx" MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, e-2(006)- 4613/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiasının rədd edilməsi; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və kredit müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması üçün e-2(006)- 4613/2021 saylı mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(103)-12470/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, e- 2(006)-4613/2021 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və mülki işin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə baxılaraq həll edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4613/2021 saylı, 31.03.2022-ci il tarixli qərardadına əsasən, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3cü şəxs X1 cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və kredit müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, e-2(006)- 4613/2021 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan 3-cü şəxs X3 tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4613/2021 saylı, 31.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, e2(006)- 4613/2021 saylı qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən 25.10.2021-ci il tarixində poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Lakin, üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayəti isə məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə 04.12.2021-ci il tarixində daxil olmuş və apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət 7 gün ötürülmüşdür. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Yuxarıda qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, məhkəmə sənədləri ünvan sahibi ilə birlikdə onunla yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim edildikdə, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, e-2(006)-4613/2021 saylı qətnaməsi müstəqil tələb irəli sürən 3-cü şəxs X2 rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə kollegiya hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və zaminlik müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «cavabdehin üzərinə kredit müqaviləsinin restrukturizasiyasının təmin edilməsi öhdəliyinin qoyulması və kredit müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, e-2(006)-4613/2021 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: 3-cü şəxs X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4613/2021 saylı, 31.03.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3968/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3968/2022
20.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver