Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3968/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) qarşı işi üzrə Açar sözlər: (“maddi və mənəvi zərərin ödənilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-164/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı Cavabdeh qarşı onun bir illik qazancının kompensasiyası kimi 7000 AZN, keçirdiyi tibbi əməliyyatlara görə 2000 AZN, "Tufan Cub50S” markalı 99F585 dövlət nişanlı motorsikletin təmiri ilə əlaqədar xərclər üçün 1491 AZN, ona dəymiş mənəvi zərərə görə 5000 AZN olmaqla, cəmi 15491 AZN və eləcə də dövlət rüsumu kimi ödənilmiş 140 AZN məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh 16 avqust 2023-cü il tarixində saat 21:20-də "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Daewoo Damas” markalı 10ZM648 dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanının qarşısında "Tərlan” şadlıq evi istiqamətində yolun sol kənarında birinci hərəkət zolağında dayandığı yerdən hərəkətə başlayıb 30-40 km/saat sürətlə hərəkətini davam etdirərkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq (manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçıları üçün mane yaranmaması üçün hərəkətə başlamazdan, yer dəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verilməlidir), nəticədə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməmiş, beləliklə onunla eyni istiqamətdə hərəkətdə olan "Tufan Cub50S" markalı 99 F 585 dövlət nişanlı motorsiklet ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan moped sürücüsü onun sağ körpücük sümüyünün və sağ bud sümüyünün qapalı yerdəyişən sınıqlarından ibarət, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən məsələ ilə əlaqədar cavabdeh barəsində cinayət işi açılmış, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1 (006)-208/2024 nömrəli hökmü ilə Cavabdeh AR Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlıqdan məhrum edilmiş, tərəflərindən verilmiş mülki iddia isə baxılmamış saxlanılmışdır. Bu səbəbdən, müvafiq cinayət hadisəsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzinin ayrıca məhkəmə icraatı qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Belə ki, "X8” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 11752 nömrəli epikrizdən onun xx.xx.2023-cü il tarixində müvafiq tibb müəssisəsinə daxil olduğu, sağ körpücük sümüyünün sağ bud sümüyün qapalı qəlpəli yerdəyişən sınığı xəsarəti aldığı, xx.xx.2023-cü il tarixində ərazi poliklinikasına travmatoloqun nəzarəti ilə ambulator müalicəyə buraxıldığı müəyyən olunur. İş üzrə təyin edilmiş əlavə "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin Nəsimi Rayon Şöbəsi tərəfindən verilmiş 01 dekabr 2023-cü il tarixli, 25 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, onun adına tərtib edilmiş 1267 saylı rəyində yazılanlara və iş haqqında qərarda göstərilən məlumatlara əsasən İddiaçı bədənində aşkar edilmiş xəsarətlər - körpücük sümüyünün və sağ bud sümüyünün qapalı, yerdəyişən sınıqları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Baş vermiş hadisədən əvvəl zərərçəkmiş o, kuryerlik fəaliyyəti ilə məşğul olmuş, onun qazancını fəaliyyəti ilə əlaqədar aldığı məvacib və bəxşişlər təşkil etmiş, nəticədə onun gündəlik qazancı təxminən 30-50 AZN məbləğində olmuşdur. Həmin fəaliyyətdən əldə etdiyi qazanc zərərçəkmişin tək gəlir yeri olmuşdur və hazırda heç bir maddi təminatı yoxdur. Belə ki, hadisə nəticəsində aldığı xəsarətlərlə əlaqədar o, hazırkı tarixədək əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəbdən, tək valideyni olan anasının aldığı cuzi əmək haqqı və öz yaxınlarından aldıqları borc məbləğləri ilə onun müalicəsi və gündəlik dolanacaq xərclərini ödəməyə çalışırlar. Qeyd edir ki, hadisə nəticəsində aldığı xəsarətlərlə əlaqədar onun sümüklərindəki sınıqların bərpa edilməsi məqsədilə həmin sümüklərə tibbi prosedur qaydalara uyğun müvafiq aparatlar taxılmışdır. Xəstənin sümükləri bərpa edildikdən sonra yenidən əməliyyat edilmiş və həmin aparatlar sümüklərdən çıxarılmışdır. Belə ki, qeyd edilən prosedur tamamlandıqdan sonra, hadisədən bir il sonra, xx.xx.2024-cü il tarixində onun yenidən əməliyyat edilməsi üçün yenidən müvafiq xərclər çəkilmiş, həmin əməliyyat onda yenidən dözülməz ağrıların yaranmasına, keçirdiyi mənəvi sarsıntıların artmasına, uzunmüddətli yataq rejimli sağalma müddətinin başlamasına səbəb olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra o, öz yaşıdlarından, cəmiyyətdən təcrid olunmuş halda uzun müddət ağrılı, iztirablı zamanlar keçirmiş, gənc yaşının xeyli müddətini yataq xəstəsi olaraq davam etdirmişdir. Keçirdiyi tibbi əməliyyatlarla əlaqədar ona vurulmuş, uyuşdurucu, yatışdırıcı dərmanlar hazırda onun əsəblərinin gərginləşməsinə və baş vermiş hadisələrə qarşı psixoloji dözümlülüyünün azalmasına səbəb olmuşdur. Bundan əlavə, onun idarə etdiyi "Tufan Cub50S" markalı 99 F 585 dövlət nişanlı motorsiklet sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində istifadəyə yarasız hala düşmüşdür. "CYBERTECH TECHNOLOGY” MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, "Tufan Cub50S" markalı 99 F 585 dövlət nişanlı motorsikletin təmiri üçün 1221 AZN ehtiyyat hissələrinin təmiri, 270 AZN xidmət haqqı olmaqla, cəmi 1491 AZN xərc çəkilmişdir. Cavabdeh və onun ailə üzvləri zərərçəkmiş şəxsə cüzi xərclər çəkməklə gələcəkdə yarana biləcək hər hansı məhkəmə mübahisəsi zamanı məhkəmənin gözünü boyamağa çalışmışdır. Halbuki, çəkilən xərclər (təxminən 250 AZN) vurulmuş zərərin qarışısında heç bir əhəmiyyət daşımamışdır.
2. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-164/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi olaraq 1491 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 38 manat hissəsi tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarına; "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu xx.xx.2012-ci il tarixli qərarına; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına; İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-ci maddəsinə istinadən qeyd edilmişdir ki, hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(006)-208/2024 saylı hökmü ilə müəyyən edilmiş hallara əsasən, iddiaçının sağlamlığına az ağır zərər vurulduğu, həmçinin iddiaçının motorsikletinə məhz cavabdeh tərəfindən maddi zərər vurulduğu müəyyən edilir.Məhkəmə, "Cybertech Technology” MMCnin xx.xx.2023-cü il tarixli qüsur aktı ilə "Tufan Cub50S” markalı 99-F-585 dövlət qeydiyyat nişanlı motorsikletin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 1491 AZN manat göstərilməsini, cavabdeh tərəfindən bu halı təkzib edən sübut təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş zərər həmin həcmdə müəyyən edilməlidir. Belə olan halda, 1491 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinə əsasən Cavabdeh qanunsuz və hüquqazidd əməlləri nəticəsində yetirilmiş zərər iddiaçının xəsarət alması ilə vurulmuş - mənəvi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərdə ifadə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının hadisə nəticəsində xəsarət almasının onun üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Məhkəmə həmçinin hesab edir ki, hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbi Cavabdeh tərəfindən qanunvericiliyin tələblərini pozmaqla idarə etdiyi nəqliyyat vasitəsi ilə iddiaçının sağlamlığa az ağır zərər vuran xəsarətlərini yetirərək xəsarət almasına səbəb olması faktları özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübuta ehtiyacı yoxdur. Məhkəmə daha sonra qeyd etməyi zəruri sayır ki, iddiaçının göstərilən hallarla bağlı mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olsa da, məhkəmə hazırki iş üzrə iddiaçıya xəsarət alması ilə vurulmuş mənəvi zərərin keçirdiyi sarsıntı, ömürlük əzab və iztirab yaşadan mənəvi zərərin əvəzinin ümumilikdə 300 manat məbləğində qiymətləndirilməsini ağlabatan və ədalətli kompensasiya olması qənaətinə gəlir. Göstərilənlərə əsasən iddiaçının xəsarət alması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi olaraq 300 manat pulun cavabdehdən onun xeyrinə tutulmalıdır. İddia tələbinin "bir illik qazancın kompensasiyası kimi 7000 AZN və tibbi əməliyyatlara görə 2000 AZN məbləğində pul vəsaiti tutulması” hissələri ilə bağlı sübut təqdim edilmədiyindən məhkəmə həmin hissələrdə iddianın təmin edilməsinini mümkün hesab etmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq 1491 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 38 manat hissəsi tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "Cybertech Technology” MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, "Tufan Cub50S” markalı 99-F-585 dövlət qeydiyyat nişanlı motorsikletin ehtiyyat hissələrinin dəyəri və görülən işlərin ümumi dəyəri, ümumilikdə 1491 AZN manat müəyyən edilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-208/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-164/2025 nömrəli qətnaməsini iddianın təmin edilmədiyi hissədə ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 118.1, 119.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 14, 88, 167 və 217-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə qeyd edir ki, iddia tələbinin “bir illik qazancın kompensasiyası kimi 7000 AZN və tibbi əməliyyatlara görə 2000 AZN məbləğində pul vəsaiti tutulması” hissələri ilə bağlı sübut təqdim edilmədiyindən məhkəmə həmin hissələrdə iddianın təmin edilməsini mümkün hesab etmir. Qanunvericiliyə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Belə ki, “X8” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 11752 nömrəli X1 xx.xx.2023-cü il tarixində müvafiq tibb müəssisəsinə daxil olduğu, sağ körpücük sümüyünün sağ bud sümüyün qapalı qəlpəli yerdəyişən sınığı xəsarəti aldığı, xx.xx.2023-cü il tarixində ərazi poliklinikasına travmatoloqun nəzarəti ilə ambulator müalicəyə buraxıldığı müəyən olunur. İş üzrə təyin edilmiş əlavə “Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin Nəsimi Rayon Şöbəsi tərəfindən verilmiş 01 dekabr 2023-cü il tarixli, 25 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X3 adına tərtib edilmiş 1267 saylı rəyində yazılanlara və iş haqqında qərarda göstərilən məlumatlara əsasən İddiaçı bədənində aşkar edilmiş xəsarətlər - körpücük sümüyünün və sağ bud sümüyünün qapalı, yerdəyişən sınıqları bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Baş vermiş hadisədən əvvəl zərərçəkmiş İddiaçı kuryerlik fəaliyyəti ilə məşğul olmuş, onun qazancını fəaliyyəti ilə əlaqədar aldığı məvacib və bəxşişlər təşkil etmiş, nəticədə onun gündəlik qazancı təxminən 30-50 AZN məbləğində olmuşdur. Həmin fəaliyyətdən əldə etdiyi qazanc zərərçəkmişin tək gəlir yeri olmuşdur və hazırda heç bir maddi təminatı yoxdur. Belə ki, hadisə nəticəsində aldığı xəsarətlərlə əlaqədar İddiaçı hazırkı tarixədək əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəbdən, tək valideyni olan anasının aldığı cuzi əmək haqqı və öz yaxınlarından aldıqları borc məbləğləri ilə onun müalicəsi və gündəlik dolanacaq xərclərini ödəməyə çalışırlar. İddiaçı hadisədən əvvəl tam əmək qabiliyyətli olmuş, sözügedən hadisə onun uzun müddət əmək qabiliyyətini itirməsinə, əmək qabiliyyətinə uyğun hər hansı işdə işləməsinə maneə olmuşdur. Məhkəmə bu hissədə nəzərə almalıdır ki, iddiaçının hadisədən əvvəl rəsmi iş yerinin olması buna dair əmək müqaviləsi və ya aldığı əmək haqqını təsdiq edən digər sənədin təqdim edilməsindən daha əhəmiyyətli olan, şəxsin əmək qabiliyyətli olmasının təsdiq edilməsidir. Belə ki, şəxsin əmək müqaviləsi olmadan da gəlir əldə edə bilməsi mübahisəsizdir. Məhkəmə nəzərə almalıdır ki, cavabdehin qanuna zidd əməli nəticəsində iddiaçının mövcud gəlirlərindən əlavə onun gəlir qazanma ehtimalı da əlindən alınmışdır. İddiaçının əmək qabiliyyətindən məhrum olduğu dövrdə ölkədə minimum əməkhaqqı 345 manat, əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat təşkil etmişdir. Həmin vaxt o hər hansı əmək faliyyəti ilə məşğul ola bilməmiş və ya gəlir əldə edə bilməmişdir. İddiaçı nəinki öz gündəlik qazancından (30-50 AZN), hətta əldə edə biləcəyi minimum əmək haqqıdan, öz yaşam xərclərini ödəyə bilməsi üçün müəyyən edilmiş yaşayış minimumundan məhrum edilmişdir. Bu hissədə iddianın rədd edilməsi tam qanunsuz olmaqla iddiaçının hüquqlarının pozulmasına, onun maddi təminatının uzun müddət olmaması hissəsində ədalətin bərqərar olunmamasına səbəb olmuşdur. İş üzrə təqdim olunan tibbi sənəd və ekspertizalarla müəyyən olunmuşdur ki, iddiaçının xəsarət aldığı vaxtdan əvvəl əmək qabiliyyəti tam olub və bu hadisə nəticəsində o, əmək qabiliyyətini itirib. İddiaçı müalicə və reabilitasiya üçün əlavə xərclər çəkib, eləcə də əmək qabiliyyətinin itirilməsi səbəbindən gəlir əldə etmək imkanını itirib. Məhkəmənin bu hissəni təmin etməməsi ciddi hüquq pozuntusuna yol açır.Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.İddiaçı, hadisə nəticəsində yalnız maddi deyil, həm də ciddi mənəvi iztirablar yaşamışdır. Gənc yaşında uzun müddət yataq xəstəsi olaraq qalması, sosial həyatından uzaq qalması, peşə fəaliyyətini itirməsi və gündəlik həyatda qarşılaşdığı çətinliklər onun mənəvi vəziyyətini ağırlaşdırmışdır. Bu zərər, yalnız bir neçə yüz manatla qiymətləndirilə bilməz, çünki iddiaçının yaşadığı iztirabın qarşılığı daha yüksək məbləğlə kompensasiya olunmalıdır. Həmçinin, tibbi müalicənin, reabilitasiya proseslərinin yaratdığı psixoloji yükün və emosional zərərin müvafiq olaraq qiymətləndirilməsi vacibdir. Məhkəmənin mənəvi zərər üzrə 300 manatlıq qərarı, zərərçəkənin yaşadığı iztirablarla müqayisədə balanssız və yetərsizdir. Bu qərar, iddiaçının yaşadığı ağrılı dövrləri, psixoloji çətinliklərini və sosial həyatdan təcrid olunmasını tam əks etdirmir. Həmçinin, tibbi müalicə prosesləri və əməliyyatların yaratdığı əlavə iztirabları nəzərə alaraq, bu qərarın dəyişdirilməsi və mənəvi zərər üçün daha uyğun bir məbləğin təyin edilməsi zəruridir. Birinci instansiya məhkəməsi müvafiq yekun məhkəmə aktını qəbul edərkən iddiaçıya dəymiş mənəvi zərərin məbləğini müəyyənləşdirilə biləcək halları araşdırmamışdır. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mənəvi zərər və əldən çıxmış qazancla bağlı hissəsinə qiymət verilmədiyini, lakin tərəflərindən müvafiq sənədlərin məhkəməyə təqdim edildiyini, iş materiallarında olan hökmə əsasən iddiaçıya az ağır zərər vurulduğu və onun fəaliyyət qabiliyyətini qismən itirdiyinin müəyyən edildiyini qeyd etmişdir. Bildirmişdir ki, cinayət işi araşdırılması zamanı iddiaçının qeyri-rəsmi olaraq kuryer faəliyyəti ilə məşğul olduğu məlum idi, bundan əlavə əgər şəxs müəyyən müddət işləməyibsə, həmin dövr üçün ölkə üzrə yaşayış minimumu nəzərə alınmalıdır.
6. Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
9. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi,habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
10. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
11. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
13. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində mənəvi zərərə məruz qalmasına görə 5000 manat pul tələb etməsinə baxmayaraq birinci instansiya məhkəməsi 300 manat məbləğində pulu təmin etmişdir. Həmin məbləğin iddiaçının tam həcmdə sübut edə bilməməsini, amma cavabdehin hərəkəti nəticəsində iddiaçının xəstəliklər keçirməsi və nəticədə mənəvi zərərə məruz qalması iş materialları ilə təsdiq olunduğundan məhkəmə tələbi həmin hissədə ağlabatan və ədalətlilik baxımından təmin etmişdir ki, bu da səbəblə nəticə arasında məntiqi nəticənin təzahürü kimi dəyərləndirilməlidir.
14. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas оla bilməz. Belə ki, iddiaçının illik qazancının 7000 manat olması və tibbi əməliyyatlara görə 2000 azn xərclərinin olması faktını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmiş, elektron məhkəmə informasiya sistemindən, eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından isə müəyyən edilmişdir ki, iddiaçının rəsmi əmək müqaviləsi mövcud deyildir, belə olan halda, onun bir illik qazancının nə qədər təşkil etməsi faktını müəyyən etmək mümkün deyildir. İddiaçının əmək qabiliyyətindən məhrum olduğu dövrdə ölkədə minimum əmək haqqının 345 manat, əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 287 manat təşkil etməsinə istinadən, həmin vaxt iddiaçının hər hansı əmək fəaliyyəti ilə məşğul ola bilməməsi və ya gəlir əldə edə bilməməsi kimi dəlillər apellyasiya şikayətində əks edilsə də, iddia ərizəsində təsbit edilməmiş və birinci instansiya məhkəməsində baxış predmeti olmamışdır. Ona görə zərərin bu əsasla araşdırılması yolverilməzdir.
15. Beləliklə, məhkəmə kоllegiyası İddiaçı apellyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-164/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iddiaçının apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
16. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-164/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.