Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3990/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı X1 Cavabdeh3 QSC-yə və başqalarına qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın yekunu barədə protokolun etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qətnamədən Cavabdeh3 QSC-nin adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın yekunu barədə protokolun etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Səbail Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdehlərdən biri olan Cavabdeh3 QSC-nin adından həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Rayon Məhkəməsi həmin apellyasiya şikayətini qəbul edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, həmin şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, iş materiallarından görünür ki, Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti özünü Cavabdeh3 QSC-nin nümayəndəsi kimi təqdim edən Raul Ramazanov tərəfindən imzalanmışdır. Raul Ramazanov onun Cavabdeh3 QSC adından məhkəmə aktından verilən apellyasiya şikayətini imzalamaq səlahiyyətinin olmasının müəyyən edilməsi üçün apellyasiya şikayətinə Cavabdeh3 QSC-nin X2 birinci müavini Evgenia Gashikulina tərəfindən imzalanmış və ona verilmiş etibarnaməni əlavə etsə də (iş v. 91), Məhkəmə bildirir ki, Evgenia Gashikulinanın bu kimi etibarnaməni vermək səlahiyyətinin olmasını təsdiq edən sənədlər məhkəmələrə təqdim edilməmişdir. Ona görə də Məhkəmə hesab edir ki, Cavabdeh3 QSC-nın adından Raul Ramazanovun imzaladığı apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş şikayət kimi qiymətləndirilməlidir. Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş şikayət isə MPM-nin 363.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Lakin Rayon Məhkəməsi şikayəti geri qaytarmamışdır. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh3 QSC-yə və başqalarına qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın və hərracın yekunu barədə protokolun etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qətnamədən Cavabdeh3 QSC-nin adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin qaytarılması üçün şikayət mülki işlə birlikdə Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3990/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3990/2021
29.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver