Məhkəmə qərarları › İş №2(103)-3992/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3992/2021

03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3992/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-754/2020 nömrəli 18.11.2020-ci il tarixli, qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı vurulmuş maddi ziyana görə 8870 manat, mənəvi ziyana 300 manat və dənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 9310 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh2 ara məsafəsi qaydasını pozaraq avtomobillərin toqquşmasına səbəb olan yol nəqliyyat hadisəsi törətdiyindən barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməli olması barədə YNHDİ üzrə İstintaq və təhqiqqat şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05.11.2017-ci il tarixli qərar (səh.10), 2006-cı il buraxılışlı "Nissan Sunny” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə, təxmnən 7708 manat müəyyən edilməsi haqqında məhkəmə Ekspertiza Mərkəzinin 9/1683 saylı, 12.10.2020-ci il tarixli rəyi (səh.137) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-754/2020 nömrəli 18.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş maddi ziyana görə 6807,70 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu, cəmi 6837,70 manat məbləğində pul X2 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 manat məbləğində pul X2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Mülki Prosessual Məcəllənin 82.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097, 1108.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, nəqliyyat vasitəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunduğundan, Sığortalanmış avtomobil isə Cavabdeh2 etibarnamə ilə istifadəsində və sahibliyində olduğundan və onun tərəfindən də idarə edildiyindən, həmçinin yol nəqliyyat hadisəsinin baş verməsində Şahid Avvasovun təqsirli olması müəyyən edildiyindən, yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə, Şahid Avvasov özü birbaşa məsuliyyət daşıyır. Dəymiş zərərin məbləğini təşkil edən 7708 manatdan iddiaçıya "xxxx” SŞ ASC tərəfindən ödənilmiş 900,30 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 6807,70 manat məbləğində (7708 manat - 900,30 manat =6 807,70 manat) maddi zərər Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. iddia tələbi 300 manat mənəvi zərərin tutulması hissəsində əsassızdır.İddiaçı mənəvi zərəri hadisə zamanı stress, əsəb, gərginlik, mənəvi sarsıntı, avtomobilsiz qalması, polis orqanlarına düşməsi ilə əsaslandırsa da, qeyd edtdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə iddiaçı əlavə zərər çəkmişdir. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Şahid Avvasovdan alınaraq iddiaçıya ödənilməlidir . Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, ekspert 2006-cı il buraxılışlı “Nissan Sunny" markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərəri dəqiq yox nəzəri hesablama yolu ilə hesablamış, hesablama zamanı “Nurgün Motors” şirkəti tərəfindən təqdim edilmiş 26.10.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsaslanmışdır. “Nurgün Motors" şirkəti özəl şirkətdi və onun verdiyi rəy mötəbər sübut kimi qəbul edilə bilməz. Ekspert isə məhz həmin rəydəki məlumatlara əsasən rəy vermişdir. Məhkəmənin nəzərinə çatdırir ki, 2006-cı il buraxılışlı “Nissan Sunny” markalı avtomobilin real bazar qiyməti 6500-7000 manat təşkil edir. Belə olan halda həmin maşına 7708,0 manat məbləğində ziyan dəyməsi nə dərəcədə realdır? Hazırkı vəziyyətdə dəymiş ziyan dəqiq müəyyən olunmadığından iddia tələbi ilə razılaşmır. İş üzrə təkrar olaraq ekspertiza keçirilməli və dəymiş zərər dəqiq müəyyən olunmalıdır. Həmçinin təkrar ekspertiza keçirilən zaman avtomobil ekspertiza mərkəzinə təqdim olunmalıdır. O zaman avtomobilə dəyən zərər dəqiq müəyyən olunacaq. Avtomobilə təxminən 800-900 manat zərər dəyib. Sığorta isə ona 900 manat məbləğində dəymiş ziyanı ödəyib. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1108; "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, şikayətdə qeyd edilən avtonəqliyyat vasitəsinin ehtiyat hissələrinin fərqli qiymətlərinə dair sübutlar təqdim edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci Cavabdeh3 aid edilməlidır. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-754/2020 nömrəli 18.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar