Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3994/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər xxxx oğluna qarşı digər tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2(010)-6330/2016 nömrəli qətnaməsindən cavabdeh x tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc” tələbi iradə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 28.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3950,19 manat əsas borcun, 51,78 manat faiz borcunun, 2442,09 manat cərimənin, cəmi 7044,06 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh4 ilə "xxxx" MMC arasında bağlanmış 28.01.2015-ci il tarixli 00/0851/İPK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 24 ay müddətində, illik 30 faiz ödəmək şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən onlar Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsinin şərtlərinə görə, Cavabdeh4 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin Cavabdeh4 kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməmiş, onun 29.03.2016-cı il tarixə "xxxx" MMC-yə 3950,19 manat əsas borcu, 651,78 manat faiz borcu, 2442,09 manat cəriməsi, cəmi 7044,06 manat borcu qalmaqdadır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi, cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 28.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3950,19 manat əsas borcun, 651,78 manat faiz borcunun, 2442,09 manat cərimənin, cəmi 7044,06 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2(010)- 6330/2016 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 3950,19 manat əsas borc, 651,78 manat faiz borcu, 700 manat cərimə, cəmi 5301,97 (beş min üç yüz bir manat 97 qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh İmaməlı̇ yeva İlahə Fı̇ krət qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunazidd və qeyri-obyektivdir. Belə ki, cavabdeh İmaməlı̇ yeva İlahə Fı̇ krət qızı məhkəməyə dəvət edilməmiş, məhkəmə iclasının keçirilməsi və qətnamə ilə bağlı heç bir rəsmi xəbərdarlıq almamışdır. Bir sözlə, məhkəmə iclasının yeri və vaxtı, sonrakı nəticəsi barədə rəsmi qaydada xəbərdar edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh İmaməlı̇ yeva İlahə Fı̇ krət qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmiş, zaminlik müqaviləsindəki imzanın ona məxsus olmadığını, həmin zaminlik müqaviləsinin bağlanılması zamanı iştirak etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, yəni borcun İmaməlı̇ yeva İlahə Fı̇ krət qızından tutulması hissəsində ləğv edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına əlavə edilmiş cavabdeh Əbı̇ lov Rolan Əhsən oğlu ilə "xxxx" MMC arasında bağlanmış 28.01.2015-ci il tarixli 00/0851/İPK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh4 24 ay müddətində, illik 30 faiz ödəmək şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 28.01.2015-ci il tarixli 00/0851/İPK nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş ödvəlindən görünür ki, Cavabdeh4 sözügedən kredit müqaviləsi üzrə aylıq ödənişləri 279.56 manat olmaqla, 28.01.2017-ci il tarixədək qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 00/0851/İPK saylı, 28 yanvar 2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4 ilə "xxxx" MMC arasında Ağlanmış kredit müqaviləsi əsasında borc alana verilmiş kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və zaminlər borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 29 mart 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 Kredit House BOKT» MMC-yə həmin tarixə 3950,19 manat əsas borcu, 651,78 manat faiz borcu, 2442,09 manat cərimə olmaqla, cəmi 7044,06 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehlərə ünvanlanmış pretenziyadan və pretenziyanın çatdırılmasını təsdiq edən poçt qəbzlərindən görünür ki, iddiaçı cavabdehləri borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli, 4/1134 saylı ekspert rəyində qeyd olunmuşdur ki, mülki işin 15-16-cı vərəqlərində olan 28.01.2015-ci il tarixli 00/0851/İPK nömrəli “Zaminlik müqaviləsi”nin 1-ci vərəqinin aşağı sol hissəsində olan imza və 2-ci vərəqində “Zamin” qrafasında olan imza - İmaməlı̇ yeva İlahə Fı̇ krət qızı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası rəyi verən ekspertin xəttşünaslıq sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq, ekspert rəyi ilə razılaşır və həmin sənəddəki imzanın cavabdeh İlahə İmaməlı̇ yevaya məxsus olmadığını, bununla da onunla iddiaçı arasında zaminlik müqaviləsinin bağlamadığına dair cavabdeh İmaməlı̇ yeva İlahənin dəlillərini işin hallarına uyğun hesab edir. MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin iddia tələbinin cavabdeh İmaməlı̇ yeva İlahə Fı̇ krət qızına münasibətdə gəldiyi nəticəsi ilə razılaşmır. Belə ki, işin araşdırılan halları ilə iddiaçının sübut kimi istinad etdiyi 28.01.2015-ci il tarixli 00/0851/İPK nömrəli “Zaminlik müqaviləsi” cavabdeh İ.F.İmaməliyev tərəfindən imzalanmadığı, bununla da sonuncunun Bank qarşısında əsas öhdəliyin təminatı olaraq, zamin kimi hər hansı öhdəlik götürmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 28.01.2015-ci il tarixli 00/0851/İPK nömrəli kredit müqaviləsi üzrə, cavabdeh İlahə İmaməlı̇ yevanın iddiaçı qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıması üçün iddiaçı ilə zaminlik müqaviləsi bağlanmadığından, bununla da cavabdeh İlahə İmaməlı̇ yeva Cavabdeh4 ilə birgə iddiaçı qarşısında öhdəliyi əmələ gəlmədiyindən, birinci intansiya məhkəməsinin iddia tələbini ona münasibətdə təmin edilməsinə dair nəticəsi qanunsuz və əsassız olmuşdur. Apellyasiya şikayətində həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Kollegiya hesab edir ki, apellyatorun həmin iddia tələbində göstərilən öhdəliklərə dair müqavilə üzrə tərəf olmadığı və iddiaya aidiyyatının olmadığı müəyyən edildiyindən, onun qətnamənin digər hissələrdə ləğvini tələb etməyə subyektiv hüququ olmamışdır, ona görə də həmin hissədə apellyasiya şikayəti əsassız olmuşdur. İddia cavabdeh İlahə İmaməlı̇ yevaya münasibətdə rədd edildiyindən, iddia tələbinə ona münasibətdə qiymət verilməsi üçün keçirilmiş ekspertiza üzrə ekspertə verilməli olan məbləğ iddiaçı tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh x qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 19 avqust 2016-cı il tarixli, 2(010)- 6330/2016 nömrəli qətnaməsi qismən ləğv edilsin. Borcun İ x qızından tutulması hissəsində qətnamə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olaraq 138 (yüz otuz səkkiz) manat məbləğində məhkəmə xərci İddiaçı-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab: AZ34CTRE**********0002088501, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3994/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3994/2021
11.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver