Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3998/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Cavabdeh-yə qarşı “səhmdar cəmiyyətə aid sənədlərin tələb edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdeh ASC-nin adından verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh ASC-yə qarşı irəli sürdüyü “səhmdar cəmiyyətə aid sənədlərin tələb edilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Həmin qətnamədən cavabdeh ASC-nin adından apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, həmin şikayət üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363-cü maddəsinə görə Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir (maddə 363.1.); xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır (maddə 363.2.); nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz (maddə 363.3.). İş materiallarından görünür ki, Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti ASC-nin İdarə Heyətinin sədri N.Fərzəliyev tərəfindən verilmiş etibarnamə əsasında Nümayəndə tərəfindən imzalanmışdır (iş v. 23). Lakin həmin etibarnamədən görünür ki, onun verilmə tarixi göstərilməmişdir. Göstərilənləri və yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, ASC-nin idarə heyətinin sədri N.Fərzəliyevin imzaladığı etibarnamə əhəmiyyətsizdir. Belə olan halda həmin etibarnamə əsasında Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş şikayət kimi qiymətləndirilməlidir. Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş şikayət isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 363.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Lakin Rayon Məhkəməsi şikayəti geri qaytarmamışdır. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh-yə qarşı “səhmdar cəmiyyətə aid sənədlərin tələb edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdeh ASC-nin adından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-3998/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3998/2020
17.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver