Məhkəmə qərarları › İş №2(103)-40/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-40/2022

17.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-40/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehlər Cavabdeh2, onun həmçinin "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-291/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 İddiaçı ASCnin xeyrinə 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə 324208 (üç yüz iyirmi dörd min iki yüz səkkiz) manat 61 (altmış bir) qəpik əsas, 86596 (səksən altı min beş yüz doxsan altı) manat 23 (iyirmi üç) qəpik faiz, 74600 (yetmiş dörd min altı yüz) manat cərimə, cəmi 485404 (dörd yüz səksən beş min dörd yüz dörd) manat 84 (səksən dörd) qəpik borcun və bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın, cəmi 61 (altmış bir) manat rüsumun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv.metr olan qeyriyaşayış sahəsinə və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi, bu əmlakların hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə cəmi 485404 (dörd yüz səksən beş min dörd yüz dörd) manat 84 (səksən dörd) qəpik məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 61 (altmış bir) manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv.metr olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv.metr olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Cavabdeh2 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı «faizlərin dayandırılması tələbinə dair» qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddia tələbinin rədd edilməsi və 10 fevral 2017-ci il tarixli əlavə sazişlə müəyyənləşdirilmiş 04 noyabr 2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə hesablanmış və hesablanacaq faizlərin müddətin sonuna keçirilməsi vəzifəsinin İddiaçı ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-291/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə 324208 (üç yüz iyirmi dörd min iki yüz səkkiz) manat 61 (altmış bir) qəpik əsas, 86596 (səksən altı min beş yüz doxsan altı) manat 23 (iyirmi üç) qəpik faiz, 1000 (bir min) manat cərimə, cəmi 411804 (dörd yüz on bir min səkkiz yüz dörd) manat 84 (səksən dörd) qəpik kredit borcu, həmçinin 30 (otuz) manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv.metr olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv.metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 310000 (üç yüz on min) manat məbləğində, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv.metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin isə 140000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, qeyd edilən daşınmaz əmlakların satışından əldə olunmuş vəsait hesabına həmin kredit borcunun ödənilməsi, qeyd edilən qeyri-yaşayış sahələrinin tutma yönəldildikdən və onlar satıldıqdan bir ay sonra boşaldılması, ilk iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd edilməsi, Cavabdeh2 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı «faizlərin dayandırılması tələbinə dair» qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi qərara alınmışdır. Apellyasiya şikayətləri və onun dəlilləri: Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 həmin qətnamədən ayrı-ayrılıda, lakin mahiyyət etibarı ilə eyni apellyasiya şikayətləri vermiş və şikayətlərinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi tərəfindən hazırkı işin faktiki halları ətraflı araşdırılmamış, maddi və prosessual hüquq normalarının təəbləri pozulmuşdur. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, ekspert rəyindən narazıdır, belə ki, ona həmin pul bank tərəfindən verilməyib. Belə ki, o, bankdan 2000-ci ildən fiziki şəxs kimi kredit götürmüş, ödənişlər etmişdir, sonradan banka qalan borcu "xxxx" MMC-yə aid edildi. Bankla "xxxx" MMC arasında bağlanmış 21.01.2014, 09.02.2015 və sonuncu 04.11.2015-ci il tarixli kredit müqavilələri üzrə ona heç bir pul verilməmişdir. Bunu MMC-nin cari hesabına 373000 manat pul vəsaitinin daxil olmaması da təsdiq edir. Bu müqavilələrin bağlanmasında məqsəd onun əvvəlki borclarını yuvarlaqlaşdırmaq olub ki, bank əməkdaşları əvvəlki borclarını yuvarlaqlaşdıraraq saxtakarlıqlara yol verib, borcu şişirdiblər. Həmçinin, Bank əvvəlki kredit müqavilələrinə əsasən qalıq borcun məbləği ilə bağlı hər hansı sənəd təqim etmir. Onun tərəfindən 256825,00 manat məbləğində ödəniş edilsə də, bu günə borc 411804,84 manat göstərilir, onun hesabına görə banka 40-50 min manat borc qalıb. Həmçinin onun faktiki olaraq istifadə etmədiyi kreditə görə ondan faiz borcu tutulması əsassızdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili E.Qanbayev apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, bank ilkin olaraq iddia verərkən həmin vəsaitin əvvəlki kreditlərə silinməsini bildirməmiş, bu faktı gizlətmiş, appellyasiya araşdırmaları zamanı məcburiyyətdən həmin kreditin əvvəlki borclara silindiyini etiraf etmiş, lakin bununla belə həmin silinən məbləğin, yəni 277.814,00 manatın hansı kredit üzrə hansı məbləğdə və hansı əsasla silinməsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, həmin kreditdən o məbləğin silnməsinin özü də cavabdehlərin müvafiq sərəncamı olmadan Mərkəzi Bankın müəyyən etiyi qaydalara zidd olaraq həyata keçirilmişdir. Hazırkı halda iddiaçı faktiki olaraq cavabdehlərə vermədiyi pul vəsaitini və ona hesablanmış faizləri tələb edir ki, bu da tamamilə əsassız və qanunuzdur. Götərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi M.Osmanov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, Eyni zamanda, bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid qiymətinin 430.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv.metr olan qeyri-yaşayış sahəsinin likvid qiymətinin isə 140000 manat qiymətləndirilməsinə etiraz etmir. Sübutların tədqiqi: Mülki iş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə 60 ay müddətinə illik 18 faizlə 373000 (üç yüz yetmiş üç min) manat məbləğində kredit vəsaiti verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 borclu "xxxx" MMCnin qeyd olunan kredit öhdəliklərinin vaxtında və lazımınca icrası üçün bank qarşısında zamin durmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04 noyabr 2015-ci il tarixli saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv.metr olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv.metr olan qeyri-yaşayış sahəsini İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qarşısında ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02.12.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış ipoteka müqaviləsi 02.12.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 02.12.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışının surətindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış ipoteka müqaviləsi 02.12.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ASC ilə borclu "xxxx" MMC və zamin Cavabdeh2 arasında 10.02.2017-ci il tarixdə 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit və zaminlik müqavilələrinə əlavə sazişlər bağlamışlar ki, sazişlərə əsasən, nzaz11020_RES kredit müqaviləsi üzrə ilkin olaraq 6000 AZN ödənildikdən sonra hesablanmış və hesablanacaq faizlər müddətin sonuna keçirilməklə 12 ay müddətinə aylıq ödəniş 6000 AZN olmaqla güzəşt müddəti verilmişdir (1-ci cild, i/v 41). İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu "xxxx" MMC-yə ünvanladığı 02.05.2017ci il tarixli xəbərdarlıq məktubunda bildirmişdir ki, 02.05.2017-ci il tarixə olan əsas borc 324.208,61 AZN, faiz borcu 56.607,73 AZN, 27.196,29 manat cərimə borcu 59 gün gecikməkdədir. Həmin borcun 3 iş günü müddətində qaytarılması tələb edilmişdir (1-ci cild, i/v 58-59). "xxxx" MMC tərəfindən verilmiş 27 iyul 2018-ci il tarixli, 0615/18/RB saylı hesabatın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv.metr olan qeyriyaşayış sahəsinin bazar dəyəri 310000 (üç yüz on min) manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 27 iyul 2018-ci il tarixli, 0616/18/RB saylı hesabatın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv.metr olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 140000 (bir yüz qırx min) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2018-ci il tarixli, 12639 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinin surətindən görünür ki, "xxxx" MMC-nin 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə 16 iyun 2017-ci il tarixə 324208 (üç yüz iyirmi dörd min iki yüz səkkiz) manat 61 (altmış bir) qəpik əsas, 63740 (altmış üç min yeddi yüz qırx) manat 13 (on üç) qəpik məbləğində kredit borcu olduğu müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 07 noyabr 2018-ci il tarixli, RB-02/PK saylı maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 06 noyabr 2018-ci il tarixə 324208 (üç yüz iyirmi dörd min iki yüz səkkiz) manat 61 (altmış bir) qəpik əsas, 86596 (səksən altı min beş yüz doxsan altı) manat 23 (iyirmi üç) qəpik faiz, 74600 (yetmiş dörd min altı yüz) manat cərimə, cəmi 485404 (dörd yüz səksən beş min dörd yüz dörd) manat 84 (səksən dörd) qəpik kredit borcu yaranmışdır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən verilən 12 sentyabr 2019-cu il tarixli MB 12/795 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 56 ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.m olan qeyri-yaşayış sahəsinin hesablanmış bazar dəyəri 430.000 (dörd yüz otuz min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m olan qeyri-yaşayış sahəsinin hesablanmış bazar dəyəri 136.000 (yüz otuz altı min) manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 17 oktyabr 2019-cu il tarixli ekspert rəyində 04 noyabr 2015-ci il tarixli, nzaz11020_RES saylı Baş kredit müqaviləsi və 10.02.2017-ci il tarixli 1 nömrəli “Əlavə saziş” in şərtləri əsas götürülməklə "xxxx" MMC-nin 06 noyabr 2018-ci il tarixə banka olan borcu 410.804.84 manat müəyyən olunur, o cümlədən: əsas borc üzrə 324.208,61 manat, faiz borcu üzrə 86.596,23 manat. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 27 aprel 2020-ci il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 04 noyabr 2015-ci il tarixli nzaz11020_RES saylı kredit müaviləsinin, 10 fevral 2017-ci il tarixli 1 saylı “Əlavə saziş”in şərtləri nəzərə alınmaqla "xxxx" MMC tərəfindən 08.02.2017-ci il tarixədək ümumilikdə İddiaçı ASC-yə 85.377,00 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 85.377.00 manat məbləğində pulun 48.791,39 manatı əsas borca, 36.145,78 manatı faiz borcuna və 439,83 manatı isə cərimə borcunun ödənilməsinə silinmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 04 noyabr 2020-ci il tarixli, 9/3594 saylı ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş 04.11.2015-ci il tarixli RB 74953 saylı çek vərəqəsinin surətinə əsasən "xxxx" MMC-nin RBTA******************** saylı cari hesabından Cavabdeh2 373.000.00 manatı məxaric etmişdir. Lakin məxaric edilmiş məbləğin 277.814,00 manatı kreditin təyinatı üzrə istifadə edilmədən eyni tarixdə ödənildiyi məhkəmə tərəfindən nəzərə alınarsa, "xxxx" MMC-yə faktiki olaraq 95.186,00 (373.000.00-277.814,00) manat məbləğində pul vəsaiti verilib. İş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışına əsasən, 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit müqaviləsi üzrə banka 08 fevral 2017-ci il tarixədək 85.377,00 manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMC İddiaçı ASC-yə 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit müqaviləsi üzrə 85.377,00 manat məbləğində ödəniş aparmışdır ki, ödənilmiş 85.377.00 manat məbləğində pulun 48.791,39 manatı əsas borca, 36.145,78 manatı faiz borcuna və 439,83 manatı isə cərimə borcunun ödənilməsinə silinmişdir. X1 03.12.2019-cu il tarixli, 92 saylı mütəxəssis arayışına əsasən, təqdim olunmuş sənədlərlə 21 fevral 2014-cü ildən 25 oktyabr 2016-cı ilədək müştəri tərəfindən banka 256825,00 manat məbləğ ödənilmişdir. Arayışın tədqiqat hissəsində göstərilənlərə əsasən, qeyd edilən dövrdə müştəri "xxxx" MMC tərəfindən bankdan sənədlərə əsasən pul alınmadığı halda İddiaçı ASC-yə 256825.00 manat ödənildiyi müəyyən edilir. Tədqiqat hissəsində göstərilən dövr ərzində banka ödənilmiş 256825.00 manat məbləğində pul vəsaitinin əmələ gəlmə səbəbləri müvafiq orqanlar tərəfindən araşdırılmalıdır. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 22.10.2019-cu il tarixli raporta əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 140.000 manat, likvid dəyəri 130.000 manat təşkil edir. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 22.10.2019-cu il tarixli raporta əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 410.000 manat, likvid dəyəri 380.000 manat təşkil edir. X1 01.03.2021-ci il tarixli, 20 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh2 kredit müqavilələrində əks olunan məbləğlər deyil, nəğd olaraq bank tərəfindən müvafiq 30000,00, 50000,00, 40000,00, 50000,00, 200000,00 və 90000,00, cəmi 460000,00 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə ödənişə dair ekspertizaya təqdim edilmiş kassa mədaxil orderləri əsasında aparılan tədqiqatla nağd ödənilən cəmi 460.000,00 manat məbləğində kreditə görə ödənilməli faiz məbləği 127.873,47 manat müəyyən edilir. 10.04.2012-ci ildən 07.02.2017-ci il tarixə qədər İddiaçı ASC-yə ödənilən məbləğlərə dair kassa mədaxil orderləri (qəbzlər) nəzərə alınmaqla 07.02.2017-ci il tarixə fiziki şəxs və "xxxx" MMC-nin direktoru Cavabdeh2 banka borc qalığı cəmi 188.464,47 manat müəyyən edilir. O cümlədən: əsas məbləğ üzrə- 187.090,75 (460.000,00-272.909,25) manat faiz məbləği üzrə-1373,72 (127.873,47-126.499,75) manat Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2021-ci il tarixli, 9/2260 saylı ekspert rəyinə əsasən, birinci sual üzrə, İddiaçı ASC və "xxxx" MMC arasında 04 noyabr 2015-ci il tarixli nzaz11020_RES saylı kredit müaviləsi bağlanmış, borcalana 373.000 manat kredit verilmişdir. Hesabdan çıxarışdan görünür ki, həmin 373.000 manat kredit məbləğinin 277.814,00 manatı **********944-06208 saylı əks hesaba silinmişdir. İkinci sual üzrə, "xxxx" MMC-nin 04.11.2015-ci il tarixdə 21.01.2014-cü il tarixli “nzaz11020” nömrəli kredit müqaviləsi üzrə 271.873,35 manat əsas, 5.940,34 manat faiz borcu mövcud olmuş və 11.2015-ci il tarixli, nzazl 1020_RES saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 373.000 manat məbləğinin 277.814,00 manatı həmin kreditin ödənilməsinə yönəldilmişdir. Bundan başqa qeyd olunur ki, təqdim edilmiş materiallarında "xxxx" ASC ilə Cavabdeh2 və "xxxx" MMC arasında aşağıda göstərilən kredit müqavilələri bağlanmışdır: Cavabdeh2 ilə

1. 10.04.2012-ci il tarixli, RB/MF 2641 saylı müqavilə 30.000 AZN məbləğində;

2. 13.04.2012-ci il tarixli, RB/MF-2673 saylı müqavilə, 80.000 AZN məbləğində (kredit müqaviləsi əqdim olunmayıb)

3. 21.02.2013-cü il tarixli, NZAZ8385 saylı müqavilə, 70.000 AZN məbləğində; "xxxx" MMC ilə

1. 21.01.2014-cü il tarixli, NZAZ11020 saylı müqavilə, 350.000 AZN məbləğində

2. 04.11.2015-ci il tarixli, NZAZ11020-RES saylı müqavilə, 373.000 AZN məbləğində. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 21.01,2014-cü il tarixli, NZAZ11020 saylı və 04.11.2015-ci il tarixli, NZAZ11020-RES saylı kredit müqavilələri və "xxxx" ASC ilə Cavabdeh2 ilə bağlanmış 10.04.2012- ci il tarixli RB/MF-2641 saylı, 13.04.2012-ci il tarixli RB/MF-2673 saylı, 21.02.2013-cü il tarixli NZAZ8385 saylı kredit müqavilələri üzrə kreditor tərəfindən 950.751.00 manat məbləğində pul vəsaiti ayrılmış və borcalan tərəfindən banka cəmi 710.233.00 manat ödəniş aparılmışdır. Qeyd: "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 21.01.2014-cü il tarixli, NZAZ11020 saylı müqavilə üzrə 21.01.2014-cü il tarixdə ayrılmış 150.000 AZN məbləğində pul vəsaitindən 50.851,00 manat Cavabdeh2 ilə bağlanmış 10.04.2012- ci il tarixli, RB/MF-2641 saylı müqaviləsinə, 44.897,00 manat isə 21.02.2013- cü il tarixli, NZAZ8385 saylı müqaviləsinə silinmişdir. Lakin bu əməliyyatları özündə əks etdirən xəzinə mədaxil qəbzləri və tərəflərin razılıq ərizələri (ödəniş tapşırıqları) təqdim edilməmişdir. "xxxx" MMC-nin 29.04.2021-ci il tarixli, MB 14/0556 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 450.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 122.400 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin şikayətlərinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, qətnamə dəyişdirilməlidir. Kollegiya qeyd edir ki, hazırkı iş borcun məbləği ilə bağlı aşağıdakı ekspert rəyləri verilmişdir.

1. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 17 oktyabr 2019-cu il tarixli ekspert rəyində 04 noyabr 2015-ci il tarixli, nzaz11020_RES saylı Baş kredit müqaviləsi və 10.02.2017-ci il tarixli 1 nömrəli “Əlavə saziş” in şərtləri əsas götürülməklə "xxxx" MMC-nin 06 noyabr 2018-ci il tarixə banka olan borcu 410.804.84 manat müəyyən olunur, o cümlədən: əsas borc üzrə 324.208,61 manat, faiz borcu üzrə 86.596,23 manat.

2. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 27 aprel 2020-ci il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 04 noyabr 2015-ci il tarixli nzaz11020_RES saylı kredit müaviləsinin, 10 fevral 2017-ci il tarixli 1 saylı “Əlavə saziş”in şərtləri nəzərə alınmaqla "xxxx" MMC tərəfindən 08.02.2017-ci il tarixədək ümumilikdə İddiaçı ASC-yə 85.377,00 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 85.377.00 manat məbləğində pulun 48.791,39 manatı əsas borca, 36.145,78 manatı faiz borcuna və 439,83 manatı isə cərimə borcunun ödənilməsinə silinmişdir.

3. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 04 noyabr 2020-ci il tarixli, 9/3594 saylı ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş 04.11.2015-ci il tarixli RB 74953 saylı çek vərəqəsinin surətinə əsasən "xxxx" MMC-nin RBTA******************** saylı cari hesabından Cavabdeh2 373.000.00 manatı məxaric etmişdir. Lakin məxaric edilmiş məbləğin 277.814,00 manatı kreditin təyinatı üzrə istifadə edilmədən eyni tarixdə ödənildiyi məhkəmə tərəfindən nəzərə alınarsa, "xxxx" MMC-yə faktiki olaraq 95.186,00 (373.000.00-277.814,00) manat məbləğində pul vəsaiti verilib. İş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışına əsasən, 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit müqaviləsi üzrə banka 08 fevral 2017-ci il tarixədək 85.377,00 manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMC İddiaçı ASC-yə 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit müqaviləsi üzrə 85.377,00 manat məbləğində ödəniş aparmışdır ki, ödənilmiş 85.377.00 manat məbləğində pulun 48.791,39 manatı əsas borca, 36.145,78 manatı faiz borcuna və 439,83 manatı isə cərimə borcunun ödənilməsinə silinmişdir.

4. X1 03.12.2019-cu il tarixli, 92 saylı mütəxəssis arayışına əsasən, təqdim olunmuş sənədlərlə 21 fevral 2014-cü ildən 25 oktyabr 2016-cı ilədək müştəri tərəfindən banka 256825,00 manat məbləğ ödənilmişdir. Arayışın tədqiqat hissəsində göstərilənlərə əsasən, qeyd edilən dövrdə müştəri "xxxx" MMC tərəfindən bankdan sənədlərə əsasən pul alınmadığı halda İddiaçı ASC-yə 256825.00 manat ödənildiyi müəyyən edilir. Tədqiqat hissəsində göstərilən dövr ərzində banka ödənilmiş 256825.00 manat məbləğində pul vəsaitinin əmələ gəlmə səbəbləri müvafiq orqanlar tərəfindən araşdırılmalıdır.

5. Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2021-ci il tarixli, 9/2260 saylı ekspert rəyinə əsasən, birinci sual üzrə, İddiaçı ASC və "xxxx" MMC arasında 04 noyabr 2015-ci il tarixli nzaz11020_RES saylı kredit müaviləsi bağlanmış, borcalana 373.000 manat kredit verilmişdir. Hesabdan çıxarışdan görünür ki, həmin 373.000 manat kredit məbləğinin 277.814,00 manatı **********944-06208 saylı əks hesaba silinmişdir. İkinci sual üzrə, "xxxx" MMC-nin 04.11.2015-ci il tarixdə 21.01.2014-cü il tarixli “nzaz11020” nömrəli kredit müqaviləsi üzrə 271.873,35 manat əsas, 5.940,34 manat faiz borcu mövcud olmuş və 11.2015-ci il tarixli, nzazl 1020_RES saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 373.000 manat məbləğinin 277.814,00 manatı həmin kreditin ödənilməsinə yönəldilmişdir. Bundan başqa qeyd olunur ki, təqdim edilmiş materiallarında "xxxx" ASC ilə Cavabdeh2 və "xxxx" MMC arasında aşağıda göstərilən kredit müqavilələri bağlanmışdır: Cavabdeh2 ilə

1. 10.04.2012-ci il tarixli, RB/MF 2641 saylı müqavilə 30.000 AZN məbləğində;

2. 13.04.2012-ci il tarixli, RB/MF-2673 saylı müqavilə, 80.000 AZN məbləğində (kredit müqaviləsi əqdim olunmayıb)

3. 21.02.2013-cü il tarixli, NZAZ8385 saylı müqavilə, 70.000 AZN məbləğində; "xxxx" MMC ilə

1. 21.01.2014-cü il tarixli, NZAZ11020 saylı müqavilə, 350.000 AZN məbləğində

2. 04.11.2015-ci il tarixli, NZAZ11020-RES saylı müqavilə, 373.000 AZN məbləğində. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 21.01,2014-cü il tarixli, NZAZ11020 saylı və 04.11.2015-ci il tarixli, NZAZ11020-RES saylı kredit müqavilələri və "xxxx" ASC ilə Cavabdeh2 ilə bağlanmış 10.04.2012- ci il tarixli RB/MF-2641 saylı, 13.04.2012-ci il tarixli RB/MF-2673 saylı, 21.02.2013-cü il tarixli NZAZ8385 saylı kredit müqavilələri üzrə kreditor tərəfindən 950.751.00 manat məbləğində pul vəsaiti ayrılmış və borcalan tərəfindən banka cəmi 710.233.00 manat ödəniş aparılmışdır. Qeyd: "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 21.01.2014-cü il tarixli, NZAZ11020 saylı müqavilə üzrə 21.01.2014-cü il tarixdə ayrılmış 150.000 AZN məbləğində pul vəsaitindən 50.851,00 manat Cavabdeh2 ilə bağlanmış 10.04.2012- ci il tarixli, RB/MF-2641 saylı müqaviləsinə, 44.897,00 manat isə 21.02.2013- cü il tarixli, NZAZ8385 saylı müqaviləsinə silinmişdir. Lakin bu əməliyyatları özündə əks etdirən xəzinə mədaxil qəbzləri və tərəflərin razılıq ərizələri (ödəniş tapşırıqları) təqdim edilməmişdir.

6. X1 01.03.2021-ci il tarixli, 20 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh2 kredit müqavilələrində əks olunan məbləğlər deyil, nəğd olaraq bank tərəfindən müvafiq 30000,00, 50000,00, 40000,00, 50000,00, 200000,00 və 90000,00, cəmi 460000,00 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə ödənişə dair ekspertizaya təqdim edilmiş kassa mədaxil orderləri əsasında aparılan tədqiqatla nağd ödənilən cəmi 460.000,00 manat məbləğində kreditə görə ödənilməli faiz məbləği 127.873,47 manat müəyyən edilir. 10.04.2012-ci ildən 07.02.2017-ci il tarixə qədər İddiaçı ASC-yə ödənilən məbləğlərə dair kassa mədaxil orderləri (qəbzlər) nəzərə alınmaqla 07.02.2017-ci il tarixə fiziki şəxs və "xxxx" MMC-nin direktoru Cavabdeh2 banka borc qalığı cəmi 188.464,47 manat müəyyən edilir. O cümlədən: əsas məbləğ üzrə- 187.090,75 (460.000,00-272.909,25) manat faiz məbləği üzrə-1373,72 (127.873,47-126.499,75) manat Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu "xxxx" MMC-yə ünvanladığı 02.05.2017-ci il tarixli xəbərdarlıq məktubunda bildirmişdir ki, 02.05.2017-ci il tarixə olan əsas borc 324.208,61 AZN, faiz borcu 56.607,73 AZN, 27.196,29 manat cərimə borcu 59 gün gecikməkdədir. Həmin borcun 3 iş günü müddətində qaytarılması tələb edilmişdir (1-ci cild, i/v 58-59). Qeyd olunan məsələnin aydınlaşdırılması -həlli ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, borc münasibətləri qüvvədə olan Mülki Məcəllənin XXXVİİ Fəsli (739-746-cı maddələr) ilə tənzimlənir. Məcəllənin 739-cu maddəsində borc müqaviləsinin anlayışı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırkı halda tərəflər arasında bağlanmış borc müqaviləsinin predmetinin pul məbləği olması, eləcə də iddiaçının pulun borc verməsi ilə peşə fəaliyyəti şəklində məşğul olması da işin mübahisəsiz halıdır. Bu baxımdan hazırda qanunvericiliyin borc müqaviləsi ilə bağlı normaları işin faktiki halları ilə birlikdə məhz kredit müqaviləsi konteksindən təhlil olunacaqdır. Beləliklə, istinad olunan maddənin (739), eləcə də həmin fəslin digər normalarının qarışılıqlı təhlilindən belə nəticə hasil olur: - kredit müqaviləsinə görə borc verən (kreditor) borc alana (borcluya) razılaşdırılmış faizlər üzrə və razılaşdırılmış müddətə (kredit) borc pul verir; - borclu öz ehtiyaclarının ödənilməsi üçün kreditordan aldığı puldan (kreditdən) müqavilə müddəti ərzində istifadə edir; - borclu müqavilə müddəti ərzində kreditora razılaşdırılmış faizlər ödəyir; - boclu müqavilə müddəti başa çatdıqda aldığı (krediti) pulu kreditora qaytarır. QEYD: ( bir sıra hallarda tərəflərin kredit müqavilələrində kreditin faizlərlə birlikdə hissələrlə qaytarılmasına dair razılaşması olsa da, lakin bu da qanunun və kredit miüqaviləsinin mahiyyətinə əsasən kreditin (pulun) müqavilə müddətinin sonunadək borcluda qalması prezumpsiyasını istisna etmir). Demək ki, kredit müqaviləsinə əsasən kreditor borc pul verir və verdiyi borc pulun müqabilində borc alan ona müqavilə müddətində faizlər ödəyir, müqavilə müddəti başa çatdıqda və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə isə borclu krediti (borc aldığı pulu ) kreditora qaytarır, başqa sözlə desək, kredit müqaviləsinə əsasən müqavilə müddəti ərzində borc verilmiş pul borcluda qalır, yalnız müqavilə müddəti bitdikdə və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə borclu krediti (götürdüyü borc pulu) qaytarmalıdır, daha dəqiq desək, müqavilə müddəti başa çatmadan və ya müqaviləyə vaxtından əvvəl xitam verilmədən krediti (borc verilmiş pulu) borcludan tələb etmək olmaz. İddiaçı ASC ilə borclu "xxxx" MMC və zamin Cavabdeh2 arasında 10.02.2017-ci il tarixdə 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit və zaminlik müqavilələrinə əlavə sazişlər bağlamışlar ki, sazişlərə əsasən, nzaz11020_RES kredit müqaviləsi üzrə ilkin olaraq 6000 AZN ödənildikdən sonra hesablanmış və hesablanacaq faizlər müddətin sonuna keçirilməklə 12 ay müddətinə aylıq ödəniş 6000 AZN olmaqla güzəşt müddəti verilmişdir (1-ci cild, i/v 41). Həmin kredit müqaviləsinin göstərilir ki, tərəflər 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsində də kredit verənin birtərəfli qaydada müqaviləyə xitam vermək hüququnu təsbit etmişlər (1-ci cild, i/v 23, 5.4-cü bənd) Göründüyü kimi, kreditin (borc verilmiş pulun) borcludan tələb edilməsi üçün ya müqavilə müddətinin başa çatması və yaxud da ona vaxtından əvvəl xitam verilməsi ilə bağlı qanundan və kredit müqaviləsinin mahiyyətindən irəli gələn tələb, həm də tərəflər arasında bağlanmış 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit müqaviləsində də təsbit olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu "xxxx" MMC-yə ünvanladığı 02.05.2017ci il tarixli xəbərdarlıq məktubunda bildirmişdir ki, 02.05.2017-ci il tarixə olan əsas borc 324.208,61 AZN, faiz borcu 56.607,73 AZN, 27.196,29 manat cərimə borcu 59 gün gecikməkdədir. Həmin borcun 3 iş günü müddətində qaytarılması tələb edilmişdir (1-ci cild, i/v 58-59). Bununla da məlum olur ki, iddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndində nəzərdə tutulmuş hüququndan istifadə edərək müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermiş və müvafiq olaraq da krediti (borc verdiyi pulu) borcludan tələb etmişdir. İddiaçının bu tələbi qanunidir və müqavilə şərtlərinə uyğun olmuşdur. Demək ki, 02.05.2017-ci il tarixdə tərəflər arasındakı kredit müqaviləsinə xitam verilmişdir. Belə olan halda isə aydın olur ki, müqaviləyə xitam verildikdən sonrakı müddət üçün müqavilə faizi hesablana və tələb oluna bilməz, çünki tərəflər arasında müqavilə münasibəti artıq başa çatmışdır və həmin müddətdən sonra krediti qaytarmayan borcludan yalnız özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla bağlı münasibətləri tənzimləyən MM-nin 449-cu maddəsinə əsasən tələb irəli sürülə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəflər arasındakı kredit müqaviləsinə əsasən yalnız 02.05.2017-ci il tarixli xəbərdarlıq məktubunda göstərilən həcmdə- 56.607,73 AZN faiz borcu tələb edə bilər. Kollegiya qeyd edir ki, analoji mövqe Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1251/2019 saylı, 07.08.2019-cu il tarixli qətnaməsində də əks olunmuş, həmin qətnamədən verilən kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-713/2020 saylı, 07.02.2020 qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən, yuxarıda qeyd edilən ekspert rəyləri ilə müəyyən edilmiş faiz borclarına qiymət verilməsinə lüzum qalmır. Məhkəmə kollegiyası tərəfindən ipoteka predmeti olan əmlakların likvid dəyərinin müəyyən edilməsi üçün keçirilmiş ekspertiza tədqiqatları nəticəsində, həmçinin bank tərəfindən aşağıdakı ekspert rəyləri verilmişdir.

1. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən verilən 12 sentyabr 2019-cu il tarixli MB 12/795 nömrəli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 56 ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.m olan qeyri-yaşayış sahəsinin hesablanmış bazar dəyəri 430.000 (dörd yüz otuz min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m olan qeyri-yaşayış sahəsinin hesablanmış bazar dəyəri 136.000 (yüz otuz altı min) manat təşkil edir.

2. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 22.10.2019-cu il tarixli raporta əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 140.000 manat, likvid dəyəri 130.000 manat təşkil edir. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 22.10.2019-cu il tarixli raporta əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 410.000 manat, likvid dəyəri 380.000 manat təşkil edir.

3. "xxxx" MMC-nin 29.04.2021-ci il tarixli, MB 14/0556 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 450.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 122.400 manat təşkil edir. Kollegiya bildirir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 56 ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.m olan qeyri-yaşayış sahəsinin likvid qiyməti ilə bağlı ekspert rəyləri arasında fərqlər vardır. Kollegiya hesab edir ki, həmin qeyri-yaşayış sahəsinin likvid qiymətinin 430.000 (dörd yüz otuz min) manat müəyyən edilməsi əsaslı və ağlabatandır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən iddiaçının nümayəndəsinin qeyd edilən ipoteka predmetinin likvid qiymətinin 430.000 manat müəyyən edilməsi ilə razı olmasını da nəzərə alır. Digər ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m olan qeyri-yaşayış sahəsinin satış qiyməti 140.000 manat müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertizalar nəticəsində həmin ipoteka predmetinin likvid dəyəri (136.000, 122.400 manat) bu da rayon məhkəməsində müəyyən ediləndən daha aşağı olmuşdur. Rayon məhkəməsi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m olan qeyri-yaşayış sahəsinin satış qiymətini 140.000 manat müəyyən etmişdir. İddiaçı həmin qiymətlə razılaşmış və onu mübahisələndirməmiş, apellyasiya icraatı zamanı da həmin qiymətin likvid qiymət kmi qəbul edilməsinə etiraz etməmişdir. Kollegiya qətnamənin yalnız cavabdehlər tərəfindən mübahisələndirildiyini nəzərə alaraq bildirdir ki, rayon məhkəməsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m olan qeyri-yaşayış sahəsinin satış qiyməti kimi müəyyən edilmiş 140.000 manat likvid qiymət hesab edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-291/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyidirilməli, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada 56.607,73 (əlli altı min altı yüz yeddi manat yetmiş üç qəpik) AZN faiz borcu tutulmalı, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 56 ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.m olan qeyri-yaşayış sahəsinin likvid qiyməti 430.000 (dörd yüz otuz min) manat müəyyən edilməli, qətnamə apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlərin özlərinə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri tərəflərdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-291/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 04.11.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə müştərək qaydada 56.607,73 (əlli altı min altı yüz yeddi manat yetmiş üç qəpik) AZN faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 56 ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.m olan qeyri-yaşayış sahəsinin (ilkin satış) likvid qiyməti 430.000 (dörd yüz otuz min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz), 150 (bir yüz əlli), 50 (əlli), 100 (bir yüz) manat (cəmi 500 manat) dövlət büdcəsinə SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına, 300 (üç yüz) və 400 (dörd yüz) manat (cəmi 700 manat) "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına, ümumilikdə 1200 (500+700=1200) (min iki yüz) manat məbləğində pul vəsaiti tərəflərin hər birindən 1/3 məbləğində olmaqla, yəni (1200/3=400) İddiaçı ASC-dən 400 (dörd yüz) manat, cavabdehlər "xxxx" MMC-dən 400 (dörd yüz) manat, Cavabdeh2 400 (dörd yüz) manat tutularaq ödənilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar